Press "Enter" to skip to content

Li Əkbər Sarı gəlin (Romandan parça)

Hərdən, bekar olanda Bakunun xiffətini çəkirdi. Amma İstanbulda o qədər pul qazanırdı ki, bir müddət əziz şəhərindən uzaq qalmağa dəyərdi. O, Bakuya qalib kimi – triumfla və çoxlu pulla qayıtmalı, illərdən bəri ürəyində cücərtdiyi arzularını həyata keçirməli idi.

Əli əkbər sarı gəlin

“Sarı gəlin” mahnısı bütün türk dünyasının ortaq mədəni abidəsidir. Onun etimalogiyası ilə bağlı müxtəlif versiyalar mövcuddur. Mahnının mənbəyini bəzən qıpçaq tayfalarına, bəzən X əsrə, bəzən Şah İsmayıl Xətai dövrünə, bəzən isə XVII əsrə aid edirlər. Bəzi tədqiqatıçılar söyləyirlər ki, “Sarı gəlin”in musiqi və sözləri XVI əsrin görkəmli Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətaiyə aiddir. Deyilənlərə görə Şah İsmayıl bu mahnını saray rəqqasələrindən birini vəsf edərək yazmışdır. Digər bir versiyaya görə isə bu mahnının tarixi İslamdan əvvələ gedib çıxır. Mahnının adındakı “sarı” sözü bir çox mənaları kəsb edə bilər. Bu söz simanın, saçın rənginə işarə edə bilər. Qədim türk mənbələrində isə bu söz “incə”, “zərif” anlamını verir.

“Sarı gəlin”
Rəssam: Rüstəm Məmmədov

Mahnının sözləri türk ədəbi üslubunda, yəni bayatı janrındadır. Melodiyası isə xalq yaradıcılığı nümunəsi olan aşıq sənətindən qaynaqlanmışdır. Mahnıda nakam bir eşq hekayəsindən bəhs edilir. Mahnının sözlərinə əsasən demək olar ki, bir türk gənc xristian qızına aşiq olur və bu sevginin mümkünsüzlüyündən şikayət edir:

Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin.
Bu sevda nə sevdadır?
Səni mənə verməzlər,
Neynim, aman, aman,
Neynim, aman, aman,
Sarı gəlin.

“Sarı gəlin” mahnısı ilk dəfə 1930-cu illərdə azərbaycanlı bəstəkar Asəf Zeynallı tərəfindən nota alınmışdır. Mahnını ilk dəfə 1977-ci ildə Azərbaycan estradasının istedadlı nümayəndələrindən biri olan Akif İslamzadə orkestr ilə birlikdə ifa etmiş və yazdırmışdır. Sonralar isə bu mahnı bir çox versiyalarda ifa olunmuşdur. “Sarı gəlin” mahnısı Akif İslamzadənin ifasında:

Əli Əkbər “Sarı gəlin” (Romandan parça)

O təlatümlü dövrdə, axşamlar porno filmlərin nümayiş olunduğu çoxsaylı video-salonlarda gündüzlər Osmanlı və üçüncü kateqoriyalı Hollivud filmləri göstərilirdi.

Hamının Osmanlını, İstanbulu görmək xəyalı ilə yaşadığı o illərdə kimin evində video varıydısa, mütləq 10-15 Osmanlı kinosu və klip yığmalarından ibarət kasetlər də olurdu.

Gündə bir neçə dəfə kasetləri video-maqnitofona salıb-çıxarmaqdan kasetlər tez korlanır, lentləri dolaşırdı. Müşərrəf Akay Bakuya qastrola gələndə isə camaat konsertə düşməkdən ötrü, Lenin sarayının qabağında bir-birini əzirdi.

O vaxtlar Bakuya gələn bütün osmanlılar “Tatlısəsi, Əmrahı, Türkan Şorayı tanıyırsınızmı?” sualı ilə qarşılaşırdılar. Nə üçünsə hamı elə bilirdi ki, İstanbulda hər kəsin Əmrahla görüşmək, Türkan Şorayla çay içmək imkanı var.

Kafedə yemək yediyin yerdə isə, qəfildən içəri İbrahim Tatlısəs girib camaata avtoqraf paylaya bilər. Bəzi vicdansız osmanlılar, bu stereotipləri dağıtmaq əvəzinə Əmrahla, Tatlısəslə dost olduqlarını, hətta Sibel Canla yatdıqlarını deyir, qulaqlarını sallayıb onlara heyranlıqla baxan atropatları dolayırdılar.

