Press "Enter" to skip to content

Али Керим – Ali Kerim

Camaatın həyətə yığıldığını görüb biz də otaqdan çıxdıq. Dedilər Rəsul müəllim gəlib və Əlinin harada dəfn olunacağını müəyyənləşdirmək üçün yuxarı təşkilatlardan birinə gedib. Görünür, ortalığa yenə fəxri xiyaban məsələsi çıxmışdı.

Текст книги “Tanıdığım Əli Kərim”

Əli Kərim… Bu ad neçə illərdir ki, Azərbaycan poeziyasında bir əfsanə kimi dolaşmaqdadır.

O, bu dünyadan nakam köçəndə bir çoxları “əlinə xına qoyub” ki, nəhayət, şeirimiz Əli Kərimin əsarətindən qurtuldu. Amma anlamadılar ki, əslində “əsarət” onun ölümündən sonra başlayırdı.

Vəfatına qədər cəmi dörd kitabı çıxsa da (biri Moskvada “Два влюбленных” – 1958, üçü Bakıda – “İki sevgi” – 1960, “Həmişə səfərdə” – 1963, “Qızıl qanad” – 1965), vəfatından sonra Əli Kərim ən çox çap olunan şair oldu.

Azərbaycan ədəbiyyatında Nizami zirvəsi, Füzuli zirvəsi, Sabir zirvəsi olduğu kimi, bir Əli Kərim zirvəsi də var. Dünyanın qabaqcıl poeziya ənənələrini Azərbaycanın klassik poeziyasıyla birləşdirən şair, yeni bir ədəbi məktəbin əsasını qoymuşdu zatən. Ölümündən 46 il keçsə də, o məktəb yaşayır və hər il sıralarına yeni-yeni adlar əlavə olunur.

Əli Kərim şeiri novator şeir idi. Şeir şəhidi Nəsiminin, eşq müdriki Füzulinin, söz arifi Sabirin misralarından maya tutan bu yeni şeir Mayakovskinin, Lorkanın, Nerudanın, Nazim Hikmətin yaradıcılığından bəhrələnsə də, son dərəcə özgür, son dərəcə yeni idi.

“Zülməti korlar da görür” deyən şair, özünün başa düşülməməsindən tədirgin idi:

Heç kim məni başa düşməz,
Bəlkə də aydınlığımdandır.

Əli Kərim üçün mövzu qıtlığı olmayıb. O ənənəvi mövzularda da şedevr yarada bilib: (“Atamın xatirəsi”, “Qaytar ana borcunu”) Hətta haçansa xalqımızın döyüşdən keçəcəyini belə görüb sanki: (“Babəkin qolları”) Və poeziyamızda ayrıca “məhəbbət şairi” adlanan yazarlara da bir neçə sevgi şeiri ilə əsl dərs keçib Əli Kərim: (“İki sevgi”, “Qayıt”, “Nə xoşbəxt imişəm bir zaman allah”) “Gül və çörək” şeiri isə savaş dövründə sevginin nadir gücündən bəhs edən əvəzsiz poeziya nümunəsidir.

Əziz oxucu! Qarşındakı kitab memuar ədəbiyyatı seriyasından buraxılan və ədəbiyyatımızın həmişəcavan şairi Əli Kərimə həsr olunan bir dostunun xatirələrindən ibarətdir. İnanırıq ki, görkəmli şairimiz haqqında bu kitabı sevə-sevə oxuyacaqsınız.

Azad Qaradərəli

Qara teleqram

1969-cu il, isti bir iyun günü, şər qarışanda teleqram aldım “Əli vəfat edib”. Sarsıdıcı və gözlənilməz bir xəbər. Adətən belə məzmunda teleqram vurulmurdu. Yazardılar ki, “xəstədir”, uzaq başı “vəziyyəti ağırlaşıb”. Xəbərin bu cür verilməsi hadisə yerinə toxtaq, tamamilə üzülməmiş halda çatmaq üçün bir növ stimul rolu oynayırdı. Ağır xəbər çatdırmağın üsul və yollarını xalq özü psixoloqlara müraciət etmədən uzun illərdən bəri hazırlamışdı. Sonralar öyrənəcəkdim ki, “Yazıçılar evinin” sakinlərindən biri Əlinin ailəsinin xahişi ilə həmin teleqramı tərtib edib vurmuşdu. Bizim evdə ağlaşma qurulmuşdu. Anam, yoldaşım, övladlarım. Bütün yaxın qohumlarım da Əlini çox istəyirdilər və bilirdilər ki, mən getməliyəm. Yoldaşımla elə ilk qatarla Bakıya yola düşdük. Bilirdim ki, sabah ağır gündür, ona görə heç olmasa bircə, cəmi bircə saat yatmaq gərəkdir. Mümkün olmadı. Mənim ruhumu, mənəviyyatımı alt-üst edən birinci növbədə qara xəbərin gözlənilməzliyi idi. Əli iyulda, ya da avqustda Gəncəyə gəlməli idi. Onun üçün xəstəxanada ayrılacaq xüsusi palatada müalicə olunacaqdı. Sonuncu dəfə mən Əlidən ayrılanda əhvali-ruhiyyəsi çox yüksək idi. Çoxlu çay içdik, başqa içkiləri yumorla əvəz etdik. Sevincdənmi, nədənmi elə köklənmişdik ki, bütün dialoqlarımızdan gülüş səpələnirdi, uğunduran gülüş, partlayışlı gülüş, qəhqəhə yusəkliyində gülüş, elə bil divarlar da gülürdü. Əli içkini atmışdı, dediyinə görə, tamam. Bəlkə də bu gülüşlər həmin hadisənin sevincindən doğurdu. Nəticəsi nə? Bu qara teleqrammı? Sonu dəhşətli xəbərlə bitən gülüş!

