Press "Enter" to skip to content

Mər Xəyyamın rübailəri M. Hadinin tərcüməsində – İslam QƏRİBLİ

Səndən biz, əya müfti ki, çox pərkarız,

Təsirli gözəl şeirlər

Qarlı bir zirvə olsan,
Ağ buludun olaram.
Dərin xəyala dalsan,
Mən sükutun olaram.

Çəmən olsan əgər sən,
Sərin yağış çılərəm.
Əgər dənizə dönsən
Sahilə çevrilərəm.

Qovmuşam dərdi, qəmi,
Xoşbəxtin ilki mənəm.
Səslənsən nəğmə kimi,
Sözlərin, bil ki, mənəm!

Məni susdursa zaman,
Səni özüm sanaram.
Səhər kimi oyansan,
Günəş kimi yanaram.

Çiçək | Mənsur Həsənzadə

Yüz bağban yığışıb min çiçək əksin,
Çatmaz ki ətrinə, Çiçək, ay Çiçək.
Çəksə, nektarını qoy arı çəksin,
Qonmasın üstünə milçək, ay Çiçək.

Qaranlıq otağa Günəşdi ağ şam,
Gəl yenə, gəl yenə kükrəyəm, daşam.
Vüsala * xoş gəldin* deyək bu axşam,
Dərdin zəmisini biçək, ay Çiçək.

Ruhda təpər ola, canda hey ola,
Hisslər oyaq ola, ağıl key ola,
İsti otaq ola, sərin mey ola,
İçək, üçə kimi içək, ay Çiçək.

Sabah sızıldayar könlün sim kimi,
Görək, kim itirər, tapar kim kimi?
Mənsuram, aylardı çəkdiyim kimi,
Sən də həsrətimi di çək, ay Çiçək.

Rəssam, sevgilimin rəsmini gəl çək | Ömər Xəyyam

Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim…

Çək onun qaradan qara telini
Çək, rəssam çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim

Çək Tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını, sağı solunu
Çək onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim.

Yavaş-yavaş sevdim səni ( Ramiz Rövşən)

Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçək tək sevdim səni.
İstisinə qızındığım
Ocaq tək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

Dəniz | Kəmalə Məcidova

Gözlərin dənizim olarmı görən?
Enə bilrəmmi dərinliyinə?
Bilirsən dənizi çox sevirəm mən,
İtərəm gözünün maviliyində.

Mənə dəniz boyda ürək bağışla,
Mən orda yaşadım arzularımı.
Dəniz gözlərindən axan baxışla,
Çırpım sahilinə dalğalarımı.

Nə ayrılıq odu, nə də ki, həsrət,
Sənin limanına heç yanaşmasın.
Sən mənə dəniz ol- ismi məhəbbət,
Dalğan əllərimi heç buraxmasın…

Qadın | Rəvan Mustafa

Diqqət istəyər qadın
Şirin bir nəvazişdən ərköyün qıza dönər
Suya bənzəyir qadın
Münasibət soyusa bərkiyib buza dönər

Sevgi istəyər qadın
Eşq ona dağlar çəkər, tək aşar o dağları
Qadın eşq hafizidir
İlk öpüşün dadını unutmaz dodaqları.

Qayğı istəyər qadın
Özünü təslim edər, ruhunu dərk edənə
Qadın qürur deməkdir
Qal deməz qayıdana, dön deməz tərk edənə

Dəyər istəyər qadın
Ömrünü qurban verər, ona dəyər verənə
Qadın bir imtahandır
Gözlərindən su içib, saçından gül dərənə

Hörmət istəyər qadın
Saçın süpürgə edər sevdiyinin yolunda
Qadın elə namusdur
Uluyanlar çox olar, sağında və solunda

Dəniz | Nəbi Xəzri

Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.

Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,

Ömür | Namiq Həsənzadə

Gecə də, gündüz də tapacaq səni.
Ömür də illərin qanadındaymış
Uçub nə qədəri… əlimdən çıxıb .
Mənim sənə başım elə qarışmış ,

Ömrümü yaşamaq yadımdan çıxıb .
Keçən həyatıma üzümü çönüb ,
Özümdən uzaqda yaşamışam mən .
Sənin yoxluğunda suala dönüb ,

Özümə bir cavab aramışam mən .
Nə özümü tapdım, nə də ki, səni
Sən mənim ən gizli həqiqətimsən .
Harda itirmişəm əvvəlki məni ?!

