Bakıda bakirəliyin bərpası: Harda, necə, neçəyə? QİYMƏTLƏR
Tibb elmləri doktoru, estetik cərrah Adil Qeybulla bildirdi ki, bu cür əməliyyatlar qanunla qadağan olunmur. Amma o, bu cür əməliyyat edənlərin qeyri-qanuni formada təqib olunduğunu dedi: “Bu, bir az mentalitetlə bağlı məsələdir. Hər halda, siz bilirsiniz ki, bu, toyqabağı problemləri ört-basdır etmək üçün nəzərdə tutulub. Nəyinsə müqabilində buna gedilə bilər. Mən bununla məşğul olmuram. Münasibətim isə normaldır”.
Böyrək və sidik axarı daşları
Böyrək daşı adətən; sidiyin, sidik yollarına keçməzdən əvvəl toplandığı böyrəyin orta hissəsində meydana gəlir. Sidik kalsium və sidik cövhəri kimi müəyyən maddələrin kristallaşması və bu kristalların zamanla birləşməsi nəticəsində daş yaranır.
Kiçik daşlar hər hansı bir problemə səbəb olmadan bədəni tərk edir. Böyük daşlar isə sidik kisəsininə doğru irəliləyərkən sidik axarına zərər verə bilər. Əgər daş sidik axarını tutubsa o halda sidik axını zəyifləyər və belə hallarda ağrı meydana gələ bilər.
Böyrək daşları daha çox, gənc və orta yaşlı insanlarda görülür. Kişilərdə qadınlara nisbətən daha sıxdır. İsti bölgələrdə yaşayan insanlarda da böyrək daşı əmələ gəlmə riski daha yüksəkdir.
Böyrək daşı olan insanlarda böyrək daşının təkrarlanma ehtimalı yüksəkdir. Bu səbəblə, böyrək daşının səbəbini müəyyən edərək yenidən yaranmasını əngəlləməyə çalışılmalıdır.
Böyrək daşı əlamətləri
Əgər daş, sidik axarına mane olursa şiddətli ağrıya səbəb olabilər (renal kolik). Bel və böyür (qabırğaların alt hissəsindən buda qədər uzanan sahə) regionununda hiss olunan kəskin ağrıdır. Əgər daş, sidik axarındadırsa ağrı qasıq və bud regionununda hiss ediləbilər. Kişilərdə ağrı xayalarda da hiss edilə bilər. Böyrək və ya sidik axarı daşına bağlı ağrı, dalğalar halında olur və bədən mövqeyinin dəyişməsi ilə azalmır. Bundan əlavə aşağdaki əlamətlər görülə bilər;
- Kürək və bel bölgəsində başlayaraq qasığa doğru yayılan şiddətli ağrı
- Ürək bulanması və qusma
- Həddindən artıq tərləmə
- Sidikdə qan görmək, sidikdə qırmızı rəng dəyişikliyi
- Sidiyə təcili çıxma istəyi
Bəzən sidik yolları infeksiyası da bu simptomlara əlavə oluna bilər. Bu halda aşağıdakı əlamətlər də görüləbilər;
- Yüksək hərarət, titrəmə
- Tez-tez sidiyə çıxma istəyi
- Ağrılı sidiyə getmə
- Bulanıq rəngli və ya pis qoxulu sidik
Ağrınızın dindirilməsi, diaqnozun qoyulması və müalicə olunmanız üçün (xüsusiylə yüksək hərarətiniz var isə) xəstəxanaya müraciət etməyiniz və tibbi yardım almanız tövsiyə olunur.
Böyrək və sidik axarı daşın diaqnozu
Daşların bir hissəsi təsadüfi olaraq aşkarlanır. Ultrasəs müayinəsinin geniş istifadə edilməsi ilə günümüzdə hər hansı bir şikayətə yol açmadan diaqnoz qoyulan daş xəstəliyinin sayı gün keçdikcə artır. Digər tərəfdən, bel ağrısı, təkrarlayan sidik yollarının iltihabı və ya sidikdə qanaxma kimi şikayətlər xəstəni həkimə gətirən faktorlardır.
Müraciət edən xəstələrdə aşağıdakı tədqiqatlar biri və ya bir neçəsi edilərək dəqiq diaqnoz qoyulur.
