Press "Enter" to skip to content

Ev tikintisinin ardıcıllığı

3. Ərazinin hazırlanması.

Mədəniyyət

Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaratmışdır və onun fəaliyyətinin ən yüksək inkişaf etmiş sahələrindən biri dekorativ-tətbiqi incəsənətdir. Bu sənətlər qədimdən mövcuddur. O, bədii sənətin müxtəlif növlərini əhatə edir, onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr və bir çox digərlərini göstərə bilərik. Azərbaycan xalqının zəngin mənəvi aləmindən və istedadından xəbər verən bütün bu bədii yaradıcılıq növlərinin hər birindən bu gün də böyük məhəbbətlə istifadə olunur.

Azərbaycan bədii tikmələrinin texnika və kompozisiyası öz kökləri ilə uzaq keçmişlərə gedib çıxır və xalqın mədəniyyətinin varisliyini sübut edir. Azərbaycanda naxış salmanın müxtəlif növlərinin yayılmağa başlamasını arxeoloji materiallara əsasən müəyyənləşdirmək mümkündür. Bədii tikmələrdəki ornamentlərin analoqu olan sadə elementləri — düz və sınıq xətləri, ziqzaqları, nöqtəvi ornamentləri, dairəcikləri, üçbucaqları, rombları erkən bürünc dövrünün (Azərbaycanda eramızdan öncə III minilliyə aid) saxsı qablarında izləmək mümkündür.

Müxtəlif vaxtlarda bu yerlərdə olmuş çoxsaylı tacirlər, səyyahlar və diplomatlar Azərbaycanda sənətkarlığın inkişafı haqqında çoxlu maraqlı faktlardan söz açırlar. İtalyan səyyahı Marko Polo (XIII yüzil) Şamaxıda və Bərdədə yerli ipək məmulatlarının gözəlliyini qeyd edir. İngilis səyyahı, tacir Antoni Cenkinson (XVI yüzil) yay iqamətgahının dəbdəbəsini təsvir edərkən yazır ki, “kral ipək və qızıl işləməli zəngin çadırda əyləşmişdi, onun geyimi mirvari və zəngin daş-qaşlarla işlənmişdi”.

XIX-XX əsrin əvvəllərində bədii tikmələr üçün əsas rolunu oynayan material yerli istehsal olan qonovuz, darai və məxmər idi. Onlar Şamaxıda, Basqalda, Şəkidə, Gəncədə, Şuşada və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Bədii tikmə üçün yerli ipək və yun saplardan və yerli basmaqəliblərdən istifadə olunurdu. Boyama üçün bitki mənşəli boyayıcılar işlədilirdi.

Bədii tikmə məmulatları ornamental motivlərin zənginliyi və müxtəlifliyi ilə fərqlənirdi. Azərbaycan bədii tikmələrində ən çox işlədilən bitki motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə ağaclarının yarpaqları — nar, heyva, alça çiçəkləri, eləcə də sünbül və müxtəlif formalı yarpaqlardır.

Bədii tikmələrin həndəsi naxışları düz və sınıq xətlərdən, ziqzaqlardan, üçbucaqlardan, dördbucaqlardan, altı və səkkizguşəli ulduzlardan, romblardan, ulduzcuqlardan və günəşin rəmzi təsvirlərindən ibarətdir.

Bədii tikmələrdə quşları: bülbül, tovuz quşu, göyərçin, tutu quşu, hophop (şanapipik), sərçə, qırqovul, bildirçin, kəklik və digərlərini təsvir etməyi sevirdilər.

Bədii tikmələrdə tez-tez rast gəlinən cüt quş təsvirləri dekorativ-tətbiqi incəsənət məmulatlarında ən qədim və sevilən motivdir. Quşları adətən ya bir-biri ilə sevişən, ya da bir-birindən küsmüş şəkildə təsvir edirlər. Hər iki motivi xalq sevgi və ayrılığın simvolu kimi izah edir. Heyvanlar aləminin təmsilçilərindən bədii tikmələrdə daha çox ceyranlar, tısbağalar, ilanlar-əjdahalar, atlar və s. təsvir edilirdilər.

Məişət predmetlərindən gülab suyu üçün sürahilər, daraq üçün futlyar, kosmetika üçün flakonlar, kuzələr və s. rast gəlinir.

