Press "Enter" to skip to content

Kurort təsərrufatının inkişaf

“Aqrolizinq” ASC dövlət büdcəsi hesabına alınmış kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verir və ya lizinq yolu ilə satır. İndiyədək “Aqrolizinq” ASC xəttiylə 9452 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikaları alınıb.

Dövlət Toxum Fondu Yaponiyanın ən böyük investisiya şirkəti ilə ticarət əlaqələri qurur

Dövlət Toxum Fondu Yaponiyanın ən böyük investisiya şirkəti ilə ticarət əlaqələri qurur Bakıda Dövlət Toxum Fondunun rəhbərliyi ilə Yaponiyanın “Dentsu Group” və “Kaneko Seeds” şirkətlərinin rəhbər şəxsləri arasında görüş keçirilib.

2 Avqust , 2019 20:02

https://static.report.az/photo/d77e7bb1-a68d-473d-b577-dd674e5ac1eb.jpg

Bakıda Dövlət Toxum Fondunun rəhbərliyi ilə Yaponiyanın “Dentsu Group” və “Kaneko Seeds” şirkətlərinin rəhbər şəxsləri arasında görüş keçirilib. Fonddan “Report”a verilən məlumata görə, görüşdə Dövlət Toxum Fondunun sədri Emin Əliyev, “Dentsu group” şirkətinin baş meneceri Toshihiro Fukushima və biznesin inkişafı üzrə inzibatçısı Takahiro Akiyama, “Kaneko Seeds” şirkətinin beynəlxalq əlaqələr üzrə inzibatçısı Tomoaki Sakamoto iştirak edib. Tədbirdə çıxış edən Dövlət Toxum Fondunun sədri Emin Əliyev keyfiyyətli toxum istehsalı ilə bağlı görülən işlər, eləcə də azərbaycanlı alimlərin seleksiya nailiyyətləri barədə qonaqlara məlumat verib. “Kaneko Seeds” şirkətinin beynəlxalq əlaqələr üzrə inzibatçısı Tomoaki Sakamoto bildirib ki, Azərbaycan toxumçuluq sahəsində ciddi addımlar atır. Bildirilib ki, Azərbaycanın artan inkişaf göstəricələri arasında aqrar sahənin xüsusi çəkisinin olması təsadüfi deyil. Qeyd olunub ki, kənd təsərrufatının inkişaf etdirilməsi və məhsul istehsalının artırılması əhalinin ekoloji təmiz ərzaqla, sənayenin isə xammalla təmin olunması deməkdir. O, çoxillik təcrubəyə malik Yaponiyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və qarşılıqlı əlaqələrin qurulmasının Azərbaycanda aqrar sahədə geniş perspektivlərə yol açacağını vurğulayıb. Görüşün sonunda Dövlət Toxum Fondu ilə Yaponiyanın “Dentsu Group” şirkəti arasında toxumçuluq sahəsində ticarət əlaqələrinin qurulması, təcrübə mübadiləsi, bazar araşdırılmasının aparılmasını nəzərdə tutan “Niyyət protokolu”nun imzalanmasına dair razılıq əldə edilib. Qeyd edək ki, “Dentsu Group” Yaponiyanın ən böyük investisiya, “Kaneko seeds” isə yüksək keyfiyyətli tərəvəz, çiçək və yem bitkiləri, istixana materialları, kənd təsərrufatı məhsulları, effektiv və səmərəli becərmə texnologiyaları, yüksək texnoloji kənd təsərrufatı avadanlıqları təqdim edən şirkətlərdən sayılır. “Kaneko seeds” yarandığı 1895-ci ildən etibarən keyfiyyətli toxum istehsalı ilə məşğuldur.

