Press "Enter" to skip to content

Li Həsənov: Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanmışdır

1995-ci ilin dekabrında Azərbaycana səfər edən İran xarici işlər nazirinin müavini özü ilə birlikdə İranın Ermənistandan aldığı bir neçə azərbaycanlı əsiri də gətirib. O, Haşimi Rəfsəncaninin Məşhəd-Sərəxs-Təcən dəmir yolunun açılışında iştirak üçün dəvət məktubunu Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim edib. İran diplomatı ilə söhbətdə heç bir üçüncü tərəfin Azərbaycan-İran əməkdaşlığına çətinlik törədə bilməyəcəyi bildirilib. (www.jamestown.org)

Əli Həsənov: Azərbaycan özünün yeni inkişaf modelini yaradıb və rasional təcrübə kimi onu bütün dünyaya təqdim edib

“Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin çəkisi təkcə onun böyüklüyü, gücü ilə deyil, həm də həyata keçirdiyi siyasətin xarakteri, qlobal məsələlərin həllində iştirak dərəcəsi, ümumbəşəri dəyərlər məcmusuna təqdim etdiyi yeniliklər, dəyərli nümunələrlə ölçülür”.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir Elçin Medhiyev/

“Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin çəkisi təkcə onun böyüklüyü, gücü ilə deyil, həm də həyata keçirdiyi siyasətin xarakteri, qlobal məsələlərin həllində iştirak dərəcəsi, ümumbəşəri dəyərlər məcmusuna təqdim etdiyi yeniliklər, dəyərli nümunələrlə ölçülür”. Trend-in məlumatına görə, bunu “The Business Year: Azerbaijan – 2015” xüsusi buraxılışının təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, dünyanın gündəminin formalaşmasında bilavasitə iştirak edən müasir informasiya resursları da bu nümunəni göstərmək, onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bölüşmək missiyasını prioritet vəzifələrdən biri hesab edirlər: “Müasir dövrdə beynəlxalq münasibətlər sisteminin, dünya iqtisadiyyatının təhlili göstərir ki, əksər ölkələr çox ciddi çətinliklərlə üzləşərək daim mürəkkəb vəziyyətdən çıxış yolları axtarmaq məcburiyyətində qalırlar. Siyasi gərginlik, regional münaqişələr, dərin iqtisadi böhran və sosial kataklizmlər dövrümüzü xarakterizə edən əsas faktorlar sırasına daxil olmuşlar. Lakin bu bədbin mənzərə fonunda Azərbaycan kimi azsaylı ölkələr də vardır ki, dinamik və hərtərəfli inkişaf göstəriciləri, daxili və xarici siyasətdə böyük uğurları ilə dünyaya yeni inkişaf nümunəsi, modeli təqdim edərək beynəlxalq ictimaiyyətin, aparıcı medianın diqqətini özlərinə cəlb edirlər. Konkret olaraq Azərbaycan haqqında danışarkən, fəxrlə demək olar ki, ölkəmiz özünün yeni inkişaf modelini yaratmış və mütərəqqi, rasional təcrübə kimi onu bütün dünyaya təqdim etmişdir”.

Prezidentin köməkçisinin sözlərinə görə, cəmi 10 il ərzində iqtisadi potensialın 3 dəfədən çox artması, yoxsulluq və işsizlik kimi problemlərin əsaslı şəkildə həlli, sosial-iqtisadi infrastrukturun ən qabaqcıl standartlara uyğun yenidən qurulması, davamlı sosial rifah və ümumilikdə, ölkənin müasir simasının formalaşdırılması əsl fenomen kimi xarakterizə oluna bilər: “Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olmuşdur.
Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya səviyyəli tədbirlərə ev sahibliyi edən məkan kimi tanınır. Bu günlərdə III Qlobal Bakı Forumunda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak etmişlər. Bu, Azərbaycanın qlobal məsələlərin müzakirəsi və həllində artan rolunun, dünyada gündəmin formalaşmasında yaxından iştirakının əyani təsdiqidir”.