Bundan sonra mən bir daha gülüş atının yüyənini buraxmayacam, Əlini yada salıb lap ən şirin məqamlarda gülüşü xırp kəsəcəyəm. Gülüşdən daha qorxuram mən…

Sonra xalis müsəlmansayağı təskinlik motivləri aramağa başladım. “Bəlkə Əlinin vəziyyəti hədsiz ağırlaşıb, mənim Bakıya getməyimi zəruri hesab edib bu məzmunda vurublar teleqramı? Yox inanmıram, sadəcə yazsa idilər ki, “Əli xəstələnib”, qopub gedəsi idim. Bunu bilirdilər. Yox! Heç bir təskinlik tapa bilməzsən. Açıq, aydın və sərt yazılıb: “Əli ölüb”. Öləsi adamların bu cür bolluğunda niyə məhz Əli ölməli idi – ən yeni Azərbaycan poeziyasının sultanı Əli. Bir qədər ayıqlıqla yuxu arasında qaldım, elə bil həyəcanım, xofum, qorxum bir anlığa çəkildi. Gözlərimi açdım və yenə də əsl müsəlmansayağı düşündüm: “Bəlkə yuxu imiş bunların hamısı? Bəlkə heç teleqramda yazılmamışdı ki, “Əli ölüb”. Natərəstlikdən teleqramı da evdə qoyub gəlmişdik. Səhər zülmlə açıldı. Qət etdik ki, Əligilə birbaşa getməyək, əvvəlcə dəqiqləşdirək: “Bəlkə yalandır, bəlkə Əli sappa-sağdır, axı ölməməliydi Əli”. Məndən bir yaş kiçikdi Əli. Bəstəboy, dolubədənli Əli. Vaxtilə boksyor olan Əli, əvvəllər sap-sağlam olan Əli, gözəl Əli.

Həyətə göz gəzdirmək Bünyad Sərdarov küçəsindən daha münasib idi, orada get-gəl başlamışdı – bütün yas evlərində olduğu kimi. Səssizcə girdik həyətə. Bizi gördülər, nə vaxtsa səngimiş ağlaşma yenidən başlandı, lakin uzun sürmədi, hələ tez idi… Yoldaşım ağlaşma otağına getdi. Mən kiçik bir otaqda qaldım. Bir qədər keçməmiş yoldaşım gəldi, göz yaşlarını silə-silə “bəlkə gəlib vidalaşasan” – dedi – üzü açıqdır, elə bil yuxudadır”. “Yox” – dedim. Mən Əlini sağlığında necə görmüşəmsə o cür də saxlayacam təsəvvürümdə”.

O ağır, o məşum gündən 25 il keçib. Olub-keçənlərin hamısını yadda saxlamaq, əlbəttə, çətin, qeyri-mümkündür. Heç bir yazım, qeydim də yoxdur. Bəlkə elə belə məsləhət imiş – yaddaşda nələr qalıbsa elə onlar da vacib imiş, zəruri imiş; lazım olmayanlar isə süzülüb haradasa qalıb, zaman özü lazım olanları ayırıb saxlayıb.

“Yazıçılar evi” nin sakinləri yavaş-yavaş həyətə enirdilər. Hələlik kiçik otaqda məndən başqa üç-dörd nəfər olardı. Bircə aydın yadımda qalan Hüseyn Hüseynzadədir. Bir müddətdən sonra başdan-başa qara geyimli Elza xanım göründü. Əlində qəzet vardı: “Əlinin son şeirləridir, – dedi, – sizə vəsiyyət eləyib”. Boğuldum. Qadın gedəndən sonra açdım. Otaqdakıların hamısı yaxına gəldilər. İlk şeir “Vəsiyyət” idi. Oxumağa başladım, bir neçə misradan sonra gözlərim torlandı, sətirlər bir-birinə qarışdı. Oxuya bildiyim bu misralar idi:

Yeri oldu-olmadı
həkim ki,
girdi xəstənin qılığına,
Nəsə pıçıldadı
dostlarından
birinin qulağına —
həkim,
Salam-əleykim!

Bu misraları nəyə görə xatırladım? Sonralar mənə elə gəlirdi ki, Əli belə deyib:

Həmin şeir çap olunandan sonra gördüm ki, “ölüm” deyil, “həkim” dir. Yenə bir müddət keçdi. İçimdə həmin misralar “Ölüm, salam-əleykim” kimi səslənməyə başladı. Yenə kitabda əslini oxudum. Kitabdan aralanan kimi indi də “həkim” “ölüm” oxunur. Bunun həkimə, həkim şəxsiyyətinə, həkim peşəsinə qəti dəxli yoxdur, mətləb Əlinin lap ilk gəncliyindən ölümlə əlləşməsidir. Qərəz, davamını oxuya bilməyib verdim Hüseynə, o da oxuya bilmədi. Cavanlar böyük həvəslə şeirləri oxumağa başladılar. Əli dirildi, danışdı. Bu bizə o qədər də təskinlik gətirmədi; çünki şeirlərin hamısında ölüm ovqatı vardı.

