Kərli içkilər xərçəng xəstəliyi yaradır – Həkimdən HƏYƏCAN TƏBİLİ
Araşdırmada iştirakçılar heç istifadə etməyənlər, az istifadə edənlər və çox edənlər olaraq qruplara ayrılıb.
Süni şəkərli içkilər qəbul edirsiniz? – Ürək-damar xəstəliyi və.
Süni şəkərli içkilər ürək-damar sisiteminin düşməni ola bilər. Süni şəkərli içkilərin də şəkərli içkilər kimi ürək-damar xəstəliklərinə səbəb olduğu açıqlanıb.
BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı aparılan araşdırmanın nəticələri “Journal of the American College of Cardiology” jurnalında dərc olunub. Qeyd olunub ki, şəkərli və süni şəkildə dadlandırılan içkilər ürək-damar xəstəlikləri riski artırır. Bu səbəbdən araşdırmada süni şəkərli içkilərin bilinənlərin əksinə şəkərli içkilərə alternativi olmadığı vurğulanıb.
Bununla bağlı əvvəlki araşdırmalara toxunan alimlər, şəkərli içkilərin qəbul edildiyi qidalanma tərzinin ürək-metabolik sağlamlığa mənfi təsir göstərdiyinin məlum olduğunu xatırladıb, şəkərli içkilərə alternativ olaraq göstərilən süni şəkərli içkilərin ürək-damar sağlamlığına təsirinin indiyə kimi tam bilinmədiyini qeyd ediblər.
Araşdırmada, Fransada 104,760 iştirakçını əhatə edən qidalanma anketinin nəticələri müzakirə edilib.
İştirakçılardan hər 6 ayda bir dəfə 24 saatlıq 3 pəhriz qeydlərinin onlayn doldurulması istənilən araşdırmada, süni şəkərli içkilər qida dəyəri olmayan içkilər olaraq, şəkərli içkilərin isə 5 faiz və ya daha çox şəkəri olan bütün içkiləri əhatə edəcək qidalandırıcı olduğu təsbit edilib.
Araşdırmada iştirakçılar heç istifadə etməyənlər, az istifadə edənlər və çox edənlər olaraq qruplara ayrılıb.
Çoxlu süni şəkərli içki içənlərin həyatlarında heç vaxt içməyənlərə nisbətən 20 faiz daha çox ürək-damar xəstəliyinə sahib olduğu qənaətinə gəlinib. Oxşar nəticənin şəkərli içkilər içənlər üçün də keçərli olduğu qeyd edilib.
Süni şəkərli içkilər ürək-damar sisiteminin düşməni ola bilər. Süni şəkərli içkilərin də şəkərli içkilər kimi ürək-damar xəstəliklərinə səbəb olduğu açıqlanıb.
Xanim.AZ Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı aparılan araşdırmanın nəticələri “Journal of the American College of Cardiology” jurnalında dərc olunub. Qeyd olunub ki, şəkərli və süni şəkildə dadlandırılan içkilər ürək-damar xəstəlikləri riski artırır. Bu səbəbdən araşdırmada süni şəkərli içkilərin bilinənlərin əksinə şəkərli içkilərə alternativi olmadığı vurğulanıb.
Bununla bağlı əvvəlki araşdırmalara toxunan alimlər, şəkərli içkilərin qəbul edildiyi qidalanma tərzinin ürək-metabolik sağlamlığa mənfi təsir göstərdiyinin məlum olduğunu xatırladıb, şəkərli içkilərə alternativ olaraq göstərilən süni şəkərli içkilərin ürək-damar sağlamlığına təsirinin indiyə kimi tam bilinmədiyini qeyd ediblər.
Araşdırmada, Fransada 104,760 iştirakçını əhatə edən qidalanma anketinin nəticələri müzakirə edilib.
İştirakçılardan hər 6 ayda bir dəfə 24 saatlıq 3 pəhriz qeydlərinin onlayn doldurulması istənilən araşdırmada, süni şəkərli içkilər qida dəyəri olmayan içkilər olaraq, şəkərli içkilərin isə 5 faiz və ya daha çox şəkəri olan bütün içkiləri əhatə edəcək qidalandırıcı olduğu təsbit edilib.
Araşdırmada iştirakçılar heç istifadə etməyənlər, az istifadə edənlər və çox edənlər olaraq qruplara ayrılıb.
Çoxlu süni şəkərli içki içənlərin həyatlarında heç vaxt içməyənlərə nisbətən 20 faiz daha çox ürək-damar xəstəliyinə sahib olduğu qənaətinə gəlinib. Oxşar nəticənin şəkərli içkilər içənlər üçün də keçərli olduğu qeyd edilib.
Şəkərli içkilər xərçəng xəstəliyi yaradır – Həkimdən HƏYƏCAN TƏBİLİ
“Şirniyyat asılılıq yaradır. İnsanı ən çox kökəldən şəkərdir”.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, həkim-qastroenteroloq Emin Məmmədovdur.
Onun sözlərinə görə, şirniyyat alarkən üzərindəki etiketə diqqət etmək lazımdır:
“Məhsulun üzərində 22 qram şəkər yazılıbsa, bu, yüksək hesab olunur. Şəkər asılılıq yaradır. İnsulinin səviyyəsinin qalxıb-düşməsinə səbəb olur”.
