Li Kərim
nur yuvasından bala götürmək üçün hündür şam ağacına dırmaşıb.
Əli Kərim üslubu, yaxud “gözləri yumaq gərək, başqa cür görmək gərək. ” – Cavanşir Yusifli yazır
Düşən axşam-səhər də hələ ömürdən deyil, onu son zərrəsinə qədər fəth etməsən. Bu şeir ənənəvi poetik düşüncəyə tərs mütənasib olduğuna görə tənqid edilirdi, həm də qulağa yatmayan bəzi ifadələrə görə (“sevgi toranı”, “ölüm sözünün polyar qışı” və sair). Amma gözün əlbəəl tutduğu, tənqidə yarayan göydəndüşmə ifadələr doğrudan da aranı qatır, poetik mətnin içindəki prosesi gizlədirdi. Bəs mətnin içində hansı proses gedirdi? Əli Kərim Azərbaycan yeni şeirində yeni dalğa idi. Yəni, yeni şeir dalğa-dalğa ötürülürdü. Təəssüf ki, bizim o dövrkü ədəbiyyatımız bu baxımdan yetərincə öyrənilməyib. Tənqidçilərin biri belə yazırdı: “Onun fikir və hiss dünyası mənim üçün dünyaların ən maraqlısıdır. O, konkret məkan, zaman və insanlardan danışmır, insandan və həyatdan söz açır. Buna görə də genişdir. Əgər o, bütün gücünü şeirə həsr edərsə, onda görərsiniz haralara gedib çıxacaqdır”. Bu sözləri vaxtilə Foruğ Fərruxzad keçən sərin 60-cı illərinin ən maraqlı modernist İran şairi Söhrab Sipehri haqqında yazmışdı. Sipehri isə bütün yaradıcılıq enerjisi ilə bunu deyirdi: “Gözləri yumaq gərək, başqa cür görmək gərək”. (Sitatlar M.Məhəmmədinin tərcümə etdiyi “Suyun ayaq səsi” kitabına yazdığı “Vəcd ilə kəşf arasında” məqaləsindən götürülmüşdür). Bizim poeziyada Söhrab Sipehri ilə səsləşən bir şairin adını çəkə bilərik: Əli Kərim (İllər öncə mərhum Adillə söhbətlərimizdə Sipehridən danışardı, ancaq mətnlərini bilmədiyimizdən bu söhbət uzanmazdı; Sipehrinin təkcə şair kimi deyil, rəssam kimi də şöhrəti dünyanın hər yerinə yayılmış, sərgiləri Avrtopanın ən məşhur salonlarında göstərilmişdi). Əli Kərimin adı çəkilən şeirini diqqətlə oxusaq (və “yenilik” sözünü bir kənara qoysaq. ) bu mətndə əsas poetik vurğunun sözlər arasında yaşadığının şahidi olarıq, özü də orijinal tərzdə. Bir duyğu, hiss. əvvəldən sona qədər misralar arasında gəzir, bu labirintdə sözün şüurda yaratdığı ənənəvi obrazlar dağılır, mətnə mistik, metafizik aura hakim kəsilir. Ancaq bu aura, bu cazibə qüvvəsi mətnin dibinə çökür, çökür ki, üst qatda poetik infromasiyanın zaman-zaman dəyişməsinə şərait yaratsın.
. Elə saatım var ki, ağac olub
Bir dost bağında,
Hər dəqiqəsi bir meyvəyə dönüb
Boynuna qol salıram saatımın
bir parçasının kölgəsində:
Düzürük qızıl yanaqlı dəqiqələri
On dörd günlük Ay-boşqaba,
“Yeni dalğa” məsələsinə qayıdaq. Ədəbi prosesdə bir zamanlar hakim olan üslublar bitdiyi yerdə başqa bir rejimə keçir, ədəbi keçmiş və gələcəkdən informasiya toplayaraq gələcəyin poetik nəfəslərinə qatılırlar. Fars modernist şairi və rassamı Söhrab Sipehri (ən çox sevdiyi məşhur “hind üslubu” şairlərindən Saib Təbrizi idi) şair kimi “təbiətə dalmağı, təbiətin içində əriməyi” üstün tuturdu (yəni, Əli Kərimin diliylə desək, “mən bir bulaq görmüşəm, əslində görməmişəm. ”). Onun fikrincə, bu zaman sən güllərin nəbzinin döyüntüsünü, ağacların yarpaqlarının nəfəsini eşidə bilərsən. Əli Kərimin şeirlərini oxuyanda da insanın (şairin-!) bütün vücudu ilə yerin təkindən, göylərin yeddinci qatından gələn səs və hənirlərə daldığını hiss edirsən (Xüsusən, “Mən azmaq istəyirəm” şeirində-!). Diqqət edin:
Söhrab Sipehridə:
Qibləm bir qızılgül.
