Press "Enter" to skip to content

Lahiyy menecmenti mühazir

Rusiyanın Dövlət Universitetlərində ÖDƏNİŞSİZ TƏHSİL almaq üçün tələsin! İxtisaslar: Tibb, Diş həkimliyi, Pediatriya, Tibb bacısı, Fizioterapiya, Pedaqoji ixtisaslar, Mühəndislik ixtisasları, Memarlıq, İqtisadiyyat,

Menecment

Rusiyanın Dövlət Universitetlərində ÖDƏNİŞSİZ TƏHSİL almaq üçün tələsin! İxtisaslar: Tibb, Diş həkimliyi, Pediatriya, Tibb bacısı, Fizioterapiya, Pedaqoji ixtisaslar, Mühəndislik ixtisasları, Memarlıq, İqtisadiyyat,

HVAC Mühəndisliyi Təlim Kursu Haqqında Təlim Nə Üçündür (Üstünlükləri) HVAC ( havalandırma, isitmə, soyutma) sistemindən ibarət olan bir sistemdir. Zavod, xəstəxana, alış-veriş mərkəzi və enerji istehlakının yüksək

Keçiriləcək dərslər , 8,12,15 saat 15 saat istəyənə əlavə menecmentdə və idarəetmə sistemi. 1 Turizmin yaranması, inkişafının tarixi zəmini və ilkin şərtləri 2 Turoperator və onların növləri Turizm agentlikləri 3

Hərvaxtınız xeyir olsun. Peşəkar müəllim kollektivi tərəfindən aşağıdakı qeyd etdiyim xidmətlər göstərilir : Diplomi işlərinin yazılması Dissertasiya işlərinin yazılması Doktorantura işlərinin yazılması Elmi

menecment

menecment kurslari 2023 , Bakida menecment kurslar, menecment dərsləri ucuz qiymete menecment kurslar keçirilir . menecment xidmeti. Azerbaycanda ucuz qiymete menecment . Online hazirliq kurslari.

Kurslar.az Bakida kurslar və Azərbaycanda kurslari bir yerə toplayan onlayn platformadır. Saytda müxtəlif kurslar ve təlimlər tapa bilərsiz. Kurslari saytda yerləşdirmək pulsuzdur. Onlayn Kursu sayta elavə edəndə kurs haqqında ətraflı məlumat və kursun qiymətini yazın. Müxtəlif kateqoriyada olan kursları sayta yerləşdirmək mümkündür. Rus dili, İngilis dili , Xarici dil kursları, Sürücülük kursları, Biznes təlimlər, Seminarlar, Onlayn kurslar, suruculuk kurslari, imtahana hazirliq ve abituriyent kurslari, komputer kurslari, proqramlasdirma ve dizayn kurslari.
© 2016 KURSLAR.AZ | info [@] kurslar.az | Bizimlə əlaqə

Lahiyy menecmenti mühazir

ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, professor Rafiq Çobanov və adıçəkilən kafedranın professoru Anar Ağayevin birgə müəllifliyi ilə ərsəyə gələn “Səhiyyənin menecmenti” adlı dərs vəsaiti “Təbib” nəşriyyatında çapdan çıxıb.

Medicina.az xəbər verir ki, kitaba Ə.Əliyev adına ADHTİ-nin Səhiyyənin təşkili və menecmenti kafedrasının dosenti, t.ü.e.d. H.İ.İbrahimili və ATU-nun Epidemiologiya kafedrasının professoru M.Z.Niftullayev rəy veriblər.

Dərslik idarəetmə kursunun əsas məsələlərini əlçatan formada özündə əks etdirir. Burada idarəetmə nəzəriyyəsinin əsas müddəaları, idarəetmə təcrübəsinin ümumiləşdirilməsi, habelə bazar subyekti kimi idarəetmə üsulları nəzərdən keçirilib. Əsas diqqət idarəetmə qərarlarının qəbul edilməsi üsullarına və müasir menecerin fəaliyyətinin əsas xüsusiyyətlərinə yönəldilib. Kitabda menecer və personal rəhbərliyinin işinin təşkili, idarəetmə qərarlarının qəbul edilməsi, münaqişələrin həlli, eləcə də rabitə və işgüzar danışıqların problemləri öz əksini tapıb.

