Press "Enter" to skip to content

Li Əkbər Gilə

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmamdan (ə) aldığı tərbiyə nəticəsində kamal sifətlərə malik olmuşdur. Gözəl dini elmə və fəzilətə malik bir cavan idi. Xasiyyəti, danışığı, rəftarı və mətanəti ali həddə idi. Yazılana görə hər danışığı və rəftarı, əxlaqı Peyğəmbəri-Əkrəmi (s) xatırladı. Buna görə də insanlar onun üzündə Peyğəmbərin (s) nişanələrini axtarırdılar. İsmət və təharət nəslinin davamçısı idi. Əli Əkbər (ə) elə bir cavan idi ki, hətta Müaviyə belə onun fəzilətini etiraf etmişdi. Bir gün Müaviyənin yanında belə bir mövzunu müzakirə edirdilər ki, dini rəhbər kimə layiqdir? Oturanlar dedilər: Sən hamıdan layiqlisən. Ancaq Müaviyənini özü dedi: “Yox, belə deyildir. Hüseyn ibni Əlinin (ə) oğlu Əli (ə) daha layiqlidir. Çünki həm Peyğəmbər (s) nəslindəndir, həm Bəni-Haşimin şücaəti onda təcəlli edir, həm də Bənu-Üməyyənin səxavəti onda vardır”. Əlbəttə Bəni-Üməyyənin səxavəti yalan söhbətdir. Amma o zaman ki, düşmənin dilindən belə etiraf eşidirsən, gör indi dostlar nə deyirlər? Müaviyə Şamda ola-ola Əli Əkbər (ə) haqqında belə danışırdısa, bu o demək idi ki, onun sorağı Hicaza qədər gəlib çatmışdı.
O zaman ki, İmam Hüseynin (ə) qiyamı üçün zəminə yaranır və İmam fəsadla mübarizə aparmaq üçün beyət etmir və Mədinədən xaric olur, Əli Əkbər ağa (ə) atasının yanında idi. Bir neçə ay Məkkədə qalandan sonra İmam (ə) qərara alır ki, Kufəyə tərəf hərəkət etsin. Əli Əkbər də (ə) böyük qürurla bu karvanda idi.
Tarixçilərin nəql etdiklərinə görə Hüseyn (ə) karvanı Qəsr bəni Məqatilin evinə çatır, bir qədər istirahət edəndən və su götürəndən sonra hərəkət zamanı İmam Hüseyni (ə) qısa yuxu aparır. Oyanan zaman buyurur: “İnnə lillah və inna ileyi raciun. Vəl həmdulillahi Rəbbil aləmin”. Bu cümləni üç dəfə təkrar edir. Əli Əkbər (ə) atın üstündə idi və bu zikri eşidəndə atasına yaxınlaşıb, deyir: “Atacan, canım sənə fəda olsun. Allaha niyə həmd etdin?” İmam (ə) buyurdu: “Başımı atın yüyəninə qoymuşdum ki, məni yuxu apardı. Atlılar gördüm ki, deyirdi: “Bu qrup seyr edirlər, ölüm də onların ardınca düşüb”. Başa düşdüm ki, bu səfərdə şəhid olacağıq”. Əli Əkbər (ə) soruşur: “Atacan, məgər biz haqlı deyilikmi?” Buyurdu: “Niyə, oğlum. Hamının qayıtma yeri o olan Varliğa and olsun ki, biz haqlıyıq”. Əli Əkbər (ə) deyir: “Deməli, haqq yolunda ölməkdən qorxmaq nəyə lazım?” Hüseyn ibni Əli (ə) buyurdu: “Allah sənə xeyr əvəz versin. Ataya xatir övladına verdiyi ən yaxşı mükafatı versin”.
Bir neçə gün sonra düşmən Fəratı mühasirəyə alaraq, İmam Hüseyn (ə) və Əhli-Beytini (ə) susuz qoyur. Kərbəlaya nə qədər çox yaxınlaşırlarsa, su azlığı bir o qədər artır. Məhərrəm ayının 8-də İmam Hüseyn (ə) Əli Əkbəri (ə) 30 atlı ilə bir yerdə su gətirməyə göndərir. Hədəf su gətirmək olsa da, ancaq su gətirmək üçün Ömər Sədin ordusu ilə vuruşmaq lazım olacaqdı. Bu atlılar ordunu sıralarını dağıdırlar. Fərata daxil olur və su məşklərini doldururlar. Sonra xeymələrə tərəf hərəkət edirlər. Qayıdanda Kufə ordusu ilə yenidən üzləşirlər və şücaətlə onları dağıdıb, suyu xeymələrə gətirə bilirlər.
Aşura gecəsi

