Press "Enter" to skip to content

Zinger tikiş maşınlarının sirri

Geniş yayılmış patologiyalardan biri neyroleptik parkinsonizmdir. Bu xəstəlik antipsixotik preparatlarla müalicə prosesində niqrostriar strukturlarda dofamin reseptorların blokadası səbəbindən baş verir. Metoklopramid, mərkəzi simpatolitiklər (rezerpin), serotoninin geriyə tutulmasının inhibitorları (fluoksetin) də eyni tərzdə təsir göstərir. Medikamentoz parkinsonizmdə əllərin postural-kinetik tremoru qeydə alınır. Bu hal sürətlə artır, dərman qəbulunu dayandırdıqda aradan qalxır.

Əllərin əsməsi

Əllərin əsməsi (tremor) – titrəyici hiperkinez olub, əl əzələlərinin stereotip təkrarlanan yığılmaları ilə təzahür edir. Tremor bəzən birincili xarakterli olur, digər hallarda isə metabolik pozğunluqlar, toksiki zədələnmələr, sinir sisteminin ocaqlı və yaxud diffuz zədələnmələri səbəbindən yaranır. Əllərin əsməsi ilə nevroloq məşğul olur. Onun mənşəyi laborator analizlər, neyrovizualizasiya və neyrofizioloji üsullarla üzə çıxarılır. Müalicə taktikasının əsasını konservativ medikamentoz terapiya təşkil edir. Refrakter hallarda cərrahi müdaxilə tələb olunur.

Əllərin əsməsinin səbəbləri

Essensial tremor

Yetkin insanlarda əllərin əsməsi əsasən beyincik neyronlarının, bazal nüvəciklərin və talamokortikal əlaqələrin hiperaktivliyi nəticəsində baş verir. Xəstəlik adətən monosimptom hal kimi qiymətləndirilir. Onun yeganə təzahürü hərəkət zamanı və eyni vəziyyətdə dayanarkən əllərin əsməsi (kinetiko-postural) olur. Bu tip tremor mil-bilək, əl darağı-falanqa oynaqlarını əhatə edir, onun tezliyi 8-10 Hz olur.

Yuxarı ətrafların tremoru ilə yanaşı pasiyentlərdə səsin, başın, bəzən isə bədənin digər hissələrinin də əsməsi müşahidə olunur. Həyəcan, fiziki və əqli gərginlik tremoru gücləndirir. Zamanla əsmənin intensivliyi azala, amplitudu isə arta bilər. Bəzi xəstələrdə yüngül dərəcəkli nevroloji əlamətlər: koqnitiv pozğunluqlar, «dişcikli təkər» sindromu qeydə alınır.

Parkinson xəstəliyində əllərin əsməsi

Parkinson xəstəliyində klassik tremor sakitlik halında, əzələlər tam boşaldıqda əmələ gəlir. Onun tezliyi 3-6 Hz təşkil edir. Prosesə əsasən əllər, bəzən isə aşağı ətraflar, çənə və dodaqlar cəlb olunur. Tremor estrapiramid sistemdə degenerativ dəyişikliklərlə izah edilir. Əllərin əsməsi asimmetrik xarakterli, «pul sayma» və yaxud «topu diyirlətmə» tipli olur. Hərəkətə başladıqda tremor itir. Digər simptomların yaranmasından bir neçə il əvvəl postural tremor izlənilə bilər.

Əllərin titrəməsi ilə bərabər xəstələrdə əzələ rigidliyi, hərəkətlərin ləngiməsi (bradikineziya, hipomimiya) baş verir. Pasiyentlər üçün bükülmüş poza, yeriyərkən səndəlləmə və donma xarakterikdir. Qeyri-motor əlamətlər vegetativ, psixi, hissi və digər pozğunluqlsrla ifadə olunur. Pasiyentlər koqnitiv pozğunluqlardan, depressiya və apatiyadan əziyyət çəkirlər. Tez-tez rast gəlinən simptomlara udqunmanın pozulması aiddir. Bu hal qidanın aspirasiyasına gətirib çıxarır.