Canamazım – bulaq, möhürüm – nur.
Mən dəstəmazı pəncərələrin titrəyişilə alıram.
Namazımda Ay axır, bütün rənglər axır.
Namazımın sonunda daş görünür:
Namazımın bütün zərrələri büllurlaşır.
Mən namazımı o zaman qılıram ki,
külək bir sərv ağacının başında azan vermiş olsun.
Mən namazımı otların təkbiri,
dalğaların iqaməsi ardınca qılıram.
Əli Kərimdə:
Gecə yağış yağdı.
Başını salmışdı zanbaqlar gölə.
Onları qoruyur bu vaxt su sudan,
Amma güllər, otlar, başqa çiçəklər
Yağışın altında mərd durmuşdular.
Gün doğdu. hər yerdə parladı bahar.
Zanbaqlar başını suyun altında
Şirin bir yuxudan çəkdiyi zaman,
Amma güllər, otlar, başqa çiçəklər
Qaldırdı başını zərbə altından.
Hər şey, bütövlükdə hərəkət aşağıya yönəlir, yağış, leysan altında hər şey başını aşağı salır. Bədii mətn deyimi (yəni, özünü) içinə alır və çıxarıb təqdim edir. Yəni, pardaqlayır. Şeirdən qabaq ideya şəklində mövcud olan deyim mətn daxilində ilkin konstruksiyasını itirir, yeni düzümdə özündən qaçmağa, özgələşməyə meyl edir, ancaq bunu bacarmayacağı bəri başdan məlumdur. Bu “səmərəsiz” cəhd sonradan, yəni bir an içində ideyada mövcud olmayan, yaxud sadəcə eyham biçimində var olan işarələri özünə qatıb mükəmməlləşir. Bu səbəbdən Əli Kərimin şeirində bütün artıq və lazımsız təfərrüatlar kəsilir, “içiboş” epitetlər yerini dolğun detallara verir. Onun “Oğluma” adlı şeirindəki obrazlar – uşağın iki şəxsin söhbətlərini havada dənləməsi, karandaşın ucuna alıb rəsm etməsi elə onun poetik sistemini bəlirləyən xüsusiyyətlərdəndir. Əli Kərim də qulağını zaman adlı nəhrə dayayaıb gələn uğultudan çıxan bəlkə də mikroskopik ştrixləri “dənləyir”, bədii mətnə çevirirdi. “Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada” tipli şeirlərində artıq bir yox, bir neçə detal arasındakı hərəkəti nişan alır, onların ümumi mətləbdən uzaqlaşma və yaxınlaşma hərəkətini bütün görüntü gücü ilə təqdim edirdi. Bunlar konseptual şeirlər idi. Daha doğrusu, konseptual şeirə doğru gedən yol idi.
Bu iki fərqli şeiri bir-birinin davamı kimi oxumaq olarmı? Düşünürdüm ki, olmaz, çünki onlar fərqli dünyaduyum və “assosiativ seyrdən” qaynaqlanır. Adi bir hadisə – namaz palitarnın bütün rənglərində görünür, bundan vaz keçilir, mətn boyu işlədilən bütün obrazlar bir nöqtəyə yığılaraq dünyanın poetik dərkinin fərqli mərhələsinə adlayır. Ancaq birdən Sipehrinin rəsm əsərlərinə baxdım, o əsərlərdə başını suya salıb gecələr mürgüləyən zanbaqları, suyun dibində pıçıldaşan daşları, mavi suların içiylə üzən sevgini – qırmızı balıqları, ağacların kürək-kürəyə söykənib üfüqə səyahət etməsini, üfüqlərin qaşında kükrəyən atları, Kürə yağan yağış damcılarının parçalanıb rəngdən-rəngə düşdüyünü gördüm.
