Li bəy Hüseynzadə
Tarixçi:
Əli bəy Hüseynzadənin “Zəlzələ dolayısilə” şeiri – Azər Turanın təqdimatında
1939-cu ildə Türkiyədə indikindən daha şiddətli bir zəlzələ olmuşdu. Tarixə Böyük Ərzincan Zəlzələsi olaraq keçən bu depremdə 32 mindən çox insan həyatını itirsə də, Türkiyə ayaqda qalmağı bacardı. Onda da qış idi. Dekabr ayının 27-si idi. Atatürk bir il idi ki, dünyasını dəyişmişdi. Xarici siyasi təhdidlərə etina etməyən, Atatürkün qurduğu Cümhuriyyəti müqəddəs dəyər olaraq mənimsəyən türk milləti bu zəlzələnin fəsadlarını da aradan qaldırdı. Və yeni qurulmuş Cümhuriyyəti yıxılmağa, çökməyə qoymadı. O zaman da 50 saniyə davam edən zəlzələnin bunca insan itkisinə səbəb olmasını hərə öz bildiyi kimi şərh edirdi. Geoloqa görə, bu, sadəcə, bir qələti-təbiət, yəni təbiətin səhvi idi. Bəziləri düşünürdü ki, memarlıq inkişaf etmədiyi üçün, fəlakətin miqyası bu qədər geniş olub. Tarixçilərə görə, binaların geotexniki tədqiqlər aparılmadan, özü də vulkanik ərazilərdə tikilməsi istibdad dövrünün fəsadlarıydı ki, özünü indi göstərirdi.
Zəlzələ təbii ki, şeir mövzusu deyil. Amma 1939-cu ildə Əli bəy Hüseynzadə bir Ərzincan türküsünə göndərmə edərək, həmin günlərdə “afət (yəni fəlakət) qarşısında şair, alim, gənclik və Qızılaya ithaf”ən “Zəlzələ dolayısilə” adlı şeir yazmışdı. Bu intellektual və vətənpərvər şeir zəlzələnin bütün acı mənzərəsini ozanın, geoloqun, memarın, tarixçinin, Qızılayın, gəncliyin və dizemenin, yəni şairin dilindən təqdim edir, həm də o təhlükəli və həssas zamanda Cümhuriyyəti, milləti və Atatürk ülküsünü vəsf edirdi.
Azər TURAN
Əli bəy HÜSEYNZADƏ
Zəlzələ dolayısilə
Qızılaya ithaf
Ozan:
Ərzincanda bir quş var
Dalda yuva arıyor.
Qanadından qan sızar,
Dərdə dəva arıyor.
Gördü fəci bir ölüm
İraq yerdən gələn var
Üzərində kəfən: qar,
Ya Rəbb, nədir bu zülüm?
Geoloq:
Şu dünya bir toparlaq,
Mərkəzi atəş buxar,
Qabıqsa yer-yer çatlaq,
Mühlik, tektonik hallar.
Sorma kimdə qəbahət!
Ərzin yapısı böylə,
Memar:
Bir vulkan sarsıtdı yurdu,
Yıxıldı ev, dam, divar.
Arama, kimdir suçlu,
Memarlıqda qüsur var.
İnşa tərzi bərbaddı,
Təməl deyildi sağlam.
Çatı tipi sakatdı.
Çökməyə məhkumdu dam.
Tarixçi:
Suçlu istibdad dövrü
Ondan mirasdır bu hal,
Etmiş tamamən ehmal.
Qızılay:
Aramaq suçlu, mücrim?
Burax mazi bəhsini,
Şu deprəm afət oldu,
Bir çox fəlakətzədə.
Bir an əvvəl qoş, ödə!
Bir çox şəhər, qəsəbə,
Giresun, Ordu, Niksar
Tokat, Sivas, Erbaa.
Yaşlı müztərib ağlar.
Yüzlərcə köy pərişan,
Getmiş binlərcə insan.
Xain afətə qurban,
Sönmüş bir çox xaniman
Sağlar qar altında ac
Yaralı xəstə, çıplaq,
Bir çoxu yoxsul, möhtac,
Lazım yardıma qoşmaq.
Gənclik:
Ortaq dərdinə yurdun,
Olsa da yollar uzun,
Hər yanda qar, fırtına,
Türküz, yıldırmaz bizi,
Nə borağan, nə tufan.
Nə zəlzələ, nə vulkan.
Dizemen: (nazım)
Ölən öldü, dirilməz
Sağı qurtarmağa bax.
Viran evlər düzəlməz
Yeni yurd qurmağa bax
Modern olsun, dayansın,
Zəlzələ, sel, fırtına.