Azərbaycanda məişətdə populyar və geniş yayılmış bədii tikmə növləri: güləbətin, saya naxışlı bədii tikmə, təkəlduz, “quş gözü” texnikasında tikmə, metal muncuqlu tikiş, muncuqlu tikiş, basmanaxış, “düymələmə”, qurama, spiral şəkilli tikiş və file üzərində işdir.

Bütün tikmə növlərindən ən qədimi qızılı və gümüşü saplarla bədii tikmələrdir. Əsasən çox sıx parçadan istifadə edilirdi. Qırmızı, tünd qırmızı, bənövşəyi və yaşıl rəngli birçalarlı məxmər ən yaxşı material sayılırdı. Müxtəlif çalarlı incə mahud, parça, tirmə, atlas, tumac dəri üzərində də bədii tikmələr salınırdı. Qızılı və gümüşü saplarla tikiş üçün fabrik istehsalı qızıl və gümüş saplardan istifadə olunurdu. Bu bədii tikmə növü bir terminlə — güləbətin adlanırdı.

Güləbətinlə daha çox qadın üst geyimlərinə, baş geyimlərinə, ev məişət əşyalarına, at yəhərinə və daha xırda məmulatlara bəzək vurulurdu. Gəlinin cehizinə güləbətin işləməli məişət təyinatlı müxtəlif əşyaları daxil etmək adəti də vardı.

Rəngli ipək saplarla işlənmiş bədii tikmələr arasında təkəlduz tikmələri daha geniş yayılmışdı.

XIX əsrdə təkəlduzçuluğun mərkəzi Şəki şəhəri idi.

Təkəlduzçuluq üçün əsas material qismində yerli və ya xaricdə istehsal olunan qırmızı, qara və tünd göy rəngli məxmər və mahud işlədilirdi. Təkəlduz bədii tikmələri təkcə qadınların məşğuliyyəti deyildi. Bir çox kişilər tətbiqi incəsənətin bu sahəsində öz qeyri-adi məharətlərini göstərirdilər. Dəzgahda dartılmış parçada usta əvvəlcə rəsmin kontur xətlərini çəkir, sonra isə onun bütün daxili sahəsini doldururdu. Təkəlduz bədii tikmələri üçün işlədilən iynə “qarmac” adlanırdı.

Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr, hamamda işlədilən ayaqaltı xalçalar, örtüklərə bəzək vurulurdu.

Bədii tikmələrdə geniş tətbiq edilən digər texnika saya tikmə idi.

Bu növ bədii tikmə üçün adətən parlaq olmayan, pastel çalarlarında, çox zaman qızıl saplarla uzlaşmada rəngli ipək və yun saplardan istifadə olunurdu. Saya bədii tikmənin iki növü vardı: ikitərəfli və birtərəfli. Saya bədii tikmə üsulu ilə geyimlərə, divar bəzəklərinə, üz örtüyünə, pərdələrə və s. naxışlar vurulurdu.

Bədii tikmələrin geniş yayılmış növlərindən biri “quş gözü” — ağ və ya rəngli ipəklə vurulan bəzəklər idi.

“Düymələmə” bədii tikmələri araqçının, şəbkülahın (gecə baş geyimi), canamazın, eləcə də yun geyimlərin bəzəklərində rast gəlinir. Onu adi və su tikişi, astar və üz arasında nazik yun və ya pambıq təbəqəsi qoymaqla icra edirdilər.

Mirvari və muncuqlarla bədii tikmələr böyük maraq kəsb edirdi, onlarla qədimlərdən bəri kostyum elementlərini, məişət əşyalarını bəzəyirdilər.

Parıltılı bəzək-düzəklərlə, muncuqlarla bədii tikmə — onları parçaya rəngli ipək saplarla çəkilmiş rəsmin konturları boyunca tikməkdir. Qurama və spiral bədii tikmənin nisbətən gənc üsullarıdır.

Nadir hallarda rast gəlinən file üzərində iş və merejka çox gec yayılmış və dar çərçivədə tətbiq olunur. Bu əl işi növü salfetka, dəsmal, üz örtüyünün bəzəyi üçün daha xarakterikdir.

Bu gün də Azərbaycanın bir çox şəhərlərində kökü qədim çağlara gedən bədii tikmə məktəbi qorunub saxlanılır. Azərbaycan ustalarının əl işləri beynəlxalq sərgilərin və muzeylərin ekspozisiyalarını bəzəyir.

