Press "Enter" to skip to content

Fənn 1215- landşaftşünaslıq

c) sel və daşqınlar

Düzənlik landşafları

Azərbaycanın düzənlik ərazilərində landşaflar həm yüksəkliyə görə həm də üfüqi istiqamətdə dəyişilir.
Yarimsəhra landşaftı Kür-Araz ovalığında, Abşeron yarımadasında, Samur- Dəvəçi ovalığında, Arazboyu düzənliklərdə geniş sahə tutur. Bu ərazilər mülayim qışı, isti və quraq yayı ilə fərqlənir. Yarımsəhralar üçün boz, boz-çəmən müxtəlif şoran torpaqlar səciyyəvidir. Bu torpaqlar üzərində yovşan, kəngiz, şoran bitkiləri efermerlər inkişaf edir. Bitkilər torpaq səthinin 30-40% -ində örtük əmələ gətirir. Yarimsəhra landşaflarında suvarma ilə pambıqçılıq taxılçılıq subtropik meyvəçiliyi inkişaf etdirilir. Bu ərazilərindən qış otlağı kimi də istifadə olunur.
Quru çöllər landşaftı Kiçik və Böyük Qafqaz dağlarının ətəyində yerləşən allüvial –prolüvial düzənliklərində inkişaf edir. Burada qəhvəyi açıq şabalıdı torpaqlar üzərində müxtəlif otlar xırda kollar inkişaf edir, ağot, şiyavotu, topalotu, yovşan və efemerlər bitki örtüyünün əsasını təşkil edir. Əksər sahələrdə bitki ilə torpaq səthinin 70-80%-ni örtür. Lakin kəskin pozulmuş dağətəyi çöllərde sılpaq, yuyulmuş sahələr az deyil. Quru çöllər taxılçılıq, bağçılıq üzümçülük üçün istifadə edilir.
İntrazonal landşaflar. Qanıx- Əyriçay vadisində Lənkəran ovalığında, Şollar düzündə, Kürboyu zonada aran meşələri çəmənlər bataqlıqlar xeylis ahə tutur. Qeyd edilən landşafların yaranması ilk növbədə qrunt sularının səthə yaxınlığı daşqın və çaylardan süzülən sularla bağlıdır. Vaxtı ilə Kür çayının hər iki sahili Xəzər dənizinə gedən tuğay meşələri ilə örtülü idi. Mingəşevir su anbarı yaradıldıqdan sonra Kür çayının rejiminin dəyişməsi tuğay meşələrinin sahəsinin azalmağına səbəb olmuşdur. Tuğay meşələri Şollar düzündə, Qanıx- Əyriçay vadisində Kür boyunca qrunt sularının səthə çox yaxın yerləşməsi nəticəsində yaranmışdır.
Müasir landşaftın yaranması
Respublikanın landçaftı uzun geoloji inkişaf yolu keçmişdir. İqlimin dıyişməsi, Böyük və kiçik Qafqaz dağlarının yüksəkliklərinin artması qədim landşaftının tədricən müasir landşaftla əvəz olması ilə nəticələnmişdir.
Eladar oyuğundakı Eladr çam meşəliyi, Lənkəran ovalığinın və alçaqdağlığın dəmirağac, şabalıd yarpaq, palıd, azat, şümşad və s. Ağaclardan ibarət meşələri qədim landşaftların şahidləridir.
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Quruşay dərəsindəki azıx mağarasında 2,5 milyon il əvvəldən yurdumuzun ilk sakinləri yaşamağa başlamışlar. İlk insanlar yalnız landşaftın hazır məhsullarından istifadə edirdilər. Cəmiyyət inkişaf etdikcə insanların landşafta təsir dairəsi genişlənmişdir. Respublikamızın ərazisində Enolit dövrünə aid 60-dan çox yaşayış məskəni müəyyən edilmişdir. Qədim insanlar mis, tunc dəmir alətləri təkmilləşdirdikcə onların landşafta təsir dairələri artmışdır. Əkinçilik məqsədi ilə düzən meşələri qırılmış yandırılmışdır. Eramızdan əvvəl ||| – || minilliklərdə əkinçiliklə suvarma tətbiq olunmağa başlamış üzümçülük inkişaf etmişdir.
Vaxt keçdikcə əhalinin sayı artmış yaçayış məntəqələri sıxlaşmış əkinçilik və maldralıq inkişaf etdikcə təbii landşafta təzyiq güclənmişdir.
Alimlərimizin apardıği tədqiqatlar göstərir ki vaxtı ilə Böyük və kiçik Qafqaz dağlarının yamacları Qanıx-Əyriçay vadisi, Lənkəran ovalığı Gəncə-Qazax düzənliyi Qarabağ düzünün əksər hissəsi, Kürçayı boyu ərazilər Qusar maili düzənliyi meşələrlə örtülü olmuşdur.İnsanların təsərrüfat fəaliyyəti nəticəsində həmin meşələrin xeyli hissısi qırılmış, əkin və bağlara çevrilmişdir.
Antropogen landşaftlar (Maili düzən) təbii konplekslərlə sıx bağlıdır. Təbii konplekslər şaquli qurşaqlıq üzrə paylandığına görə antropogen landşaftlar onlara müvafiq gəlir. Təbii landşaftların 60%-ə qədəri antropogen komplekslərlə əvəz olunmuşdur.
Son 50-60-cı (illərdə) ildə Kür-Araz ovalığında geniş sahə tutan bataqlıqlar qurudularaq əkin sahələrinə çevrilmişdir. Yarım səhraların şoran və şoranək torpaqları yuyularaq kənd təsərrüfatı üçün yararlı hala salınmışdır. Respublikamızın 1,3 milyon hektardan artıq suvarılan ərazilərinin təbii landşaft kanallarla kollektorlarla kəskin parçalanaraq əsaslı dəyişilmişdir. Bu sahədə təbii landşaftlar çox kiçik sahələrdə qalmışdır.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