Yaşasın ulu millət
Yüksək Kamal ülküsü,
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Əli bəy Hüseynzadə
Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) (24 fevral 1864, Salyan, Bakı quberniyası, Rusiya imperiyası – 17 mart 1940, İstanbul) — Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri.
Wikipedia logo | Əli bəy Hüseynzadə haqqında Vikipediyada məqalə var. |
A [ redaktə ]
- Allahını tanıyan millət, milli birliyini də dərk edəcəkdir.
- Ayltmadı qələmim
Şu türk ilə əcəmi.
Nə qoydular yazalım,
Nə qırdılar qələmi. - Azərbaycan türkləri türklərin ən hürriyyətpərvərləridir.
B [ redaktə ]
- Bilirmisən cahillər
Nə yapdılar Vatana?
Nə qoydular uyusun,
Nə qoydular oyana. - Bir millətin qüvvət qazanması ortaq dəyərlər arasında mənəvi bağın artmasına bağlıdır. Özəlliklə qarşılıqlı sevginin artmasına çalışilmalıdır. Məsələ bir-birimizi tanımaq, sevmək, mədəniyyət yolunda bir-birimizə yardım etmək məsələsidir.
- Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın…
E [ redaktə ]
- Ermənilər, qonşular, siz özünüzü hər nə qədər öyürsünüz öyün, hər nə qədər lovğalanırsınız lovğalanın, iki min illik tarixinizi nə qədər istərsiniz qarışdırın, yenə də içinizdən nə bir Əbu Əli İbn Sina, nə bir Mövlana Cəlaləddin Rumi, nə bir Uluqbəy göstərə bilməzsiniz. Ərəstünlər, Homerlər yerən yunanlarla, Musalar, İsalar, Spinozalar, Heynelər, Lassallar yetişdirən yəhudilərlə heç bir vəchlə bənzəriniz yoxdur. Yüksəlin! Qonşular, yüksəlin! Yüksəlmədikcə, əxlaqınızı təmizləmədikcə, milli xəyallarınızı beyninizdən çıxarıb atmadıqca bəşəriyyətə, insaniyyətə İsalar, Məhəmmədlər, Buddalar kimi bir nəzərlə baxmadıqca böyük millətlərə bənzəməzsiniz, məhv olub gedərsiniz.
Ə [ redaktə ]
- Ədəbi dilə malik olmayan qövm müstəqil qövm surətində çox yazmaz. Ədəbi dili olmayan qövm yaşamaq və dünya məişətini keçirmək üçün özündən mədəniyyətli, ədəbi dili olan bir qövmün dilini itxaz etməyə məcburdur.
H [ redaktə ]
- Həqiqətin də dadı və ləzzəti var.
- Hər bir millət o zaman səadət və nicatda olur ki, əvvəl əmrdə özünü tanıya. Yəni hər bir millət öz qövmiyyətini, dilini, dinini, tarixini, adət və əxlaqını, keçmişini, bu gününü və gələcəyini öyrənməlidir.
- Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur.
- Hürriyyət. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor.
Q [ redaktə ]
- Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər.
M [ redaktə ]
- Mən türkəm, qafqazlı bir türkəm, türk bir müsəlmanam, müsəlman bir insanam, demək ki, mən bu dörd sifətlə dünyaya gəldim, bu dörd sifətlə yaşamaq məcburiyyətindəyəm. [1]
O [ redaktə ]
- O millət, o qövm səadət və nicat tapa bilər ki, öz qövmiyyətini, dilini, dinini, tarixini, adət və əxlaqını öyrənir.
T [ redaktə ]
- Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar.
U [ redaktə ]
- Ucundadır dilimin
Həqiqətin əzəmi.
Nə qoydular deyəlim,
Nə kəsdilər dilimi.
V [ redaktə ]
- Vəhdət bir millətin birliyi, bütövlüyü, sarsılmazlığı və tərəqqi yoludur.
Y [ redaktə ]
- Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur.
Z [ redaktə ]
- Zaman bir nəhrdir, hər an axar, durmaz. Güzər eylər bütün asari-insanın.
Haqqında sitatlar [ redaktə ]
- Əfsanəvi Əli bəy dünyanın bütün dillərini, elm və fənlərin hər növünü, ədəbiyyat və incəsənətin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər idi.
- tarixçi Yusif Akçuraoğlu
- Tədqiqatçı alim Tadeuş Svyataxovski
- Y.Qarayev.
Mənbə [ redaktə ]
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
- Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri. Bakı, 2007.
