MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU
2020-05-19 14:18:00
Ənənəvi dərsliklər Kurikulum adı ilə
Salam hörmətli Dostlar! Əvvəla, hər birinizin Müqəddəs Ramazan bayramlnlz mübarək! Mən, əziz dostum Təvəkkül Əliyevlə birlikdə hələ 2001-ci ildə (təhsilimizin “Kurikulum” adlanan yeni paradiqmasının qəbulundan 7 il əvvəl və bu paradiqmanın əksər tələblərinə indi də cavab verən) beynəlxalq ekspertlərin müsbət qiymətləndirdiyi ilk alternativ tarix dərsliyi komplektini (Orta əsrlər 7-ci sinif) hazırlayanlardan biri, “Test tərtibinin bəzi elmi pedaqoji prinsipləri”, “Kiçik yaşlı məktəblilər üçün tarix dərslikləri və 9-10 yaşlı uşaqların inkişafının psixoloji xüsusiyyətləri” və s. kimi 10-dan artıq elmi-pedaqoji və publisistik məqaləni, o cümlədən “Qazilər marşı”nı yazmış, 2013-cü ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş və hörmətli Kamran Əsədovun təbirincə desək, tarixi tədris etməyi və yazmağı öyrənməyə ehtiyacı olan (zira, müdriklər: “Yüz il yaşa, yüz il öyrən!”- deyiblər) “məğlublardan” biriyəm. Əziz dostlar, məni bu polemikaya qoşulmağa vadar edən səbəb, sosial şəbəkələrdə Roma Papasından daha çox katolik olmaq iddiasına düşənlərin guya, TN-də dərsliklərin ədalətli və obyektiv ekspertizasının keçirildiyi barədə gurultulu ibarələri və hörmətli Kamran Əsədovun dərsliyi keçməyən müəlliflər barədə qeyri-korrekt ifadələridir. Atalar: “Haqsızlığa susmaq, haqsızlığa şərik olmaq, onunla razılaşmaq deməkdir!”- deyiblər. Bu səbəbdən mən də müzakirələrə qoşulub, bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm. Əvvəla, ekspertiza peşəkar və obyektiv keçirilibsə, onda nə üçün məğlub olan dərsliklərlə bağlı ekspert rəyləri müəlliflərə verilmir? Nə üçün onlara öz mövqelərini əsaslandırmaları üçün şərait yaradılmır və onların ekspertlərlə görüşü təmin edilmir? Bu, Azərbaycan Respublikası Konstitusiyasının: “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ vardır” (Maddə 50 b.1)-prinsipinə də ziddir. İkincisi, ortada olan dərsliklərin keyfiyyəti də ekspertlərin peşəkarlığına və obyektivliyinə kölgə salır. Tədris edən müəllimlər bilirlər ki, şagird nailiyyətlərini məzmun standartlarının tələblərinə uyğun ölçmək və qiymətləndirmək üçün ən yaxşı halda mövcud dərşliklərdən test tərtib etmək olur ki, bu da milyon manatlarla pul xərcləyib keçməkdə olduğumuz “Təfəkkür məktəbi”nin fəlsəfəsinə ziddir. Təsadüfi deyil ki, DİM-in sədri hörmətli M.Abbaszadə 04. 02. 2015-ci il tarixdə KİV-ə verdiyi müsahibələrin birində dərslikləri “dərdimiz” adlandıraraq, demişdi: “Müstəqillik dönəminə qədəm qoyan dövrlərdən bəri itirilmiş torpaqlarına, pozulmuş sərhədlərinə, qaçqın və köçkünlərinə, bir-birindən çətin və keçilməz ictimai-siyasi problemlərinə, hərbi, iqtisadi, sosial sahədə yaşanan həlli vacib məsələlərə başı qarışan məmləkətimizdə, necəsə, nəzər-diqqətdən yayınıb, bir qrup dərslik (əslində isə pul və şöhrət- A.A.) həvəskarının, əksər hallarda öz peşəsini, Azərbaycan ədəbi dilinin norma və qaydalarını belə, lazımi səviyyədə bilməyən bəzi orta məktəb müəllimlərinin, təhsilə aidiyyatı olmayan digər peşə adamlarının əlinə keçən dərsliklərimizdir. Balalarımızın gələcəyini, dil və təfəkkür səviyyəsini təmin edəcək bu kitabların ağır durumu ilə bağlı bu günə qədər yazılıb deyilənləri, aparılan yoxlamalar zamanı üzə çıxan qüsur və səhvləri üst-üstə yığsaq, samballı bir kitabın ərsəyə gələcəyinin şahidi olacağıq.” Məncə, TN-nin keçirdiyi ekspertizanın “peşəkarlığı və obyektivliyi” barədə gurultulu iddalara bundan yaxşı cavab yoxdur. Baxmayaraq ki, dediklərimizi isbat etmək üçün əlavə fakt və arqumentlər də gətirə bilərik. Ən böyük təəssüf doğuran isə bilirsiniz nədir? Vəzifəsi insanları zülmət və cəhalət girdabından çıxarıb doğru yola yönəltmək olan ziyalıların bir qisminin riyakar ziyankarlara çevrilib, ümummilli və ictimai maraqları merkantil maraqlara qurban verməsidir. Coox təəssüf və çox ayıb.