Coğrafi diferensiyanın əsas qanunauyğunluqları

Coğrafi təbəqənin quruluşu və onun komponentləri üçün maddə və enerji dövranı ritmlik mütərəqqi dəyişiliklər xarakterikdir. Bütün bunlar ərazi üzrə dəyişməyə məruz qalır daha doğrusu müxtəlif dərəcəli mürəkkəb landşaftların yaranmasına səbəb oıan təbii ərazi diferensiasiyası iə nəticələnir. Coğrafi differensiasiya anlayışı bütövlükdə coğrafi təbıqı və hər hansı landşaft və onun hissələrini əhatə etməklə ayrı-ayrı komponentlərdən və komplekslərdən təşkil olunmaqla hədə bütövdür.
Coğrafi təbəqə daxilində ərazi diferensiasiyanin yaranmasının əsas səbəbi onan ayrı-ayrı hissələrində inkişaf şəraitinin rəngbə-rəngliyidir. İnkişafın qeyri bərabərliyi coğrafi təbəqədə fiziki-coğrafi diferensiyasının iki növünü Regional və Lokal ayırmağa imkan verir. Regional diferensiosiya coğrafi prosesləri şərtləndirən iki əsas enerji mənbəyindən və onların münasibətindən asılıdır.
1.Günəşin şüa enerjisi.
2.Yerin daxili enerjisi. Hər iki amil məkan və zaman etibarilə özünü qeyri-bərabər göstərir ki bunun nəticəsində coğrafi təbəqənin landşaft sferasında iki böyük (ümumi) differensiasiya qanunauyğunluğu zonallıq və azadlıq yaranır.
Enlik zonallığı dedikdə bütün proseslərin və təbii komplekslərin ekvatordan qütblərə doğru dəyişməsi başa düşülür. B.B. Dokuçayev xüsusi təbii qanun kimi coğrafi enlik zonallığı qanununu əaslandırdıqdan sonra landşaft zonaları haqqında təlim bütün tədqiqatçılar tərəfindən qəbul edildi və bu coğrafi elmi nəzəriyyəsinə daxil oldu.
Zonallığın yaranmasının əsas və ilkin səbəbləri aşağıdakılardan ibarətdir.
a) Yerin kürə şəklində olması daha doğrusu Yerin sxeması və böyüklüyü ilə əlaqədar olaraq günəş Radiasiyasının enliklər üzrə qeyri-bərabər paylanması və günəş şüalarının yer səthinə müxtəlif bucaqlar altında düşməsidir.
b) Yer oxunun ekliptika müstəvisinə mailli (65,5) olması ilə əlaqədar günəş radiasiyasının onun səthində fasilələr üzrə qeyri-bərabər daxil olması. Bu istiliyin və rütubətin zonal paylanmasını mürəkkəbləşdiri və təbii zonallığın təzadlığını artırır. Əgər yerin oxu ekliptika müstəvisinə perpendikulyar yerləşsəydi onda bütün coğrafi enliklər ilboyu təxminən eyni miqdarda günəş istiliyi alardı. Yer səthində təbii hadisələrin fəsillər üzrə əvəz olunması mümkün olmazdı.
v) Yerin öz oxu ətrafında fırlanması (sutkalıq hərəkəti) cisimlərin hadisələrin o cümlədən hava kütlələri hərəkətinin şimal yarımkürədə sağa cənubda sola meyl etməsinə səbəb olur ki bu da öz növbəsində zonallıq sxemində əlaqə mürəkkəbliklərinin yaranması ilə nəticələnir.
Göstərilən amillərin təhlilindən aydın olur ki yer səthində bütün fiziki kimyəvi və bioloji proseslərin yeganə mənbəyi günəş enerjisidir. Elə ona görə də bütün bu proseslər və onların yayılması sözsüz zonal xarakterə malik olmalıdır. Lakin coğrafi zonallıq çox mürəkkəb mexanizm olduğundan o müxtəlif şəraitlərdə müxtəlif komponentlərdə proseslərdə və coğrafi təbəqənin müxtəlif sahələrində özünü eyni şəkildə deyil müxtəlif formalarda aparır.
