Press "Enter" to skip to content

Oynaq qığırdaqlarının yeyilmə səbəbləri və müalicə yolları – Ağrı mütəxəssisi ilə MÜSAHİBƏ

Tutaq ki, bir nəfər rəhmətə gedir, ancaq onun kiməsə borcu qalır. Belə olduqda onun borcunu kim ödəməlidir? İslam şəriətinə görə, məsələn, rəhmətə gedən ata-ananın borcunu övladları ödəməlidirlər. Valideyn bu dünyadan köçüb gedəndə, adətən, övladlarına imkan daxilində nəyisə irs qoyub-gedir. Yaxşı, əgər sən atanın xeyirini görürsənsə, onda ziyanını da gör də! Dinimizə görə, bu, hər övladın üzərinə düşən bir vəzifədir. Ümumiyyətlə, mənəvi nöqteyi-nəzərdən mərhumun bütün övladları imkan daxilində birləşib, valideynlərinin borcunu ödəməlidirlər.

Ölünün adına xörəyə duz tökmək?

Bir gün bu dünyaya gəldiyimiz kimi, bir gün də buradan köçməliyik. Bu, qaçılmaz bir həqiqətdir. İnsan artıq kiçik yaşlarından bu dünyanın hər birimizin müvəqqəti evi olduğunu anlasa, ölümü qəbul etmək daha asanlaşar. Əlbəttə, bütün bunları anlasaq da, əzizlərimizi itirmək bizləri kədərləndirir. Onlar üçün darıxır, yanımızda olmalarını istəyirik. Görəsən, haqq dünyasına qovuşan insan üçün yaxşılıq etmək mümkündürmü? Onun ruhunu şadlandıra və ya qəmləndirə bilərikmi.

Ölünün adına xörəyə duz tökmək?

Yəqin, hər azərbaycanlı bu səhnənin şahidi olur: anamız, nənəmiz yemək bişirən zaman (adətən, bu, cümə axşamları baş verir) ölülərimizin adına qazana duz tökürlər. Ancaq duz tökənlərin özləri də bəlkə bunu nəyə görə etdiklərini bilmirlər. Öncə onu deyək ki, ölünün adına duz tökmək kimi bir göstəriş İslam dinində yoxdur. Sadəcə, bu bizlərdə bir ənənəyə çevrilib. Düzdür, bunu etmək günah deyil. Bəlkə də əzizinin adına xörəyə duz tökməklə yaxınları qəlblərindəki nisgili çıxarmış olurlar. Yeri gəlmişkən qeyd edək ki, İslam şəriətində duz pakedici bir maddədir; məsələn, murdar bir şeyi duz anbarına yerləşdirsən, o, pak olur. Onu da deyək ki, ölünün adına xörəyə duz tökmək ənənəsi hər yerdə yayılmayıb.

Həyatda olmayan insanın ruhunu necə şad etmək olar?

Bəzən əzizinin ruhunu sevindirmək ürəyindən keçir. Ancaq bilmirsən bunu necə edəsən. Dinimiz bu barədə nələri tövsiyə edir, görəsən? Bu haqda bir çox hədislər var; məsələn, rəhmətə gedən insanın övladları, valideynləri, qohumları yoxsula, ehtiyaclıya əl tutub, mərhumun ruhuna hədiyyə edə bilər və bununla da əzizinin ruhunu şad etmiş olarlar. Maddi cəhətdən bunu etməyə imkanın yoxdursa, onda mərhumun ruhuna Quran oxuyub, dua edib, namaz qılıb hədiyyə edə bilərsən. Bu namaz qılındıqda isə niyyəti belə etmək olar: məsələn, «anamın (adını qeyd etmək yaxşı olardı — red.) ruhuna hədiyyə olaraq iki rükət namaz qılıram, qürbətən iləllah». Və ya başqa bir misal çəkək. Mərhum oructutan idisə və müəyyən səbəblərə görə orucunu tam tuta bilməyibsə, onda onun əvəzinə qəza orucu tutmaqla da ruhuna hədiyyə etmək mümkündür.