Camaatın həyətə yığıldığını görüb biz də otaqdan çıxdıq. Dedilər Rəsul müəllim gəlib və Əlinin harada dəfn olunacağını müəyyənləşdirmək üçün yuxarı təşkilatlardan birinə gedib. Görünür, ortalığa yenə fəxri xiyaban məsələsi çıxmışdı.

Bu ara Mirzə İbrahimovdan teleqram gəldi (Görünür, Bakıda deyilmiş). Əlinin ailəsinə başsağlığı verirdi. O, Əli haqqında belə bir ifadə işlətmişdi: “qeyri-adi istedad…” Axı istedad özü qeyri-adilikdir. Deməli, Əli Kərim qeyriadilərin qeyri-adisi idi. Daim Yazıçılar İttifaqı ierarxiya-sında yüksək yer tutan adlı-sanlı bir sənətkardan belə söz eşitmək, əlbəttə, təskinlik idi. Mənə əvvəllər elə gəlirdi ki, yaşlı nəsil Əli Kərim poeziyasının mahiyyətini başa düşmür, yaxud başa düşə bilmir; onlarda poeziya barədə estetik anlayış əsasən 20-ci, 30-cu, 40-cı illərin şeir və poemaları əsasında formalaşmışdı. Əlinin yaradıcılığı isə tamamilə yeni keyfiyyətli olub 50-60-cı illərə məxsusdur. Yox! Yaşlı nəsil də Mirzə İbrahimovun şəxsində Əli poeziyasının mahiyyətini əla başa düşürmüş! Elə isə bəs niyə qeyri-adilərin qeyri-adisi həyat yoldaşı və üç körpəsi ilə yarımzirzəmidə, yarıqaranlıq, rütubətli mənzildə məskunlaşdırılmışdı?! Və indi qeyri-adilər qeyri-adisini dəfn etmək üçün iki kvadrat metr torpaq sahəsi niyə böyük bir problemə çevrilmişdi?! Əslində bu problemləri “bərabərlik” deyə-deyə insanları qeyri-bərabər edənlər yaratmışdılar.

Günortaya yaxın xəbər gəldi ki, Əli Kərimin fəxri xiyabanda (nə “A”, nə “B”, nə də “V” bölümlərində) dəfn olunmasına razılıq verilmir. Əli Kərimin “göstəriciləri” fəxri xiyabanın “Mendeleyev cədvəli” nə qətiyyən uyğun gəlmir. Belə ki, Əli Kərim nə xalq yazıçısıdır, nə də əməkdar incəsənət xadimidir, nə dövlət mükafatı laureatıdır, nə də komsomol, nə ordeni var, nə də medalı, nə də heç olmasa rayon sovetinin deputatıdır, hələ üstəlik də “bezpartiynidir”. Bu qədər. Bəs əsl qiymət? Bəs “qeyri-adilər qeyri-adisi” necə oldu?

Lakin Rəsul müəllim də, daha kimlərsə də fəxri xiyabandan hələ əllərini tamam üzməmişdilər. Günortadan bir qədər də keçəndə Göyçaydan gələn qohumlardan birinin (deyəsən Əlinin yeznəsinin) gur, bir qədər də acıqlı səsi eşidildi:

– A kişilər, qoyun adamımızı aparaq ana yurdunda rahatca dəfn edək.