İstinadlar [ redaktə ]
- ↑[1] “Türk dünyasının böyük ideoloqu” (metodiki vəsait) Bakı,2014
- Əlifba sırasına görə şəxslər
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Azərbaycan jurnalistləri
- Azərbaycanlı jurnalistlər
- Azərbaycan publisistləri
- Azərbaycanlı publisistlər
- Türkiyə siyasətçiləri
- Azərbaycan siyasətçiləri
- Azərbaycanlı siyasətçilər
- Azərbaycan rəssamları
- Azərbaycanlı rəssamlar
- Azərbaycan filosofları
- Azərbaycanlı filosoflar
Əli bəy hüseynzadə seçilmiş əsərləri
Klassik Azərbaycan ədəbiyyatı
Abid Əmin. Seçilmiş əsərləri [Mətn] /Əmin Abid; tərtib ed. və ön sözün müəl. B.Əhmədov.-B.: Şərq-Qərb, 2007.-288 s.
Ağaoğlu Əhməd bəy. Seçilmiş əsərləri [Mətn] /Ə. Ağaoğlu; tərt. ed. Ə. Mirəhmədov, V. Quliyev; ön sözün müəl. V. Quliyev; red. A. Rüstəmli.-B.: Şərq-Qərb, 2007.- 391, [1] s.
Axundov Süleyman Sani. Seçilmiş əsərləri [Mətn] /S.S.Axundov; Tərtib edəni və ön sözün müəllifi. N.Vəlixanov; Red. Ş.Vəliyev.-B.: Şərq-Qərb, 2005. 448 s.
Axundzadə Mirzə Fətəli. Əsərləri [Mətn]: [3 cilddə]. I cild /Mirzə Fətəli Axundzadə; tərt. ed. və ön sözün müəl. N.Məmmədov.- B.: Şərq-Qərb, 2005.- 296 s.
Axundzadə Mirzə Fətəli. Əsərləri [Mətn]: [3 cilddə]. II cild /M.F.Axundzadə; tərt. ed. H.Məmmədzadə; ön sözün müəl. Y.Qarayev; red. Ə.Mirəhmədov.- B.: Şərq-Qərb, 2005.- 376 s.
Axundzadə Mirzə Fətəli. Əsərləri [Mətn]: [3 cilddə]. III cild /M.F.Axundzadə; tərt. edəni və ön sözün müəl. H.Məmmədzadə.- B.: Şərq-Qərb, 2005.- 296 s.
Aşıq Alı. Əsərləri [Mətn] /Aşıq Alı; Tərtib ed. və ön sözün müəll. H.İsmayılov.- B.: Avrasiya press, 2006.- 192 s.
Bakıxanov Abbasqulu ağa. Seçilmiş əsərləri [Mətn] /A. Bakıxanov; tərt. ed., fars dilindən tərcümə, müqəddimə, qeyd və şərhlərin müəl. M. Sultanov; red. Ə. Əhmədov, R. Sultanov.- B.: Avrasiya Press, 2005.-488 s.
Bürhanəddin Qazi. Divan [Mətn] /Qazi Bürhanəddin; tərtib ed. Ə.Səfərli; red. S.Əlizadə.- B.: Öndər, 2005.- 728 s.
Cabbarlı Cəfər. Əsərləri: 4 cilddə. I cild [Mətn] /Cəfər Cabbarlı; Tərt.ed., ön sözün və şərhlərin müəllifi: Asif Rüstəmli.- B.: Şərq-Qərb, 2005.- 328 s
Cabbarlı Cəfər. Əsərləri: 4 cilddə. II cild [Mətn] /Cəfər Cabbarlı; Tərt.ed., ön sözün və şərhlərin müəllifi: Asif Rüstəmli.- B.: Şərq-Qərb, 2005.- 360 s.
Cabbarlı Cəfər. Əsərləri: 4 cilddə. III cild [Mətn] /Cəfər Cabbarlı; Tərt.ed., ön sözün və şərhlərin müəllifi: Asif Rüstəmli.- B.: Şərq-Qərb, 2005.- 368 s.
Cabbarlı Cəfər. Əsərləri: 4 cilddə. IV cild [Mətn] /Cəfər Cabbarlı; Tərt.ed., ön sözün və şərhlərin müəllifi: Asif Rüstəmli.- B.: Şərq-Qərb, 2005.- 288 s.
Cavad Əhməd. Seçilmiş əsərləri [Mətn] /Əhməd Cavad; Tərtib edəni: Əli Saləddin.- B.: Şərq-Qərb, 2005.- 296 s.
Hüseyn Cavid.Əsərləri [Mətn]: Beş cilddə. I cild/Hüseyn Cavid; Tərt. ed. Turan Cavid; Red. Teymur Kərimli.- B.: Lider, 2005.- 256 s.
