Press "Enter" to skip to content

Hamiləlik və şəkərli diabet

Eyni zamanda bir neçə risk faktorunun olması şəkərli diabet xəstəliyinin inkişaf riskini xeyli artırır.

Şəkərli diabet

Şəkərli diabet – endokrin sisteminin xroniki xəstəliyi olub, qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksəlməsi ilə muşayiət olunur.

Xəstəlik orqanizmdə (mədəaltı vəzidə) insulin istehsalının azalması və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığının azalması nəticəsində inkişaf edir.

Qlükoza orqanizm üçün çox vacib kimyəvi birləşmə olub, muxtəlif proseslərdə “yanacaq” kimi istifadə olunur. Qlükoza yoxdursa – enerji də yoxdur, enerji yoxdursa – həyat da yoxdur. İnsulin hormonu qlükozanı orqanizmdəki hüçeyrələrə çatdırır. İnsulin hormonu mədəaltı vəzidəki xüsusi hüceyrələrdə istehsal olunur.

Şəkərli diabetin iki forması vardır: 1-ci tip (insulin asılılıqlı) və 2-ci tip (insulin asılılığı olmayan).

1-ci tip – insulin asılılıqlı şəkərli diabet zamanı mədəaltı vəzidə insulin hazırlayan hüceyrələrin 90%-i bu və ya digər səbəbdən dağılmış olur. Beləliklə, şəkərli diabetin 1-ci tipində mədəaltı vəzi ya xeyli dərəcədə az insulin istehsal edir, ya da ümumiyyətlə, insulin ifraz etmir. Şəkərli diabetin 1-ci tipi ilə xəstə olanların əksəriyyətində xəstəliyin başlanğıcı adətən 30 yaşınadək olan dövrə təsadüf edir.

Alimlər 1-ci tip şəkərli diabetin əsas səbəbinin virus mənşəli olduğunu qeyd edirlər. Virus bir tərəfdən mədəaltı vəzidə olan insulin hazırlayan hüceyrələri zədələyir. Digər tərəfdən isə virus ilə mübarizə aparan immun sistemi xüsusi qoruyucu hüceyrələr hazırlayır ki, onlar da mədəaltı vəzinin özünün virusla yoluxmuş hüceyrələrini dağıdır.

Bunun nəticəsində mədəaltı vəzidə insulin hazırlayan hüceyrələrin sayı fəlakətli dərəcədə azalır. Məhz buna görə 1-ci tip şəkərli diabet xəstəliyinə məruz qalanların orqanizmində qlükozanın normal şəkildə sərf olunmasını təmin etmək üçün lazım olan insulindən “asılı” olurlar. Məhz bu asılılıqdan irəli gələrək xəstəliyin bu forması insulin asılılıqlı şəkərli diabet adlanır.

Şəkərli diabetin 2-ci tipində (insulin asılılığı olmayan şəkərli diabet) mədəaltı vəzi insulin hazırlamaqda – bəzən isə hətta lazım olduğundan da artıq olmaqla davam edir. Ancaq bu zaman qlükoza orqanizmdəki hüceyrələrə daxil ola bilmir. Bunun səbəbi isə odur ki, orqanizmin hüceyrələri insulinin təsirinə, demək olar ki, heç bir reaksiya vermirlər. Bunun nəticəsində insulinin artıq dərəcədə olmasına baxmayaraq, hüceyrələrə kifayət qədər qlükoza daxil ola bilmir. Şəkərli diabetin 2-ci tipi əsasən 30 yaşından sonra inkişaf etməyə başlayır. Şəkərli diabetin bu formasının inkişaf etməsində irsi faktor və piylənmə çox vacib rol oynayır.

Şəkərli diabetin inkişaf etməsinin risk faktorları:

Mədəaltı vəzinin insulin hazırlayan hüceyrələrini məhv edən virus infeksiyaları. Şəkərli diabetin inkişaf etməsində əsas rol oynayan məxmərək, viruslu (epidemik) parotit, suçiçəyi, hepatit və s. virusları qeyd etmək olar. Həkimlərin müşahidələrinə əsasən, virus infeksiyası əksər hallarda şəkərli diabetə irsi meylliliyi olan şəxslərə öz təsirini göstərərək onlarda xəstəliyin yaranmasına səbəb olur. Virus infeksiyası xüsusilə uşaqlarda və yeniyetmələrdə şəkərli diabetin əmələ gəlməsinə səbəb olur.

İrsi faktor. Şəkərli diabet, adətən, şəkərli diabet xəstəliyi olanların qohumlarında bir neçə dəfə daha çox təsadüf edilir. Xüsusən də valideynlərinin hər ikisində şəkərli diabet olan uşaqlarda xəstəliyin inkişaf etmə riski daha yüksək olur. Valideynlərindən yalnız birində şəkərli diabet olan uşaqlarda xəstəliyin inkişaf etmə riski iki dəfə azalsa da, yenə də yüksək olaraq qalır. Ancaq valideynlərinin hər ikisində şəkərli diabet olan uşaq bu xəstəliyə tutulmaya da bilər. Belə ki, uşaq öz valideynlərindən xəstəliyin özünü deyil, ona meylliliyi irsən almış olur. Yuxarıda adı çəkilən infeksiyalar isə xəstəliyin inkişaf etməsinə təkan verə bilərlər.

Piylənmə – 2-ci tip şəkərli diabet xəstəliyinin inkişaf etməsi üçün əsas faktorlardan biridir. Çünki piylənmə zamanı orqanizmdə maddələr mübadiləsi pozulur ki, bu da şəkərli diabetin inkişafı üçün yol açır.

Stres. Tez-tez baş verən streslər, bir çox ciddi xəstəliklərin yaranmasında olduğu kimi, şəkərli diabetin yaranmasında da risk faktorlarından biri hesab olunur. Şəkərli diabetə meylli olan şəxslərdə güclü sinir sarsıntısı nəticəsində xəstəliyin ilnkişaf etməsi barədə xeyli sayda sübutlar mövcuddur. Ancaq şəkərli diabetə genetik meylliliyi olmayan şəxslərdə tez-tez baş verən güclü streslər, bu xəstəliyin inkişaf etməsinə səbəb ola bilərlər. Streslər immun sisteminin fəaliyyətini pozaraq bütün orqanizmi fövqəladə rejimdə işləməyə vadar edir. Bu zaman qana adi halda olduğundan xeyli artıq miqdarda hormonlar ifraz olunur. Bu, insulinə də aiddir. Bu zaman mədəaltı vəzi üzülmə həddinə qədər yüksək rejimdə işləyir ki, bu da bir çox patoloji dəyişikliklərə səbəb ola bilər.

– Ateroskleroz – yaşlı adamlarda şəkərli diabetin inkişaf etməsinin əsas səbəblərindən biridir. Mədəaltı vəzi damarlarının sklerozu onun qidalanmasının pisləşməsinə səbəb olur ki, bu da son nəticədə orqanizmdə insulinin istehsalı və daşınması prosesinin pozulması ilə nəticələnir.

– Xroniki pankreatit – mədəaltı vəzin iltihabı da onun funksiyasını pozaraq şəkərli diabet xəstəliyinin inkişaf etməsinə səbəb ola bilər.

– Alkoqol orqanizmdəki bütün orqanlara olduğu kimi, mədəaltı vəzi toxumasına da dağıdıcı təsir göstərir.