Təbiət

Xəzər dənizi sahil zonasının təbii mühiti insan istirahəti və müalicəsi baxımından çox yararlıdır. Bolluca günəş radiasiyası, uzun və geniş çimərliklərdəki narın qumlar və s. Burada kurort-rekreasiya imkanlarının Qafqazın məşhur Qara dəniz sahillərindən üstünlüyünə sübutdur. Ona görə də hələ 1983-cü ildə Azərbaycan və Dağıstanın dəniz sahili rayonlarında kurortların inkişaf etdirilməsi üçün SSRİ Nazirlər Kabineti “Xəzər dənizi sahillərində ümumittifaq əhəmiyyətli kurort bazasının yaradılması” haqqında qərar verdi. Azərbaycan sahil zonasının 680 km-i kurort-sanatoriya kompleksinin yaradılması üçün yararlı sayılmışdır. Xəzərin Azərbaycan sahil zonasının böyük turizm imkanları vardır. Birinci turist bazası Bakıda hələ 1958, Yalamadakı “Xəzər” turist bazası isə 1963-cü ildə yaradılmışdır. Hazırda Xəzər dənizi sahilləri Azərbaycan Respublikası vətəndaşlarının əsas istirahət zonalarıdır. Bu sahillərdə, xüsusən Abşeron yarımadasında, bağ və bağçılıq təsərrüfatları geniş yayılmışdır. Eyni zamanda təəssüflə qeyd etmək lazımdır ki, Xəzərin qızıl qumlu çimərlikləri, sahil zonasındakı mineral sular, müalicəvi palçıqlar və s. resurslar sistemsiz və faydasız şəkildə istfadə olunur.

Karbohidrogen ehtiyatları

Xəzərin Abşeron şelfində ilk neft quyusu 1820-ci ildə qazılmışdır. Ancaq 38 il sonra ABŞ-da, Pensilvaniya ştatında neft qazma işləri başlamışdır. Artıq XIX əsrin ortalarından Xəzər öz varlığının neft erasına daxil olmuşdur. 1913-cü ildə Azərbaycanda Çar Rusiyası imperiyası neftinin 83%-i istehsal olunur, XX əsrin əvvəllərində neft emalına görə Azərbaycan dünyada birinci yeri tutur. SSRİ dövründə Azərbaycanda ən çox neft 1941-ci ildə hasil olunmuşdur — 23 mln. ton. Xəzərdə ildə 10 mln. ton neft istehsal olunurdu. Dünyanın nüfuzlu proqnoz institutlarının məlumatına görə, Xəzər regionundakı neft və qaz kondensatın ehtimal ehtiyatları 18-20 mlrd. tona yaxındır. Sübut olunmuş neft ehtiyatları isə 10 mlrd. tondur və bunun 3 mlrd. tonu Xəzərin Azərbaycan sektoruna düşür.

Region digər mineral ehtiyatlardan tikinti daşları ilə, o cümlədən bəzək daşlarının qiymətli növləri və müxtəlif duzlarla zəngindir.

Bioloji ehtiyatlar

Xəzər dənizinin bioloji resursları böyükdür və praktiki olaraq qiymətsizdir, 1809 növ və qruplarda təmsil olunmuşlar. Onlardan 1069-u sərbəst yaşayır, 325 parazitik, 415 onurğalılar növünə daxildir. Xəzərdə qalıb, artan nərə balıqları bu növün dünya ehtiyatı və genofondunun əsasını təşkil edir və xüsusi əhəmiyyətə malikdir. Hazırda Xəzər dünyada bu növün yaşadığı əsas daxili sututarıdır, bu növün dünya balıq hasilatının 90%-i Xəzərə mənsubdur. Eyni zamanda voblı, sazana, sudaka kimi qiymətli şirin su balıqlarının ehtiyatına görə də Xəzər daxili sututarları arasında aparıcı yerlərdən birini tutur. Kütüm, kefal, leş, kilkə, karp, okuğ, losos, adi şuka kimi balıqlar da yaxşı qida və ticarət mənbəyidir, balıqçılar üçün xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Xəzər dənizində 101 balıq növü qeydə alınmışdır. Xəzərdə üçüncü dövr sarmat və pont dənizləri vaxtının faunası saxlanmışdır. Xəzər suiti yeganə məməli su heyvanıdır.

Qoruqlar və yasaqlıqlar

Xəzərin florası 728 növ və qruplardan ibarətdir. Çayların aşağı axarı və dənizin dayaz hissələri su bataqlıq quşları üçün qiymətli yem və yuva qurma yerləridir. Ramsar konvensiyasına əsasən onların mühafizəsi üçün Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda — Qızılağac, Rusiyada — Həştərxan, Türkmənistanda — Xəzər (1994-cü ilə qədər Krasnovodsk).