Bir gün Məhəmməd Peyğəmbərin (s.ə.s) yanına bir nəfər gəlib belə deyir: «Ey Allahın Rəsulu! Mən vəfat edən valideynlərimə necə yaxşılıq edə bilərəm?». Həzrət Məhəmməd (s.ə.s) belə cavab verir: «Bunu etməyin dörd yolu var: Allahdan onlar üçün bağışlanmaqlarını istəmək, ata-ananın (sağlıqlarında) verdikləri sözlərini yerinə yetirmək, valideynlərinin dostluq etdikləri şəxslərə hörmət etmək, ata-ananın vasitəsilə qohumluğun çatan insanlarla əlaqə saxlamaq».

Zalımın da bir ruhu var!

Yəqin, eşitmisiniz də, deyirlər, filankəsə heç rəhmət də düşmür. Ölüdən-ölüyə nə fərq var axı? Onu qeyd etmək lazımdır ki, yuxarıda sadalanan əməlləri etməklə həyatda olarkən xeyirxah işlər görən ölünün ruhunu şad etmək mümkündür. Yəni pis bir insana nə qədər dua oxusan da, ruhuna hədiyyələr etsən də, bir faydası yoxdur. Əlbəttə, hər bir insan üçün doğması əzizdir. Zalım da olsa, pis də olsa, insan əzizinin ruhunu şadlandırmaq istəyər. Lakin mənəviyyatsız həyat tərzi sürən insanın ruhuna edilən hədiyyələrin savabı bunu edən insanın özünə qayıdacaq. Bilirsiniz bu nəyə bənzəyir? Təsəvvür edin, sizin bir əziziniz həbsxanaya düşüb. İndi siz onun üçün xoşladığı yeməkləri bişirib bir zənbildə oraya aparırsınız. Ancaq bunu ona çatdırmağa icazə vermirlər. Belə olduqda siz nə edərsiniz? Əlbəttə ki bu yeməkləri aparıb öz ailənizə yedizdirəcəksiniz. Yəni bu işin xeyiri özünüzə qayıdacaq. Beləliklə də ancaq mənəviyyatlı, xeyirxah bir insanın ruhunu şad etmək olar…

Onun borcunu kim qaytarsın?

Tutaq ki, bir nəfər rəhmətə gedir, ancaq onun kiməsə borcu qalır. Belə olduqda onun borcunu kim ödəməlidir? İslam şəriətinə görə, məsələn, rəhmətə gedən ata-ananın borcunu övladları ödəməlidirlər. Valideyn bu dünyadan köçüb gedəndə, adətən, övladlarına imkan daxilində nəyisə irs qoyub-gedir. Yaxşı, əgər sən atanın xeyirini görürsənsə, onda ziyanını da gör də! Dinimizə görə, bu, hər övladın üzərinə düşən bir vəzifədir. Ümumiyyətlə, mənəvi nöqteyi-nəzərdən mərhumun bütün övladları imkan daxilində birləşib, valideynlərinin borcunu ödəməlidirlər.

Şəriətimizdə belə bir məsələ də var ki, mərhum valideynin borcunu ödəmək əsasən böyük oğulun üzərinə düşür. Bu da atadan övladlarına çatan fərqli irs payına görədir; məsələn, İslam şəriətinə görə, oğlanlardan fərqli olaraq qızlar yarım pay irs alırlar. Ona görə mərhumun qızlarına da yarım pay irs çatırsa, onlar valideynlərinin yarım pay borcunu ödəyə bilərlər. Əlbəttə, elə ola bilər ki, atadan övlada heç bir irs keçməsin. Ancaq yenə də mənəvi baxımdan övlad imkan daxilində valideyninin borcunu ödəməlidir.

Dua oxumaq elə çətindirmi?

