Əli həsənov kitab
Etibar Əiyevi haqqında təcili ölçü götürülməlidir. Bütün cəmiyyəti vurub biri-birinə.
ƏLİ HƏSƏNOV BU İKİ ŞƏXSƏ NİYƏ MƏNZİL VERİB? – Prezidentin sabiq köməkçisinə qarşı 20 milyonluq ittiham!
Milli Məclisin üzvü, tanınmış təhsil eksperti Etibar Əliyevin jurnalistlər üçün tikilmiş üçüncü binanın şəhid ailələri və qazilərə verilməsi təklifi ətrafında qızğın müzakirə və mübahisələr davam edir.
Deputat, Milli Mətbuat Günü ərəfəsində əsasən də üçüncü binadan mənzil almaq iddiasında olan jurnalistlərin sərt hücumlarına məruz qalsa da, nəinki geri çəkilmir, hətta son günlər bir və ikinci binaların paylanması zamanı yol verilmiş cinayət xarakterli sui-istifadə hallarını ifşa etməyə başlayıb. E.Əliyevin bu həmləsindən sonra mübahisənin xarakteri də müəyyən qədər dəyişib və diqqət daha çox birinci və ikinci binanın paylanması zamanı sui-istifadə mövzusuna yönəlib.
Xatırlatmaq yerinə düşər ki, birinci və ikinci binanın paylanması zamanı həqiqətən də çox böyük ədalətsizliyə və cinayət xarakterli sui-istifadələrə yol verilib. Binaların tikintisi zamanı total mənimsəmələr də daxil olmaqla, bütün bu işlərin başında durmuş Prezidentin sabiq köməkçisi Əli Həsənovun, ardınca isə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin vəzifələrindən azad olunmasından sonra bu cinayətlərə hüquqi qiymət veriləcəyi gözlənilsə də, təəssüf ki, bu gözləntilər hələlik özünü tam doğrultmayıb. Baxmayaraq ki, Baş Prokurorluqda KİVDF rəhbərliyi ilə bağlı başlanmış cinayət işinin istintaqı çərçivəsində binaların tikintisi zamanı yol verilmiş korrupsiya halları ilə yanaşı mənzillərin paylanmasındakı korrupsiyanın da araşdırıldığı barədə məlumatlar var idi. Belə ki, iki binadan mənzil alanlar istintaqa çağırılır, onların kimliyi və mətbuata bağlılıqları müəyyənləşdirilir, mənzili necə aldıqları ilə bağlı sorğu-sual olunurdular. Bu səbəbdən gözlənilirdi ki, mənzillərin paylanması zamanı yol verilmiş cinayətlərə hüquqi qiymət veriləcək və jurnalist olmayanlara verilmiş mənzillər geri alınacaq. Lakin Vüqar Səfərlinin cinayət işi artıq məhkəməyə göndərilsə də, bu istiqamətdə hər hansı qərarın qəbul olunduğu məlum deyil. Bu baxımdan, deputat Etibar Əliyevin mənzillərin paylanmasındakı ədalətsizliyi və sui-istifadə hallarını yenidən gündəmə gətirməsi lap yerinə düşüb.
Fikrimizcə, Vüqar Səfərlinin artıq sabah başlayacaq məhkəməsi ərəfəsində məsələ aktuallaşmışkən, bu istiqamətdə daha dərin araşdırmanın aparılmasına ehtiyac var. Yuxarıda da qeyd etdiyimiz kimi, Etibar Əliyev də konkret adlar çəkməyə başlayıb. Lakin hələ də ittihamlar və iddialar əsasən ümumi xarakterlidir və Prezident sərəncamı ilə jurnalistlər üçün tikilmiş binalardakı mənzillərin Prezidentin sabiq köməkçisi Əli Həsənov tərəfindən kimlərə və hansı məqsədlə peşkəş edildiyi adbaad dəqiq araşdırılmalıdır. Bu araşdırma siyahı üzərindən aparılsa, ittihamların nə dərəcədə əsaslı olub-olmadığı üzə çıxar və mübahisələrə nöqtə qoyular. Bu yolla iki jurnalist binasından neçə nəfər qeyri-jurnalistin, hamının dediyi kimi, “sürücü, katibə və qohum-əqrabanın” mənzil aldığını faktlarla üzə çıxarmaq mümkündür.
