Press "Enter" to skip to content

Li Kərim-85. (Metodiki vəsait)

Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsinin metodisti: L.Əfəndiyeva.

Əli Kərim “Seçilmiş Əsərləri 2” PDF

“Şərq-Qərb” nəşriyyatında görkəmli Azərbaycan şairi Əli Kərimin seçilmiş əsərlərinin II cildi çapdan çıxıb.

bu cildə şairin nəsr əsərləri – məqalələri, müsahibəsi, hekayələri, pyesləri, “Mavi nəğmənin sahilində” povesti və “Pillələr” romanı daxil edilib. Əli Kərimin nəsr əsərləri ilk dəfə bir kitab halında oxuculara təqdim edilir.

Kitaba şairin indiyədək işıq üzü görməmiş əsərləri də daxil edilib.

Cildin tərtibçisi və redaktoru filologiya elmləri doktoru Paşa Əlioğludur.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Əli Kərim “Seçilmiş Əsərləri 2” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Mir.az-e_-kerim-secilmis-eserleri-2.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Əli Kərim-85. (Metodiki vəsait)

Əli Paşa oğlu Kərimov (Əli Kərim) 1931-ci il mart ayının 22-də Azərbaycanın Göyçayda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1949-1951-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) teatrşünaslıq fakültəsində üç il təhsil almış, 1951-ci ildə Moskva şəhərindəki M.Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa göndərilmiş, 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.Bakıya qayıtdıqdan sonra “Azərbaycan” jurnalı redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.

Ədəbi yaradıcılığa 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində çap etdirdiyi “Təzə müəllim” şeiri ilə başlamışdır.

1957-ci ildə Moskvada keçirilən gənclərin və tələbələrin VI ümumdünya festivalında “İlk simfoniya” poeması mükafata layiq görülmüşdür.İlk kitabı 1958-ci ildə Azərbaycan Ədəbiyyatı Dekadası münasibəti ilə rus dilində çıxan “Два влюбленных” (İki sevgili) kitabı olmuşdur. “Həmişə səfərdə” (1963), “Qızıl qanad” (1965), “Qaytar ana borcunu” (1970), “Uşaqlar və ulduzlar” (1971), “Səfərdən sonra” (1972), “Pillələr” (1978,1987), “Seçilmiş əsərləri” (I cild, 1974, II cild, 1975; 2 cilddə, 1991), “Qayıt” (1983), “Mavi nəğmənin sahilində” (1991), “Neyləyim, şeirlə dərd söyləyirəm” (1999) və s. kitabları çap edilmiş, Azərbaycan şairi Əhməd Cəmildən və rus yazıçısı Lev Tolstoydan bəhs edən sanballı məqalələr çap etdirmişdir.Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür.

Bəşərilik Əli Kərim şeirinin mahiyyətini müəyyən edən əsas səciyyəvi xüsusiyyətlərdəndir.Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş “Əli Kərim” (Sona Xəyal, 2011), “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”, “Əli Kərim üslubu, yaxud fərdi yaradıcılığından ədəbiyyat tarixinə baxış” (Cavanşir Yusifli-2005, 2010) monoqrafiya və məqalələr çap edilmişdir.

Altay Məmmədovun “Tanıdığım Əli Kərim”, Feyzi Mustafayevin “Dinmə, ey kədər”, Elza Kərimin “Nə xoşbəxt imişəm” xatirələr kitabı çapdan çıxmışdır.

Əli Kərim 60-cı illər Azərbaycan ədəbiyyatında “İntibah dövrü” kimi qiymətləndirilən bir mərhələnin ən parlaq simalarından ola bildi.

Görkəmli şair Əli Kərim 1969-cu il iyun ayının 30-da Bakıda vəfat etmiş, Göyçayda dəfn olunmuşdur.

MKS-nin kitabxana filialları Əli Kərimin bədii irsinin oxuculara çatdırılması üçün əyani və şifahi təbliğatın:kitab sərgiləri, kitabxana plakatları, stend, albom, ədəbi-bədii əsərlərin müzakirəsi, söhbətlər və disputların aparılması, oxucu konfranslarının, biblioqrafik icmalların keçirilməsini təmin etməlidir.

Aşağıda Əli Kərimin yaradıcılığına həsr olunmuş bir kitab sərgisinin nümunəsini veririk:

1.Kərim, Əli.Həmişə səfərdə / Ə.Kərim.- B. : Azərnəşr, 1963.- 63 s. ; 8.000 nüs.

