Li Həsənov işdən azad edilməsinin səbəbini açıqladı – 3 ildir ki.
-Əli müəllim, nə işlə məşğul olacaqsız? Bir planınız varmı? – Mən professoram, elmlər doktoruyam. Yaradıcılıq həvəsim var. İnşallah, həm də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüyəm, ona görə də başqa cür də ola bilməz. Mən 25 il, hətta 30 il bundan qabaq, 90-cı illərdə Heydər Əliyevə qoşulub Yeni Azərbaycan Partiyasına gəlmişəm. Partiyanın yaradılması prosesində iştirak eləmişəm, orda Siyasi Şuranın üzvü olmuşam, partiya aparatında işləmişəm, sonra dövlət aparatında. Düz 30 ildir ki, bu siyasətlə, bu kursla bağlıyam. Bundan sonra da həyatımı dəyişmək keçmişdə gördüyüm bütün işlərin əleyhinə çıxış etmək deməkdir. Mən isə nə həyatımı, nə mövqeyimi, nə də fəaliyyətimi dəyişəcəm. Sadəcə, bundan sonra prezident köməkçisi, şöbə müdiri kimi deyil, prezident İlham Əliyevin tərəfdaşı və silahdaşı kimi fəaliyyətimi davam etdirəcəm. -Əli müəllim, sizin vəzifədən azad olunmanız xəbərini sosial mediada fərqli qarşılayanlar olub. Məsələn, yazırlar ki, “Azərbaycan mediasına basqı edən”, “troll ordusunu saxlayan bir adam” vəzıfədən çıxarıldı. Ünvanınıza deyilən bu ittihamları necə qiymətləndirirsiz? – Tamamilə yalandır. Əvvəla Azərbaycan mediasındakı bu günkü vəziyyət Azərbaycan cəmiyyətinin inkişafına adekvatdır. Azərbaycanda media azadlığı, söz azadlığı var, fikir plüarizmi mövcuddur. Bunu heç kim inkar edə bilməz. Bunu yazanların özü əgər belə yaza bilirsə, bu o deməkdir ki, fikir plüarizmi var. O ki qaldı hansısa trollar ordusuna, guya o trollar ordusuna mən rəhbərlik edirəm, mənim getməyimlə o trollar ordusunun fəaliyyəti dayanacaq, bu da tamamilə yalan və böhtandır. Azərbaycanda heç bir trollar ordusu yoxdur. Sadəcə olaraq, prezidenti dəstəkləyən ictimaiyyət nümayəndələri var. Onlar hamısı real profillərdir, hansı adla, necə yazdıqlarını da özləri bilir. Bilirsiz ki, Facebook rəhbərliyi son vaxtlar saxta profilllərin hamısını bağlayıbdı. O bağlanan saxta profillərin əksəriyyəti də müxalifət düşərgəsinə aid olan, sizin dediyiniz terminlə ifadə etsək, trollardı. Azərbaycan iqtidarını müdafiə edən insanlar açıq adla, imzayla, açıq ünvanla fikirlərini bildirirlər. Və Azərbaycanda prezident İlham Əliyevin siyasi kursunu dəstəkləməmək üçün, belə deyək, səbəb yoxdur. Əksinə onun əleyhinə gedənlərin əlində səbəb yoxdur ki, niyə onun əleyhinə gedirlər. Sadəcə, biz hesab edirik ki, xarici, müəyyən anti-Azərbaycan dairələrinə bağlı olan qüvvələrdir. -Prezidentin belə bir sərəncam verəcəyini gözləyirdinizmi? Çünki siz uzun illər hakimiyyətin aparıcı məmurlarından biri olmusunuz. – Mən son 3 ildə sağlamlığımla, səhhətimlə bağlı cənab prezidentdən xahiş etmişdim ki, məni bu gərgin fəaliyyətdən, gərgin vəziyyətdən azad etsin. Mən 53 yaşında iki dəfə açıq ürək əməliyyatı keçirmişəm, bir dəfə infakt olmuşam. Sağlamlığım bu günlə sabah arasında, belə