Əli əkbər

İrəvanda keçirilən “Qarabağ münaqişəsi: tarix və müasirlik” beynəlxalq konfransı ötən illərki tədbirlərdən auditoriyanın genişliyi və təşkilatçılıq qabiliyyətinə görə fərqləndi. Təbii ki, Azərbaycanın əleyhinə yönələn bu konfransda ona nifrət bəsləyən və məhvini istəyənlər iştirak edirdi. Builki konfransın “yaxşı” təşkil olunması ora “Azərbaycan təmsilçisi”nin qatılması da göstərilməlidir. Bu, Əli Əkbər kimi tanınan yazıçı Ələkbər Əliyev idi.

Ələkbər Əliyev bu konfransa İsveçrədən gəlsə də, onu Azərbaycan təmsilçisi kimi təqdim ediblər. Bunu niyə ediblər, aydın məsələdir. Konfransda özünü guya talış xalqının qəhrəmanı hesab edən Fəxrəddin Aboszodənin də qatılacağı əvvəlcədən gözlənilirdi. Əlikram Hümbətov qocalıb, belə tədbirlərə Fəxrəddini göndərir. Biz Fəxrəddin Aboszodənin necə fırıldaqçı, pulgir və riyakar olduğunu yaxşı bilirik, elə qardaş-bacılarımız talışlar da həmin tipi yaxşı tanıyırlar. O, çıxışında deyib ki, “biz talış xalqı Artsaxın müstəqilliyini tanıyır və belə müqəddəs işdə sizə dəstək oluruq”. Məncə, talış xalqının nümayəndələri – alimlər və incəsənət xadimləri onun bu sərsəmləməsinə cavab olaraq bəyanat qəbul etməlidirlər. Ki, hansısa fırıldaqçı onların adından çıxış etməsin.

O ki qaldı yazıçı Əli Əkbərə. O, Azərbaycan hökumətini və mətbuatını şovinizmdə ittiham edib. Buna nümunə kimi Meydan TV-nin ermənifobiya ilə məşğul olmamasını göstərib. Çıxışında onu da bildirib ki, “Azərbaycan rəhbərliyi İrəvana iddia edir, Xankəndini dinc əhalisi ilə birlikdə dağıdacağı barədə bəyanatlar verir. bununla münaqişə həll olunmur”. Həmçinin belə fikirləri ümumilikdə azərbaycanlılarda çoxdan mövcud olan bazar təfəkkürü – hər şeyi almaq və satmaq anlayışı ilə izah edib.

Yazıçı Əli Əkbər Amerika rejissoru Kventin Tarantino kimi Azərbaycan ədəbiyyatına söyüş gətirən ilk yazıçılardan biridir. Görünür, uğurlu alınıb, çünki ondan sonra bu, davamlı xarakter almaqdadır. Deməzdim ki, o, pis yazıçıdır. Əsərlərindəki mövzu seçimini kənara qoysam, o, yaxşı yazıçıdır.

Mövzu seçiminə gəlincə “Artuş və Zaur” əsərindəki iki homoseksual gəncin – erməni və azərbaycanlının sevgisi, o cümlədən “Amneziya” romanında guya Azərbaycanda söz azadlığının boğulmasına yönəli baş qəhrəmanın “mübarizəsi” yer alır. Bilirəm, bu yazını oxuyacaq və şənimə söyüşlər yağdıracaq, özü bilər. Hər halda əsas fikrim ondan ibarətdir ki, Əli Əkbər o konfransda Azərbaycandan olan təmsilçilik statusu formasında iştirak və çıxış etməli deyildi. Ən azından deyə bilərdi ki, “mən İsveçrədən gəlmişəm, Azərbaycanla bağlı pasport qeydiyyatım yoxdur”. Həm də Qarabağ münaqişəsinin həllinin belə həssas məqamında əleyhimizə çıxışını satqınlıq adlandırıram. Başqa təhqirlərə yol vermirəm, çünki bu xarakterimə uyğun deyil. Amma sən Bakıda böyüyüb boya-başa çatan və dərdimizi yaxından bilən insan kimi ora getməli deyildin.