A.A Qriqoryen zonallıq və qurşaq anlayışlarını fərqləndirməyi və bununla əlaqədar olaraq radiasiya və istilik qurşaqları ayırmağı təklif edir. Radiasiya qurşaqları coğrafi təbəqəyə daxil olan və alçaq enliklərdən yüksək enliklərə doğru qanunauyğun şəkildə azalan günəş radiasiyasının miqdarı ilə ölçülür. Radiasiyanın daxil olmasına yerin forması təsir etdiyi halda yer səthinin xarakteri ona təsir göstərə bilmir. Elə ona görə də radiasiya qurşaqlarının sərhədləri paralellərə müvafiq gəlir.İstili qurşaqlarının əmələ gəlməsinə isə günəş radiasiyası ilə yanaşı atmosferin xüsusiyyətləri (udma əks etdirmə şüa enerjisinin dağılması) Yer səthinin albedosu istiliyin dəniz və hava axınları ilə aparılması böyük təsir göstərir və nəticədə istilik qurşaqlarının sərhədləri paralellərə uyğun gəlmir. Coğrafi zonallrın əmələ gəlməsi isə əsasən istiliyin və rütubətin münasibətilə bağlıdır. Bu münasibətin özü radiasiyanın miqdarından enliklərlə əlaqədar olan təbii amillərin xarakterindən (aduektiv istiliyin miqdarından yağıntı şəkildə olan rütubətin və axının miqdarından) asılıdır. Elə ona görə də zonallar hər yerdə fasiləsiz bütöv zolaq yaratmır vəonların sərhəsləri ümumi radiasiya qanunları ilə müqayisədə paralellərə müvafiq uzanmır. Q.D Rixter yazır ki enlik zonalları əvəzinə üfiqi zonallıq terminini işlətmək daha yaxşıdır çünki bu termini ilk dəfə 1898-cil ildə Dokuçayev tətbiq etmişdir. Rixterin bu təklifilə bir sıra coğraflar o cümlədən Quozdetski razılaşır və göstərir ki üfiqi zonallıq anlayışı enlik zonallığından daha geniş və dərin mənalıdır.Üfiqi zonallığa enlik zonallığından əlavə digər növ zonallıqlar dağ arası çökəkliklərdə müşahidə edilən konsentirik zonallar dağətəyi düzənliklərdə yayılmış humid və arid landşaft zonalları da daxildir. Məsələn ön qafqazda dağlar enliyə yaxın istiqamətdə uzandığından burada humid dağətəyi zonallıq enlik zonallığına tamamilə uyğun gəlir və ya kür-Araz ovalığı daxilində yarımsəhra komplekslərin dağlara doğru yaxınlaşdıqca konsentrik şəkildə quru çöl landşaftları ilə əvəz olunur. Belə hallarda bir landşaft tipi və yarımtipindən başqasına keçdikcə bəzən tam horizontal səth deyil hətta böyük mailliyi ilə seçilən düzənlik və təpəli düzənlik sthlər müşahidə olunur. Dağlıq ölkələrdə okeana yaxın və uzaqlıqla əlaqədar adueksiya proseslərinin dəyişməsilə bağlı olaraq hündürlük landşaftı sturukturu tiplərinin yaranması özüdə üfüqi zonallıq anlayışını əks etdirir. Məsələn Böyük Qafqaz cənub yamacının qərb hissəsində ( Suram dağlarınadək) huündürlük landşaft qurşaqları əsasən rütubət keçən komplekslərdən təşkil olunduğu halda şərq hissəsində quraqlığa dvamlı komplekslər üstünlük təşkil edir.
Beləliklə üfiqi zonallıq anlayışı əsasən düzən və dağlıq ölkələrdəki zonal qanunlarını birləşdirirsə enlik zonallığı konsentrik zonallıq terminlərində məkan daxilində zonalların bir-birini əvəz etməsini onların yekləşmə xüsusiyyətlərini əks etdirir.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

