Press "Enter" to skip to content

Geostrategiya” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Jurnalda həmçinin fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasovun “Yeni (postneoklassik) epistemologiya zərurəti”, ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanovanın “Azərbaycanda əxilik və əxilər”, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovun “Şuşa: Tarixi, siyasi, iqtisadi, strateji və mədəni əhəmiyyətə malik şəhər”, fəlsəfə elmləri doktoru Sakit Hüseynovun “Dini təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsi kimi”, tarix elmləri doktoru Əliağa Məmmədlinin “Azərbaycanda müasir etnomədəni proseslərin tədqiqi: nəticələr və perspektivlər”, siyasi elmlər doktoru Vəsilə Hacıyevanın “Beynəlxalq münasibətlərin hüquq problemi” və digər məqalələr də yer almışdır. Bundan əlavə, oxucular jurnalın yeni nömrəsində “Azinterpartlayış-X” MMC-nin direktoru Azər Şükürov ilə müsahibənin davamı, Azərbaycanın tarixi abidələrindən, turizm imkanlarından bəhs edən maraqlı yazılarla tanış ola bilərlər.

ƏLI HƏSƏNOV YENİ İŞ YERİNİN FOTOLARINI YAYDI – “Ora ara-sıra gedirəm”

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov paytaxtın Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında yerləşən Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binasında özünə yeni qərargah seçməsi barədə ötən gün demokrat.az xəbər portalında gedən yazıya reaksiya verib.

Əli Həsənov bu gün sayta yeni iş otağında çəkilən fotolarını göndərərək bildirib ki, o, Beynəlxalq Mətbuat Mərkəzinin binasına ara-sıra gedir : “Mənim təzə iş yerim və kabinetim Prezident Yanında Dövlət İdarəçilik Akademiyasındadır. Hazırda Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiriyəm. Beynəlxalq Mətbuat Mərkəzində isə mənim baş redaktoru olduğum “Geostrategiya” jurnalı yerləşir”.

Əli Həsənov elmi fəaliyyətlə məşğul olduğunu bildirib: “Hazırda elmi fəaliyyətlə məşğul oluram. Sizə söz verirəm ki, bununla bağlı ilk müsahibəmi də sizə verəcəm. İşinizdə uğurlar arzu edirəm. “.

Şərhlər

Azər Bayramov 2019-12-19 11:28:23

Bunlar kimə lazımdır. . BU var-dövləti o necə,hansı vısaitlə əldə edib. Ona görə o araşdırılmalıdır.

ELİF 2019-12-19 09:33:45

KAFEDRANIN İKİ FƏRQLİ QAPISI OLURMU?

vidadi 2019-12-19 09:16:06

Allah sen saxla bizim kissincerimiz variymish

Tahir 2019-12-19 08:52:41

Yəni “Yıxılmadım, ayaqdayam. ” demək istəyir.

GÜLYAZ 2019-12-18 17:34:10

onun elmi də özünə oxşayacaq.

безымянный 2019-12-18 16:36:21

этот человек вообще знает,что такой наука

Omer 2019-12-18 16:14:37

Muellim biz sizi, zizin ozunuz kimi, bas nazir gorurduk. Siz hara getdiniz.? Iller uzunu danisiqlarinizin qiymeti bilinmedi? Bunada sukur.. Ugurlar

“Geostrategiya” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Aylıq ictimai-siyasi, elmi-populyar “Geostrategiya” jurnalının 2013-cü il noyabr-dekabr nömrəsi çapdan çıxmışdır.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Aylıq ictimai-siyasi, elmi-populyar “Geostrategiya” jurnalının 2013-cü il noyabr-dekabr nömrəsi çapdan çıxmışdır.

Trend AzərTAc-a istinadən xəbər verir ki,təsisçisi “Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi olan jurnalın baş redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Nəşrə başladığı qısa müddət ərzində “Geostrategiya” jurnalı geniş populyarlıq qazanmışdır. Buna səbəb jurnalın Azərbaycanın hazırkı və perspektiv geostrateji mövqeyi, ölkəmizin regional təhlükəsizliyin təminatındakı rolunun elmi tədqiqinə böyük diqqət ayırmasıdır. Nəşrin hər nömrəsində respublikamızın strateji maraqlarının, tarixinin, mədəniyyətinin, incəsənətinin, iqtisadiyyatının, zəngin karbohidrogen ehtiyatlarının təhlilinə geniş yer verilir.

Jurnalın yenicə çapdan çıxan nömrəsində də bu məsələlər diqqətdə saxlanmışdır.

“Geostrategiya”nın yeni nömrəsi tarix elmləri doktoru, professor Əli Həsənovun “Azərbaycanın enerji təminatı və təhlükəsizliyi siyasəti” sərlövhəli məqaləsi ilə açılır.

“Geosiyasət” rubrikası altında dərc olunmuş bu sanballı məqalədə Cənubi Qafqazın zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malik olan Azərbaycan Respublikasının təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində həlledici bir amilə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdə olduğu tam dolğunluğu ilə əksini tapmışdır.