Ev tikintisinin ardıcıllığı

Ev tikmək planı olan, lakin işlərin ardıcıllığı barədə az məlumatı olan şəxslər üçün tikintinin mərhələləri ilə bağlı yazı hazırlamışıq. Beləliklə, ümumi ardıcıllığa baxaq:

Bu da maraqlıdır:

1. Ərazinin seçilməsi.

Ərazi seçilərkən həmin ərazidəki torpaq süxuru mütəxəssis tərəfindən tədqiq olunmalıdır. Belə ki, həmin ərazidəki torpaq tikinti üçün əlverişsiz ola bilər. Üzərində tikinti aparılacaq torpaq sahəsində yumşaq qat çox qalın (dərin) olarsa, orada tikinti aparmağa dəyməz. Ərazidə infrastrukturun hansı vəziyyətdə olduğunu da öyrənin: qaz, su, elektrik xətləri, bağça, məktəb, market, ictimai nəqliyyatın və s. əlçatanlığı önəmlidir. Bundan başqa evin plan cizgisini hazırlatmaq da ilk mərhələdə görülən işlərdəndir.

2. Məlumatlandırma icraatı.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və məlumatlandırma icraatının tətbiq olunduğu fərdi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. Bunun üçün sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq yerli icra hakimiyyəti orqanına məlumat verir və qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsininin 79-80-ci maddələri).

3. Ərazinin hazırlanması.

İndi ərazini təmizləmək və üzərində tikili olacaq yerin səthini bərabərsəviyyəli etmək lazımdır. Bunun üçün “Qreyder” (və ya “Buldozer”) lazım ola bilər.

Bünövrə betonunu tökmək üçün evin planı üzrə qazıntı işləri aparılır. Siz yerqazan traktor tapmalısınız. Amma bu işi fəhlə taparaq da həll edə bilərsiniz. Qazıntının eni və dərinliyi torpağın xüsusiyyətlərinə və tikilinin ağırlığına (bu, əsasən, mərtəbə sayından, evin hündürlüyündən və s. asılıdır) əsasən seçilir. Yumşaq süxurlar üzərində qazılmış dayaz bünövrə gələcəkdə evin divarlarında çatların yaranmasına və ya digər xoşagəlməz hallara səbəb ola bilər. Beton üçün qazıntının həcminə uyğun olaraq sement, qum, çınqıl, armatur, xamıt və məftil lazım olacaq. Beton 1-2 sutka ərzində bərkiyir. Betonun tam quruma müddəti olaraq 28 gün qəbul edilir. Beton töküldükdən 28 gün sonra tam möhkəmliyə sahib olur və bundan sonra növbəti mərhələyə keçilir. Quruduğu müddətdə də betona nəzarət etmək lazımdır. Bünövrə evin (istənilən tikilinin) ən vacib hissəsidir. Belə ki, digər hissələrin ağırlığı bünövrənin üstünə düşür və bünövrəni sonradan sökmək, üzərində dəyişiklik aparmaq demək olar ki, mümkün deyil. Bünövrəyə xüsusi diqqət göstərməyə dəyər.
Bünövrə üçün lazım olacaq beton miqdarını saytımızdakı kalkulyator vasitəsilə hesablaya bilərsiniz.

Bünövrə betonu tam quruduqdan sonra divar hörülməyə başlanır. Divar mişar daşından, kərpicdən yaxud süni daşlardan istifadə etməklə hörülür. Evin perimetri üzrə olan, evin içini ətraf mühitdən ayıran divarlar xarici divarlar, otaqları ayıran divarlar daxili divarlar (arakəsmələr) adlanır. Xarici divarlar adətən ikiqat daşla, daxili divarlar isə təkqat daşla hörülür. Hörgü işini məsuliyyətli ustalara tapşırın. Bu mərhələdə sementə qənaət etməyə çalışmayın. Divarlar hörülən zaman qapı, pəncərə və drenaj üçün boşluqlar saxlayarkən döşəmənin əsas taxtalarının başlarını qoymaq üçün də yastıqlar (yuvalar) nəzərə alınmalıdır. Gələcəkdə evə giriş-çıxış rahat olsun deyə, indidən kürsünün hündürlüyünə uyğun pilləkəni də hazırlamaq olar.