Əmrah dalğasında Osmanlıdan Atropatenya axın edən adamlar, burada əməlli-başlı kef çəkirdilər. Yatmağa qadın tapmaq onlar üçün problem deyildi.

Osmanlı filmlərinin təsiri ilə minlərlə dişi atropat, İstanbulda qancıq küçə itinə belə yaxın düşə bilməyəcək avara, qara-qura adamlara paylayırdı.

O vaxtlar Atropatena oğlanları dəbdən düşmüşdü. Bir erkək atropat sekslə məşğul olmaqdan ötrü ya evlənməli, ya da fahişə tapmalıydı. Osmanlılar isə asanlıqla qızların saqqızını oğurlayırdılar. Hətta osmanlılara ağız büzən, onları ələ salan rusdilli qızlar da osmanlıları görəndə özlərini buraxırdılar.
]
Ömür boyu Osmanlını görmək arzusu ilə yaşamış Təranə, İstanbulun Esenler avtovağzalında avtobusdan düşüb, bu şəhərə birinci dəfə ayaq basanda həyəcandan dizləri titrəmişdi.

On minlərlə adamın, minlərlə lüks “Mercedes 404” avtobusuna minib-düşdüyü səs-küylü, dönər ətirli nəhəng avtovağzalın ritmi onun başını elə gicəlləndirmişdi ki, qarşısına çıxan birinci skamyaya oturub, ağzı açıq vəziyyətdə yarım saat ancaq ətrafa tamaşa etmişdi.

Təranə iki il əvvəl İstanbula fahişəlik üçün gələn, bir müddət sonra da varlı bir osmanlının aşnası olub, qədim peşənin daşını atan rəfiqəsi Aynurun təkidi ilə gəlmişdi bura.

Aynuru saxlayan istanbullu iş adamı, onun üçün Şişlidə iki otaqlı mənzil kirayələmişdi.

Hər ay Aynura aldığı bahalı hədiyyələrdən əlavə, iki min dollar da pul verirdi. Aynur inanırdı ki, Təranənin də İstanbulda böyük perspektivləri var.

İstanbula gəldiyi ilk aylarda Laləlidəki “Ergenekon” otelində qalan Təranədən başqa, oteldə üç ukraynalı, bir iberiyalı, bir moldovalı və iki atropat qəhbə varıydı. Qızlar, müştərilərin olmadığı günorta saatlarında otelin qarşısındakı “Şakir abinin kafeteryası”na yığışıb kişilərdən, seksdən, polislərdən danışır, hərdən də müştəri üstündə bir-birləri ilə saçyolduya çıxırdılar. Amma küsülülükləri uzun çəkmirdi, çox tez barışırdılar.

Siqaret çəkməyən, demək olar ki, içki də içməyən, özünə baxan, geyiminə fikir verən, hətta Osmanlı qəzetlərini oxuyan və saçlarını sarı rəngə boyamağa başlayan Təranəyə qızlar açıq-aşkar paxıllıq edirdilər. Onlara elə gəlirdi ki, Təranə özünü dartır, hamıdan seçilmək, fərqlənmək istəyir. O isə qızların atmacalarına məhəl qoymadan, fürsət düşəndə onlara öz məsləhətlərini verirdi:

“Siqareti çəkib özünüzü qocaldırsınız, dərinizi korlayırsınız. Fahişə mütləq siqaret çəkməlidir bəyəm? Bunu sizə kim deyib?”

“Arada, boş vaxtınızda qəzet oxuyun. Dünyadan xəbəriniz olsun.”

“Müştəri ilə ağır olun. Özünüzü şit aparırsınız, kişiləri başınıza dırmaşdırırsınız. Ondan sonra da altını çəkirsiniz.”

“Fahişə “mən bunu eləmirəm, bunu xoşlamıram” deyə bilməz. Müştəri minet istəyirsə minet eləməlisiniz. Daldan istəyirsə, verməlisiniz. Adını fahişə qoyan adam gərək “yox” sözünü dilinə gətirməsin.”