– Bəzi dərmanları (prednizalon, hipotiazid, furosemid, antibiotiklər və s.) uzun müddət istifadə etdikdə. Ona görə də heç zaman özünüz-özünüzə dərman “təyin etməyin”! Mürəkkəb xroniki xəstəliklərin müalicəsi zamanı isə hər zaman müalicə həkiminizin nəzarətində olaraq, sağlamlığınızda baş verən hər hansı dəyişikliklər barədə ona vaxtında xəbər verin.

– Müxtəlif xroniki xəstəliklərin uzun müddət davam edən streslər, keyfiyyətsiz və düzgün olmayan qidalanma, həddindən artıq fiziki gərginlik və s. səbəblərdən immunitetin zəifləməsi;

Eyni zamanda bir neçə risk faktorunun olması şəkərli diabet xəstəliyinin inkişaf riskini xeyli artırır.

Şəkərli diabetin əlamətləri:

– Qanda şəkərin miqdarı müəyyən bir həddə çatdıqdan sonra o, sidiyə keçməyə başlayır. Xəstənin vəziyyəti ağırlaşdıqca, sidikdə olan şəkərin miqdarı xeyli yüksək olur. Bunun da nəticəsi olaraq sidiklə ifraz olunan şəkəri durulaşdırmaq üçün böyrəklər də xeyli miqdarda su xaric etməli olur. Beləliklə, şəkərli diabetin ilkin əlaməti – sidik ifrazının artmasıdır (gün ərzində 1,5-2 litrdən çox).
– Tez-tez sidik ifrazı baş verdiyi üçün xəstə daim üzücü susuzluq hiss edir və xeyli miqdarda da maye qəbul edir.

– Sidik ifrazı ilə xeyli miqdarda kalori itirildiyi üçün, xəstənin çəkisi azalır. Bundan başqa, xəstəni daim aclıq hissiyyatı narahat edir və o daha çox qida qəbul etməyə başlayır.

Şəkərli diabetin digər – az spesifik əlamətləri:

– Zəiflik, yorğunluğun artması;

– Tez-tez baş verən soyuqdəymələr;

– Dəridə irinli xəstəliklərin, frunkulyozun, gec sağalan xoraların olması;

– Cinsi üzvlər nahiyəsində güclü qaşınmanın olması.

Xəsəliyin ilkin əlamətləri qeyd olunan kimi, tez bir zamanda həkimə müraciət etmək lazımdır. Həkim ilk növbədə, qanda şəkərin səviyyəsinin müəyyən edilməsi üçün xəstəni laborator müayinəsinə göndərəcək. Sağlam adamda qanda şəkərin miqdarı acqarına 5,5 mmol/l-dən yuxarı olmamalıdır.

Şəkərli diabetin profilaktikası üçün əsasən aşağıdakı qaydalara riayət etmək lazımdır:

– bədən çəkisini hər zaman normada saxlamaq lazımdır. Qida xeyirli və müxtəlif çeşidli olmalıdır. Qida rasionunda yağlı qidaları və şirniyyatları azaltmaq, onların əvəzinə isə təzə meyvə və tərəvəzlərin miqdarını artırmaq lazımdır. Mədəaltı vəzinin normal fəaliyyəti üçün kükürd və nikel elementləri (bütün kələm növləri, qıtığotu kökü (“xren”), sarımsaq, soğan, ağ turp, balqabaq, yerkökü, motmutu, gavalı, əncir, badam, xiyar, yumurta sarısı, qoz-fındıq, süd məhsulları, çuğundur və s), sink (ən çox çuğundurda, cücərdilmiş buğdada, buğda kəpəyində olur), B qrupu vitaminləri (buğda kəpəyi, üyüdülməmiş – bütöv buğdalarda, cücərdilmiş buğdada, mayada, qatıqda) tələb olunur;

– immun sistemini daim möhkəmləndirmək;

– aktiv həyat tərzi sürmək;

– zərərli vərdişlərdən imtina etmək.

Əgər sizdə şəkərli diabet xəstəliyinə irsi meyililk varsa, qanda şəkərin səviyyəsinin yüksəlməsini vaxtında aşkar etmək üçün, siz vaxtaşırı olaraq həkim endokrinoloqun müayinəsindən keçməlisiniz!

