Oxunuzu maraqlandıran suallar
Xarici anbara çatdırılma müddəti sifariş etdiyiniz satıcı fimadan asılıdır. Satıcı firma 3-7 gün ərzində ( rəsmi bayram günləri və həftəsonları bu müddəti uzada bilər ) məhsulu xarici anbarımıza təhvil verir. Bağlamanız xarici anbarımızdan yerli anbara 5-7 iş günü ərzində (gömrükdə yoxlanış müddəti xaric) çatdırılır. Nəzərinizə çatdıraq ki, xarici anbarımıza daxil olan maye, kosmetik, elektronik məhsulların göndərişi həftədə 1 dəfə olmaqla xüsusi reyslə həyata keçirilir. Buna əsasən 5-7 iş günü çatdırılma müddəti bu tip məhsullara şamil deyildir.
Kuryerlə necə bağlama göndərə bilərəm?
Geri qaytarma xidmətinin (“İade”) qaydaları necədir? Bakı anbarında bağlamaların saxlanma müddəti nə qədərdir? Necə sifariş edə bilərəm? Sifarişim sistemdə qeyd edilməyibsə, nə etməliyəm? Bəyənnamə nədir? Necə doldurulur? Daşınması qadağan olan məhsullar hansılardır? 300 dollar limiti nədir? Sifariş neçə günə çatdırılır? Bağlamam gömrükdə saxlandıqda nə etməliyəm? Balansımdakı məbləği necə istifadə edə bilərəm? Çatdırılma məbləği necə hesablanır? Bağlamanın çatdırılma haqqını necə ödəmək olar? Başqa bir şəxs sizin bağlamanı necə təhvil ala bilər? Necə kuryer sifariş edə bilərəm? Kuryer qiyməti hər bağlama üçün ayrı hesablanır? Findex saytındakı balansımı necə artıra bilərəm? Bağlamalar birləşdirilir? Cari ay limitimi necə izləyə bilərəm? Azərpoçt kuryer sifarişləri necə hesablanır?
Türkiyə:
Məhsul mağaza tərəfindən yanlış, yararsız və zədələnmiş şəkildə göndərilərsə, geri qaytarma xidmətimizdən istifadə edə bilərsiniz. Bağlama geri qaytarılma üçün Bakı ofisinə daxil olduğu andan etibarən 48 saat ərzində təhvil alınmalı və yuxarıda qeyd edilən hallardan biri aşkarlanarsa, faktura sənədi ilə birlikdə 24 saat ərzində ofisə geri qaytarılmalıdır. Türkiyə anbarında olan bağlama üçün 3 iş günü ərzində “İADE KODU” göndərilməlidir. Əks halda, bağlama aktlaşdırılacaq və satıcıya geri qaytarılmayacaq. Elektronik məhsulların geri qaytarılması həyata keçirilmir. Sifarişlər çəkiyə uyğun tariflərlə geri qaytarılır. “Sifariş et” xidməti ilə qeydə alınan sifarişlər ödənişsiz geri qaytarılır.
Amerika:
Amerikadan çatdırılan sifarişlərin geri qaytarılması həyata keçirilmir.
Qeyd: Yuxarıda qeyd olunan şərtlərə əməl olunmazsa, bağlamaların satıcıya geri göndərilməsi həyata keçirilmir. Azərpoçt vasitəsilə ilə göndərilən bağlamalar geri qaytarılmır.
Çoxunuzu maraqlandıran suallar
Cəmi 3 addımda seçdiyiniz məhsulu dünyanın müxtəlif ölkələrindən qapınıza gətirə bilərsiz:
Addım 1
Vadi.az saytında qeydiyyat formunu doldurun. Bu zaman xarici ünvan əldə edəcəksiniz;
Addım 2
Sifarişinizi seçin və məhsulun çatdırılacağı ünvan bölməsinə həmin ölkədəki ofis ünvanımızı qeyd edin. Ödəniş edərək sifarişi tamamlayın;
Addım 3
Sifarişinizi tamamladıqdan sonra bağlama xarici anbara təhvil verilir. Biz isə 3-7 iş günü ərzində bağlamanızı yerli anbara çatdırırıq.
Hansı ölkələrdən sifariş edə bilərəm?
Hazırda Türkiyə anbarımız fəaliyyətdədir. Yaxın zamanda ABŞ,BƏƏ, Çin və digər ölkələrdən də sifariş edə biləcəksiz
Bağlama sifariş etdiyim mağazadan anbara necə çatdırılır?