Endokrin-mübadilə pozğunluqlarında əllərin əsməsi

Titrəyici hiperkinezin əsasında mərkəzi adrenergik reseptorların hiperhəssaslığı dayanır. Bunun nəticəsində əzələ gərginliyini tənzim edən periferik mexanizmlər üzərində nəzarət pozulur. Simpatik stimulyasiyanın güclənməsi ilə əllərin tremoru tireotoksikoz, hipoqlikemiya fonunda baş verir. Bu mexanizm həm də böyrəküstü vəzin patologiyalarında – feoxromositoma və Addison xəstəliyində işə düşür.

Hiperparatireozda sinir sisteminin zədələnməsinə bazal qanqliyalarda kalsiumun toplanması səbəb olur.

MSS-nin ocaqlı patologiyalarında əllərin əsməsi

Əllərin tremoru beyinciyin və yaxud beyin kötüyünün ocaqlı zədələnmələrində qeydə alınır. Əsmə aşağı tezlikli (3-5Hz), iri amplitudalı olub, ətrafların proksimal hissələrdə müşahidə edilir. Tremor hərəkətə başladıqda yaranır, məqsədə yaxınlaşdıqda güclənir. İntension terminal tremor postural əsmənin müxtəlif növləri ilə tamamlana bilər. Belə dəyişikliklərə MSS-nin aşağıdakı patologiyaları səbəb olur:

  • Damar problemləri: işemik və hemorragik insult, dissirkulyator ensefalopatiya
  • Həcmli törəmələr: subdural hematoma, şişlər, kavernoz angioma
  • İnfeksiyalar: abses, neyrosifilis, epidemik ensefalit
  • Kəllə-beyin travmaları.

Tremor beyin qan dövranın kəskin pozulmasından dərhal sonra və yaxud bir neşə həftə, ay keçdikdə baş verir. Orta beyin zədələndikdə tremor ataksiya və digər hiperkinezlərlə, prosesə piramida yolu qoşulduqda isə hemiparezlə müşayiət olunur. Təpə-ənsə nahiyəsində hemorragiya və şişlər kinetik əsməyə gətirib çıxara bilir.

İrsi patologiyalarda əllərin əsməsi

Sinir sisteminin bəzi irsi xəstəlikləri tremorla özünü büruzə verir. Sakit vəziyyətdə əllərin ikitərəfli titrəməsi sensitiv ataksiya, nevropatiya, dizartriya və oftalmoplegiya (SANDO) üçün xarakterikdir. Əsmə ilə yanaşı yeriyərkən səndəlləmə, demensiya baş verir.

X-birləşməli resessiv irsi xəstəlik sayılan Kennedi amiotrofiyası üçün tremor, fiziki gərginlik zamanı qıcolma, ətrafların proksimal şöbələrində xırda fassikulyasiyalar xarakterikdir. Tədricən əzələ gücü zəifləyir, onların həcmi azalır. Nevroloji əlamətlər arasında bulbar pozğunluqlar (dizartriya, disfagiya) mövcud olur. Klinik şəkil endokrin pozğunluqlarla – ginekomastiya, testikulyar atrofiya ilə tamamlanır.

Polineyropatiyalarda əllərin əsməsi

Tremorun formalaşmasında periferik mexanizm polineyropatiyalarda işə düşür. Proprioreseptorlardan hissi impulsların ötürülməsinin ləngiməsi antoqonist əzələlərin izafi yığımasına səbəb olur. Sonralar isə bu, hər 2 istiqamətdə ossillyator dalğalanmalarla müşayiət edilir. Əllərin neyropatik tremoru adətən postural-kinetik olub, geniş spektrli patoloji vəziyyətlərdə meydana çıxır:

  • Metabolik:şəkərli diabet, uremiya, disproteinemiya
  • Toksiki: zəhərlənmələr (arsen, qurğuşun), alkoqolizm
  • Demielinləşdirici: Şarko-Mari-Tuta xəstəliyi, xroniki iltihabi demielinləşdirici poliradikulonevropatiya
  • İrsi motor-sensor polineyropatiya
  • Paraneoplastik sindrom