Qızlar isə Təranənin məsləhətlərini bir qulaqdan alıb obirindən ötürür, onu lağa qoyurdular. Dəstənin ən stajlı üzvü olan ukraynalı Vladislava isə Təranənin ləhcəli ruscası ilə məzələnməyi xoşlayırdı. Vladislava Təranəni yamsılamağa başlayanda qızlar uğunub gedir, rusca düz-əməlli cümlə qura bilməyən atropat qızlar hamıdan möhkəm gülürdülər.

İlk günlərdə Təranə ilə tez-tez görüşən Aynur, bir ay sonra həftədə bir dəfə gəlib-getməyə başladı, sonra isə ayağı tamam kəsildi. Telefonuna da zəng çatmırdı. Təranə Aynurun yoxa çıxmasını onun sevgilisinin qadağası ilə izah edirdi. Görünür osmanlılı aşna, Aynurun Laləliyə gəlib-getməsini, əvvəlki həyat tərzi ilə təmas etməsini istəmirdi. Əgər elədirsə, onda onu axtarmağın, narahat etməyin mənası yox idi. Təranənin qüruru da buna yol vermirdi.

İstanbula gələndən bir ay sonra birinci mobil telefonunu almışdı. Xoşlandığı, dil tapdığı müştərilərinə öz nömrəsini verirdi. Hamıya da tapşırırdı ki, mümkünsə oteldə yox, başqa yerdə görüşsünlər. Kişiləri oteldə qəbul etmək, gözə girmək istəmirdi. Qızlardan dəfələrlə çox pul qazanması, onun üçün əməlli-başlı problemə çevrilmişdi. Arxasından edilən qeybətləri, deyilən sözləri bilirdi. Gözə gəlməkdən qorxurdu. Halbuki qızlar ona paxıllıq etmək əvəzinə, çox qazanmasının səbəbləri ilə maraqlansaydılar görərdilər ki, Təranə kişiləri yola vermirdi, ürəkdən sevişirdi. Ona görə, onunla bircə dəfə yatağa girən, bir daha ayrıla bilmirdi.

Təranənin xahişi də işə yaramışdı. Müştərilərin çoxu onunla kənarda görüşürdülər – kimisi mənzildə, kimisi bağ evində, kimisi də başqa oteldə.

Rusiya İmperiyası dağılana qədər, osmanlılar üçün sarışın qadınla sekslə məşğul olmaq bir xəyal olsa da, İmperiya dağılandan, sərhədlər açılandan sonra sarışın qadın, ya da özlərinin dediyi kimi “Nataşa” bolluğuna düşmüşdülər. Osmanlılar, millət fərqi qoymadan, bütün postimperiya fahişələrinə Nataşa deyirdilər. Təranə də saçlarını sarı rəngə boyadığı üçün, hərdən onu da rusla səhv salırdılar. Belə anlarda Təranə özündən çıxır, ona rus deyənlərə kobud cavab verir və qürurla “Mən Atropatena türküyəm!” deyirdi.

Ümumiyyətlə, osmanlıların bisavadlığı, intellektual səviyyələrinin aşağı olması onu çox əsəbiləşdirirdi. Müştərilərinin çoxunun nəinki Atropatenadan, Atropatena mədəniyyətindən xəbərsiz olmaları, hətta Rəşad Nuri Güntəkini, Suat Dervişi, Səbahəttin Əlini belə tanımamaları onu məyus edirdi. Hərdən onlarla mübahisəsi də düşürdü: “Yaxşı, bizim dünya şöhrətli Anarımızı, Fikrət Qocamızı tanımırsınız, bəs öz yazıçılarınızdan niyə xəbəriniz yoxdur? “Xəz paltolu madonna”, “Fosforlu Cevriyə”, “Dodaqdan qəlbə”ni oxumamaq olar? Utanmırsınız?” Kitabdan, qəzetdən, Atropatenanın qədimliyindən, Urartunun Qarabulağı işğalından, ermənilərin xainliyindən danışmağı xoşlayan Təranəyə “professor” ləqəbi qoşan müştərilər, onu cırnadıb danışdırmaqdan həzz alır, ən çox da danışanda işlətdiyi Atropatena sözlərinə gülürdülər.