Ə.Həsənov çıxışında vurğulayıb ki, artıq bir neçə həftədən sonra Azərbaycan tarixdə ilk Avropa Oyunlarını qəbul etməyə hazırlaşır: “Əminik ki, bu idman bayramı Avropanın idman tarixində layiqli yer tutaraq öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq, xalqlar arasında mühüm dostluq və tərəfdaşlıq tədbirinə çevriləcəkdir. I Avropa Oyunlarına hazırlıq mərhələsində Təşkilat və Əməliyyat komitələrinin, ayrı-ayrı dövlət orqanlarının gərgin fəaliyyəti, ictimaiyyətimizin güclü dəstəyi sayəsində nəhəng işlər görülmüş və bütün işlər vaxtında başa çatdırılmışdır. Azərbaycan istənilən səviyyədə idman yarışlarını qəbul etmək və layiqli şəkildə keçirmək imkanı əldə etmişdir. Bu Oyunlar Azərbaycanın zəngin potensialının, mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyətə malik olacaqdır.

Məlumdur ki, 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. İki il ərzində hər iki idman bayramının Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir”.

Ə.Həsənov hesab edir ki, bütün bunlar beynəlxalq ictimaiyyətin, dünyanın nüfuzlu media qurumlarının, o cümlədən Böyük Britaniyanın tanınmış “The Business Year” nəşrinin Azərbaycana yüksək diqqətini şərtləndirən mühüm amillərdir: “Qeyd etmək istərdim ki, “The Business Year” dünyanın ayrı-ayrı bölgələrində iqtisadi prosesləri yaxından izləyən, onu peşəkar şəkildə işıqlandıran, təhlil edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən nüfuzlu nəşrdir. 2011-ci ildən Azərbaycanla yaxından əməkdaşlıq etməyə başlamış “The Busines Year” nəşri ötən beş ildə ölkəmizə həsr etdiyi xüsusi buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı və onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət, idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks etdirmişdir. Məlumat üçün bildirmək istərdim ki, 2013-cü ildə “The Business Year” şirkəti Azərbaycan Prezidenti cənab İlham Əliyevi dünyada “İlin Prezidenti” elan etmişdir. Bunun əsas səbəbləri dövlət başçısının Azərbaycanın dinamik inkişafında, dünyanın geosiyasi məkanında fəal iştirakında, ölkənin mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsində xidmətləri olmuşdur. Jurnal yüksək tirajla nəşr olunaraq dünyanın ayrı-ayrı ölkələrində, aparıcı siyasi, maliyyə-iqtisadi mərkəzlərində yayılmış və bununla da beynəlxalq aləmdə Azərbaycan haqqında dolğun, obyektiv təsəvvürün formalaşmasına öz əməli töhfəsini vermişdir”.

Prezidentin köməkçisi qeyd edib ki, nəşrin builki layihəsi olan “The Business Year: Azerbaijan – 2015” xüsusi buraxılışı I Avropa Oyunlarına həsr edilib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müsahibəsində ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, enerji siyasəti, I Avropa Oyunları və digər məsələlər hərtərəfli şəkildə əhatə olunmuş və təhlil edilmişdir. Eyni zamanda, I Avropa Oyunlarının Təşkilat Komitəsinin və onun sədri Mehriban xanım Əliyevanın fəaliyyəti, Oyunların təşkilinə məsul Əməliyyat Komitəsinin gördüyü işlər, bu sahədə həyata keçirilən tədbirlər geniş işıqlandırılıb. Xüsusi buraxılışda Monako Şahzadəsi II Albertin, Çexiya Prezidenti Miloş Zemanın, Pakistan Prezidenti Məmnun Hüseynin müsahibələrində ölkələrarası münasibətlərin inkişafına dair dəyərli fikirlər öz əksini tapıb. Nəşrin əhəmiyyətli hissəsini təşkil edən dövlət orqanları rəhbərlərinin, biznes nümayəndələrinin müsahibələrində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı, biznes və investisiya mühiti, sahibkarlıq subyektlərinin fəaliyyəti barədə geniş məlumat verilib.

