Press "Enter" to skip to content

Kərli diabet xəstələri necə qidalanmalıdır

Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasınd

Şəkərli diabeti müalicə edən təbii üsul

Əvvəllər nadir hallarda eşitmək olardı ki, kimsə diabetdən əziyyət çəkir. Lakin bu gün şəkərli diabet ən geniş yayılmış xəstəliklərdən biridir.

Orqanizmdə insulin səviyyəsinə nəzarətin olmaması qanda qlükozanın artmasına və diabetə gətirib çıxarır. Qanda şəkərin səviyyəsinə nəzarət etməyə kömək edəcək bir neçə üsul mövcuddur. Bunun üçün ilk növbədə həkimin göstərişlərinə əməl etmək lazımdır, eyni zamanda mütəxəssislər bir çox təbii variantları sınamağı məsləhət görür.

Publika.az xəbər verir ki, manqo çayı sağlamlıq üçün faydalıdır, həm də həb asılılığını aradan qaldırmağa kömək edir.

Diabetin müalicəsi üçün manqo çayı

10-15 manqo yarpağı;

1,5 litr mineral su.

Hazırlanma qaydası və tətbiqi:

Yuyulmuş manqo yarpaqlarını mineral suya əlavə edib qaynadın. Qaynayan kimi qazanı oddan götürüb soyumasını gözləyin və bir gün saxlayın. Ertəsi gün suyu süzüb acqarına için. Bu prosesi 2-3 ay ardıcıl olaraq təkrarlayın.

3 ay sonra qanda şəkərin səviyyəsi normla düşəcək, səhhətiniz xeyli yaxşılaşacaq.

Sağlamlıq Baxılıb: 1802 Tarix: 13 may 2018
f Paylaş

Digər yazılar

XANIMLARIN DİQQƏTİNƏ! Qadın xəstəliklərini unudun! Bu.

Məhsulu əldə etmək üçün əlaqə: 055 239 54 49. MƏHSUL HAQQINDA ƏTRAFLI. Məhz bu məcun qadınların imdadına çatacaqdır. Qadınlarda baş verən hormonal dəyişikliklər əsasında yaranan yumurtalıqların polikistozu, menstrual gecikmə

Zeytun yağı haqqında və onun faydası

Müxtəlif xalqlar zeytun yağına ilahi mənşəli ağac yağı kimi yanaşardılar. Qədim yunan rəvayətinə görə müdriklik allahı Afina allahların yarışında ən əhəmiyyətli neməti udaraq insanlara hədiyyə kimi bağışlamışdır. Yunanla

Çürük dişləri necə sağaldaq?

Amerikalı alimlərin araşdırmalarına görə, dişlərin sağlamlığı ilə insan orqanizminin ən həssas orqanı hesab edilən ürəyin birbaşa əlaqəsi var. Belə ki, ürək-damar xəstəliklərinin yaranması, inkişafı da məhz bununla əlaqəlidir

Ağrınız varsa nanə qəbul edin

Qış aylarında nanəli çay içərək həm soyuqdəymənin qarşısını alın, həm də səhhətinizə diqqət yetirin. Faydalı bitki kimi gündəlik məişətdə istifadə etdiyimiz nanə həzmi asanlaşdırmaqla yanaşı, mədədə əmələ gələcək yanıqları

Dəfnə yarpağının insana faydası

Sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olan dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir. Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidə

Yemişin faydası

Bu şirin tərəvəz öz faydalı xüsusiyyətlərinə görə qədim vaxtlardan tanınır. Bəzi mənbələrə görə, Hindistanda bu tərəvəzi hətta bizim eramızdan əvvəl yetişdirirdilər. Daha sonra yemiş Asiyaya “gəlib” və yalnız ort

Nar haqqında

Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasınd

Kakaonun insana faydası

Kakao əsəb və xərçəng riskini azaldan önəmli vasitə hesab edilir.Kalsiumla zəngin olan kakao sümüklərin bərkiməsi, ürəyin qüvvətlənməsi, həzmin asanlaşması üçün də çox faydalıdı. Bu bitki böyrəklərdə su və duzun həl l olunara

Limonun çox faydalı 5 cəhəti

Limon xərçəngə qarşı istifadə edilən vasitədir. Yeməklərdə, salatlarda, çayda, dəri üçün hazırlanan bir çox maskalarda istifadə edilən bitki tərkibli limonun bir sıra faydaları var. Bu sitrus meyvəsinin 5 əsas faydalı cəhət