Yox, deməyəcəyəm ki, o, hansı pullarla İsveçrədə komfort şəraitdə yaşayır, arxasında duran xarici qurumun Azərbaycana qarşı məqsəd və məramı nədən ibarətdir. Mən məsələnin başqa tərəfindən – Avropada yaşayan nəsr nümayəndələrimizin hansı səbəbdən Azərbaycanın əleyhinə apardıqları kampaniyanın nədən qaynaqlandığı barədə öz mülahizələrimi söyləmək istəyirəm.

Hər şey 2006-cı il oktyabrın 12-dən başlandı. Məhz həmin gün türk yazıçısı Orxan Pamuk “Nobel” mükafatına layiq görüldü. Və bu, bizim yazıçılarda canlanma yaratdı. Ancaq bu hamıya eyni qaydada təsir etmədi. Kimisi Orxan Pamuk yaradıcılığına peşəkar nəzərlə yanaşdı, kimisi isə onun hansı səbəbdən “Nobel” mükafatı almasını araşdırdı. Canlanma həm də ona görə yarandı ki, indiyə qədər belə düşünülürdü ki, Beynəlxalq Nobel komitəsi o mükafatı türk dünyasının ədəbiyyat nümayəndələrinə verməyəcək. Orxan Pamuk isə o buzu sındırdı. Və təkrar edirəm ki, bəziləri onun yalnız mükafata doğru keçdiyi yolları araşdırdı.

Deməli, yazıçı Orxan Pamuk kimi Amerika və Avropada yaşamalısan, oranın mətbuatına tez-tez müsahibələr verməlisən. Məsələn, onun 2005-ci ilin fevralında İsveçrədə çıxan “Das Maqazin” jurnalına verdiyi müsahibə xarakterli formasında. Yazıçı həmin müsahibədə demişdi ki, “Türkiyədə 30 min kürd və bir milyon erməni öldürüldü. Amma məndən başqa kimsə bu haqda danışmağa cəsarət etmir”. Mətbuatın fəal iştirakı ilə Orxan Pamuk Türkiyə Cəza Qanununun 301-ci maddəsi ilə “türklüyə həqarət” ittihamı ilə məhkəməyə verildi. Bu da Avropanın müəyyən qurumlarını bir daha inandırdı ki, Pamuk sırf bizim adamdır, Türkiyə Təhlükəsizlik orqanlarının yazıçı adı altında qitəyə sırıdığı xəfiyyəsi deyil.

Və ondan sonra Əli Əkbər, Günel Mövlud kimi yazıçı və publisitlərimiz Avropaya üz tutdular. Coğrafi məkanlara diqqətlə fikir verin: Orxan Pamuk da İcveçrədə belə bəyanatlar vermişdi. İndi Əli Əkbər də həmin ölkədən “həqiqətin carçısı” kimi çıxış edir. Düzdür, Avropaya sığınan yazıçılarımız Orxan Pamuk kimi Türkiyədəki ermənilərin soyqırıma məruz qaldığını deyə bilməzlər. Adama deyərlər, sən azərbaycanlısan, öz ölkəndən danış, buna görə Orxan Pamuku mükafatlandırdıq, sən başqa özünü başqa mövzulara köklə. Nədən danışsın? Avropada əsas dəyərlər nədir? Ümümi sərhədlər anlayışı, homoseksuallıq və sair. Bu da sizə homoseksuallardan bəhs edən əsər: “Artuş və Zaur”. Sonda əsərin qəhrəmanları müharibəyə görə qovuşa bilməyərək çıxış yolu kimi intiharı seçirlər.