On dörd il fasiləsiz fahişəliklə məşğul olan Təranə, bu müddət ərzində yatdığı kişilərin sayını əlbəttə ki, unutmuşdu. Lakin zəngin təcrübəsinə baxmayaraq, hələ də osmanlıların acgözlüyünü başa düşə, Osmanlı ehtirasına, yanıqlığına öyrəşə bilmirdi. Hətta elə müştərisi var idi ki, çıxartmadan 2-3 dəfə qurtara bilirdi. Təranə ömründə belə şey görməmiş, eşitməmişdi.

Osmanlılar prezervativ görəndə isə, elə bil xortdan görürdülər. Qızlar prezervativi onlara zorla, bəzən yalvar-yaxarla taxırdılar. Elə müştərilər də olurdu ki, fahişələrə eşqnamə oxuyur, hətta evlənmə təklif edirdilər. Təranə, öz arvadlarının qeybətini qıran, onları fahişənin ayağına verən osmanlıları başa düşmür, belələrini görəndə iyrənirdi.

Tez-tez ağrılardan şikayətlənən Moldovalı Faina isə, osmanlılara o ki, var döşəyirdi. Deyirdi ki, ağrıya dözə bilməyəndə müştərinin pulunu qaytarıb qovur. Osmanlıların ölçülərindən şikayət edən təkcə Faina da deyildi. Başqa qızlar da danışırdılar ki, osmanlılar onların matkalarını dağıdırlar, hətta ay başı sikli də pozulur. Təranədə isə uşaqlıq yolunun dərinliyi qaydasında idi. Onun həm də təcrübəsi varıydı deyə, qeyri-adi böyüklükdə penis görəndə elə poza seçirdi ki, daxilolma az olsun. Bəzən isə belə müştəriləri minetlə yola verirdi. Əlqərəz mütləq yolunu tapıb, müştərini razı yola salır, heç vaxt da heç kəsə şikayətlənmirdi. Peşəkarlıq öz yerində, o, həm də naşükür olmaqdan, Allahın qəzəbinə tuş gəlib qazancını itirməkdən qorxurdu.

Hərdən, bekar olanda Bakunun xiffətini çəkirdi. Amma İstanbulda o qədər pul qazanırdı ki, bir müddət əziz şəhərindən uzaq qalmağa dəyərdi. O, Bakuya qalib kimi – triumfla və çoxlu pulla qayıtmalı, illərdən bəri ürəyində cücərtdiyi arzularını həyata keçirməli idi.

Bu uğurda isə, bütün məhrumiyyətlərə dözmək olardı.

Təranə sözün əsl mənasında pulu alın təri ilə, halallıqla qazanırdı. Fahişəlik həyatı boyunca sifilis xorası kimi üfunətli, iyrənc səhnələr də gördüyü olmuşdu. Hər bir anatomik nüansa – tüpürcəyə, spermaya, kariesə, ifrazata, selikə, qoxulara və çirkə çoxdan vərdiş etmişdi.

Sadəcə olaraq bunları görməməyə, duymamağa çalışırdı. Bilirdi ki, bunları ürəyinə salsa, içində böyütsə dəlixanalıq olacaq. Odur ki, seksual robot, ehtirasların soyuq manipulyatoru rolunu vicdanla icra edir, kənar fikirləri yaxına buraxmırdı. Bunların müvəqqəti çətinliklər olduğunu başa düşürdü.

Vətənə qalib kimi qayıdacağı günü səbirsizliklə gözləyirdi.

Hər yerdə, hər fürsətdə Atropatena həqiqətlərini dilə gətirməyi, ölkəsini təbliğ etməyi də unutmurdu Təranə. Düşünürdü ki, fahişə olması vətəninin təəssübünü çəkməsinə, ürəyinin Qarabulaq dərdi ilə döyünməsinə mane olmamalıdır. Odur ki, bir an olsun xalqının azadlığı, torpaqlarının qorunması, istiqlalı naminə vuruşan, mübarizə aparan insanları, xüsusilə də həmcinslərini unutmurdu. Əfsanəvi Tomris, Nüşabə, Burla xatun, Nigar, Həcər, Cəlaliyyə, Mərziyyə və daha bir çox qəhrəman qadını xalqının və özünün qürur mənbəyi hesab edirdi. İstisnasız olaraq yatdığı bütün kişilərə işğal altındakı Qarabulaqdan, qaçqın və məcburi köçkünlərdən, erməni xislətindən, ermənilərin oğurladığı xörəklərdən, mahnılardan və əlbəttə ki, Sarı gəlindən danışırdı.