Sifariş etdiyiniz mağaza sifarişi təsdiqlədikdən sonra daxili karqo və ya poçt xidməti vasitəsi ilə sizin göstərdiyiniz ofis ünvanına müəyyən olunmuş iş günləri ərzində təhvil verir. Bağlamanı təhvil alan səlahiyyətli şəxs elektron imza ilə sifarişi qəbul edir və proses başa çatır.
Ölkədaxili karqo haqqında nələri bilməliyəm?
Sifarişi etdiyiniz ölkə bağlamanızı kuryer şirkəti vasitəsi ilə bizim həmin ölkədəki anbarımıza çatdırır. Bu zaman kuryer şirkətinin tələb etdiyi xidmət haqqı sifarişi verdiyiniz saytda görünür. Məhsulunuzun qiyməti yüksək olduğu zaman bəzi hallarda karqo haqqı alınmaya bilir.
Ünvan və iş saatlarımız
Ünvan: Bakı şəhəri. Yasamal rayonu, Salatın Əsgərova küçəsi 89,Nizami m/s yaxınlığında AZ 1009
İş saatları:
– Həftəiçi: 10:00 – 19:00
– Şənbə: 10:00 – 18:00
– Həftəiçi: 10:00 – 20:00
– Şənbə: 10:00 – 18:00
“Sifariş Et” xidməti:
Sifarişlərim neçə günə gələcək?
Xarici anbara çatdırılma müddəti sifariş etdiyiniz satıcı fimadan asılıdır. Satıcı firma 3-7 gün ərzində ( rəsmi bayram günləri və həftəsonları bu müddəti uzada bilər ) məhsulu xarici anbarımıza təhvil verir. Bağlamanız xarici anbarımızdan yerli anbara 5-7 iş günü ərzində (gömrükdə yoxlanış müddəti xaric) çatdırılır. Nəzərinizə çatdıraq ki, xarici anbarımıza daxil olan maye, kosmetik, elektronik məhsulların göndərişi həftədə 1 dəfə olmaqla xüsusi reyslə həyata keçirilir. Buna əsasən 5-7 iş günü çatdırılma müddəti bu tip məhsullara şamil deyildir.
Seçdiyim mağazadan öz kartımla sifariş edə bilmirəm. Mənim əvəzimə sifarişi siz həyata keçirə bilirsiz?
“Sifariş Et” xidməti bunun üçündür.
Qeydiyyat prosesini uğurla başa çatdırdıqdan sonra açılan profil səhifəsindən “Sifariş Et” bölməsinə daxil olursuz.
Müvafiq xanaya almaq istədiyiniz məhsulların linklərini yerləşdirirsiz. Seçdiyiniz məhsulun qiyməti, sifarişi etdiyiniz ölkənin daxili karqo qiyməti və komisiyya haqqı hesablanaraq sizə yekun məbləğ göstərilir. Ödəniş edirsiz və biz sizin əvəzinizə alırıq.
Seçdiyim mağaza sifarişimi ləğv edə bilər mi?
Bəzən satıcı mağaza sifarişləri səbəb bildirərək və ya bildirmədən ləğv edir. Bu halda əgər səbəb göstərilibsə şirkətimiz sizə sifarişin ləğvi və səbəbi barədə məlumat verir. Satıcı mağaza səbəb göstərməyibsə sizə sadəcə sifarişin ləğv edildiyi barədə məlumat gəlir. Hər iki halda ödəniş geri qaytarılır.
Çatdırılma haqqı necə hesablanır?
Çatdılırma haqqı Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq Fiziki və Həcmi çəki ilə hesablanır.
60 sm böyük bağlamanın çatdırılma haqqı həcmi çəkiyə əsasən hesablanır. Həcmi çəki= (hər biri sm olmaqla) Uzunluq x Hündürlük x En / 6000
Sifariş ləğv olunduğunda ödəniş kart hesabıma necə qaytarılır?
Sifarişiniz ləğv olunduğu zaman məbləğ ilk öncə TL balansınıza geri qaytarılır. Məbləğin ödəniş etdiyiniz karta geri qaytarılmasını istəyirsinizsə, Müştəri xidmətlərinə müraciət edə bilərsiniz.
Kartla sifariş versəm əlavə nə qədər pul çıxılacaq?
Sifariş üçün vəsaitinizdən çıxılan tranzaksiya faiz məbləği müştərisi olduğunuz bank tərəfindən təyin olunur.
Bəyannamə haqqında nələri bilməliyəm?
Bəyannamə nədir ?
