Ekrem Eylisli – Wikipedia
Возможность размещать книги на на нашем сайте есть у любого зарегистрированного пользователя. Если Ваша книга была опубликована без Вашего на то согласия, пожалуйста, направьте Вашу жалобу на info@libcat.ru или заполните форму обратной связи.
Əkrəm Əylisli: Daş yuxular
Здесь есть возможность читать онлайн «Əkrəm Əylisli: Daş yuxular» весь текст электронной книги совершенно бесплатно (целиком полную версию). В некоторых случаях присутствует краткое содержание. Город: Bakı, год выпуска: 2007, категория: Современная проза / на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале. Библиотека «Либ Кат» — LibCat.ru создана для любителей полистать хорошую книжку и предлагает широкий выбор жанров:
Выбрав категорию по душе Вы сможете найти действительно стоящие книги и насладиться погружением в мир воображения, прочувствовать переживания героев или узнать для себя что-то новое, совершить внутреннее открытие. Подробная информация для ознакомления по текущему запросу представлена ниже:
Daş yuxular
Азербайджанский
Рейтинг книги:
Добавить книгу в избранное
Ваша оценка:
- Описание
- Другие книги автора
- Правообладателям
- Похожие книги
Daş yuxular: краткое содержание, описание и аннотация
Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Daş yuxular»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.
Əkrəm Əylisli
Əkrəm Əylisli: другие книги автора
Кто написал Daş yuxular? Узнайте фамилию, как зовут автора книги и список всех его произведений по сериям.
Əkrəm Əylisli
Возможность размещать книги на на нашем сайте есть у любого зарегистрированного пользователя. Если Ваша книга была опубликована без Вашего на то согласия, пожалуйста, направьте Вашу жалобу на info@libcat.ru или заполните форму обратной связи.
В течение 24 часов мы закроем доступ к нелегально размещенному контенту.
Лейла Мирзоева
Daş yuxular — читать онлайн бесплатно полную книгу (весь текст) целиком
Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Daş yuxular», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.
Lev Anninski lbu əsər haqqında ressenziyada yazır:
“Hər iki tərəf etiraf etməli, hər iki tərəfin adamları qəlblərindəki kin və nifrətin nədən qaynaqlandığına nəzər salmalıdırlar. Ə.Əylislinin sətrlərindən qan axan romanının əsas mövzusu budur. Bu bədbəxtliyin sonu varmı? Yerin yalnız bir əlcəsini cənnət bilərək, çaqqallar və ilanlar məskən salan dağlar arasında kimsəylə ünsiyyət saxlamadan, heç kəsə toxunmadan, bir kimsəyə qaynayıb qovuşmadan yaşamaq mümkünmü? Yox, əlbəttə, yox! Təmaslar qaçılmazdır. Ən azı yer üzündə sevgi deyilən bir qüdrət var. Elə bir qüdrət ki, hansı tərəfin haqlı, hansı tərəfin haqsız olduğunun fərqinə varmır. Ən azı qarışıq sevgilərdən doğulan insanlar var. Və nəhayət adamların bir-birindən ayrı yaşaya, bir-birindən qaçıb gizlənə bilmədiyi məhkumluq var. Bütün bunları bildiyinə görə susmağı bacarmayan, səsini içində boğmağa gücü çatmayan yazıçının həqiqəti deməkdən ayrı bir yolu varmı?
Əkrəm Əylisli ən doğru yolu tutaraq nifrəti yerində oturdub.”
Urvatsız ölən həmvətənlərimin xatirəsinə
BİRİNCİ HİSSƏ
Qarderobcu qarının müəmmalı ölümü, məşhur artistin ölüm təhlükəli zarafatı və partbilet-pistolet.
Bakının böyük xəstəxanalarının birinin əzik-sınıq bölümünə indicə çatdırılan xəstənin halı ölümcül idi. Huşunu itirən xəstəni əl arabasına uzadıb xəstəxananın o biri başına qədər uzanan yarıqaranlıq koridorun tən ortasıyla ayrı bir korpusdakı əməliyyat otağına aparırdılar. Ağ xalatlı iki qadın idi, eynən onlar kimi ağ xalat geyinmiş iki kişi idi, bir də arıq, ota boylu, təmkini, ciddi üzü, xalatının təmizliyi və şaxlığı ilə digər dörd həmkarından seçilən cərrah idi ki, əl arabasının yanınca addımlayırdı.
