Li Həsənov: Milli İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ehtiyac var
Belə ki, o, Kəlbəcər rayonuna öz ata-baba yurdlarını ziyarət etmək üçün yox, baş nazirin sabiq müavini və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun tapşırığı ilə getdiklərini iddia edib: “Çağırıb dedilər ki, “dövlətə lazımsan, getməlisən”. Mən də dedim ki, Dilqəm Əsgərov bələdçi kimi Kəlbəcəri yaxşı tanıyır, onu içəridən çıxarın, gedim. Dilqəm o vaxt tutulmuşdu, Şəmkirdə həbsdə idi. Dilqəmi çıxarıb gətirdilər. Həsən Həsənov da bizimlə getdi”.
Şahbaz Quliyevin Əli Həsənov haqda dedikləri müvafiq qurumlar tərəfindən ARAŞDIRILMALIDIR
2014-cü ilin iyul ayının 11-də Dilqəm Əsgərovla bərabər Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən və 2020-ci il dekabrın 14-də erməni girovluğundan azad edilən Şahbaz Quliyev bugünlərdə, daha dəqiq desək, mayın 18-də Xural TV-nin efirində çıxış edərkən sensasion açıqlama verib.
Belə ki, o, Kəlbəcər rayonuna öz ata-baba yurdlarını ziyarət etmək üçün yox, baş nazirin sabiq müavini və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun tapşırığı ilə getdiklərini iddia edib: “Çağırıb dedilər ki, “dövlətə lazımsan, getməlisən”. Mən də dedim ki, Dilqəm Əsgərov bələdçi kimi Kəlbəcəri yaxşı tanıyır, onu içəridən çıxarın, gedim. Dilqəm o vaxt tutulmuşdu, Şəmkirdə həbsdə idi. Dilqəmi çıxarıb gətirdilər. Həsən Həsənov da bizimlə getdi”.
O zaman işğal altında olan ərzilərimizə məhz Əli Həsənovun kabinetindən yola salındıqlarını deyən Şahbaz Quliyevin sözlərinə görə, otaqda onlara silah-sursat verilib: “Əlimizə silah – tapança, avtomat, qumbara verilib. Tam təchizatlı getmişik, erməni bunun hamısını çəkib, göstərib. Əli Həsənova Qarabağdakı fəaliyyətimizlə bağlı 10 kaset vermişəm. Müdafiə Nazirliyində də bilirdilər. Bizim oradan çıxarıb verdiyimiz şəkillər hesabına “general” alanlar var. Biri də Səfər Əbiyevin bacısı oğludur. Mən əsir düşən günü Əli Həsənova verdiyim 10 kaseti ermənilər Xankəndidə gətirib stolun üstünə qoydular”.
Şahbaz Quliyev həmçinin, hazırda pis vəziyyətdə yaşadığını da qeyd edib: “Mənə 180 manat pensiya verirlər. Sanki 7 il əsirlikdə yox, kurortda olmuşam. Onsuz da ölümümü gözləyirəm, ona görə də hər şeyi danışmaq istəyirəm. Qızım gəlməlidir. Onu bağrıma basdıqdan sonra son qoyacam həyata. Mən burada gülünc vəziyətə salınmışam. Halbuki, o vaxta kimi gözəl həyatım var idi. Xan-bəy kimi yaşayırdım”. Şahbaz Quliyev əlavə edib ki, erməni əsirliyinin sonuncu günü ona yüksək məbləğdə pul təklif ediblər: “Kimdən ötrü mən gedib əziyyət çəkmişəm? Erməni axırıncı günə kimi bizi vermirdi. Axırıncı günü ermənilər mənə təkif etdilər ki, “Azərbayanın əleyhinə danış, sənə 1 milyon pul verib 3-cü ölkəyə göndərək”. Mən “yox” dedim”. O, eyni zamanda əsirlikdə olanda ailəsinə qarşı olan laqeydlikdən və hazırkı sosial vəziyyətindən narazı olduğunu, buna görə özünü öldürəcəyini bildirib və xaricdə yaşayan qızını gözlədiyini deyib: “Danışılası çox şeylər var. Mən onları saxlamışam ki, dövlət sirri kimi qalsın. Qızımın gəlməsini gözləyirəm. Onunla görüşdükdən sonra hər şeyi açıqlayacağam”.