Hesab edirəm ki, “The Business Year: Azerbaijan – 2015″ nəşri Azərbaycanda cəmiyyət həyatının bütün sahələri, ölkəmizin daxili və xarici siyasəti, mühüm hadisələrlə bağlı dolğun və obyektiv məlumat mənbəyidir. Əsasən xarici auditoriyaya təqdim olunacaq bu nəşr Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin nailiyyətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması işinə əhəmiyyətli töhfə olacaq”.

  • Əli Həsənov
  • The Business Year

Əli Həsənov: “Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanmışdır”

Ermənistanın Azərbaycana hərbi təcavüzü İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaradır.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının konfransında çıxışı zaman deyib.

Ə.Həsənov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək qurumun yaradılması, artıq bir neçə ildir ki, ən müxtəlif səviyyələrdə müzakirə olunur: “Sevindirici haldır ki, artıq bu təşəbbüs reallaşdırılması üçün praktiki addımlar atılır və qarşıdan gələn dövrdə onun həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ciddi şəkildə dəstəklənəcəyinə ümid edirik. Beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin uğurlu birlik modeli kimi artıq özünü təsdiq etmiş, üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, İslam həmrəyliyinin güclənməsinə və xalqlarımızın mənafelərinin qorunması işinə mühüm töhfələr vermişdir. İƏT həm də ölkələrimzi narahat edən mürəkkəb qlobal və geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq, müşahidə olunan təhdid və təzyiqlərə qarşı vahid mövqe formalaşdırmaq üçün olduqca vacib platformadır. Təqdirəlayiq hal kimi qeyd edilməlidir ki, bu sahədə kifayət qədər böyük təcrübə toplanılıb”.

PA rəsmisi qeyd edib ki, hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz: “Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi problemlər İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, stabil inkişafa maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən ciddi faktorlardır. Təəssüflə qeyd etməliyik ki, Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər. Nəticə etibarilə maddi və mənəvi zənginliyə malik olan müsəlman ölkələri, tolerant və multikultural xarakteri ilə seçilən müsəlman xalqları, həm də sülh və barışıq dini olan İslam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək, İslam dəyərlərini ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə vermək cəhdləri haqlı olaraq bütün İslam aləmində ciddi etirazlar doğurur”.

Ə.Həsənov deyib ki, məlum olduğu kimi, 20 ildən artıqdır ki, Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal edib: “Azərbaycanın tarixi torpaqlarında bütün infrastrukturla yanaşı, milli, mədəni və dini abidələr, məscidlər də dağıdılmışdır. Həmin ərazilərin işğaldan azad olunması ilə bağlı BMT, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilmişdir. Təəssüf ki, bütün bunların konkret nəticəsi olmamışdır. Ermənistan nəinki beynəlxalq qanunları, nüfuzlu təşkilatların qərarlarını qulaq ardına vurur, həmçinin öz haqsız mövqeyini əsaslandırmaq üçün işğalçı siyasətinə dini rəng verərək İslam dəyərlərini gözdən salmağa, xristian həmrəyliyi faktorundan, Qərbin islamofob dairələrinin, aparıcı media resurslarının imkanlarından yararlanmağa çalışır və bəzi hallarda buna nail olur. Əminliklə demək olar ki, oxşar problemləri olan digər müsəlman ölkələr də mütəmadi olaraq belə hallarla rastlaşırlar. Bu faktlar islam həmrəyliyinin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir”.

Vahid informasiya məkanının, transmilli medianın mövcud olduğu müasir dövrdə informasiya mübadiləsi dövlətlərarası əlaqələrin inkişafında mühüm amilə çevrilmiş, beynəlxalq ictimai fikrin formalaşması və ifadə olunmasını təmin edən təsirli vasitə olmuşdur. Odur ki, çevik informasiya siyasətinin formalaşdırılması, qlobal şəbəkədə tələb olunan fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi, ölkələrin informasiya təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət, o cümlədən islam ölkələri üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdir.