Hüseyn Cavid. Əsərləri [Mətn]: Beş cilddə. II cild /H.Cavid; Tərt. ed. Turan Cavid; Red. Teymur Kərimli.- B.: Lider, 2005.- 352 s.
Hüseyn Cavid. Əsərləri [Mətn]: Beş cilddə. III cild /H.Cavid; Tərt. ed. Turan Cavid; Red. Teymur Kərimli.- B.: Lider, 2005.- 304 s.
Hüseyn Cavid. Əsərləri [Mətn]: Beş cilddə. IV cild /H.Cavid; Tərt. ed. Turan Cavid; Red. Teymur Kərimli.- B.: Lider, 2005.- 256s.
Hüseyn Cavid. Əsərləri [Mətn]: Beş cilddə. V cild /H.Cavid; Tərt. ed. Turan Cavid; Red. Teymur Kərimli.- B.: Lider, 2005.- 288s.
Çəmənzəminli Yusif Vəzir. Əsərləri [Mətn]: Üç cilddə . I cild /Yusif Vəzir Çəmənzəminli; tərt.ed. M.Axundova, Red. T.Hüseynoğlu.- B.: Avrasiya Press, 2005.- 360 s.
Çəmənzəminli Yusif Vəzir. Əsərləri [Mətn]: Üç cilddə . II cild /Yusif Vəzir Çəmənzəminli; tərt.ed. M.Axundova, Red. T.Hüseynoğlu II cild.- B.: Avrasiya Press, 2005.- 664 s.
Çəmənzəminli Yusif Vəzir. Əsərləri [Mətn]: Üç cilddə . III cild /Yusif Vəzir Çəmənzəminli; tərt.ed. M.Axundova, Red. T.Hüseynoğlu III cild.- B.: Avrasiya Press, 2005.- 440 s.
Çobanzadə Bəkir. Seçilmiş əsərləri [Mətn]: beş cilddə /B. Çobanzadə; nəşrə hazırlayan və ön sözün müəl. M. Adilov; red. A. Babayev I cild.- B.: Şərq-Qərb, 2007.- 336 s.
Çobanzadə Bəkir. Seçilmiş əsərləri [Mətn]: beş cilddə /B.Çobanzadə; nəşrə hazırlayan. A.Ramazanov, T.Quliyev; red. və ön sözün müəl. M.Adilov.- II cild.- B.: Şərq-Qərb, 2007.- 365, [3] s.
Çobanzadə Bəkir. Seçilmiş əsərləri [Mətn]: beş cilddə /B.Çobanzadə; nəşrə hazırlayan və ön sözün müəllifi. M.Adilov; red. A.Babayev.- III cild.- B.: Şərq-Qərb, 2007.- 342, [2] s.
Çobanzadə Bəkir. Seçilmiş əsərləri [Mətn]: beş cilddə /B.Çobanzadə; nəşrə hazırlayan və ön sözün müəl. M.Adilov; red. V.Adilov.- IV cild.- B.: Şərq-Qərb, 2007.- 198, [2] s.
Çobanzadə Bəkir. Seçilmiş əsərləri [Mətn]: beş cilddə /B.Çobanzadə; nəşrə hazırlayan. M.Adilov, S.Hadıyeva; red. V.Adilov, T.Axundova V cild.- B.: Şərq-Qərb, 2007.- 261, [3] s.
Divanbəyoğlu Abdullabəy. Seçilmiş əsərləri [Mətn] /Abdulla bəy Divanbəyoğlu; tərtib ed. və ön sözün müəl. İ. Bəktaşi.- B.: Şərq-Qərb, 2006.- 184 s.
Əfəndiyev Rəşid bəy. Seçilmiş əsərləri [Mətn] /R. Əfəndiyev; tərtib ed. A. Abdullayev; red. M. Adilov; [buraxılışa məsul: Ə.Güləliyev].-B.: Şərq-Qərb, 2006.-120 s.
Fədai. Bəxtiyarnamə [Mətn] /Fədai; Tərtib və ön sözün müəllifi. Q.Məmmədli.- B.: Şərq-Qərb, 2004.- 168 s.
Füzuli Məhəmməd Süleyman oğlu. Əsərləri: [6 cilddə]. I cild [Mətn] /M. Füzuli; Tərtib edəni: H. Araslı; Red.: T. Kərimli.-.- B.: “Şərq-Qərb”, 2005.- 400 s.
Füzuli Məhəmməd Süleyman oğlu. Əsərləri: [6 cilddə]. II cild [Mətn] /M. Füzuli; Tərtib edəni: H. Araslı; Red.: T. Kərimli.- B.: Şərq-Qərb, 2005.- 336 s.