Hər iki şairin yaradıcılığında “su”, “alma”, “gecə”, “daş” simvolikasını izləmək maraqlı olardı. Söhrab Sipehridən bəhs edən mənbədə qeyd edildiyi kimi, “. məsələ bundadır ki, Söhrab yeni fars poeziyasında görünməmiş, qeyri-adi bir sintez həyata keçirmişdir və onun dünyaya baxışı universal səciyyəlidir. Buradan onun “hind üslubu” şairlərinə xüsusi marağının kökü aydınlaşır”. Bizim poeziyada da yeni poeziyanın “yeni dalğası”ndan məqsəd məhz müasir dünya ədəbiyyatına inteqrasiyanı həyata keçirmək idi, yəni, universal xarakterli idi.
Funksiya və missiyanın oxşarlığı bu iki modernist şairin fərqli üslublarını istisna etmir. Söhrab Sipehrinin mətnlərində keçmiş əyyamların haçansa qırılmış, yaddaşdan düşmüş fraqmentlərini uc-uca calayıb qəribə və sehrli assosiasiya zənciri yaratmaq cəhdləri var. Sehrli nağıl effekti. Onun “Ünvan” şeiri bu mənada xarakterikdir. Bunu anlamaq üçün şeiri bütünlüklə vermək lazımdır.
“Dostun evi hardadır?” – deyə,
dan yeri ağaranda, süvari soruşdu.
Yolçu dodağındakı nur budağını qumların qaranlığına bağışladı
və barmağı ilə qovağı göstərib dedi:
“Ağaca çatmamış, Tanrının yuxusundan da yaşıl bir bağ yolu var
və orada sevgi sədaqətin qanadları qədər mavidir.
O küçənin yetkinlik boylanan sonunadək gedərsən,
sonra tənhalıq gülünə doğru dönərsən,
gülə iki addım qalmış,
yerin əbədi əsatir fəvvarəsinin yanında dayanarsan
və səni şəffaf bir qorxu bürüyər.
Səmimiyyət süzülən o fəzada bir xışıltı eşidərsən:
Bir uşaq görərsən,
nur yuvasından bala götürmək üçün hündür şam ağacına dırmaşıb.
Ondan soruşarsan dostun evi hardadır”.
Digər obraz və detallarla bərabər “əsatir fəvvarəsi” simvolikası da bədii mətndə şair və şeir obrazının açılıb-pardaqlanmasına yardımçı olur. Şeirin başlanğıcındakı “dan yeri ağaranda” deyimi sərgüzəştin bütün daxili sirlərini ortaya qoyur. Əli Kərimin “Göydəmir at” şeirində başqa mənzərənin şahidi oluruq. Bu mətndə real və irreal anlamların bir nöqtədə görüşməsi, daşıdıqları funksiyaların iç-içə keçməsi müşahidə olunur. Fərqli şeylər bir nöqtədə görüşüb bir anlığa hər şeyi, hamını çətiri altına yığır. Prosesin dinamikası elə verilir ki, qəfildən “üzəngidə yüksələn çapar” (bütün yarış iştirakçılarının göylərdə çapan atın üzəngisində olması-!) obrazı yaranıb-formalaşır (Əli Kərimdə bu kimi ani keçidlər hər şeirində baş verir). Söhrab Sipehrinin şeirindəsə ümumi olan şey mətn boyu parçalanır, xassəsini ayrı-ayrılqıda, az qala nöqtəbənöqtə faş edir, buna görə onda “əsatir fəvvarəsi”, “şəffaf qorxu”, “Tanrının yuxusundan da yaşıl bir bağ” obrazları daha işlək və funksionaldır. Şeirdəki obraz-deyimlər (“süvari”, “asiman”, “dan yeri”, ”“yolçu”, “tənhalıq gülü”, “şəffaf qorxu”. ) sadəcə belə deyək, rəssam fırçasından süzülən ifadələr deyildir, nələrisə müqayisə eləmək, obrazı rəng qatışığında nümayiş etdirmək məqsədi daşımır, mətnin daxili sərgüzəşti mümkün olanla mümkünsüzlüyün anidən rastlaşıb ayrıldıqları məqamda açılır, yaxud şərh edilir.
