Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün sənəd qəbuluna başlanılıb – FOTO
RADİONatiq Heydərov: “Layihələrin maliyyələşdirilməsi KOBİA tərəfindən həyata keçiriləcək”
Layihələrin maliyyələşdirilməsi
KOBİA-nın departament müdiri Natiq Heydərov deyir ki, müsabiqə çərçivəsində hər bir şəxs yalnız bir layihə təqdim edə bilər
RADİONatiq Heydərov: “Layihələrin maliyyələşdirilməsi KOBİA tərəfindən həyata keçiriləcək”
“Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Qaydalara uyğun olaraq, KOB subyektlərinin inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi müsabiqə yolu ilə KOBİA tərəfindən həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu KOBİA-nın departament müdiri Natiq Heydərov açıqlayıb.
“Müsabiqəyə sənədlərin qəbulu fevralın 17-dən martın 18-dək həyata keçiriləcək. Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqə çərçivəsində hər bir şəxs yalnız bir layihə təqdim edə bilər. Layihələrin icrası 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə 20 min manat məbləğində müəyyən edilib”, – deyə N.Heydərov bildirib.
Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün sənəd qəbuluna başlanılıb – FOTO
Fevralın 17-dən etibarən mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş müsabiqəyə sənədlərin qəbuluna başlanılıb.
KOBİA-dan Milli.Az-a bildirilib ki, müsabiqə ilə bağlı sahibkarlıq subyektlərinin məlumatlandırılması və onları maraqlandıran sualların cavablandırılması üçün KOBİA tərəfindən məlumatlandırıcı vebinar keçirilib. 150-yə yaxın KOB subyektinin iştirakı ilə təşkil olunmuş vebinarda KOBİA-nın əməkdaşları Natiq Heydərov və Elməddin Hacıyev tərəfindən müsabiqənin şərtləri və layihələrin qiymətləndirilməsi prosesi barədə təqdimat keçirilib, KOB subyektlərinin çoxsaylı sualları cavablandırılıb. Məlumat verilib ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqəyə KOB-ların inkişafı üçün təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələr təqdim oluna bilər. Hər bir şəxs müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manat həcmindədir.
Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə, layihə və büdcənin əsaslandırılması üçün nümunəvi formaları, eləcə də digər məlumatları Agentliyin saytında bu məqsədlə yaradılmış xüsusi bölmədən əldə edə bilərlər. Müsabiqəyə sənədlər birbaşa və ya elektron formada təqdim oluna bilər. Sənəd qəbulu martın 18-dək davam edəcək. Müsabiqənin nəticələri isə 19 aprel 2021-ci il tarixindən sonra KOBİA-nın rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdiriləcək.
Vebinar zamanı müsabiqəyə təqdim ediləcək müvafiq sənədlərin hazırlanması üçün Agentliyin KOB inkişafı mərkəzləri (KOBİM-lər) tərəfindən KOB subyektlərinə köməklik göstəriləcəyi bildirilib. Belə ki, müsabiqəyə təqdim ediləcək sənədlərin hazırlanması prosesində dəstəyə ehtiyacı olan KOB subyektləri KOBİM-lərin ödənişsiz informasiya, məsləhət və təlim xidmətlərindən faydalana bilərlər.
Qeyd edək ki, müsabiqəyə təqdim olunacaq layihələrin qiymtələndirilməsi zamanı layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin həyata keçirilməsi üçün tələb olunan müvafiq maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürüləcəkdir.
Milli.Az
Azərbaycanda layihələrin maliyyələşdirilməsinə 2,7 mlrd manatdan çox güzəştli kredit ayrılıb
Azərbaycanda layihələrin maliyyələşdirilməsinə 2,7 mlrd manatdan çox güzəştli kredit ayrılıb İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bugünədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 300-dək layihə maliyyələşdirilib və bu məqsədlə 2,7 milyard manatdan artıq güzəştli kredit vəsaiti ayrılıb.
9 İyun , 2022 10:55
https://static.report.az/photo/d489843b-9ef1-3f83-bf28-ebf3c3dac3f8.jpg
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bugünədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 300-dək layihə maliyyələşdirilib və bu məqsədlə 2,7 milyard manatdan artıq güzəştli kredit vəsaiti ayrılıb. “Report” xəbər verri ki, bu barədə SİF məlumat yayıb. Bildirilir ki, verilmiş güzəştli kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsündə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinin payı 91,7 % təşkil edib. 6,1 % sənaye məhsullarının istehsalı və emalı, 1,6 % xidmət sahələrinin (infrastruktur, tibb, təhsil və s.) inkişafı, 0,6 %-i isə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb. Məbləğ üzrə kreditlərin 60,5 % kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 26,1 %-i sənaye məhsullarının istehsalı və emalı, 2,2 %-i turizmin inkişafı, 11,1 %-i isə xidmət sahələrinin inkişafına yönəldilib. Verilmiş güzəştli kreditlər əhalinin məşğulluq səviyyəsinin artırılmasında vacib rol oynayır. 2002-2022-ci illər ərzində verilmiş güzəştli kreditlər hesabına 177 mindən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Güzəştli kreditlərdən istifadə etməklə reallaşdırılan layihələr hesabına kənd təsərrüfatı sahəsində təqribən 113 min, sənaye sahəsində 50 min, turizm və xidmət sahələrində isə 14 minədək insanın işlə təmin olunması imkanı yaranıb. 2002-2022-ci illər ərzində güzəştli kreditlərin regionlar üzrə bölgüsündə layihə sayı üzrə 6,5 % Bakı şəhəri və ətraf qəsəbələrin, 93,5 %-i isə regionların payına düşür. Maliyyələşdirilmiş layihə sayına görə regionlar arasında Qarabağ iqtisadi rayonu 17,6 %-lə ilk yerdədir. Məbləğ üzrə kreditlərin 25,6 % Bakı şəhəri, 74,4 % isə digər regionlarda fəaliyyət göstərən biznes subyektlərinə verilib. Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi istiqamətində fəaliyyət göstərən, 2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılmış publik hüquqi şəxsdir. Fond ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəz edən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi ilə iqtisadiyyatda özəl sektorun payının daha da artırılmasına xidmət edir.
Comments are closed, but trackbacks and pingbacks are open.