Press "Enter" to skip to content

Tez-tez verilən suallar

“Qlobal bazarda belə girov qoyulduğu halda gəlir gətirən istiqraz yoxdur”
SOCAR istiqrazının girov qoyularaq borc götürülməsi onun gəlirlilik imkanına təsir etmir. Yəni, borc götürsəniz də istiqrazınız sizə illik 5% gəlir gətirməkdə davam edir. “PSG Kapital” investisiya şirkətinin direktor müavini Cəfər İbrahimli Fins.az-a açıqlamasında bu imkanına görə SOCAR istiqrazının hətta qlobal bazarda da üstün olduğunu deyib:” Beynəlxalq təcrübədə repo əməliyyatları zamanı borc faizi gəlir faizindən yüksək olur. Amma SOCAR istiqrazlarında borc faizi gəlir faizindən aşağıdır. Yəni, istiqraz üzrə illik gəlirlilik 5%-dirsə, qısamüddətli borc 3,5%-lə verilir”.

Təcili pul lazımdır, kredit götürmədən 1 günə necə borc ala bilərəm?

İş adamları, investorlar, eyni zamanda adi vətəndaşlar bəzi hallarda təcili pul problemi ilə üzləşirlər. Məsələn, vətəndaş banka depozit qoyur, və yaxud hər hansı bir sahəyə yatırım edir. Amma təcili pul lazım olduğu halda çıxılmaz duruma düşür. Bunun üçün banka qoyduğu vəsaiti çıxarsa gəlirdən məhrum olur. Digər halda depozit qoyduğu bankdan kredit götürmək isə daha baha başa gəlir.

Amma hazırda Azərbaycanda elə yatırım imkanları var ki, həm gəlir təklif etməklə yanaşı, ən aşağı faizlə borc təklif edir. Eyni zamanda girovun maksimal həddində borc götürmək imkanı yaradılır. Söhbət SOCAR istiqrazlarında gedir.

. girov qoyub təcili pul götürmək olur
SOCAR CAPİTAL şirkətinin əməliyyatlar və investisiyalar departamentinin direktoru Elxan Həsənov Fins.az-a açıqlamasında SOCAR İstiqrazlarının gəlirlilik imkanı ilə yanaşı, həm də qısamüddətli borclanma instrumenti olduğunu deyib.Yəni, təcili nağd pul imkanı kimi də digər maliyyə alətlərindən üstündür: “Sizin 10 min dollarlıq SOCAR istiqrazınız var və təcili pul ehtiyacınız var. Məsələn, oğlunuz üçün toy edəcəksiniz və bir ay ərzində nağd pul lazımdır. Bu zaman fikirləşirsiniz ki, əlinizdə olan istiqrazı satasınız və pul əldə edəsiniz. Amma istər istəməz alqı-satqı arasında fərqə görə istiqrazı satmaq itkidir. Məsələn, hazırda bu istiqrazı 1010 dollara satmaq olur. Alış isə 1020 dollardır. Bu itki olmasın deyə istiqrazı girov qoyub borc götürmək olur”.

E.Həsənov bildirib ki, bunun üçün SOCAR istiqrazı repo əməliyyatına cəlb edilir. İstiqraz müştəridə olduğu halda girov qoyulur və bir gün ərzində nağd pul götürülür: “Bunun üçün investisiya şirkətinə gedib repo əməliyyatı etmək istədiyinizi bildirirsiniz. Öz istiqrazlarımı təminat olaraq qoyursuz və bir aylıq cüzi faizlə borc alırsız”.

Ən aşağı faizlə borc verir
O bildirib ki, SOCAR istiqrazları həm də ən aşağı faizli borc imkanıdır. Belə ki, SOCAR istiqrazını girov qoymaqla bir aya kimi illik 3,5%-lə borc almaq olur: “Bank kreditləri illik 17-20%-lə verilir. SOCAR istiqrazı üzrə isə bu cəmi 3,5% təşkil edir. 5000 min dollar borcun bir aylıq xərci cəmi 10 dollar təşkil edir. Borcu maksimum 84 günlük götürmək olar. Bu müddət ərzində 10 min dollar borcun faizi 105 dollar təşkil edir. Və bir gün ərzində əldə etmək olur”.

Girovun maksimal həddində borc verilir
Məsələnin daha bir maraqlı tərəfi isə ondan ibarətdir ki, digər maliyyə alətlərindən, o cümlədən bank kreditlərindən fərqli olaraq SOCAR istiqrazları girovun maksimal həddində borc almağa imkan verir. E.Həsənov bildirib ki, başqa bir instrumentlə borc pul götürmək istəsəniz herekat dediyimiz kəsinti var. Müştəri qoyduğu girovun 60%-i qədər borc ala bilir. Amma SOCAR istiqrazında bu 95%-dir: “Yəni, siz 10 min dollarlıq SOCAR istiqrazını girov qoymaqla 9500 dollar borc götürə bilərsiz. Hətta, borcu 3 günlük də götürmək mümkündür. Müştəri səhər müraciət edirsə, axşam artıq məbləğ onun hesabında olur”.