Bütün sualların cavabı sənsən .
İndi, ürəyimdə xəzəl arzular
Uçar xəyalların küləyi ilə .
Heyf..solub getdi gözəl arzular ,
Bir şair ömrünün ürəyi ilə .

Ömür də illərin qanadındaymış ,
Uçub nə qədəri… əlimdən çıxıb .
Mənim sənə başım elə qarışmış ,
Ömrümü yaşamaq yadımdan çıxıb…

Unut Kədərini | Nüsrət Kəsəmənli

Nədir gözlərində bu qəmli sual,
Unut kədərini, qəmini unut,
Hələ ki ömründə mən varam sənin,
Unut kədərini, qəmini unut.

Bu da bir zamandı gəlib gedəcək,
Sevincin kədərə gülüb gedəcək,
Bu qəmli günlərin ölüb gedəcək,
Unut kədərini, qəmini unut.

Elə bil dağsan ki, vüqar yaraşır,
Söylə, taleyində kimlər dolaşır?
Sən elə işıqsan görənlər çaşır,
Unut kədərini, qəmini unut.

Dağlardan gəlmişik çəni unutma,
O şirin çağları, dəmi unutma.
Qurban gözlərinə, məni unutma,
Unut kədərini, qəmini unut.

“Analar” | Hüseyn Arif.

Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb, biçir analar.
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar.

Dözür hər əzaba o bilə-bilə,
Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə
Şərbət əvəzinə içir analar.

Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi, evdə yuxunu,
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.

Alnında zamanın açdığı qırış,
Başına qar tökür, qar ələyir qış.
Odun istisindən aralanmamış,
Suyun soyuğundan keçir analar.

Özüm də bilmirəm, Hüseyn, niyə
Başımın tüstüsü çəkilir göyə?
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar?

Ömər Xəyyamın rübailəri M.Hadinin tərcüməsində – İslam QƏRİBLİ

XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatının sütunlarından biri olan Məhəmməd Hadi (1789-1920) yaradıcılığının müəyyən qismini onun tərcümələri təşkil edir. O, mükəmməl şəkildə bildiyi ərəb və fars dillərindən onlarca elmi, publisistik və bədii əsəri Azərbaycan dilinə tərcümə edərək əsrin (XX əsr nəzərdə tutulur – İ.Q.) əvvəllərində çıxan “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Tərəqqi”, “Səda”, “İttifaq” və “İqbal” kimi mətbuat orqanlarında çap etdirmişdir.

Müşahidələr göstərir ki, Şərq klassikləri içərisində M.Hadinin rəğbət bəslədiyi, yaradıcılığından bəhrələndiyi və əsərlərini tərcümə etdiyi şairlərdən biri Ömər Xəyyam (1048-1131) olmuşdur. Maraqlı orasıdır ki, M.Hadi yalnız Ö.Xəyyamın rübailərini tərcümə etməklə kifayətlənməmiş, Türkiyədə yaşayarkən (1911-1913) onun həyat yolu və yaradıcılıq dünyası barədə ətraflı bir məqalə yazaraq İstanbulda çıxan “Tənin” qəzetində (“Tənin”, 18 haziran 1911 [5 haziran 1327], N 28) çap etdirmişdir. Bu yazını Ömər Xəyyamın Türkiyədə və Azərbaycanda öyrənilməsi sahəsində ilk addımlardan biri də hesab emək olar.

Ömər Xəyyamı “ədəbiyyati-islamiyyənin ən bənam, ən azadəkəlam simalarından” hesab edən M.Hadi müxtəlif mənbələrdən istifadə edərək belə qənaətə gəlir ki, Ömər Xəyyam Hicri tarixinin V əsrinin ortalarında yaşamışdır. Ö.Xəyyamın təhsil illəri, tələbə yoldaşları, yaşam tərzi, əsərləri barədə məlumat verən müəllif təəssüflə qeyd edir ki, Çingiz xanın İrana hücumu əsnasında bir çox qiymətli kitablarla bərabər, Ö.Xəyyamın da əsərləri yandırılmış, təsadüf nəticəsində “Rübaiyyati-Xəyyam” və astronomiyadan bəhs edən “Zici-Cəlali” əsərləri qurtula bilmişdir.