Əli Kərimin şeirinin intonasiyasında “fəvvarə effekti” var (suyu kəsilib-verilən fəvvarə. ), obraz, detal nəsr dəqiqliyi ilə verilir, obrazın yaranma dinamikası hərəkəti elə libasda təqdim edir ki, bunun son məqam olduğunu, yaxud yeni başlanğıca yol açdığını duyursan. Göydəmir at yarışda yolu dişiylə, dırnağıyla döşünə çəkir, hamı vahimələnib susduqda, bütün məsafələrin, içə çəkilən nəfəsin və sükutun üstündən atlanır. Göydəmir at yerdə, şumlanmış torpaqda çapmaqdan vaz keçir, göylərə çəkilir.
Dünyanın müxtəlif yerlərində olur ki, tanrı bir-birinə bənzəyən iki şair yaradır. Onlar necə deyim, dayaz suların içində okean kəşf edirlər. Bir damcı suda yaddaşın ayaq səslərini, dünyanın “ilk simfoniyasını” eşidir, şeirə, peoziyaya yeni notlar qatırlar. Onların intonasiyası bir-birindən olsun ki, kəskin fərqlənir, ancaq bütün məsələ bu fərqi poeziya dilində fəhm etməklə bağlıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Əli Kərim
Gözel qız, sen saf susan,
Iki qelb arzususan.
Mense seni sevirem
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq su seven kimi.
O ise seni sevir,
rahatca bardaş qurub,
—Kabab üstden serin su pis olmaz—deyen kimi.
Gözel qız, sen işıqsan,
Yurduma yaraşıqsan.
Mense seni sevirem
iynenin ucu boyda
İşığa hesret qalan göz işıq seven kimi.
O ise seni sevir,
Bir şen mağarda, toyda,
Işıqlardan yaranmış yaraşıq seven kimi.
Danış, ucalsın sesin,
Qısılmasın nefesin.
Men ki seni sevirem,
Bakıdan, Daşkesenden
Gelen bir seda kimi,
Ses kimi,
Qüdret kimi.
O ise seni sevir,
Gizli deyil ki, senden,
Bir otaq küncündenki qemli sükunet kimi.
Bu men, bu o, bu da sen,
De görek ne deyirsen!
Amma yaxşı fikir ver bu iki mehebbete.
Daha heç ne demirem.
Nöqte, nöqte ve nöqte.
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
09-07-2009, 12:26 PM #2
Moderlər Üyelik tarihi May 2009 Yer Amerika Mesajlar 2.811
Re: Əli Kərim
Bir gözel,bir sevimli ogul böyütdü ana
O bed,ugursuz günü-erinin öldüyünü bildirmedi heç ona.
Kederi dalga-dalga doldusa da üreye,
Lakin ne saç yolaraq verdi esen küleye,
Ne şiven etdi ana.
Ureyinde aglayıb,gülmek öyretdi ona.
Dözerek davanın da derdine,belasına
Öz bogazından kesib yedirdi balasına.
Bir ogul böyütdü ki,gur catmaqaş,gensine
Bir ogul böyütdü ki,ogul deyirem sene.
Atlını atdan salıb küleklerle ötüşür,
Baxışından qızların üreyine od düşür.
Bir ogul böyütdü ki,ogul mekteb bitirdi
Ogul ali mektıbe qızıl medalla girdi.
Ana fikirleşdi ki gör neçe aya getdi?
Ana fikirlerinde tez-tez Bakıya getdi.
Ana mektub yazdı ki yanıltma gümanımı
Pul nedir,pul deyirsen?göndererem canımı.