Təbii geosistem anlayışı və onun təyini

Son 20-25 ildə coğrafi ədəbiyyatda təbii ərazi kompleksi anlayışını geosistem terminini əvəz etmək təmayülü geniş yayılmışdır. Bu termin ilk dəfə 1963-cü ildə Foçauo tərəfindən elmə gətirilmişdir. Onun fikrincə geossitem yer səthinin elə sahəsidir ki bunun da təbii komponentlər sistemi arasında bir-biri ilə möhkəm əlaqə mövcuddur. Bu şərh özünün məzmununa görə təbii landşaft anlayışına çox yaxındır. Geosistem ayrı-ayrı hissələrdən təşkil olunmuş bütöv təbii varlıqdır. Həmin varlıqlar əmələ gəlməsinə görə ümumbəçəri sistemlər mövqeyindən təbii formada öyrənilir Sistemin növ və ya cins anlayışı bir-biri ilə sıx əlaqə münasibətində və öz aralarında qarşılıqlı təsirdə yerləşən bütöv vahid kompleks əmələ gətirən elementlərin məcmunudur.
Sistem anlayışı elmdə eyni olmayub coğrafiyada çoxdan mövcuddur. Hadisələrin sistemli təhlilinə müasir marağın durmadan artmasına gəldikdə isə bu ilk növbədə elmi biliklərin tədricən artması və toplanması nəticəsində tədqiqatçılardan obyektlərin coğrafi təsvirindən onların daxili və bir-biri arasından qarşılıqlı əlaqələri öyrənməyi tələb edir. Bu isə öz növbəsində say və miqdarda material lakin dəyişmə kəmiyyətinin təhlilini tələb edir. Tədqiqatçılar hadisə lakin belə mürəkkəb gedişini ənənəvi metodlardan öyrənilməsi mümkün olmadığı ilə qarşılaşmalı olur və elə ona görə də nəinki tədqiqat metodunun həmçinin insan təfəkkürünün dəyişməsi tələbi meydana gəlir. Sistemləri öyrənmək üçün son 40 ildə onun ümumi nəzəri nailiyyətlərlə bağlı olan xüsusi elm kibernetika yaranmışdır.
Müşahidələr göstərir ki əksər sistem və təbii ərazi kompleksləri anlayışlarını müqayisə etmək onda məlum olar ki təbii ərazi kompleksləri dinamiki nöqteyi nəzərdən mürəkkəb olan sistemlərin xüsusiyyətlərini özündə birləşdirərək daşımaq qabiliyyətinə malikdir.
TƏK-i ətraf mühitlə azad surətdə maddə və enerji mübadiləsi aparan açıq tipli bütöv təbii varlıqdır.
Birinci qrupun nümayəndələri geosistemə təbii varlıq kimi baxırlar. Onların fikrincə geosistem-sistemli xüsusi idarəetme sinifidir. Yer səthinin bütün ölçüsü daxilində ayrı-ayrı təbii komponentlər biri digərin ilə geosistemli əlaqə şəraitində yerləşirlər. (loçova). Bu fikrin təhlili göstərir ki həmin anlayış lam\ndşaftın anlayışına yaxındır.
İkinci qrupun nümayəndələri geosistemə təbiətin əhalinin və təsərrufatın elementlərini özündə birləşdirən yer səthinin mürəkkəb varlığı kimi baxırlar. Belə varlığın bütövlüyü təsərrufat əhali və təbiət arasında birbaşa əks halda dəyişilmiş əlaqələrin köməyi ilə təyin edilir.