Ö.Xəyyamın farsca şeirləri ilə yanaşı, ərəbcə də şeirlərinin olduğunu qeyd edən və bunlardan birinin tərcüməsini verən M.Hadi bildirir ki, “Şair son nəfəsi-həyatında şu sözü də söyləmişdir: Allahummə inni arəftükə əla məblağil-imkani!” (Ey mənim Rəbbim, dərəcəyi-idrakımın imkanı verdiyi qədər səni tanıya bildim).

1913-cü ilin axırlarında Türkiyədən Azərbaycana qayıdıb mətbuatla əlaqələrini bərpa edən, “İqbal” qəzetinin redaksiyasında çalışmağa başlayan M.Hadi bu qəzetdə şeir və məqalələri ilə yanaşı, Ömər Xəyyam Nişaburinin bir neçə rübaisini də tərcümə edərək dərc etdirmişdir.

Qəzetin 24 mart 1914-cü ildə çıxmış 608-ci nömrəsində M.Hadinin sərlövhədən əvvəl “Həzrət Xəyyamın şeirlərini tərcüməyə cürət edirəm” adlı qeydi, qeyddən sonrakı müqəddimədə xarakterli hissədə isə Ö.Xəyyam və digər klassik Şərq şairləri haqqında bəzi bilgilər verilmişdir.

Elmi xarakter daşıyan bu məlumatlarda Ömər Xəyyama yüksək dəyər verən M.Hadi yazır: “Ömər Xəyyam ki, mədəni və dühaşünas olan millətlərin tarixində, tarixi-ədəbiyyatında xeyməzəni-əzəmət və ehtişam olmuşdur, Xəyyam zindənamdır, əbədhəyatdır, cavidani bir diriliyə malikdir” (“İqbal”, N 608).

M.Hadinin Ö.Xəyyamdan etdiyi tərcümələrə keçməzdən əvvəl bir məsələni qeyd etməyi zəruri hesab edirik.

Məlumdur ki, Ömər Xəyyam filosof, münəccim və riyaziyyatçı alim kimi daha çox məşhurdur və tədqiqatçıların fikrincə, o, rübailərini ruhuna təskinlik üçün yazmışdır.

Ö.Xəyyamın konkret olaraq neçə rübainin müəllifi olması bu gün də mübahisəli məsələlərdəndir. Bəziləri onun rübailərinin sayının daha çox, bəziləri isə 225 civarında olduğunu qeyd edirlər. Professor Nəsib Göyüşovun Ömər Xəyyamın “Rübailər” kitabına yazdığı “Xəyyam: Şərq müdrikliyinin timsalı” müqəddiməsindən aydın olur ki, İran alimləri Qasım Qəni və Məhəmməd Əli Foruqinin təhlillərinə və dəqiqləşdirmələrinə görə, Ö.Xəyyamın olduğu şübhə doğurmayan rübailərin sayı 178-dir. 48 rübai Ö.Xəyyamın ruhuna uyğun gəlsə də, onların Ö.Xəyyama aidliyi hələ ki mübahisəlidir.

Tədqiqatçılar belə hesab edirlər ki, Ö.Xəyyamın rubailərinin toplandığı əlyazma və çap kitablarının əksəriyyəti qüsurlu olmuş, əvvəllər Azərbaycan dilinə edilmiş tərcümələr də uydurma və təhriflərlə dolu mətnlər əsasında edilmişdir. M.Hadi Ö.Xəyyamın rübailərini tərcümə edərkən hansı mənbəyə əsaslandığını göstərmədiyindən, biz onların haradan götürüldüyünü müəyyənləşdirməkdə çətinlik çəksək də, on rübaidən beşinin farsca orijinalını Ö.Xəyyamın dəqiqləşdirilmiş rübailərinin çap olunduğu kitabdan əldə edə bildik ki, aşağıda onlardan bəhs edəcəyik.

“İqbal” qəzetinin 608-ci nömrəsində Ö.Xəyyamın iki rübaisinin tərcüməsi verilir. Rübailər aşağıdaklardır:

Sən içməsən, içənlərə də tən səndədir,

Mümkün olursa, mən oluram sonra tövbəkar.

Ey içməməklə fəxr qılan şəxsi-huşyar,

Quldur şərab o işlərə nisbət ki, səndədir.