Ne zaman ki,oglunun getdiyi dörd il oldu
Mektubları kesildi,gelmedi tetil oldu.
Ananı fikir aldı,ananın esdi dizi
Ana müqessir etdi tramvayı,denizi.
O yene dözdü,durdu,o yolmadı saçını
Sesledi qonşuları Esmer,Çicek bacını.
Yene de azalmadı ürekden bala derdi
Onlar ogul vermedi,onlar teselli verdi.
Ana ogul böyütdü-gur çatmaqaş,gensine
Ana ogul böyütdü özgeye qismet oldu.
Ana fikirleşdi ki men neylemişdim sene?
Bu ne ogulluq oldu,bu ne mehebbet oldu?
Ogul böyütdümü o büzmedodaq bir qıza?
Ogul böyütdümü o min işveye,min naza?
Ana bilseydi eger böyütmezdi oglunu
Yox bunu yandım dedim.Yene atmazdı onu.
Bir gözel,bir sevimli ogul böyütdü ana.
Üreyindıe aglayıb gülmek öyretdi ona.
Ogul,nedir etdiyin bes bu haqq-say ücün?
Qaytar onun ömrüne neçe gece,neçe gün.
Qaytar onun saçının qaralıgını geri,
Qaytar o dilindeki şirin-şirin sözleri.
O sözü,o söhbeti,gülüşü anan verib
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gezen ogul ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözleri sözsüz bir lal olarsan.
Qaytarsan o yerişi yerindece qalarsan.
Qaytarsan o gülüşü hırıldamazsan daha
Qaytar,qaytar onları,qaytar qoyma sabaha.
Sen ki,derd verdin ogul,sene gülüş verene
Ogul demerem sene.
Deyerem ki,o boyu,buxunu qaytar geri,
Deyerem ki,varını,yoxunu qaytar geri.
Qaytar onun borcunu
Gülüşünü,adını,sözünü qaytar geri.
Qaytar ANA borcunu
O borc senin özünsen
Özünü qaytar geri.
Əli kərim şeirləri
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mənsə səni sevirəm
Susuzluğun od vurub,
köz kimi yandırdığı
dodaq su sevən kimi.
Bu şeiri məktəbliykən oxuyub öyrənmişdim. Xoşum gələn qızlara da məktub formnasında şeiri yazıb yollamışdım. Hamısı da onu sevdiyimi zənn etmişdi. Lakin yaş ötdükcə, anladım ki, sən demə, mən heç sevməmişəm.
Nə isə, bu yazıda öz sevgilərim haqqında yox, ilk dəfə bu şeirlə tanıyıb, sonradan kitablarını böyük coşqu ilə oxuyub-öyrəndiyim Əli Kərim haqqında söz açmaq istəyirəm.
Əli Kərim mənim üçün bir zirvədi. Bu zirvə haqqında hələ ki, təpə olmağa can atan, adicə bir yazarın danışması, nə qədər düzgündü, deyə bilmərəm. Amma məni bu qeydləri yazmağa vadar edən böyük şairin həyat yoldaşı Elza Kərimin “Nə xoşbəxt imişəm. ” kitabı oldu. Kitab haqqında bir az sonra danışacağam. İndi istərdim, Əli Kərim haqqında müəyyən təəssüratlarımı oxucularla bölüşüm.
Nədənsə, hər zaman Mikayıl Müşfiqlə Əli Kərimi bir-birinə bənzədirəm. İstər yaradıcılıq, istər zahiri görkəm, istərsə də tale baxımından. Baxmayaraq ki, Mikayıl Müşviq 29 yaşında repressiya qurbanı olmuş, Əli Kərim isə 38 yaşında öz əcəli ilə dünyadan köçmüşdü. Hər ikisi gənc yaşından ədəbiyyata gəlib, hər ikisi öz dövründə birmənalı şəkildə qəbul olunmayıb, müəyyən bəlalarla qarşı-qarşıya qalıblar, oxşar tale yaşayıblar. Zənnimcə, elə Əli Kərimin də həyatını sürgün həyatı adlandırmaq olar. Baxmayaraq ki, onu sürgün etməmişdilər. Amma şair elə doğma diyarında da qərib, sürgün həyatı yaşayır. Baxmayaraq ki, şairin məkanı göylərdi. Bu səbəbdən də, hər bir şairin yazdığı şeirlərdə göyə – həqiqətin, ədalətin doğuş məkanına – Uca Yaradanın dərgahına meyillilik hiss olunur.