Fikrimcə, nə Əli Əkbər, nə Günel Mövlud “Nobel” mükafatını almaq üçün kifayət qədər fundamental mövzulara müraciət etmirlər. Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda guya söz azadlığının boğulması, adamlarımızın bazar təfəkkürü ilə yaşaması, kişilərimizin qadınlarımızın hüquqlarını pozması, məişət zorakılığı “Nobel” mükafatına aparan yolda çox xırda məsələlərdir. Bu müəyyən qurumlara lazım olan və Azərbaycanı müvəqqəti qıcıqlanırma metodudur, lakin ümumilikdə siyasiləşmiş “Nobel” mükafatı üçün əsas ola bilməz. Orxan Pamuk isə həmin mükafatı almaq üçün özü üçün konseptual nəzəriyyə formalaşdırmışdı. Həm doğulduğu ölkədə dünyəvi problemlərin təzahürünü ortaya qoydu, həm də bir tərəfdən Türkiyəni erməni soyqırımıda ittiham etdi. Məsələn, Orxan Pamuk “Qar” romanında Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəldiyini, insan talelərində necə ağır yaralar açdığını qələmə alıb. Müəyyən maraqlara xidmət etsə də, mövzunu özünün bəşərililiyinə görə səciyyələndirmək olar.

Adıçəkilən yazıçılar isə Azərbaycanın kişilərini və qadınlarını müzakirə edirlər, ermənilərlə azərbaycanlıların dost olmasının gərəkliliyini vurğulayırlar. Bununla çətin “Nobel” alına. O mükafatı almaq üçün başqa mövzuları da seçmək olar. Necə ki, Markes LatınAmerikası diktatorlarını – Porfirio Diası, Legia, Qomes və Maçadonun ümumiləşmiş obrazlarından bəhs edən “Patriarxın payızı” əsərini ortaya qoydu. Diktatura Qərb üçün həmişə “gözəl” mövzudur. Demokratiya oyununda diktatura və söz azadlığından gözəl mövzular varmı? Neçə ildir ki, sınaqdan “yaxşı” çıxır.

“Nobel” almaq üçün başqa mövzular düşünün. Məsələn, NATO-nun Rusiyaya qarşı Polşa və Rumıniyada raket əleyhinə müdafiə sistemlərinin quraşdırılması istiqamətində hansısa zabitin fədakarlığından, Əfqanıstanda Amerika əsgərlərinin guya bir əfqan ailəsini xilas etməsindən də yaza bilərsiniz. Mövzular çoxdur. Yoxsa, azərbaycanlılar bazar təfəkkürü ilə yaşayır, azərbaycanlı kişilər qaniçən və başkəsəndir, bu təhqirdən o yana keçmir.

İnsan necə hissiyatsız olar ki, xırda füqur kimi əllərdə oynadılmasını duymasın?!

Əli Əkbər Gilə

O gün çinli bir kişi, şəhər vağzalındakı böyük saatın yanında, gözümün qabağındaca öldü. Çinli olması qənaətim şərtidi – vyetnamlı, koreyalı və ya yapon da ola bilərdi. Bəlkə də gözləri açıq olsa, yapon və ya çinli olmasını ayırd edərdim, çünki bir yaponla çinlini səhv salmadığıma çox əminəm. Ancaq meyitin gözləri qapalı idi, elə bil yatmışdı. Meyitə baxanda elə təəssürat yaranırdı ki, sanki toxunsan səksənib yerindən qalxacaqdı.

Artıq meyiti xərəyə yerləşdirmişdilər. Həkimlər ciddiyətlə sənələşdirmə ilə məşğul idi. Meyidi qüssəli baxışlarla süzən iki qadın polissə qovurucu istilərdən danışırdılar.