Bu vəziyyət mənə tanışdı – elə rəhmətlik Əlinin özünə də tanış idi. Neçə illər əvvəl xalqın əsl sevimli şairlərindən olan Əliağa Vahidin də dəfni belə cəncəl fəxri xiyaban problemi ilə üz-üzə gəlmişdi; əgər mərhum şair əvvəlcədən bilsəydi ki, pərəstişkarlar onu fəxri xiyabanda dəfn etmək üçün o qədər əzab-əziyyət çəkəcəklər, əsəbilik və həyəcan keçirəcəklər, əvvəlcədən bir vəsiyyət yazıb qoyardı ki, “məni keçirdiyim sadə, iddiasız ömür yoluma uyğun bir sakit-samit yerdə dəfn eləyin, ömrüm boyu mən dəbdəbədən uzaq, əldəqayırma, qurama şöhrətdən uzaq yaşamışam, qoyun ölüm – həyatım da eləcə davam etsin”. Lakin Vahid pərəstişkarlarının əllərində belə bir vəsiyyət yox idi; əgər belə bir kağız olsa belə onlar formal bürokratik “cədvəllərə” qarşı üsyan etməli idilər. O zaman Vahidin cənazəsi Yazıçılar İttifaqının binasında qoyulmuşdu. Bunun da öz mənası, öz təsir qüvvəsi vardı; İttifaq üzvlərinin, demək olar ki, hamısı da orada idi. Respublika rəhbərliyi isə Moskvada olduğundan Bakıda qalanların heç biri Əliağa Vahidin fəxri xiyabanda dəfn olunmasına “sanksiya” vermək iqtidarına malik deyildi. Nəhayət, uzun əlləşmədən sonra (bakıdakılar moskvada-kılarla əlaqəyə girib onlara nələr dedilərsə, bəlkə də vahiməyə saldılar) xüsusi icazə alındı. Dəfn mərasiminə qəribə şad əhvali-ruhiyyə çökdü. Hava isti idi, hamı əldən düşmüşdü. Xəbər adamları gümrahlandırdı. Vahid öz pərəstişkarlarının çiyinlərində Xaqani küçəsinə çıxdı – mərasim fəxri xiyabana yol aldı. Əlidən aralı düşdüm. Akademik Firuz Məlikov məni özündən aralanmağa qoymadı. “Prospektə çıxan kimi bir maşına əyləş” – dedi. Razı olmadım. “Onsuz da Bünyad Sərdarovda tabutu maşına qoyacaqlar” – dedim. Firuz Məlikov uzun illər Gəncə Kənd Təsərrüfatı İnstitutunda işləmişdi. Şəhərin mədəni yüksəlişində də zəhməti çoxdu, teatrın daimi tamaşaçısı idi, ictimai baxışlara da gələr, hər dəfə də çıxış edərdi. Mənə də çox köməyi dəymişdi. Onunla hər dəfə görüşmək xoş idi, vaxtilə Cəfər Cabbarlı ilə də yaxın olmuşdular. İndi Vahidin dəfnində iştirak etməsi də onun Azərbaycan mədəniyyətinə sıx bağlılığına nümunə idi. Bünyad Sərdarov küçəsinə necə çatdığımızı hiss etmədik, bu böyük məsafəni necə qət etdiyimə özüm də təəccüblənirdim. Burada izdiham dayandı, güman edirdik ki, tabut avtomaşına qoyulacaq. Lakin belə olmadı, on-on iki dəqiqəlik fasilədən sonra izdiham yenidən hərəkətə gəldi. Güman etdik ki, cavanlar hörmət əlaməti olaraq Vahidi çiyinlərindən düşürmürlər; lakin az sonra aydın oldu ki, cavanlar “birdən maşın tabutu başqa qəbristanlığa apara bilər” – deyə yerə qoymurlar. Bax belə! Düz fəxri xiyabana, Vahidin artıq qazılmış qəbrinin yanına qədər piyada getdik. Yenə yorğunluq hiss etmirdim. Vahid xalq arasında şöhrətli, sayılan, seçilən, sevilən sənətkardı. Az görmüşdüm onu Yazıçılar İttifaqı binasının qarşısında. Yüksək ierarxiya üzvləri Süleyman Rüstəmin, Məmməd Rahimin bu balacaboylu şairi görəndə necə balacalaşdıqlarının da şahidi olmuşdum. Şairə salam verəndə istər-istəməz əyilməli olurdular. Bir qədər laübəli, bir qədər etinasız adam təsiri bağışlayırdı. Hiss olunurdu ki, heç kəsdən asılı deyildir. O öz-özünə tam daxili azadlıq təmin etmişdi. “Canlı klassiklər” də ona qarşı hörmətlə yanaşı gizli bir qibtə də hiss olunurdu. Deyək, Vahiddə də onlara münasibətdə heç bir irad müşahidə olunmurdu – o hər şeyi necə var, eləcə də qəbul edirdi. “Siz eləsiz, mən belə”. Yaxud “Mən sizin yolunuzla gedə bilmərəm, siz də mənim yolumla”. İerarxiya nümayəndələri yeri düşəndə ona maddi-mənəvi yardım da edirdilər. Səmimi, ürəyə yatan əsərlərlə yanaşı çoxlu bayram şeirlərinin müəllifi olan Süleyman Rüstəm hər ehtimala qarşı (qara gün üçün) qəzəl də yazırdı – son dövrlərdə isə bunların sayını artırmaqda idi. Görünür, heç “İki sahil” şeirlərindən də o qədər arxayın deyildi. Mən və yaşıdlarımın çoxu Vahidə dərin hörmət bəsləsək də, müasir janrlara rəğbət ruhunda tərbiyələndiyimiz üçün qəzəl janrının o qədər də pərəstişkarı deyildik. Bizə elə gəlirdi ki, qəzəl janrı Füzuli ilə yekunlaşıb. Lakin qəzəl muğamla qol-qola verib qoşa qanadla cövlan etməkdə idilər, bəlkə onların vəhdətləşməsi də təsadüfi deyildi. Qəzələ hücum olanda muğama da təzyiq vardı, onların birləşib bir-birinə dayaq durmaları da zərurət idi. Füzulini duya-duya, dərk edə-edə, bütün sözlərin məcazi mənasını belə bilə-bilə oxuyan sənətkarlar seyrəlməkdə idi. Həmin qəzəlləri muğam üstə mənasını dərindən bilə-bilə dinləyib feyzyab olan “mədrəsə ziyalıları”da azalmaqda idilər. Və belə bir kritik məqamda göylərdənmi, qeybdənmi Vahid adlı bir qəzəlxan nazil oldu. Və yeni xanəndələr onun dənizində öz yerini tapmış balıqlar kimi sərbəst üzməyə başladılar. Azərbaycan muğamlarının Vahidlə birliyi onu əvvəlkilərdən çox-çox yüksək mərhələlərə qaldırdı. Bizim Vahidə olan yüksək münasibətimiz muğama olan münasibətimizlə bağlı idi.

Sırf poeziya baxımından isə biz Səməd Vurğunla daha çox bağlı olan nəsil idik. İndi isə pərəstiş yerimiz Nazim Hikmət yaradıcılığı idi.