Qızılağac qoruğu Azərbaycanın ucqar cənub-şərqində, Xəzər dənizinin eyniadlı körfəzində yerləşmişdir, sahəsi 180 ha yaxındır, 1926-cı ildə yaradılmışdır. Böyük və Kiçik Qızılağac hissələrinə bölünür. Xəzərdə məskunlaşmış 101 balıq növündən 54-nə burada rast gəlinir. Dənizdə su səviyyəsinin dəyişməsi körfəz-qoruğun hidroloji, hidrokimyəvi və bioloji rejiminə kəskin təsir göstərir. Qoruğun xaraterik nümayəndələri bunlardır: turac, qızıl qaz, ördəklər, su sonası, lısuxa, nırok, qağayılar və s.

Abşeron qoruğu 2005-ci ildə yaradılmışdır.

Kurort təsərrufatının inkişaf

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalinin ərzaqla etibarlı təminatına dair tədbirlər həyata keçirməkdə davam edir. Ölkədə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirilməkdədir. Elə bu səbəbdəndir ki, əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan kənd təsərrüfatı sürətlə inkişaf edir.

Modern.az saytının verdiyi məlumata əsasən, dövlət, əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam etməkdədir. Nəzərə almaq lazımdı ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahədir. Həmçinin bu sahə iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Prezident İlham Əliyev kənd təsərrüfatının iqtisadiyyatın çox böyük potensiala malik olan nəhəng sektor olduğunu bildirərək, sahənin inkişafını həm də məşğulluğun təmin edilməsi kimi qiymətləndirib. Ölkə başçısı deyib ki, bu sahədə ixrac potensialı kifayət qədər böyükdür: “Əsas qida məhsulları üzrə biz bir, maksimum iki ildən sonra özümüzü tam təmin etmək imkanındayıq. Bundan sonra isə artıq xarici bazarlara çıxış prosesinin başlanacağı qaçılmazdır”.

Artan iqtisadi potensial fonunda ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqro xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bunun nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını ortaya qoyur.

12 yanvar 2015-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci ili Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edib.

Kənd təsərrüfatı üzrə ekspert Zahid Abbasov bildirib ki, məhz bu ilin ölkə başçısı İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı ili” elan edilməsi nəticəsində sürətli inkişaf nəzərə çarpmaqdadır:

“Azərbaycanda xüsusilə taxılçılıq sahəsində heç vaxt 2015-ci ildəki qədər inkişaf qeydə alınmayıb. Bu il ilk dəfə olaraq Azərbaycanda hər hektardan 30,5 sentner taxıl məhsulu götürülüb ki, bu da rekord göstərici olaraq taxılçılıqda 5,7 faiz artıma səbəb olub. Rəqəmlərlə ifadədə bu il ərzində 2milyon 800 min tona yaxın taxıl istehsal olunub. Ölkədə heç vaxt bu qədər yüksək məhsul əldə olunmayıb”.

Mütəxəssis qeyd edib ki, heyvandarlıq məhsullarının da hamısının istehsalında artım var: “Sevindirici haldır ki, damazlıq heyvanların alınması üçün əlavə olaraq 15 milyon manat vəsait ayrılıb”.

İxrac potensialına gəlincə, ekspert bir çox məhsulların ixracında da artım qeydə alındığını vurğulayıb:

“Eyni zamanda buğda və çəltik əkənlərə əvvəllər 80 manat subsidiyalar verildiyi halda, hazırda bu məbləğ 100 manata çatdırılıb. Digər kənd təsərrüfatı məhsulları əkənlər üçün 40 manat subsidiya verildiyi halda, hazırda subsidiyaların məbləği 50 manatdır.

Subsidiyaların ümumi həcmi artırılıb və icrası təmin olunub. İlin sonunadək 193 milyon manat subsidiya verilməsi gözlənilir”.