Susamışdım. “Nordsee” balıq qəlyanaltısı ilə üzbəüzdəki köşkdən su aldım, buz kimi soyuq idi. Növbədə üç dəqiqə itirdim. İsti qovururdu. Tər damcılarının boynumdan yambızlarımadək necə sürüşdüyünü hiss edirdim. Qatarın yola çıxmasına da hələ iyirmi dəqiqə vardı. Köşkdən çıxanda çinlinin meyitini artıq aparmışdılar. Həyat normal axarında idi, üç dəqiqə əvvəl çinlinin meyidi ətrafındakı səs-küydən əsər qalmamışdı.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

İman və şücaət nümunəsi – Əli Əkbər ağa (ə)

Aşura hadisəsinin paklıq və mərdlik nümunələrindən biri də Əli Əkbər (ə) idi. Həzrət Əli Əkbər (ə) İmam ailəsində dünyaya gəlmişdi. Atası İmam Hüseyn (ə) və anası Cəlil qəbiləsindən olan Leyla xanım idi. O, İmamın böyük oğlu idi. Bəziləri isə İmam Səccadı (ə) İmamın böyük oğlu olduğunu söyləyirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmamdan (ə) aldığı tərbiyə nəticəsində kamal sifətlərə malik olmuşdur. Gözəl dini elmə və fəzilətə malik bir cavan idi. Xasiyyəti, danışığı, rəftarı və mətanəti ali həddə idi. Yazılana görə hər danışığı və rəftarı, əxlaqı Peyğəmbəri-Əkrəmi (s) xatırladı. Buna görə də insanlar onun üzündə Peyğəmbərin (s) nişanələrini axtarırdılar. İsmət və təharət nəslinin davamçısı idi. Əli Əkbər (ə) elə bir cavan idi ki, hətta Müaviyə belə onun fəzilətini etiraf etmişdi. Bir gün Müaviyənin yanında belə bir mövzunu müzakirə edirdilər ki, dini rəhbər kimə layiqdir? Oturanlar dedilər: Sən hamıdan layiqlisən. Ancaq Müaviyənini özü dedi: “Yox, belə deyildir. Hüseyn ibni Əlinin (ə) oğlu Əli (ə) daha layiqlidir. Çünki həm Peyğəmbər (s) nəslindəndir, həm Bəni-Haşimin şücaəti onda təcəlli edir, həm də Bənu-Üməyyənin səxavəti onda vardır”. Əlbəttə Bəni-Üməyyənin səxavəti yalan söhbətdir. Amma o zaman ki, düşmənin dilindən belə etiraf eşidirsən, gör indi dostlar nə deyirlər? Müaviyə Şamda ola-ola Əli Əkbər (ə) haqqında belə danışırdısa, bu o demək idi ki, onun sorağı Hicaza qədər gəlib çatmışdı.
O zaman ki, İmam Hüseynin (ə) qiyamı üçün zəminə yaranır və İmam fəsadla mübarizə aparmaq üçün beyət etmir və Mədinədən xaric olur, Əli Əkbər ağa (ə) atasının yanında idi. Bir neçə ay Məkkədə qalandan sonra İmam (ə) qərara alır ki, Kufəyə tərəf hərəkət etsin. Əli Əkbər də (ə) böyük qürurla bu karvanda idi.
Tarixçilərin nəql etdiklərinə görə Hüseyn (ə) karvanı Qəsr bəni Məqatilin evinə çatır, bir qədər istirahət edəndən və su götürəndən sonra hərəkət zamanı İmam Hüseyni (ə) qısa yuxu aparır. Oyanan zaman buyurur: “İnnə lillah və inna ileyi raciun. Vəl həmdulillahi Rəbbil aləmin”. Bu cümləni üç dəfə təkrar edir. Əli Əkbər (ə) atın üstündə idi və bu zikri eşidəndə atasına yaxınlaşıb, deyir: “Atacan, canım sənə fəda olsun. Allaha niyə həmd etdin?” İmam (ə) buyurdu: “Başımı atın yüyəninə qoymuşdum ki, məni yuxu apardı. Atlılar gördüm ki, deyirdi: “Bu qrup seyr edirlər, ölüm də onların ardınca düşüb”. Başa düşdüm ki, bu səfərdə şəhid olacağıq”. Əli Əkbər (ə) soruşur: “Atacan, məgər biz haqlı deyilikmi?” Buyurdu: “Niyə, oğlum. Hamının qayıtma yeri o olan Varliğa and olsun ki, biz haqlıyıq”. Əli Əkbər (ə) deyir: “Deməli, haqq yolunda ölməkdən qorxmaq nəyə lazım?” Hüseyn ibni Əli (ə) buyurdu: “Allah sənə xeyr əvəz versin. Ataya xatir övladına verdiyi ən yaxşı mükafatı versin”.
Bir neçə gün sonra düşmən Fəratı mühasirəyə alaraq, İmam Hüseyn (ə) və Əhli-Beytini (ə) susuz qoyur. Kərbəlaya nə qədər çox yaxınlaşırlarsa, su azlığı bir o qədər artır. Məhərrəm ayının 8-də İmam Hüseyn (ə) Əli Əkbəri (ə) 30 atlı ilə bir yerdə su gətirməyə göndərir. Hədəf su gətirmək olsa da, ancaq su gətirmək üçün Ömər Sədin ordusu ilə vuruşmaq lazım olacaqdı. Bu atlılar ordunu sıralarını dağıdırlar. Fərata daxil olur və su məşklərini doldururlar. Sonra xeymələrə tərəf hərəkət edirlər. Qayıdanda Kufə ordusu ilə yenidən üzləşirlər və şücaətlə onları dağıdıb, suyu xeymələrə gətirə bilirlər.
Aşura gecəsi