Bağlamanın bir ölkədən digərinə daşınması üçün tələb olunan sənəddir. Bağlamanın gömrük sisteminə daxil olması və problemsiz ölkəyə daxil ola bilməsi üçün bəyannamə yaratmaq şərtdir.
Bəyannamə yaratmaq üçün lazım olan məlumatlar:
Mağazanın adı– sifarişinizi etdiyiniz və bağlamanı göndərən mağazanın adı;
Məhsul kateqoriyası– məhsulunuzun növü (aksesuar, geyim, elektron avadanlıq və s.);
Miqdar– bağlamanın daxilindəki məhsul sayı;
Qiymət– bağlamanın ümumi qiyməti;
Faktura– sifariş mağaza tərəfindən təsdiqləndikdən sonra elektron poçt ünvanınıza göndərilən sənədin PDF və ya PNG formatı;
Mağazanın izləmə kodu– sifariş yola düşdükdə mağazanın sizə göndərdiyi “tracking number”
Qeyd: Bəyannamə sifariş edilmiş məhsul xarici anbara təhvil verilmədən öncə yazılmalıdır.
Kuryer sifarişi və ödəniş qaydaları necədir?
Kuryer xidməti ilə ofisimizə gəlmədən bağlamalarınızı qapıda təhvil ala bilərsiz.
Kuryer sifarişi etdikdən sonra maksimum 2 gün ərzində bağlamalarınız təyin etdiyiniz məkana çatdırılır.
Ödənişi həm nəğd, həm də balansınızı artırmaqla edə bilərsiz.
Bölgələrə çatdırılma var mı?
Ölkəmizin istənilən bölgəsinə Azərpoçt vasitəsilə çatdırılma xidməti mövcuddur. Bağlamanızı poçta təhvil verdikdən sonra rayondan asılı olaraq 1-5 iş günü ərzində rayon filialınıza çatdırılır.
Poçt sifarişi haqqında nələri bilməliyəm?
- Poçtla sifariş bağlama yerli ofisimizə çatdıqdan sonra edilə bilər,
- Daşıma haqqı və poçt ödənişləri qabaqcadan edilir,
- Poçt tariflərini Azərpoçt şirkəti təyin edir,
- Poçtla sifarişi şəxsi kabinetinizdən “Azərpoçt sifarişi” bölməsinə keçid edərək həyata keçirə bilərsiz.
Aldığım məhsulu geri qaytara bilərəm?
Hal-hazırda geri qaytarma(iadə) xidmətimiz yoxdur.
Sifariş istədiyim parametrlərdə olmasa problem necə həll olunacaq?
Əldə etdiyiniz məhsulun bütün parametrləri ( çəki, ölçü, rəng, keyfiyyət, tamlığı, forması) tamamilə satıcı firmanın məsuliyyətinə daxildir.
Sifarişim “anbara təslim edildi” göstərir, ancaq sistemdə əks olunmursa nə edə bilərəm?
Bəyannamə prosesi doğru şəkildə yerinə yetirildikdən sonra bağlamanın 2-3 iş günü ərzində xarici anbara təslim edildiyi göstərilir.
Bu müddət ərzində bağlamanız sistemdə əks olunmasa bizimlə kontakta keçərək bağlamanın təslim detallarını göndərirsiz.
Anbarın iş saatlarında təhvil verilən və səlahiyyətli şəxslərin imzası ilə alındığı təsdiq olunan bağlamalar tərəfimizdən araşdırılır və ən qısa zamanda problem həll olunur.
Ölkədaxili karqo haqqında nələri bilməliyəm?
Sifarişi etdiyiniz ölkə bağlamanızı kuryer şirkəti vasitəsi ilə bizim həmin ölkədəki anbarımıza çatdırır. Bu zaman kuryer şirkətinin tələb etdiyi xidmət haqqı sifarişi verdiyiniz saytda görünür. Məhsulunuzun qiyməti yüksək olduğu zaman bəzi hallarda karqo haqqı alınmaya bilir.
Gömrükdən keçə bilməyən sifarişə nə zaman Barkod verilir?
Dövlət Gömrük Komitəsi yoxlanış zamanı saxlanılan bağlamalara Barkod verdiyi vaxt bizə (daşıma şirkətinə) məlumat verir. Məlumat bizə çatdıqdan dərhal sonra sizə mail və ya telefon zəngi ilə Barkod haqqında xəbər veririk.
Bağlamam hansı hallarda gömrükdən keçməyə bilər?