Belə bir araşdırma, sözsüz ki, uzun vaxt və gərgin iş tələb edir. Bu səbəbdən iki binanın tikintisi və bölgüsündəki sui-istifadə hallarını, mənimsəmə və cinayətləri faktlarla üzə çıxarmaq üçün jurnalist təhqiqat qrupunun yaradılması daha yaxşı olar. Məsələn, xeyli vaxtdır danışılır ki, iki binadan Əli Həsənovun özünün və həyat yoldaşı Sona Vəliyevanın qohumlarına mənzillər verilib. Bu kateqoriyadan olan insanların sayının ən azı SƏKKİZ nəfər olduğu bildirilir. Bu iddia həqiqəti əks etdirirmi? Həqiqətdirsə, kimlərdir bu adamlar və hansı adlar altında jurnalist adı ilə mənzil siyahısına daxil ediliblər?
Bu kontekstdə ikinci binadan hər biri dövlət büdcəsinə 150-200 min manata başa gəlmiş 3 və 4 otaqlı evlərə sahib olmuş 2 şəxsin üzərində xüsusi dayanmaq olar.
İkinci mənzilin bölgüsü siyahısındakı 39-cu adam – “Azərbaycan” nəşriyyatı adından siyahıya daxil edilmiş Cəfərov Rauf Hüseynqulu oğlu. İkinci binadan 3 otaqlı mənzil verilmiş bu adam Əli Həsənovun bacısının kürəkənidir. “Azərbaycan” nəşriyyatının işçisi olan bu adamın, Əli Həsənovla qohumluqdan başqa mediaya nə kimi bağlılığı var? Maraqlıdır, istintaq bu adamın hansı əsasla siyahıya soxuşdurulduğunu araşdırıb, fakta hüquqi qiymət veribmi?
Şair Əkbər Qoşalı. Atatürk Mərkəzinin şöbə müdiri olan Ə.Qoşalı ikinci binada 4 otaqlı mənzillə mükafatlandırılıb. Mediaya hansı bağlılığına və xidmətlərinə görə? Üstəlik də, binada cəmi bir neçə dənə olan 4 otaqlı mənzillə.
Artıq xeyli vaxtdır danışılır ki, Ə.Qoşalı şairə Sona Vəliyevanın “şeirlərini” “redaktə” etdiyinə görə siyahıya düşüb və 4 otaqlı mənzillə mükafatlandırılıb. Yəni Həsənovlar ailəsinə hansısa şəxsi xidmətinə görə.
Biri həsənovların adından şeir, digəri kitab yazıb, bir başqası da bunların itinə baxıb. Hamısına da jurnalist adı altında ev verilib.
Əli Həsənovun şəxsi media şəbəkəsinə daxil olan televiziya, qəzet, sayt və jurnallar iki jurnalist binasının bölgüsündə 40-dan çox mənzil alıblar. “AzPolitika”-ya mötəbər mənbədən sızan məlumata görə, bu sıradakı 7 nəfərin Sona Vəliyeva ilə yaxın-uzaq qohumluq əlaqəsi var. İki siyahıda “Vəliyev” soyadlı xeyli adam gözə dəyir. Onların əksəriyyəti media çevrələrində tanınmırlar. Həqiqətən də bu adamların Sona Vəliyeva ilə qohumluq əlaqələri varmı? Bunu da araşdırmaq istintaqın işi idi.
“Azərbaycan” nəşriyyatının on milyonlarla dəyərində torpaq və binaları Əli Həsənov tərəfindən ələ keçirilib. Bu torpaqlarda hündürmərtəbəli yaşayış binaları, həmçinin ofis binaları tikilib. Təkcə Beynəlxalq Mətbuat Mərkəzi adlanan bina və son illərdə tikilərək Gömrük Komitəsinə icarəyə verilmiş onun ekiz tayının icarəyə verilməsindən Əli Həsənovun aylıq gəliri yəqin ki, yüz min manatlarla ölçülür. Hər ay təkcə KİVDF Əli Həsənova 8 min manat ödəyib. Sabiq köməkçinin ümumi aylıq gəliri haqda danışarkən isə, biz milyonları dilə gətirməliyik. Bir aylıq gəliri ilə bir kəndin əhalisini mənzillə təmin etmək iqtidarında olan belə bir adamın, jurnalistikaya uzaqdan-yaxından əlaqəsi olmayan qohumunu jurnalist adıyla dövlətə sırımasının adı nədir? Üç jurnalist binasının tikintisindən ən azı 30 milyon manat (Rəsmi ittiham 18.5 milyon manatdır. Amma reallıqda daha çox olduğu şübhə doğurmur-red.) mənimsəmiş birinin, üstəlik, mənzil bölgüsündə tamahına güc gələ bilməməsi, müxtəlif adlar altında özünün və arvadının qohumlarını siyahıya daxil etməsi təkcə acğözlülük, görməmişlik deyil, həm də cəzasızlığın və qorxusuzluğun son həddi olub! Baş Prokurorluqda bir ildən çoxdur aparılan istintaq, bütün bunlara hüquqi qiymət veribmi? Yəqin ki, bu suala Vüqar Səfərlinin məhkəməsində aydınlıq gələcək.