Dirək Üriner Sistem Rentgeni (qarın boşluğunun rentgen filmi): X şüası ilə çəkilən bu filmdə opak böyrək daşlarının əksəriyyəti görülə bilər. Opak olmayan daşlar və ya kiçik sidik axarı daşları bu üsulla görülməz.
Ultrasəs müayinəsi (US): Səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. US müayinəsi ilə sidik yollarının obstruksiyası və hətta daşlar təyin oluna bilər. Lakin,US müayinəsində kiçik ölçülü daşlar və sidik axarı daşları görünməyə bilər.
Venadaxili Pyelografiya: Bu üsulda damar içərisinə verilən kontrast maddə vasitəsilə eyni anda həm böyrəklərin anatomiyası, həm də funksiyalarını öyrənmək mümkün olur. Bu üsulla daşların böyrək içərisindəki yeri və böyrəkdə əmələ gətirdikləri zədə haqqında məlumat əldə etmək mümkündür. Kontrast maddəyə allergiyası olanlar, hamilələr və böyrək çatışmazlığı olanlar bu üsul tətbiq olunmamalıdır.
Spiral Kompüterli Tomoqrafiya (KT): Rentgen şüaları istifadə edilərək aparılan incə kəsikli BT hazırda böyrək daşlarının qiymətləndirməsində ən önəmli vasitədir. Dəqiqələr içərisində aparılan bu araşdırma ilə 1-2 millimetr boyda daşlar da görülə bilər. Həmçinin daşın miqdarı ölçülərək daşın sərtlik dərəcəsi müəyyənləşdirilə bilər.
MRT: Böyrək və sidik axarlarının daş xəstəliyinin diaqnostikasında MRT çox nadir hallarda istifadə edilir. Belə ki, daşların müəyyən edilməsində MRT-nin həssaslığı aşağıdır. Lakin, hamilə və hamilə olmağa hazırlaşan xəstələrdə, habelə şüalanma riski yüksək hesab edilən xəstələrdə isə MRT-nin istifadəsi tövsiyə oluna bilər.
Böyrək və sidik axarı daşları necə müalicə edilir?
Tibbi Müalicə
5-6 mm-ə qədər olan daşların böyük əksəriyyəti verilən ağrı kəsici, və bol mayə ilə düşürülə bilər.
Ölçüsü >10 mm-dən böyük olan və konservativ terapiyaya (o cümlədən, daşın düşməsinin sürətləndirilməsi üçün tətbiq edilən tibbi müdaxilələrə) baxmayaraq daşı düşməyən xəstələrin uroloq tərəfindən müayinəsi tövsiyə edilir.
Daşı düşməyən xəstələrin müalicəsində aşağıdakı metodlardan biri istifadə edilə bilər:
- Şok dalğa litotripsiyası (ESWL),
- Lazer və ya elektrohidravlik ureteroskopik litotripsiya (URS,Flexible URS)
- Perkutan nefrolitotomiya (PCNL),
- Daşın laparoskopik/açıq çıxarılması.
ESWL (Bədən kənarından şok dalğaları ilə daş qırma)
Böyrək daşlarının müalicəsində ən sıx istifadə edilən üsuldur. Bədən xaricində yaradılan şok dalğaları daş üzərinə yönəldərək daş kiçik hissələrə bölünür. Daha sonra bu hissələrin sidiklə atılması gözlənilir. Prosedura zamanı hiss edilən ağrını azaldmaq üçün əsasən sakitləşdirici dərman istifadə edilməsi və ya yüngül bir anesteziya verilməsi lazım olur. ESWL sonrası daş parçacıqların tökülməsi günlər hətta bəzən həftələr sürə bilər. Bu prosesdə xəstələr ağrı hiss edə bilər və bəzən sidik yolu iltihabı əmələ gələ bilər. Çox nadir də olsa qırılan daş parçacıqlar, qumlar sidik axarına yığılaraq qum yolu, daş yolu meydana gətirə bilər və bu hallarda əlavə müdaxilələrə ehtiyac duyula bilər.