İmam Hüseynin (ə) tərəfdaşları, xüsusilə də Bəni-Haşim cavanları üçün Aşura gecəsi çox dəyərli, eşq və imanın təcəlli etdiyi gecə idi. Haşimi cavanları bir-birinə tövsiyə edirdilər ki, sabahısı gün bu qızıl anlardan istifadə edərək, İmamı (ə) himayə etmək üçün fədakarlıq göstərəcəklər. Əli Əkbər (ə) də o kəslərdən idi ki, sabahki döyüşdə irəlidə gedənlərdən olacağını israrla bəyan edirdi. O zaman ki, İmam Hüseyn (ə) tərəfdaşlarını toplayır və buyurur: “Gecənin qaranlığı sizi bürümüşdür, beyətimi sizin üzərinizdən götürürəm. Gecənin qaranlığından istifadə edin və dağılın. Hər kim istəyirsə, ailəsinin əlindən tutub getsin. Bu insanlar məni izləyirlər. Əgər məni ələ keçirtsələr, başqaları ilə işləri olmaz”, cavanlar xüsusi reaksiya verirlər. Səhabələr, cavanlar vəfadar olduqlarını və şəhadət üçün hazır olduqlarını bildirirlər. İlk sözü Əbilfəzl Abbas (ə) və Əli Əkbər ağa (ə) bəyan edirlər: “Niyə elə edək? Səndən sonra sağ qalmaq istəmirik!”. Sonra Bəni-Haşim cavanları sabahkı döyüşdə vuruşacaqlarını və fədakarlığa hazır olduqlarını bildirdilər. İmamın tərəfdaşları və qohumları səhərə qədər oyaq qalıb, ibadətlə məşğul oldular. Əli Əkbər ağa (ə) da atasının xidmətində idi və onun əmrini gözləyirdi. Günəşin çıxmağına dəqiqələr qalırdı. Günəş çıxır. Haqla batil arasındakı döyüş başlanır. İmamın (ə) səhabələri bir-bir meydana gedib, şəhid oldular. O zaman ki, səhabələrdən heç kim qalmır, növbə Bəni-Haşim cavanlarına çatır.
Həzrət Əli Əkbər (ə) xoşsima, şücaətli bir cavan idi. İmam Hüseynin (ə) yanına gəlir və atasından meydana çıxmaq üçün icazə istəyir. Atası icazə verir. Oğul atına süvar olur. Ata oğlu ilə xüdafizləşir. İmam (ə) cavan oğluna nəzər salır. Ağrılı həsrətlə, ancaq şövqlə onu başdan ayağa süzür. Qatıymayan bir insana nəzər salan kimi məyus halda nəzər salırdı. İmam (ə) buyurur: “Allahım! Şahid ol ki, simasında, danışığında, əxlaqında, məntiq və əməlində ən çox Peyğəmbərinə (s) bənzəyən insanı bu ordunun üzərinə göndərdim. Biz o zaman ki, Peyğəmbərə (s) müştaq olurduq, bu cavanın simasına nəzər salardıq. Allahım! Torpağın bərəkətini bu insanlardan al və onları dağıt. Onlar bizi dəvət etmişdilər ki, kömək etsinlər. Ancaq döyüş və qətllə bizə təcavüz etdilər”.