Xəstəxana həyatı üçün adi sayılan bu mənzərəyə özəllik verən artıq bir şey vardısa, o, xəstəni klinikaya gətirən kişinin görünüş və davranışındakı faciəvi komizm idi. Əlli beş-altmış yaşında balacaboy, durduğu yerdə oynayan, əl boyda üzünün dəyirmisi şişman qarnına qətiyyən uyuşmayan bu kişi həkimlərin dörd bir yanında tullana-tullana eyni sözləri doğrayıb tökürdü:
– Doktor, başına dönüm, doktor. öldürdülər. Günün günorta çağı, belə bir adamı basıb əzdilər, həlak elədilər. Onların hamısı yerazlardı, həkim! Beş-altı nadan yeraz. Bu qaçqın köpəkuşağı insana hörmət qoymurlar, qadan alım, ay həkim. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinin üstünə barmağını tuşla ki, bu ermənidi, deməli, onun işi bitdi. O saat vəhşiyə dönüb salırlar ayaq altına, tapdalayıb başını əzirlər. Tikə-tikə parçalayırlar, denən kişi olan bir kəs irəli durmağa hünər eləyir, eləmir. Onlara deyirəm: vurmayın, bu adam erməni deyil, özümüzünküdür, xalqın oğludur, millətimizin fəxridir, vicdanlı adamdı. Kimdir qulaq asan? Heç adını da soruşmadılar, a balam, sən kimsən, nəçisən, nə səbəbə bu işə qatışırsan. Böyrümdən elə bir təpik ilişdirdilər ki, az qaldı canım çıxa. Bax, burama vurdular, doktor, sağ böyrümə. İndi də ağrısına dözə bilmirəm.
Həkim xəstəni gətirən adamın nə üyüdüb tökdüyünü o qədər də aydın başa düşmürdü. Bəlkə də heç başa düşmək istəmirdi. Hətta ola bilsin həkim, cəhrayı rəngli, dama-dama köynəyin üstündən sarı qalstuk bağlamış bu cıbırıx və məzəli kişinin dediklərini ümumiyyətlə eşitmirdi. Amma bununla belə diqqətli adam həkimin hərdənbir bığaltı gülümsəməyini də nəzərdən qaçıra bilməzdi. Bəli, o, hərdənbir açıq-aşkar bığaltı gülümsəyirdi. Ona görə yox ki, xəstəni gətirən adamın hər sözü, hər hərəkəti gülməli idi. Əslində həkimin həmin o sayaq bığaltı gülümsəməyinin yeganə səbəbi yaxasını yırtan töşmərək “xəstə yiyəsi” ilə müqayisədə əl arabasına uzadılan ağbaş kişinin arıq və kifayət qədər uzundraz olması idi. Yəqin ki, bu iki adamın görünüşündə nəzərə çarpan kəskin fiziki fərq, həkimə Don Kixotla Sanço Pança əhvalatının kədərli mənzərəsini xatırladırdı.
Onlar əməliyyat otağının qapısına çatanda ağ xalatlı kişilərdən biri sarı qalstuklu ipləmənin qarşısını kəsib onu dayandırmaq istədi.
– Burax gəlsin, – həkim dedi, – nəsə deyiləsi sözü var. Qoy ürəyini boşaltsın.
Koridorun darısqallığına baxmayaraq əməliyyat otağı hündür tavanı, iri aynaları olan geniş tikili sahəsi idi. Tən ortada üstünə yalnız mələfə çəkilən xəstənin uzandığı əl arabasına bənzər əməliyyat stolu qoyulmuşdu. Xəstəni əl arabasında gətirən iki ağ xalatlı kişi onu əməliyyat stolunun üstünə qaldırdı, dinməzcə gözləri ilə həkimdən getmək izni aldılar və sakitcə əməliyyat otağından çıxıb getdilər.
Ekrem Eylisli – Wikipedia
Əkrəm Nəcəf oğlu Naibov (Əkrəm Əylisli; 6 dekabr 1937 , Yuxarı Əylis , Ordubad rayonu ) — nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, [1] Azərbaycan Respublikasının sabiq xalq yazıçısı, [2] [3] Azərbaycan SSR Lenin komsomolu mükafatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1984), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikası Milli Məclisinin III çağırış [4] deputatı.