2012-ci ildə Qabonun paytaxtı Libervill şəhərində, 2014-cü ildə isə Tehranda İran İslam Respublikasının paytaxtı Tehranda İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 9-cu və 10-cu toplantılarında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ciddi qərarlar qəbul edilmişdir. Hesab edirik ki, İslam ölkələrinin informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin edilməsi, bu məqsədlə KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi, birgə media təsisatlarının yaradılması və onların məqsədyönlü fəaliyyətinin təşkili, müsəlman dünyasının maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, aktual mövzularla bağlı forum və konfransların təşkili və digər bu kimi tədbirlər hazırda öz aktuallığını getdikcə artırır. İKT-yə üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsi, virtual dünya məkanında birgə fəaliyyətin koordinasiyası, vahid internet resurslarının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var.

Azərbaycan Respublikası dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə öz töhfəsini vermiş və verəcəkdir. Hesab edirik ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan lV İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə xidmət edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanmışdır. Çalışacağıq ki, lV İslam Həmrəyliyi Oyunları həm də bütün İslam dünyasının zəngin potensialının, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin təcəssümü kimi bütün dünyanın diqqətini özünə cəlb etsin. İnanırıq ki, bu, bütün müsəlman ölkələrinin media nümayəndələri üçün də əlverişli fürsət olacaq.

Bu amili, habelə müsəlman ölkələri arasında informasiya mübadiləsinin səviyyəsinin yüksəldilməsi, İslam həmrəyliyinə kənar və neqativ xarakterli təsirlərin aradan qaldırılması, İslam dininin, müsəlman dünyasının yüksək mənəvi dəyərlərinin daha effektli təbliği və digər məsələlərin uğurla həllini təmin etmək üçün yeni yaradılmış İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası dəstəklənməli, onun məqsədyönlü fəaliyyətinə hərtərəfli yardım göstərilməlidir.

Bu gün İƏT-ə üzv ölkələrin səfirlərinin, jurnalistlərinin konfransda iştirakını bu təşəbbüsə dəstəyin ifadəsi kimi başa düşmək olar. Bir daha ümid edirik ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin növbəti toplantısında bu təşəbbüs fəal müzakirə olunacaq və jurnalist assosiasiyasının səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq qərarlar qəbul ediləcəkdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Əli həsənov müasir beynəlxalq münasibətlər

Azərbaycan Respublikasının xarici siyasətində cənub qonşusu İran İslam Respublikası ilə münasibətlərin tənzimlənməsi hər zaman başlıca istiqamətlərdən olub. Azərbaycan və İran münasibətlərində müxtəlif dövrlərdə anlaşılmazlıq və fikir ayrılıqları baş versə də hər iki tərəf müvafiq fəaliyyətlə qarşılıqlı əməkdaşlığı kifayət qədər yüksək səviyyədə saxlayıb.

İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Formal əlaqələr yaradılmamışdan əvvəl də tərəflər bir – birlərinə yüksək səviyyədə maraq göstərib. 1990-cı ildə İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi Rəfsəncani, 1991-ci ilin dekabrında isə xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanda səfərdə olublar. (www.mfa.gov.az)

Vilayətinin səfəri daha çox İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyi ilə əlaqədar olub. Bu vasitəçilik Ermənistanın işğalçılıq hərəkətlərinə görə səmərəli alınmayıb. 8 may 1992-ci ildə Azərbaycan rəhbərliyi Tehranda Ermənistan tərəfi ilə danışıqlar aparan zaman erməni hərbi birləşmələri Şuşa şəhərini işğal edib. (www.bizimasr.media-az.com)

1992-ci ildə Azərbaycanda Xalq Cəbhəsi hərəkatının hakimiyyətə gəlməsindən sonra Azərbaycan – İran münasibətlərində fərqli mərhələ başlayıb. Bu dövr (1992-1993) tərəflər arasında gərginlik mərhələsi hesab olunur. (Əli Həsənov, Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti, “Azərbaycan” nəşriyyatı, Bakı – 2005, s. 573.)