Ureteroskopik litotripsiya (URS)
Sidik axarı (üreter) içərisindəki daşlar düşməzsə və ya ESWL ilə atılmazsa sidik yolundan üreteroskop deyilən alətlər köməyi ilə müdaxilə edə bilərlər. Rijid yəni sərt üreteroskoplar ilə xarici sidik yolu (üretra) və sidik kisəsini keçib üreter içinə daxil olaraq, daşlar Holmium lazer və ya pnömatik litotriptor ilə qırılaraq müalicə edilir. Bu üreteroskoplar ilə alt və orta üreterdəki daşlar müalicə edilir. Elastik(flexible) yəni qıvrılan üreteroskoplar isə ucları müxtəlif istiqamətlərdə və aspektlərdə hərəkətə malik olduqlarından həm üst sidik axarındaki, həm də böyrək içində ləyən və kasacıq adı verilən ciblərdə daşların müdaxiləsində istifadə edilirlər. Üretereroskopik daş müalicəsi sonra xəstələr həmin gün və ya bir gün sonra evlərinə göndərilir.
Perkutan Nefrolitotomiya (PCNL)
Çox böyük və ya kompleks daşlar, ya da daş qırma müalicəsinə müqavimətli daşlar dəridən böyrək içərisinə yerləşdirilən bir borucuq vasitəsilə (“perkutan” və ya qapalı üsul) çıxardılır. Bu “perkutan” daş çıxarılması əməliyyatında istifadə edilən incə teleskopik alətlər dəridən keçirilərək böyrəyin içərisindəki daşa birbaşa müdaxilə edilir. Nadir olaraq da böyrək daşları laparoskopik və ya açıq böyrək əməliyyatı ilə çıxarılır.
Bakıda bakirəliyin bərpası: Harda, necə, neçəyə? – QİYMƏTLƏR
Azərbaycanda “bakirəlik bazarı”nın qaranlıq tərəfləri, ilginc detalları; dövlət tibb müəssisələri qorxur, özəl klinikalarda qiymət “ceyran belində”.
“İnciməyin, amma telefonunuza baxa bilərəm?” Danışığın düz ortasında, üzümə zəndlə baxandan sonra verdi bu sualı. Tez cibimdəki telefonu çıxarıb, masaya qoydum. “Lap yaxşı, elə bildim, səs yazırsız. Bir də görürsüz nazirlik adam göndərir, mediadakı mərdimazarlar gəlir. Ona görə bilmək istədim. Çox sual verdiz axı. ”.
“Bunu edən həkimi tutub. ”.
Əslində düz deyirdi. Mövzunu eninə-uzununa öyrənmək üçün “medianın mərdimazarı” kimi bol-bol sual vermişdim və müsahibimin də duyuq düşməsinə azca qalmış müzakirə qapandı. Mövzu isə bir az senzuradan kənar olsa da, Azərbaycanda bakirəliyin (qızlıq pərdəsinin) bərpası proseduru, bazarı və bu bazarın pərdə arxası idi. İlk getdiyimiz ünvan “20 Yanvar” metrosu həndəvərində yerləşən keçmiş Ailə və Sağlamlıq Ambulatoriya şöbəsi, indiki adı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi oldu. Mərkəzin ginekoloqlarından biri (şərti adı ilə P.M.) bizə Azərbaycandakı məlum bazarın bütün detallarını anlatdı. Təbii ki, jurnalist olduğumu bilmədən, “toya bir ay qalmış məlum problemi yoluna qoymaq istəyən bir azərbaycanlı xanım”a yardım məqsədilə.
Məlum oldu ki, dövlət səhiyyə müəssisələrində, ümumiyyətlə, bu cür əməliyyatlar qadağandır. Hətta və hətta qızların bakirəliyinin yoxlanmasına da icazə yoxdur: “Bəlkə kimsə bunun məsuliyyətini öz üzərinə götürə bilər, deyə bilmərəm. Amma qanun bu işi qadağan edir. Tanış həkiminiz olmasa, heç kəs sizə yardım edə bilməyəcək”.
Üzümdə insan əzabının son ifadəsini görüb, yardım etməyə çalışır. Öncə özəl bir klinikadakı (hansı klinika olduğunu açıqlamır-S.T.) kolleqasına zəng edir, rədd cavabı alır. Daha bir cəhd, bu dəfə dəstəyin o biri ucundan “olar” cavabı gəlir. Amma tərəddüdlər davam edir. Zəng olunan həkim P.M.-dən müraciət edən pasiyentin kimliyini, nə dərəcədə etibarlı olduğunu soruşur, cavab gecikmir: “Tanış deyil. Elə bu gün gördüm. Küçədən keçirmiş, gəlib. Qarantiya durmuram”.