Sadəcə vətəndaşlar da SOCAR istiqrazı ilə repo əməliyyatına başlayıb
E.Həsənov eyni zamanda son dövrlər bu imkanlarına görə SOCAR istiqrazlarına marağın artdığını bildirib. Belə ki, əvvəlcə hüquqi şəxslər, daha çox şirkətlər bu istiqrazlara maraq göstərirdi. İndi isə artıq fiziki şəxslərin də bu istiqrazlara marağı artıb. Fiziki şəxslər eyni zamanda SOCAR istiqrazları ilə repo əməliyyyatları da həyata keçirirlər: “Hətta sadə vətəndaşlardan biri bu yaxınlarda SOCAR istiqrazını girov qoyaraq 3000 dollar məbləğində borc götürüb”.

“Qlobal bazarda belə girov qoyulduğu halda gəlir gətirən istiqraz yoxdur”
SOCAR istiqrazının girov qoyularaq borc götürülməsi onun gəlirlilik imkanına təsir etmir. Yəni, borc götürsəniz də istiqrazınız sizə illik 5% gəlir gətirməkdə davam edir. “PSG Kapital” investisiya şirkətinin direktor müavini Cəfər İbrahimli Fins.az-a açıqlamasında bu imkanına görə SOCAR istiqrazının hətta qlobal bazarda da üstün olduğunu deyib:” Beynəlxalq təcrübədə repo əməliyyatları zamanı borc faizi gəlir faizindən yüksək olur. Amma SOCAR istiqrazlarında borc faizi gəlir faizindən aşağıdır. Yəni, istiqraz üzrə illik gəlirlilik 5%-dirsə, qısamüddətli borc 3,5%-lə verilir”.

İqtisadiyyat Baxılıb: 4165 Tarix: 22 dekabr 2017

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Tez-tez verilən suallar

Kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün fərdi sahibkarlar və hüquqi şəxslər KOS krediti əldə edə bilər. Bankımızın əməkdaşı biznes sahənizi ziyarət edərək fəaliyyətinizi əyani təsdiq etdikdən sonra kredit iki iş günündə rəsmiləşdirilir.

KOS krediti üçün hansı sənədlər tələb olunur?

KOS krediti əldə etmək üçün şəxsiyyəti təsdiq edən sənəd, Fərdi sahibkar üçün VÖEN, Hüquqi şəxslər üçün Dövlət reyestrindən çıxarış və nizamnamə tələb olunur.

Aqrar kreditlər hansı şərtlərlə verilir?

Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hər kəs aqrar kredit əldə edə bilər. Bankımızın əməkdaşı təsərrüfat sahənizi və faktiki yaşayış ünvanınızı ziyarət edərək fəaliyyətinizi əyani təsdiq etdikdən sonra kredit iki iş günündə rəsmiləşdirilir.

Aqrar kreditlər üçün hansı sənədlər tələb olunur?

Aqrar kredit əldə etmək üçün yalnız şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Mikro kredit hansı şərtlərlə verilir?

Kiçik biznes fəaliyyəti ilə məşğul olan hər kəs mikro kredit əldə edə bilər. Bankımızın əməkdaşı biznes sahənizi və faktiki yaşayış ünvanınızı ziyarət edərək fəaliyyətinizi əyani təsdiq etdikdən sonra kredit iki iş günündə rəsmiləşdirilir.

Mikro kredit üçün hansı sənədlər tələb olunur?

Mikro kredit əldə etmək üçün yalnız şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Peşə krediti hansı şərtlərlə verilir?

Peşə fəaliyyəti ilə məşğul olan hər kəs peşə krediti əldə edə bilər. Bankımızın əməkdaşı peşə fəaliyyəti ilə məşğul olduğunuz biznes sahəsini və faktiki yaşayış ünvanınızı ziyarət edərək fəaliyyətinizi əyani təsdiq etdikdən sonra kredit iki iş günündə rəsmiləşdirilir.

Peşə krediti üçün hansı sənədlər tələb olunur?

Peşə krediti əldə etmək üçün yalnız şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Kredit ödənişlərini necə ödəyə bilərəm?

Kredit ödənişlərinizi Bankımızın filiallarında, Milli Ön ödəmə nöqtələrində və e-pul ödəniş terminalında, həmçinin million.az və e-pul.az saytlarında həyata keçirə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.