Mikayıl Müşfiqə də zamanında eyni qısqanclıqlar, böhtanlar vardı, hardasa, Əli Kərimə də. Bunun əyani sübutu Əli Kərimin son günlərinə qədər zirzəmiyə bənzər evdə yaşamasını, işsiz günlərini göstərmək olar. Bu gün Mikayıl Müşfiqin məzarının yeri bilinmirsə, Əli Kərimin məzarı var. Bəlkə də onları fərqləndirən yeganə amil elə budur.
. Dünən gecə həmişə olduğu kimi yenə də işıqlarımız sönmüşdü. Yenə də ənənəvi olaraq, yazı masamın üzərində bir şam yanır, masanın üzərində səliqəsiz yığılmış kitabların üzünə titrək işıq saçırdı. Bu kitabların içindən iki baxış mənə doğru boylanıb, sankı “Elə vaxtıdır, indi bizimlə danışa bilərsən” deyirdi. Bu kitab Əli Kərimin həyat yoldaşı Elza Kərimin “Nə xoşbəxt imişəm. ” xatirələri idi. Kitabın üz qabığında Elza xanımla Əli Kərimin şəklindəki baxışlar danışırdı. Ümumiyyətlə, məndə belə bir hal var, kitabı oxuduqca, onunla danışır, gah gileylənir, gah da sevinirəm. Kitab mənim üçün ən yaxşı sirdaşdı. Bu dəfə bir neçə saatlıq, mənə sirdaş olacaq kitabı əlimə götürüb, bir az vərəqlədim, içindəki şəkillərə baxdım. Daha sonra şamı yaxına çəkib, işığı kitabın vərəqlərinə düşsün deyə, eynəyimi çıxarıb, oxumağa başladım. Aman Allah, bu kiçik kitabçada nələr varmış, hansı dərdləri bu kitabça özündə daşıyırmış. Bunu ancaq oxuyanlar bilər.
Elza xanım bu kitabda mümkün qədər qədər səmimi olub, Əli Kərimi oxucuya səmimi şəkildə təqdim edə bilib. Kitabda Əli Kərimin mənfi tərəfləri də, müsbət tərəfləri də öz əksini tapıb. Müəllif bir zamanlar Əli Kərimin “Mən şeirlərimi balalarımdan da çox sevirəm” sözündən inciməsinin bu gün yersiz olduğunu anladığını da etiraf edir. Bununla yanaşı kitabda bir çox ciddi məqamlar var ki, insan ürəyini ağrıtmaya bilməz.
Burada zamanında partiya üzvü və heç bir dövlət mükafatçısı olmayan Əli Kərimin qısa və acı xatirələrindən söz açılır. Ona o zamanlar kömək edənlərin adları çəkilsə də, ayağının altını qazanlar yenə də gizli saxlanılır. Məhz bu üzdən, mən burda müəlliflə razılaşmıram. Hər şeyi olduğu kimi oxucuya çatdırmaq lazım idi, sətiraltı mənalarla danışmaq yox. Necə ki, o dövrdə “M.F.Axundov mükafatı”nın Əli Kərimə yox, özünə verilməsini istəyən, bu səbəbdən mükafatın ümumiyyətlə ləğvinə nail olan “nasir”in kimliyini oxucu bilməli idi. Oxucu bilməli idi ki, kimlər Əli Kərimə maneələr törətməklə ona ev verilməsinin qarşısını alıb, ömrünün sonuna qədər onu zirzəmiyə bənzər evdə yaşamağa vadar etmişdi. Həmçinin dəfninin Fəxri Xiyabanda baş tutmasına dostu Rəsul Rzanın da gücünün çatmaması barədə acı həqiqətləri ictimaiyyət ən azı bu gün bilməli idi. Bunu oxucudan gizlətmək olmaz. İndi Əli Kərimin bir dənə də olsun video görüntülü süjeti əlimizdə yoxdu. Bunun da səbəbkarı, hətta Əli Kərimin dəfninin belə lentə alınmasına yol verməyən, o dövrdə televiziya rəhbərliyində çalışan şairin adı açıqlanmalı idi. Təsadüfü deyil ki, mən əvvəldə Mikayıl Müşfiq taleyi ilə Əli Kərim taleyini müqayisə etdim. Hər ikisi qısqanc adamların repressiya qurbanı oldu. Biri cismani, digəri isə mənəvi. Hər ikisi gənc getdi bu dünyadan. Bu yerdə, şair Musa Yaqubun bu günlərdə Əli Kərim haqqında bir xatirəsi yadıma düşdü.