Aydın Allahverdiyev
Oxşar xəbərlər
Haqqı tapdalamaq olmaz.
Azərbaycan tarixi-10 (İctimai müzakirə)
Ümumi tarix 10 (İctimai müzakirə)
Rəylərin sayı:.
Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
« Mart 2023 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Populyar xəbərlər
Qədim Yunanıstan haqqında interaktiv oyunlar
9-04-2020, 18:42
5-cilər üçün daha bir MİLYONÇU
7-04-2020, 18:18
DUEL (Online oyun)
6-01-2020, 21:51
6-cı siniflər üçün Milyonçu
23-11-2019, 22:20
7-ci siniflər üçün “Milyonçu”
21-11-2019, 18:51
6-cı siniflər üçün Milyonçu
6-11-2019, 09:16
5-ci lər üçün Milyonçu
24-10-2019, 21:18
8-ci siniflər üçün “Milyonçu”
21-10-2019, 22:16
5-cilər üçün yeni “Milyonçu”
27-02-2018, 22:13
İbtidai cəmiyyət (interaktiv oyun)
9-11-2017, 22:35
Xronologiya (Online-oyun)
3-11-2017, 23:59
Prometanda interaktiv tapşırıqlar
5-08-2017, 20:41
İnteraktiv tapşırıqlar
9-07-2017, 21:03
Milyonçu (6-cı sinif)
15-03-2017, 20:02
İnteraktiv oyun (6-cı sinif)
30-10-2016, 21:57
Qədim Azərbaycan (İnt-Oyun)
4-10-2016, 07:13
Sayta daxil ol
Kopspekt.az 0
26 06 2020
Təbliğat və Maarifləndirmə 0
28 05 2020
AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARADILMASI TARİXİNDƏN 0
28 05 2020
Respublika gününüz qutlu olsun! 0
19 05 2020
ONLİNE dərs (5) 0
14 05 2020
Qədim Roma (Online dərs) 0
11 05 2020
5-cilərlə ONLİNE dərs (İstiqlalımızın bərpası) 0
5-cilərlə ONLİNE dərs (DİRÇƏLİŞ) 0
30 04 2020
6-cı siniflərlə ONLİNE dərs 1
29 04 2020
İKİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ SSRİ 0
27 04 2020
5-cilərlə ONLİNE dərs 0
23 04 2020
Yunan şəhər-dövlətlərinin tənəzzülü” (Video dərs) 0
19 04 2020
Ərəb işğalına qarşı mübarizə (Video dərs) 0
17 04 2020
Xaç yürüşləri (Video dərs) 0
16 04 2020
6-cı siniflər üçün dərs 0
12 04 2020
Пособие для абитуриентов 0
12 04 2020
5-cilər üçün ONLİNE dərs 0
10 04 2020
7-cilər üçün PULSUZ ONLİNE -DƏRS 0
Yazdı → Revan777 Xəbər → Böyük Summativ qiymətləndirmə V sinif Həyat . |
Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → Dating_Roovareria Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → maiaa Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Video
5-cilərlə ONLİNE dərs
27-04-2020, 20:30
Yunan şəhər-dövlətlərinin tənəzzülü” (Video dərs)
23-04-2020, 20:20
Ərəb işğalına qarşı mübarizə (Video dərs)
19-04-2020, 21:53
Xaç yürüşləri (Video dərs)
17-04-2020, 17:20
Ağqoyunlu dövləti (Video-dərs)
31-03-2020, 07:41
Azərbaycan Orta və Üst Paleolit dövründə (Video-dərs)
5-08-2019, 12:31
Atropatena video dərs(
17-05-2019, 02:15
Marketinq (Video dərs)
2-05-2019, 20:39
“Azadlıq hərəkatının yeni mərhələsi”
13-04-2019, 19:34
XIX əsrdə Azərbaycanda Milli mətbuat. (Video dərs)
11-04-2019, 21:42
Qədim Şumer
7-02-2019, 19:17
Assur dövləti
4-01-2019, 23:25
Əziz istifadəçilər ! Tarix.info saytı sizi tarixin maraqlı dünyasına səyahətə aparacaqdır. Bu saytda siz Azərbaycan tarixinin şanlı səhifələrini izləyəcəksiniz. Dünya tarixinin şəxsiyyətləri, üsyanları, dövlətləri və s. haqqında geniş məlumat toplayacasınız. Saytda müəllimlər, şagirdlər və tarixlə maraqlanan hər kəs üçün əlavə məlumatlar toplanılıb. Testlər, yeni dərs modelləri, təqdimatlar, əyləncəli oyunlar, video-audio dərslər və s. Bildiyiniz kimi tarix fənni müxtəlif mənbələr əsasında öyrənilir. Odur ki, verilən xəbərlərdə mübahisə doğuracaq məqamlara rast gələ bilərsiniz. Bunu isə verilmiş xəbərin müəllifi ilə məsləhətləşmək lazımdır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır. Tarixi gözünlər gör.