2.Kərim, Əli.Qızıl qanad / Ə.Kərim.-B. : Azərnəşr, 1965.- 132 s. ; 6.000 nüs.

3.Kərim, Əli.Qaytar ana borcunu / Ə.Kərim.- B. : Gənclik, 1970.-223 s. ; 7.000 nüs.

4.Kərim, Əli.Uşaqlar və ulduzlar / Ə.Kərim.- B. : Gənclik, 1971.- 71 s. ; 10.000 nüs.

5.Kərim, Əli.Səfərdən sonra / Ə.Kərim.-B. : Azərnəşr, 1972.-192 s. ; 9.500 nüs.

6.Kərim, Əli.Tənbəl ayı balası / Ə.Kərim.-B. : Uşaqgəncnəşr, 1973.-15 s. ; 20.000nüs.

7.Kərim, Əli.Pillələr (roman) / Ə.Kərim.-B. : Gənclik, 1978.-160 s. ; 18.000 nüs.

8.Kərim, Əli.Qız və kəpənək / Ə.Kərim.-B. : Gənclik, 1979.- 56 s. ; 7.000 nüs.

9.Kərim, Əli.Qayıt / Ə.Kərim.-B. : Yazıçı, 1983.-288 s. ; 15.000 nüs.

10.Kərim, Əli.Pillələr (roman) / Ə.Kərim.-B. : Yazıçı, 1987.-262 s. ; 30.000 nüs.

11.Kərim, Əli.Seçilmiş əsərləri (iki cilddə)I cild /Ə.Kərim.-B.^Azərnəşr,1991.- 272 s. ; 40.000 nüs.

12.Kərim, Əli.Seçilmiş əsərləri (iki cilddə) II cild/Ə.Kərim.-B.^Azərnəşr, 1991.-251 s. ; 37.000 nüs.

13.Kərim, Əli.Mavi nəğmənin sahilində / Ə.Kərim.- B. : Yazıçı, 1991.-197 s. ; 7.500 nüs.
Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsinin metodisti: L.Əfəndiyeva.

(Metodiki vəsait).
Səməd Yusif oğlu Vəkilov 1906-cı il mart ayının 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuş, ibtidai məktəbi bitirib Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur.1924-1929-cu illərdə Qazax, Gəncə və Quba məktəblərində müəllim kimi fəaliyyət göstərmişdir.Bu dövrdə “Qızıl qələm” ədəbiyyat cəmiyyətinin Gəncə şöbəsində fəal çalışmış və yeni şeirlərini dövri mətbuatda müntəzəm çap etdirmişdir.1929-1931-ci illərdə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil almışdır.Bakıya qayıdaraq Azərbaycan Pedaqoji İnstitutunu bitirmiş, Dil və ədəbiyyat fakültəsində aspirant olmuşdur.1930-cu ildə onun “Şairin andı” adlı ilk şeirlər kitabı çapdan çıxmışdır.1934-cü ildə Azərbaycan Sovet yazıçılarının I qurultayında İttifaqın məsul katibi seçildiyindən aspiranturanı tərk etmişdir.1934-cü ildə Ümumittifaq sovet yazıçılarının I qurultayında Yazıçılar Birliyi rəyasət heyətinin üzvü, 1935-ci ildə ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.1938-ci ildə “Vaqif”, 1939-cu ildə “Xanlar”, 1942-ci ildə “Fərhad və Şirin”, 1945-ci ildə yazdığı “İnsan”mənzum pyesləri ölkənin mədəni həyatında böyük hadisəyə çevrilmişdir.

Şair tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, 1935-ci ildə A.S.Puşkinin “Yevgeni Onegin” mənzum poeması, 1937-ci ildə isə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının bir hissəsini, 1940-cı ildən başlayaraq Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını Azərbaycan dilinə tərcümə etmişdir.1942-ci ildə “Fərhad və Şirin” poemasına görə Stalin mükafatı laureatı olmuşdur.

Uzun müddət Azərbaycan Sovet Yazıçıları İttifaqı rəyasət heyətinə rəhbərlik etmişdir.1954-cü ildə Azərbaycan EA prezidentinin müavini seçilmişdir. Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin sədri, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü olduğu illərdə sülh uğrunda mübariz kimi SSRİ nümayəndə heyətinin tərkibində beynəlxalq görüşlərdə zülmə, ədalətsizliyə və müstəmləkəçiliyə qarşı etiraz səsini ucaltmışdır.Onun əsərləri rus, gürcü, tacik, ukrayna, özbək, çin, ingilis, alman, polyak, bolqar və s. dilllərə tərcümə olunmuşdur.