Əliağa Vahidə olan hörmət və məhəbbətin bir mənbəyi də vardı: Xalq onu sonsuz, dərin, təmənnasız bir məhəbbətlə sevirdi, bizim hörmətimiz həm də bu məhəbbətə idi, bizim məhəbbətimiz həm də xalqın öz şairinə məhəbbətinə olan məhəbbət idi. Məhəbbətə məhəbbət!

Vida mitinqi başlandı. Vallah, matəm mitinqinə oxşamırdı bu. Qələbə mitinqi idi bu! Mirzə İbrahimov da çıxış elədi, Vahidə layiq sözlər dedi. Mitinq bitdi. Vahid torpağa tapşırıldı. Camaatsa dağılmaq bilmirdi. Xalq 70 il yaşayıb heç bir mükafat, ad, san almamış şair oğlunu bircə gündə, bəlkə bir neçə saatda rəsmi həm xalq şairi, həm deputat, həm laureat eləmişdi, ordenli, medallı eləmişdi. Xalq qələbə çalmışdı. Belə dəfn mərasimi məhz bayram kimi yekunlaşmalı idi. Elə də oldu. Abşeron kəndlərindən gələn cavanlar əsasən şairin sözlərindən ibarət olan meyxanalar deməyə başladılar…

Küçəyə çıxdım, Əli orada idi.

– Mən belə dəfn görməmişəm, – dedi, – indiyəcən. Bunu qeyd eləmək olardı.

Doğrusu mənim də ürəyimdən keçirdi. Lakin bilmirdim Əlidə bir şey var, ya yox. Mənim pulum çox azdı. Məlum oldu ki, Əlidə də bir şey yoxdur. Dedim:

– Əli, ikimizə yetik düzələr, amma heç kimə demə. Bir təhər aradan çıxaq.

Elə ki, taksi saxladım, qapısını açıb şoferin yanında əyləşdim, hiss etdim ki, arxada da iki nəfər oturdu. Düzü çox pərt oldum. Əli şərti pozmuşdu. Qanrıldım, Sərdar Əsəd idi. Çoxdan tanışdıq, amma çörək kəsməmişdik. Salamlaşdıq. Əli günahkar görkəm almışdı.

– Mədənizə əmr edin, cəmi üçcə manatlıq şirə buraxsın.

Sürücüdən sürəkli bir qəhqəhə qopdu. Sükan əlindən çıxdı. Küçə əyri və enişdi. Qorxdum. Xahiş etdim ki, sükandan yapışsın. Şoferlər ümumiyyətlə nazik mətləbləri tez tuturlar, xüsusilə Bakı sürücüləri. Əli də gülürdü, Sərdar da. Mənim də ovqatım düzəlmişdi. Sür, – dedim sürücüyə, – Starı Yevropaya. Yəqin elə bildilər ki, cibim doludur.

Əlbəttə, restorana getmək üçün qətiyyən imkan yoxdu, ancaq girəcəkdə bir kafe vardı, qiymətlər restorana nisbətən az qala yarıbayarı. Oranın bufetçisi (yəqin ki, xozeyini) suvadaq qızıldişli, güləşsifətli şəkili Ələsgərdi. Mehriban adamdı, kafenin daimi müştəriləri də ziyalı nisbət adamlardı, dava-dalaş olan yer deyildi. Neçə il əvvəl Gəncə Teatrı Bakıda qastrol səfərində olarkən kollektiv bu mehmanxanaya düşmüşdü. Məmməd Burcəliyev məni də onunla tanış etmişdi (İndi pulum çatmasa ömrümdə ilk və bəlkə də son dəfə nisyə oturmağa cürət etmişdim). İçəridə xeyli müştəri vardı. Ələsgər görünür, güclü intuisiyaya malik imiş. Salam verdik, əleyk aldıq, maraqla soruşdu:

– Kişini dəfn elədüz?

– Allah rəhmət eluya, yaxşı kişiydi.

Piştaxtanın yaxınlığındakı masanın ətrafında iki boş stul vardı.

– Əyləşin bir stul da tapdırım, – yanındakı yaşlı rus xidmətçisinə göstəriş verdi, beş dəqiqəyə üçüncü stul da gəldi.

Yarım litr araq, iki porsiya da sosiska dedim – pulum ancaq buna çatardı. Ələsgər tez həll elədi.

Əliağa Vahidə rəhmət oxuya-oxuya döşəndik yeməyə, bərk ac idik. Fikirləşdim üstünü hərə öz evində görər.

– Öləndə də belə öləsən, – dedi Sərdar.

– Heç ölməmək daha yaxşıdır, – dedim mən.

– Dəxli yoxdur, ölməməyin də axırı ölümdür, – dedi Əli.

– Bir dəqiqə olar? – Ələsgər mənə müraciət elədi.

Ayağa durub yaxınlaşdım – Sizə iki şüşə araq göndərirlər küncdəki stoldan, amma xahiş eliyirəm boylanmayın. Məsləhətdir, bura gələn adamdır.

– Birinin əvəzinə sosiska göndər, o birini saxla hələ, lazım gəlsə üç yüz elə.

Stola iri boşqabda çoxlu sosiska gəldi.

Əli boşqaba baxdı, gözlərini zillədi üzümə: “Yemək bol olarsa basılmaz bədən” – dedi.

– Orada nəyisə tənzim edirsən?

– İnsafı əldən qoyma.