Gördüyünüz kimi, Şahbaz Quliyevin açıqlamasında çox ciddi məqamlar var və onların hər biri müvafiq qurumlar tərəfindən geniş şəkildə araşdırılmalıdır. Biz isə Hurriyyet.az olaraq Şahbaz Quliyevin dediklərini şərh etməyə, ehtimallarımızı irəli sürməyə çalışacağıq. Beləliklə, Şahbaz Quliyevin sözlərindən bu qənaətə gəlmək olar ki, ona gizli görəv verilib. Kim bilir, bəlkə də düz deyir. Ən azından əlimizdə bunu qəti şəkildə inkar edəcək faktlar olmadığından bir anlıq deyilənlərin doğruluğuna inanaq. Lakin bu halda ortaya olduqca ilginc suallar çıxır: Nədən məhz Şahbaz Quliyev? Tutaq ki, onun birinci Qarabağ savaşında xüsusi xidmətləri olub və özünün də qeyd etdiyi kimi, kəşfiyyatçı olaraq bir sıra əməliyyatlarda iştirak edib. Yaxşı, buna eyvallah. Bəs, nədən bu cür gizli görəvi ona məhz “Qaçqınkom”un sabiq sədri Əli Həsənov verib? Axı, 1991-2015-ci illər ərzində ölkədə kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, terrorla mücadilə və digər önəmli sılahiyyətlər Milli Təhlükəsizlik Nazirliyinə həvalə olunuşdu. Bundan başqa, Müdafiə Nazirliyinin nəzdində hərbi kəşfiyyatı həyata keçirən xüsusi bölmələr də fəaliyyət göstərir. Məgər, adıçəkilən iki nəhəng nazirlikdə işğal altında olan ərazilərimizdə gizli görəv üçün göndəriləcək adam tapılmadı ki, Əli Həsənov Şahbaz Quliyevə belə bir tapşırıq verib?! Həm də Milli Təhlükəsizlik və Müdafiə nazirlikləri dura-dura Əli Həsənov nədən özünə aid olmayan işə qol qoysun? Axı, bu, onun səlahiyyətləri çərçivəsindən xeyli uzaq məsələdir. Baxın, bu suallara cavab verilməyənədək Şahbaz Quliyevin dedikləri çoxunda ciddi şübhələr yaradacaq.
Keçək digər məsələyə. Şahbaz Quliyev iddia edir ki, o, əsir düşən günü Əli Həsənova verdiyi 10 kaseti ermənilər Xankəndidə gətirib stolun üstünə qoyublar. Təbii ki, bu, üzərindən sükutla keçiləcək adi açıqlama deyil. Çünki bununla o, dolayısıyla, kim bilir, bəlkə də qəsdən Əli Həsənovu ermənilərlə işbirliyində ittiham edir. Əgər belə deyilsə, o zaman həmin kasetlər Əli Həsənovdan Xankəndiyə necə, hansı yolla və kim(lər)in vasitəsiylə gedib? Təəssüf ki, Şahbaz Quliyev buna aydınlıq gətirməyib. Məhz bu səbəbdən də hazırda bütün diqqətlər Əli Həsənova yönəlib və hər kəs onun nə deycəyini səbirsizliklə gözləyir. Odur ki, o, ya deyilənləri yalanlamalı və bunu arqumentlərlə sübut etməli, ya da barəsində qeyd olunanların həqiqət olduğunu etiraf etməlidir. Təbii ki, əgər doğrudan da belə bir gizli görəv olubsa, onda Əli Həsənovun bir yolu qalır, o da “bu dövlət əhəmiyyətli məsələ, yəni dövlət sirri olduğundan şərh verməyim doğru deyil” deyərək vəziyyətdən çıxmaqdır. Lakin bütün hallarda “Qaçqınkom”un sabiq sədri məsələyə mütləq münasibət bildirməlidir. Əks halda hər kəs Şahbaz Quliyevin açıqlamasının doğruluğuna inanmaq məcburiyyətində qalacaq.
Bu arada, bir məqama da xüsusi diqqət yetirməyinizi istərdik. Belə ki, hələ danışılası çox şeylərin olduğunu bildirən Şahbaz Quliyev qızı ilə görüşdükdən sonra dövlət sirri kimi qoruduğu hər şeyi açıqlayacağına dair vəd verib. Təbii ki, Hurriyyet.az olaraq biz söhbətin nədən və ya kim(lər)dən getdiyini bilmirik. Lakin ehtimal etmək olar ki, o, vədinə əməl edərsə, onda Dilqəm Əsgərovla bərabər əsir düşməsinin, Həsən Həsənovun isə öldürülməsinin səbəbləri, əgər varsa bu işdə xəyanətin detalları və iştirakçıları barədə sensasion məlumatların şahidi olacağıq. Odur ki, gözləyək görək bu işin sonu hara və kim(lər)ə qədər uzanır.
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya
Əli Həsənov: Milli İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ehtiyac var
Milli Təhlükəsizlik Konsepsiyası və “Milli təhlükəsizlik haqqında” qanunda informasiya təhlükəsizliyi problemi əsas vəzifə kimi qoyulmur, yalnız ölkənin ümumi milli təhlükəsizliyi fonunda təsnif olunur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə yer alıb.
Ə.Həsənov qeyd edib ki, həmin sənədlərdə informasiya təhlükəsizliyi ilə bağlı sadalanan təhdidlər də bir qədər ümumi xarakter daşıyır və ölkənin siyasi, iqtisadi, müdafiə, sosial-milli, elm, texnika, mənəvi-əxlaqi və digər sahələr üzrə konkret informasiya təhlükəsizliyi tələblərinə toxunmur.
