Jose Mauro De Vasconcelos – Şəkər Portağalı əsəri ilə tanışlıq və məzmunu
Roman Braziliyanın Minas-Jerays bölgəsində yaşayan yoxsul bir ailənin beş yaşlı oğlu olan Zezenin yaşadıqlarından bəhs edir. Orijinal dili portuqalca olan əsər 16 dilə tərcümə olunub. Müəllif öz uşaqlığının izlərini daşıyan bu kitabı düz 12 günə yazdığını demişdir.
Jose Mauro de Vasconcelos “Şəkər Portağalı” PDF
Braziliya yazıçısı José Mauro de Vasconcelos-un ən məşhur əsəri “Şəkər Portağalı” avtobioqrafik povestdir. Müəllif böyüklərin ağrı-acısını, dərdini yaşayan, həm də anlayıb yaşayan balaca oğlanın dililə öz acı xatirələrini danışır. “Kasıb atanın oğlu olmaq ən böyük bədbəxtlikdir” – deyən balaca Zeze yalnız öz aləmində, xəyal dünyasında xoşbəxtdir. “Şəkər Portağalı” – adi əsər deyil, həm uşaqlar, həm də valideynlər üçün gerçək həyat dərsidir.
1920 – 1984
XX əsr Braziliya Ədəbiyyatının öncüllərindən sayılan Joze Mauru di Vaskonselos 26 fevral 1920-ci ildə Rio de Janeyroda, portuqal – yerli hindu qarığışı bir ailədə doğulmuşdur. Ailəsi kasıb olduğu üçün, hələ uşaq yaşlarında, Rio Qrande du Norte.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Jose Mauro de Vasconcelos “Şəkər Portağalı” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Azərbaycanca.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Jose Mauro De Vasconcelos – Şəkər Portağalı əsəri ilə tanışlıq və məzmunu
Jose Mauro De Vasconcelos ədəbiyyat dünyasının ən qəribə yazıçılarından biri hesab olunur. Səbəbi isə uzunmüddət yazıçılıq bacarığını kəşf edə bilməməsi və həyatın onu bir-birindən əlaqəsiz işlərin arxasınca süründürməsidir. Yazarlıqla məşğul olmağa qərar verənə kimi boksçuluqdan rəssamlığa, heykəltaraşlıqdan modelliyə, fəhləlikdən gecə klublarında ofisiantlığa qədər müxtəlif işlərlə məşğul olan Jose Mauro De Vasconcelosun ən məşhur əsəri “Şəkər Portağalı”-da (port. O Meu Pé de Laranja Lima), günün birində kədəri kəşf edən kiçik bir uşağın hekayəsindən bəhs olunur. Çox yoxsul bir ailənin oğlu olaraq dünyaya göz açan, doqquz yaşında üzgüçülüyü öyrənərkən bir gün üzgüçülük üzrə çempion olmağın xəyalını quran Vasconcelosun uşaqlığından dərin izlər buraxan “Şəkər Portağalı”-da, həyatın gözlənilməyən sürprizləri qarşısında böyük sarsıntılar yaşayan, balaca Zezenin başına gələnlər əks olunub. Vasconcelos tam olaraq 12 gün müddətə yazdığı bu romanı “iyirmi ildən də çox bir müddətdə ürəyində gəzdirdiyini” açıqlayır. Zezenin böyüyərkən başına gələn digər maraqlı hadisələri isə müəllifin “Günəşi oyandıraq” və “Dəlifişək” adlı romanlarından oxuya bilərsiniz. Şəkər Portağalı oxucularına tam bir həyat dərsini başa salır və həyata dair həqiqətləri su üzərinə çıxarır. Bunu edərkən də oxuyucunun öz keçmişindən hissələr tapması ilə həyatı daha yaxşı anlamasına kömək edir.
Şəkər Portağalı : Şəkər Portağalı 5 yaşındaki Zeze adlı bir uşağın kədərli hekayəsindən bəhs edir. Çox yoxsul bir ailənin uşaqlarından biri olan və 5 yaşında olmasına baxmayaraq,xəyal gücü vəzəkası çox inkişaf etmiş Zeze çox dəcəl bir uşaqdır. Buna görə də məhlədə onu heç kimsevmir və ona şeytan gözü ilə baxırlar.
Hər şeyə maraq duyan və ətrafındaki hər şeyi kəşf etməyə cəhd edən bu uşağın digər qəribə nöqtəsi isə oxumağı çox tez öyrənmiş olmasıdır. Bu səbəbdən müəllimi tərəfindən sevilən Zezenin şeytan olmadığını bir də özü kimi sarışın olan bacısı bilir.
Zezenin atası işsizdir və ailə bu səbəbdən yoxsulluq içindədir. Başqa yerə köçmək məcburiyyətindədirlər və bu Zezenin kədərlənməsinə səbəb olur. Bu kədərini azaltmaq üçün Zezedən bir şəkər portağalı ağacını seçməsini istəyirlər. Zeze də bir ağacı seçərək ona qulluq etməyə başlayır. Lakin bu şəkər portağalı ağacının başqa bir xüsusiyyəti də vardır. O da Zeze ilə danışmaqdadır. İkili buna görə çox yaxın dost olur və Zeze bütün gün etdiklərini ona danışmağa başlayır.
