Əliağa vahid
В каждом человеке есть и Бог, и дьявол, но все зло, равно как и все добро в мире,…
Əliağa vahid
AZƏRBAYCANDA İLK KİTABXANA – MUZEYDƏN REPORTAJ
Bura Əliağa Vahid adına kitabxana – muzeydir. Azərbaycanda vahid kitabxana- muzey. Bəlkə, bəzilərinin hələ də xəbərdar olmadığı bir məkan.
Kitabxana – muzeyin tarixcəsi
Əvvəllər Qırmızı Oktyabr adlandırılan bu kitabxana-muzeyə 1993-cü ildən Əliağa Vahidin adı verilib. Əliağa Vahid adına kitabxana – muzeyin rəhbəri Sədaqət Seyidzadə deyir ki, bura əvvəllər yalnız kitabxana kimi fəaliyyət göstərib:
– Kitabxana kollektivi 1993- cü ildə Mədəniyyət Nazirliyinə müraciət etdi ki, kitabxanaya Vahidin adı verilsin. 1995- ci ildə isə Vahidin 100 illik yubileyi keçirildi. O ərəfədə məsələ qaldırdım ki, əgər Vahid adına muzey yaradılacaqsa, kitabxanın bir otağı bunun üçün ayrılsın. Çünki, o zaman Vahidin yaşadığı ev artıq sökülmüşdü. Təklif bəyənildi və 1995- ci ildən bura kitabxana-muzey adlandırıldı. Ancaq nə olsun?! Muzey hələ tam yaradılmayıb.
Kitabxana – muzeyin rəhbəri Sədaqət Seyidzadə bildirir ki, vəsait ayrılması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət ediblər:
– Hamının bu məsələ barədə xəbəri var. Bizə yenə də gözləmək qalır. Hər işdə çətinliklər olur. Hər halda yenə də nə isə yarada bilmişik. Muzeylə bağlı maraqlı layihəmiz var. Vahidin yaşadığı abu-havanı burda yaratmaq istəyirik.
Sədaqət Seyidzadə onu da qeyd etdi ki, Vahidə məxsus əşyaların çoxu ailəsi tərəfindən Nizami muzeyinə verildiyindən, onları yenidən əldə etmək çətindir.
Əliağa Vahidin həyatı oğlu Ramiz İsgəndərovun dili ilə
– Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) 1894- cü ildə fevralın 18-də Bakıda doğulub. 1965 –ci ildə vəfat edib. 20 yaşından qəzəllər yazmağa başlayıb. 1916- ci ildə “Tamahın nəticəsi” adlı ilk kitabı işıq üzü görüb. “Molla Nəsrəddin”, “Kirpi” jurnallarında satirik şeirləri çap edilib. Ümumiyyətlə sağlığında 13 kitabı işıq üzü görüb.
Vahid ticarətlə də məşğul olub.1919 –cu ildə Məşhədə gedir. Həm ziyarət, həm ticarət. Oradan böyük əmisi Hacı Abbasqulu ilə İran xalıları gətirib, Bakıda satarlarmış.
O dövrün insanları da Vahidin yaradıcılığını dəyərləndiriblər. 1922- ci ildə M.Ə.Sabirin yubileyi olanda atam yarım saat meyxana deyib. Bu, Nəriman Nərimanovun diqqətini çəkib. O zaman ilk dəfə dövlət mükafatı Vahidə verilib. 1943- cü ildə əmədar incəsənət xadimi adına layiq görülüb.
Vahid repressiyadan necə qurtuldu?
Oğlu Ramiz İsgəndərov: – Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Atamın da adı orda olub. Mircəfər Bağırov atamın adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdı. Ondan bizə nə ziyan gələcək.
Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bunula bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.
Vahidin Bağırova yazdığı şeir:
Evimi görsə naxırçı, deyər, samanlıqdır,
Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.
Divarda ağcaqanadlar, yer üstə taxtabiti,
Hücuma bax gecələr, gör nə hökmranlıqdır.
Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,
İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.
Çox ərizə yollamışam Baksovetə, Raysovetə,
Gözləməkdir işim, məsələ dumanlıqdır.
Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,
Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.