Alüftəyə demişdi ki bir şeyx: – Məstsən,

Hər vaxt başqa bir torun olursan əsiri sən!

Alüftə söylədi: – Nə desən mən o! Ya ki sən?

Qəlbən də zahirin kimi təqvapərəstmisən?

Orijinalını əldə edə bilmədiyimiz ikinci rübainin altında belə bir qeyd verilmişdir: “Bakı, 23 mart, 1914”. Çox mənalı və ibrətamiz bu dördlükdə din xadimi ilə “alüftə” – fikri dağınıq, məst bir adam qarşılaşdırılır. Məst adamın “sən nə desən mən oyam, yəni göründüyüm kimiyəm, sənin isə daxilin ilə xaricin təzad təşkil edir. Zahirdə abid, təqvapərəst kimi görünsən də, daxilin fitnə-fəsad yuvasıdır”, – sözləri dindən öz çirkin məqsədləri üçün istifadə edənlərə tutarlı bir cavabdır.

“Mərifət əhli olan kimsəyə canım qurban” və “Keçmiş gününü heç düşünüb yad etmə” misraları ilə başlayan 3-cü və 4-cü rübailər qəzetin 703-cü nömrəsində “Pəyami-Xəyyam. Ləyamut şairin ölməz sözləri (tənqidiyyuna ithaf)” başlığı altında çap olunmuşdur.

Orijinalını əldə edə bilmədiyimiz birinci rübaidə cahilin söhbətini dünyanın ən böyük əzabı hesab edən şair bildirir ki, imkan olsa mərifət əhlinə canımı qurban edər, başımı yolunda verərəm. M.Hadi rübaini sadə və oxunaqlı dillə belə tərcümə edir:

Mərifət əhli olan kimsəyə canım qurban,

Qoyaram payinə baş, gər ola bilsə imkan.

İstəyirsən biləsən ciddən əzab aləmini,

Cahilin söhbətidir iştə cahanda nirani.

İkinci rübainin orijinal mətni belədir:

Keçmiş gününü heç düşünüb yad etmə,

Əndişeyi-fərda ilə fəryad etmə.

Nə maziyi xatırla, nə istiqbalı,

Halında xoş ol, ömrünü bərbad etmə.

“İqbal”ın 706-cı nömrəsində çıxan iki rübai “Pəyami-Xəyyam” başlığı altında çap olunmuşdur. Din xadiminə xitabən deyilən bu rübaidə müəllif bildirir ki, sən bizi sərməst hesab etsən də, biz səndən ayığıq. Biz şərab, sən isə insan qanı içirsən. Hansımız haqlıyıq, sən, ya biz?

Rübaini M.Hadi belə tərcümə edir:

Səndən biz, əya müfti ki, çox pərkarız,

Sərməstləriz, səndən, əvət huşyarız,

Biz badəyi-nab içmədə, sən xuni-bəşər,

İnsaf ilə söylə: – Hankımız xunxarız?

M.Hadinin tərcümə etdiyi “Müshəf duruyor bir əldə, bir əldə də cam” misrası ilə başlanan rübainin də farsca mətnini qeyd olunan kitabda tapa bilmədik. Rübainin tərcüməsindən göründüyü kimi, burda təsvir olunan lirik qəhrəman gah özünü bir əlində “Quran” olan halal insan, gah da bir əlində mey dolu cam olan haram əhli adlandırır. Bu qəhrəmanın daxilində ikilik var. O, nə tam müsəlmandır, nə də başqa yol əhli, yəni kafir. Həmin rübainin tərcüməsi belə təqdim olunur:

Müshəf duruyor bir əldə, bir əldə də cam,

Gah mərdi-halalız, gah mərdi-haram.

İştə bu göy altında biz o kimsələriz,

Nə başqa yol əhliyik, nə də müslimi-tam.

M.Hadi Ö.Xəyyamın daha dörd rübaisini tərcümə edərək “İqbal” qəzetinin 709 və 715-ci nömrələrində dərc etdirir ki, həmin tərcümələr bunlardır:

Cövründən, ey asiman ki, şadan deyiləm,

Hürrəm ki, əsir olmağa şayan deyiləm.

Biəql ilə naəhləsə şayəd meyilim,

Mən də o qədər ağıllı insan deyiləm.

Ən yaxşısı könlü mey ilə şad edəlim,

Mazi ilə atiyi də az yad edəlim.