Sərdarı deyə bilmərəm, Əli nəyisə duymuşdu, amma onu da bilirdi ki, “amansızam”. Özü qoymuşdu bu adı mənə.

İçki qurtardı, gözlərini sosiska dolu qaba dikdilər. Elə bu anda xidmətçi qadın dayaz boşqabda üç kiçik stəkan araq gətirdi, Əli dedi: Klassik tənzim eləmisən, pedaqoji baxımdan da yaxşıdır.

Çox normal vəziyyətdə idik. Onlar çıxdılar, mən hesablaşmaq üçün Ələsgərə yaxınlaşdım.

– Ha indi bunlardamı şairdi? – dedi.

– İkisi də şairdir, yaxşı şairlərdir.

– O ölənə çatmazlar.

– Bunlar hələ çox cavandırlar.

– Yəni deyirsiniz çatarlar?

– Mən sizə inanıram, – dedi. O ki qaldı şota, o oğlan yenə araq göndərdi, sabah da gəlib yeyib-içə bilərsiniz. Maadam ki, yaxşı şairlərdir, dəvət eləyin gəlsinlər, ikisi də yaxşı oğlana oxşayır.

Ələsgər vaxtilə mənimlə də zarafat eləmişdi. Həmin teatr qastrolu zamanı “Həmyerlilər”ə baxmışdı. Burcəliyevlə çörək yeyəndə demişdi:

– Niyə pisləyirsiniz yerlipərəstliyi? Burcəliyev mənim yerlimdir, ona hörmət eləyirəm, sizi mənimlə tanış eləyib, sizə də bəqədr qüvvə hörmət edəcəyəm, burada nə var axı.

Bilirdim ki, zarafat eləyir. Axırda dedi ki, “Allah sizi güldürsün, yamanca güldürdünüz məni, yaxşı tamaşadı”.

O ki qaldı bizi qonaq eləyən gəncə, təxminən 30 ildən sonra bildi ki, stol arxasında əyləşənlərin biri Əli Kərim imiş, biri də Sərdar Əsəd. Mən Əlinin adını çəkən kimi soruşdu: “Qaytar ana borcunu”? Gözləri işıqlandı, sevindi elə bil. Həmin oğlan indi ahıl kişidir, babadır, adlı biznesmendir, ilk sponsorluq elədikləri isə biz bəndələr olmuşuq.

Əli və Sərdar küçədə məni gözləyirdilər. Söhbətimiz yenə Vahid haqqında oldu. Onun fəxri xiyabanda dəfninə nail olanların hərəkətlərini dönə-dönə təqdir etdik və ayrıldıq. Mən hədsiz yorğunluğumu indi hiss etdim. Hələ işıqdı, həm də Əli Sərdarla birgə idi. Mən arxayın mehmanxanaya üz qoydum…

Neçə il keçmişdi o gündən. Kaş elə həmin gün olaydı. Sərdar, Əli, mən, oturaydıq Ələsgərin kafesində… Onun parıldayan qızıl dişlərinin və təbəssümünün işığında… Sonralar ilk görüşdə Sərdara həssas yanaşmadığım üçün özümü çox danlayacağam. Belə söyləyirdilər ki, Əlinin ölümündən xeyli sonra günlərin birində Sərdar Əlinin portretini görkəmli bir yerə qoyub özünü öldürüb. Bunun nə dərəcədə həqiqət olub-olmadığını bilmirəm, ancaq bunu həqiqətən olmuş kimi qəbul edib içimdə bugünə kimi yaşadıram, çünki bu hadisəni uydurmağa heç bir lüzum olmayıb.

Keçmişdən, xatirədən bu günə, gerçəkliyə qayıdıram və Əlinin yeznəsinin səsini eşidirəm: “A kişilər, qoyun adamımızı aparıb öz ana yurdunda rahat dəfn edək”.

Rəsul müəllim gəldi. Yaşlı nəsildən həmin yas mərasimində olanlardan bircə o yadımda qalıb. Ona tərəf gedirəm, Əli ilə münasibətlərimizi bilir. Kədər qarışıq qəzəblə deyir:

Rəsul müəllimdən başqa fəxri xiyaban məsələsi ilə daha kimlərin məşğul olduğu yadımda deyil. Onlar bir tərəfdən yuxarıların dəqiq işləyən, hər şeyə “olmaz” deməyi “ustalıqla” bacaran bürokratiyası, digər tərəfdən, Göyçaydan gələn qohumların təzyiqi arasında qalmışdılar.

Fəxri xiyaban məsələsi baş tutmadı.

Və nəhayət, qərara alındı ki, Əli Kərim Göyçayda dəfn olunsun.

Али Керим – Ali Kerim

Али Керим (азербайджанский : li Kərim) (18 марта 1931 г., в Гейчай – 30 июня 1969 г., в Баку ) был поэтом и переводчиком 20 века. из Азербайджана и член Союза писателей Азербайджана.

  • 1 Биография
  • 2 Взносы
  • 3 Наследие
  • 4 Семья
  • 5 Фильмография
  • 6 книг
  • 7 посвященных ему книг
  • 8 Источники

Биография

Керим был родом из Азербайджана. Его отец, Паша Каримов, был рабочим в Гейчае. В 1948 году Керим поступил в Бакинский Государственный Университет в Азербайджане, желая продолжить обучение на факультете Филологии. Однако отсутствие общежитий заставило его вместо этого поступить на драматический факультет Театрального института.