Sistem anlayışınıtəhlil edərkən İsaçenko belə nəticəyə gəlir ki sistem anlayışı müasir elm aləmində həqiqətən universal əhəmiyyətə malikdir. O qeyd edir ki geniş mənada sistem dedikdə müxtəlif varlıqların və ya hadisələrin bütövlük xüsusiyyətlərinə müəyyən strukturaya daxili quruluşa xüsusi funksiyaya illik cəmin birliyi başa düşülür. Bütün təbiət özü sistemli quruluşa malikdir.
Coğrafi sistem anlayışı təbii landşaft vahidlərinin yuxarıdan aşağıya coğrafi təbəqədən onun morfoloji hissələrinədək parçalanmasını əhatə edir.
Qeyd etmək lazımdır ki son illərdə geosistem termini ilkin mənadan fərqli olaraqb başqa formada işlənməyə başlamışdır. Belə ki bir sıra coğraflar geosistem adı altında yalnız bir-birilə əlaqədar olan öz aralarında ağırlıq qüvvəsinin təsirilə istiqamətlənmiş maddə mübadiləsinə malik təbii komplekslər silsiləsi başa düşürlər. Məsələn dağ yamacı ilə maddələrin suayırıcılardan onun ətəyinədək hərəkətini buraya dağ zirvələrindən düzənliyə doğru baş alıb gedən çay sistemlərini yəni dağlarla dağətəyi düzənliklər arasındakı əlaqə sistemini və s. Aid etmək olar. Piğək tədqiqatçılar hesab edir ki yer səthinin qarşılıqlı təsiri olan hər hansı hissəsini geosistem adlandırmaq olar. (Məs torpaq və bitki örtüyünün quru ilə okeanın və ya)
Coğrafi komplekslərin litaoloji özül relyef iqlim yerüstü və yeraltı sular torpaq bitki və heyvanat aləminin qarşılıqlı əlaqəsindəm irəli gələn geosistemləri onların əlaqə zarakterinin dəyişməsi təcrübədə sübut olunmuşdur.. Belə əlaqə komponentlərin ərazisindən profil bütün kom-n komponentlərinin əmələ gəlməsindəki iştirakının müşahidə olunması ilə tesdiq edilir. Qarşılıqlı əlaqənin bu xarakteri həmçinin tematik xəritələrin müqayisəsi zamanı müəyyən edilmişdir. Belə ki geomorfoloji torpaq bitki və başqa komponentlərin xəritəsində biz eyni sərhədli konturların bir-birinə tez-tez uyğun gəldiyinin şahidi oluruq. Buna bataqlıq səhra şoranlıq və s. Komplekslər misal ola bilər. Bu komplekslərin konturları hər bir dəyişikliklərə məruz qalmadan xəritədən- xəritəyə keçir onların yalnız şərti işarələrinin səciyyəsi dəyişir.
Təbii komlekslərin öyrənilməsinin tədricən dərinləşməsi zamanı etibarilə faktiki materiallarla zənginləşməsi onların komponentlərinin bir-birindən qarşılıqlı şəkildə asılı olması məsələsi aydınlaşmağa başlayır. Başqa vasitə ilə təbii komponentlər qarşılıqlı bir-birilə əlaqədar şəkildə inkişaf edir. Məsələn iqlimin dəyişməsi mütləq bitki-torpaq örtüyünün heyvanat aləminin və hətta relyefin dəyişməsində öz əksini tapır. Burada komponentlərin yenidən qurulması müəyyən vaxt tələb edir. Həmin okmponentlərdən hər birinin öz formasını tərkibini xarakterini dəyişib yeni əlamətlərə malik olması üçün lazım olan vaxt müxtəlifdir. Məsələn