Saglamolun.Az

Hamiləlik və şəkərli diabet

Hamiləlik dövründə şəkərli diabet xəstəliyinin xüsusiyyətləri. Şəkərli diabetin əlamətləri. Hamiləlik zamanı şəkərli diabetin müalicəsi
Tərkibindəkilər:
*Kimlər risk qrupuna aiddir?
*Xəstəliyin əlamətləri
*Hamiləlik zamanı xəstəliyin xüsusiyyətləri
*Diabetin müalicəsi
Şəkərli diabet – orqanizmdə insulin çatışmazlığı səbəbindən meydana çıxan xəstəlikdir. Mədəaltı vəzi az miqdarda insulin hormonu ifraz edərsə, o zaman qanda şəkərin miqdarı artır. Əvvəllər insulindən müalicə məqsədilə doğuş zamanı istifadə edilib.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, hamiləlik zamanı qadınların 5%-i şəkərli diabet təhlükəsi altında qalır. Hamilələrdə ağır şəkərli diabet 60% hallarda uşağın ölümü ilə nəticələnir. Hamiləlik zamanı isə insulinlə müalicə ana və uşaq həyatının xilas olmasına səbəb olur. Hamiləlik zamanı insulin almayan şəkərli diabet xəstələrinin 5%-də həyati təhlükə ola bilir. 60% hallarda isə şəkərli diabet xəstələrində borudaxili hamiləliyin pozulıması baş verir. Hamiləlik zamanı insulin müalicəsi almaq həm ananın, həm də uşağın xilas olmasına səbəb olur. Şəkərli diabet xəstələri hamiləlik müddətində endokrinoloq həkimdən mütəmadi olaraq məsləhət almalıdırlar.
Kimlər risk qrupuna daxildir?
Aşağıdakı hallarda qadınlar şəkərli diabetin risk qrupuna daxildir:
*valideynlərdən birində şəkərli diabet xəstəliyi olarsa
*eyni yumurta əkizi olub digərində şəkərli diabet olarsa
*qadın əvvəllər 4500 qram və daha çox çəkidə uşaq dünyaya gətirdikdə
*qadın piylənmədən əziyyət çəkirsə
*qadında əvvəllər uşaqsalma baş veribsə
*çoxlu su yığılmalar olduqda
*qlükozuriya baş verdikdə(sidikdə şəkərin olması).
Qadınların çoxunda şəkərli diabet hamiləliyə qədər olur, amma bəzi hallarda hamiləlik zamanı da şəkərli diabet meydana gələ bilir.
Xəstəliyin əlamətləri
İnsulin bütün növ maddələr mübadiləsinə təsir edir. Bu hormonun çatışmazlığı qlükozanlın sorulmasına təsir edir, nəticədə qanda şəkərin miqdarı artır(hiperqlikemiya) ki, bu da şəkərli diabetin əsas əlaməti sayılır.
Şəkərli diabet xəstələri ağızda quruluq hissindən, ürəkyanmadan, həddindən çox maye(2 litrdən çox) qəbulundan, davamlı sidik ifrazından, iştahanın artması və ya azalmasından, zəiflikdən, arıqlamadan, dəri qaşınmasından(ən çox da aralıq nahiyənin qaşınmasından), yuxunun pozulmasından şikayət edirlər. Şəkərli diabet xəstələrinin dərisi iltihabi xəstəliklərə meyilli olur və bəzən frunkulyoz meydana çıxır.
Şəkərli diabet xəstəliyinə diaqnoz qoymaq üçün qanda şəkərin miqdarı hesablanır. Şəkərli diabetə diaqnoz qoymaq üçün səhər acqarına xəstənin venasından qan alınır. Bu zaman qanda şəkərin miqdarı 7,0 mmol/l -dən çox olarsa bu xəstəliyin olması deməkdir. Barmaqdan alınan qanda isə şəkər miqdarının 6,1 mmol/l-dən çox olması diabetin əlaməti hesab edilir. Acqarına qanda şəkərin miqdarı 4,8-6,0 mmol/l olmalıdır. Müayinə zamanı qlükozanın tolerantlıq testi də keçirilir. Şəklərli diabet xəstələri hamilə olduqda onlar hər həftə müayinə olunmalıdırlar. Hamiləliyin son ayında isə həftədə 2-3 dəfə qanda şəkərin miqdarı müayinə olunmalıdır.
Şəkərli diabetin ikinci əsas əlaməti qanda (hiperqlikemiya) və sidikdə şəkərin olmasıdır(qlükozuriya). Bəzən hamiləlik zamanı qadınların sidiyində şəkər aşkar edilir. Bu hətta sağlam qadınlarda da meydana çıxa bilir və “hamiləlik qlükozuriyası” hesab olunur.
Şəkərli diabet xəstəliyi həm zülal, həm də yağ-piy mübadiləsini pozur. Şəkərli diabet zamanı ketonemiya meydana çıxır ki, bu da orqanizmdə keton cisimciklərinin artmasına səbəb olur və sidikdə aseton aşkar edilir.
Qanda şəkərin normal olması bu patologiyaları kompensasiya edir.
Şəkərli diabet zamanı bir çox orqanlar zədələnir. Bu orqanlara gözlər, böyrəklər, dəri, əzələ, sinir sistemi, mədə-bağırsaq sistemi və s. aiddir.
Şəkərli diabet xəstəliyi ən çox gözlər üçün təhlükəli sayılır. Bu zaman diabetik rinopatiya əmələ gəlir ki, bu zaman göz damarlarına qanın işləməsi zəifləyir, torlu qişa zədələnir və korluq meydana gələ bilir. Şəkərli diabet zamanı arterial təzyiq artdıqda sidikdə zülal əmələ gəlir və xroniki böyrək çatışmazlığı inkişaf edir. Şəkərli diabet zamanı müxtəlif böyrək xəstəlikləri də meydana çıxa bilir. Bu xəstəlik zamanı immun sistem zəifləyir, bu da bakterial ağırlaşmalara səbəb olur.
Şəkərli diabet cinsi orqanlara da təsir eidr. Belə xəstələr uşaqsalma, vaxtından qabaq doğuş və uşağın ana bətnində ölməsi ilə tez-tez rastlaşırlar.
Şəkərli diabetin ağırlaşmalarından biri də komatoz vəziyyətdir. Bu diabetik koma və ya ketonemik koma adlanır ki, bu zaman xəstə huşunu itirir. Bu hal ən çox qanda şəkərin miqdarı artan zaman baş verir.
Şəkərli diabetin 3 dərəcəsi aylrd edilir:
*yüngül dərəcə – acqarına qanda şəkərin miqdarı 7,7 mmol/l olur və dieta ilə şəkəri normallaşdırmaq mümkündür
*orta dərəcə – acqarına qanda şəkərin miqdarı 12,7mmol/l olur. Bu zaman qanda şəkərin miqdarını normallaşdırmaq üçün insulin müalicəsi təyin edilir.
*ağır dərəcə – acqarına qanda şəkərin miqdarı 12,7 mmol/l-dan çox olur. Bu zaman orqan və toxumalarda zədələnmələr baş verir, sidikdə aseton olur.
Hamilələrdə xəstəliyin xüsusiyyətləri.
Hamiləlik zamanı şəkərli diabetin dərəcələri daha da ağır əlamətlərlə özünü biruzə verir.
Hamiləliyin birinci üçaylığında qanda qlükozanın miqdarı azalır və hipoqlikemiya baş verir. Buna görə də insulinin dozası 1/3 dəfə azaldılır.
Hamiləliyin 13 həftəsinə qədər xəstəliyin pisləşməsi başlayır və hiperqlikemik koma da baş verə bilir. Bu zaman insulinin dozası artırılmalıdır.
Hamiləliyin 32 həftəsində qanda şəkərin miqdarı yaxşılaşa bilir və hipoqlikemiya müşahidə olunur. Bu zaman insulinin dozası 20-30% azaldılır.
Doğuş zamanı qanda şəkərin miqdarına nəzarət edilir. Qorxu, həyəcan, fiziki yorğunluq hissi şəkərin miqdarının artmasına səbəb ola bilir. Doğuşdan sonra isə şəkərin miqdarı aşağı düşür və 7-10 gün sonra hamiləliyə qədər olan miqdara çatır. Bu dinamika ilə qadınlarda patoloji proses nəzarət altına alınır və qadının sonrakı hamiləliyə qədər insulin müalicəsinə diqqət yetirilir.
Hamiləlik şəkərli diabet xəstəliyinə pis təsir edir.
Hamiləlik müddətində damar xəstəlikləri proqresivləşir, diabetik retinopatiya 35% hallarda inkişaf edir, diabetik böyrək zədələnmələri meydana çıxır, arterial təzyiqin artması müşahidə edilir, hestoz baş verə bilir, ətraflarda şişkinliklər, sidikdə zülal, kəskin pielonefrit meydana çıxa bilir.
Şəkərli diabet xəstələrində hamiləlik zaman ağırlaşmalar da meydana çıxa bilir. Belə xəstələrin 30-70%-də hestoz baş verir ki, bu da özünü arterial təzyiqin artması, ödem və şişkinliklərlə göstərir. Hestoz ağırlaşdıqda isə qadınlarda eklampsiya(huşun itməsi ilə müşahidə olunan qıcolmalar)baş verir. Hestozun fonunda qadınlarda böyrək çatışmazlığı inkişaf etməyə başlayır ki, bu da 18-46% halda uşağın ölü doğulmasına səbəb olur.
Şəkərli diabet xəstəliyindən əziyyət çəkən qadınların 15-31%-də 20-27 həftədə və ya daha erkən uşaqsalma baş verir. Amma xəstəlik nəzarət altına alınarsa, sağlam qadınlarda spontan uşaqsalma müşahidə edilmir. Belə qadınlarda vaxtından əvvəl doğuş tez-tez baş verir. 29% halda ölü doğulma müşahidə edilir. Uşağın ana bətnində ölməsi isə adətən hamiləliyin 35-38 həftələrində baş verir. Bu ən çox da döl iri olduğu zaman baş verir. Əgər su yığılması olarsa o zaman həkimlər 38 həftədə doğuşu yekunlaşdırmaq barədə düşünürlər.