Telefon danışığı bitir. P.M. açıq şəkildə bildirir ki, bu işlər olduqca gizli və təhlükəlidir. Ona görə də heç kim özünü təhlükəyə atmaq istəmir: “Bu, sabah həmin həkimə problem yaradacaq. Kişi bunu bilsə, aləm dəyəcək bir-birinə. İndikilər çoxbilmişdilər, hər şeyin fərqini başa düşürlər. Sizi sıxışdıracaq, siz də deyəcəksiz ki, filan həkim elədi. Gəlib polislə düşəcəklər üstümüzə. Bu məsələ hansısa instansiyadan keçsə, o yazıq həkimi . ”.
Məsələnin ən maraqlı tərəfi isə heç şübhəsiz, sözügedən prosedurun qiymətləridir. P.M. deyir ki, əməliyyatın qiyməti 600 manatdan 1500 manata qədərdir. Məbləğ əməliyyatın toydan neçə gün əvvəl keçirilməsindən asılıdır.
DOSYE: Tibbi ədəbiyyatlarda sözügedən əməliyyatın adı himenoplastika adlanır. Evlilik həyatına başlamazdan 1 ay əvvəl edilən estetik əməliyyatla süni qızlıq pərdəsi yaradılır. Digər bir üsulla isə toy gecəsindən 2-3 gün əvvəl qızlıq pərdəsinə tikiş qoyulur. Hər iki üsul narkozla aparılan əməliyyatdır. Bunu cərrahlar imitasiya, yəni bənzətmə üsulu ilə həyata keçirirlər. Bu, iki üsulla həyata keçirilir. Birinci üsulla var olan qızlıq pərdəsinin kənarları tikişlə birləşdirilərək müvəqqəti bərpa edilir. Burada qoyulan tikişlər 4-5 gün müddətində sorulub gedir. İkinci metod isə daha qalıcıdır. Bu zaman uşaqlıq yolunun selikli qişasından calaq edilərək, pərdə yenidən yaradılır.
Bu əməliyyatdan sonra ilk cinsi əlaqə zamanı qanamanın olub-olmayacağı qeyri-müəyyəndir. Pərdənin tikildiyini isə yalnız mütəxəssislərin bilməsi mümkündür.
Özəl klinikalardan yaşıl işıq – əməliyyat 500-1300 manat məbləğindədir.
Əməkdaşımız bununla bağlı bir neçə özəl klinikada sorğu (yenə də partizan üsulu ilə) keçirdi. Və ortaya ilginc nəticə çıxdı.
“Funda” klinikasının ginekoloqu Lamiyə xanım bildirdi ki, onlar bu əməliyyatı heç bir problemsiz həyata keçirirlər. Qiymət isə 1000 manatdır. Ginekoloq qiymət sövdələşməsinə razı olmadı: “Uzaqbaşı belə edərik ki, əməliyyatdan əvvəl 60 faizi verərsiz, əməliyyatdan sonra isə qalanını. Amma endirim olmayacaq”.
“Lanset” klinikasından “bizdə bu əməliyyat edilmir” cavabını aldıq.
“Vital” Klinikasının ginekoloqu Afət xanım da əməliyyat üçün heç bir problem olmadığını dedi. Qiyməti isə telefonda danışmaq istəmədi: “Bu cür söhbəti telefonda edərlər heç? Ayıbdır. ”.
“Ankara” klinikasının əməliyyatxana şöbəsi təmirdə olduğu üçün əməliyyat müraciətimizə “yox” cavabı aldıq.
“Medi Lux” klinikasında isə himenoplastikaya yaşıl işıq var. Klinikanın Rəna adlı ginekoloqu bildirdi ki, ilkin müayinə və söhbətdən sonra əməliyyatın vaxtını müəyyənləşdirmək olar: “Qiymətlər fərqlidir. Əgər 2-3 günlük etdirirsizsə, 500 manatdır. Yox, 1 aylıqdırsa, 1200-1300 manat verəcəksiz. Gəlin, üzbəüz danışaq. ”.