Divar hazır olduqdan sonra evin üstünü örtmək olar. Artıq evin içindəki digər işləri görərkən yağışdan, yandırıcı günəşdən və digər xarici təsirlərdən sığortalanmış oluruq.
Dam üçün adətən, bir xeyli taxta lazım olur. Taxtlar adətən 5sm*10sm, 5sm*15sm və 5sm*20sm ölçülərdə olur. Bazarda 4 metr və 6 metr uzunluqda olan taxtalara rast gəlinir. Hansı ölçüdə taxta lazım olacağını ustanız sizə deyəcək.
Dam ikiyanlı və ya dördyanlı ola bilər. Başqa dam şəkilləri də var. Ancaq Azərbaycanda əsasən bu iki şəkilə üstünlük verilir. Bizim ölkədə qarlı günlərin sayı və yağan qarın miqdarı az olduğundan damın mailliyini çox etməyə ehtiyac qalmır.

Bu mərhələdə evin döşəməsi düzəldilir. Evinizin döşəməsində qızdırıcı sistem qurmaq istəsəniz, evin kürsüsünü alçaq etmək lazımdır. Belədə kürsünü doldurub üzərindən müəyyən qalınlıqda (adətən, 5-8 sm) beton qat tökülür. Əlbəttə ki, qızdırıcı sistem də bu qatın altında olur. Yaxud taxta döşəmə düzəldərək kürsünün içini boş sahə olaraq istifadə edə bilərsiniz. Döşəmə üçün də qüvvəni qəbul edən əsas taxtalar olaraq adətən 5sm*20sm taxtalar istifadə olunur.

8. Elektrik, su və kanalizasiya xəttləri.

Növbəti iş olaraq müvafiq otaqlara elektrik xəttlərini, o cümlədən su xəttlərini və drenaj sistemini qurmaq olar.

Artıq evin divarlarını suvamaq olar. Suvağın materialı və qalınlığı sizin ustanızla birgə verəcəyiniz qərardan asılıdır. Bu, sement-qum qarışığı və ya gips ola bilər. Suvaq məsrəfini də kalkulyatorumuzda hesablaya bilərsiniz.

Bu mərhələdən etibarən interyer (evin içinə aid) və eksteryer (evin çölünə aid ) işləri görülür. Qapı, pəncərə, kafel, divar kağızı, mətbəx, hamam, həyət və s.

Qeyd edək ki, burada sadaladığımız ardıcıllıqlar ümumi yol xəritəsini təsvir edir. Hər bir evin tikintisi zamanı bəzi mərhələlərin yerinin dəyişik olması mümkündür.
Yazı ilə bağlı sual, təklif və iradlarınızı Facebook messenceri vasitəsilə yaxud email vasitəsilə bildirə bilərsiniz. Facebook istifadəçisisinizsə, səhifəmizi bəyənməyi unutmayın. Başqa sosial şəbəkələrdən istifadə edirsinizsə, saytımızla bağlı paylaşım edə bilərsiniz.

Əl ilə tikilən tikmələr

Karandaşla böyüdülmüş naxışın yarısını kalkaya köçürürlər. Kalka vərəqini əvvəl qatlanmış xətt üzrə yenidən yarıya qatlayırlar və naxışı kalkanın ikinci təmiz tərəfinə köçürürlər.

Naxıştikmə işi ilə məşğul olduqda işləmək rahat olsun və iş yorğunluq gətirməsin deyə öz iş yerinizi düzgün təşkil edin və müəyyən olunmuş əmək qaydalarına riayət edin.

Stol alət və avadanlıqlarla birlikdə elə qoyulmalıdır ki, işə (tikməyə) işıq soldan düşsün. Əgər stolun siyirməsi yoxdursa saplar xüsusi kisədə, alətlər iş qutusunda, naxışlı kalka vərəqləri isə qovluqda saxlanılır. Stolun arxasında oturarkən beli bükmək və başı aşağı əymək lazım deyil, iş vaxtı stolun səthi azca qabağa tərəf maili olmalıdır. İş ilə göz arasındakı məsafə 25-30 sm-dən artıq olmamalıdır. Bu məqsədlə bəzən gərgahın altına taxta lövhə, kitab və s. qoyurlar. Stul stolun qabağında elə qoyulmalıdır ki, onun arxasına söykənmək olsun.

İş zamanı əli düzgün qoymaq böyük əhəmiyyət kəsb edir. Sol əl gərgahın altında, sağ əl isə üstündə yerləşməlidir.