İntoksikasiyalarda əllərin əsməsi

Toksiki maddələr nəinki təkcə tremorun periferik mexanizmlərini aktivləşdirmir – zərərli təsirlər ekstrapiramid sistemin neyronlarının zədələnməsi ilə reallaşır. Patoloji prosesin əsasında generasiyanın, impuls nəqlinin, enerji və plastik mübadilənin pozulması dayanır. Aşağıdakı birləşmələr neyrotoksik sayılır:

  • Ağır metallar: civə, qurğuşun, arsen
  • Qazabənzər maddələr: dəm qazı, karbon disulfid
  • Bitki mənşəli alkaloidlər: kodein, erqotamin.

Tremorun digər inkişaf mexanizmi spirtli içki və psixoaktiv maddələrdən (trankvilizatorlar, opioid) imtina nəticəsində yaranan abstinent sindromunda müşahidə edilir. Titrəmə simpatik sinir sisteminin stimulyasiyası hesabına əmələ gəlir, vegtativ-somatik və psixi pozğunluqlarla müşayiət olunur. Bu əlamətlərin əksəriyyəti postintoksikasion vəziyyətə bənzəyir.

Preparatların yan təsiri qismində əllərin əsməsi

Dərman qəbulu ilə bağlı əllərin tremoru geniş yayılmışdır. Bəzi preparatlar fizioloji tremor törədir, dərmanın istifadəsi dayandırıldıqda bu hal keçib gedir. Tremorun neyrokimyəvi mexanizmləri mərkəzi xolinergik və monoaminergik və yaxud periferik adrenargik sistemə təsirlə bağlıdır. Aşağıdakı preparatlar əsmə törədə bilir:

  • Adreno və simpatomimetiklər: epinefrin, izoprenalin, salbutamol
  • Antiaritmik: meksiletin, amiodaron, novokainamid
  • Antidepressantlar: trisiklik (amitriptilin), monoaminooksidaza inhibitorları (moklobemid, selegilin)
  • Metilksantinlər: kofein, eufillin, teofillin
  • Antihistaminlər: difenhidramin, xloropiramin, piperazin
  • Qıcolma əleyhinə: fenitoin, litium duzları, valproatlar
  • Kalsium antaqonistləri: nifedipin, flunarizin, sinnarizin.

Geniş yayılmış patologiyalardan biri neyroleptik parkinsonizmdir. Bu xəstəlik antipsixotik preparatlarla müalicə prosesində niqrostriar strukturlarda dofamin reseptorların blokadası səbəbindən baş verir. Metoklopramid, mərkəzi simpatolitiklər (rezerpin), serotoninin geriyə tutulmasının inhibitorları (fluoksetin) də eyni tərzdə təsir göstərir. Medikamentoz parkinsonizmdə əllərin postural-kinetik tremoru qeydə alınır. Bu hal sürətlə artır, dərman qəbulunu dayandırdıqda aradan qalxır.

Əllərin əsməsinin diaqnostikası

Əllərin tremorunun səbəbini aydınlaşdırmaq üçün kompleks müayinə tələb olunur. İlkin mərhələdə nevroloq klinik əlamətləri diaqnostik meyarlarla tutuşdurur. Lakinn əsmənin mənbəyini üzə çıxarmaq üçün aşağıdakı instrumental və laborator üsullar mütləqdir:

  • Laborator testlər. Endokrin xəstəlikləri inkar etmək məqsədilə hormonlar (tireoid, kortikosteroid, insulin) yoxlanılır. Qanın biokimyəvi analizində qaraciyər sınaqları (sidik cöhvəri, kreatinin), kəskin faza göstəriciləri, seruloplazminin konsentrasiyası qiymətləndirilir. Toksikoloji ekspertiza zərərli maddələri aşkar edir, neyroinfeksiyalarda seroloji diaqnostika, likvorun analizi aparılır.
  • Tomoqrafiya. Mərkəzi sinir sisteminin ocaqlı və yaxud diffuz zədələnmələri beynin KT və yaxud MRT-si üçün göstərişdir. Neyrovizualizasiya üsulları şiş, hematoma və insult hallarını diaqnostika edir. İrsi xəstəliklərdə beyinciyin atrofiyası, ağ maddənin demielinizasiyası müəyyən edilir. PET-KT funksional pozğunluqların lokalizasiyasını təyin edir. Damar zədələnmələri MR-angioqrafiya ilə təsdiqlənir.
  • Tremoroqrafiya. Antaqonist əzələlərin aktivliyini qiymətləndirmək üçün akselerometrik və yaxud elektromioqrafik qeydiyyat üsulları ilə tremoroqrafiya tətbiq edilir. EMQ məlumatlarına əsasən yığılmaların tezliyi, koqnitiv yüklənmənin təsiri müəyyənləşdirilir. Sinir-əzələ ötürücülüyünün blokadası neyropatiyadan xəbər verir.

Endokrin patologiyalarda qalxanabənzər və böyrəküstü vəzilərin USM təyin edilir. Həkim tremorla müşayiət olunan müxtəlif xəstəlikləri differensiasiya edir, onu digər hiperkinezlərdən fərqləndirir.

Əllərin əsməsi zamanı müalicə

Konservativ terapiya

Əllərin tremorunda müalicə taktikası onun səbəbindən asılı olur. Güclü fizioloji əsmə provokasiyaedici faktorun aradan qaldırılması ilə itir. Patoloji variantlarda isə aktiv terapiya tələb olunur. Medikamentoz korreksiya simptomatik və yaxud patogenetik xarakter daşıyır. Klinik vəziyyətlərə görə aşağıdakı dərman qrupları təyin edilir:

  • Beta-blokatorlar. Essensial və digər tremorların müalicəsində birinci sıra preparatları qismində qeyri-selektiv beta-blokatorlar (propranolol, sotalol) iştirak edirlər. Onlar ÜYT nəzarət edilməklə qəbul edilir. Dozaları tədricən artırılır. Bronxospastik sindromda selektiv təsirli preparatlar (atenolol, nadolol) qəbul edilir.
  • Antiparkinson. Parkinsonik tremorun müalicəsində spesifik dərmanların bütün spektrindən istifadə edilir. Əlamətlər levodopların təsirinə pis reaksiya verdikdə, müalicə sxeminə dofamin reseptorlarının aqonistləri (pramipeksol, piribedilom), amantadin preparatları əlavə olunur. Rezistent hallarda bəzən klozapin kömək edir.
  • Epilepsiya əleyhinə. Mərkəzi ossillyatorların aktivliyi qıcolma əleyhinə dərmanlarla azala bilər. Əllərin əsməsi zamanı əksər hallarda primidon, qabapentin, topiramat təyin edilir. Qabıq və beyincik formalı əsmələrdə klonazepam və karbamazepin effektiv olur.

Tremorun bir sıra növlərinin aradan qalxması üçün endokrin-mübadilə prosesləri normaya salınmalı, infeksion amillər uzaqlaşdırılmalıdır. Zəhərlənmələrdə infuziya məhlulları, sorbentlər, antidotlarla intensiv detoksikasion terapiya aparılır. Korreksiyanın fiziki yollarına əlin hərəkətini məhdudlaşdıran ortez, masaj, müalicəvi gimnastika aiddir. Erkən mərhələlərdə avtoqələm tremoru minimuma endirməyə kömək edir.

Cərrahi müalicə

Farmakoterapiyaya çətin tabe olan, ifadəli tremor zamanı cərrahi müdaxilə lazım gəlir. MSS-nin ocaqlı patologiyalarında sterotaksik əməliyyatlar göstərişdir. Onlara kriotalamotomiya və talamik nüvələrin digər destruksiya üsulları aiddir. Bazal qanqliyaların dərin elektrostimulyasiyası əsməni aradan qaldırmağa imkan verir. Həmçinin həcmli törəmələrin çıxarılması tremorun itməsi ilə nəticələnir.