deyək, mövcudluğum sadəcə olaraq, Allaha bağlıdır. Ona görə də bu iş mənim üçün həddindən artıq gərgin idi. Və son 3 il ildir, dəfələrlə cənab prezidentə müraciət etmişdim ki, cənab prezident, imkan varsa, mənim işimi dəyişin. Bu gün də təşəkkür edirəm ki, müraciətimi də nəzərə alaraq, – onun özünün də yəqin bununla bağlı planları, proqramları, səbəbləri var, – məni azad elədi. Buna görə də ona təşəkkür edirəm. Əli Həsənov gələcək fəaliyyətini – AÇIQLADI -Azərbaycanda erkən parlament seçkisinin keçiriləcəyini necə qiymətləndirirsiz? – Çox yaxşı. İnkişafımız davam edir, islahat kursu bütün hakimiyyət qanadlarını əhatə edir. Parlament də bundan kənarda qala bilməz. Yeni siyasi kusa uyğun yeni parlamentin formalaşmasına ehtiyacımız var. Düşünürəm ki, Azərbaycan xalqı da bunu istəyir. Azərbaycan seçiciləri də bunu dəstəkləyəcəklər və biz bu seçkini uğurla, müfəqqiyyətlə keçirəcəyik. -Belə fikirlər var ki, erkən parlament seçkilərinə birinci-vitse prezident Mehriban Əliyevanın prezidentliyinə yol açmaq üçün ehtiyac yaranıb. – Dünyada nə qədər insan varsa, bir o qədər də fikir var. Hər halda fikirləşmək, düşünmək, öz fikirlərini ifadə eləmək ziyanlı bir şey deyil.
Əli həsənov inteqrasiya
Əli Həsənov: “Bizə saxta ittihamlarla hücumlar təşkil edilir”
10:31 19-08-2015
CƏMİYYƏT
Əli Həsənov: “Bizə saxta ittihamlarla hücumlar təşkil edilir”
Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclası keçirilib.
Çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, türk dünyasının inteqrasiya prosesində özünəməxsus yeri olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası uğurlu birlik modeli kimi artıq özünu təsdiq edib. PA rəsmisi çıxışında vurğulayıb ki, hazırda beynəlxalq aləmdə və regionumuzda sabitliyə zərbə vuran bəzi neqativ proseslərin, həm də Türk dünyasında asayişə, sülh və əmin-amanlığa təhlükə yaratması bizi narahat etməyə bilməz.
Ə.Həsənov deyib ki, hal-hazırda antitürk, islamofob dairələrin təsirində olan bəzi beynəlxalq media resursları birmənalı şəkildə qərəzli mövqe nümayiş etdirir, müəyyən siyasi qrupların göstərişləri ilə hərəkət edirlər: “Xüsusən 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunları ərəfəsində və yarışlar dövründə bu kimi beynəlxalq media vasitələrində ölkəmizə qarşı ardıcıl şəkildə qərəzli materialların yayımlanması müasir dövrdə informasiyadan daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu bir daha sübut etmişdir. Təəssüflə qeyd etməliyəm ki, regionda əməkdaşlığın, sülhün və əmin-amanlığın tərəfdarı olan Azərbaycanın qısa müddətdə sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi böyük uğurlar dünyanın bir sıra aparıcı media resurslarının səhifələrinə çətinliklə yol tapır. Bundan başqa, bir müstəqil dövlət olaraq qazandığımız uğurların miqyası genişləndikcə, bəzən müəyyən mətbuat orqanlarında bizə qarşı qərəzli, saxta ittihamlara əsaslanan hücumlar təşkil edilir”.