TARIX.INFO TARIXI GÖZÜNLƏ GÖR © 2010-2017
MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU
Təhsilin məzmunu didaktikanın əsas problemlərindən biridir. Təhsilin məzmunu bir neçə amillə müəyyən edilir:
a) cəmiyyətin tələbatı, elm və texnikanın inkişaf səviyyəsi, ictimai quruluşun xarakteri ilə;
b) təlimin məqsəd və vəzifələri ilə;
c) şagirdlərin real təlim imkanları ilə.
Təhsilin məzmunu bütöv təlim prosesinin mühüm bir ünsürü kimi, özündən əvvəl gələn ünsürlə – təlimin məqsədi ilə şərtlənir. Bəs təlimiн başlıca məqsədi nədir?
Bu sualla bağlı pedaqogika tarixində təhsilin məzmununa dair müxtəlif nəzəriyyələr mövcud olmuşdur: formal və maddi təhsil nəzəriyyələri (XVIII-XIX əsrlərdə).
Formal təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi şagirdlərin ağlını, zehni qabiliyyətlərini inkişaf etdirməkdir. Bu mövqedə duran pedaqoqların fikrincə, elmi bilikləri öyrənmək üçün məktəb illəri kifayət deyildir. Zehni cəhətdən inkişaf edən insan istədiyi biliyi müstəqil əldə edə bilər. Bu nəzəriyyə məktəbdə zehni inkişafa imkan verən fənləri – qədim və müasir dilləri, riyazi fənləri keçməyi təklif edirdi. Vaxtilə klassik gimnaziyalarda, mədrəsələrdə təlim bu səpgidə qurulurdu.
Maddi təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi həyatda bilavasitə lazım olan praktik bilik və bacarıqlar verməkdən ibarətdir. Bu mövqedə duran pedaqoqların fikrincə, məktəbdə faydalı həyati biliklər verən fənlər – təbiətşünaslıq, botanika, biologiya, kimya, fizika və s. keçiлməlidir. Vaxtilə real məktəblərdə təlim bu cür qurulurdu.
Göstərilən hər iki nəzəriyyə birtərəflidir, çünki onlar təlimin əsas məqsədlərini ayırır və bir-birinə qarşı qoyurdu.
2. Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulum). Təhsilin məzmunu özündə şagird və tələblərin mənimsədiyi biliklər, formalaşan bacarıqlar və vərdişlər sistemini əhatə edir. Təhsilin məzmunu dedikdə, şagirdlərin müxtəlif dərslərdə yiyələnməli olduqları bilik, bacarıq və vərdişlərin həcmi və xarekteri nəzərdə tutulur ki, bunlar Ümumi Təhsil Konsepsiyasında – Milli Kurikulimda, dövlət təhsil standartlarında, tədris planında, tədris proqramlarında, dərslik və dərs vəsaitlərində öz əksini tapır. Milli Kurikulum 2006-ci ildə qəbul olunmuşdur. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetnin 30 oktyabr 2006 –cı il tarixi qərarında deyilir ki, o, ümumi təhsil üzrə təlim nəticələrini, məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdən kənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri və ayrı-ayrı fənn kurikulumlarının strukturunu əhatə edir.
Kurikulum latın sözü olub, kurs, istiqamət, təlim kursu deməkdir. Təlim kurikulumlarından ilk dəfə ABŞ-da (1918) istifadə olunmuşdur.
Kurikulum tədris planlarını, tədris proqramlarını, metodik işləmələri, qiymətləndirmə meyarlarını, şagird və onun hazırlıq səviyyəsinə verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədini, metodik təminatı, dəyərləndirmə modelini, texniki təchizatı və pedaqoji texnologiyaları özündə birləşdirir.