Bağlamalarınız bir neçə halda gömrük əməkdaşları tərəfindən saxlanıla bilər:
- Bağlamada qadağan olunmuş hərhansı məhsul olarsa;
- Məhsulun kommersiya məqsədli olduğu ortaya çıxarsa;
- Sifarişin ümumi dəyəri aylıq 300 dollar limitini aşarsa.
Bağlamam gömrük orqanları tərəfindən saxlanılarsa nə etməliyəm?
Bağlamanız gömrük orqanları tərəfindən saxlanıldıqda qaimə hazırlanır. İlk olaraq ofisimizə yaxınlaşaraq daşınma ödənişini etdikdən sonra həmin qaimə və barkodu təhvil alırsız. Bundan sonra Bakı Karqo Terminalına müvafiq ödənişi edib bağlamanızı geri alırsız.
300 dollar limiti haqqında nələri bilməliyəm?
Bildiyiniz kimi, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən 300 dollar məbləğində gömrük limiti qərarı qüvvəyə mindi.
Bu qərara əsasən, fiziki şəxs ümumi dəyəri bir təqvim ayı üçün 300 USD dəyərində məhsul idxal edə bilər.
Məhsulun ümumi dəyəri 300 dollardan çox olduğu halda gömrük rüsumu ödənilir.
Limitə həm məhsulun öz qiyməti, həm də daşınma haqqı daxildir.
300 dollar limitini keçsəm bağlamamı götürmək üçün gömrüyə getmək lazımdır?
Bağlamalarınızı e.customs.gov.az saytında bəyan etdikdə və gömrük limitini aşdığınız halda vergi ödənişini vaxtında etdiyiniz zaman bağlamalarınız yerli ofisimizə göndərilir.
Başqa bir şəxs mənim əvəzimə bağlamamı təhvil ala bilir?
Əgər bağlamanızı sizin yerinizə başqa bir şəxsin təhvil almasını istəyirsizsə, həmin şəxsə etibarnamə verə bilərsiniz.
Saytımıza daxil olduqdan sonra şəxsi kabinetinizdən “Etibarnamələr” bölməsində etibarnamə vermək istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsinin məlumatlarını yerləşdirin.
Həmin şəxs öz vəsiqəsi və sizin müştəri kodunuzla ofisimizə yaxınlaşaraq bağlamanı təhvil ala bilər. Etibarnamə sayında limit yoxdur.
Bağlamanı təhvil almaq üçün hansı sənədlər tələb ediləcək?
Bağlamanızı təhvil almaq üçün tələb olunan yeganə sənəd şəxsiyyətinizi təsdiq edən hərhansı vəsiqənin (şəxsiyyət, tələbə və ya sürücülük) özü və ya sürətidir.
Bağlama yerli anbarda nə qədər qala bilər?
Bağlamalarınız yerli anbarda 15 gün ərzində saxlanması ödənişsizdir. 15-30 gün ərzində hər günə görə əlavə 0.50 AZN, 31-45 gün ərzində isə hər günə görə əlavə 1 AZN ödəniş hesablanacaq. 45 gün keçdikdən sonra təhvil alınmamış bağlamalarınız aktlaşdırılaraq hesabınızdan silinir və sifarişə görə ödənilmiş məbləğ heç bir halda geri qaytarılmır.
Bir neçə bağlama olduqda birləşdirə bilirsiz?
Bağlamalarınızın sayı sizin sifariş etdiyiniz mağazadan asılıdır. Vadi.az bağlamalarınızı satıcı mağaza təhvil verdiyi kimi alır.
Problemlə rastlaşsam nə qədər vaxta həll olunar?
Problemlə qarşılaşdığınız zaman bizimlə əlaqə saxladıqdan sonra 15 iş günü müddətində problem araşdırılaraq həll olunur.
Hansı məhsulların daşınması qadağandır?
Hava nəqliyyatı tərəfindən daşınması qadağan olunmuş bütün məhsullar;
Azərbaycan Respublikası ərazisinə idxalı qadağan olunmuş bütün məhsullar;
Narkotik və psixotrop maddələr, hazırlanması və istifadəsi üçün lazım olan alətlər;
Təhlükəli, tezalışan, partlayıcı və radioaktiv maddələr;
Hər cür silah, hərbi təyinatlı qurğu və alətlər, döyüş sursatları;
Batareyalar, amortizatorlar, powerbanklar;
Maşın yağı və mühərriklər;
Sorğuma nə qədər vaxta cavab gələr?