Şəkərli diabet xəstələrinə təbii doğuş arzu olunan nəticəni verməyə bilir. Doğuş adətən ana və uşaq üçün travma ilə yekunlaşır.
Şəkərli diabet xəstələrində doğuşdan sonra infeksiya düşmə riski yüksək olur və belə qadınların südü az olur.
Şəkərli diabet xəstələrinin vəziyyəti hamiləlik dövründə ağırlaşır.
Aşağıdakı hallarda hamiləlik əks göstəriş hesab olunur:
1. Diabetik mikroangiopatiyalarda(müxtəlif orqanların kiçik damarlarında zədələnmə olduğu zaman)
2. İnsulinin rezistenlik forması olduğu zaman( insulin müalicəyə kömək edə bilmədiyi zaman)
3. Ər və arvadın hər ikisində şəkərli diabet xəstəliyi olduqda(uşaqda irsi xəstəliklər olduğu üçün)
4. Diabet və rezus konflikt olduğu halda(eritrositlər rezus müsbət dölün antitellərini dağıdır)
5. Diabetlə birlikdə aktiv vərəm olduğu zaman
6. Ana əvvəl ölü uşaq dünyaya gətirdiyi zaman
Şəkərli diabet xəstələrinin dünyaya gətirdikləri uşaqlarda piy toxuması yaxşı inkişaf elədiyinə görə onların çəkisi artıq olur(4500 qr çəki, 55-60 sm uzunluq). Onlarda diabetik retinopatiya inkişaf edir: şişkinlik, sianoz, ayabənzər( dəyrimi) sifət müşahidə edilıir. Belə uşaqlarda doğuşdan sonra sarılıq, çəkinin itməsi və patologiyaların gec bərpa olunması müşahidə olunur. 20% hallarda isə azçəkili uşaq dünyaya gəlir.
Doğulan uşaqlarda olan qüsurlar sağlam anaların dünyaya gətirdikləri uşaqlardan 2-4 dəfə çox olur və əksər hallarda anarlarda diabetik patologiyalar baş verir. Güman edilir ki, bu hamiləliyin ilkin etaplarında hiperqlikemiyanın orqanların formalaşmasını pozduğu üçündür. Belə qadınların dünyaya gətirdikləri uşaqlarda sağlam qadınların uşaqlarından fərqli olaraq 5 dəfə çox ürək qüsuruna, böyrək zədələnmələrinə, beyin və bağırsaq anomaliyalarına rast gəlinir. Şəkərli diabet xəstələrinin dünyaya gətirdikləri uşaqların 2,6%-də olan qüsurlar onların həyatda qalmamalarına səbəb olur.
Doğulacaq uşaqda olan ürək qüsurlarını əvvəlcədən aşkar etmək üçün hamiləlik zamanı xüsusi müayinələrdən keçmək lazımdır.
Şəkərli diabet xəstələrinin dünyaya gətirdikləri uşaqlarda diabet xəstəliyinin olması 2-6%-dir. Amma hər iki valideyində şəkərli diabet xəstəliyi varsa o zaman bu miqdar 20%-ə qədər arta bilir.
Hamiləlik zamanı şəkərli diabetin müalicəsi
Şəkərli diabeti olan qadınlar hamiləlik müddətində həkim nəzarəti altında olmalıdırlar. Bu müddət ərzində qanda şəkərin miqdarı kompensasiya edilməlidir.
Hamiləlik zamanı şəkərli diabet xəstələri rasional qidalanmalarına nəzarət etməli və insulin müalicəsi almalıdır. Şəkərli diabet xəstələri hamiləlik dövründə dieta saxlamalıdırlar və bu dietanı endokrinoloq həkim təyin etməlidir. Qəbul edilən qidanın tərkibində hər kiloqram çəkiyə görə karbohidratların miqdarı 200-250 qr, yağların miqdarı 60-70 qram, qidanın enerji dəyəri 2000-2200 və zülalların miqdarı 1-2 qram azaldılmalıdır. Əgər qadında piylənmə varsa, o zaman subkalorili dieta təyin edilməlidir: 1600-1900 kkalori. Bu zaman hər gün eyni miqdarda karbohidrat qəbul etmək lazımdır. Qidalar arasındakı məsafədə isə edokrinoloqun təyin etdiyi dozada insulin vurulur. Insulin vurulan zaman onun maksimal təsir etdiyi zaman müddəti aydınlaşdırılmalıdır. Kombinəedilmiş insulin qəbul edən hamilə qadın insulin vurulduqdan yarım saat sonra qida qəbul etməlidir. İnsulin həkimin təyinatı ilə, şəkərin miqdarı artdığı zamanlarda və yuxudan əvvəl vurulmalıdır. Şəkərli diabeti olan hamilə qadınlara tərkibində çöxlu karbohidrat, şəkər olan qidalardan uzaq durmaq tövsiyə olunur. Belə xəstələr şirniyyatdan, tortdan, şirin içkilərdən, qənddən, konfetdən mürəbbədən, baldan, dondurmadan, şokoladdan, üzüm məhsullarından, manna və düyü sıyığından uzaq durmalıdırlar. Bu dietaya əməl edən ananın uşağı normal çəkidə dünyaya gəlir. Şəkərli diabet xəstələri hamiləlik zamanı gün ərzində 8 dəfə qidalanmalıdırlar və hamiləlik müddətində 8-12 kiloqramdan çox çəki artımına malik olmamalıdırlar. Şəkərli diabet xəstələrinin qidası A, B qrup, C və D vitaminləri, fol turşusu, kali-yodidlə zəngin olmalıdır.
Diabeti olan qadın hamilə qaldıqdan 2 həftə sonra qanda şəkərin miqdarı həmişəkindən daha çox artmağa başladığına görə mütləq insulin müalicəsi başlanılmalıdır. Dölün normal inkişaf edib böyüməsi üçün ana mütləq insulin terapiyasına başlamalıdır. Bu zaman iynəni eyni yerə dəfələrlə vurmaq məsləhət görülmür.
Əgər hamilə qadından yüngül formalı şəkərli diabet varsa o zaman fitoterapiya qəbul etmək mümkündür. Bu zaman şəkərsalıcı xüsusiyyətlərə malik bitki dəmləmələrindən istifadə etmək olar:
60 qr qaragilə yarpağını bir litr qaynar suya salıb 20 dəqiqə dəmləyib 100 ml olmaqla gündə 4-5 dəfə içmək qanda şəkərin miqdarını nəzarət altında saxlayır.
5 qram toxumsuz lobya, 5 qram qaragilə yarpağı, 5 qram xırdalanmış yulaf kəpəyi, 3 qram kətan toxumu, 2 qram xırdalanmış pıtraq kökü qarışdırılaraq 600 ml qaynar suya salınıb 5 dəq qaynadılır, 20 dəqiqə dəmlənir. Bu dəmləmədən gündə 50ml olmaqla 6 dəfə qəbul etmək lazımdır. Dəmləmə 4-6 ay içilməlidir. Bu qanda şəkərin miqdarını nəzarət altına alır.
İnsulin müalicəsindən başqa şəkərli diabet xəstələrinə fiziki hərəkət etmək məsləhət görülür. Bu əzələlərdə olan qlükozanın sərfinə , qanda isə aşağı düşməsinə səbəb olur. Hamilə şəkərli diabet xəstələrinə hər gün gəzmək məsləhət görülür. Şəkəli diabet xəstələri hamiləlik zamanı qanda olan qlükozanın miqarını qlükometrlə ölçməlidirlər.
I tip şəkərli diabet xəstələri gənc yaşda mədəaltı vəzinin insulin ifraz edə bilməməsi üzündən bu xəstəliyə düçar olanlardır. Hamilələr arasında ən çox II tip şəkərli diabet xəstələrinə rast gəlinir.
II tip şəkərli diabet xəstələri 30 yaşından sonra bu xəstəliyə düçar olanlardır. Adətən bu piylənmə fonunda inkişaf edir. Bu formalı şəkərli diabet zamanı orqanlar zərər görmür. II tip şəkərli diabetdən əziyyət çəkən qadınlar hamiləliyi sona çatdıra bilirlər.
Antidiabetik maddələr(insulindən başqa) həb şəklində olur. Bu həbləri II tip şəkərli diabet xəstələri hamiləlik zamanı qəbul etdikdə dərmanlar dölə keçir və vaxtından əvvəl doğuş baş verir. Buna görə də bu həblər hamiləllik dövründə əks göstəriş sayılır.
Hamilə qadınların 4%-də yalançı şəkərli diabet müşahidə edilir. Hamiləlik müddətində meydana çıxan şəkərli diabet doğuşdan sonra keçib gedir. Bu adətən yaxın qohumlarında şəkərli diabet olan qadınlarda meydana çıxır. Öz işinin mütəxəssisi olan mama ginekoloq bunu anamnez zamanlı aşkar edə bilir( uşaqsalma, ölü uşaq dünyaya gətirmə, əvvəllər iri döl dünyaya gətirmə baş verdiyi zamanlarda). Hamiləlik zamanı qanda şəkərin miqdarı 27-32 həftədən meydana çıxmağa başlayır və doğuşdan 1-2 həftə sonra keçib gedir. Son 10-20 il ərzində qadınlarda diabetə xroniki xəstəlik kimi rast gəlmək olur. Bu zaman hamiləlik II tip şəkərli diabet xəstələrində olduğu kimi keçir. Diabetdən əziyyət çəkən qadınların təxminən 25% -i hamiləlik müddətində insulin müalicəsi alır.
Hamiləlik diabetdən əziyyət çəkən qadınların sağlamlığı üçün ciddi bir hadisədir. Bunun üçün də endokrinoloq həkimin dediyi bütün məsləhətlərə əməl olunmalıdır.
Milli.Az