Yeni il yaxınlaşanda Zeze də hər uşaq kimi hədiyyə gözləyir. Lakin ailəsi çox yoxsul olduğu üçün heç bir ümidi yoxdur. Buna baxmayaraq corablarını qapının qabağəna qoyur və otağında gözləməyə başlayır. Normalda atasının qapının qabağına hədiyyə qoyması gərəkir və Zeze marağına məğlub olaraq hədiyyə varmı deyə qapını açır. Təxmin etdiyi kimi hədiyyə yoxdur, lakin atası qarşısında yaş gözləri ilə onu seyr edir. O an atasının kədərini hiss edir, lakin artıq çox gecdir. Etdiyi bu hərəkəti ilə atasını çox kədərləndirmişdir və bunun əvəzini çıxması üçün atasına hədiyyə almağı qərara alır. İşlər qaydasında getməsə də hədiyyəni almaq üçün lazım olan məbləği tapmağı bacarır. Hədiyyəni alıb atasına verəndə artıq ondan xoşbəxti yoxdur. Onun içində həm bir şeytan, həm də mələk var.
Bir tərəfdən hər kəs dəcəllikləri ilə ona lənət oxuyarkən, digər tərəfdən müəlliminin masasındaki vaz boş qalıb müəlliminin üzülmməmsi üçün çalışan bir uşaqdır Zeze. Ən böyük xəyallarından biri isə yarasa kimi qəsəbənin ən havalı maşını olan portuqaliyalının maşınının arxasından sallanaraq küləyi hiss etməkdir. Bir gün cəsarətini toplayır və bunu sınayır. Lakin uğursuz olmağı ilə bir yerdə portuqaliyalının ona zərbə vurması bir olur. O gün, böyüyəndə Portuqaliyalını öldürəcəyinə dair özünə söz verir.
Bundan sonra günlərini artıq portuqaliyalıdan gizlənərək keçirsə də portuqaliyalı ona çox da sərbəstlik vermir. Bir gün dəcəllik edərkən özünü kəsir və bunu döyülməməsi üçün ailəsindən gizlədir. Məktəbə gedərkən onun yarasını görən portuqaliyalı onu maşınına mindirərək əczaxanaya aparır və yarasına baxdırır. Daha sonra onu limonad və torta qonaq edir. Portuqaliyalının pis biri olmadığını başa düşən Zeze, onunla dost olmağa qərar verir. Bundan sonraki günlərini də davamlı olara portuqaliyalı və onun maşını ilə keçirir. Portuqaliyalı ilə o qədər yaxın olmuşdur ki, artıq onu atası yerində görür. Həyatında çox istədiyi yeganə şəxs portuqaliyalı olmuşdur.
Zeze dəcəlliklərinə davam edir və ailəsi də onu davamlı olaraq döyür. Artıq Zezeni döymək vərdiş halını alır. Lakin zaman keçdikcə zərbələr güclənir. Bir gün atası və bacısı Zezeni çox bərk döyürlər və Zeze çölə çıxa bilməyəcək bir hala düşür. Artıq ölmək istəyən Zeze, özünü qatar relslərinin önünə atmalı olduğunu düşünür. O, bu planı qurarkən pis xəbər alır. Belə ki, portuqaliyalı maşının içində olarkən qatar onun maşınına çırpılmışdır. Portuqaliyalı qəzada vəfat edir. Həyatında ən sevdiyi şəxsi itirmək Zezeni canlı bir ölü halına çevirir. O zamanlarda şəkər portağalı ağacının yeni yolun çəkilməsi üçün kəsiləcəyi xəbərini eşidir. Bütün ailə Zezenin buna görə kədərləndiyini düşünür. Zeze elə bir hala gəlir ki, bir zamanlar onu şeytan deyə çağıran Zezeni ziyarətə gəlirlər. Lakin heç nə Zezeni əvvəlki halına geri qaytarmır. Sadəcə ən yaxın adostu şəkər portağalı ilə danışır. Lakin artıq onun da ömrünün bitməsinə az qalmışdır. Zeze isə həyatına bir şəkildə davam etmək məcburiyyətindədir.
Əsərin Türk dilində pdf formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilərlər
Seker Portagali – Wikipedia
Şirin portağal ağacım və ya Şəkər portağalı (Portuqalca orijinal adı: Meu Pé de Laranja Lima) — Braziliyalı yazıçı Joze Mauru di Vaskonselosun 1968-ci ildə yazdığı dram və uşaq romanıdır.
| Şəkər portağalı | |
|---|---|
| O Meu Pé de Laranja Lima | |
| Müəllif | Joze Mauru di Vaskonselos |
| Mövzu | Ağrını bilən bir oğlanın hekayəsi |
| Orijinalın dili | Portuqalca |
| Ölkə | Braziliya |
| Orijinalın nəşr ili | 1968 |
| Nəşriyyat | Melhoramentos |
| Səhifə | 200 |
| Növ | Uşaq ədəbiyyatı |
| ISBN | 978-950-02-8533-9 |
Roman Braziliyanın Minas-Jerays bölgəsində yaşayan yoxsul bir ailənin beş yaşlı oğlu olan Zezenin yaşadıqlarından bəhs edir. Orijinal dili portuqalca olan əsər 16 dilə tərcümə olunub. Müəllif öz uşaqlığının izlərini daşıyan bu kitabı düz 12 günə yazdığını demişdir.
Roman 2012-ci ildə braziliyalı rejissor Markos Bernşteyn tərəfindən kinoya uyğunlaşdırılıb.
Azərbaycan dilinə tərcüməsi
Əsərin Azərbaycan dilində tərcüməsi ilk dəfə 2018-ci ildə “Parlaq İmzalar” tərəfindən portuqalca əslindən birbaşa tərcümə edilərək nəşr edilmişdir.
2021-ci ildə “Qanun” nəşriyyatı əsəri türk dilindən Azərbaycan dilinə tərcümə etdirərək nəşr etmişdir.
| Roman ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Comments are closed, but trackbacks and pingbacks are open.