Bu ariyət aləmində bir məhbusu,

Zənciri xirəddən bir az azad edəlim.

Xəllaq kimi əlim irişsəydi əgər,

Bu qübbəni ortadan edərdim zail.

Bir başqa fələk bina edərdim yenidən,

İstəklərinə qolay olardı nail.

Olduqca əsirin necə pərvaz edəyim,

Eşqinlə nasıl nəğməyə ağaz edəlim?

Bir ləhzə gözüm yaşları qoymaz gözümü,

Başqa bir üzü görmək üçün baz edəyim.

1, 2 və 4-cü rübailərin farscası əlimizdə olmasa da, 3-cü rübai Ömər Xəyyamın “Rübailər” kitabında vardır.

Əgər Yaradan kimi əlim

göy qübbəsinə yetsəydi,

Mən bu göy qübbəsini (fələyi)

Yenidən elə bir aləm düzəldərdim ki,

Orda ürək öz kamına,

arzusuna asanlıqla çatsın.

Göründüyü kimi, M.Hadinin tərcüməsində rübainin tələbindən doğan qafiyə sistemi pozulsa da, (AABA əvəzinə ABCA) məzmun qorunub saxlanmış, sərbəstliyə o qədər də yol verilməmişdir.

M.Hadinin Ö.Xəyyamdan tərcümə etdiyi rübailəri nəzərdən keçirəndə bir daha şahidi oluruq ki, şair estetik idealına uyğun olaraq Ö.Xəyyamın bəşəri mövzulu rübailərini seçərək dilimizə çevirmiş, idealını elan üçün onlardan bir vasitə kimi istifadə etmişdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

ömər xəyyam şeirləri

    1. ustad şeceryanın ifası ilə əfsunlamağa davam etdiren şeirlər. farsca bir şey anlamayanın belə dinlədiyində feyziyab olduğu şeirlər. mey nuş ke omre cavidan in əst.

iç şərabı ki əbədi həyat budur
cavanlığın sizə verəcəyi şey budur
bu fəsil şərab, qızılgüllər, məst olmuş dostlar üçündür
bu anın xoşbəxti olun,bu an sizin həyatınızdır

2. sadelövh könlümden men cana geldim,
cefakeş qelbimden feqane geldim,
sensiz de dünyanın işi keçermiş xeyyam,
sen ne üçün bu dünyaya geldin.

cennet cehenneme geden yox, könül,
gedib de geriye dönen yox, könül,
ümid ve qorxumuz o şeydedir ki,
o şeyden bir xeber veren yox, könül.

3. cəlladına aşiq olmuşsa bir millət
istər azan istər zəng dinlət.
etiraz etmirsə sürü kimi illət.
müstəhaqdır ona hər cür zillət.

4. menden mustafaya yetirin salam
onunde bas eyin, deyin ki xeyyam
sorusur nedendir serietinde
turs ayran halaldir, sirin mey haram?

6. ey şəhər müftisi, səndən pərgarıq
bunca sərxoşluqla səndən huşyarıq.
biz şərab içirik, sən insan qanı
insaf et, hansımız daha qəddarıq?!

7. mən mey içirəm istəməyənlər deyinir,
mey içmə ki, o dinimizin düşmənidir.
bildikdə ki, mey dinimizin düşmənidir
vallah yağının qanın dedim içməlidir.

mən mey içirəm içənlər əql olsa əgər
mey içməkləri əql önündə məqbul görünər
haqq içməyimi bilirdi lap əvvəldən
mən içməsəm allahın elmi cəhlə dönər.

8. sanma ki qorxum bu cahandandı mənim
yaxud da ölüb gedən bu candandı mənim
ölmək ki həqiqətdi nədən qorxacağam
qorxum yalnız pis yaşamaqdandı mənim

9. azadə gəncliyim ötüşdü gün-gün
şəraba qurşandım unutmaq üçün
çox acı olsa da xoşuma gəlir,
bu acılıqdadır dadı ömrümün.

23.06.2015 23:36, şah

10. Mey içsən ağıllı bir insanla iç,
Ya incə gülüşlü bir cananla iç
Çox içmə, gizlin iç, meyə alışma,
içsən xumar gözlü bir ceyranla iç.

Comments are closed, but trackbacks and pingbacks are open.