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər normallaşmağa və inkişaf etməyə başlayıb. Heydər Əliyev hələ fəaliyyətinin Naxçıvan dövründə (1990-1993) İran rəhbərliyi ilə əlaqələr yaradıb. O, Ermənistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını təmin etmək məqsədiylə İrana səfərə gedərək ölkə rəhbərliyi ilə müvafiq müzakirələr aparıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olaraq 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev İranın dini rəhbəri Seyid Əli Xamneyi, prezidenti Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti ilə görüşərək danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublkasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb. (“Qayıdış”, 1990-1993, Heydər Əliyevin 1990-1993-cü illər ərzində fəaliyyətini əks etdirən materiallar, “Azərbaycan” nəşriyyatı, Bakı – 1996, s. 653 – 662.)

1993-cü ilin yayında və payızında Azərbaycana qarşı Ermənistan təcavüzünün daha da güclənməsi, bunun nəticəsində meydana gələn yüz minlərlə azərbaycanlı məcburi köçkün ordusuna humanitar yardım edilməsində İran dövləti əhəmiyyətli addımlar atıb. Məcburi köçkünlərin yerləşdirilməsində İranın İmam Xomeyni adına “İmdad” yardım komitəsi əhəmiyyətli fəaliyyət göstərib.

Qarşlılqlı münasibətlərin daha da yüksək səviyyəyə qaldırılması məqsədiylə İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani 26-28 oktyabr 1993-cü ildə Azərbaycanda səfərdə olub. Azərbaycan Prezidenti Heydər Əliyev Rəfsəncani ilə söhbətində ölkələr arasıında əvvəllər yaranmış soyuqluğun aradan qaldırılması üçün lazımi tədbirlər görüləcəyini bəyan edib. Həmin səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq müqavilələrinin layihələri müzakirə olunub və dostluq, əməkdaşlıq, iqtisadi, elmi, mədəni tərəfdaşlıq haqqında çox sayda müqavilələr imzalanıb. (www.mfa.gov.az)

Haşimi Rəfsəncani Bakıda olan zaman Ermənistan qoşunları Azərbaycanın İranla həmsərhəd Zəngilan rayonunu işğal edib. Təcavüz nəticəsində rayonu tərk edən əhali İran tərəfinin köməyi ilə Araz çayını keçərək bu ölkənin ərazisindən Azərbaycana gələ bilib.

29 iyun – 2 iyul 1994-cü ildə İrana cavab səfəri zamanı Azərbaycan Prezidenti Heydər Əliyev Haşimi Rəfsəncani ilə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıb. Həmin səfər nəticəsndə Azərbaycan və İran arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan növbəti müqavilələr bağlanıb. (yenə orada)

Heydər Əliyev Haşimi Rəfsəncani ilə söhbətində İran İslam Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyi məsələsinin aydınlaşdırılmasını, bunun tərəflər arasında qəbul ediləcək bəyanatda göstərilməsini istəyib. Xarici işlər naziri Vilayəti ilə danışıqlardan sonra Ermənistanın təcavüzünü ittiham edən həmin bəyanat imzalanıb. (Heydər Əliyev Azərbaycanı dünyaya tanıdır, Tərtibçilər – Nazim İbrahimov, İbrahim Şükürov, “Azərbaycan” nəşriyyatı, Bakı – 1994, s. 142.)

1995-ci ilin dekabrında Azərbaycana səfər edən İran xarici işlər nazirinin müavini özü ilə birlikdə İranın Ermənistandan aldığı bir neçə azərbaycanlı əsiri də gətirib. O, Haşimi Rəfsəncaninin Məşhəd-Sərəxs-Təcən dəmir yolunun açılışında iştirak üçün dəvət məktubunu Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim edib. İran diplomatı ilə söhbətdə heç bir üçüncü tərəfin Azərbaycan-İran əməkdaşlığına çətinlik törədə bilməyəcəyi bildirilib. (www.jamestown.org)

Heydər Əliyevin İrana 1996-cı lilin mayında edilən səfərində iqtisadi sahədə razılaşmalar əldə edilib. Heydər Əliyevlə görüşən Haşimi Rəfsəncani İranın azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərməyə davam edəcəyini deyib. (“Azərbaycan beynəlxalq aləmdə”, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-1996-cı illərdə xarici ölkələrə səfərlərinə dair materiallar, II cild, Tərtib edənlər – Elşad İsmayıl oğlu Abdullayev, Fikrət İbad oğlu Muradov, Bakı – 1997, s. 582-584.)

