Press "Enter" to skip to content

Əli həsənov dünya ölkələrinin müasir siyasi sistemləri

Kitabın elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov, rəyçiləri isə tarix elmləri doktoru, professor Musa Qasımlı, siyasi elmlər doktoru, dosent Elman Nəsirov və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Nafilə Rəhimovadır.

“Dünya ölkələrinin müasir siyasi sistemləri” kitabı çapdan çıxıb

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Adil Vəliyevin yenicə çapdan çıxmış “Dünya ölkələrinin müasir siyasi sistemləri” kitabı müasir dünya ölkələrinin siyasi sistemlərindən, idarəçilik rejimlərindən, hakimiyyət orqanlarının əsas funksiyaları və fəaliyyət prinsiplərindən, ictimai-siyasi institutlarından bəhs edir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Adil Vəliyevin yenicə çapdan çıxmış “Dünya ölkələrinin müasir siyasi sistemləri” kitabı müasir dünya ölkələrinin siyasi sistemlərindən, idarəçilik rejimlərindən, hakimiyyət orqanlarının əsas funksiyaları və fəaliyyət prinsiplərindən, ictimai-siyasi institutlarından bəhs edir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Kitab oxucunu ən qədim dövrlərdən başlayaraq günümüzə qədər dünyada dövlət idarəçilik sistemlərinin formalaşması və inkişafı, dövlətlərin siyasi quruluşu, idarəçilik rejimlərinin xüsusiyyətləri və s. məsələlərlə tanış edir, dövlətlərin siyasi müstəvidə müqayisəli təhlilini verir.

İki hissədən və dörd fəsildən ibarət olan kitabın müəllifləri “siyasi sistem” barədə ümumi anlayışlardan başlamış, ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Braziliya və bütövlükdə BMT-nin tamhüquqlu üzvü olan 193 dövlətin müxtəlif təbii, coğrafi ərazi və əhali xarakteristikasına, insan inkişafı indeksinə, geosiyasi əlamətlərinə, beynəlxalq münasibətlər sistemində tutduğu yerə və rola görə siyasi sistemlərini hərtərəfli təhlil etmişlər. Yeni nəşrdə Azərbaycanın siyasi və idarəetmə sisteminə – dövlət quruluşu, dövlətin tipi, dövlət başçısı, qanunverici, icra və məhkəmə hakimiyyəti, ictimai təşkilatlar və siyasi partiyalar kimi məsələlərə xüsusi yer verilmişdir.

Əli Həsənov və Adil Vəliyev müasir siyasi nəzəriyyələrə əsaslanaraq sosial-siyasi quruluşun əsas meyllərini, onların idarəetmə rejimlərinin strukturunu, tipologiyasını, inkişaf dinamikasını təhlil edirlər.

Müəlliflərə görə siyasi sistem hakimiyyətin sosial məzmununun səciyyəsini, onun daşıyıcısı olan hakim dairənin xarakterini, iqtisadi quruluşu; hakimiyyətin həyata keçirildiyi və siyasi münasibətlərin cərəyan etdiyi təsisatlar və təşkilatlar sistemini göstərir, siyasi hakimiyyət və təsisatların fəaliyyət prinsiplərini, normalarını, bu fəaliyyətin yönümünü müəyyən edir. Bu baxımdan cəmiyyətin siyasi sisteminə daxil olan təsisatlar ya bilavasitə, yaxud da öz ictimai hərəkatları və siyasi təşkilatları vasitəsilə dolayısı ilə dövlət həyatında maddi və mənəvi varlıqların idarə edilməsi və bölüşdürülməsində iştirak edərək ayrı-ayrı sosial qrupların çeşidli maraqlarını ifadə edir.

Kitabda vurğulandığı kimi, dünya ölkələri müxtəlif əlamətlərə – təbii, coğrafi, ərazi, əhali xarakteristikalarına, iqtisadi və texnoloji inkişaf səviyyəsinə, geosiyasi əlamətlərinə, beynəlxalq münasibətlər sistemində yerinə, roluna və s. görə təsnif olunur. Dövlətləri bir-birindən fərqləndirən əlamətlər onların daxili vəziyyəti ilə yanaşı, beynəlxalq münasibətlərinə də təsir göstərir.

Müəlliflər vurğulayırlar ki, hazırda bütün bunlarla yanaşı, ölkələri həm də onların siyasi idarəçilik sisteminin xarakterinə görə təsnif edirlər. Yəni, əvvəllər hər bir ölkənin idarəçilik sistemi onun daxili işi sayılırdısa, yeni dünya nizamının bərqərar olduğu XXI əsrdə bu, transmilli xarakter alaraq, beynəlxalq aləmin diqqət mərkəzinə çıxarılmışdır.

Müəlliflərə görə, bu kitabın əsas məqsədi dövlətlərin siyasi sistemlərinin açıqlanması ilə məhdudlaşmır, əsas niyyət bu ölkələrin siyasi idarəçilik rejimləri ilə bağlı forma, mexanizm və digər komponentləri izah etmək, onların əhatə dairəsini müəyyənləşdirmək, nəhayət bu sahədə ümumi sistemin funksiya və vəzifələrini göstərməkdir.