Füzuli Məhəmməd Süleyman oğlu. Əsərləri: [6 cilddə]. III cild [Mətn] /M. Füzuli; Tərtib edəni: H. Araslı; Red.: T. Kərimli.- B.: Şərq-Qərb, 2005.- 472 s.
Füzuli Məhəmməd Süleyman oğlu. Əsərləri: [6 cilddə]. IV cild [Mətn] /M. Füzuli; Tərtib edəni: H. Araslı; Red.: T. Kərimli.- B.: Şərq-Qərb, 2005.- 344 s.
Füzuli Məhəmməd Süleyman oğlu. Əsərləri: [6 cilddə]. V cild [Mətn] /M. Füzuli; Tərtib edəni: H. Araslı; Red.: T. Kərimli.- B.: Şərq-Qərb, 2005.- 224 s.
Füzuli Məhəmməd Süleyman oğlu. Əsərləri: [6 cilddə]. VI cild [Mətn] /M. Füzuli; Tərtib edəni: Ə. Səfərli; Red.: T. Kərimli.- B.: Şərq-Qərb, 2005.- 384 s.
Gülşəni Şeyx İbrahim Bərdəi. Divan [Mətn] /Şeyx İbrahim Gülşəni Bərdəi; Əlyazma qaynaqları əsasında nəşrə hazırl. və ön sözün müəl.A.Musayeva; Red. S.Şıxıyeva.- B.: Avrasiya Press, 2006.- 416 s.
Hadi Məhəmməd. Seçilmiş əsərləri [Mətn] /M.Hadi; Tərt. edənlər: Ə.Hüseynov, Ə.Mirəhmədov, Ə.Hüseyni.- B.: Şərq-Qərb, 2005.- 464 s.
Haqverdiyev Əbdürrəhim bəy. Seçilmiş əsərləri: 2 cilddə. I cild [Mətn] /Ə. Haqverdiyev; Tərt. edəni və ön sözün müəllifi: K. Məmmədov.- B.: Lider, 2005.- 504 s. ,1 portr.
Haqverdiyev Əbdürrəhim bəy. Seçilmiş əsərləri: 2 cilddə. II cild [Mətn] /Ə.Haqverdiyev; Tərt. edəni: K.Məmmədov.- B.: Lider, 2005.- 408 s.
Heyran xanım Dünbüli. Seçilmiş əsərləri [Mətn] /Heyran xanım; Tərtib edənlər. M. Soltan, Q. Məmmədli; Red. C. Nağıyeva; Rəssam. M. Rəhmanzadə.- B.: Şərq-Qərb, 2006.- 232s.
Həbibi. Şeirlər [Mətn] /Həbibi; Toplayanı və tərtib ed. Ə. Məmmədov; Red. A. Paşayeva.- B.: Şərq-Qərb, 2006.- 88 s.
Həqiqi Cahanşah. Şeirlər [Mətn] /C.Həqiqi; tərt. ed. Ə.Rəhimov, L.Hüseynzadə, H.Mail; red. M.Mailoğlu.- B.: Şərq-Qərb, 2006.- 152 s.
Nərimanov Nəriman. Seçilmiş əsərləri [Mətn] /N. Nərimanov; red. R.Mehdiyev; tərt. edən və ön sözün müəl. T.Əhmədov.- B.: Lider, 2004.- 496 s.
Hüseynzadə Əli Bəy. Seçilmiş əsərləri [Mətn] /Əli bəy Hüseynzadə; transliterasiya və tərt ed. O. Bayramlı; elmi red. və izahların müəllifi.A. Turan.- B.: Şərq-Qərb, 2007.- 479, [1] s.
Xaqani Şirvani. Seçilmiş əsərləri [Mətn] /X. Şirvani; tərt. ed. M. Sultanov; ön sözün müəl. və elmi red. X. Yusifli.- B.: Lider, 2004.- 672 s.
Xətai Şah İsmayıl. Əsərləri [Mətn] /Şah İsmayıl Xətayi; tərt. ed. Ə. Səfərli, X.Yusifli; ön sözün müəl. X.Yusifli.- B.: Şərq-Qərb, 2005.- 384 s.
Kişvəri Nemətullah. Əsərləri [Mətn] /Kişvəri; tərt. ed., şərh və lüğətin müəl. C. Qəhrəmanov; ön sözün müəl. Ə. Səfərli.- B.: Şərq-Qərb, 2004.- 176 s.