Adətən, qəbirüstünə çıxanda doğmamızın ruhuna Quran oxutdururuq. Bəziləri deyə bilər, ölüyə nə dua, torpağa basdırılır, bədəni də çürüyüb gedir! Ancaq gəlin unutmayaq ki, insanın fiziki vücudu ilə yanaşı, ruhu da var. Mənəviyyatlı bir insanın ruhuna oxunan Quran ayələri, dualar onun ruhunu şad edər. Özü də bu ayələri, duaları çox rahatca özümüz də oxuya bilərik. Və şəxsən öz dilimizdən əzizimizin ruhunu şad edə bilərik. Məcbur deyil ki, bu işi mütləq kimsə başqası görsün. Qəbirüstündə «Yasin», «Cümə», «Fələq», «Nas» və s. surələr, dualar oxuna bilər.

Əməl dəftərimizin boş qalan səhifəsi

İnsan bu dünyanı tərk edəndə dolu bir əməl dəftəri ilə Axirət həyatına qədəm basır. Bir çox hədislərdə qeyd olunur ki, insan vəfat edəndən sonra onun əməl dəftərinin bir səhifəsi boş qalır. Görəsən, bu səhifəni kim və nə vaxt doldura bilər? Axı insan artıq dünya həyatında yaşamır? Sən demə, insan bu boş səhifəni hələ də ya pis, ya da xeyirli əməlləriylə doldura bilər! Necə? Məsələn, əgər sən özündən sonra xeyirxah övlad qoymusansa və o, cəmiyyətə fayda verirsə, bunun savabı sənin o boş səhifənə yazılır. Əgər sən sağlığında məscid, körpü, bulaq, xəstəxana və s. faydalı ocaqlar yaradıbsansa, o müddətdə ki insanlar bu şeylərdən faydalanır, sənə duaçı olur, sənin bu boş səhifən savab işlərlə dolmaqda davam edəcək. Özündən sonra şər işlərin yayılmasına səbəb olarsansa, insanlar sənin sayəndə ziyana uğradıqları müddətdə boş səhifən də pis əməllərlə dolmaqda davam edəcək.

Vəsiyyəti yerinə yetirmək, yoxsa unutmaq?

İnsan ölümündən əvvəl (Allahın buyuruqlarına zidd olmayan!) bir işi yerinə yetirməyi övladlarına tapşırırsa, uşaqları bunu mütləq etməlidirlər. Bu vacibdir! Əlbəttə, bu məsələdə istisna hallar da ola bilər; məsələn, əgər valideyninin tapşırığını yerinə yetirməyə övladın maddi və başqa imkanları çatmırsa, bir sözlə, bu işin icra olunması onun üçün problemlər yaradırsa, o bunu etməyə də bilər. Belə bir sadə misal gətirək. Bir kişi ölümündən əvvəl oğlu və ya qızına tapşırır ki, kəfənləmədən öncə ona hansısa sevimli paltarını geyindirsinlər. Bu xahişi mütləq yerinə yetirmək lazımdır. Ancaq məsələn, əgər ata övladlarına onu evinin həyətində basdırmağı tapşırırsa, bu, el arasında yayılmayan bir əməl olduğundan övladları bu işi görməyə də bilərlər. Və ya ola bilsin ki, mərhum ölümündən öncə ona mərmərdən başdaşı qoymağı vəsiyyət edir. Əgər övladlarının buna imkanları çatmırsa, bunun üçün borc-xərcə düşəcəklərsə, bu işi həyata keçirməyə də bilərlər.

Odur ki imkan daxilində xeyirxah, inanclı doğmalarımızın ruhunu şad etməyə çalışaq və özümüz də gələcəkdə ruhumuzun şad olması üçün mənəviyyatlı insan olmağa səy göstərək.

  • Teqlər:
  • Görəsən həqiqətən düzdürmü?