E.Məmmədov qeyd edib ki, şəkərli sular xərçəngə, ürək-qan-damar sistemi xəstəliyinə səbəb ola bilər:
“Qazlı və şirin sular təhlükəlidir. Xəstəlikdən əziyyət çəkənlər diqqət etsinlər. Şirin və meyvə suları çox zərərlidir. Bunun tərkibində bizə faydalı olan heç nə yoxdur. Qazlı suların tərkibi məişət sodasına çox yaxındır. Bəziləri qıcqırma üçün istifadə edirlər. Yanlışdır”.
Nəzrin Vahid
AQTA qazlı-şəkərli içkilərin zərərləri barədə əhaliyə xəbərdarlıq edib
AQTA qazlı-şəkərli içkilərin zərərləri barədə əhaliyə xəbərdarlıq edib Son dövrlər qazlı-şəkərli içkilərə tələbat artıb. Xüsusilə azyaşlıların sevərək içdiyi bu içkilər insan orqanizmində bəzi fəsadlar yarada bilər.
11 İyun , 2019 17:48
https://static.report.az/photo/01e7ddfd-a678-417c-9eb4-fe34b7062a32.jpg
“Son dövrlər qazlı-şəkərli içkilərə tələbat artıb. Xüsusilə azyaşlıların sevərək içdiyi bu içkilər insan orqanizmində bəzi fəsadlar yarada bilər”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Agentlik məsələnin aktuallığını nəzərə alaraq vətəndaşlara qazlı içki istehlakının minimuma endirilməsini tövsiyə edir. Bildirilib ki, qazlı içkilərin tərkibində istifadə edilən Aspartam təbii dadlandırıcı kimi qiymətləndirilsə də, orqanimzə verdiyi zərərləri saymaqla bitməz. Belə ki, şirinliyi 200 şərti vahid təşkil edən Aspartam hamiləlik zamanı düşüklərin yaranması, şəkər və ürək xəstəlikləri ilə bərabər 100-ə yaxın xəstəliyin meydana gəlməsinə səbəb olur. Aspartam şəkərli və qazlı içkilərlə orqanizmə daxil olduqda bədənimiz bu “təbii dadlandırıcı” nı normal şəkər kimi qəbul etmir və şəkərin parçalanması üçün ifraz olunan insulin yaranmadığı üçün, orqanizmə faydası olmayan bakteriyaların qidalanmasına əlverişli şərait yaratmış olur. Adətən, qazlı içkilərin üzərində olan “Soyuq halda için” yazısı da əbəs yerə yazılmır. Bunun əsas səbəblərindən biri qazlı və şəkərli içkiləri temperaturu yüksək olan şəraitdə saxladıqda, tərkibində mövcud olan Aspartam əlavəsinin asanlıqla metanola çevrilməsidir. Metanol isə kanserogen təsiri ilə seçilən formaldehidə çevrilə bilir. Şəkərli içkilərin aşağı kalorili olaraq satışa çıxarılması məqsədilə istifadə edilən bu kimi dadlandırıcılara saxarin, kalium afsesulfat və s. misal göstərmək olar. Hazırda bir neçə şəkər əvəzedicisinin qarışdırılması ilə (saxarin və aspartamı, atsesulfam və aspartamı və s.) şəkərli içkilərdə energetik səmərə əldə olunur. Şəkərli içkilərin orqanizmə olan mənfi təsirini ortaya çıxaran tətqiqatlara hər gün yeni biri əlavə olunur. Amerika Ürək Dərnəyi tərəfindən aparılan araşdırmalara görə, hər il dünyada şəkərli içki istehlakı səbəbilə 133 min insan diabet, 44 min insan ürək-damar xəstəlikləri və 6 min insan xərçəngdən dünyasını dəyişir. Məlumdur ki, şəkərli içkilərin tərkibində kalori və şəkər çoxdur. Qida dəyər göstəriciləri baxımından isə şəkərli içkilər olduqca zəifdir. Elə bu səbəbdən şəkərli içki qəbul etdikdə toxluq hissi yaranmadığı üçün gün ərzində qəbul etdiyiniz yeməklər artıq çəkiyə və həddindən artıq piylənməyə səbəb olur. Bu gün Amerikada yetkin insanların 36%-i və gənclərin isə 17%-i şəkərli və qazlı içkilər, soyuq çaylar və diyetik içkilər səbəbilə həddindən artıq piylənmədən əziyyət çəkirlər. Aparılan son tədqiqatlara görə, orta yaş qrupuna daxil olan yetişkin insanlar gün ərzində mütəmadi olaraq şəkərli içki qəbul etdikdə, orqanizmdə mövcud olan yağların həm keyfiyyəti, həm də miqdarı kəskin şəkildə dəyişir. Framingham tədqiqatına cəlb edilən 1000-dən çox insandan alınan nümunələrin analiz nəticələrinə görə, ümumiyyətlə, şəkərli içki qəbul edənlərlə şəkərli içki qəbul etməyənləri müqayisə etdikdə, bu qrup insanlarda daxili piylənmənin yüksək olduğu ortaya çıxıb. Bundan başqa, qazlı şəkərli içki istehlakı yüksək olan insanların mütəmadi olaraq idmanla məşğul olmalarına baxmayaraq, bu qrup insanlarda eyni zamanda, yağların ərimə sürətində də ciddi yavaşlama müşahidə edilir. Sadə dildə desək, yüksək miqdarda şəkərli içki qəbulu, daxili piylənməni artırmaqla yanaşı, piylənməyə səbəb olan yağların orqanizmə birdəfəlik yerləşməsinə səbəb olur.
Comments are closed, but trackbacks and pingbacks are open.