Vahidi məst edən rus qızı
– 52 yaşında Əliağa Vahid anamla tanış olur. Anam atamdan 25 yaş kiçik olub. Buna baxmayaraq onlar, 1948- ci ildə evlənirlər. Ancaq dini kəbinləri olur. Atam anamdan dövlət kəbini kəsdirməyi istəyib. Ancaq anam deyirmiş ki, mən cavana ərə gedəcəm. Ailədə iki uşaq olmuşuq –bacım və mən. Hələ bununla bağlı atamın bir şeiri də var:
Tanrım mənə verdi bir oğul, bir qız
Qızım Firəngizdir, oğlum Ramiz.
Vahid Polina adlı başqa bir rus qızı ilə də evli olub. O, atamın paltaryuyanı olub. Bir gün atamı məst eyləyib, dövlət kəbini kəsdirib.
Onu da deyim ki, Vahid gözəllik, sevgi şairidir. O, həmişə Qubernator bağında (indiki Filarmoniya bağı) gəzəndə əlində ya qızılgül, ya da novruzgülü olarmış. Qızlgül gözəllik, novruzgülü incəlik rəmzidir. Yəqin ki, Vahid də o gözəlliyi, incəliyi xanımlara bənzədirmiş.
Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun,
Bülbül dayanarmı gülünə həsrət olanda?
Əliağa Vahid xalq şairi olmasa da xalqın şairidir. Allahın Azərbaycan xalqına verdiyi bəxşişdir.
Əliağa vahid
Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Ə.Vahid Nizami.
- Комментарии [0] |
- Просмотров: 86
0 Оценок: 0
Популярные книги за неделю
Просмотров: 20400
Крестный отец Марио Пьюзо
«Крестный отец» давно стал культовой книгой. Пьюзо увлекательно и достоверно описал жизнь…
Просмотров: 5355
Страх. Книга 2. Числа зверя и человека Олег Рой
В каждом человеке есть и Бог, и дьявол, но все зло, равно как и все добро в мире,…
Просмотров: 5205
Тени судьбы Олег Рой
Мы живем в вечном страхе. Порой нам бывает страшно признаться даже себе в своих истинных…
Просмотров: 3889
Страх. Книга 1. И небеса пронзит комета Олег Рой
Феликс Зарянич, молодой талантливый ученый, введен своим научным руководителем, блестящим…
Просмотров: 3219
Шапка live, или Искусство выживания Олег Рой
Читатель, ты, конечно, веришь в сказки? Кто из нас не рассказывал их, вернувшись домой…
Просмотров: 3118
Запасной козырь Олег Рой
Нереальная по своей атмосфере и динамике история двух братьев-близнецов. Честь и…
Просмотров: 2730
Любовь за деньги и без Олег Рой
Сложно удержаться от зависти, глядя на красавицу Нику Макарову, которая то и дело…
Просмотров: 2322
Однажды мы придем за тобой Олег Рой
Чего можно достичь в том возрасте, когда ты чувствуешь себя взрослым, а к тебе относятся…
Просмотров: 2279
Испытание страхом Олег Рой
Их собрали, обещая научить эффективно использовать данные от рождения суперспособности,…
Просмотров: 1881
Маленькие люди Олег Рой
Профессор Фокс Райан, лауреат Нобелевской премии, обладал совершенно обычным…
Просмотров: 1721
Через тернии в звезды, или Шапка Live Олег Рой
Она уже не та наивная маленькая девочка, которую вдохновенно описывал Шарль Перро. Он –…
Просмотров: 945
Нина Марина Кистяева
Перед ним не могла стоять Нина Коваль, дочь небезызвестного Генерала. Она сейчас…
Просмотров: 620
Неожиданный шанс. Рейдеры Михаил Алексеев
Девятый век. Эксперимент по попаданию в него наших современников и становление Вяземского…
Просмотров: 490
Аромат тьмы Ольга Гусейнова
Пока кто-то мечтает о большой и чистой любви и богатстве, Олеся желает малого: стать…
Просмотров: 403
Студенческое проклятье Алого… Константин Храбрых
Он был приговорен к забвению во мраке и ужасе вечной Тьмы. Он лишился всего: друзей, тела…
Просмотров: 363
Сизовград Владислав Белик
Сизовград – некогда солнечный город, полный детских улыбок и радостного крика. Течение…
Просмотров: 352
Гибельное влияние Майк Омер
Лейтенант полиции Нью-Йорка Эбби Маллен – психолог-переговорщик. За считанные секунды ей…
Просмотров: 345
Под грифом «Секретно». Книга 2. Невеста… Екатерина Каблукова
Граф Алайстер исполнил свое обещание: вернул меня в привычный мир. Здесь я счастлива и…
Просмотров: 322
Будет страшно. Колыбельная для монстра Анна Пронина
17-летний Гоша – изгой. В его интересах – мистика и сверхъестественное, за что парня…