Oynaq qığırdaqlarının yeyilmə səbəbləri və müalicə yolları – Ağrı mütəxəssisi ilə MÜSAHİBƏ

İnsan oynaqları üzərində bədən ağırlığını saxlayır, tarazlayır. Təəssüf ki, gənc yaşlarımızda oynaqlarımızın qığırdaqlarını diqqətdə saxlayıb, qayğısına qalmırıq. Buna görə də yaşlananda oynaqlarımız tamam dağılır. Məhz bu anda müalicə barədə düşünürük.

Oynaqlarımızı necə qorumalıyıq? Ümumiyyətlə, oynaqlarda yeyilmə, qığırdaq dağılması niyə baş verir? Çıxış yolu varmı?

Milli.Az bildirir ki, medicina.az-ın suallarını alqoloq, ağrı mütəxəssisi Vusal Eyvazov cavablandırıb.

– Doktor, oynaq qığırdağı problemi ilə ən çox kimlər müraciət edir? Niyə oynaqlar insanı yarı yolda qoyur?

– Bu gün bizə oynaq qığırdağı yeyilməsi problemi ilə müraciət edən xəstələr heç də əvvəlki kimi yaşı 50-dən yuxarı insanlar yox, gənclərdir. Oynaq qığırdağı xəstəlikləri cavanlaşıb.Son bir neçə ayda 26-30 yaşlı xəstələrimiz də olur. Bu həftə 26 yaşlı xanımın 7 oynağına – 2 çanaq, 2 diz, 2 bilək və sol dirsəyinə kök hüceyrə köçürdüm. Mürəkkəb xəstələrdən idi. Xanım çoxdandır dağınıq sklerozdan əziyyət çəkirdi. Skleroza görə məcburən uzun illər hormonal dərmanlar qəbul edib. Bu dərmanların da ən çox zərər verdiyi yer oynaqlardır.

Xəstələrin böyük hissəsi də qadınlardır. Qadınlarda reproduktiv yaş dövründə hər menstrual tsikldən sonra əsas qadın hormonu olan progesteronun səviyyəsi çox aşağı düşür, bu da kalsium duzlarını bədəndən çıxarır. Sümüklərdə kövrəkləşmə, osteoporoz yaranır. Bu da gələcəkdə müəyyən yaş dövründə sümük, dayaq aparatı xəstəliklərinə, oynaq qığırdağı yeyilməsinə səbəb olur. Belə problemlər Azərbaycan xanımlarında təəssüf ki, çoxdur. Bir səbəbi də artıq çəki, hərəkətsizlikdir. Bəzən biz unuduruq, çəkimiz artdıqca oynaqların üzərinə düşən ağırlıq, yük artır. Biz çəki yığdıqca oynaqlarımız böyümür. Oynaqlar 25 yaşa kimi formalaşır, sonra inkişafı dayanır, ölçüsü nədirsə, ömür boyu da elə qalır.

Gənc bir insan 25 yaşında 50-60 kq olur, amma 40 yaşında kökəlib 100 kq-a çatır. Buna oynaqlar necə tab gətirsin. Təbii ki, qığırdaqlar yeyilir.

Kişilərdə idmana bağlı çəki artımı tam başqadır. İdmanla əzələ kütləsi artdığı üçün əzələ oynaqlara düşən yükü üzərinə götürür. Nə qədər insan cavandır, onun çəkisini əzələ və skeleti daşıyır. İnsan aktiv həyat keçirsə, fiziki aktiv olsa, əzələlər bir o qədər tonusda qalır.

Zaman keçdikcə çəki artıqlığı, hərəkət azlığı və üstəlik orqanizmin yaşlanması yükü oynaqların üzərinə atır. Beləcə bud-çanaq, diz, ayaq-topuq oynaq qığırdaqları dağılır. Sıxılma çox olur deyə, qığırdaqlar zədələnir. Qığırdaq tədricən tamamilə yeyilir, oynaq, sümük oynaqları deformasiyaya uğrayır və ağrılar başlayır.