Zinger tikiş maşınlarının sirri

1851-ci il 12 avqust tarixində amerikalı mühəndis və sahibkar İsaak Zinger tikiş maşınının istehsalı üçün patent hüququ əldə etdi. Etibarlı konstruksiya və təkmilləşdirilmiş mexanizminə görə bu tikiş maşınları tezliklə populyarlaşdı, lakin şirkətin uğurunun böyük bir hissəsi İsaak Zingerin istedadına əsaslanırdı. Beləki, onun effektiv marketinq qərarları və addımları milyonlarla ailəni tikiş maşınının zəruriliyinə inandırmışdır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, tikiş maşının satışa çıxarılan ilk nümunəsi 100 dollar qiymətində dəyərləndirilmişdir, lakin həmin dövr üçün çox az adam tikiş maşınının faydalılığını zəruri bilirdi. Beləki, evdar qadınlar iynə və sapla keçinirdilər, dərzi evlərində isə ucuz əməkdən istifadə etmək daha əlverişli idi.
Əhalidə tələbi formalaşdırmaq üçün prinsipial yenilik lazım idi. Buna görə də İsaak Zinger öz dövrü üçün radikal sistem kəşf etdi. Beləki, İsaak Zinger müşahidə etmişdir ki, həmin dövr üçün spesifik olan bütün texnoloji məhsullarda nasazlıq baş verəndə onları ev şəraitində təmir etmək mümkün olmurdu. Buna görə də əhali ən yaxşı halda ustaya müraciət edirdi, pis halda isə məhsulu zibil yeşiyinə atmalı olurdu. Situasiyadan mahircəsinə yol tapan və bundan faydalanan İsaak Zinger tikiş maşınının ehtiyat hissələrini ayrılıqda istehsal edib satışa buraxdı. Artıq onun müştəriləri tikiş maşının hər hansı hissəsi xarab olduqda rahatlıqla yenisini sifariş edə bilirdilər. İsaak Zingerin istehsal və marketinq təşəbbüsü hesabına tikiş maşını ev şəraitində təmir oluna bilən ilk məişət avadanlığına çevrildi.
İsaak Zinger satışı stimullaşdırmaq üçün tikiş maşınlarını sənaye sahələri üçün deyil, məişət istifadəsi üçün istehsal edirdi. Marketinq yanaşması tezliklə öz bəhrəsini verdi. Tezliklə zinger tikiş maşınları ən prestijli məhsullara çevrildi. Hər bir ailə bu tikiş maşınlarına yiyələnməkdən qürur duyurdu.

“Zinger ovçuları”