Bəli, məhz bütün bu yaramazlıqlara, ağılasığmaz görməmişlik və cinayətlərə görə iki ildir hazır olmasına baxmayaraq, üçüncü binanı paylamaq mümkün olmur. Hətta ola bilsin ki, heç jurnalistlərə vermək istəmirlər. Bu binanın da tikintisinə dövlət büdcəsindən böyük vəsait ayrılıb. Həmin vəsaitlə 3 belə bina tikmək olardı. Lakin 51 faizi Əli Həsənova, 49 faizi isə onun kirvəsi, Rusiyada yaşayan milyonçu Mehrac Babayevə məxsus olan şirkət, 3 binanın puluna bir binanı da keyfiyyətlə tikə bilməyib. Saxtakarlıq və keyfiyyətsizlik gözə girir. Ona görə də, 2 ilə yaxındır guya hazır olan binanı Media Agentliyi təhvil ala bilmir.
Yeri gəlmişkən, sabah KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin məhkəməsi başlayır. O, bir sıra cinayətlərlə yanaşı jurnalist binalarının tikintisindən 18.5 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Bu ittiham, əslində Vüqar Səfərliyə yox, Əli Həsənova qarşı irəli sürülüb. Tam əminliklə demək olar ki, jurnalist binalarının tikintisi birbaşa Əli Həsənovun rəhbərliyi altında onun yaxınları tərəfindən aparılıb. Bu zaman Vüqar Səfərlinin heç bir manata belə sərəncam vermək hüququ olmayıb. Onun rolu, olsa-olsa Çinə ucuz unitaz almağa göndərilməkdən və qarşısına gələn sənədləri imzalamaqdan uzağa getməyib. Lakin indi ona qarşı belə böyük məbləği mənimsəmək ittihamı irəli sürülüb. Əli Həsənov isə, deyilənə görə bu məbləği geri qaytarmaqdan israrla imtina edir.
Beləcə, Dövlətin aztəminatlı media cameəsinə xoşməramlı bu jesti bir qrup görməmiş və dələduzun ucbatından gözdən salınıb. Nəticədə, ortaya belə təkliflər də çıxır ki, üçüncü bina, ümumiyyətlə jurnalistlərə verilməsin.
Rasim ƏLİYEV
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanmışdır.
Şərhlər
seçici 2021-08-11 17:39:13
Etibar Əiyevi haqqında təcili ölçü götürülməlidir. Bütün cəmiyyəti vurub biri-birinə.
Eltən 2021-08-09 18:36:26
Zēhmət çəkib Milli Məclisdə alimlərin maaş məsələsini qaldırsınlar. Yazıq alimlər acınacaqlı vəziyyətdə yaşayırlar. Onlar nə deputat maaşı, nə də qrant almırlar. Necə deyərlər ” toxun acdan nə xəbəri”.
Münasib 2021-08-09 10:10:06
Etibar Əliyev Əli Həsənovun korrupsiya mənbəyi olan QHT-lərə Dövlət Dəstəyi Şurasının illərlə eksperti olub. Layihələrin qəbul olunub, olunmamasına rəy verib. Yaxşı da xidmət haqqı alıb. Nəyə görə o zaman səsini çıxartmırdı?! Məgər layihələri necə qəbul etdiklərini görmürdü? QHT sədri olaraq hər il yüksek məbləgli qrant da alırdı.