Musa müəllimlə ədəbi söhbətlər edirdik. Birdən söz gəlib, Əli Kərimin adının üzərinə çıxdı. Musa müəllim çox kövrək bir xatirəni danışdı mənə. Dedi ki, Əlinin ölümündən bir qədər əvvəl təsadüfən metronun “Gənclik” stansiyasında dayanıbmış. Birdən dayanmış qatardan Əli Kərim düşür. Onlar görüşüb, hal-əhval tutub, ayrılmaq məqamına gələndə, Əli Kərim gileylənir. Musa müəllim səbəbini soruşduqda: “Gənclikdə düşəsi deyildim, səhvən, burda düşmüşəm” – deyir.
Musa Yaqub bu xatirəni danışarkən şair gözlərinin parıldadığını, kövrəldiyini hiss etdim: “Əli həyat qatarından da səhvən gənclikdə düşdü. ” – deyib, durub getdi Musa müəllim.
Sağlığında və sonralar da Əli Kərimə sadiq yoldaş, daha doğrusu onu qoruyan Rəsul Rzanın səyi nəticəsində ölümündən sonra onun anadan olduğu Göyçay şəhərində Əli Kərim parkı salındı, ikicilldliyi işıq üzü gördü. Lakin dəfələrlə Elza xanımın istəyi, Rəsul Rzanın səyi ilə də olsa, onun Bakıda yaşadığı binanın qarşısına baralyefi vurulmadı. Səbəb həmişəki kimi Əli Kərimin xalq şairi olmadığının, heç bir fəxri adı daşımadığının bəhanə gətirilməsi idi. Elə indi də şairin yaşadığı bina barelyefsizdi. Demək, bu gün də Əli Kərim istedadına qısqanclıqla yanaşanlar yaşayır.
Artıq biz müstəqil dövlətik. Bu gün Azərbaycanda keçmiş Sovet senzurası yoxdur. Zənnimcə, istedadlı insana fəxri adına görə yox, istedadına görə dəyər verilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin heç birində fəxri ad anlayışı yoxdu. Görünür, bu məsələyə daha optimal yanaşmadır. Çünki fəxri adla yaradıcı insanlar arasında ayrı-seçkinlik salınır. Amma, zənnimcə Əli Kərimin heç bir fəxri adı olmasa da, o doğma xalqının istedadlı şairidir. Ölümündən illər keçsə də, sağ ikən ölənlərdən fərqli olaraq, şeirlərinin çağdaş dönəmdə də dillər əzbəri olması bunun əsas sübutudur. Bir şairə dəyər vermək üçün, mütləq, hər hansısa dövlət mükafatımı olmalıdır?!
Əli Kərim ömrünün bahar çağında dünyadan köçsə də, yaddaşlarda iz buraxdı getdi. Zamanında onu layiqincə dəyərləndirə bilmədilər. Bu səbəbdən də laqeydlikdən öldü o. Necə ki, bir şeirində də yazırdı:
Eh, bu gün nə qədər xəyala daldım,
Eh, qəlbim nə qədər alışdı, dindi.
Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi?
Əli Kərim, ürəyinə damdığı kimi cavan yaşında da öldü. Biz onun qədrini ölümündən sonra da olsa, bildikmi.
24 Yanvar 2012,
Bakı şəhəri.
Comments are closed, but trackbacks and pingbacks are open.