Köçərli Firudin bəy Əhmədağa oğlu. Azərbaycan ədəbiyyatı [Mətn]: 2 cilddə /F.Köçərli; tərt. ed., müqəddimə, izah və qeydlərin müəl. R. Qənbərqızı; red. Ə.Mirəhmədov, B.Nəbiyev.- I cild.- B.: Avrasiya Press, 2005.- 560 s.
Köçərli Firudin bəy Əhmədağa oğlu. Azərbaycan ədəbiyyatı [Mətn]: 2 cilddə /F.Köçərli; tərt. ed., müqəddimə, izah və qeydlərin müəl. R.Qənbərqızı; red. Ə.Mirəhmədov, B.Nəbiyev.- II cild.- B.: Avrasiya Press, 2005.- 464 s.
Qaracaoğlan. Şeirlər [Mətn] /Qaracaoğlan; tərtib edənlər və ön sözün müəllifləri. İ.Öməroğlu, Q.Namazov
B.: Şərq-Qərb, 2006.-256 s.Qənizadə Sultan Məcid. Seçilmiş əsərləri [Mətn] /S.Qənizadə; tərtib ed. ön sozün, şərhlərin və lüğətin müəl. A.Zamanov; red. H.Araslı.- Bakı.-Avrasiya press, 2006. XX əsr.
Qəmküsar Əliqulu. Seçilmiş əsərləri [Mətn] /Ə.Qəmküsar; tərtib ed. və red. İ.Ağayev.-B.: Şərq-Qərb, 2006.-158 s.
Qövsi Təbrizi. Seçilmiş əsərləri [Mətn] /Qövsi Təbrizi; tərtib edəni və ön sözün müəllifi. Paşa Kərimov; red. Kamil Allahyarov.- B.: Lider, 2005. -328 s.
Qurbani. Əsərləri [Mətn] /Qurbani; tərt., ön söz, qeyd və izahların müəl. Q.Kazımov, B.: Şərq-Qərb, 2006. -232 s.
Qutqaşınlı Hacı İsmayıl bəy. Əsərləri [Mətn] /H. İ. Qutqaşılı; Ön sözün müəllifi: C. Qəhrəmanov; Tərtib edəni və elmi red.: Ə. Tahirzadə.- Bakı: Lider, 2005.-224 s.
Marağalı Əvhədi. Cami-Cəm [Mətn] /Farscadan tərcümə edən və izahların müəllifləri: Qulamhüseyn Beqdeli Xəlil Yusifli; Ön sözün müəllifi və elmi red. Xəlil Yusifli.- B.: Lider, 2004.- 288 s.
Marağayi Zeynalabdin. İbrahim bəyin səyahətnaməsi və ya təəssübkeşliyin bəlası [Mətn] /Z.Marağayi; Farscadan tərcümə edən və ön sözün müəllifi. H. Məmmədzadə; Farscadan tərcümənin red. H.Xoşginabi Bakı : Avrasiya Press , 2006.-456 s.
Məhsəti Gəncəvi. Rübailər [Mətn] /G. Məhsəti; tərc. N.Rəfibəyli, X.Yusifli.- B.: Lider, 2004.- 144 s.
Məmmədquluzadə Cəlil Məmmədqulu oğlu. Əsərləri [Mətn]: 4 cilddə. Nəsr, dram əsərləri, satirik şeirlər, tərcümələr /C. Məmməquluzadə; tərt. ed. və izahların müəl. İ. Həbibbəyli; red. V. Məmmədov I cild.- B.: Öndər, 2004.- 664 s.
Məmmədquluzadə Cəlil Məmmədqulu oğlu. Əsərləri [Mətn]: 4 cilddə. Felyeton və məqalələr /Cəlil Məmmədquluzadə; tərt. ed. və izahların müəllifi: İ. Həbibbəyli; red. V. Məmmədov II cild.- B.: Öndər, 2004.- 584 s.
Məmmədquluzadə Cəlil Məmmədqulu oğlu. Əsərləri [Mətn]: 4 cilddə. Felyetonlar və məqalələr /Cəlil Məmmədquluzadə; tərt. ed. və izahların müəl. İ. Həbibbəyli; red. V. Məmmədov III cild.- B.: Öndər, 2004.- 480 s.
Məmmədquluzadə Cəlil Məmmədqulu oğlu. Əsərləri [Mətn]: 4 cilddə. Memuarlar, məqalələr, məktublar /Cəlil Məmmədquluzadə; tərt. ed. və izahların müəl. İ. Həbibbəyli; red. V. Məmmədov IV cild.- B.: Öndər, 2004.- 472 s.
Mənsur Səməd. Seçilmiş əsərləri [Mətn] /Ə.Qəmküsar; Tərtib edənlər: Ə.Hüseynov, T.Hüseynova, A.Abdullayev; [Buraxılışa məsul: Ə.Güləliyev].- B.: Şərq-Qərb, 2006.- 248 s.