. 2021-08-07 19:30:29
Admin, siz nəyə görə Etibar Əliyevə tərəfkeşlik edib, mənim yazımı vermirsiniz?
alim 2021-08-07 19:26:12
Ay Etibar müəllim, bildiyimə görə siz AMEA-nın Fəlsəfə institutunda işləyirsiniz. Nəyə görə bir millət vəkili olaraq yazıq alimlərin dözülməz sosial problemlərindən, qəpik-quruşa əziyyətlə tədqiqat aparmaqlarından, hər məqalələrini çap etdirmək üçün 90-100 manat verməklərindən, pul verməsələr müdafiəyə buraıxılmamaqlarından. bir rəy almaq üçün 400-500 manat verməklərindən yazmırsan? Yəni bu sadaladığım problemləri zavallı alimlər 20-30 ildir ki yaşayırlar. Çeynənmiş mövzuları bəsdir də çeynədin! MM-də zəhmət çəkib bu problemləri qaldır!
münasib 2021-08-07 17:04:29
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında (indiki Agentlik) aparılmış yoxlamalr nəticəsində aşkar olunmuş maliyyə mənimsəmələrinin üstündən nədənsə sükutla keçdilər. Nəyə görə nə Azay Quliyev, nə də qrant “alverçisi” Fərasət Qurbanov haqqında cinayət işi açılmadı. Məgər orada böyük məbləğdə korrupsiya olmamışdı? İllərlə! Hamıya da məlum idi. Dəfələrlə Azay Quliyevin sərvəti KİV-lərdə işıqlandırılmışdı. Hələ icraşı direktoru demirəm. Nəyə görə hələ də ayrıseçkilik hökm sürür?! Məgər Şuradakı korrupsiyanın başında Əli Həsənov durmurdu? Alver Əli Həsənovun oğluna məxsus, ŞURAYA ayı 15 min manata icarəyə verilmiş ofisdə icra olunurdu axı!
GƏNCƏ 2021-08-06 16:33:40
Belə murdar sifətlərə baxmaqdan bezdik.
Vahidov 2021-07-29 12:44:44
Bütün bunlar ölkədə kadr siyasətinin və nəzarət sisteminin eybəcərliyindən xəbr vermirmi? Necə olub ki, Prezident aparatına.məsul .yüksək vəzifəy təyin edilən v uzun müddət işləyən,pul yığan.qanunları pozan şəxs Əli Həsənov hələ d məsuliyyətə cəlb olnmayıb?r
Roma 2021-07-23 10:20:00
Əli Həsənov Vüqar Səfərlinin xaç atasıdır, həbs olunmalıdır.
Veteran 2021-07-23 00:38:29
Uzun illərdir regionçuliq Azərbaycanı az qala məhv edib.
t.ədalət 2021-07-22 20:42:35
Sona xanım Vəliyevanın əsas təbliğatçılarından biri də jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədovdur.Onun da tapşırığı ilə mənzil alanlar var.
Müəllim 2021-07-22 20:07:19
Dəhşətdir Sğzün bitdiyi məqamdır
Bash Prokurora sual 2021-07-22 19:27:45
. Əli Həsənovu niye hebs etmirler .
Elçin 2021-07-22 17:21:08
Bəli onun itinə baxan H.Babaoğlunun köməkçisi vaxtilə çobanlıq etmiş Arif Əsədovdur
Roma 2021-07-22 16:33:35
Bu yazılanların 30%-i düzdürsə (şəxsən mən tam inanıram) Əli Həsənov Azərbaycan xalqının düşmənidir və layiqli cəzasını almalıdır. ələcə Vüqar S
Əli həsənov kitab
Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzeti “İnkişafın Azərbaycan modeli” adlı kitab nəşr edib. Modern.az saytının məlumatına görə, kitabın ideya rəhbəri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, redaktoru isə professor Əli Həsənovdur.
Dekabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində “İnkişafın Azərbaycan modeli” kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə öncə millət vəkili Ziyad Səmədzadə çıxış edib, deyib ki, “İnkişafın Azərbaycan modeli” kitabında müstəqil Azərbaycanını keçdiyi inkişaf modelindən bəhs edilir.
”Azərbaycan keçid dövrü ilə bağlı bir çox problemlər yaşasa da, dahi lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində çətin günlər arxada qaldı. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Dünyada 200-dən çox ölkə var. Bir çox dövlətlər müstəqillik əldə etsələr də, beynəlxalq arenada müstəqil ölkə kimi tanınmırlar. Lakin Azərbaycanın müvəffəqiyyətlə keşdiyi uğurlu inkişaf modeli dünya ölkələri üçün böyük bir nümunədir. Cənab prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Azərbaycan keçid dövrünü artıq başa vurub”.