Kurikulum dərsliklər
2018-10-29 11:39:00
Kurikulum dərsliklərində Tarix fənni ilə bağlı ciddi nöqsanlar var – Müəllim faktlarla sadaladı
“Ənənəvi tarix dərslikləriylə kurikulum əsasında hazırlanan dərsliklər ziddiyyət təşkil edir. Kurikulum dərsliklərində isə aşağı siniflərlə yuxarı siniflərdəki hadisələr bir-birini inkar edir” Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Tarix müəllimi Səbuhi Kamal deyib. Onun sözlərinə görə, bu ziddiyyətlər şagirdlərin suallarına cavab verə bilməməyimizə səbəb olur: “Tarix fənni üzrə bir sıra sıxıntılarla rastlaşırıq. Məsələn, illərdir, Alban hökmdarı, Arşaki nümayəndəsi Urnayrın 343-371-ci illərdə hakimiyyətdə olduğunu keçmişik. Yeni dərsliklərdə isə Urnayrın hakimiyyət illəri 313-371 kimi qeyd olunub. Məni bir sual düşündürür. Ənənəvi dərsliklərdə illəri 343-371 qeyd edənlər bunu bilmirdilər?! Bilirdilərsə, niyə bu yanlışlığa göz yumurdular?”. Səbuhi Kamalın fikrincə, yalnız bu hadisədə deyil, bir çox faktlarda dəyişiklik edilib: “X və XI sinif dərslikləri aşağı siniflərin təkrarı olaraq qeyd olunub. Amma aşağı siniflərdə hadisə başqa cür, yuxarı siniflərdə bir başqa cür əksini tapıb. Tez-tez şagirdlərimiz sual verir və bir-birinə əks olan hadisələrlə bağlı onlara cavab verə bilmirik”. Müsahibimizin tarix dərsliklərindəki ziddiyyətlərə dair təqdim etdiyi bir neçə nümunəni diqqətə çatdırırıq: Ktesifon döyüşünün ənənəvi dərsliklərdə 638, yeni dərsliklərdə 637-ci ildə baş verdiyi yazılıb. Araz çayı sahilində döyüş ənənəvidə 665, yenidə 664-665-ci illərdə baş tutub. Albaniyanın sonuncu hökmdarı Şəuriyyə olaraq bilsək də, yeni dərsliklərdə Varaz Trdat kimi verilib. Xalqların böyük köçü VII sinif dərsliyində IV-VI , X sinif dərsliyində IV-VII əsrləri əhatə edir. VII sinif dərsliyində Atillanın 452-ci ildə Roma papası III Leo ilə, X sinif dərsliyində isə I Leo ilə görüşdüyü qeyd olunub. Moğol süqutu VII sinif dərsliyində 1857-ci il olaraq göstərilib. X sinifdə isə süqut tarixi 1761-ci il olaraq verilib. Səbuhi Kamal qeyd edib ki, siyahını biraz da uzatmaq olar. O, ənənəvidə öyrədilən bir çox hadisənin kurikulum sistemində dəyişdirilməsindən narazıdır. Xatırladaq ki, 2019-cu ildə qəbul imtahanları kurikulum standartları əsasında keçiriləcək. Tarix dərsliklərində ziddiyyətlər çox olduğuna görə, DİM-in eskperti həmin mövzuların qəbul proqramına daxil edilməyəcəyini açıqlayıb.
Nəzrin Rüstəmova
Bu bölməyə aid digər xəbərlər
Abituriyentlərdə stress necə idarə olunmalıdır? – Psixoloqdan TÖVSİYƏ
2020-05-19 14:18:00
İmtahanlarda iştirakçılar arasında 2 metr məsafə qoyulacaq
2020-05-08 14:07:00
İmtahan mərkəzləri tibbi maskalarla təchiz olunacaq
2020-05-08 13:55:00
Buraxılış, qəbul imtahanları bu tarix və qaydalar əsasında keçirilə bilər -TƏHLİL
2020-04-10 16:08:00
Coğrafiyadan situasiya tipli tapşırıqlar – II qrup üzrə hazırlaşanlar üçün
2020-01-07 12:41:00
Polis olmaq istəyənlər üçün müsabiqə keçirilir
2019-12-05 17:40:00
Abituriyentlərin nəzərinə! – Fənlər üzrə test topluları yaxın günlərdə nəşr olunacaq
2019-11-27 15:35:00
Bu qədər abituriyent 40-dan az bal toplayıb -Kolleclərə qəbul göstəriciləri
2019-11-22 15:35:00
“150-200 bal toplayanların universitetdə təhsil alması doğru deyil” – Ekspertdən İRAD
2019-11-21 10:31:00
Ekspertdən təklif: “İnformatika fənni qəbul imtahanlarına əlavə olunmalıdır”
Comments are closed, but trackbacks and pingbacks are open.