Mündəricat
Əkrəm Əylisli 6 dekabr 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur. Burada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini bitirdikdən sonra Azərnəşrin tərcümə redaksiyasında redaktor (1965–1968), “Gənclik” nəşriyyatında baş redaktor (1968–1970), “Mozalan” satirik jurnalında baş redaktor (1970–1971) olmuşdur.
1974–1978-ci illərdə Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru işləmiş, sonra “Azərbaycan” jurnalının baş redaktoru kimi çalışmışdır (1978–1983). Azərbaycan Sovet Yazıçıları İttifaqının katibi (1987–1991), “Yazıçı” nəşriyyatının direktoru olmuşdur (1992-ci ildən). Gənc yazıçıların Moskvada keçirilən Ümumittifaq müşavirəsində (1962), Belorusiya, Moldova və Özbəkistanda sovet ədəbiyyatı günlərində və digər tədbirlərdə iştirak etmişdir (1968–1980).
“Ulduz” jurnalı redaksiya heyətinin üzvü (1967–1978), SSRİ Yazıçılar İttifaqı bədii şurasının üzvü (1968–1976) olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin, eyni zamanda “Azərbaycan” və “Drujba narodov” jurnalları redaksiya heyətlərinin üzvü seçilmişdir (1978–1990). Sovet yazıçılarının nümayəndə heyətinin tərkibində Macarıstan, Polşa və Şimali Yəməndə səfərdə, Əziz Nesinin şəxsi dəvətilə Türkiyədə olmuşdur.
Polşanın Poznan şəhərinin Fəxri vətəndaşıdır. Belorusiya SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, “Şərəf nişanı”, “İstiqlal”, “Şöhrət” ordenləri və medallarla təltif edilmişdir.
Bədii yaradıcılığa şeirlə başlamış, lakin ilk mətbu hekayəsi “Qəşəm və onun kürəkəni”dir (“Azərbaycan” jurnalı, 1959, N 7). Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Özü də bədii tərcümələr edir, Vasili Şukşinin, Qabriel Qarsiya Markesin, V.Korolenkonun, İ.Turgenevin, Ç.Aytmatovun, H.Məlikin əsərlərini dilimizə çevirmişdir.
Yaradıcılığında dram əsərlərı xüsusi yer tutur. “Quşu uçan budaqlar”, “Mənim nəğməkar bibim”, “Bağdada putyovka var”,”Vəzifə”, “Anamın pasportu”, “Ata mülkü”, “Bir cüt badmüşk ağacı”, “Yastı təpə” pyesləri Bakı, Naxçıvan, Gəncə və İrəvan dram teatrlarında tamaşaya qoyulmuşdur. Ssenariləri əsasında “Gilas ağacı”, “Ürək yaman şeydir”, “Sürəyya” filmləri çəkilmişdir.
Əkrəm Əylisli “Daş yuxular” əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etməsi ilə ittiham edilərək, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən [2] və “Xalq yazıçısı” fəxri adından [5] məhrum edilmişdir.
Amerikalı ədəbiyyatşünas Malihe Tayrelın fikrincə, Əylisli “Sovet cəmiyyətinin soyuqluğu və biganəliyindən doğan özgəlik hissini” təsvir edir. Əylislinin prozası səmimi və alovlu, ancaq eyni zamanda müstəqil fikirlidir. Onun əsərləri ədəbi və siyasi cərəyanlardan eyni dərəcədə uzaq durur və “soyuq, yad cəmiyyətə qarşı mübarizə apararaq, onun öz şəxsiyyətini ifadə edir”. [6]
Ə.Əylisli 60-cı illərdə milli nəsrin yenilik axtarışlarını yaradıcılığında özünəməxsus şəkildə təmsil edən ilk yazıçılardan oldu. O, əsəsrlərində əsasən müharibə dövründəki və müharibədən sonrakı kəndi göstərirdi. Onun nəsrinin əsas qəhrəmanı bu dövrün kəndində dünyaya gəlmiş, xaraktercə formalaşmış, dünyanı və insanları tanımağa başlamışdır. [7]
- Gilas ağacı. Bakı: Uşaqgəncnəşr, 1961, 47 səh.
- Dağlara çən düşəndə. Bakı: Azərnəşr, 1963, 56 səh.
- Atalar və atasızlar. Bakı: Azərnəşr, 1965, 121 səh.
- Mənim nəğməkar bibim. Bakı: Azərnəşr, 1968
- Adamlar və ağaclar. Bakı: Gənclik, 1970, 247 səh.
- Kür qırağının meşələri. Bakı: Gənclik, 1971, 50 səh.