Bu zaman Əli Əkbər ağa (ə) meydana tələsir. Onun zahiri Peyğəmbərə (s), şücaəti Əliyə (ə), böyüklüyü İmam Hüseynə (ə) bənzəyirdi. Özünü tanıtmaq üçün şeir deyirdi və əsgərlərə hücum edirdi. O, belə deyirdi: “Mən Əli (ə), Hüseyn ibni Əlinin (ə) oğluyam. Cəddim Allahın Peyğəmbəridir (s). Allaha and olsun ki, bizə heç bir zaman napaklar hökumət etməməlidir. Mən bu nizə və qılıncla haqqı və atamı müdafiə etmək üçün o qədər vuruşacağam ki, nizəm əyilər, qılıncım kütləşər. Sizə zərbə vuracağam”.
Əli Əkbər ağa (ə) döyüşdə mərdliklə vuruşdu və çoxlu sayda düşməni həlak etdi. Zərbələri o qədər güclü idi ki, düşməni qorxuya salırdı. O, hücum edəndə düşmən deyirdi: ehtiyatlı olun. İsti hava və susuzluq, silahın ağırlığı onu şiddətlə yormuşdu. Bir anlıq döyüşdən ayrıldı və xeymələrə tərəf gəldi. Su içib, yeni güclə qayıtmaq istədi. Ancaq xeymələrdə su yox idi və Hüseyn ibni Əli (ə) Əli Əkbərdən (ə) də susuz idi. İmam (ə) ona buyurur: “Oğlum! Həzrət Muhəmmədə (s), Əliyə (ə) və mənə çox çətindir ki, məndən kömək istəyəsən və su istəyəsən və mən də onu sənə verə bilməyim”. Sonra ondan istəyir ki, yenidən meydana qayıtsın. Ümid edirdi ki, Peyğəmbərin (s) əlindən su içəcəkdir. Əli Əkbər (ə) döyüşə qayıdır və vuruşur. Düşmən hər tərəfindən onu yaralamışdı. Hər tərəfindən qan axırdı, ona görə gücsüz olub, yerə yıxılır. Yerə düşən bir ulduza bənzəyirdi. İmam (ə) özünü Əli Əkbərə (ə) çatdırır. Başını dizinə qoyur və üzündəki qanı təmiziləyir. Əli Əkbər ağa (ə) son dəfə gözünü açır və atasına baxır. Sonra canını tapşırır. Onun 27 yaşı var idi. İmam Hüseyn (ə) övladını Allah yolunda qurban verdi və buna görə iftixar edirdi. İmam (ə) əyilir və üzünü oğlunun qanlı üzünə qoyur. Sonra Haşimi cavanlarından istəyir ki, onu şəhidlər xeyməsinə aparsınlar.
Üç gün sonra İmam Səccad (ə) Kərbəla şəhidlərini dəfn etmək üçün gəlir. Atasını dəfn edir və qardaşı Əli Əkbəri (ə) də onun ayaqlarının altında dəfn edir. İmam Hüseynin (ə) qəbrinin altı guşəsinin ikisi Əli Əkbərin (ə) qəbrini göstərir. Bu gün İmamı (ə) ziyarət edənlər bu cavanı da ziyarət edirlər. Hər kim İmam Hüseynə (ə) salam verir, Əli ibni Hüseynə (ə) də salam verir. Əli Əkbər ağa (ə) Kərbəla qiyamında fədakarlıq göstərdi və İlahi hüccəti və zamanın İmamını (ə) müdafiə etdi. Bütün cavanlar üçün şəhadət və şücaət nümunəsinə çevrildi.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.