Просмотров: 297
За пеленой лжи Евгения Горская
Нина ушла от тяжело больного мужа Гены, когда он предпочел ей молоденькую сиделку. Муж…
Просмотров: 288
Шипы близкой дружбы Наталия Антонова
Трудно оставаться лучшими подругами, когда обеим нравится один и тот же мужчина –…
Просмотров: 287
Вторая невеста Драконьего лорда 2 Любовь Огненная
Спасая сестру, страдающую от драконьей болезни и отсутствия совести, я угодила в чужие…
Просмотров: 267
Вкус яда Тессония Одетт
Астрид – нечистокровная фейри. Свою магию она считает проклятием, ведь девушка, словно…
Просмотров: 231
Захотел, представил, получил.… Шакти Гавэйн
Творческая визуализация – техника, позволяющая успокаивать разум, избавляться от стресса…
Əliağa Vahiddin Qəzəlləri
Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və digər ədiblərin qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir. Biz də bu gün sizə görkəmli qəzəlxanımızdan 10 bir-birindən gözəl qəzəl təqdim edirik. Oxuyun, zövq alın.
Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir
Eşq olan yerdə bütün aqilü dana dəlidir.
Saldı Yusif kimi öz sevgilisin zəncirə
Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir.
Eşq zincirinin iftadəsi bir mən degiləm
Həvəs-i silsileyi eşq ilə dünya dəlidir.
Sarılır çiğninə gah qoynuna, gah qamətinə
Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir.
Bir vəfasız gül üçün naləsi dünyanı tutur
Aşiqin qəlbi kimi, bülbülü şeyda dəlidir.
Bircə Şirin ilə Fərhada məzəmmət yoxdur
Vadiyi eşqdə Varmiq dəli, Əzra delidir
Əl götürməz bu qara gözlülərin zülfündən
Hər yetən zənn eləyir Vahidi guya dəlidir.
Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.
Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.
Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün – elcari gözəldir.
Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.
Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.
Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.
3. Bəs nə deyim?
Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?
Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?
Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,
Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?
Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?
Çırpınır quş kimi hər zülfünü gördükcə könül,
Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?
Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,
Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?
Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!
Sənə güldən də mən əla deməyim, bəs nə deyim?
Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,
Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?
4. Dindir məni hərdən, gözəlim.
Dindir məni hərdən, gözəlim, fürsət olanda,
Vəslin bizə bir an, nə olar, qismət olanda?
Bax, gör, məni zülfün ne perişanliğa saldı
Bir gün açaram dərdimi cəmiyyət olanda.
Yüzlərlə cəfa etsən, unutmaz seni könlüm
Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda
Biganə əgər olmasa, tez vəslə yetərdik
Kim xeyr görüb düşməni kəmfürsət olanda?
Zülfün ki, tutub ruyini, çox qorxuram ondan
Aləm toxunar bir-birinə zülmət olanda
Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun
Bülbül dayanarmı gülünə həsrət olanda?
Vahid,hələ qarşında böyük bir gələcək var
Dünya bizə ləzzət verəcək cənnət olanda!
5. Nə dedin bəs?
Məndən, könül , o nazlı nigarə nə dedin bəs?
Çəkdin o güləndamı kenarə,nə dedin bəs?
Əvvəl bunu bildim ki,dedin aşiqin öldü
Ondan sora ol şuxə dübarə nə dedin bəs?
Mən məst yıxıldım o dilaramı gorəntək,
Evlər yıxan o çeşmi-xumarə nə dedin bəs?
Meydənmi qızarmışdı onun arizi-ali,
Ziynət vərən ol baği-baharə nə dedin bəs?
Mən xəsteyi-eşq olduğumu sordumu səndən,
Göstərdimi bimarinə çarə,nə dedin bəs?
Dami-qəmi-hicranə nəhayət verəcəkmi,
Bu barədə ol laləuzarə nə dedin bəs?