bitki örtüyü yeraltı suların səviyyə dərinliyi və s. ən qısa müddətdə dəyişdiyi halda torpaq tipinin və ya növünün dəyişməsi üçün 100-ildən artıq vaxt lazımdır. Müşahidələr göstərir ki bu dəyişikliklərin səbəbi müxtəlif ola bilər. Lakin hər hansı vəziyyətdə olmasına baxmayaraq komponentlər bir-birilə qarşılıqlı əlaqədə olmağa çalışır və bütün sistemlərdə pozulmuş təbii müvazinətin bərpasına doğru meyl yaranır.
Geosistemin sintetik nöqteyi-nəzərdən öyrənilməsi fiziki-coğrafiyanın vəzifəsinə aiddir. Elə bununla bağlı olaraq da coğrafi təbəqənin quruluşunun ümumi əlamətlərinin öyrənilməsi fiziki –coğrafiyanın və ya ümumi yerşünaslığın mövzusuna daxildir. Regional və lokal komplekslərin mədqiqilə landşaftşünaslıq məşğul olur.
Bölgü səviyyəsindən və ya dərəcələrindən asılı olaraq bütün geoasistemlərə və onların ümumi xüsusiyyətlərinə dair bir sıra vacib məsələlərdən qısa da olsa məlumat vermək məqsədəuyğundur.
Lançaft geniş yayılmış internasional termin olub landşaftşünaslıq elmin əasa anlayışlarından biridir. O öz mənşəyinə görə alman sözü olub yerin xarici görünüşü və ya mənzərəsi deməkdir. Bu mənada o ilk dəfə XİX əsrin əvvəlində alman coğrafi ədəbiyyatında meydana gəlmişdir.
Landşaftın bütöv harmonik vahid kimi qəbul olunması landşaftların inkişaf ideyasını inkar etmək deməkdir. Harmonika landşaft komponentləri arasındakı əskiklərin mübarizəsini daha doğrusu öz-özünə inkişaf ideyasını aşkar edir.
H.A Solnsev landşaftin təyinində öncə tabe olan onun daxildə yerləşən daha sadə təbii ərazi kompleklərinin birləşməsinə və tərkibinə əasalanaraq aşağıdan kifayət qədər çoxlu təbii ərazi komplekslərindən biri kimi birləşərək coğrafi təbəqəni əmələ gətirir daha doğrusu coğrafi təbəqə həmin landşaftlardan təçkil olunur. Lakin onu qeyd etmək lazımdır ki landşaft öz növbəsində daha mürəkkəb təbii ərazi vahidinin bir hissəsi olub ən nəhayət coğrafi təbəqənin ayrılmaz sahəsinə görə də lanşaftin təyinini yalnız aşağıdan deyil yuxarıdan da yanaşmaq olar. Buradan da görünür ki bütün landşaftlara coğrafi təbəqənin inkişafı və differensiasiyanın nəticəsi kimi baxmaq lazımdır. Elə ona görədə İsaçenko landşafta aşağıdakı tərifi verir.Landşaft vilayətinin zonalarını və ümumiyyətlə hər hansı böyük regional vahidlərin xüsüsi genetik hissəsi olub zonal və azonal münasibətlərin eyni cinsliliyi və fərdi strukturuna ferdi morfoloji quruluşa malik olması ilə səciyyələnir.Bu təyinat əlbəttə əvvəlkilərin əksinə deyil onlari tamamlayir.Buradan görünür ki,regional fiziki coğrafiya vahidlərinin ayrilması və sistemləşməsi metodu morfoliji landşaft vahidlərini ayrilması və öyrənilməsi metodunda əsaslı sürətdə fərqlənir…