Ə.Həsənov əminliklə deyib ki, oxşar problemləri olan digər türkdilli ölkələr də eyni münasibətlə qarşılaşırlar. Prezidentin köməkçisi qeyd edib ki, bu ilin sonlarında Türkiyə G-20 liderlərinin onuncu sammitinə, 2017-ci ildə Azərbaycan İslam Həmrəylik Oyunlarına, Qazaxıstan isə “Kazakhstan Expo” kimi dünya miqyaslı tədbirlərə ev sahibliyi edəcək: “Ənənəvi olaraq bəzi Qərb təşkilatları və media qurumları tərəfindən ölkələrimizə qarşı etimadsızlıq mühitinin yaradılması cəhdlərinin yeni mərhələsinə start veriləcəyini gözləmək olar. Dili, dini, etnik mənsubiyyəti eyni olan Türkdilli dövlətlərə qarşı ararılan oxşar, sistematik kampaniyalar belə düşünməyə əsas verir ki, bu fəaliyyətlər eyni mərkəzdən idarə olunur və vahid məqsədə – ölkələrimizin inkişafına, birlik və bərabərliyinə mane olmağa xidmət edir. Bu faktlar Türkdilli dövlətlər arasında həmrəyliyin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrın genişləndirilməsinə, dünya ictimaiyyətində ölkələrimiz haqqında düzgün təsəvvürün yaranması üçün qlobal informasiya şəbəkəsinə obyektiv məlumatların ötürülməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir”.
PA rəsmisinin sözlərinə görə, nəzərə alınmalıdır ki, vahid informasiya məkanının mövcud olduğu müasir dövrdə informasiya dövtətlərarası münasibətlərin inkişafında mühüm amilə çevrilmiş, həmçinin ictimai fikrin formalaşması və ifadə olunmasını təmin edən təsirli vasitə kimi medianın əhəmiyyəti daha da yüksəlmişdir: “Türkdilli dövlətlərin informasiya vasitələrində qarşılıqlı əlaqənin və həmrəyliyin təmin olunması, bu məqsədlə media qurumlarının fəaliyyətinin koordinasiya edilməsi, birgə media təsisatlarının yaradılması, ölkələrimizin maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və digər bu kimi tədbirlər hazırda da öz aktuallığını saxlamaqdadır. Bu baxımdan bu gün imzalanması nəzərdə tutulan “Türkdilli dövlətlərin milli televizlya kanalları arasında əməkdaşlıq protokolu” və “İnformasiya agentlikləri arasında anlaşma memorandumu” mühüm əhəmiyyət kəsb edir”.
Ə.Həsənovun sözlərinə görə, qlobal informasiya məkanına sərbəst çıxışın təmin edilməsi və birgə fəaliyyətin təşkili, ölkələrimizə qarşı aparılan qarayaxma kampaniyalarının qarşısının alınmasında qüvvələrimizin birləşdirilməsi və Türkdilli dövlətlərin qərəzli transmilli media şirkətlərindən asılılığına son qoyulması məqsədi ilə arternativ informasiya mənbəyinin – Beynəlxalq Türk Xəbər Kanalının yaradılması təşəbbüsü ölkələrimiz üçün tarixi əhəmiyyətə malik vacib məsələlərdən biri olmaqla yanaşı, Turk dünyasınının mərkəzləşmiş xəbər siyasətinin də formalaşmasına önəmli töhfə verə bilər: “Bu sahədə əldə etdiyimiz müəyyən təcrübələr – Türkdilli Xəbər Agentlikləri Birliyinin və daha çox Türk xalqlarının milli-mədəni dəyərlərinin təbliği ilə məşğul olan TRT AVAZ kanalının uğurlu fəaliyyəti bizə belə düşünməyə əsas verir ki, Beynəlxalq Türk Xəbər Kanalının yaradılması Türkdilli dövlətlərin informasiya siyasətində daha məhsuldar bir dövrün başlanğıcı olacaqdır”.
