Press "Enter" to skip to content

Landşaftların shralaşmasının fitocoğrafi xüsusiyytlrinin ttbiqi

Əsərin yazılmasında 1989-1993-cü illərdə Kiçik Qafqazın şimal-şərq yamacına, Gəncə-Qazax maili düzənliklərinə və Ceyrançöl alçaq dağlığma təşkil edilən ekspedisiya, elmi ezamiyyətlər zamanı topladığımız çöl materialları, Azərbaycan EA Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya institutlarının, Azərbaycan Geologiya

Landşaft

Landşaft – coğrafi təbəqənin eyni cinsli sahəsidir. Landşaft vahidləri sinif → yarımsinif → tip → yarımtip → növ ardıcıllığı ilə təsnif olunur, Düzənlikdə üfüqi, dağlarda isə şaquli zonallığa uyğun olaraq dəyişir. Düzənlikdən hündürlüyə doğru yarımsəhra → quru çöl → dağ meşələri → subalp və alp dağ çəmənlikləri → subnival və nival komplekslər bir birini əvəz edir. Bəzən landşaftların növbələşməsi bütün dağlarda eyni olmur. Hündürlük artdıqca dağ landşaftları aşağıdakı kimi dəyişir: landşaft qurşaqlarının daha çox yayıldığı Böyük və Kiçik Qafqaz dağlarında; dağ çölləri → dağ meşələri → dağ çəmənləri → qayalıq – nival (cəmi 4 dənə).

Talış dağlarında isə hündürlüyə doğru yağıntı azaldığından azonallıq (zonallığın əksi) var. Belə ki, burada dağ meşələrindən sonra dağ çəmənləri əvəzinə dağ kserofit kolluqları (çölləri) yayılıb. Naxçıvanda isə iqlim kəskin kontinental olduğundan dağ meşələri yoxdur. Burada yarımsəhra → dağ çölləri → dağ çəmənləri → subnival və nival landşaft qurşaqları mövcuddur.

Dağ landşaftlarının xarakteristikası:

1. Subnival və nival landşaft yüksək dağ zirvələrində dağ tundra iqlimində yaranıb. Torpaq yoxdur. Buzlaq mənşəli təknəvari dərələr, morenlər, karlar,sirklər səciyyəvidir. Böyük və Kiçik Qafqazın yüksək dağlığı üçün səciyyəvidir.

2. Dağ çəmənləri Böyük və Kiçik Qafqazın 1800-3000 m hündürlüyündə yayılıb. Iki hissəyə ayrılır:
a) Daha aşağıda yerləşən subalp çəmənlikləri. Buradakı otların hündürlüyü daha çox (1-1,5 m) olub, biçənək şəklində istifadə olunur;
b) Daha hündürdə yerləşən alp çəmənləri. Buradakı otların hündürlüyü az olduğundan yay otlaqları kimi istifadə olunur. Heyvanların normadan artıq otarılması, bu çəmənliklərdə torpaq eroziyasına, yamacların çılpaqlaşmasına və otlaqların keyfiyyətdən düşməsinə səbəb olur.

3. Dağ meşələri orta dağlıq sahələrini əhatə edir. Meşədə hündürlüyə qalxdıqca palıd → vələs → fıstıq ağacları bir-birini əvəz edir. Mülayim-isti və soyuq iqlim tipində formalaşan bu meşələrin altında qonur və qəhvəyi meşə torpaqları yayılıb. Talış meşələri isə sarı torpaqlar üzərində yayılmış rütubətli subtroplk meşələrdən ibarətdir. Azərbaycanda talalar şəklində yayılan iynəyarpaqlı meşələr tam zonallıq əmələ gətirə bilmir.

4. Dağ çölləri Talış və Kiçik Qafqazın dağ ətəklərini, Acınohur-Ceyrançölü əhatə edir. Ərazidə yayılmış qəhvəyi- şabalıdı və qara torpaqlardan dəmyə əkinçiliyində və bağçılıqda istifadə olunur. Qobustan, Acınohur-Ceyrançöl və Naxçıvanın dağ çölləri dağ yarımsəhraları ilə əvəz olunub. Bu ərazilər kəskin parçalanmış arid-denudasiya relyefi, kontinental quru çöl və yarımsəhra iqlimi, zəif səth axını və seyrək ot örtüyü ilə fərqlənir. Əsasən qış otlaqları kimi istifadə olunur.

Düzənlik landşaftı 2 yarımtipə ayrılır:
a) Yarımsəhra landşaftı – Lənkəran ovalığından başqa bütün düzənliklərdə – Kür-Araz, Samur-Dəvəçi, Abşeron və Naxçıvanın Arazboyu düzənliklərinin boz, boz-qonur, boz-çəmən və şoran torpaqları üzərində formalaşıb. Suvarma şəraitində pambıq, taxıl, üzüm , quru subtropik meyvə becərilir. Qış otlağı kimi istifadə edilir.
b) Düzənliklərin quru çölləri Böyük və Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının qovuşduğu ərazilərdə açıq şabalıdı torpaqlar üzərində formalaşıb. Efemer bitkilər geniş yayılıb. Taxıl, üzüm və bağçılıq üçün yararlıdır.