Məsihi. Vərqa və Gülşa [Mətn] /Məsihi; tərt. ed., ön sözün və şərhlərin müəl. Ə. Səfərli; red. X. Yusifli.- B.: Şərq-Qərb, 2005.- 336 s.
Molla Cümə. Əsərləri [Mətn] /Molla Cümə; Tərt. edəni və ön sözün müəllifi: P. Əfəndiyev; Elmi red.: H. İsmayılov; [Buraxılışa məsul: Ə. Güləliyev].0 B.: Şərq-Qərb, 2006.- 648 s.
Möcüz Mirzə Əli Şəbüstəri. Seçilmiş əsərləri [Mətn] /Mirzə Əli Möcüz; toplayanı, tərtib edəni və ön sözün müəl. Q. Məmmədli; [buraxılışa məsul: U. Rəhimoğlu].-B.: Avrasiya Press, 2006. – 216 s.
Musabəyov İbrahimbəy. Neft və milyonlar səltənətində [Mətn] /İ.Musabəyov; tərt. ed. və ön sözün müəl. G.Məmmədova.- B.: Şərq-Qərb, 2006. -152 s.
Müşfiq Mikayıl. Seçilmiş əsərləri [Mətn] /M.Müşfiq; Tərt. edəni və red. G.Hüseynoğlu.- B.: Şərq-Qərb, 2004.- 352 s., 1 portr.
Müznib Əliabbas. Seçilmiş əsərləri [Mətn] /Ə. Müznib; Tərtibçi, ön sözün və lüğətin müəl. İ. Ağayev.- B.: Şərq-Qərb, 2006.- 256 s.
Natəvan Xurşidbanu. Əsərləri [Mətn] /Õ. Natəvan; Tərt. və ön sözün müəllifi. B. Məmmədov.- B.: Lider, 2004.- 88 s.
Nemanzadə Ömər Faiq. Seçilmiş əsərləri [Mətn] /Ömər Faiq Nemanzadə; Tərtib edəni, ön sözün və izahların müəllifi. Ş.Qurbanov.- B.: Şərq-Qərb, 2006.- 352 s.
Nəbati Seyid Əbülqasim. Seçilmiş əsərləri [Mətn] /Seyid Əbülqasım Nəbati; Tərtib edən. Əbülfəzl Hüseyni; Ön sözün müəllifi. Zaman Əsgərli.- B.: Şərq-Qərb, 2004.- 216 s.
Nəsimi İmadəddin. Seçilmiş əsərləri [Mətn]: 2 cilddə. I cild. /İmadəddin Nəsimi; Tərt. åd. Həmid Àraslı; Red. və lüğətin müəllifi: Teymur Kərimli.- B.: Lider, 2004.- 336 s.
Nəsimi İmadəddin. Seçilmiş əsərləri [Mətn]: 2 cilddə. II cild /İmadəddin Nəsimi; tərt. åd. Həmid Àraslı; red. və lüğətin müəl. Teymur Kərimli.- B.: Lider, 2004.- 376 s.
Nəvvab Mir Möhsün Qarabaği. Seçilmiş əsərləri [Mətn] /Mir Möhsün Nəvvab; Transliterasiya ed. Ə.Məmmədbağıroğlu, A.Ramazanov; Elmi, dini, tibbi qeydləri tərcümə ed. R.Kərimov..- B.: -Şərq-Qərb, 2006.- 216 s.
Nizami Gəncəvi. İskəndərnamə [Mətn]: İqbalnamə /N.Gəncəvi; Tərc.ed.: M.Rzaquluzadə; İzahların müəllifi: Əkrəm Cəfər; Ön sözün müəllifi: Zümrüd Quluzadə.- B.: Lider, 2004.- 256 s.
Nizami Gəncəvi. İskəndərnamə [Mətn]: Şərəfnamə /N.Gəncəvi; Tərc.ed. Abdulla Şaiq.- B.: Lider, 2004.- 432 s.
Nizami Gəncəvi. Leyli və Məcnun.- B.: “Lider nəşriyyat”, 2004.- 288 s.
Nizami Gəncəvi. Lirika [Mətn] /N. Gəncəvi; ön sözün müəl. və elmi red. X.Yusifli.- B.: Lider, 2004.- 160 s.
Nizami Gəncəvi. Xosrov və Şirin.- B., “Lider nəşriyyat”, 2004.- 392 s.