1941-1942-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatı laureatı olmuşdur.1945-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir.

1943-cü ildə “Əməkdar incəsənət xadimi”, 1956-cı ildə filologiya elmləri fəxri doktoru və “Xalq şairi” (ilk Azərbaycan xalq şairi) fəxri adına layiq görülmüşdür.İki “Lenin” ordeni, iki “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir.Şairin yaradıcılığı haqqında bir neçə dissertasiya yazılmışdır.

Səməd Vurğun 1956-cı il may ayının 27-də vəfat etmiş, Bakı şəhərində, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Yubiley ilində kitabxanalar Səməd Vurğunun əsərlərinin və onun haqqında çap olunmuş kitabların, həmçinin dövrü mətbuat materiallarının geniş oxucu kütləsinə çatdırılması üçün əyani və şifahi təbliğatın bütün formalarından; kitab sərgilərindən, kitabxana plakatlarından, məruzə və mühazirələrdən və s. geniş şəkildə istifadə etməlidirlər.

Bunlardan “Səməd Vurğun-110” adlı sərgi məqsədəuyğundur.Aşağıda belə bir sərginin nümunəsini veririk:

1.Başlıq: “Səməd Vurğun-110”.

2.Səməd Vurğunun şəkili.

1.Vurğun, Səməd.Şairin andı / S.Vurğun.- B. : Azərnəşr, 1930.- 43 s. ; 1.500 nüs.

2.Vurğun, Səməd.Fanar / S.Vurğun.- B. : Azərnəşr, 1932.- 54 s. ; 4.000 nüs.

3.Vurğun, Səməd.Könül dəftəri / S.Vurğun.- B. : Azərnəşr, 1934.- 2.500 nüs.

4.Vurğun, Səməd.Azad İlham / S.Vurğun.- B. : Azərnəşr, 1939.- 273 s. ; 9.000 nüs.

5.Vurğun, Səməd.Qəhrəmanlıq dastanları (şerlər)/ S.Vurğun.- B.:Azərnəşr,1941.-140 s. ; 5.000 nüs.

6.Vurğun, Səməd.Səadət uğrunda / S.Vurğun.-B. : Azərnəşr, 1942.- 100 s. ; 6.000 nüs.

7.Vurğun, Səməd.Mənə belə söyləyirlər / S.Vurğun.-B. : Azərnəşr, 1943.- 12 s. ;15.000 nüs.

8.Vurğun, Səməd.İstiqbal təranəsi / S.Vurğun.-B. : Azərnəşr, 1947.- 384 s. ; 10.000 nüs.

9.Vurğun, Səməd.Muğan / S.Vurğun.- B. : Azərnəşr, 1949.- 112 s. ; 5.000 nüs.

10.Vurğun, Səməd.Ayın əfsanəsi (Aybəniz) / S.Vurğun.-B.:Azərnəşr,1951.-24 s.;15.000 nüs.

11.Vurğun,Səməd.Zamanın bayraqdarı (poema)/S.Vurğun.-B.:Uşaqgəncnəşr,1954.- 46 s. ;15.000 nüs.

12.Vurğun, Səməd.Dram əsərləri / S.Vurğun.-B. : Azərnəşr, 1955.- 404 s. ; 10.000 nüs.

13.Vurğun, Səməd.Aygün (poema) / S.Vurğun.-B. : Azərnəşr,1956.-108 s. ; 20.000 nüs.

14.Vurğun, Səməd.Komsomol poeması / S.Vurğun.-B. : Azərnəşr, 1966.-122 s. ; 10.000 nüs.

15.Vurğun, Səməd.El bilir ki, sən mənimsən / S.Vurğun.-B. :Gənclik, 1970.-12 s. ;40.000 nüs.

16.Vurğun, Səməd.Azərbaycan / S.Vurğun.-B. : Azərnəşr, 1970.-90 s. ; 10.000 nüs.

Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsinin metodisti: L.Əfəndiyeva.

Xonçalı Novruz gəlir !

(Metodiki vəsait).
Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir.Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir.Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər süfrədə, çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır.Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur.Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram

sovqatı vermək savab hesab edilir.