- Ürək yaman şeydir. Bakı: Gənclik, 1973, 152 səh.
- Bu kənddən bir qatar keçdi. Bakı: Azərnəşr, 1977, 267 səh.
- Gilənar çiçəyinin dedikləri. Bakı: Yazıçı, 1983, 438 səh.
- Adamlar və ağaclar. Bakı: Gənclik, 1985, 320 səh.
- Ədəbiyyat yanğısı. Bakı: Yazıçı, 1989,
- Seçilmiş əsərləri (iki cilddə). I c, Bakı: Azərnəşr, 1987, 497 səh.
- Seçilmiş əsərləri (iki cilddə). II c, Bakı: Azərnəşr, 1987, 416 səh.
- Möhtəşəm tıxac (roman). [8]
- Daş yuxular (roman).
- Safsar(povest) Bakı: Qanun, 2018.
Tərcümələri
Ruscadan
- Malik Həddad. Çevrilmiş səhifə (roman). Bakı: Azərnəşr, 1965, 116 səh.
- Henrix Böll. O illərin çörəyi (povest). Bakı: Azərnəşr, 1966, 126 səh.
- Konstantin Paustovski. Qızıl Qönçə. Bakı: Azərnəşr, 1968, 238 səh.
- Çingiz Aytmatov. Əlvida, Gülsarı. Bakı: Gənclik, 1969, 261 səh.
- Salman Rüşdi. Peyğəmbər tükü. Bakı: Qanun, 2019, 80 səh.
Filmoqrafiya
- Bağdada putyovka var. (film, 2000)
- Çay daşının göz yaşı. (film, 1971)
- Əkrəm Əylisli. İşıq həsrəti (film, 2003)
- Gilas ağacı (film, 1972)
- Həmyerli (film, 1989)
- Hörmətli alim yoldaşlar (film, 1971)
- Kimdir Məmməd Məmmədov? (film, 1973)
- Kür – dostluq çayıdır (film, 1985)
- Müşavirə (film, 1971)
- Sürəyya (film, 1987)
- Şəbih (film, 1971)
- Tənha narın nağılı (film, 1984)
- Ulu diyar (film, 1984)
- Üçüncü zəng (film, 2006)
- Ürək yaman şeydir. (film, 1992)
- Vətəndaş sərnişinlər. (film, 1971)
- “Yüz vədə bir borcu ödəməz” (film, 1971)
İstinadlar
- ↑”AYB: Əkrəm Əylisli Yazıçılar Birliyinin üzvü deyil”. www.apa.az ( (az.) ) . 08.02.2013. 2013-02-11 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 08.02.2013 .
- ↑ 12“Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2013-cü il tarixli Sərəncamı”. www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.) ) . 07.02.2013. 2014-09-13 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 07.02.2013 .
- ↑” ” “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 1998-ci il tarixli, 708 nömrəli Fərmanı”. www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.) ) . 23.05.1998. 27 June 2013 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 23.05.1998 .
- ↑”AYB: Əkrəm Əylisli Yazıçılar Birliyinin üzvü deyil”. Azərbaycan Respublikasının Milli Məclisi ( (az.) ) . 2021-06-05 tarixində orijinalından arxivləşdirilib.
- ↑”Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”. www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.) ) . 07.02.2013. 2013-05-12 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 07.02.2013 .
- ↑Maliheh S. Tyrell.Aesopian literary dimensions of Azerbaijani literature of the Soviet period səh. 93. Google Books
- ↑Nəbiyev, Bəkir; Salmanov, Şamil. Ümumtəhsil məktəbləri üçün dərslik, Ədəbiyyat, 11-ci sinif (5-ci). Bakı: Maarif. 2003. (#accessdate_missing_url)
- ↑”Əkrəm Əylisli “MÖHTƏŞƏM TIXAC” (Romandan parça)”. Azadlıq Radiosu ( (az.) ) . 30.04.2010. 2013-02-11 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 30.04.2010 .
Xarici keçidlər
- Əkrəm Əylislinin “Daş yuxular” romanı. (rus.)
Əkrəm əylisli
“Vallah, “Daş yuxular”da insanları aşağılamamışam”
Bu gün yazıçı Əkrəm Əylislinin 81 yaşı tamam olub. Yazıçı 1937-ci ilin bu günündə Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub.
Modern.az saytı doğum günündə 81 yaşlı Əkrəm Əylisli ilə söhbətləşib.