Bəzi parçalarda tikmə zamanı sağ əl ilə iynəni iti ucu ilə parçaya sancaraq tərs üzə keçirirlər. Sol əl ilə iynənin iti ucu tərəfindən onu götürür və küt tərəfi ilə əsas üzə çıxarırlar. Sapı sağ əl ilə dartırlar. Qalın parçalarda iynə tərs üzdən əsas üzə iti ucu ilə çıxarılır.

Tikməli məmulat tərs üz tərəfdən nəmləndirilmiş parça ilə ütülənməli və təmiz olmalıdır. Hər kənarı tikilmiş məmulatı həm də üz tərəfdən ütüləyirlər.

Yaxşı yuyulan parçalardan hazırlanmış ağ tikmələr adi qayda ilə yuyulur, bu zaman ehtiyatlı olmaq lazımdır ki, tikmənin naxışı müqavimətə məruz qalıb korlanmasın, xüsusən də, iri tikişlərlə işlənmiş tikmələrdə.

Rəngli tikmələrlə işlənmiş çirklənmiş məmulatı çox ehtiyatla isti suda yuyurlar. Onları suya qoyub islatmaq, üzərinə qaynar su tökmək, qaynatmaq olmaz. Yuyulmuş məmulat soyuq suda yaxşı suya çəkilir, yüngülcə sıxılır və bir neçə dəqiqəliyə tüklü dəsmala, yaxud mələfəyə bükülüb saxlanılır. Nəm vəziyyətdə tərs üzdən altına yumşaq döşənək (altlıq) qoymaqla ütülənir. Bu halda tikişlər qabarıq və relyefli alınır. Tikməli salfetlər ortadan başlayaraq ütülənir ki, kənarları gərilməsin. Ütüləyəndən sonra onları çevrilmiş vəziyyətdə düz yerə qoyurlar və soyuyana qədər saxlayırlar.

Əl ilə işlənən tikmələrdə tikişlərin növləri

Yerinə yetirilmə texnikasına görə tikişlər iki böyük qrupa bölünür: saymaqla yerinə yetirilən – parçanın saplarını saymaqla, yaxud damaları saymaqla və əvvəlcədən çəkilmiş kontur üzrə sərbəst yerinə yetirilən tikişlər.

Saymaqla işlənən tikmələr öz növbəsində iki yerə bölünür – ikitərəfli və parçanın üst hissəsində yerinə yetirilən tikmələr.

İkitərəfli tikmələrə merejka, xırda tikişlər, rəngli kontur boyunca tikilən tikişlər və s. aiddir. Bu iki tərəfli tikişlər parçanın səthindən yox onun özündən keçərək elə bil ki, onun strukturunu dəyişdirir. Tikiş hər iki üzdə yerləşdirilir. Parçanın üz səthində sayla yerinə yetirilən tikmələrə müxtəlif tikişlər dəsti aid edilir.

Çəkilmiş kontur üzrə işlənən sərbəst tikmələrdə tikişlərin ilmələri naxışların konturu üzrə yerləşdirilir, yaxud naxış tam doldurulur və əlavə qabarıq səth yaradır. Bu tikişlərə doldurma, kontur və sadə tikişlər, su tikişi, çarpaz tikişi və s. aiddir.

Tikmələrdə adətən müxtəlif tikişlər tətbiq edilir. Tikmələrin bütün növləri bir qayda olaraq gərgahla yerinə yetirilir.

Sapın parçaya bəndlənməsi

Tikmələrdə işçi sapın ucunu heç vaxt düyünləmirlər. Tikmə tikilmiş məmulatın tərs üzü də təmiz və səliqəli olmalıdır. Sapı parçanın üz tərəfində tikmə tikiləcək yerə bəndləyirlər. Əgər tikmə üçün cüt sayda sap götürürlərsə, məsələn, muline sapı, onda kələfdən tək-tək 3 sap çıxarılır, onları birlikdə iki qatlayırlar və hər iki ucunu birlikdə iynənin qulaqcığından keçirirlər. Saplı iynə ilə kiçik ilmə yaradırlar və işçi sapı parçadan o vaxta qədər dartırlar ki, parçanın üz tərəfində balaca ilgək yaransın. İlgək sapın iki qatlanmış yerində əmələ gəlir. Bu ilgəkdən iynəni işçi sapla birlikdə keçirirlər və dartırlar. Sap parçaya bəndlənmiş olur.

Comments are closed, but trackbacks and pingbacks are open.