İxrac gəlincə, ekspert Azərbaycanın qeyri-neft ixracı potensialının artırılması baxımından, təzə tərəvəz və təzə meyvə sahələrinin genişləndirilməsini vurğulayıb:

“Müasir dövrün reallıqlarını nəzərə alsaq, ölkənin qeyri-neft ixracının potensialının formalaşmasında ayrı-ayrı ixracyönümlü kənd təsərrüfatı məhsullarının potensialı diqqət çəkir. Belə ki, bir sıra rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməklə qeyri-neft sektorunun ixracının ümumi həcminin artırılmasına nail olmaq mümkündür. Məsələn, təzə tərəvəz və təzə meyvəyə MDB-də, xüsusilə Rusiyada tələbatın yüksək olduğunu nəzərə alsaq, Azərbaycanın qeyri-neft ixracı potensialının artırılması baxımından bu iki məhsul üzrə kompleks və ardıcıl stimullaşdırıcı, fəallaşdırıcı tədbirlərin görülməsi vacibdir.
Təzə tərəvəz və təzə meyvələrin ixrac potensialına kompleks baxılması ölkənin bütün regionlarının, ilk növbədə meyvəçiliklə məşğul olan rayonların sosial-iqtisadi inkişafını xeyli sürətləndirə bilər”.

Ümumiyyətlə, kənd təsərrüfatı dünya təsərrüfat sisteminin mühüm sahələrindən biri hesab edilir və onun əsas missiyası əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməkdir. Dünyanın inkişaf etmiş ölkələrində kənd təsərrüfatının sabit və dinamik inkişafına prioritet vəzifə kimi yanaşırlar.

Azərbaycanda kənd təsərrüfatının inkişaf perspektivlərini istiqamətləndirmək üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, torpaq islahatlarının başa çatdırılması, maddi-texniki bazanın formalaşdırılması, infrastrukrur obyektləri şəbəkəsinin yaradılması, kənd rayonlarında iqtisadi fəallığın təmin edilməsi, investisiya mühitinin yaxşılaşdırılması, aqrar sahəyə müasir texnologiyaların və xarici investorların cəlb edilməsi, sektorun ixrac potensialının diversifikasiyası və s. tədbirlərin həyata keçirilməsinə ciddi önəm verilir. Dövlətin subsidiya və dotasiya kimi maliyyə dəstəklərindən, lizinq formasında nəqliyyat vasitələri, texnika, kənd təsərrüfatı gübrələri, ziyanvericilərə qarşı herbisidlər, damazlıq heyvanlar, toxumla təminat və s. mexanizmlərdən istifadə olunması, aqrar sektorda sənayeləşmə prosesi, iri fermer təsərrüfatlarının yaradılması, ixrac təyinatlı məhsullarının çeşidinin artırılması sahələrində mövcud potensialdan daha effektivli istifadə tədbirləri özünün fəal intensiv fazasına daxil olub.

Ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi daha keyfiyyətli kənd təsərrüfatı məhsullarına zərurəti artırıb. Bundan əlavə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2003-cü ildən kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Regionların, o cümlədən kənd yerlərinin və kəndli təsərrüfatlarının sosial-iqtisadi inkişafının təmin edilməsini nəzərdə tutan 2004-2008-ci, 2009-2013-cü və hazırda həyata keçirilən 2014-2018-ci illər üzrə dövlət proqramlarının icrası sayəsində Azərbaycanın minlərlə kəndində müasir və modern infrastruktur obyektləri yaradılmış, geniş çeşiddə məhsulların istehsalını reallaşdıran fermer təsərrüfatları təşkil olunmuş, yüksək texnologiyalı aqrar- sənaye kompleksləri istismara verilib.

Ölkə rəhbərinin 15 fevral 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı”nda kənd təsərrüfatı sektorunun əhəmiyyəti bir daha qabardılıb. “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqramı”nın icrası isə 2010-cu ildə uğurla başa çatdırılıb. Proqramın əhatə etdiyi 2001-2010-cu illər ərzində, xüsusilə son 5 il ərzində əhalinin ərzaq məhsulları ilə yerli istehsal hesabına təminatı xeyli yaxşılaşıb.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların fəaliyyətinin dəstəklənməsi məqsədilə göstərilən dövlət yardımları tədbirləri 2015-ci ildə də davam etdirilir.

Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tariхli 181 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında 426,3 min hektar sahədə aparılan buğda və çəltik səpininə görə 129 min istehsalçıya 17,1 milyon manat yardım verilib.

Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq “Aqrolizinq” ASC, digər hüquqi və fiziki şəxslər tərəfindən ölkə üzrə 32325 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 17616 min manat dəyərində 45736 ton mineral gübrə güzəştli şərtlərlə satılıb.

Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaiti hesabına kənd təsərrüfatının inkişafı məqsədilə ölkənin 35 rayonunda aqrar sektorda çalışan 355 sahibkara 9,3 milyon manat məbləğində güzəştli kreditlər verilib.

Ölkədə intensiv ferma modelinin dövlət tərəfindən dəstəklənməsi tədbirləri çərçivəsində hesabat dövrü ərzində “Aqrolizinq” ASC tərəfindən 4356 baş iribuynuzlu, 1050 baş xırdabuynuzu cins damazlıq heyvanların ölkəyə gətirilərək dəyərinin 50 faiz həcmində güzəştlə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilməsi təmin edilib.

“Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” layihəsi əsasında Ağcabədi, Bərdə və İmişli rayonlarının seçilmiş pilot ərazilərində müasir ailə-fermer təsərrüfatlarının yaradılması yolu ilə kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilir. Layihə çərçivəsində hədəf ərazilərdə seçilmiş pay torpaqlara sahib fermerlərə güzəştli şərtlərlə lizinq yolu ilə ətlik-südlük istiqamətli damazlıq heyvanlar veriləcəkdir. Heyvanların verilməsinə qədər onların yem bazasının formalaşdırılması istiqamətində işlərə başlanıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Xaçmaz rayonunda yerləşən “Dənizçi” yardımçı kənd təsərrüfatı müəssisəsinə daimi istifadə üçün təhkim olunmuş 1766,0 hektar torpaq sahəsinin 966,0 hektarının aqroparkın yaradılması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, 700,0 hektarında torpaq islahatının aparılması üçün Xaçmaz Rayon İcra Hakimiyyətinin tabeliyinə verilməsi və 100,0 hektarının “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istifadəsində saxlanılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı layihəsi hazırlanıb.

Südlük və ətlik istiqamətli iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasına dəstək məqsədilə 2015-ci ilin 6 ayı ərzində “Aqrolizinq” ASC vasitəsilə ölkəyə 4356 baş damazlıq heyvan gətirilmiş və kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə lizinqə verilib. “Aqrolizinq” ASC tərəfindən heyvandarlığın inkişafı ilə bağlı bölgələrdən daxil olmuş tələbat əsasında Cəmiyyətin təkrar istifadə vəsaiti hesabına 469,4 min manat dəyərində 1 dəst paralel tipli sağım avadanlığının satınalınması həyata keçirilib.

2015-ci ilin hesabat dövründə “Aqrolizinq” ASC tərəfindən 2301 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları, o cümlədən 55 ədəd taxılyığan kombayn, müxtəlif gücə malik 652 ədəd traktor, 2 ədəd ekskavator və 1592 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikalarının alınması üçün satınalmalar proseduru həyata keçirilmiş və müvafiq müqavilələr bağlanıb.

“Aqrolizinq” ASC tərəfindən yeni kənd təsərrüfatı texnikalarının ölkəyə gətirilməsi davam etdirilmiş və bağlanmış müqavilələrə əsasən 2015-ci ilin 6 ayı ərzində 1965 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları, o cümlədən 597 ədəd traktor, 155 ədəd taxılyığan kombayn və 1213 ədəd digər kənd təsərrüfatı texnikaları alınıb. Hazırda bu texnikaların respublikanın bölgələrinin sifarişləri əsasında məhsul istehsalçılarına çatdırılması istiqamətində iş aparılır.

2015-ci ildə mövsümü kənd təsərrüfatı işlərinin mütəşəkkil keçirilməsi məqsədi ilə texnikaların hazırlığının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilib. Xüsusi ilə taxılçılıq sahəsinin inkişafını, habelə taxılçılıqda müasir texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi və köhnə kombayn parkının yeniləşdirilməsi zərurətini nəzərə alaraq 2015-cü ilin taxıl biçini üçün 255 ədəd yeni müasir tipli taxılyığan kombayn alınıb.