Kitabın elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov, rəyçiləri isə tarix elmləri doktoru, professor Musa Qasımlı, siyasi elmlər doktoru, dosent Elman Nəsirov və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Nafilə Rəhimovadır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və zəngin məlumatları özündə ehtiva edən bu kitab ali məktəblərin politologiya, beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisasları üzrə təhsil alan tələbələr, doktorantlar və digər müvafiq ixtisas sahibləri üçün dəyərli əsər və əvəzsiz mənbə olacaqdır.

Əli həsənov dünya ölkələrinin müasir siyasi sistemləri

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Dünya ölkələrinin müasir siyasi sistemləri

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Əli həsənov dünya ölkələrinin müasir siyasi sistemləri

Kitab oxucunu ən qədim dövrlərdən başlayaraq günümüzə qədər dünyada dövlət idarəçilik sistemlərinin formalaşması və inkişafı, dövlətlərin siyasi quruluşu, idarəçilik rejimlərinin xüsusiyyətləri və s. məsələlərlə tanış edir, dövlətlərin siyasi müstəvidə müqayisəli təhlilini verir.

İki hissədən və dörd fəsildən ibarət olan kitabın müəllifləri “siyasi sistem” barədə ümumi anlayışlardan başlamış, ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Braziliya və bütövlükdə BMT-nin tamhüquqlu üzvü olan 193 dövlətin müxtəlif təbii, coğrafi ərazi və əhali xarakteristikasına, insan inkişafı indeksinə, geosiyasi əlamətlərinə, beynəlxalq münasibətlər sistemində tutduğu yerə və rola görə siyasi sistemlərini hərtərəfli təhlil ediblər. Yeni nəşrdə Azərbaycanın siyasi və idarəetmə sisteminə – dövlət quruluşu, dövlətin tipi, dövlət başçısı, qanunverici, icra və məhkəmə hakimiyyəti, ictimai təşkilatlar və siyasi partiyalar kimi məsələlərə xüsusi yer verilib.
Əli Həsənov və Adil Vəliyev müasir siyasi nəzəriyyələrə əsaslanaraq sosial-siyasi quruluşun əsas meyllərini, onların idarəetmə rejimlərinin strukturunu, tipologiyasını, inkişaf dinamikasını təhlil edirlər.

Müəlliflərə görə siyasi sistem hakimiyyətin sosial məzmununun səciyyəsini, onun daşıyıcısı olan hakim dairənin xarakterini, iqtisadi quruluşu; hakimiyyətin həyata keçirildiyi və siyasi münasibətlərin cərəyan etdiyi təsisatlar və təşkilatlar sistemini göstərir, siyasi hakimiyyət və təsisatların fəaliyyət prinsiplərini, normalarını, bu fəaliyyətin yönümünü müəyyən edir. Bu baxımdan cəmiyyətin siyasi sisteminə daxil olan təsisatlar ya bilavasitə, yaxud da öz ictimai hərəkatları və siyasi təşkilatları vasitəsilə dolayısı ilə dövlət həyatında maddi və mənəvi varlıqların idarə edilməsi və bölüşdürülməsində iştirak edərək ayrı-ayrı sosial qrupların çeşidli maraqlarını ifadə edir.
Kitabda vurğulandığı kimi, dünya ölkələri müxtəlif əlamətlərə – təbii, coğrafi, ərazi, əhali xarakteristikalarına, iqtisadi və texnoloji inkişaf səviyyəsinə, geosiyasi əlamətlərinə, beynəlxalq münasibətlər sistemində yerinə, roluna və s. görə təsnif olunur. Dövlətləri bir-birindən fərqləndirən əlamətlər onların daxili vəziyyəti ilə yanaşı, beynəlxalq münasibətlərinə də təsir göstərir.

Müəlliflər vurğulayırlar ki, hazırda bütün bunlarla yanaşı, ölkələri həm də onların siyasi idarəçilik sisteminin xarakterinə görə təsnif edirlər. Yəni, əvvəllər hər bir ölkənin idarəçilik sistemi onun daxili işi sayılırdısa, yeni dünya nizamının bərqərar olduğu XXI əsrdə bu, transmilli xarakter alaraq, beynəlxalq aləmin diqqət mərkəzinə çıxarılıb.
Müəlliflərə görə, bu kitabın əsas məqsədi dövlətlərin siyasi sistemlərinin açıqlanması ilə məhdudlaşmır, əsas niyyət bu ölkələrin siyasi idarəçilik rejimləri ilə bağlı forma, mexanizm və digər komponentləri izah etmək, onların əhatə dairəsini müəyyənləşdirmək, nəhayət bu sahədə ümumi sistemin funksiya və vəzifələrini göstərməkdir.

Kitabın elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov, rəyçiləri isə tarix elmləri doktoru, professor Musa Qasımlı, siyasi elmlər doktoru, dosent Elman Nəsirov və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Nafilə Rəhimovadır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və zəngin məlumatları özündə ehtiva edən bu kitab ali məktəblərin politologiya, beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisasları üzrə təhsil alan tələbələr, doktorantlar və digər müvafiq ixtisas sahibləri üçün dəyərli əsər və əvəzsiz mənbə olacaqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.