Nizami Gəncəvi. Sirlər xəzinəsi [Mətn] /N.Gəncəvi; farscadan tərc.ed. və izahların müəl. X.Rza Ulutürk; ön sözün müəl. X.Yusifli.- B.: Lider, 2004.- 264 s.
Nizami Gəncəvi. Yeddi gözəl.- B., “Lider nəşriyyat”, 2004.- 336 s.
Sabir Mirzə Ələkbər. Hîphîpnamə. İki cilddə. I cild.- B., “ŞərqQərb”, 2004.- 480 s.
Sabir Mirzə Ələkbər. Hophopnamə. İki cilddə. II cild.- B., “ŞərqQərb”, 2004.- 384 s.
Sarabski Hüseynqulu. Köhnə Bakı [Mətn] /Hüseynqulu Sarabski; Rəsmlərin müəl. Ə.Əzimzadə; red. Ə.Quliyev; ön sözün müəl. R.Məmmədova. B.: Şərq-Qərb, 2006. -144 s.
Səhhət Abbas. Seçilmiş əsərləri [Mətn] /Abbas Səhhət; tərt. ed., ön söz və qeydlərin müəl. K.Talıbzadə.- B.: Lider, 2005.- 456 s.
Səid Qurban. Əli və Nino [Mətn]: [roman] /Qurban Səid; burax. məs. Ə. Güləliyev.- B.: Şərq-Qərb, 2006.- 208 s.
Simürğ Tağı Şahbazi. Seçilmiş əsərləri [Mətn] /T. Ş. Simürğ; Tərtib edəni və ön sözün müəllifi: T. Əlişanoğlu; [Buraxılışa məsul: Ə. Güləlıyev].- B.: Şərq-Qərb, 2006.- 168s.
Seyid Əzim Şirvani. Seçilmiş əsərləri [Mətn]: 3 cilddə. I cild /S.Ə. Şirvani; Tərtib edəni: S. Rüstəmov; Red.: Q. Namazov, S. İbrahimov.- B: Avrasiya Press, 2005.- 288 s.
Seyid Əzim Şirvani. Seçilmiş əsərləri [Mətn]: 3 cilddə. II cild /S.Ə. Şirvani; Tərtib edəni: S. Rüstəmov; Red.: Q. Namazov, S. İbrahimov.- B: Avrasiya Press, 2005.- 384 s.
Seyid Əzim Şirvani. Seçilmiş əsərləri [Mətn]: 3 cilddə. III cild /S.Ə. Şirvani; Tərtib edəni: S. Rüstəmov; Red.: Q. Namazov, S. İbrahimov.- B: Avrasiya Press, 2005.- 288 s.
Təbrizi Əssar. Mehr və Müştəri [Mətn] /Ə. Təbrizi; farscadan tərc.edəni, ön söz və şərhlərin müəl. M. Sultanov; red. B.Azəroğlu.-B.: Şərq-Qərb, 2006.-312 s.
Təbrizi Saib. Seçilmiş əsərləri [Mətn] /Saib Təbrizi; tərt. və tərc. B.Azəroğlu; red. M.Adilov.-B.: Öndər, 2004. -256 s.
Tusi Xacə Nəsirəddin. Əxlaqi-Nasiri [Mətn] /Xacə Nəsirəddin Tusi; Farscadan tərcümə edəni, ön sözün və şərhlərin müəllifi: R.Sultanov; Red.: M.Nağısoylu.-B.: Lider, 2005. -280 s.
Vaqif Molla Pənah. Əsərləri [Mətn] /Molla Pənah Vaqif; Tərtib edəni və ön sözün müəllifi: Həmid Araslı.- B.: Şərq-Qərb, 2004.- 264 s.
Vəzirov Nəcəfbəy. Əsərləri [Mətn] /Nəcəf bəy Vəzirov; tərt. ed. D. Məmmədova; red. T.Məmməd.- B.: Şərq-Qərb, 2005.- 424 s.
Vidadi Molla Vəli. Əsərləri [Mətn] /Molla Vəli Vidadi; Tərtib edən: Həmid Araslı; Ön sözün müəllifi və redaktoru: Əlyar Səfərli.- B.: Öndər, 2004.- 128 s.
Zakir Qasım bəy. Seçilmiş əsərləri [Mətn] /Qasım bəy Zakir; tərt. ed. və ön sözün müəl. K. Məmmədov.- B.: Avrasiya Press, 2005.-400 s.
Zərir Mustafa. Yusif və Züleyxa [Mətn] /Mustafa Zərir; Transfoneliterasiya edən və ön sözün müəllifi: Ş. Xəlilov; Red.: M. Adilov.-B.: Şərq-Qərb, 2006.-128 s.
Comments are closed, but trackbacks and pingbacks are open.