Kənd Təsərrüfatı naziri Heydər Əsədov öz çıxışlarında bu sahəyə dövlət dəstəyini yüksək qiymətləndirib:

“Dövlət qayğısının artırılmasının nəticəsidir ki, hesabat ilində fermerlərin istehsal vasitələri ilə təminatında yaddaqalan nəticələr olub: “Belə ki, hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. Son ildə alınmış ümumi kənd təsərrüfatı texnikasının 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil etmişdir. Son on ildə ölkəyə gətirilmiş və 50 faiz güzəştlə lizinqə verilmiş iribuynuzlu damazlıq heyvanların 25 faizi, xırdabuynuzlu damazlıq heyvanların isə 67 faizi hesabat ilinin payına düşüb”.

Qeyd edək ki, “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi” çərçivəsində 53 ailə-kəndli təsərrüfatını və digər fermerlərin öz pay torpaqlarında aqrotexniki tədbirlərin aparılması və şoranlığa davamlı toxumların əkilməsi ilə bağlı onlara keçirilən təlimlərdən və sahə nümayişlərindən bəhrələnərək əlavə 35,3 hektar zəif şoran sahədə meliorativ yaxşılaşdırma işlərinin aparılmasına nail olublar. Ümumilikdə layihənin həyata keçirildiyi Yevlax və Ağdaşda 224,9 hektar şoranlaşmış sahədə meliorativ yaxşılaşdırma işləri həyata keçirilib.

Bundan başqa, şoran torpaqlarda meliorativ yaxşılaşdırma yolu ilə işlərin aparılması məqsədilə 189,6 hektar sahə üçün 272 nəfər ailə-kəndli təsərrüfatına və digər fermerlərə layihə çərçivəsində tədarük olunmuş yonca, xaşa, buğda və arpa toxumları paylanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tabeliyində olan təşkilatlar tərəfindən 2015-ci ilin 6 ayı ərzində qarayara xəstəliyinə qarşı 2462,4 min baş iri buynuzlu, 6540,7 min baş xırda buynuzlu, 5185 baş donuzlarda və 98,0 min baş təkdırnaqlı heyvanlarda, 47,4 min baş vəhşi heyvanlarda (oral üsulla qida kimi) və Nodulyar dermatit xəstəliyinə qarşı 1244,8 min baş iri buynuzlu heyvanda, Leptospiroza qarşı 420,6 min baş iri buynuzlu heyvanda, 184,3 min baş xırdabuynuzlu heyvanda, qoyunların çiçəyinə qarşı 2173,4 min baş davarda, həmçinin quşların Nyukasl xəstəliyinə qarşı 10169,4 min baş quşda H vaksini ilə, 16189,3 min baş quşda La-Sota vaksini ilə profilaktik peyvəndləmələr aparılıb.

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu ilə Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu üçün birgə yeni 4 mərtəbəli inzibati-laboratoriya binasının tikintisi, eləcə də Respublika Baytarlıq Laboratoriyasının və Xidmətin mərkəzi aparatının beynəlxalq standartların tələblərinə uyğun şəkildə yenidən qurulması işləri davam etdirilməklə Respublika Baytarlıq Laboratoriyasının ərazisində yeni Baytarlıq şəhərciyi yaradılır.

2014-cü ilin payızında 2015-ci ilin məhsulu üçün dövlət və özəl toxumçuluq təsərrüfatları tərəfindən əkilmiş toxumluq taxıl əkinlərinə aqrotexniki qulluq qaydalarının fermerlər tərəfindən düzgün icra olunmasına Rayon Dövlət Toxum Müfəttişliyinin mütəxəssisləri tərəfindən nəzarət edilir. 2015-ci ilin məhsulu üçün dövlət və özəl toxumçuluq təsərrüfatları tərəfindən Müfəttişliyə təqdim edilmiş toxumluq taxıl əkinlərinin bəyənnamələri mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır.

2015-ci ilin 6 ayı ərzində karantin zərərli orqanizmlərə və xüsusi təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirlərini aparmaq üçün 7,5 ton pestisid bölgü əsasında yerlərə çatdırılıb.