Dərdindən ölən Vahidi heç bir soruşurmu,
Ol bikəsi kim qoydu məzarə, nə dedin bəs?
Könül, vəfasız olan nazlı yarə yalvarma!
Nə e’tibar ona, bi’etibarə, yalvarma!
Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,
Bu beş gün ömrə görə ruzgarə yalvarma!
Sənin də bir gün olar novbaharın, ey bülbül,
Xəzan cəfasına səbr eylə, xarə yalvarma!
Faqirə, aciz, məzlumə ehtiram eylə,
Əduyə, qaniçənə, zülmkarə yalvarma!
Vətən uğrunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələki-kəcmədarə yalvarma!
Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
“Ənəlhəqq” üstə çəkilsən də darə yalvarma!
Məhəbbət əhlinə, Vahid, həmişə xidmət eylə,
Nə təcdarə, nə bir şəhriyarə yalvarma!
Ölməzdim əgər sən kimi bir dilbərim olsa,
Bir afəti-çan, şuxi-mələkmənzərim olsa.
Hər gun dolanıb başına qurbanin olardım,
Pərvanəsifət ucmağa balüərim olsa.
Mən də sevilərdim bütün aşiqlər icində,
Ahuləri Məçnun eləyən gözlərim olsa.
Kuyində mənə qoy nə bilir eyləsin əğyar,
Əlbəttə, cəzasın çəkər ALLAH kərim olsa.
Biganəyə mən bir belə minnətmi edərdim,
Könlüm kimi bir yari-vəfapərvərim olsa.
Vahid demərəm dərdimi mən başqa nigarə,
Yarım bilir eşgində nə dərdi-sərim olsa.
8. Olmasa da
Yanında dilbərimin etibarım olmasa da,
Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da.
Bədəndə yarı canım qalmayıb, gedib yarım ,
Gərək dözəm qəmi – hicranə, yarım olmasa da.
Günüm ki, tar olub o zülf əlindən, ey tari,
Tərənnüm eylə, səni tari, tarım olmasa da.
Üzün xəyali bəsimdir behişti – kuyində,
Yüz il xəyalıma gəlməz, baharım olmasa da.
Ləbinlə məst gözün hər düşəndə xatirimə,
Şərabə rəğbətim artır, xumarım olmasa da.
Mənim bir ahim ilə şəmlər yanır gecələr,
Toxunma, şöleyi – eşqəm, şərarım olmasa da.
Kəməndi – zülfilə, Vahid, özüm şikar oldum,
Mənim o ahu baxışlı şikarım olmasa da.
9. Gözlərinə
İcazə ver, baxım ey gül, o qarə gözlərinə,
Vurulmuşam, nə edim , aşikarə gözlərinə.
Qəm etmərəm, məni yüz dəfə gündə öldürəsən,
Baxanda bir də dirilləm, dübarə gözlərinə.
Camalın açma, gülüm, qorxuram görüb üzünü,
Gün olsun hüsnünə aşiq, sitarə gözlərinə.
Olaydı qismət öpəydim o nazik əllərini,
Ürəkdən eyləmişəm ixtisarə gözlərinə.
Kəməndi – ah ilə səyyadlar dalınca düşər,
Bu naz ilə əgər etsən işarə gözlərinə.
Gözüm götürməyir əğyarlar baxanda sənə,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə .
Şikəstə Vahidə olmaz təbiblərdən əlac,
Qalıbdır indi sənin bircə çarə gözlərinə
Nə qədər eşqimiz , ey gül , belə pünhan olacaq,
Aşikar eyləməyincə ürəyim qan olacaq?
Nə qədər gül üzünün həsrətin aşiq çəksin,
Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?
Bəs haçan rəhm edəcək bülbülü – biçarəyə gül
Nə qədər bəs o fəğirin işi əfğan olacaq?
Eşqdən başqa nə dərd olsa yenə çarəsi var,
Ayrılıq dərdinə, bilməm necə dərman olacaq?
Öz xoşumla o qarə zülfə əsir oldum özüm,
Bilmədim, xatirim eşqində pərişan olacaq.
Sən götürt məscidi zahid , bizə meyxanəni ver,
Kim bu işdə görək axırda peşiman olacaq?
Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül,
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.