Əli Əkbər Sarı Gəlin PDF

Bu mətn, müəllifin xəstə təxəyyülünün məhsuludur. Bütün ad, soyad, vəzifə, status, rütbə oxşarlıqları – tamamilə təsadüfidir. On altı yaşına çatmamış yeniyetmələrin, ürəyi zəif adamların, hipertoniklərin, hamilə qadınların, “milli-mənəvi dəyərlər”ə aludə olanların və “ana-bacı” söhbəti eləyənlərin oxuması tövsiyə olunmur. Kitabın ərsəyə gəlməsi və nəşrində mənə maddi və mənəvi dəstək verən, adının açıqlanmasını istəməyən əziz dostuma, dərin minnətdarlığımı bildirirəm. Səidə ilk aybaşısını xatırladı. Bir il boyunca ehtiyatla, bir az da əndişə ilə gözlədiyi o an, nəhayət yetişmişdi. On üç yaşlı Səidə hər bir qızın həyatında qadınlığa keçidin ilk siqnalı, yetkinliyin materiallaşmış əlaməti olan bu qanaxmanın, həyatında dönüş nöqtəsi olduğunu öz yeniyetmə ağlı ilə dərk edirdi. Aybaşıdan xeyli əvvəl döşləri böyüməyə başlayanda, bədənində baş verən bu dəyişiklik, onu elə utancaq etmişdi ki, üzü yerli-yersiz qızarır; atasının, qardaşının gözünə görünməməkdən ötrü saatlarla otağından çıxmır; sinifdəki oğlanlar tumurcuqlanan döşlərini görüb ona söz atmasınlar, sataşmasınlar deyə məktəbə də genbol köynəklər, koftalar geyinib gedirdi. Bədənini tanımağa, qadınlığın sirrlərini kəşf etməyə başladığı günlərdə, onu narahat edən bu psixofizioloji dəyişikliklər haqda anası ilə uzun-uzadı söhbətlər edir, ardı-arası kəsilməyən sualları ilə qadını yorurdu. “Anadan rəfiqə olarmı, olmazmı” sualı Səidəni heç vaxt düşündürməmişdi, çünki ağlı kəsəndən anasını özünə ən yaxın rəfiqə, sirdaş bilmişdi. Riyaziyyat müəlliməsi olan anası Gülşən Zəkiyevna, Səidənin oxuduğu rusdilli məktəbdə dərs deyirdi. “Utanmalı heç nə yoxdur, qızım. Hər qadın bu mərhələdən keçir.” “Özü də təkcə sən dəyişmirsən ki, bütün qızlar bu yaşda dəyişir. Hamısı da utancaq, dəymədüşər olurlar. Ürəyinə salma.” “Oğlanlar? Əşi, sən onlara niyə fikir verirsən?! Ağılları elə buracandı.” Səidə, “qadınlığa” ondan əvvəl qədəm qoymuş sinifidəki gözüaçıq, çoxbilmiş qızlarla da bu haqda çox danışmışdı. Tənəffüslərdə sinfin, ya da dəhlizin bir küncünə toplaşan qızlar gülüşə-gülüşə, qızara-qızara qadın vücudunun anatomiyası haqda bildiklərini bir-birləri ilə bölüşür, bu məlumat mübadiləsi nəticəsində bəkarət pərdəsi və onun toya qədər zədələnməməsinin vacibliyi, klitor, orqazm, hətta penis haqda biliklərə yiyələnirdilər. Əslində qızların “maariflənmə” prosesi ilə, oğlanların cinsi həyata dair öz aralarında etdiyi şit söhbətlər mahiyyətcə fərqlənmirdi. Yeganə fərq oydu ki, oğlanlar “beldən aşağı” mövzular haqda daha sərbəst danışır, nəzəri biliklərini məktəbə gətirib bir-birlərinə nümayiş etdirdikləri “əyani vəsaitlər” – porno şəkillərlə möhkəmlədirdilər. Qızlar isə oğlanlar qədər açıq-saçıq ola bilmədiklərinə görə onlara həsəd aparır, maskulin cəmiyyətin oyun qaydalarını əxz edirdilər.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Əli Əkbər Sarı Gəlin PDF

Comments are closed, but trackbacks and pingbacks are open.