Şəkərli diabet

Şəkərli diabet – maddələr mübadiləsinin xroniki pozğunluğudur. Onun əsasını insulin çatışmazlığı və qanda qlükozanın səviyyəsinin yüksəlməsi dayanır. Şəkərli diabet susuzluq hissi, ifraz olunan sidiyin miqdarının çoxalması, iştahın artması, halsızlıq, başgicəllənmə, yaraların gec sağalması və s. ilə təzahür edir. Xəstəlik xroniki və tez-tez proqressivləşən gedişə malik olur. Şəkərli diabetə tutulan insanlarda insult, böyrək çatışmazlığı, miokard infarktı, ətrafların qanqrenası, korluğun yaranma riski yüksək olur. Qanda şəkərin miqdarının kəskin artması həyat üçün təhlükəli sayılan vəziyyətlərə: hipo- və hiperqlikemik komaya gətirib çıxarır.

  • Yaranma səbəbləri və inkişaf mexanizmi
  • Təsnifat
  • Əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostikası
  • Müalicəsi
  • Proqnoz və profilaktikası

Şəkərli diabet barədə ümumi məlumat

Şəkərli diabet maddələr mübadiləsi pozğunluqları arasında şəkərli diabetdən sonra ikinci yeri tutur. Dünya əhalisinin təxminən 10%-i bu xəstəlikdən əziyyət çəkir, lakin patologiyanın gizli formalarıni nəzərə alsaq, bu rəqəm 3-4 dəfə yüksək ola bilər. Şəkərli diabet insulinin xroniki çatışmazlığı nəticəsində inkişaf edərək, karbohidrat, yağ və zülal mübadiləsinin pozğunluqları ilə müşayiət olunur. İnsulin mədəaltı vəzidə Langerhans adacıqlarının ß-hüceyrələrində hasil olur. Bu hormon karbohidrat mübadiləsində iştirak etməklə hüceyrələrə qlükozanın daxil olmasını asanlaşdırır, qaraciyərdə qlikogenin sintezinə və toplanmasına səbəb olur, karbohidrat birləşmələrinin parçalanmasını tormozlayır.

Zülal mübadiləsi prosesində insulin nuklein turşuları və zülal sintezini gücləndirir, onun n qarşısını alır. İnsulinin yağ mübadiləsinə təsiri qlükozanın piy hüceyrələri tərəfindən mənimsənilməsi, hüceyrələrdə energetik proseslərin aktivləşməsi, yağ turşularının sintezi və yağların parçalanmasının ləngidilməsindən ibarətdir. İnsulinin iştirakı ilə natriumun hüceyrəyə daxil olma prosesi sürətlənir. İnsulinin nəzarət etdiyi mübadilə proseslərinin pozulması onun sintezinin kifayət qədər olmaması (1-ci tip şəkərli diabet) və ya toxumaların insulinə qarşı həssaslığının azalması nəticəsində inkişaf edə bilər.

Şəkərli diabetin y aranma səbəbləri və inkişaf mexanizmi

1-ci tip şəkərli diabetə əsasən yaşı 30-dan az olan cavanlarda rast gəlinir. İnsulin sintezinin pozulması mədəaltı vəzinin autoimmun xarakterli zədələnməsi və insulin sintez edən ß-hüceyrələrin dağılması ilə bağlı olur. Pasiyentlərin əksəriyyətində şəkərli diabet virus infeksiyası (epidemik parotit, məxmərək, virus hepatiti) və ya toksiki təsirlərdən (nitrozamin, pestisid, dərman vasitələri və s.) yaranır. Orqanizmin onlara qarşı immun reaksiyası mədəaltı vəzi hüceyrələrinin məhvinə səbəb olur. Şəkərli diabet insulin hasil edən hüceyrələrin 80%-dən çox hissəsinin zədələndiyi təqdirdə inkişaf edir. 1-ci tip şəkərli diabet autoimmun xəstəlik sayılır. Bu patologiya əksər hallarda autoimmun genezli digər proseslər: tireotoksikoz, diffuz toksiki zob və s. ilə müştərək şəkildə müşahidə olunur.

2-ci tip şəkərli diabet zamanı toxumaların insulinə qarşı rezistentliyi inkişaf edir. Belə hallarda qanda insulinin səviyyəsi normal və ya yüksək olur, lakin hüceyrələr tərəfindən mənimsənilmir. Pasiyentlərin əksəriyyətində (85%) 2-ci tip şəkərli diabet aşkarlanır. Piylənmədən əziyyət çəkən pasiyentlərdə toxumaların insulinə həssaslığı piy toxuması tərəfindən blokada olunur. 2-ci tip şəkərli diabetə daha çox yaşlı pasiyentlər tutulur, onlarda zaman keçdikcə qlükozaya qarşı tolerantlığın azalması baş verir.