1997-ci ildə Azərbaycan tərəfi İranla neft istismarı sahəsində əməkdaşlıq niyyətinin göstəricisi olaraq bu ölkənin neft şirkətini “Şahdəniz” yatağının istismarını nəzərdə tutan müqavlədə iştiraka dəvət edib. (www.wrmea.com)

1997-ci ilin dekabrında İslam Konfransı Təşkilatının Tehranda keçirilən dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün İrana gələn Heydər Əliyev yenidən ölkənin rəhbərləri ilə görüşüb. Onun İranın ali dini rəhbəri Seyid Əli Xamneyi ilə söhbətində ölkələr arasında qarşılıqlı əməkdaşlıq, Xəzərin statusunun müəyyənləşdirilməsi və digər məsələlərdən danışılıb. Heydər Əliyev və Xamneyinin söhbətində Xəzər məsələsinin danışıqlar vasitəsiylə həllinin vacibliyi təsdiq olunub. (www.rferl.com)

İranın o zaman yeni seçilmiş prezidenti Məhəmməd Hatəmi ilə görüşən Heydər Əliyev Azərbaycanın İranla istər ikitərəfli, istərsə də İKT çərçivəsində əməkdaşlığı inkişaf etdrəcəyini bildirib.

Məhəmməd Xatəminin sədri olduğu İKT-nin Tehran konfransında Ermənistanın Azərbaycana təcavüzünü açıq ittiham edən qətnamə qəbul olunub. İKT Ermənistanı təcavüzkar elan edən ilk təşkilatdır. (www.oic-oci.org)

Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci ilin mayında İrana səfəri olub. Səfərdə əsas müzakirə edilən məsələlərdən Xəzərin statusu haqqında konkret razılıq əldə olunmasa da, Heydər Əliyevin bu səfəri dost ölkəyə səfər kimi qiymətləndirilib. (Əli Həsənov, Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti, “Azərbaycan” nəşriyyatı, Bakı – 2005, s. 376-379.)

Xəzərin bölünməsini Azərbaycan, Rusiya və Qazaxıstan sahil xəttlərinin uzunluğu, (orta xətt prinsipi) İranla Türkmənistan isə bərabərlik əsasında istəyir. Sazişin əldə edilməməsinə baxmayaraq Məhəmməd Xatəmi Heydər Əliyevlə Xəzərin sülh və təhlükəsizlik dənizi olması haqqında eyni fikirdə olduğunu bildirib. (UPI, 5/18/02 – www.centerpeace.org/ www.iran-press-service.com)

2003-cü ilin aprelində yenidən Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Kamal Xərrazi ilə görüşündə prezident Heydər Əliyev İrana son səfərini qarşılıqlı münasibətlərdə dönüş nöqtəsi hesab etdiyini bildirib və tərəflər arasında daha sıx iqtisadi əlaqələrə tərəfdar olduğunu deyib. (www.atimes.com)

2003-cü ilin yayında İranın hərbi təyyarəsinin Azərbaycanın hava sərhədini pozması nəticəsində müəyyən narazılıq yaransa da tərəflər yüksək səviyyədə görüşlər keçirərək məsələnin münaqişəyə çevrilməsinə yol verməyib. 2003-cü ilin sentyabrında Nyu-Yorkda BMT Baş Məclisinin sessiyası zamanı Azərbaycanın baş naziri İlham Əliyev İranın xarici işlər naziri Kamal Xərrazi ilə görüşərək təhlükəsizlik məsələlərini müzakirə edib. (www.iranmania.com)

Münasibətlərin normal vəziyyətdə saxlanmasının göstəricisi olaraq İran prezidenti Məhəmməd Xatəmi 2004-cü ilin avqustunda Azərbaycana səfərə gəlib. O, bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İranın Azərbaycanı müdafiə edən bəyanat verib. Hatəminin səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlıq müqavilələrinin bağlanmasından başqa Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğunun açılması məsələsi həll edilib.
(www.bizimasr.media-az.com/Əli Həsənov, Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti, “Azərbaycan” nəşriyyatı, Bakı – 2005, s. 573.)