Yazıda göstərilir ki, Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə-iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialında səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.

Enerji təhlükəsizliyinin təmin olunmasının əsas prinsiplərinin ayrı-ayrı müddəalar üzrə geniş təhlil olunduğu bu analitik yazıda qeyd edilir ki, Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır.

Bundan başqa, oxucuların diqqətinə çatdırılır ki, Azərbaycanın transmilli və daxili enerji siyasəti, bu sahədə həyata keçirilən tədbirlər, reallaşdırılan vəzifələr və enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı digər məsələlər 2003-2014-cü illərdə qəbul edilmiş bir sıra rəsmi dövlət sənədlərində də əks olunmuşdur.

Professor Əli Həsənov bildirir ki, Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir. Bu siyasətin prioritet vəzifələri ölkənin təbii enerji ehtiyatlarının qorunması və səmərəli istifadəsindən, milli energetika sektorunun inkişafından, əhalinin və iqtisadiyyatın neftə, qaza, elektrik enerjisinə və digər enerji daşıyıcılarına tələbatının tam və davamlı təminatından, xarici ölkələrin Xəzər bölgəsindəki beynəlxalq, regional və yerli enerji maraqlarının və təhlükəsizliyinin respublikanın milli maraqları ilə əlaqələndirilməsindən, ölkənin enerji təhlükəsizliyindən irəli gələn digər strateji məsələlərin həllindən ibarətdir.

Daha sonra müəllif Azərbaycanın enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi daxili siyasətin əsas vəzifələrini qruplaşdıraraq belə nəticəyə gəlmişdir ki, ölkəmizin son illərdə nümayiş etdirdiyi dinamik iqtisadi inkişaf respublikanın enerji ehtiyatlarına məxsusi tələbatını əhəmiyyətli dərəcədə artırmışdır. Bu isə, öz növbəsində, iqtisadi baxımdan səmərəli və dinamik inkişaf edən, ekoloji standartlara uyğun, qabaqcıl texnologiyalarla və yüksək ixtisaslı kadrlarla təchiz olunmuş yanacaq-energetika kompleksinin formalaşdırılmasını və modernləşdirilməsini tələb edir.

Müəllif, ümumiyyətlə, konkret rəqəmlərin və faktların dili ilə dərin təhlilə, elmi araşdırmalara əsaslanan məqaləsində bu gün dünyanın əsas diqqətində olan Azərbaycanın yanacaq-energetika sisteminin hazırkı vəziyyəti, perspektivləri, Avropanın enerji təhlükəsizliyinin təminatında rolu məsələlərini hərtərəfli işıqlandırmağa nail olmuşdur.

Azərbaycanın energetika sektorunun perspektivlərini dərindən təhlil edən professor Əli Həsənov məqaləsini bu fikirlərlə bitirir: “2013-cü ilin dekabr ayında Bakıda dünyanın aparıcı neft-qaz şirkətləri və bir çox Avropa ölkələri ilə “Şahdəniz-2” layihəsi üzrə təbii qazın istehsalı, bölüşdürülməsi və ixracı üzrə yekun investisiya qərarının imzalanması isə XXI əsrdə nəinki təkcə Azərbaycanın, o cümlədən Avropa və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayacaqdır. “Şahdəniz-2″ layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır”.

Jurnalda, həmçinin fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovun “İnsan və sivilizasiya (ikinci hissə) anqlosakson liberalizmi və qloballaşma”, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Əliyevin “Sovet xalqının insanların yeni tarixi birliyi olması haqqında tezis və onun 1970-1980-ci illərdə sovet dövlətinin milli siyasətində yeri”, Əməkdar Elm Xadimi, professor Şahlar Əsgərovun “Təhsilimiz dünya təhsil sistemində”, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Bəşir Mirzanezhadın “Şagirdlərin dəyər istiqamətlərinin sosial-psixoloji təhlili” sərlövhəli məqalələri də böyük maraq doğurur.

Bunlardan əlavə, jurnalda Bakı Dövlət Universitetinin politologiya və sosiologiya kafedrasının müəllimi Ülviyyə Quliyevanın Azərbaycanın xarici siyasətinin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq kontekstində təhlilinə, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı Ramin Vəlibəyovun kütləvi şüurun transformasiyası prosesində azərbaycançılıq ideologiyasının roluna, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Şöhrət Eyvazovun informasiya cəmiyyətinin formalaşmasında informasiya təhlükəsizliyinin yeri və roluna dair araşdırmaları dərc edilmişdir.

Jurnalın bu nömrəsində, eyni zamanda, rusdilli auditoriyanın istəyi nəzərə alınaraq Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın “Мультикултурализм и его практическая реализация на Кавказе” (II) və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, filologiya elmləri namizədi Xavər Əhmədovanın “Художественно-эстетическое значение мугамного искусства в Азербайджане” sərlövhəli yazılar da verilmişdir.

Əli həsənov geostrategiya

Aylıq ictimai-siyasi, elmi-kütləvi “Geostrategiya” jurnalının may-iyun nömrəsi çapdan çıxmışdır.