Z.Səmədzadə dünya maliyyə böhranına toxunaraq qeyd edib ki, Azərbaycan yeganə ölkədir ki, bu krizisdən az zərərlə çıxıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə deyib: “Mən 2003-cü ildən sonra cənab prezidentin apardığı siyasəti Heydər Əliyevin islahatlar modeli adlandırıram. Azərbaycanın iqtisadi inkişafının dünyada analoqu yoxdur. Azərbaycanın makroiqtisadi göstəriciləri Ermənistan və Gürcüstanla müqayisədə 4 dəfə artıqdır”.
Ş.Hacıyev “İnkişafın Azərbaycan modeli” kitabını akademik Ramiz Mehdiyevin yeni töfhəsi kimi qiymətləndiriib.
YAP icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanını inkişaf modelinin bir neçə komponenti var. “I neft strategiyası, II siyasi sabitlik, III iqtisadi islahatlar, IV itisadi inteqrasiya”.
Ə.Əhmədov deyib ki, “İnkişafın Azərbaycan modeli” kitabı prezident İlham Əliyev siyasətini izləyənlər üçün dəyərli mənbədir.
Millət vəkili Əli Məsimli bildirib ki, Azərbaycan kiçik dövlət olmasına baxmayaraq 30 mlrd. dollar valyuta ehtiyatı var. “Azərbaycanın inkişaf modeli 2008-2010 il böhranından uğurla keçən modeldir”.
Ə.Məsimli deyib ki. “İnkişafın Azərbaycan modeli” kitabı mütləq başqqa dillərə tərcümə olunmalıdır.
Tədbirin sonunda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov çıxış edərək bildirib ki, sözügedən nəşrin ərsəyə gəlməsində əsas səbəb Azərbaycanın mövcüd iqtisadi-siyasi inkişaf modelini dünya ictimaiyytinə çatdırmaqdır. Ə.Həsənovun sözlərinə görə, Azərbycan yeganə ölkələrdəndir ki, əhalininn sosial təminatını öz üzərinə götürür.
“Biz bu kitabı hazlırlayan zaman qarşımıza qoyduğumuz əsas prinsip tarixi dəyərlərimizi çatdırmaqdır. Biz istərdik siyasətçilər, alimlər, mütəxəssislıər bu kitabı təhlil etsinlər. Siyasətçilər tarix yaradır. Alim və mütəxəsisslər isə onu təhlil edirlər”-deyə Ə.Həsənov əlavə edib.
Əli həsənov kitab
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Siyasət Əli Həsənovun kitabı tacik və rus dillərində çap olundu – FOTO
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – İyul 10, 2018 – 13:42
!Reklam – Yazi
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycanlılara qarşı ermənilərin soyqırımı siyasəti” adlı kitabı Düşənbədəki “Buxaro” nəşriyyatında tacik və rus dillərində çap olunub.
Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə nəşr edilmiş kitabı tacik dilinə Gulnazar Keldi tərcümə edib. Artıq on birinci dildə nəşr edilmiş əsərdə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil olunur. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, yerləşdirilməsi və xalqımıza qarşı törətdikləri soyqırımları kitabda sistemli şəkildə öz əksini tapıb. Bununla yanaşı, əsərdə erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. Göstərilir ki, erməni millətçiləri XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdıqdan sonra ermənilərin “böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoyub və onlar öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda türk-müsəlman əhalisinə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Monoqrafiyada 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsi elmi mənbələrə əsasən tədqiq edilir. Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair xəritələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında fotolar da yer alıb. Bununla yanaşı, XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılır. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Bu soyqırımı aktı bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi səciyyələndirilir. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin strateji əhəmiyyətini şərtləndirən səbəblər öyrənilir. Əsərdə Xocalı soyqırımının dünyaya çatdırılması, ona siyasi-hüquqi qiymətin verilməsi istiqamətində görülən işlər, eləcə də Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması məsələləri geniş tədqiq olunur. Müəllif diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli soyqırımlarından heç də geri qalmır. Kitab təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Comments are closed, but trackbacks and pingbacks are open.