Şəkərli diabet xəstələri necə qidalanmalıdır

Şəkər xəstəliyinin əlamətləri aşağıdakılardır:
-susuzluq və aclıq hissi
-tez-tez sidiyə çıxma
-süstlük və yorğunluq
-sürətli arıqlama və ya kökəlmə
-görmənin zəifləməsi
-dəridə quruluğun və qaşınmanın olması
-əl və ayaqda uyuşmalar
-səhər acqarına yoxlama zamanı qanda şəkərin normadan artıq olması
Şəkərli diabet xəstələri daima qidalarına diqqət eləməlidilər. Onlar gündəlik qidalarının tərkibinə nəzarət etməlidirlər. Diabetli xəstələrin qida rasionu C və E vitamini ilə zəngin olmalıdır. Gündəlik qidalarında 2000-5000 mg C vitamini, 800-1200 mg E vitamini olmalıdır. Şəkərli diabetlərin xüsusi qida rasionu olur. Diabetik olub uzun ömür sürmək istəyən hər bir xəstə şəkərsalıcı dərmanlarla birgə aşağıdakı pəhrizə də diqqət etməlidir.
-ağ çörək yerinə kəpəkli çörək yeməlidir
-yeməyin yanında mütləq tərəvəzlər yeməlidir
– meyvələri qabığı ilə yeməli
-paxlaya, loyaya, mərciyə, noxuda süfrədə bol yer verməlidir
-lazimı miqdarda duru yağı və zeytun yağı yeməli
-ağ ətə üstünlik verilməlidir
-yağsız süd və kəsmik yeməli
-kərə yağı, qaymaqdan uzaq durmaq
-şəkər tozu, duz, spirtli içkidən uzaq durmalı
-gündə ən az 8 stəkan su içməli
Gündəlik qidanın tərkibində karbohidratların miqdarı kalorinin miqdarının 50% -nı tutmalıdır. Meyvə və tərəvəzlər qanda xolesteronun miqdarını artmağa qoymadığı kimi ,şəkərin miqdarını da normada saxlayır. Soğan şəkər xəstələri üçün faydalıdır, çünki tərkibində qanda şəkərin miqdarını aşağı salan maddələr var. Brokoli kələmi də tərkibində olan kron mineralı ilə qanın tərkibində olan şəkərin miqdarını normallaşdırır. Şəkər xəstələri yağlı yeməkləri az yeməlidirlər, şirniyyatdan uzaq olmalıdırlar.
Qəbul olunan hər bir qida qanda şəkərin artmasına müxtəlif cür təsir edir. Quru lobya, mərci, yerkökü, bulqur, alma, armud,y ağsız sud, qatıq, makaron, portağalın şəkərin yüksəlməsinə təsiri az,lakin kartof, üzüm, ərik qurusu, əncir, qabaq, ərik, qarpız, yemiş kimi meyvələrin isə qanda şəkərin yüksəlməsində rolu böyükdür.
Şəkərli diabet xəstələri mümkün olduqca qanda şəkərin miqdarını artırmayan qidalar qəbul eləməlidirlər.

Şəkərli diabet xəstələri üçün TƏBİİ DƏRMAN

Şəkərli diabetdən əziyyət çəkənlər daim qanda şəkərin səviyyəsinə nəzarət etməlidir. Bu işdə xəstəyə xüsusi dərman preparatlarının qəbulu, pəhriz və fiziki aktivlik kömək edir.

Bəzi təbii vasitələr də qanda şəkərin səviyyəsini aşağı salmağa kömək edir. Ən güclü belə vasitə adi darçındır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, elmi araşdırmaların nəticələrinə görə darçın karbohidratların orqanizmdə parçalanmasını ləngidir və bununla da qanda şəkərin səviyyəsini aşağı salmağa yardım edir.

Bildiyiniz kimi, şəkər (qlükoza) bədəndə məhz karbohidratların parçalanması nəticəsində əmələ gəlir. Qlükoza çox vacib maddədir, orqanizmin əsas enerji mənbəyidir. Lakin 2-ci tip diabet xəstələrində qlükoza orqanizmin hüceyrələrinə daxil edə bilmir və qanda yığılmağa başlayır ki, bu da çox ağır pozulmaların inkişafına (ürək-damar sistemi, böyrək xəstəlikləri, insult, korluq və s.) səbəb ola bilər.

Mütəxəssislər şəkərli diabetdən əziyyət çəkənlərə qidalanmaya müntəzəm olaraq darçını daxil etməyi tövsiyə edirlər. Darçını süd məhsullarına, yeməklərə əlavə etmək olar.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.