Zinger şirkəti və onun məhsulları haqqında çoxlu əfsanələr mövcuddur. Misal üçün, bəzi mənbələrdə vurğulanır ki, qədim zinger tikiş maşınları qiymətli metallardan hazırlanıb.
Ən məşhur əfsanə isə ilk tikiş maşınlarının tərkibində çox dəyərli metal olan polladiumun olması haqqındadır. Bu əfsanə bir neçə ölüm hadisəsinə səbəb olmuşdur. Beləki, əfsanələrə inanan “zinger ovçuları” cinayət törətməkdən çəkinmirdilər. Belə cinayətlərin qurbanlarından biri də yaşlı qadın olmuşdur. Naməlum şəxslərin üzünə qapını açan qadın evindəcə qətlə yetirilmişdir, daha sonra qatillər onun evindən zinger tikiş maşını oğurlamışdılar. Evdə axtarış keçirən polislər aşkar etmişdilər ki, tikiş maşınından başqa evdə heçnə oğurlanmamışdır.
Digər əfsanəyə əsasən isə 1998-ci ildə Zinger kompaniyası əvvəlki əsrdə 1 rəqəmi ilə başlayan xüsusi seriyalı tikiş maşınlarının axtarışını elan verir. Hesab olunur ki, həmin seriyalı tikiş maşınları Rusiya və keçmiş Sovet ölkələrinin ərazisində yerləşir.
Daha bir əfsanə isə vurğulayır ki, 300 ədəd zinger tikiş maşını tamamilə qızıldan hazırlanıb. Beləki, Rusiyadakı inqilabdan sonra əhalinin firavan təbəqəsi sürətli şəkildə Avropaya emiqrasiya edirdilər, lakin sərhəddən yalnız məişət avadanlıqlarının keçirilməsinə icazə verilirdi. “Qaymaq təbəqə” isə öz qızıllarını xilas etmək üçün həmin qızılı zinger tikiş maşının formasında əridib qara rəngə boyayırdılar. Bu üsulla mülklərini özləri ilə ölkədən çıxarmağa nail olurdular.
2009-cu ildə Səudiyyə Ərəbistanında yeni bir əfsanə peydə oldu. Hansı ki, bu əfsanə qədim zinger tikiş maşınlarının iynələrində əfsanəvi maddə “qırmızı civə”- nin mövcudluğundan bəhs edirdi. Bu maddənin kiçik bir hissəsi 2-3 mln dollar dəyərində qiymətləndirilir.
Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Ailədə kişilərin nifrət etdiyi seks növləri

Xoşbəxt bir intim həyat üçün, əlaqədə hər iki tərəfin də sevişmələrdən zövq alması lazımdır. Yəni xoşbəxt ailədə və təmin olunmuş seksdə eqoizmə yer yoxdur! Öz həzzınız qədər, yoldaşınızın alacağı həzzi da düşünməniz lazımdır. Kişilərin yataqda necə əlaqələri sevib-sevmədiyini araşdırdıq . Bəs nə edək. Etməmiz deyil, etməməmiz lazım olanları sizə təqdim edəcəyik. Baxın, kişilər seksdə nələrin edilməsindən nifrət edirlər.

Qadının davamlı əmrlər verdiyi seks
Kişilər düşünülənin əksinə, qadınların sevişmək üçün ilk addımı atan olmasını xoşlamırlar. Sevişmədə qadının da idarəni əlinə almasından həzz duyarlar. Amma burada kritik bir məqam var. Idarəni ələ almaq, əmr vermək və avtoritar rəftar etmək mənasını vermir. Davamlı xəbərdarlıq etmək, istiqamətləndirmək, kişinin seksdəki özünə inamını itirməsinə gətirib çıxaracağından, qaçılması lazım olan davranışlardandır.

Təmizlik maraqlısı ilə seks
Sevişmə əvvəlində, “Toxunma əsla mənə, əvvəl duş al”, Sevişmə sonrasında da “Qalx, dərhal duşa qaç” tərzli əmrlər, kişilərin bütün zövqünü öldürər, bunu unutmayın. Heç bir kişi seksdə onunla çirklənməkdən qorxan bir qadınla sevişməkdən xoşbəxtlik duymaz.

Qadınların passiv qaldığı seks
Yataqda daş kimi sərt və duyğusuz qalaraq əlaqəyə girmək nə sizin, nə də sevgilinizin həzz ala bilmədiyi bir seksdir. “Mən sakit dayanım, partnyorum sevişmənin idarəsini əlinə alsın” deyə düşünmək, bütün məsuliyyəti qarşı tərəfə yıxmaq mənasını verər. Bu da kişidə stress yaradıb, seksdən soyuda bilər.

Xüsusi gün və xüsusi saatlarda seks
Seks yalnız həftə sonları və ya gecə reallaşdırılan bir hərəkət olmamalıdır. Nə darıxdırıcı bir proqramlaşmanın içinə girəcəyinizi düşünün . Halbuki seks, bir yerdə olduğunuz hər gün və saatda edilə bilər. Üstəlik dar zamanlarda edilən eşqbazlıq və sevişmələr hər zaman daha zövqlüdür. Ən doğrusu, “Sabah işə gedəcəyik, yuxudan tez durmaq lazımdır” deyib, həftə içi seks etmə istəyinizi öldürməyin. Eyni zamanda fantaziyalara da açıq olmaqda fayda vardır.