Klara Altunbəyova
Əli Həsənov işdən azad edilməsinin səbəbini açıqladı – “3 ildir ki. ” – ednews.net
You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
25 Mart, Şənbə
Günün xəbərləri
Xəbər xətti
25.03.2023
24.03.2023
Ən çox oxunan xəbərlər
Əli Həsənov işdən azad edilməsinin səbəbini açıqladı – “3 ildir ki. “
29.11.2019 22:33 Фото: 9 Канал–> Müsahibələr A- A A+
Prezident İlham Əliyev ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu vəzifəsindən azad edib. Əli Həsənov işdən azad olunduqdan sonra BBC News Azərbaycancaya eksklüziv müsahibə verib. – Əli müəllim, prezidentin sizi işdən azad etməsi qərarını necə necə qarşıladınız? – Cənab prezidentin qərarı müzakirə olunmur. Bundan sonra mən həmin düşərgədə prezidentin köməkçisi kimi yox, yaradıcı bir insan kimi yaradıcılığımı davam etdirəcəm. Əliyevçi olaraq qalıram. Əliyevçi olaraq da bundan sonrakı fəaliyyətimi davam etdirəcəm.
SON DƏQİQƏ – Əli Həsənov vəzifəsindən azad edildi
-Əli müəllim, nə işlə məşğul olacaqsız? Bir planınız varmı? – Mən professoram, elmlər doktoruyam. Yaradıcılıq həvəsim var. İnşallah, həm də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüyəm, ona görə də başqa cür də ola bilməz. Mən 25 il, hətta 30 il bundan qabaq, 90-cı illərdə Heydər Əliyevə qoşulub Yeni Azərbaycan Partiyasına gəlmişəm. Partiyanın yaradılması prosesində iştirak eləmişəm, orda Siyasi Şuranın üzvü olmuşam, partiya aparatında işləmişəm, sonra dövlət aparatında. Düz 30 ildir ki, bu siyasətlə, bu kursla bağlıyam. Bundan sonra da həyatımı dəyişmək keçmişdə gördüyüm bütün işlərin əleyhinə çıxış etmək deməkdir. Mən isə nə həyatımı, nə mövqeyimi, nə də fəaliyyətimi dəyişəcəm. Sadəcə, bundan sonra prezident köməkçisi, şöbə müdiri kimi deyil, prezident İlham Əliyevin tərəfdaşı və silahdaşı kimi fəaliyyətimi davam etdirəcəm. -Əli müəllim, sizin vəzifədən azad olunmanız xəbərini sosial mediada fərqli qarşılayanlar olub. Məsələn, yazırlar ki, “Azərbaycan mediasına basqı edən”, “troll ordusunu saxlayan bir adam” vəzıfədən çıxarıldı. Ünvanınıza deyilən bu ittihamları necə qiymətləndirirsiz? – Tamamilə yalandır. Əvvəla Azərbaycan mediasındakı bu günkü vəziyyət Azərbaycan cəmiyyətinin inkişafına adekvatdır. Azərbaycanda media azadlığı, söz azadlığı var, fikir plüarizmi mövcuddur. Bunu heç kim inkar edə bilməz. Bunu yazanların özü əgər belə yaza bilirsə, bu o deməkdir ki, fikir plüarizmi var. O ki qaldı hansısa trollar ordusuna, guya o trollar ordusuna mən rəhbərlik edirəm, mənim getməyimlə o trollar ordusunun fəaliyyəti dayanacaq, bu da tamamilə yalan və böhtandır. Azərbaycanda heç bir trollar ordusu yoxdur. Sadəcə olaraq, prezidenti dəstəkləyən ictimaiyyət nümayəndələri var. Onlar hamısı real profillərdir, hansı adla, necə yazdıqlarını da özləri bilir. Bilirsiz ki, Facebook rəhbərliyi son vaxtlar saxta profilllərin hamısını bağlayıbdı. O bağlanan saxta profillərin əksəriyyəti də müxalifət düşərgəsinə aid olan, sizin dediyiniz