- Zəng Mərkəzimiz- (012) 310 14 40,
- Facebook və Instagram səhifələrimiz,
- Email – [email protected],
- Canlı Çat
- Saytımızın Əlaqə bölməsindəki müraciət formu vasitəsilə əlaqə saxlaya bilərsiz. Sorğularınıza bir neçə dəqiqə ərzində cavab verəcəyik.
Bağlamanı poçtdan alarkən nə qədər pul verək?
Gəlin ilk növbədə aydınlıq gətirək ki, xaricdən bizim adımıza bağlama gəldikdə, poçtda bizdən nəyə görə pul alırlar?
Cavab: Poçtda bizdən alınan pul — rüsumdur. Burda qeyri-qanuni bir iş görülmür. Daha dəqiq, bu, gömrük baxışına görə alınan rüsumdur.
Nəyə görə alındığı bilindisə, nə qədər alınmalı olduğuna da nəzər yetirək:
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının təsdiq etdiyi qərara əsasən:
- Daxili və beynəlxalq poçt göndərişlərinə dair özəl və əlavə xidmətlər üzrə tariflər
…
9. Beynəlxalq göndərişin gömrük nəzarətinə təqdim edilməsi
…
2. Daxil olan beynəlxalq göndərişin gömrük nəzarətinə təqdim edilməsi
2.1 -qiyməti bəyan olunmuş göndəriş, kiçik paket və M kisənin hər biri üçün – 1,40 manat
2.2 -bağlamanın hər biri üçün – 2,00 manat
Hər bir beynəlxalq göndəriş gömrük nəzarətindən keçdiyi üçün onlara görə rüsum alınır. Rüsumun məbləği isə göndərişin növünə görə fərqli olur. Adətən bizim xaricdən sifariş etdiyimiz mallar kiçik paketlərdə gəlir və onlara görə 1,40 manat rüsum alınır. Qəbul etdiyimiz paket yox, bağlama sayılırsa, onda 2 manat rüsum ödəməli olacağıq. Yəni çəkisindən asılı olmayaraq, bütün kiçik paketlər üçün 1,40 manat, bütün bağlamalar üçün isə 2,00 manat gömrük nəzarətinə görə rüsum ödəməliyik.
Qeyd: Çəkisi 500 qramdan artıq kiçik paketin Poçt Şöbəsində verilməsinə görə 0,60 manat əlavə xidmət haqqı da lınır.
Kiçik paket ilə bağlamanı necə ayıraq?
Kiçik paketin maksimum çəkisi 2 kq olur. Bağlamanın isə 2 kq-dan artıq olur. Əgər göndərişin üzərində izləmə kodu vardırsa, onun ilk simvolu ilə də təyin edə bilərsiniz. Kiçik paketlərdə izləmə kodunun ilk simvolu ya “R”, yaxud da “S” hərfi olur. Bağlamada isə ilk simvol “C” hərfi olur.
Kiçik paket və ya bağlama alarkən ödədiyimiz rüsuma görə bizə qəbz verilməlidir ki, bəzi poçt məntəqələrində bunu etmirlər. Elə buna görə də xaricdən paket və ya bağlama qəbul edən vətəndaşlar arasında həmişə çaşqınlıq yaranır. Ödədikləri pulun hara getdiyini bilməmələri ilə yanaşı nə qədər ödəməli olduqlarını da bilmirlər. Belə şübhələrlə üzləşməmək üçün ödədiyiniz pula görə qəbz tələb etməyi unutmayın.
Poçt xidmətləri üzrə qiymət cədvəlini Azərpoçtun rəsmi veb səhifəsindən yükləyə bilərsiniz: Poçt Rabitəsi xidmətləri üzrə TARİFLƏR
Qeyd 2: Gömrük nəzarətinə görə ödənilən rüsumla gömrük rüsumunu səhv salmayın. Gömrük rüsumu o halda tətbiq edilir ki, bizim adımıza 30 gün ərzində gələn bağlamaların dəyərinin cəmi 1000 dolları keçmiş olsun. Misal üçün: bir şəxsin adına 400 dollarlıq bir bağlama gəldikdən 16 gün sonra 700 dollarlıq növbəti bir bağlama gəlirsə, onda gömrük rüsumu tətbiq edilir. Bağlamanın pulunu başqa valyuta ilə ödəmisinizsə və ya bağlamanın üzərində başqa valyuta qeyd olunubsa, məbləğ dollara çevrilərək hesablanacaqdır.
Comments are closed, but trackbacks and pingbacks are open.