Adil Qeybulla: “Bu əməliyyatı edənlər qeyri-qanuni formada təqib olunurlar. ”.
Tibb elmləri doktoru, estetik cərrah Adil Qeybulla bildirdi ki, bu cür əməliyyatlar qanunla qadağan olunmur. Amma o, bu cür əməliyyat edənlərin qeyri-qanuni formada təqib olunduğunu dedi: “Bu, bir az mentalitetlə bağlı məsələdir. Hər halda, siz bilirsiniz ki, bu, toyqabağı problemləri ört-basdır etmək üçün nəzərdə tutulub. Nəyinsə müqabilində buna gedilə bilər. Mən bununla məşğul olmuram. Münasibətim isə normaldır”.
A.Qeybulla bildirdi ki, bu işlə açıq məşğul olan, bunun elanını verən özəl klinikalar yoxdur. Müsahibimizin sözlərinə görə, Rusiyada bu məsələ aktual olmadığına görə ictimai qınaq və rəy önəmli deyil: “Yəni Rusiyada bu məsələ ilə bağlı elan verir və qayda-qanunla həyata keçirirlər. Bizdə ictimai qınaq və rəy ön planda olduğuna görə konkret əxlaqi meyar olduğu üçün kimsə cürə edib elan verə bilməz”.
Səhiyyə Nazirliyindən gözlənilməz reaksiya: “Qadağa yoxdu, özəl klinikalar bunu edə bilər”.
Amma bu gəzişmənin ən ilginc sonluğu Səhiyyə Nazirliyində baş tutdu. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirdi ki, əslində bu sayaq əməliyyatların qadağan olunması ilə bağlı deyilənlər yanlışdır: “Bakirəliyin yoxlanılması qadağandır. Bunu ancaq tibbi ekspertlər edə bilər. Amma bərpasına belə bir qadağa yoxdur. Dövlət müəssisələrində belə bir bərpa prosesi aparılmır. Amma özəl tibb müəssisələrində ginekologiya xidməti var, orda aparılır. Hər kəs plastik cərrahiyyə əməliyyatı apara bilər.
Xanımların tam ixtiyarı var ki, hansısa motivlə qızlığı bərpasını etsinlər. Bu itirilmə travma nəticəsində də ola bilər, başqa səbəblərdən də. Pasiyentin niyyətindən asılı olmayaraq, buna məhdudiyyət qoyula bilməz. Yox, əgər pasiyent bunu öz partnyoruna başqa cür qələmə verirsə, dələduzluq edirsə, onun cəzası, mənəvi məsuliyyəti öz boynundadır. Qadağa ona var ki, valideyn öz övladını, yaxın qohumunu yoxladırsa, ginekoloq onu müəyyən etməyə, müayinənin nəticəsini deməyə ixtiyarı yoxdur. Onu ancaq ekspertiza komissiyasına ərizə şəklində müraciət edib, sonra həyata keçirmək mümkündür. Hansısa həkim bakirəliyin yoxlanılmasını həyata keçirirsə, bununla bağlı icazəsi olmalıdır”.
Avropada da bu məsələ problemli imiş.
İsveçrədə bakirəliyin bərpası əməliyyatlarının sayının artması və bununla bağlı sığorta şirkətlərinin ödənişlərinin çoxalması geniş müzakirələrə səbəb olub. Bakirəliyin bərpası, yəni himenoplastika əməliyyatlarına məruz qalanların tam əksəriyyəti türk və kosovalı alban qadınlardır. İsveçrənin önəmli tibb mərkəzlərindən biri olan Bazel Universitetində aparılan araşdırma zamanı bəlli olub ki, əvvəllər əsla tələbatın duyulmadığı əməliyyat üçün indi türk və kosovalı alban xanımlar tərəfindən çox böyük maraq var. Belə ki, sözügedən əməliyyatla bağlı sadəcə Bazel Universitetinə 90 müraciət olub. Həmin müraciətlərin 60-ı əsasında himenoplastika əməliyyatı keçirilib.
Bazel Universitetinin professoru, qadın xəstəlikləri üzrə mütəxəssis Denis Dumon dos Santosun dediyinə görə, ölkədəki digər klinikalarda da bakirəliyin bərpası ilə bağlı aparılan əməliyyatlar nəzərə alınanda, artım “həddən ziyadə” sürətlidir.