terminlə ifadə etsək, trollardı. Azərbaycan iqtidarını müdafiə edən insanlar açıq adla, imzayla, açıq ünvanla fikirlərini bildirirlər. Və Azərbaycanda prezident İlham Əliyevin siyasi kursunu dəstəkləməmək üçün, belə deyək, səbəb yoxdur. Əksinə onun əleyhinə gedənlərin əlində səbəb yoxdur ki, niyə onun əleyhinə gedirlər. Sadəcə, biz hesab edirik ki, xarici, müəyyən anti-Azərbaycan dairələrinə bağlı olan qüvvələrdir. -Prezidentin belə bir sərəncam verəcəyini gözləyirdinizmi? Çünki siz uzun illər hakimiyyətin aparıcı məmurlarından biri olmusunuz. – Mən son 3 ildə sağlamlığımla, səhhətimlə bağlı cənab prezidentdən xahiş etmişdim ki, məni bu gərgin fəaliyyətdən, gərgin vəziyyətdən azad etsin. Mən 53 yaşında iki dəfə açıq ürək əməliyyatı keçirmişəm, bir dəfə infakt olmuşam. Sağlamlığım bu günlə sabah arasında, belə deyək, mövcudluğum sadəcə olaraq, Allaha bağlıdır. Ona görə də bu iş mənim üçün həddindən artıq gərgin idi. Və son 3 il ildir, dəfələrlə cənab prezidentə müraciət etmişdim ki, cənab prezident, imkan varsa, mənim işimi dəyişin. Bu gün də təşəkkür edirəm ki, müraciətimi də nəzərə alaraq, – onun özünün də yəqin bununla bağlı planları, proqramları, səbəbləri var, – məni azad elədi. Buna görə də ona təşəkkür edirəm. Əli Həsənov gələcək fəaliyyətini – AÇIQLADI -Azərbaycanda erkən parlament seçkisinin keçiriləcəyini necə qiymətləndirirsiz? – Çox yaxşı. İnkişafımız davam edir, islahat kursu bütün hakimiyyət qanadlarını əhatə edir. Parlament də bundan kənarda qala bilməz. Yeni siyasi kusa uyğun yeni parlamentin formalaşmasına ehtiyacımız var. Düşünürəm ki, Azərbaycan xalqı da bunu istəyir. Azərbaycan seçiciləri də bunu dəstəkləyəcəklər və biz bu seçkini uğurla, müfəqqiyyətlə keçirəcəyik. -Belə fikirlər var ki, erkən parlament seçkilərinə birinci-vitse prezident Mehriban Əliyevanın prezidentliyinə yol açmaq üçün ehtiyac yaranıb. – Dünyada nə qədər insan varsa, bir o qədər də fikir var. Hər halda fikirləşmək, düşünmək, öz fikirlərini ifadə eləmək ziyanlı bir şey deyil.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary
Əli Həsənov: “Dünya Azərbaycanlılarının İş Adamları Birliyi yaradılmalıdır”
Bakı. 4 iyun. REPORT.AZ/ “Dünya Azərbaycanlılarının İş Adamları Birliyinin yaradılmasının zamanı çatıb. Bu birliyin konfrası Bakı şəhərində keçirilməlidir”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında deyib. O bildirib ki, Dünya Azərbaycanılarının İş Adamları Birliyinin yaradılması çox vacibdir: “Prezident İlham Əliyev dünyadakı azərbaycanlı iş adamlarını Azərbaycana dəvət edib, sərmayə qoymağa çağırıb. Dünya azərbaycanlıları yaşadıqları cəmiyyətlərə inteqrasiya olunmalıdırlar. Belə olanda azərbaycanlıların fəaliyyəti güclənir, cəmiyyətdə tanınırlar. Xarici ölkələrdə elə iş adamları var ki, parlament seçkilərində namizəd olanda kampaniyalarını maliyyələşdirə bilərlər. Biz onların potensialından istifadə etməliyik”.
Comments are closed, but trackbacks and pingbacks are open.