Davamlı eyni mövqedə seks
Seks də, hər şey kimi çox, həm də təkrar pozalarda edildiyində zövq verməkdən uzaqlaşır və bezdirir. “Mənim üçün ən asanı missioner mövqeyidir” deyib, orada ilişib qalmayın. Fərqli mövqelər seçmək, həm sizə, həm də yoldaşınıza fərqli ləzzətlər yaşadar. İşə mükəmməl, orgazma çatdıracaq seks mövqelərini sınayaraq başlamağa nə deyərsiniz?!

Ailə və Uşaq Baxılıb: 34063 Tarix: 03 iyul 2014
f Paylaş

Digər yazılar

Evlilik “qorxu”su, yaxud 30 yaş sindromu

Maddi yetərsizlik qorxusu. Kişilərin gec evlənməsinə bir çox amillər təsir göstərir. Maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi gec evlənməyə səbəb olan amillərdəndir. Evlənmək fikrinə düşən gəncin ilk olaraq, ö

Nişan üzüyünün tarixi

Nişan üzükləri haqqında. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur.Sual ola bilər ki, niye boyunbağı , ya sırqa yox, məhz üzük.Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə edir

Gəlinlik niyə ağ rəngdədir?

Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyəti və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarını geyinirdi, reng d

Hamilə qalmağa kömək edən bitkilər

Uşaq istəyən xanımlar üçün soğanın faydası. Bir dənə orta böyüklökdə soğanı qabığını soyub dörd yerə bölürük.Əvvəlcədən qaynadılmış 2stəkan suyun içində 5dəqiqə qaynadırıq.İçinə başqa heç bir şey əlavə etmək olmaz.Hər günort

Ailədə mehriban olmaq üçün tövsiyələr

Həyat yoldaşınıza hörmət edin. Həyat yoşdaşlarınızı əziz tutun. Xanımların əziz olmağa həmişə ehtiyacları vardır. Bu, həyat yoldaşları üçün birinci vəzifə olmalıdır. Yəni, elə iş görməlidir ki, xanımı onu sevdiyini bilsin

Həyat yoldaşımsan, yoxsa məşuqum? (Test)

Əksər kişilər həyatındakı qadının həm həyat yoldaşı, həm də məşuqəsi olmağını istəyir. Bəs hər qadın bunu bacarırmı? Sevdiyiniz kişinin həyat yoldaşısınız, yoxsa məşuqəsi? Bunu bilmək istəyirsinizsə bu test əsl sizlikdir

Ana südünü artırmaq üçün 6 məsləhət

1.Dieta etməyin. Sürətli kilo verməyi vəd edən pəhriz və dərmanları qəbul etməyin. 2.Su için. Südünüzü artıran ən əhəmiyyətli qida, sudur. Gündə ən az 2,5 – 3 litr su içməlisiniz, çünki südün əhəmiyyətli bir qisimi suda

Müxtəlif ölkələrdə toy günü bəy və gəlinin başına belə oyun açırlar

Müxtəlif mədəniyyətlərin müxtəlif toy adətləri. Bir mədəniyyətdən başqa birinə doğru dəyişən adət-ənənələrin toy mərasimlərinə necə təsir göstərdiyi yəqin ki,hamıya maraqlıdır.Bizdə gəlinlə bəyin üstünə düyü səpirlər ki,ruzi-bərəkə

Yeni doğulmuş körpəyə gigiyenik qulluq

Körpəni yumaq qaydaları:. – Yalnız axar su altında 37-38 C temperaturda yumalı;. – Qızları yalnız öndən arxaya yumalı;. – Mütləq hər nəcis ifrazından sonra yumalı;. – Sidik ifrazından sonra hər dəfə yumaq vacib deyil!.

Comments are closed, but trackbacks and pingbacks are open.