Kitabda həm məlumatlandırıcı material, həm də əsas anlayışlar, terminlər, nəzarət sualları və praktiki tapşırıqlarla yanaşı, müasir menecmentin yeni metod və texnikalarına, qabaqcıl kadrların idarəetmə texnologiyalarına da xüsusi diqqət yetirilib. 357 səhifədən və XII fəsildən ibarət olan kitabın sonluğunda dərslikdə işlənmiş sözlərin geniş, ətraflı və dəqiq izahı verilib.

Müəlliflər hesab edir ki, dərslik yuxarıda göstərilən problemlərin həllinə öz töhfəsini verəcək və bu sahənin mütəxəssislərinə idarəetmənin əsaslarını mənimsəməklə yanaşı, həm də hədəfə doğru fəaliyyətlərini uğurla həyata keçirməkdə kömək edəcək.

Kitab tibb universitetlərinin tələbə və rezidentləri, ixtisaslaşlmış tibb müəssisələrinin magistrantları, həmçinin müxtəlif səviyyəli səhiyyə orqanlarının rəhbərliyi üçün nəzərdə tutulub. “Səhiyyənin menecmenti” həm də bazar şəraitində fəaliyyət göstərən tibb müəssisələrinin idarə edilməsində maraqlı olan hər kəs üçün faydalı bir mənbədir.

Maliyyə menecmenti: əsas anlayışlar, məsələlər, işgüzar situasiyalar və testlər

Dərs vəsaitində maliyyə menecmentinin məqsəd və vəzifələri, iqtisadi proseslərdə onun yeri və rolu verilmişdir. Burada müəssisə səviyyəsində maliyyənin idarə edilməsinin əsas məsələləri, xüsusilə müəssisənin əmlakı və kapitalından istifadənin səmərəliyi, dövriyyə aktivləri və kreditor borclannın idarə edilməsi, müəssisənin investisiya fəaliyyətinin idarə edilməsi, maliyyə risklərinin hesablanması və onların idarə edilməsi metodları şərh edilir. Öyrənilən mövzuların hər birinə aid praktiki məsələlər həll edilir və testlər verilir. Dərs vəsaiti ali məktəblərin iqtisadiyyat fakültəsində magistr və bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Ondan həmçinin ali məktəb müəllimləri və sahibkarlar da bəhrələnə bilərlər.