Novruz axşamı axır çərşənbədə olduğu kimi niyyət edib qulaq falına çıxırlar. Eşidilən ilk söz niyyətin baş tutub-tutmayacağını aşkar edir.Bu qədim adət illərin sınağından çıxaraq özünü doğruldub. Papaqatma da Novruzun qədim adətlərindədir.Ev yiyəsi papağa bayram şirnilərindən yığaraq onu qapıya qoyur.Papağın yiyəsi öz sovqatını götürüb gedir.

Çox erkən yaranan mərasimlər içində Novruz bayramı günlərində göstərilən tamaşa və oyunlar xüsusi yer tutur.Kiçik çillədən başlayaraq bu tamaşalara hazırlaşırlar. Cavanların özlərini göstərdiyi cıdır tamaşaları at çapma ilə başlar, sonra at oynatmaya keçərdi.Tamaşaya yığışanlar cavanlara uğur arzulayıb müxtəlif nəğmələr oxuyardılar. Atoynatmadan sonra ox atanlar meydanda görünürdü.Onların arasında qızlar da olurdu.Amma oğlan paltarı geyindiklərindən qız olduqları bilinmirdi.

“Qılınc oynatma”, “Kəmər atma” , “Kəndirbaz”, “Qoç döyüşdürmə” tamaşaları indi də bəzi bölgələrdə hazırlanar.Novruz günlərində tamaşalardan başqa “Qurd oyunu”, “Aşıq oyunu”, “Dirə döymə” kimi oyunlar da təşkil edilirdi.

Novruz bayramını kosasız təsəvvür etmək mümkün deyil.Sevindirici haldır ki, kosa oyunu hər bayram xatırlanır, rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə çevrilmiş kürk geyindirərək, üzünə kağızdan qayrılmış üzlük (maska) taxıb, başına da kəllə qənd kağızından uzun şiş papaq qoyardılar.Belinə zəncirovlu bir kəmər bağlanardı. Boynuna da zınqırovlar asardılar. Bu şəkildə hazırlanan kosanı məhəllə uşaqları araya alıb, həyətləri gəzdirərək bir hava ilə xor halında xüsusi bir nəğmə oxuyar, kosa isə oynayardı. Kosanın xurcununa bayram sovqatı qoyardılar.

Beləcə əsrlərin yaşıdı olan Novruz bayramı adət-ənənələrlə zəngindir.Bu adət-ənənələri xalqımız unutmur və hər il qeyd edir. Ağsaqqallarımız, nənə-babalarımız öz bildiklərini danışdıqca yeni-yeni məlumatlar əldə edirik.

Novruz bayramı münasibəti ilə MKS-də və onun filiallarında bir sıra tədbirlər keçirilməlidir.Respublikamızın hər yerində, o cümlədən kitabxanalarda geniş tədbirlər planı hazırlanmalıdır.Bu tədbirlərin sayı çox genişdir.Tədbirlər planına kitab sərgisini, sual-cavab viktorinalarını daxil etmək olar.Ümumiyyətlə, hər hansı bir tədbir keçirdikdə mütləq sərgi təşkil etmək vacibdir.Çünki sərgilər bir qayda olaraq keçirilən tədbirləri tamamlayır.Bu zaman sərgilərdə nümayiş etdirilən ədəbiyyat tədbirin adına uyğun olmalıdır.Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər.Məsələn: “Xonçalı Novruz gəlir”, “Elimizə Novruz gəlir”, “Yurdumuza bahar gəlir”, “Novruz gəlir, yaz gəlir” və s.

1.Rüstəmova, Solmaz.Novruz bayramı tarix boyunca / S.Rüstəmova // Azərbaycan qəzeti.-2015.-20

2.Vəfa, Zeynal.Novruz xalqımızın milli dəyərlərə bağlılığını nümayiş etdirir / Z.Vəfa /Azərbaycan

3.Ağazadə, Yədulla.Novruz gəlir, yaz gəlir / Y.Ağazadə // Azərbaycan qəzeti.-2015.-20 mart.-№63.-

4.İsayev, Əhməd.Ürəklərdə bahar / Ə.İsayev // Azərbaycan qəzeti.-2015.-20 mart.- №63.-S.14.

5.Hacalıyev, Elnur.Milli-mənəvi dəyərləri özündə yaşadan bayram / E.Hacalıyev // Azərbaycan qəzeti.-

6.Göyyallı, Xeybər.Fəsillərin yaranmasına Novruzun yeri / X.Göyyallı // Azərbaycan qəzeti.-2015.-30

7.Əliyev, Telman.Elimizə Novruz gəlir / T.Əliyev // Xalq qəzeti.-2015.-20 mart.-№63.- S.9.

Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsinin metodisti: L.Əfəndiyeva.

Azərbaycanlıların Soyqırımı Günü (metodiki tövsiyə)

Azərvaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tarixin açılmamış səhifələrindən biridir.1813-cü və 1828 ci illərdə imzalanmış Gülütan və Türkmənçay müqaviləri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuşdu. Azərbaycan xalqının bu milli faciəsinin davam kimi onun torpaqlarının zəbti başlandı.Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbacan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan,Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti”adlandırılan inzibatı bölgünün yaradılmasına nail oldular.Belə sünü ərazi bölgüsü ilə,əslində,azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyulmuş,”Böyük Ermənistan”ideyaları təbliğ olunmağa daşlanmışdı.”Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirmişdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etmişdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi.Birinci Dünya müharibəsi,eləcə də Rusiyada baº vermiº 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuşdular.1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılmışdı.Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali mənsubiyyətinə görə məhv edilmişdir.Ermənilər evlərə od vurmuş,insanları diri-diri yandırmışlar. Bakının böyük bir hissəsini xarabalığa cevirmişlər.Azərbaycanlıların soyqırımı Bakı,Şamaxı,Quba qəzalarında,Qarabağda,Zəngəzurda, Naxçıvanda,Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi sürətdə qətlə yetirilmiş kəndlər yandırılmış,milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın,o cümlədənçoxlu sayda qoca,qadın və uşaqların öldürülməsi ilə nəticələnmişdir.Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti, təkcə Bakı şəhəri ilə məhdudlaşmamışdir. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını,o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetirmişlər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayıisə 16 mindən artıq olmuşdur. 1919-cü ildə Azərbaycan Parlamenti 31 mart tarixinin-azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Sovet hakimiyyəti illərində bu tarixi yaddaşlardan silinsə də,müstəqillik dövründə tarıxısənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdirmalar aparılmış, kitablar dərc olunmuşdur.1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin gündən başlayaraq 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

31 Mart soyqırımı hadisələrinin anım günü ilə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlər.

Xalqımızın tarixininin ağırlı unudulmaz səhifələrindən biri olan 31 mart azərbaycanlıların soyqırıı günüdür. Bu qanlı faciənin günü ilə əlaqədar olaraq kitabxanaların qarşısında mühüm vəzifələr durur. Bu münasibətlə xüsusi tədbirlər planı hazırlanmalıdır. Kitabxanaların əməkdaşları nəzərə almalıdırlar ki, 31 mart Azərbaycanlıların soyqırmı günü tariximizin qanlı səhifələrindən biridir. Elə buna görə kitabxanalar müasir oxucuları və geniş ictimayyəti tanış etmək üçün müxtəlif kütləvi tədbirlərindən, məruzələrdən ,əyani və kitad sərqilərindən, məruzələrdən , və s. bu kimi ənənəvi formalardan önəmli şəkildə istifadə etməlidirlər.31 mart soyqırımı həsr olunmuş tədbirlərə hazırlıq zamanı kitabxanaçı ayrıca proqram tərtib etməlidirlər. Kitabxanaçılar tədbirə hazırlaşmaqla yanaşı, görüləcək işlərin ardıcıllığını müəyyənləşdirməlidirlər.Bütün bunlarla yanaşı tədbirlərin harada və nəvaxt keçiriləcəyini dəqiqləşdirməli,onun kefiyyəti və məzmunu olmasına fikir verməlidirlər. kitabxanaçı məruzəçiyə hazırlaşmaq üçün 31 mart soyqırımla əlaqədar olan kitabları tövsiyə etməlidir.

1. 31 mart azərbaycalıların soyqırımı ilə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlər

2. 31 mart soyqırım”adlı anım tədbiri .