Начиная с третьего курса, он продолжил образование в Институте мировой литературы им. Горького в Москве. В 1955 году окончил университет с отличием.

После возвращения в Баку работал заведующим отделом поэзии журнала «Азербайджан».

Материалы

Его первое стихотворение Təzə Müllim («Новый учитель») было опубликовано в газете Azrbaycan Pioneri («Пионер Азербайджана») в 1948 году. Он получил награду за свой эпос, «Ильк Симфония» («Первая симфония») на Шестьдесят шестом фестивале молодежи и студентов мира, который проходил в Москве в 1957 году. Его первая книга «Два влюбленных» была издана в Москве. на русском, в связи с десятилетием азербайджанской литературы в 1958 году. Среди других его произведений – «Всегда в гостях», «Красные крылья», «Верните материнский долг и шаги» (Роман).

Керим. считался «талантливым молодым писателем с позитивным мировоззрением» наряду с современными поэтами и писателями в Азербайджане.

Наследие

Многие из его работ были опубликованы после его смерти. Умер в Баку 30 июня 1969 года и похоронен в одноименном парке Али Керима в Гейчай. В Сумгайыте существует поэтический клуб его имени. В Баку, Сабирабаде и Гейчай есть улицы имени Али Керима. Ежегодно Союз писателей Азербайджана вручает премию Али Керима в размере 2000 манат за лучшее поэтическое произведение.

Семья

У Карима было трое сыновей. Его старший сын – доктор филологических наук, ученый Паша Керимов. Его средний сын Азер Керимов – известный математик, профессор, доктор физико-математических наук. Его младший, Орхан Керимов, был известным в Азербайджане экономистом и умер 20 июля 2015 года. Его жена Эльза Керимова и сыновья опубликовали множество книг, статей и переводов работ Али Керима и о них.

Фильмография

Киностудии, телеканал Название фильма Год Сценарист Автор Режиссер Актер Фильм о поэте Тип
Киностудия «Азербайджанфильм» 1977 N Y N N N Короткометражный анимационный фильм
LIDER TV 2002 N N N N Y Документальный
ANS TV 2009 N N N N Y Документальный
АЗТВ 2010 N N N N Y Документальный
ITV 2013 N N N N Y Документальный
ITV 2015 N N N N Y Телепрограмма
Xezer TV 2015 N N N N Y Телепрограмма

Книги

1.İki sevgili. Баку: Azrnəşr, 1960, 60 стр.

2.Həmişə səfərdə. Баку: Azrnəşr, 1963, 63 стр.

3.Кызыл канад. Баку: Azrnəşr, 1965, 132 стр.

4.Qaytar ana borcunu. Баку: Gənclik, 1970, 223 стр.

5.Uşaqlar və ulduzlar. Баку: Генклик, 1971, 71 стр.

6.Səfərdən sonra. Баку: Azərnəşr, 1972, 192 стр.

7.Tənbəl ayı balası. Баку: Uşaqgəncnəşr, 1973, 15 стр.

8.Seçilmiş sərləri (в двух томах). I том. Баку: Azrnəşr, 1974, 407 стр.

9.Seçilmiş sərləri (в двух томах). II том. Баку: Azrnəşr, 1975, 185 стр.

10.Pilllər (роман). Баку: Генклик, 1978, 160 стр.

11.Qız və kəpənək. Баку: Gənclik, 1979, 56 с.

12.Qayıt. Баку: Язычы, 1983, 288 стр.

13.Pilllər (роман). Баку: Язычы, 1987, 262 стр.

14. Seçilmiş sərləri (в двух томах). I том. Баку: Azrnəşr, 1991, 272 стр.

15. Seçilmiş əsərləri (в двух томах). II том. Баку: Azrnəşr, 1991, 251 стр.

16.Mavi nəğmənin sahilində. Баку: Язычы, 1991, 197 стр.

17. «Два влюбленных». Москва

18.Seçilmiş sərləri. Баку: Лидер, 2004, 336 стр. (Распоряжение Президента Азербайджанской Республики г-на Ильхама Алиева )

19 Сечилмиш Осерлури (в двух томах). I том. Баку: rq-Qərb, 2013, 376 стр. ()

20. Seçilmiş əsərlri (в двух томах). II том. Баку: Şərq-Qərb, 2014, 496 стр. ()

21.Seçilmiş sərləri («Nə xoşbəxt imişəm bir zaman, Аллах. “). Баку: Китаб Клубу, 2015, 384 стр. (Книга посвящена его умершему сыну) и др.

Книги, посвященные ему

1. Автор книги: Фейзи Мустафаев, «Dinmə, ey kədər» (1986)

2. Автор книги: Cavanşir Yusifli, «Azərbaycan poeziyasında Əli Kərim mərhələsi» (2005)

3. Автор книги: Эльза Крим, «Nə xoşbəxt imişəm» (2010)

4. Автор книги: Каваншир Юсифли, «Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyaty tarixinə baxış »(2010),

5. Автор книги: Sona Xyal,« Əli Kərim »(2011)

6. Автор книги: Altay Məmmədov,« Tanıdıım Əli Кəрим »(2012) и другие.