Azərbaycan prezidenti İlham Əliyev 2005-ci ilin yanvarında İrana səfər edib. Səfər zamanı tərəflər arasında sərhəd, maliyyə, mədəniyyət, hidroenergetika və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan növbəti müqavilələr bağlanıb. Ümumilikdə İran və Azərbaycan arasında sazişlərin sayı yetmişə yaxındır. (www.axisglobe.com/www.mfa.gov.az)

2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində Azərbaycanın dövlət başçısı İlham Əliyev İran dövlətinin başçısı Mahmud Əhmədinejadla dəfələrlə görüşərək qarşılıqlı münasibətlərin daha yüksək səviyyədə inkişafı üçün müzakirələr aparıb. 2005-ci ilin dekabrında Mahmud Əhəmdinejad İrandan Naxçıvana çəkilmiş qaz kəmərinin açılışında iştirak etmək üçün muxtar respublikaya gəlib. Burada Əhmədinejad və İlham Əliyev tərəfindən enerji əməkdaşlığına dair bəyannamə imzalanıb. Daha sonra onlar 2006-cı ilin iyununda İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən zirvə toplantısında görüşüblər. Bu görüşlərdə hər iki prezident başçılıq etdikləri ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu bəyan ediblər. (www.axisglobe.com)

İlham Əliyev 2005-ci ilin sonu, 2006-cı il ərzində beynəlxalq miqyasda kəskinləşən nüvə enerjisi məsələsi ilə bağlı müsahibələrində Azərbaycanın İrana qarşı sanskiya tətbiq edilməsinə qarşı çıxdığını və Azərbaycanın ərazisindən heç bir dövlətə qarşı istifadəyə yol verilməyəcəyini bildirib. O, bu məsələnin danışıqlar və qarşılıqlı razılıq əsasında həllinə tərəfdar olduğunu söyləyib. (yenə orada/ İlham Əliyevin Fransanın “Fiqaro” qəzetinə müsahibəsi, “Azərbaycan” qəzeti, 30 yanvar, 2007)

Azərbaycan Prezidenti Heydər Əliyev istənilən çətinliyə baxmayaraq daim İranla qarşılıqlı dostluq və qonşuluq siyasəti yeridib. 9 fevral 1999-cu ildə İran İslam İnqilabının 20-ci ildönümü münasibətiylə Bakıda keçirilən mərasimdəki nitqində o, bu ölkənin xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeni qiymətləndirdiyini bildirib: “İran İslam Cümhuriyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzü başlanandan indiyə qədər çox düzgün və prinsipial mövqe tutmuşdur. Biz həmişə məmnunuiyyətlə qeyd edirik ki, İran Ermənistanın Azərbaycana qarşı təcavüzünü daim pisləmiş və mövqeyini heç vaxt dəyişməmişdir”.

2007-ci il avqustun 21-də İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycanda səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində dövlət başçıları bu səfərin əhəmiyyətli olduğunu vurğulayıblar.

2007-ci il oktyabrın 16-da isə Prezident İlham Əliyev Xəzəryanı dövlət başçılarının ikinci zirvə toplantısında iştirak etmək üçün İrana gedib. İki dövlətin başçısı arasında görüş olub. Prezidentlər siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hər iki tərəfin mənafeyinə uyğun şəkildə uğurla inkişaf etdiyini bildiriblər.

Azərbaycanla İran arasında əlaqələr durmadan genişlənir. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İranın vitse-prezidenti, milli gənclər təşkilatının sədri Höccətül Əli Əkbərlə, İranın İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adili ilə, İranın energetika naziri Seyid Pərviz Fəttah ilə, həmin ölkənin Nizam – İntizam Qüvvələri Sərhəd Polisinin rəisi Qasım Rezayi ilə görüşlərində səslənib, Azərbaycanla İran arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyi vurğulanıb.

Comments are closed, but trackbacks and pingbacks are open.