Introzonal landşaftlar düzənliklər üçün səciyyəvidir. Qanıx-Əyriçayda, Şollar düzündə, Lənkəran ovalığında və Kürboyu düzənliklərdə tuqay meşələri, meşə-çəmənlər, çəmən və bataqlıqlar yaranır. Bu landşaftların yaranmasına başlıca səbəb qrunt sularının səthə yaxın olması və ərazidən axan çayların təsiri ilə çay yataqları boyunca yerləşmiş torpaqların nəmliyinin artmasıdır. Ən böyük tuqay meşələri Kür sahillərində olmuşdur. Lakin insanın təsərrüfat fəaliyyəti nəticəsində onların çoxu qırılmışdır.

Kür-Araz ovalığında qərbdən-şərqə doğru getdikcə iqlimin aridliyi artır və antropogen təsir güclənir. Min illər boyu cüzi dəyişən landşaft son illər güclü antropogen (insan) təsirə məruz qalıb. Düzənliklərdəki kanal, bənd, kollektor və su anbarları antropogen landşaftlardır. Landşaft Abşeron, Lənkəran, Samur-Dəvəçi, Şollar, Kür-Araz daha çox, Böyük və Kiçik Qafqazın yüksək dağlığı və Qobustan daha az dəyişdirilmişdir.

Xəzərin sahilindəki Nabran-Yalama, Abşeronun şimal sahilləri, Lənkəran zonası ən böyük rekreasiya (istirahət) ehtiyatlarına malikdir.

Landşaftların shralaşmasının fitocoğrafi xüsusiyytlrinin ttbiqi

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Landşaftların səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi: Kiçik Qafqazın şimal-şərq yamacı və Ceyrançöl alçaq dağlığı timsalında

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Landşaftların səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi (Kiçik Qafqazın şimal-şərq yamacı və Ceyrançöl alçaq dağlığı timsalında)

İnsan sivilizasiyası tarixi insanla təbiətin qarşılıqlı əlaqələrinə əsaslanır. Elm və texnikanın inkişafı insanın təbii mühitə təsir imkanlarını xeyli artırır. Bu imkanlar insanın rifahının yüksəlməsinə yönəlsə də onun yaşayış şəraitinin pisləşməsinə də səbəb olur. Belə ki havanın, suyun və torpağın sənaye, məişət və kənd təsərrüfatı tullantıları ilə çirklənmə sə\’iyyəsi getdikcə artır, təbii ehtiyatlar tükənir və torpağın eroziyası geniş miqyas alır. Təbii mühitə antropogen təsirlər insan sağlamlığına, flora və faunaya bir başa təsir etməklə yanaşı ekosistemlərin strukturunu pozur və onların növ tərkibini azaldır, ekoloji sistemlərin və onların təkamül mexanimlərini zəiflədir. Nəticədə ekoloji problem yaranır ki, bu da nüvə tərkisilahı problemi kimi aktuallıq k;əsb edir. Bu yaxınlarda Azərbaycan respublikasında ekaloji təhlükəsizlik qanunu qəbul etmişdir.

20-ci əsrin sonunda 2-ci dəfə öz müstəqilliyini əldə etmiş respublikamız tədricən sosial-iqtisadi və siyasi çətinlikləri aradan qaldıraraq dünya dövlətləri arasında öz layiqli yerini tutmağa başlamışdır. Ölkə ərazisinin zəngin yeraltı və yerüstü təbii ehtiyatlarından səmərəli istifadə, təbii ərazi komplekslərinin (torpaq, bitki və su) müasir bazar iqttisadiyyatı və müstəqillik şəraitində mühafizəsi vacib məsələlərdən biridir. Bu baxımdan sərhalaşma istiqamətində tədqiq edilmiş Kiçik Qafqazın şimal-şərq yamacı və onunla təmasda olan dağətəyi düzənliklərin, Ceyrançöl alçaq dağlarının arid və semiarid landşaft komplekslərinin Respublikamızın iqtisadi həyatında tarixçilik, tərəvəzçilik və heyvandarlıq bazası kimi mühüm rol oynaması ilə əlaqədar olaraq onların intensiv dəyişməsi baş vermişdir. Son 40-50 ildə intensivləşən təsərrüfat fəaliyyəti səhralaşmaya əsaslı şərait yaratmışdır. Lakin bu problem əsaslı sürətdə tədqiq edilməmişdir. Nəinki Respublikamızda, hətta

dünyanın digər ölkələrində də səhralaşma prosesi fıtocoğrafı (den- droindikasiya, fitosenozların antropogen dinamikası, bitki indka- siyası və palecoğrafi) üsullarlda az tədqiq olunmuşdur.

Qarşıya qoyulan -məqsədə nail olmaq üçün aşağıdakı məsələlər araşdırılmışdır.