– Əkrəm müəllim, 81 yaşınız tamam olur. Öncə sizi təbrik edirik.
– 81 yaşında olmaq necə hissdir? Ümumiyyətlə, doğum günlərinizi necə xatırlayırsız?
– Bilirsiz, siz soruşursuz, çox zaman da bir çoxlarının cavabı standartdan kənara çıxır. Standartlardan kənara çıxmaq istəmirəm. Olanı deyəcəm. Xüsusi günləri qeyd etməyi sevmirəm. Nədənsə mənə qeyri-səmimi gəlir.
– Doğum gününüzdə təbriklər alırsızmı?
– Həmişə bir nəfərdən təbrik alıram. Yenə də yad edənlər sağ olsun.
– O zaman söhbətin səmtini bir qədər dəyişək. Yaradıcılığınızda nə yeniliklər var?
– Yaradıcılığım belədir ki, bu yaxınlarda ABŞ-da 3 cildlik kitabım çapdan çıxıb. Kitabda sovet dövründən sonrakı vaxtlarda yazdığım əsərlər toplanıb. Bu, mənim üçün əhəmiyyətlidir. Sonuncu kitabım çox ciddi kitabdır.
– Bəs mövzusu nədir? Kitabda siyasi motivlər əks olunubmu?
– Siyasət boş şeydir. Bilmirəm, and içsəm inanarsız, yoxsa yox. Siyasətdən çox uzaq insanam.
– Deyəsən “Daş yuxular” əsəriniz sizə siyasətə “imza” atdırdı.
– Vallah, yüz faiz inanıram ki, bizim ən vətənpərvər insanlarımız bu əsərlə fəxr edəcək. “Daş yuxular”da insanları aşağılamamışam. Nə isə. Bu söhbəti uzatmayaq.
– 81 yaş ixtiyarlıq çağıdır. Qocalıq sizi qorxutmur ki?
– Qocalıq qorxutmasa da, arada xəstəlik gəlib qapıda dayanır. Sizə bir etiraf edim: 81 yaş insanın ən kövrək dövrüdür. Belə bir məsəl var. “Filankəs 81 yaşında uşaq kimidir”. Bu sözdə çox böyük həqiqət var. Elə bil insan qocalıqda keçmişə qayıdır. Təsəvvür edin: yadıma 50 yaşımı salıram. Elə bilirəm dünəndir. Bir də çönüb 81 yaşında qabağa baxırsan. Heç nə yoxdur. Özümə maksimum 5 il vaxt qoymuşam. Bundan artığını düşünə bilmirəm.
– 30-40 yaş insan həyatının gənclik illəri hesab edilir. O illər üçün darıxırsızmı?
– İnsan üçün ən gözəl illər uşaqlıq çağıdır. 1 yaşdan 10 yaşa qədər olan dünyam və mənim hiss etdiklərim. o qədər maraqlıdır ki, yerdə qalan 70 ildə nə olubsa, onların hamısından təsirlidir.
– O zaman xəyallarızda Əylis kəndinə də tez-tez qayıdırsız?
– Canım da, varlığım da Əylisdir.
– Sanki danışdıqca kövrəlirsiz?
– Qocalıq bunu tələb edir. Bilirsiz, həmişə demişəm ki, pasportum Bakıdadır, qəlbim Əylisdə. Bu, həmişə belə olub. Bakı vətənimin, Əylis isə qəlbimin paytaxtıdır.
– Bu yaşda həyat yoldaşınız yəqin ki, sizə dəstək olur.
– Elə yaşdayıq ki, bir varlıq kimiyik. Allah uzaq eləsin, bir-birimizə yad nəyimizsə yoxdur. Yad mikrob evimizə düşə bilməz. İllərdir ki, beləyik.
– Kişilər yaşlandıqca, həyat yoldaşına daha çox bağlanır deyirlər. Razısızmı?
– Bilirsiz, o sözdə müsəlmançılıq damarı da var. Məsələn, deyirlər ki, kişi arvadını tərifləməz. Niyə axı?! Dostumla bağlı söhbətimiz yadıma düşdü. O, həmişə evə çatmağa az qalmış həyat yoldaşını tərifləməyə başlayırdı. Bunu ona görə edirdi ki, içkili vəziyyətdə evə gəldiyinə görə arvad yaxşı qarşılasın. Nə deyirəm, onlarsız günümüz olmasın.
Comments are closed, but trackbacks and pingbacks are open.