2-ci tip şəkərli diabetin yaranmasına aşağıdakı amillər təsir edə bilər:

  • genetik – valideynləri və ya qohumlarında şəkərli diabetin rast gəlindiyi insanlarda xəstəliyin inkişaf riski 3-9% təşkil edir;
  • piylənmə – piy toxumasının izafi miqdarda olması (xüsusən abdominal tip piylənmə) toxumaların insulinə qarşı həssaslığını nəzərə çarpacaq dərəcədə azaldaraq, şəkərli diabetin inkişafına səbəb olur;
  • qidalanmanın pozulması– gündəlik rasionda karbohidratların üstünlük təşkil etməsi, qida liflərinin isə azlığı şəkərli diabetin yaranma ehtimalını artırır;
  • ürək-damar xəstəlikləri – ateroskleroz, arterial hipertoniya, ÜİX toxumaların insulinə qarşı rezistentliyini yüksəldir;
  • xroniki stress vəziyyətləri – stress vəziyyətində orqanizmdə katexolaminlər (noradrenalin, adrenalin), qlükokortikoidlərin miqdarı artır, bu hormonlar da öz növbəsində diabetin inkişafına səbəb olur;
  • bəzi dərman vasitələrinin diabetogen təsiri – sintetik qlükokortikoidlər, diuretiklər, bir sıra hipotenziv preparatlar, sitostatiklər və sairə;
  • böyrəküstü vəzilərin qabıq maddəsinin xroniki çatışmazlığı.

İnsulin çatışmazlığı və ya ona qarşı rezistentliyin yarandığı hallarda qlükozanın hüceyrəyə keçməsi zəifləyir, bu da onun qanda miqdarının yüksəlməsinə gətirib çıxarır. Orqanizmdə qlükozanın işlənmə və mənimsənilməsinin alternativ yolları aktivləşir, nəticədə toxumalarda qlikozaminoqlikan, sorbitol, qlükozalaşmış hemoqlobin yığılmağa başlayır. Sorbitolun toplanması katarakta, mikroangiopatiya (kapilyar və arteriolların funksiyasının pozulması), neyropatiyalara (sinir sisteminin funksional dəyişiklikləri) gətirib çıxarır; qlikozaminoqlikan isə oynaqların zədələnməsinə səbəb olur. Hüceyrələrdə enerji azlığını bərpa etmək üçün zülalların parçalanma prosesi baş verir, bu da əzələ zəifliyi, skelet və ürək əzələsinin distrofiyası ilə nəticələnir. Yağların peroksidləşməsi aktivləşir, toksiki metabolik məhsullar (keton cisimcikləri) toxumalarda toplanmağa başlayır.

Hiperqlikemiya orqanizmdən artıq şəkəri xaric etmək üçün sidik ifrazını gücləndirir. Qlükoza ilə birgə böyrəklərdən əhəmiyyətli miqdarda mayenin itirilməsi dehidratasiyaya (susuzlaşma) səbəb olur. Şəkərin xaric olunması orqanizmin enerji ehtiyatlarını azaltdığından xəstələrdə çəkinin azalması müşahidə edilir. Qlükoza səviyyəsinin artması, dehidratasiya və piy hüceyrələrinin parçalanması nəticəsində keton cisimciklərinin toplanması təhlükəli vəziyyət sayılan diabetik ketoasidoza gətirib çıxarır. Sonrakı mərhələlərdə hiperqlikemiya ilə əlaqədar sinirlər, böyrək, göz, ürək və beynin kiçik qan damarlarının zədələnməsi baş verir.

Şəkərli diabetin t əsnifatı

Endokrinologiyada şəkərli diabetin digər xəstəliklərlə müşayiət olunmasından asılı olaraq, 2 forması ayırd edilir: simptomatik (ikincili) və həqiqi.

Simptomatik şəkərli diabet daxili sekresiya vəzilərinin (mədəaltı, qalxanabənzər, böyrəküstü, hipofiz) xəstəlikləri fonunda inkişaf edərək, birincili patologiyanın təzahürü sayılır.

Həqiqi şəkərli diabetin 2 tipi mövcuddur:

  • insulindən asılı I tip orqanizmdə insulin hasil olunmur və ya az miqdarda sintez edilir;
  • insulindən asılı olmayan II tip – qanda insulin səviyyəsinin normal və ya artıq olmasına baxmayaraq, toxumaların insulinə qarşı rezistentliyi müşahidə edilir.

Hamilələrdə şəkərli diabet ayrıca qeyd olunur.

Şəkərli diabetin 3 ağırlıq dərəcəsi: yüngül (I), orta (II) və ağır (III) və karbohidrat mübadiləsi pozğunluqlarının 3 kompensasiya forması: kompensasiya olunan, subkompensasiya olunan və dekompensasiya olunan formalar ayırd edilir.

Şəkərli diabetin ə lamətləri

1-ci tip şəkərli diabet sürətlə, 2-ci tip isə əksinə tədricən inkişaf edir. Əksər hallarda patologiya gizli və simptomsuz gedişə malik olub, göz dibinin müayinəsi və yaxud qan və sidikdə qlükozanın təyini zamanı təsadüfən aşkarlanır. 1-ci və 2-ci tip kliniki şəkərli diabet müxtəlif formalarda təzahür edir, lakin onların hər ikisi üçün aşağıdakı əlamətlər xarakterikdir:

  • susuzluq və ağızda quruluq hissi, sutka ərzində 8-10 litrə qədər polidipsiya (həddindən artıq maye qəbulu);
  • poliuriya (sidik ifrazının tezləşməsi və artması);
  • polifagiya (iştahın artması);
  • dəri və selikli qişaların (o cümlədən aralığın) quruluğu, qaşınması, dərinin irinli infeksiyaları;
  • yuxu pozğunluğu, zəiflik, əmək qabiliyyətinin azalması;
  • baldır əzələlərində qıcolmalar;
  • görmə qabiliyyətinin pozulması.

1-ci tip şəkərli diabetin təzahürləri susuzluq, tez-tez sidiyə getmə, ürəkbulanma, qusma, halsızlıq, yorğunluq, daimi aclıq hissi, çəkinin itirilməsi (normal və ya artıq qidalanma zamanı), əsəbiliklə xarakterizə olunur. Uşaqlarda diabetin əlamətlərinə enurez (gecə saatlarında sidik saxlamazlıq) aiddir. Enurezin əvvəllər yerini islatmayan uşaqlarda yaranması xüsusi sayıqlıq tələb edir. 1-ci tip şəkərli diabet zamanı adətən hiperqlikemik (qanda şəkərin kritik yüksək səviyyəsi) və hipoqlikemik (qandan şəkərin kritik aşağı səviyyəsi) vəziyyətlər inkişaf edir, belə hallarda təcili tədbirlərin aparılması tələb olunur.

2-ci tip şəkərli diabetdə dəri qaşınması, susuzluq, görmə qabiliyyətinin pozulması, ifadəli yuxululuq və yorğunluq, dəri infeksiyaları, yaraların gec sağalması, ayaqların paresteziya və keyiməsi üstünlük təşkil edir. 2-ci tip şəkərli diabet xəstələrində çox zaman piylənmə müşahidə edilir.