3. Kənd kitabxanalarının fəal oxucuları ilə birlikdə keçirilən təntənli anım mərasimində Iştirak

Tövsiyə edirik ki,31 mart Azərbaycanlıların soyqırımı günüdür və onun haqqında olan materiallar mövzu kartotekası şəklində hazırlanıb oxucuların istifadəsinə verilsin. Bu zaman təşkilatçılar bu mövzuda olan kitabların müzakirəsini təşkil etməlidirlər.Bu dövr ərzində oxucular müzakirə ediləcək kitabı oxuyub onun mövzusunda irəli gələn ideya xətti haqqında söz deməyə hazır olmalıdırlar. Kitabxanaların əməkdaşlarına tövsiyə ediri ki, 31 mart Azərbaycanlıların soyqırımının geniş kütlələrə çatdırəlmasında sitat sərgisindən də istifadə etsinlər. Burada görkəmli şəxslərin, tarixçilərin fikirlərindən sitatların verilməsi məqsədəuyğundur. Sitat sərgisinin təşkili ədəbiyyatdan aslı olaraq kitabxanaçıların ixtiyarına verilir. 31 mart azərbaycanlılaın soyqırımı ilə əlaqədar olaraq uşaqlarla sual-cavab formasından da etmək məqsədəuyğundur. Sual-cavab gecəsini aşağıdakı kimi təşkil etmək olar.

* Azərbaycanlılara qarşı soyqırımı kimlər törətmişdir ?

* Soyqırımı törədməkdə məqsədl

* Soyqırımın əsas rəhbərləri kimlər idi.

ƏLİ KƏRİM SEÇİLMİŞ ƏSƏRLƏRİ

Bu kitab “Əli Kərim. Seçilmiş əsərləri, I cild” (Bakı, Azərnəşr, 1991) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.

Bu başlıq sadəcə o demək deyil ki, Əli Kərim şeir yaradıcılığı ilə məşğul olub, Əli Kərim şairdir. Onun üçün belə deyərdik: “Əli Kərimin poeziyası”. Hətta bu ikinci sərlövhə əlimizdəki kitab üçün daha münasib görünərdi. Çünki o, şeir yaradıcılığı ilə yanaşı, həm də istedadlı nasirdir, dramaturqdur, çox dəqiq zövqlu tənqidçidir və bu kitabında ancaq poeziyası gedir. Bu başlıqla nəzərdə tutulur ki, ədəbiyyatımızda və ədəbi tənqidimizdə bir “Əli Kərim şeiri” deyilən anlayış var. Bu ikinci növ təyini söz birləşməsinin, dilçi olaraq, qrammatik mənasını mən yaxşı bilirəm. “Əli Kərim şeiri” o deməkdir ki, Əli Kərim üsluba çevrilib, onun şeiri edəbiyyatda sabitləşib, onun yaradıcı davamçıları və hətta onu vəcdlə oxuyan xüsusi oxucuları, çoxlu pərəstişkarları var.

İctimai-zehni və ya ictimai-fiziki əməyin hansı sahəsində fəaliyyət göstərməsindən asılı olmayaraq, kim öz şəxsiyyətinə hesabat verməyi bacarırsa, o, müdrik insandır. Özünə hesabat vermək nadir xasiyyətdir – böyüklük əlamətidir; xalq üçün, cəmiyyət üçün “nəyi eləyib, nəyi eləyə bilərmiş, ancaq eləməyib, harada zəhmətini əsirgəyib” suallarının qarşısında duran adam gələcək fəaliyyəti üçün özünü səfərbər edir.

Demək, bu sualı vermək üçün gərək insanın işdən qorxmamaq, yorulmamaq istedadı da olsun – Əli Kərim kimi. Vaxtaşırı özünə, öz mənliyinə hesabat verən Əli Kərim bu etiraflardan birini daxili, şəxsi çərçivədən kütləvi-ictimai mühitə çıxarır, oxucularının qarşısında onların şahidliyi ilə bəyan edir: “Otuzdan çox yaşamışam. “. Giley-güzarsız, alnıaçıq, üzüağ şəkildə deyir: “İllərimin çoxusu mənimlədir. Ailəmin üzvüdür. “. Vaxta yaradıcı insanın ən qiymətli kapitalı kimi baxan şair öz həyatının saatlarını, dəqiqələrini də saya alır: “Elə saatım var ki, ağac olub bir dost bağında, hər dəqiqəsi bir meyvəyə dönüb Göy budağında. Anlarım var: Leysan yağışı kimi yağmış Kövrək bir insan qəlbinə. Şeirlərimə baxıram: Yanıb dəftərə tokülmüş günlərimdir. Otuzdan çox yaşamışam. Peşman deyiləm. ” Keçmişə baxmaq, özünə hesabat vermək ona görə gərəklidir ki, gələcəyin yolunu müəyyənləşdirəsən, edəcəklərini ipə-sapa düzəsən. Keçmiş keçmişdir, əslində onu gələcək üçün və gələcəyin xatirinə yada salırsan.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.