Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“SGS Azərbaycan” şirkətinin direktoru Seymur Ağayev şirkətin fəaliyyəti, inspeksiya və təftiş, sertifikatlaşdırma sahəsində fəaliyyət və beynəlxalq təcrübə barədə danışıb. Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə “Azərbaycanda AZS İSO 37001 standartının tətbiqi perspektivləri”, “SGS Azərbaycan” şirkətinin baş auditoru Asif Əmirsultanov “İSO 37001:2016 standartının əsas tələbləri və praktiki tətbiqi”, şirkətin şöbə müdiri Nigar Əliyeva isə “İSO 37001:2016 sertifikatlaşdırma prosesi” barədə təqdimatlarla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Korrupsiyaya qarşı mübarizəyə dair tədbir keçirilib
Dövlət qurumları və özəl sektorun təmsilçilərinin iştirakı ilə keçirilmiş tədbirdə “İSO 37001:2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi” barədə iştirakçılar məlumatlandırılıb, bu yöndə müzakirə aparılıb
“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), ölkəmizdə inspeksiya və sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən “SGS Azərbaycan” şirkəti, Azərbaycan Standartlaşdırma İnstitutu və “Caspian Energy Club”ın təşkilatçılığı ilə “İSO 37001:2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi”nə dair tədbir keçirilib.
Müvafiq dövlət qurumlarının və sahibkarların iştirakı ilə keçirilmiş tədbirin məqsədi iştirakçıları korrupsiyaya qarşı mübarizə sahəsində “İSO 37001:2016” beynəlxalq standartının tətbiqi imkanları və sertifikatlaşdırma prosesi haqqında məlumatlandırmaq olub.
Tədbirdəki çıxışlarında Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA yanında İctimai Şuranın üzvü, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Balacanov müvafiq olaraq ölkəmizdə korrupsiya hallarına qarşı mübarizə və qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, dövlət qurumları tərəfindən vətəndaşlara, o cümlədən sahibkarlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması, korrupsiya risklərinə qarşı effektiv idarəçilik, “İSO 37001:2016” beynəlxalq standartın tətbiqi məsələləri barədə məlumat veriblər.
“SGS Azərbaycan” şirkətinin direktoru Seymur Ağayev şirkətin fəaliyyəti, inspeksiya və təftiş, sertifikatlaşdırma sahəsində fəaliyyət və beynəlxalq təcrübə barədə danışıb. Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə “Azərbaycanda AZS İSO 37001 standartının tətbiqi perspektivləri”, “SGS Azərbaycan” şirkətinin baş auditoru Asif Əmirsultanov “İSO 37001:2016 standartının əsas tələbləri və praktiki tətbiqi”, şirkətin şöbə müdiri Nigar Əliyeva isə “İSO 37001:2016 sertifikatlaşdırma prosesi” barədə təqdimatlarla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə aşağıdakı şəxslər təyin edilsinlər:
Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri
Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.
2. “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 277; 2005, № 6, maddə 524; 2008, № 1, maddə 9; 2015, № 11, maddə 1301; 2017, № 1, maddə 51; 2018, № 6, maddə 1297; 2019, № 9, maddə 1487) ləğv edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 avqust 2020-ci il.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyasının yeni tərkibinin formalaşdırılması ilə əlaqədar məlumat
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya həyata keçirir.
Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Yeni çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 5 iyun tarixli Qərarı ilə parlamentin 5 üzvü Komissiyaya təyin olunub. Qərara əsasən bu siyahıya Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatları Əminə Ağazadə, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev və Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev daxil edilib.
Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Komissiyaya üzv təyin edilməklə həmin dövlət orqanı tərəfindən təyin olunan 5 üzvün siyahısı tamamlanıb. Onunla yanaşı, bu siyahıya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının Sədri Fikrət Məmmədov, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri Ramiz Rzayev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Sədri Anar Bağırov daxildirlər.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan Komissiya üzvləri qismində aşağıdakı şəxslər təyin ediliblər:
Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri
Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Komissiyanın üzvləri arasından səsvermə yolu ilə Komissiyanın növbəti iclasında seçiləcək.
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edildi
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edildi Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
6 Yanvar , 2021 17:03
https://static.report.az/photo/88730766-719f-380e-82b1-667ebfcd8416.jpg
İlham Əliyev
Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. “Report” xəbər verir ki, dəyişikliyə əsasən, korrupsiyanın qarşısını almaq üçün vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada beş min beş yüz manatdan yuxarı olan borcu və min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim edəcəklər. Bu dəyişikliyə qədər vəzifəli şəxslər şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə və şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etməsi nəzərdə tutulmuşdu. Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Şərti maliyyə vahidi haqqında” qanunun ləğv edilməsi barədə qanunu təsdiqləyib.
Comments are closed, but trackbacks and pingbacks are open.