Elçin Əmirbəyov “Əl-Ərəbiyyə” kanalına Ermənistanın humanitar atəşkəsi pozması ilə bağlı danışdı – VİDEO
Səfir Ermənistanın qonşu dövlətlərə ərazi iddialarından da danışıb. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın dünya liderlərinə zəng edərək onlara Azərbaycana təsir göstərmək üçün yalvardığını diqqətə çatdırıb.
Xankəndi
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Telekanalın xəbərlər buraxılışının qonağı olan səfir Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.
Azvision.az xəbər verir ki, aparıcının Ermənistanın Rusiyadan kömək istəməsi ilə bağlı sualını cavablandıran diplomat hər iki ölkənin vahid hərbi bloka üzv olduğunu bildirib. Səfir ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın münaqişənin nizamlanmasındakı rolundan danışıb və Azərbaycan Prezidenti İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi son müsahibələr zamanı Minsk qrupunun fəaliyyəti ilə bağlı dediklərindən misal gətirib. Ş.Abdullayev Minsk qrupunun 28 illik fəaliyyəti nəticəsində hər hansı irəliləyişin əldə olunmadığını bildirib.
Şahin Abdullayev BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin münaqişənin həlli üçün baza təşkil etdiyini diqqətə çatdırıb və Azərbaycanın yeganə tələbinin həmin qətnamələrin müddəalarının icrası olduğunu bildirib. Diplomat ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın həmin qətnamələrin lehinə səs verdiklərini vurğulayıb.
Səfir Ermənistanın qonşu dövlətlərə ərazi iddialarından da danışıb. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın dünya liderlərinə zəng edərək onlara Azərbaycana təsir göstərmək üçün yalvardığını diqqətə çatdırıb.
Aparıcının Yerevanın münaqişə zonasına rusiyalı sülhməramlıların yerləşdirilməsi ilə bağlı çağırışlarına Moskvanın cavabı, Gümrüdə Rusiya hərbi bazasının yerləşdirilməsi və Azərbaycanın Rusiyanın hazırkı mövqeyindən razı qalıb-qalmadığı ilə bağlı sualına cavab verən Ş.Abdullayev Rusiyanın Gümrüdə dislokasiya olunmuş 102-ci hərbi bazasının uzun müddətdən bəri orada mövcud olduğunu bildirib. Qeyd edib ki, Rusiya, bəzi Qərb dövlətləri, hətta İraq kimi bəzi ərəb ölkələrindən alınan silahlar olmasaydı, Ermənistan Azərbaycanla sülhə razı olardı. Diplomat münaqişənin həlli üçün yeganə şərtin Ermənistanın Azərbaycan işğal altındakı ərazilərindən çıxması olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin ölkəmizin münaqişəyə kənar dövlətlərin müdaxiləsinin əleyhinə olması ilə bağlı fikirlərinə dair sualı şərh edən səfir Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və bunun dünya ictimaiyyəti tərəfindən də qəbul edildiyini deyib. Diplomat Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatı nəticəsində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin bəzilərinin elə Azərbaycanın özü tərəfindən icra olunduğunu bildirib.
Elçin Əmirbəyov “Əl-Ərəbiyyə” kanalına Ermənistanın humanitar atəşkəsi pozması ilə bağlı danışdı – VİDEO
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Ərəb telekanalı “Əl-Ərəbiyyə”yə canlı olaraq verdiyi müsahibədə Minsk qrupu həmsədrləri ilə koordinasiya edilərək, Fransanın vasitəçiliyi ilə dünən əldə edilən, 18 oktyabr gecə yarısında qüvvəyə minən humanitar atəşkəs razılaşmasının Ermənistan tərəfindən çoxsaylı, kobudcasına pozulmasından danışıb.
O, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejiminin pozulmasına yönələn təkrar təxribatları zamanı Tərtər və Cəbrayıl istiqamətlərindəki Azərbaycan mövqelərini ağır artilleriya və minaatanlardan atəşə məruz qoyduqlarını bildirib. Nəticədə hərbçilərimizdən biri yaralanıb. Ermənistanın öz öhdəliklərini yenidən xain şəkildə pozması bir daha göstərir ki, işğalçı ölkə rəhbərliyi münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və Azərbaycana qarşı başladılan hərbi təcavüzü davam etdirmək niyyətindədir.
Qeyd olunub ki, Azərbaycan qanuni müdafiə haqqını qoruyub saxlayır və düşmənin bütün təxribatlarına layiqli cavab veriləcək. Aparıcının sualını cavablandıran E.Əmirbəyov Gəncə şəhərinin yaşayış məntəqələrini gecə saatlarında Ermənistan ərazisindən qeyri-insani bombardıman etməsi, bunun nəticəsində 13 azərbaycanlı mülki şəxsin öldüyü və 40-dan çox insanın yaralandığı barədə ətraflı danışıb. Bu terror aktını insanlığa qarşı cinayət kimi xarakterizə edən E.Əmirbəyov Ermənistanın hərbi siyasətini qorxaqlıq və qeyri-insani zülmdə günahlandırıb və onun törətdiyi əməllərə görə gec-tez ədalət qarşısına çıxarılacağını qeyd edib.
Əl ərəbiyyə
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Telekanalın xəbərlər buraxılışının qonağı olan səfir Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.
AZƏRTAC xəbər verir ki, aparıcının Ermənistanın Rusiyadan kömək istəməsi ilə bağlı sualını cavablandıran diplomat hər iki ölkənin vahid hərbi bloka üzv olduğunu bildirib. Səfir ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın münaqişənin nizamlanmasındakı rolundan danışıb və Azərbaycan Prezidenti İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi son müsahibələr zamanı Minsk qrupunun fəaliyyəti ilə bağlı dediklərindən misal gətirib. Ş.Abdullayev Minsk qrupunun 28 illik fəaliyyəti nəticəsində hər hansı irəliləyişin əldə olunmadığını bildirib.
Şahin Abdullayev BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin münaqişənin həlli üçün baza təşkil etdiyini diqqətə çatdırıb və Azərbaycanın yeganə tələbinin həmin qətnamələrin müddəalarının icrası olduğunu bildirib. Diplomat ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın həmin qətnamələrin lehinə səs verdikərini vurğulayıb.
Səfir Ermənistanın qonşu dövlətlərə ərazi iddialarından da danışıb. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın dünya liderlərinə zəng edərək onlara Azərbaycana təsir göstərmək üçün yalvardığını diqqətə çatdırıb.
Aparıcının Yerevanın münaqişə zonasına rusiyalı sülhməramlıların yerləşdirilməsi ilə bağlı çağırışlarına Moskvanın cavabı, Gümrüdə Rusiya hərbi bazasının yerləşdirilməsi və Azərbaycanın Rusiyanın hazırkı mövqeyindən razı qalıb-qalmadığı ilə bağlı sualına cavab verən Ş.Abdullayev Rusiyanın Gümrüdə dislokasiya olunmuş 102-ci hərbi bazasının uzun müddətdən bəri orada mövcud olduğunu bildirib. Qeyd edib ki, Rusiya, bəzi Qərb dövlətləri, hətta İraq kimi bəzi ərəb ölkələrindən alınan silahlar olmasaydı, Ermənistan Azərbaycanla sülhə razı olardı. Diplomat münaqişənin həlli üçün yeganə şərtin Ermənistanın Azərbaycan işğal altındakı ərazilərindən çıxması olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin ölkəmizin münaqişəyə kənar dövlətlərin müdaxiləsinin əleyhinə olması ilə bağlı fikirlərinə dair sualı şərh edən səfir Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və bunun dünya ictimaiyyəti tərəfindən də qəbul edildiyini deyib. Diplomat Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatı nəticəsində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin bəzilərinin elə Azərbaycanın özü tərəfindən icra olunduğunu bildirib.
Comments are closed, but trackbacks and pingbacks are open.