Maliyyə – məhsulun istehsalı (iş və xidmətin yerinə yetirilməsi) və satışı prosesində əmələ gələn və pul vəsaitlərinin formalaşdırılması və istifadəsini, geniş təkrar istehsal prosesində vəsaitlərin dövr etməsini, habelə digər müəssisə və təşkilatlarla, o cümlədən büdcə, bank, sığorta və başqa təşkilatlarla qarşılıqlı əlaqənin təşkil olunmasını şərtləndirən münasibətlərinin məcmusudur. Maliyyə menecmenti isə göstərilən həmin proseslərin idarə edilməsi haqqında elmdir. Müəssisə maliyyəsinin idarə edilməsi müəssisənin qarşısına qoyduğu konkret məqsədə nail olmaq üçün zəruri olan maliyyə metodlarının işlənib hazırlanmasını nəzərdə tutur, hansı ki, bunlar onun maliyyə vəziyyətinin dayanıqlı və möhkəm olması üçün təminat yaradır. Maliyyə menecmenti eyni zamanda daha düzgün maliyyə qerarlannm qəbulu üçün konkret maliyyə meyarlannm işlənib hazırlanması və seçilməsini, habelə müəssisənin fəaliyyətinin mövcud vəziyyəti uçota alınmaqla həmin meyarlann praktiki olaraq istifadə olunmasını özünə daxil edir. Müəssisə maliyyəsinin idarə edilməsi üçün ilkin baza kimi onun faktiki maliyyə vəziyyəti çıxış edir. Bu, müəssisənin maliyyə resursları və əmlakının idarə edilməsinin nə dərəcədə səmərəli olduğu, maliyyələşdirmə mənbələrinin xüsusi və cəlb olunmuş vəsaitlərin payına düşməsinin hansı səviyyədə təşkil olunduğu, satışın rentabelliyinin, aktivlərin dövretməsi və istehsal potensialından necə istifadə olunduğu kimi suallara cavab verməyə imkan yaradır. Maliyyə menecmenti maliyyənin idarə edilməsi mexanizmi anlayışı ilə və yaxud təsərrüfat mexanizminin tərkib hissəsi olan maliyyə mexanizmi ilə sıx qarşılıqlı əlaqədardır. Onu bütün səviyyələrdə istehsal prosesinin idarə edilməsinin iqtisadi forma və metodlannm kompleksi kimi müəyyən etmək olar. Maliyyə menecmenti hər bir təsərrüfat fəaliyyətində yaranmış maliyyə vəziyyətinin qiymətləndirilməsinə çoxvariantlı yanaşmanı nəzərdə tutur. Ekstremal şəraitdə maliyyə məsələlərinin idarə edilməsi modelinin işlənib hazırlanması, maliyyə risklərinin dərəcələrinin hesablanmasının, alınan nəticələrin düzgünlüyünün qiymətləndirilməsi və konkret’ idarəetmə qərarlarının qəbul edilməsində maliyyə menecmentinin xüsusi əhəmiyyəti vardır. «Maliyyə menecmenti» tədris fənni iqtisadi fənlər sistemində mühüm yer tutur. Bu fənnin tədris olunmasında əsas məqsəd aşağıdakılardan ibarətdir; – maliyyə və onun idarə edilməsi haqqında tələbələrdə zəruri lazımi biliklər sistemini formalaşdırmaq; – maliyyə və maliyyə menecmentini xarakterizə edən anlayışları tələbələrə aşılamaq; – maliyyə münasibətlərinin bütün elementlərinin qarşılıqlı əlaqəsini, bu münasibətlərin iqtisadi-riyazi modellərinin qurulması və onun mahiyyətini açıqlamaq; – maliyyə məsələləri haqqında qərar qəbul etmək, onların konkretləşdirilməsi və həyata keçirilməsi mexanizmini tələbələrə öyrətmək; – investisiya layihələrinin qiymətləndirilməsi və investisiya portfelinin yaradılması mexanizmini açıqlamaq; – təsərrüfat subyektlərinin maliyyəsinin idarə edilməsi mexanizmi və onun təşkilinin düzgün iqtisadi qiymətləndirilməsini tələbələrə öyrətmək; ~ maliyyə əməliyyatlarının apanlmasının idarə edilməsinin iqtisadi səmərəliliyinin hesablanması qaydalan haqqında bilikləri tələbələrə açıqlamaq. Bir faktı qeyd etmək lazımdır ki, bu gün də bəzi iqtisadçı alimlər maliyyə menecmentinin bir elm kimi çıxış etməsinə mübahisəli yanaşırlar. Onlann fikrincə maliyyə menecmenti xüsusi predmet və metoda malik deyildir. Lakin qeyd etmək lazımdır ki, bu heç də belə deyildir. Onu mikroiqtisadiyyat səviyyəsində pul axınlarının idarə edilməsini, yəni təsərrüfat subyektlərinin mali>yə resurslarının hərəkətinin idarə edilməsini bu elmin predmeti hesab etmək olar. Ölkəmizdə bazar münasibətlərinin tam formalaşdığı bütün sahələrində yüksək peşəkarlığa, dərin və hərtərəfli biliklərə rnalik ixtisaslı kadrların hazırlanması vacibdir. Xüsusilə də maliyyə kimi incə və mürəkkəb bir sahədə fəaliyyət göstərən maliyyəçilərin üzərinə daha böyük məsuliyyət düşür. Maliyyə sahəsində yaradıcı, təşəbbüskar kadrlann hazırlanmasmdə şübhəsiz ki, maliyyənin və onun idarə edilməsinin daha dərin və hərtərəfli öyrənilməsinin mühüm rolu vardır. Dərs vəsaitində verilmiş materiallann tam mənimsənilməsinin yaxşılaşdırılması məqsədi ilə hər bir mövzunun axırında praktiki məsələlər və onlann həlli yolları, habelə test tapşınqlan verilmişdir. Onlann məntiqi olaraq ardıcıl öyrənilməsi biliklərə uğurla yiyələnməyə təminat verir. Təqdim edilən dərs vəsaiti əsasən iqtisadi təmayüllü ixtisaslar üzrə təhsil alan tələbələr, magistrantlar, həmçinin maliyyə-kredit məsələlərini müstəqil öyrənən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Müəlliflər hesab edirlər ki, oxuculara təqdim edilən kitab çatışmamazlıqlardan azad deyildir. Dərs vəsaiti haqqında hər hansı bir konstruktiv tənqid, qeyd və rəyləri minnətdarlıqla qəbul ediləcəkdir.

Yükləməyə Keç [1,41 Mb] [ : 698] –>

Comments are closed, but trackbacks and pingbacks are open.