Təsisçisi “Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi olan jurnalın baş redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Jurnalın bu nömrəsində də Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, iqtisadiyyatı, ictimai-siyasi həyatı, görkəmli şəxsiyyətləri ilə bağlı bir-birindən maraqlı yazılar dərc edilmişdir. Jurnalda regionda və beynəlxalq aləmdə baş verən hadisələrə dair yazılara da geniş yer verilmişdir.

“Geostrategiya”nın yeni nömrəsi tarix elmləri doktoru, professor Əli Həsənovun “Cənubi Qafqazın regional təhlükəsizlik sistemi və Ermənistan: qonşu ölkələrə qarşı ərazi iddiasının bu ölkəyə vəd etdiyi geosiyasi perspektivlər” məqaləsi ilə açılır. Məqalədə Ermənistanın Cənubi Qafqazın ümumi geosiyasi və geoiqtisadi nizamını, regional təhlükəsizlik sisteminin dinamizmini davamlı olaraq pozması və təhdid etməsi, ermənilərin tarixən azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə həyata keçirmələri, yürütdüyü işğalçılıq siyasəti nəticəsində bu ölkənin bölgədə reallaşdırılan beynəlxalq və regional enerji, nəqliyyat-kommunikasiya layihələrindən kənarda qalaraq çətin sosial-iqtisadi vəziyyətə düşməsi və s. məsələlər geniş təhlil edilir.

Professor Əli Həsənov qeyd edir ki, Azərbaycanın təhlükəsizliyinin ermənilər və onların regional, beynəlxalq havadarları tərəfindən təhdid edilməsi, ərazilərinin ələ keçirilməsi və azərbaycanlıların etnik təmizlənməyə məruz qalmaları, faktiki olaraq, son iki əsrdə davamlı olaraq baş vermişdir. Ermənistanın geostrateji mövqeyi, işğalçılıq siyasəti və iqtisadi potensialının səviyyəsi bu ölkənin regiondakı proseslərdə müstəqil iştirakını mümkünsüz edir.

Məqalədə xüsusi vurğulayır ki, dünya birliyi artıq əvvəlki illərdə olduğu kimi, Ermənistanın işğalçı siyasətinə açıq-aşkar göz yummur. Əsas beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İƏT, ayrı-ayrı nüfuzlu ölkələr Azərbaycan torpaqlarının işğal faktını təsdiq etmiş və beynəlxalq hüquq normalarına müvafiq olaraq Ermənistanı işğalçı ölkə elan etmişdir.

Jurnalın “Neft tariximiz” rubrikasında tarix üzrə fəlsəfə doktoru, dosent Ərəstun Mehdiyevin və tarix elmləri doktoru, professor Süleyman Əliyarlının həmmüəllifləri olduqları “Nobel mükafatı fondunun yaradılmasında Azərbaycan neftinin rolu” adlı məqalədə Azərbaycanın neft sənayesinin tarixindən, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurlu nəticələrindən bəhs olunur.

“Şəxsiyyətlər” rubrikasında isə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “Əzim Əzimzadə yoxsulluqdan şöhrətin zirvəsinədək yüksəldi” adlı maraqlı məqaləsi yer almışdır. Müəllif Azərbaycan karikatura sənətinin ustadı, xalq rəssamı Əzim Əzimzadənin həyat və yaradıcılığı haqqında oxuculara maraqlı faktlar əsasında geniş məlumat verir.

Jurnalda həmçinin fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasovun “Yeni (postneoklassik) epistemologiya zərurəti”, ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanovanın “Azərbaycanda əxilik və əxilər”, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovun “Şuşa: Tarixi, siyasi, iqtisadi, strateji və mədəni əhəmiyyətə malik şəhər”, fəlsəfə elmləri doktoru Sakit Hüseynovun “Dini təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsi kimi”, tarix elmləri doktoru Əliağa Məmmədlinin “Azərbaycanda müasir etnomədəni proseslərin tədqiqi: nəticələr və perspektivlər”, siyasi elmlər doktoru Vəsilə Hacıyevanın “Beynəlxalq münasibətlərin hüquq problemi” və digər məqalələr də yer almışdır. Bundan əlavə, oxucular jurnalın yeni nömrəsində “Azinterpartlayış-X” MMC-nin direktoru Azər Şükürov ilə müsahibənin davamı, Azərbaycanın tarixi abidələrindən, turizm imkanlarından bəhs edən maraqlı yazılarla tanış ola bilərlər.

Əvvəlki nömrələrində olduğu kimi, yüksək poliqrafik standartlara uyğun nəfis şəkildə çap olunmuş jurnalın bu nömrəsində də məqalələrin məzmununu tamamlayan rəngli fotoşəkillərdən istifadə edilmişdir.

“Geostrategiya” jurnalının geniş populyarlıq qazanmasına səbəb Azərbaycanın hazırkı və perspektiv geostrateji mövqeyinin, ölkəmizin regional təhlükəsizliyin təminatındakı rolunun elmi tədqiqinə böyük diqqət ayırmasıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.