1. Tədqiq olunan ərazinin müxtəlif yüksəklik diapozonunda formalaşmış iqlim şəraitinə uyğun təşəkkül tapan müasir təbii landşaftların kompleks təhlilinə əsasən hər bir landşaft tipinin antropogen təsirlərlə əlaqədar olaraq dəyişmə xüsusiyyətlərini və onların inkişaf təmayülünü müəyyən etmək.

2. Relyefin müxtəlif yüksəkliklərində formalaşmış təbii landşaftların antropogenləşmə dərəcəsi ilə səhralaşma prosesi arasındakı mövcud asılıhq formalarını aşkar etmək.

3. Relyefin, iqlimin, litoloji, hidroloji şəraitin, torpaq bitki örtüyünün dəyişmə xüsusiyyətlərini və onlarla bağlı səhralaşma prosesinin inkişafını öyrənmək.

4. Paleoiqlim və dendroindikasiya metodlarını tətbiq etməklə son geoloji və tarixi dövrlərdə səhralaşmanm inkişafını, təzahür forma və xüsusiyyətlərini müəyyənləşdirmək.

– 5. Müxtəlif təbii-antropogen landşaftlarda aparılan yarım- stasionar müşahidələrə əsasən landşaftların deqradasiya xüsusiyyətlərini və onlarda sərhalaşmam göstərən əsas indikatorları aşkar etmək.

6. Səhralaşmanm inkişaf dərəcəsini və təmayülünü müəyyən etmək üçün təbii və antropogen ladşaftlarda son dövrlərdə baş verən dəyişikləri aşkar etmək.

7. Kiçik Qafqazın şimal-şərq yamacı üçün landşaftın deqradasiya xəritəsini, səhralaşma prosesinin daha kəskin təzahür etdiyi arid Ceyrançöl alçaq dağlığı landşaftlarının isə səhralaşma xəritəsinə tərtib etmək.

Əsərin yazılmasında 1989-1993-cü illərdə Kiçik Qafqazın şimal-şərq yamacına, Gəncə-Qazax maili düzənliklərinə və Ceyrançöl alçaq dağlığma təşkil edilən ekspedisiya, elmi ezamiyyətlər zamanı topladığımız çöl materialları, Azərbaycan EA Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya institutlarının, Azərbaycan Geologiya

və mineral ehtiyatlar Komitəsinin, Azərbaycan Yer quruluşu idarəsinin, Dövlət Statistika Kormitəsinin fond və müxtəlif xəritə materiallarından istifadə edilmişdir.

İlk dəfə olaraq Kiçik Qafqazın şimal-şərq yamacı və Ceyrançöl alçaq dağlarında müasir landşaftların antropogen təsirlərlə dəyişilməsi və inkişaf təmayülü təhlil edilmiş, onların antropogenləşmə dərəcəsi ilə səhralaşma prosesinin müxtəlif təzahür formaları arasında sıx asılılıq əlaqələri öyrənilmişdir. Ərazidə arid və semiarid landşaft komplekslərinin antropogen təsirlərlə əlaqədar səhralaşmanm indiqatorları, təzahür xüsusiyyətləri, dərəcələri və tipləri tədqiq edilmişdir. Ərazidə geomorfoloji xüsusiyyətlərin, iqlimin, hidroloji şəraitin, torpaq və bitki örtüyünün dəyişməsinin səhralaşma prosesinə təsiri tədqiq edilən əsas məsələlərdən olmuşdur. İlk dəfə olaraq tədqiq olunan ərazidə paleofitocoğrafı, dendroindikasiya fitosenozların antropogen dinamikası metodlarının tətbiqi ilə səhralaşma prosesi öyrənilmişdir.

Mövcud təbii landşaft xəritələrinin və çöl tədqiqat materiallarının təhlilinə əsasən landşaft kompleksləri ilk dəfə olaraq səhralaşma dərəcəsinə görə qruplaşdırıbmış, tədqiq olunan ərazi landşaftlarının iri miqyaslı səhralaşma xəritəsi tərtib edilmiş, səhra- laşmaya qarşı mübarizə tədbirləri işlənib hazırlanmışdır.

Kiçik Qafqazın şimal-şərq yamacı və Ceyrançöl alçaq dağlığmm arid və semiarid landşaft komplekslərində səhralaşma prosesinin inkişaf təmayüllərinin aşkar edilməsi və proqnozlaşdırılması burada insanların həyat və təsərrüfat təsirlərinin optimallaş- dırıİması üçün real əsas verir. Alınmış elmi nəticələr Kiçik Qafqazın şimal-şərq yamacında, arid alçaq dağlıq və dağətəyi düzənliklərdə müxtəlif təsərrüfat sahələrinin perspektiv və cari planlaşdırılmasm- da, meliorativ tədbirlərin həyata keçirilməsində, torpaq, su və bitki ehtiyatlarında səmərəli istifadə olunmasında tətbiq oluna bilər.

Kitabın işıq üzü görməsində çox böyük zəhməti olan AMEA- nın akad. H.Ə.Əliyev adma Coğrafiya İnstitutunun direktoru akademik Budaq Budaqova öz minnətdarlığımı bildirirəm.

Comments are closed, but trackbacks and pingbacks are open.