Aqrar sahənin inkişafı yoxsulluğun azaldılması və regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında aparıcı yeri tutub. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002—2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı proqramı”da əsasən regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilib. Bu problemlərin həlli aqrar sahənin inkişaf strategiyasının əsasını təşkil edir və aqrar sektorla sıx bağlıdır.

Aqrar sektorun inkişafı və ərzaq məhsullarının istehsalının artırılması üçün yeni texnologiyaların və müasir texnikanın cəlb edilməsi həlledici əhəmiyyət kəsb edir. Lakin yeni texnologiyaların cəlb edilməsi, müasir kənd təsərrüfatı texnikalarının alınması böyük vəsaitlər tələb etdiyindən dövlətin dəstəyi olmadan bu sahədə dönüş yaratmaq mümkün olmazdı. Bunu nəzərə alaraq Azərbaycan prezidenti 2004-cü ildə “Aqrolizinq” ASC-nin yaradılması barədə sərəncam verib. “Aqrolizinq” ASC-yə mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların ölkəyə gətirilib istehsalçılara çatdırılması və digər funksiyalar həvalə edilib.

“Aqrolizinq” ASC dövlət büdcəsi hesabına alınmış kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verir və ya lizinq yolu ilə satır. İndiyədək “Aqrolizinq” ASC xəttiylə 9452 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikaları alınıb.

Dövlət siyasətinin əsas istiqaməti həm də ona yönəlib ki, daxili ərzaq bazarı idxaldan maksimum azaldılsın və ərzaq ehtiyatlarının yaradılması üçün kompleks tədbirlər həyata keçirilsin. 2008-ci ilin mayında isə ölkə prezidenti tərəfindən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair ayrıca Dövlət Proqramı qəbul edilib. Bu proqram 2008-2015-ci illəri əhatə edir.

Həmin Dövlət Proqramı Azərbaycanda aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ən mühüm sənəd hesab olunur. Proqramın qəbul olunmasının ardınca orada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək üçün büdcədən kənd təsərrüfatına ayrılan xərclər də 2009-cu ildə əhəmiyyətli ölçüdə-44 faiz artaraq 388.2 milyon manata çatdırılıb. Bu artım tendensiyası sonrakı illərdə də davam edib və gələcəkdə də davam edəcək.

Kənd təsərrüfatında artım tendensiyasını saxlamaq üçün dövlət tərəfindən bu sahəyə yönələn subsidiya və güzəştli kredit siyasəti yürüdülür. Elmi tədqiqat institutlarında istehsal olunmuş məhsuldar toxumların dəyərinin isə 30-40 faizi dövlət tərəfindən ödənilir. Fermerlərə yanacaq 50 faiz endirimlə satılır, onlar gübrələri dəyərinin 50-75 faizə alırlar. Bu maddi yardımlar kənd təsərrüfatı məhsullarının idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaldır. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa yardım milli fondu tərəfindən verilən vəsaitlərin əsas hissəsi də kənd təsərrüfatına yönəlib. Həmçinin ət, süd və yağ istehsalında artıma nail olmaq üçün ölkəyə damazlıq heyvanların gətirilməsi üçün xüsusi proqram var. Bu proqram əsasında Kənd Təsərrüfatı Nazirliyi dövlət vəsaitləri hesabına Avropa ölkələrindən indiyədək 5 mindən çox damazlıq heyvan gətirib, proses gələcəkdə də davam edəcək. Gətirilən heyvanların hamısı lizinq yoluyla kəndlilərə verilib. Digər fəaliyyət sahəsi iri fermer təsərrüfatlarının yaradılmasıdır və prezidentin tapşırığına əsasən yaxın illərdə ölkədə 50 iri taxılçılıq təsərrüfatı formalaşdırılmalıdır.

Azərbaycan kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malik ölkələrdən hesab olunur və ardıcıl xarakter daşıyan dövlət siyasətinin davam etdirilməsi bu sahədə gələcəkdə 2-3 dəfəlik artıma nail olmağa imkan verə bilər. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan – 2020: Gələcəyə Baxış İnkişaf” Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.

Gülşən RAUFQIZI

Yazı Kənd Təsərrüfat Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

Comments are closed, but trackbacks and pingbacks are open.