Şəkərli diabet adətən aşağı ətraflarda tüklərin tökülməsi, üzün tüklənməsi, ksantomalar (kiçik ölçülü sarımtıl törəmə), kişilərdə balanopostit, qadınlarda isə vulvovaginitlə müşayiət olunur. Şəkərli diabetin proqressivləşməsi zamanı maddələr mübadiləsinin bütün növlərinin pozulması immunitetin və infeksiyalara qarşı müqavimətin azalmasına gətirib çıxarır. Diabetin uzunmüddətli gedişi sümük sisteminin zədələnməsinə – osteoporozun inkişafına səbəb olur. Bel nahiyəsi, sümük və oynaqlarda ağrılar, fəqərə və oynaqların çıxıqları, yarımçıxıqları, sümüklərin sınıqları və deformasiyaları meydana çıxır, bu da əlilliklə nəticələnir.

Şəkərli diabetin a ğırlaşmaları

Şəkərli diabetin gedişi poliorqan pozğunluqlarının inkişafı ilə ağırlaşa bilər:

  • diabetik angiopatiya – damar keçiriciliyinin artması, onların kövrəkliyi, trombozu, aterosklerozu. Sadalanan əlamətlər ürəyin koronar xəstəliyi, fasiləli axsama, diabetik ensefalopatiyanın inkişafına gətirib çıxarır;
  • diabetik polinevropatiya– 75% pasiyentlərdə periferik sinirlərin zədələnməsi nəticəsində ətrafların hissiyyatının pozulması, şişkinliyi və üşüməsi, göynəmə və qarışqa yeriməsi hissi yaranır. Diabetik neyropatiya şəkərli diabetin inkişafından bir neçə il sonra formalaşır və daha çox insulindən asılı tipdə rast gəlinir;
  • diabetik retinopatiya– torlu qişa, gözün arteriya, vena və kapilyarlarının dağılması, görmənin zəifləməsi, torlu qişanın ayrılması və korluq. Bu əlamətlər 1-ci tip şəkərli diabetdə 10-15 il, 2-ci tipdə isə daha tez meydana çıxır və pasiyentlərin 80-95%-də aşkarlanır;
  • diabetik nefropatiya – böyrək damarlarının zədələnməsi, orqanın funksional pozğunluğu və böyrək çatışmazlığının inkişafı. Pasiyentlərin 40-45%-də xəstəliyin başlanmasından 15-20 il sonra qeydə alınır;
  • diabetik pəncə– aşağı ətrafların qan dövranınn pozulması, baldır əzələlərində ağrı, trofiki xoralar, pəncə sümüyü və oynaqların dağılması.

Şəkərli diabet zamanı kəskin yaranan kritik vəziyyətlərə diabetik (hiperqlikemik) və hipoqlikemik koma aiddir.

Hiperqlikemik vəziyyət və koma qanda qlükozanın qəfil və əhəmiyyətli dərəcədə yüksəlməsi nəticəsində baş verir. Artan ümumi halsızlıq, zəiflik, baş ağrıları, iştahsızlıq, ruh düşkünlüyü hiperqlikemiyanın xəbərverici amillərindən sayılır. Qeyd olunan əlamətlərin ardınca qarında ağrı, Kussmaul tənəffüsü, ağızdan aseton qoxusu, proqressivləşən apatiya və yuxululuq, AT-nin azalması müşahidə edilir. Bu vəziyyət qanda ketoasidozla (keton cisimciklərinin toplanması) əlaqədar yaranır, bir sıra hallarda huşun itirilməsi – diabetik koma və letal sonluğa səbəb olur.

Hiperqlikemik komanın əksi olan hipoqlikemik vəziyyət qanda qlükozanın kəskin azalması, adətən insulinin doza həddinin aşılması zamanı inkişaf edir. Hipoqlikemiya qəflətən və sürətlə baş verir. Qəfil aclıq hissi, halsızlıq, ayaqların titrəməsi, səthi tənəffüs, arterial hipertenziya, dərinin soyuq tərlə örtülməsi, bəzən isə qıcolmalar baş verir.

Daimi müalicə və qanda qlükoza səviyyəsinin nəzarətdə saxlanılması şəkərli diabetin ağırlaşmalarının qarşısını almağa kömək edir.

Şəkərli diabetin d iaqnostikası

Acqarına kapilyardan götürülmüş qanda qlükoza səviyyəsinin 6,5mmol/l-dən yüksək olması şəkərli diabetdən xəbər verir. Normada qlükoza böyrək filtrində saxlanıldığından sidikdə ona rast gəlinmir. Qanda şəkərin səviyyəsinin 8.8-9.9 mmol/l-dən artıq olduğu (160-180mq%) hallarda böyrək baryeri öz funksiyasını yerinə yetirə bilmədiyindən qlükoza sidiyə keçir. Sidikdə şəkər xüsusi test-zolaqlarla təyin edilir. Qlükozanın qanda konsentrasiyasının onun sidikdə aşkarlanmasına səbəb olan minimal səviyyəsi «böyrək həddi» adlanır.

Şəkərli diabetə şübhə yarandıqda aşağıdakı müayinələr aparılır:

  • acqarına kapilyar qanda (barmaqdan alınmış) qlükozanın səviyyəsinin yoxlanılması;
  • sidikdə qlükoza və keton cisimciklərinin təyini – onların sidikdə tapılması şəkərli diabetin olmasına dəlalət edir;
  • qlükozalaşmış hemoqlobinin konsentrasiyasının yoxlanılması – şəkərli diabet onun miqdarı əhəmiyyətli dərəcədə yüksəlir;
  • qanda c-peptid və insulinin təyini – 1-ci tip şəkərli diabet zamanı hər iki göstərici xeyli azalır, II tipdə isə demək olar ki, dəyişmir;
  • yüklənmə testlərinin (qlükozaya tolerantlıq testi) aparılması: qlükozanın acqarına və 1,5 stakan qaynadılmış suda həll edilən 75qram şəkərin qəbulundan 1 və 2 saat sonra təyini. Testin mənfi cavabı – qlükoza səviyyəsinin acqarına aparılan sınaqda 6,6 mmol/l, qlükoza qəbulundan 2 saat sonra isə >11,1 mmol/l olması şəkərli diabeti inkar edir.

Şəkərli diabetin ağırlaşmalarının diaqnostikası məqsədilə əlavə müayinələr: böyrəklərin USM, reoensefaloqrafiya, baş beynin EEQ aparılır.

Şəkərli diabetin m üalicəsi

Şəkərli diabet zamanı qanda qlükozanın səviyyəsinə nəzarət və müalicə daimi xarakter daşıyır. Həkim məsləhətinə düzgün riayət olunduqda xəstəliyin ağırlaşmalarını ləngitmək və ya qarşısını almaq mümkündür. Şəkərli diabetin istənilən formasının müalicəsi qanda qlükozanın konsentrasiyasının azalmasına, maddələr mübadiləsinin bütün növlərinin normallaşmasına və ağırlaşmaların profilaktikasına yönəldilir.