7. Автор книги: Ифрат Шлиева, «Çırağı sönməyən poeziya» (2017)

Şair Əli Kərimin şeirləri

Ey Kürüm, sanıram bir xoş nəğməsən,
İndicə qopmusan min-min dodaqdan.
Sənintək mənalı bir nəğməni mən
“Hardasan”, – deyərək gəzirəm çoxdan.

Doldurub ovcuma sərin suyunu
Sevdiyim nəğmənin bir damlasıtək,
Ey könül, deyirəm, seyr elə bunu,
Mənalı olmağı bundan öyrənək.

Yazdığım nəğmə də istərəm ki, mən
Sədada, qüdrətdə tamam sən ola,
Həvəslə, zövq ilə həm dinlənilən,
Həm də ki, gözlərə görünən ola.

Axar ürəyimə yüz ömrün kamı
O əziz yaransa elə su kimi.
Qoy belə olmasa könlün ilhamı,
Dağılsın bir uşaq yuxusu kimi!

Sənintək, a Kürüm, mənim də nəğməm
Axa şəhərlərə, axa kəndlərə.
Mildə iş qurtarıb susanda aləm,
Xoş səda salaydı aynabəndlərə.

O da dalğalanıb, yeriyib arx-arx
Bu ana torpağı qucaqlayaydı.
Sən ellər gəzəndə işıq saçaraq,
Sözüm könüllərə şəfəq yayaydı.

Sənintək axaydı, səsim də, a çay,
Muğanda “su” deyib yananda düzlər,
Mənim də nəğməmi tarlada hər yay
Sərin suyun kimi içəydi qızlar.

Hər konül istəyim, könül harayım
Ellərin qeydinə belə qalaydı.
Heç nə istəmirəm, mənim Kür çayım,
Bir sənə bənzəyən nəğməm olaydı.

Adam var bu qapıları açar,
Bir az
saxlayar, deyər:
“Birdən,
Arxadan gələnə dəyər”.
Bəzən
heç dönüb baxmaz da
Heç özü bilməz də
Kimdir: dostdur,
yoxsa düşmən.
Qapını yavaş-yavaş
buraxar əlindən.
Eləsi də olur ki,
Tələsik özünü içəri soxur,
Elə bil
Heç arxada adam yoxdur.
Kimliyi yazılmayıb ki,
insanların alnına.
Qapılar
Açılır, örtülür,
Gah sürətlə,
gah asta;
Gah bu geniş dünyaya,
gah da yerin altına.

VAN QOQUN GÜNƏŞİ

(İrvinq Stonunun “Həyat təşnəsi”
əsərini oxuyarkən. )

Səhərdən axşamacan
Gəzdi altında günün;
Gunəşi görüb, duyub.
Fırçasının gücüylə
dünyada başqa,
yeni
bir Günəş almaq üçün.
Yandırdı varlığını
Günəşin hər şüası;
qaraldı bət-bənizi.
Töküldü dalğa-dalğa
sinəsinə, başına,
Günəşin al dənizi.
Qəlbin odu bir yandan,
göyün odu bir yandan;
qorxmadı,
çəkinmədi
Van Qoq bu yanhayandan.
Baxmayıb qızmar günün
alovuna,
közünə,
yığdı bir ucu göydə,
bir ucu yerdə olan
qızılı şuaları
qabarmış sinəsinə,
ürəyinə, gözünə,
yapışdı şualardan,
Gunəşi çəkib-çəkib
yerə salmaq istədi.
Günəşin qucağında
yanıb-yanıb,
yaxılmaq,
Günəşin qucağında
bir əbədi,
vəfalı
sakin olmaq istədi.
Alışdı,
yandı Van Qoq.
Bir ucu gözlərində,
Bir ucu göydə olan,
kainatı dolduran,
yanğını ərşə dayaq
Şüalar arasında,
rənglərin əfsanəvi,
qarışıq dünyasında.
Görənlər düşündülər:
“Yazıq bezib həyatdan,
öz canına zülm edir”.
Birdən
çökdü Van Qoqun
işığa,
rəngə həris
alıcı gözlərinə
sanki qütbün zülməti.
Vurmuşdu məhəbbətin
Alovuyla onu gün,
qovuşmuşdu Van Qoqa
Bir daha ayrılmamaq,
Uzaq olmamaq üçün.
Van-Qoq səndirləyərək
əllərini uzatdı
Günəşin gecəsinə,
zülmətin göylərinə.
Günü tutııb, oxşamaq,
saxlamaq arzusuyla.
Yıxıldı sonra günün
Zülmət ucalığından.
Üzünə su səpdilər,
sönərmi arzu suyla?
Günəş sönərmi suyla?
Yaman yanırdı Van Qoq,
Ürəyi hay-harayda
Bir günəş alışırdı
Köksündə köksü boyda,
Üzündə üzü boyda.
Qarsımış dodağından
Hərdən köz kimi düşən
Sözündə sözü boyda.
Gecə yarıydı artıq.
Qurtarmışdı görüşlər,
xoş söhbətlər,
gülüşlər.
Tökülürdü Van Qoqun
Dodağından arabir
Xırda-xırda cünəşlər:
– Niyə batdın, ey Günəş?
Odun var,
işığın yox.
Gəl, gözümə düş mənim,
Ey ağrısı, –
dərdi xoş!
Ey yanğısı vəfalı!
Ey varlığım!
Ey canım!
Ey sevimli düşmənim!

Comments are closed, but trackbacks and pingbacks are open.