Onun fikrincə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, Azərbaycanda da bu sahə üzrə ayrıca İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ehtiyac var. Həmin konsepsiyada milli informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin hüquqi əsasları müəyyənləşdirilməli, dövlətin informasiya mühitinin təhlükəsizliyinə təhdidlər sistemli formada öyrənilməli, qruplaşdırılmalı və təhdidlərin doğura biləcəyi konkret nəticələr proqnozlaşdırılmalıdır. Eyni zamanda bu sahə üzrə dövlət qurumlarının praktiki fəaliyyətinin effektivliyi ciddi şəkildə təmin edilməlidir. Ə. Həsənov vurğulayıb ki, hər bir ölkədə informasiya təhlükəsizliyinə təhdidlərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması milli təhlükəsizliyin bütövlükdə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ə.Həsənov bildirib ki, hazırda Azərbaycanın informasiya təhlükəsizliyi mühitinə təsir edən əsas amillərin müəyyənləşdirilərək sistemləşdirilməsi və onların ayrıca formada İnformasiya Təhlükəsizliyi Konsepsiyasında öz əksini tapması vacibdir. Milli İnformasiya Təhlükəsizliyi Konsepsiyasında həm də beynəlxalq aləmdə, ölkə daxilində, ictimai-siyasi və sosial iqtisadi həyatda baş verən proseslərin dövlət informasiya təhlükəsizliyinə təsiri və bundan irəli gələn vəzifələr əksini tapmalıdır. O qeyd edib ki, İnformasiya Təhlükəsizliyi Konsepsiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçiriləcək informasiya siyasətinin əsas istiqamətləri və bu sahədə qarşıda duran vəzifələr ayrıca əks etdirilməlidir:
“Hazırda Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsində Ermənistan xüsusi canfəşanlıq göstərir. Erməni diasporu müxtəlif ölkələrin informasiya vasitələrində Azərbaycanın dünyada gündən günə artan nüfuzuna, siyasi, iqtisadi, mədəni sahələrdə əldə etdiyi uğurlara kölgə salmağa çalışır. Bu məsələdə ermənipərəst və daxili siyasi dairələr xüsusi aktivlik nümayiş etdirir. Ermənilərin və onlara himayədarlıq edən siyasi dairələrin əsas məqsədi nəyin bahasına olursa olsun beynəlxalq ictimai rəydə Azərbaycan barədə mənfi fikir formalaşdırmaqdır”.
Əli Həsənov – Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları
Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı iyirmi beş illik müddət ərzində milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları, məqsəd və vəzifələri, başlıca istiqamətləri və mexanizmləri sistemli şəkildə tədqiq olunur, ictimai-siyasi, sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya, ekologiya və s. sahə- lərində həyata keçirilən təhlükəsizlik fəaliyyətinin geniş politoloji təhlili aparılır, ölkə- nin milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində yürütdüyü siyasətin, təhlükə- sizlik sahəsində həyata keçirilən tədbirlərin, daxili və xarici fəaliyyətin elmi-nəzəri aspektləri araşdırılır, milli təhlükəsizlik strategiyasının formalaşması, həyata keçirilməsi, praktiki nəticələri və səmərəlilik dərəcəsi geosiyasi cəhətdən qiymətləndirilir. Monoqrafiyada ayrıca olaraq Azərbaycan Respublikasının geosiyasi kodunun, təhlükəsizlik sahəsində milli və xarici siyasət konsepsiyasının hazırlanması, milli maraq çərçivəsinin müəyyənləşməsi və təmin edilməsi kimi çoxsaylı hərbi-geostrateji və geosiyasi məsələlər təhlil olunur, dövlətin gələcək inkişaf perspektivləri, təhlükəsizlik sahəsində dünyanın və regionun geosiyasi güc mərkəzləri ilə münasibətləri, Xəzərin enerji resurslarının istismarı və dünya bazarlarına çıxarılması, Şərq-Qərb, Simal-Cənub nəqliyyat-kommunikasiya dəhlizləri və s. transmilli layihələrin təhlükəsizliyinin təmin edilməsinin vacib aspektləri araşdırılır. Monoqrafiyanın faktiki materialları, müddəaları və nəticələri həm elmi-nəzəri, həm də praktiki əhəmiyyət daşıyır. Ondan gələcək tədqiqat işlərində, mövzu üzrə dərslik, dərs vəsaiti və ümumiləşdirilmiş əsərlərin yazılmasında, universitetlərdə və xü- susi ali məktəblərdə təhlükəsizlik kursu üzrə mühazirələrin tərtib edilməsi və seminar məşğələlərində, Azərbaycan Respublikası XİN, DTX, MN və digər nazirlik, xüsusilə xarici siyasət məsələləri ilə məşğul olan qurumların praktiki fəaliyyətində, kütləvi informasiya vasitələrində, təbliğat işlərində və s. sahələrdə istifadə etmək olar.
Yükləməyə Keç [3,29 Mb] [ : 195] –>
Comments are closed, but trackbacks and pingbacks are open.