Belə əməliyyatlara tələbat əsasən İsveçrənin alman dilində danışılan bölgələrində yaşayan türk və kosovolu alban xanımlar tərəfindəndir.
Aparılan araşdırmalara görə, xanımların bu əməliyyatlara əl atmalarının səbəbi yaşadıqları mühitdir: “Türk və alban xanımlar bakirə olmadıqları aşkarlanarsa, çox ciddi təhlükələrlə üzləşəcəklərini bildiklərindən himenoplastika əməliyyatını çarə kimi görürlər”.
İsveçrə Qadın Xəstəlikləri və Ginekologiya Cəmiyyəti (SGGG) kütləvi informasiya vasitələrində açıq məktubla çıxış edərək himenoplastika əməliyyatlarını məsləhət görmədiyini, həmin əməliyyatlara yalnız müstəsna ehtiyac duyularkən əl atılmasının gərəkdiyini bəyan edib: “Belə əməliyyatlar qadınlara qarşı düşmən münasibət və köhnə adət-ənənələrin dəstəklənməsinə xidmət edir”.
İsveçrə Sağlamlıq Sığortaçıları Birliyinin prezidenti Paul Reynin dediyinə görə, bakirəliyin bərpası əməliyyatı əslində qadınların könüllü seçimi yox, onların kişilərdən qorxduqları üçün son çıxış yoludur:
“17 qadın klinikasında belə əməliyyatlarla bağlı xərcləri sığorta şirkətləri ödəməli olub. Halbuki əslində sağlamlıqla bağlı problem yox, sırf adət-ənənələrlə bağlı əməliyyata görə sığorta təzminatının ödənməsi normal hal deyil”.
İranda da “qızlıq pərdəsinin bərpası” kimi cərrahi əməliyyat çox geniş yayılıb. Bu əməliyyatın standart qiymətinin isə 100 avro olduğu bildirilir. Lakin son zamanlar “çin möcüzəsi” kimi tanınan yeni texnologiya artıq kasıb ailələri üçün də “mümkünsüz olanı” mümkün eləyib. Belə ki, adıçəkilən ölkədə istehsal olunan və bəkarətini itirmiş qızların məlum orqanlarında gizlincə yerləşdirdikləri bu qurğu cinsi əlaqə zamanı qana oxşar maye ifraz edərək qızlıq pərdəsinin yırtılması imitasiyasını yaradır.
Unisciti a migliaia di giocatori online
Personalizza la tua top model e guidala attraverso il mondo affascinante della moda! Completamente gratuito e facile da giocare, il mondo di Lady Popular è pieno di minigiochi, negozi, animaletti, fidanzati e sfide!
Personalizza il tuo look E’ più di un gioco di dress up – Lady Popular ti permette di modificare completamente l’aspetto della tua Lady in qualsiasi momento! Da abbronzatura, capelli, trucco, abiti e accessori – Ogni look che puoi immaginare, è possibile – con i nuovi aggiornamenti di stile che appaiono ogni settimana!
Crea il tuo proprio stile di vita Preferisci vivere in un bungalow sulla spiaggia o in centro città? Personalizza e decora il tuo appartamento come vuoi! In Lady Popular puoi vivere il tuo stile di vita sempre all’ultima moda.
Trova il fidanzato perfetto In Lady Popular la tua lady è la fidanzata ideale – e i ragazzi se ne accorgeranno! Divertiti scegliendo e personalizzando il tuo fidanzato, e chi lo sa… forse organizzerete la vostra Festa di fidanzamento insieme!
Personalizza i tuoi animaletti Puoi coccolare e vestire i tuoi amici a quattro zampe! Raccogli animaletti e personalizza il loro look affinché coincida con il tuo! Lady Popular è pieno di tanto divertimento per te e per i tuoi animaletti!
Esplora il mondo di Lady Popular C’è un mondo intero da conoscere in Lady Popular! Vieni anche tu ad incontrare le tue nuove amiche e a creare il tuo stile di vita, sempre alla moda!
Facebook login
- Su XS Software
- Termini e condizioniPolitica Sulla RiservatezzaImpressum
Comments are closed, but trackbacks and pingbacks are open.