Diabetin hər bir formasının müalicəsinin əsasını dietoterapiya təşkil edir. Pəhrizlə müalicə təyin edərkən pasiyentin cinsi, yaşı, bədən kütləsi, fiziki aktivliyi nəzərə alınır. Xəstələrə qida rasionunun kaloriliyini hesablama qaydası öyrədilir. İnsulindən asılı şəkərli diabet zamanı karbohidratların eyni saatda qəbulu məsləhət görülür, bu, qlükozaya nəzarəti və onun insulinlə korreksiyasını asanlaşdırır. 1-ci tip şəkərli diabetdə ketoasidoza səbəb olan yağlı qidaların qəbulu məhdudlaşdırılmalıdır. İnsulindən asılı olmayan şəkərli diabet hallarında şəkərin bütün növlərinin qəbulu dayandırılır və qidanın ümumi kaloriliyi azaldılır.

Xəstələr kiçik porsiyalarla tez-tez (gündə 4-5 dəfədən az olmamaqla) qidalanmalıdır. Karbohidratların bərabər şəkildə paylaşdırılması qlükoza səviyyəsinin stabil qalmasına şərait yaradır. Şəkər əvəzedicilərdən (aspartam, saxarin, ksilit, sorbit, fruktiza) hazırlanmış xüsusi diabetik məhsulların istifadəsi məsləhət görülür. Pəhrizlə diabetik pozğunluqların korreksiyası yalnız xəstəliyin yüngül formalarında keçərlidir.

Medikamentoz müalicə sxemi xəstəliyin tipindən asılıdır. 1-ci tip şəkərli diabetin aşkar olunduğu xəstələrdə insulinoterapiya, 2-ci tipdə isə pəhriz və şəkərsalıcı vasitələr göstəriş sayılır (insulin həblərin qeyri-effektivliyi, ketoasidoz və prekomatoz vəziyyət, vərəm, xroniki pielonefrit, qaraciyər və böyrək çatışmazlığı zamanı təyin edilir).

İnsulinin yeridilməsi qan və sidikdə qlükoza səviyyəsinə sistematik şəkildə nəzarət etməklə həyata keçirilir. Təsir mexanizmi və müddətinə görə insulinin 3 növü mövcuddur: prolonq (uzunmüddətli), orta və qısa təsirli. Prolonq xarakterli insulin qida qəbulundan asılı olnadan gündə 1 dəfə yeridilir. Əksər hallarda prolonq təsirli insulin inyeksiyaları orta və qısa müddətli preparatlarla birgə təyin edilir, bu da şəkərli diabetin kompensasiyasının əldə olunmasına imkan verir.

İnsulinin doza həddinin aşılması şəkərin qanda miqdarının kəskin azalmasına, hipoqlikemiya və koma vəziyyətinin yaranmasına səbəb olur. Preparatların növü və insulinin dozalanma qaydasını təyin edərkən pasiyentin gün ərzində fiziki aktivliyi, qanda qlükoza səviyyəsinin stabilliyi, qida rasionunun kaloriliyi, insulinə həssaslıq və s. istinad edilir. İnsulinoterapiya zamanı yerli (inyeksiya yerində ağrı, hiperemiya, şişkinlik) və ümumi (anafilaktik şoka qədər) allergik reaksiyaların inkişafı mümkündür. Həmçinin insulinoterapiya lipodistrofiya (insulinin yeridildiyi sahədə piy toxumasının içəri batması) ilə ağırlaşa bilər.

Şəkərsalıcı həblər insulindən asılı olmayan şəkəri diabet zamanı dietoterapiya ilə birgə təyin edilir. Qanda qlükozanın səviyyəsini azaltma mexanizminə əsasən şəkərsalıcı vasitələr aşağıdakı qruplara bölünür:

  • sulfanil-sidik cövhəri preparatları (qlikvidon, qlibenklamid, xlorpropamid, karbutamid) – mədəaltı vəzinin ß-hüceyrələri tərəfindən insulin sintezini stimulə edir, qlükozanın toxumalara keçməsini asanlaşdırır. Bu qrupa daxil olan preparatların optimal dozası qlükoza səviyyəsinin 8 mmol/l-dən yüxarı qalxmasına imkan vermir. Doza həddinin aşılması zamanı hipoqlikemiya və koma mümkündür.
  • biquanidlər (metformin, buformin və s.) – şəkərin bağırsaqda mənimsənilməsini zəiflədir və periferik toxumaların qlükoza ilə doymasına şərait yaradır. Biquanidlər qanda sidik turşusunun səviyyəsini artıraraq, yaşı 60-dan yuxarı olan pasiyentlərdə, eləcə də qaraciyər və böyrək çatışmazlığı, xroniki infeksiyaların rast gəlindiyi şəxslərdə laktasidozun inkişafına səbəb ola bilər. Biquanidlər adətən 2-ci tip şəkərli diabet və piylənmədən əziyyət çəkən cavan xəstələrə təyin edilir.
  • мeqlitinidlər (nateqlinid, repaqlinid) – insulin ifrazını stimulə etməklə qanda şəkərin səviyyəsini aşağı salır. Bu preparatların təsiri qanda qlükozanın miqdarından asılıdır. Meqlitinidlər hipoqlikemiya törətmir.
  • alfa-qlükozidazanın inhibitorları (miqlitol, akarboza) – nişastanın mənimsənilməsində iştirak edən fermentləri blokada etməklə, qanda şəkərin yüksəlməsini ləngidir. Bu qrupa aid olan preparatların yan təsirlərinə meteorizm və ishal aiddir.
  • tiazolidindionlar – qaraciyərdən xaric olan şəkərin miqdarını azaldır, piy hüceyrələrinin insulinə qarşı həssaslığını artırır. Ürək çatışmazlığında bu preparatların istifadəsi qadağandır.

Şəkərli diabet zamanı pasiyent və onun ailə üzvləri xəstənin vəziyyətinə nəzarət, eləcə də prekomatoz və komatoz halların inkişaf etdiyi təqdirdə ilkin yardımın göstərilməsi barədə maarifləndirilməlidir. Şəkərli diabetdə artıq çəkinin azaldılması və fərdi xarakterli mülayim fiziki yüklənmələr müsbət təsir göstərir. Əzələ yığılmaları hesabına qlükozanın oksidləşməsi baş verir, onun qanda səviyyəsi azalır. Lakin qlükozanın 15mmol/l-dən yüksək olduğu hallarda idman hərəkətlərinə yalnız şəkərin dərman preparatları ilə azaldılmasından sonra icazə verilmir. Şəkərli diabetdə fiziki yüklənmə bütün əzələ qrupları arasında bərabər paylanmalıdır.

Şəkərli diabetin p roqnoz və profilaktikası

Şəkərli diabetin aşkar edildiyi pasiyentlər həkim-endokrinoloqun qeydiyyatına salınır. Həyat tərzi, qidalanma və müalicənin düzgün təşkili pasiyentin vəziyyətinin uzun müddət stabil qalmasına kömək edir. Kəskin və xroniki ağırlaşmalar xəstəliyin proqnozunu ağırlaşdırır, pasiyentin yaşama müddətini qısaldır.

1-ci tip şəkərli diabetin profilaktikası orqanizmin infeksiyalara qarşı müqavimətinin gücləndirilməsindən və müxtəlif agentlərin mədəaltı vəziyə toksiki təsirinin qarşısının alınmasından ibarətdir. 2-ci tip şəkərli diabetin profilaktik tədbirlərinə piylənməyə yol verməmək, qidalanma rejimini korreksiya etmək (xüsusən ağırlaşmış irsi anamnezi olan şəxslərdə) aiddir.

Comments are closed, but trackbacks and pingbacks are open.