Fənn 1215- landşaftşünaslıq

56.Sual: Sutkalıq və fəsli fazaların davamlılığı və dəyişkənliyi hansı təbiət hadisəsindən asılıdır?

a) vulkanların püskürməsi

b) tavaların hərəkəti

c) sel və daşqınlar

d) planetlərin cazibə qüvvəsi

e) )günəş fəallığının inkişafından

57.Sual: A.Q.İsaçenkoya görə mərzin neçə əsas kateqoriyası var? (Çəki: 1)

58.Sual: Qabarıq mezorelyef formaları və yüksək yastı suayrıcılar, çökək mezorelyef formaları və alçaq

terraslar kateqoriyaları hansı landşaft vahidinə aiddir? (Çəki: 1)

59.Sual: Tsiklik ritm müddətləri hansı ölçüdə səciyyələnir? (Çəki: 1)

c) bir neçə il müddətində

d) )orta rəqəmlərlə

e) kiçik rəqəmlərlə

60.Sual: Davamiyyət müddətinə görə tsikllər neçə qruppa bölünür? (Çəki: 1)

61.Sual: Elyuvial , superakval və subakval landşaftlar, hansı landşaft vahidinin tipləridir? (Çəki: 1)

62.Sual: Landşaftın dəyişməsində müşahidə edilən hadisələri səciyyələndirən anlayış necə adlanır ?

a) )landaşaftın dinamikası

b) landaşaftın təkamülü

c) landşaft proqonozu

d) landşaftın üfiqi strukturu

e) landşaftın şaquli strukturu

63.Sual: Ritmikanın neçə forması fərqləndirilir? (Çəki: 1)

64.Sual: Dövrü ritmlər necə baş verir ? (Çəki: 1)

a) fəsli xarakterli ritmlərdir

b) yalnız çoxillik ola bilər

c) )eyni vaxtda baş verir

d) tsiklik olaraq formalaşır

e) proqnozlaşdırmada istifadə olununr

65.Sual: Mərz kompleksləri hansı təbii ərazilərdə formalaşır ? (Çəki: 1)

a) çay vadilərində

b) dəniz sahillərində

d) çay deltalarında

e) )qobu və yarğanlarda

66.Sual: Coğrafi sistemdə nisbətən sabit varlıq olub, təbii rejimlərin birliyini yaradan hərəkət forması

hansıdır? (Çəki: 1)

67.Sual: Kompleks hadisələrin zaman etibarı ilə təkrarlanması necə adlanır ? (Çəki: 1)

68.Sual: Landşaftın meydana gəlməsinə və müasir dinamik vəziyyətinin yaranmasına səbəb olan

proseslərin cəmi necə adlanır? (Çəki: 1)

a) landşaftın dinamikası

b) )landşaftın genezisi

c) landşaftın təkamülü

d) landşaftın proqnozu

e) landşaftın ritmikası

69.Sual: Landşaftlar üçün tipik olan vəziyyəti, rejimi və komponentlər arasındakı əlaqəni saxlama

fəaliyyəti necə adlanır? (Çəki: 1)

c) )öz-özünü tənzimləmə

70.Sual: Tsiklik ritmikanın müddəti necə səciyyələnir? (Çəki: 1)

a) )orta rəqəmlərlə

b) milyon illərlə

c) sutkalıq olaraq

e) kiçik rəqəmlərlə

71.Sual: Elementar landşaft kimi fasiyanın neçə tipi mövcuddur? (Çəki: 1)

72.Sual: Relyefin qabarıq formalarına aid edilən fasiya tipi hansıdır? (Çəki: 1)

73.Sual: Yeraltı suların səviyyəsinin səthə yaxın olan fasiya tipi necə adlanır ? (Çəki: 1)

74.Sual: Fasiyaların su ilə dolmuş mənfi relyef formalarındа əmələ gələn tipi hansıdır? (Çəki: 1)

İƏT XİN Şurası Azərbaycanın irəli sürdüyü 5 qətnaməni qəbul edib

6-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Sessiyada Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiya çərçivəsində çıxış edən nazir müavini F. Rzayev Türkiyə və Suriya ərazisində baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Pakistan və Çadda baş verən daşqınları da qeyd edən nazir müavini, Azərbaycanın bu böhran vəziyyətlərinin aradan qaldırılması istiqamətində İƏT-in səylərinə dəstək verməyə hazır olduğunu bildirib.

F.Rzayev Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonrakı dövrdə normallaşma prosesi və Ermənistanın buna mane olan təxribatçı addımları, mina təhdidləri barədə ətraflı məlumat verib. Nazir müavini iclas iştirakçılarını Azərbaycan Respublikasının Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində COVID-19-dan sonrakı bərpa məsələlərinə həsr olunmuş təşəbbüsləri ilə bağlı məlumatlandırıb.

Çıxış zamanı, həmçinin BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda təşkil olunmuş “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans barədə məlumat təqdim olunub.

Nazirlər Şurasının yekununda ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamələrdə Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilir və işğalın ağır fəsadlarının aradan qaldırılması istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan hökuməti və xalqına dəstək ifadə olunur.

“1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və “Xocalıya ədalət” ictimai kampaniyasına dəstək ifadə olunur.

57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamədə isə İƏT üzv dövlətləri 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pislənir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırılır. Qətnamədə həmçinin İƏT Katibliyi və İƏT üzv dövlətlərinin Səfirliyə hücumu pisləyən bəyanatları alqışlanır.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.