– Yəni, artıq qocalmağı gözləmək lazım deyil. Bəs gənclər oynaqlarını yoxlatmaq və qorumaq üçün ilk növbədə nə etməlidirlər?

– Oynaqlarda ilk ağrılar yaranır, qığırdaqların yeyilməsi ilə bağlı ilk şübhə yaranır, amma təəssüf ki, insanlarımız sağlam müalicə yerinə, mazla, dərmanla, masajla illəri keçirirlər. Halbuki ilk vaxtda mütləq travmatoloq və ya ağrı mütəxəssisinin müayinəsindən, həmçinin sadə bir rentgendən keçməlidirlər. Orda oynaqlar arası məsafədə daralmanın, oynaqda iltihabın olub-olmaması görünür. Bunlar bizə yetər ki, problemə uyğun olaraq, müalicə və qabaqlayıcı tədbirlərə başlayaq. Oynaq qığırdağı dağılmağa başlayırsa, orqanizmin onu bərpa etmək imkanı yoxdur. Çünki oynağın qidalanması oynaq arası mayedəndir. Oynaqlar yeganə orqandır ki, qan dövranı yoxdur. Heç bir maz, ağrıkəsici, iynə-dərmanla onu bərpa edə bilməyəcəksiz.

– Bəs nə təklif edirsiniz? Hansı asan müalicə metodları var?

– Bizim çox uğurla istifadə etdiyimiz ozonhemoterapiya, PRP metod və gialurion inyeksiyalarıdır. PRP insanın öz qanının trombositar kütləsinin oynaq daxilinə yeridilməsidir. Bir maraqlı məqam da var ki, bu metodu bir çox həkimlər xəstələrin bilgisizliyindən istifadə edib, kök hüceyrə adı altında təqdim edir. Bir neçə xəstə olub ki, yanımıza gələndə ona 3 dəfə kök hüceyrə köçürüldüyünü iddia edib. Bildirib ki, qanından alıb sentrafuqada keçirib, oynağına vurublar. Təbii ki, bu kök hüceyrə deyil, xəstə açıq şəkildə aldadılıb. Kök hüceyrə qandan alınmır, piydən alınır və 3 dəfə deyil, cəmi bir dəfə köçürülür. Bu proses əməliyyatxanada icra olunur. Bunları bilsələr, xəstələrimiz aldanmazlar.

Fikrimcə, ən effektiv metod ozon terapiyasıdır. Ozon oynaqda yeyilmə varsa, həmin an onun qarşısını alır, autoimmun sistemi artırır, antioksidant sistemləri gücləndirir. Beləcə oynaqda olan zədələnmə dayanır və şiddətlənmir. İlkin mərhələdə müraciət etməyin üstünlüyü budur. Cəmi bir neçə seans ozon inyeksiyası ilə gələcək əlillikdən, bahalı əməliyyatdan xilas ola bilərlər. İkinci çox effktiv metod, bir az irəliləmiş problemlərdə peptidli gialuron turşusudur. Oynağa gialurion turşusu inyeksiyası çox edirlər. Azərbaycanda dəqiq məlumatım yoxdur, peptidli gialuron kim istifadə edir. Mən yalnız bu gialuriondan istifadə edirəm. Həm oynağın qidalanmasını yaxşılaşdırır, həm də ağrıları götürür, oynaq yeyilməsinin qarşısını alır.

– Gənclərdə oynaq problemlərinin bu qədər geniş yayılmasının səbəblərini nədə görürsünüz?

– Məni narahat edən problem gənclərimizdə rastlaşdığım avoskulyar nekrozlar, oynaq qığırdaq yeyilməsidir. Öz təcrübəmdən belə nəticəyə gəlmişəm ki, bir səbəb qida rasionu ilə bağlıdır. Gənclər təbii qidalardan uzaqdır, zərərli hazır qidalar yeyirlər. Bu məhsullar da qığırdaqlar üçün vacib olan mineralları vermir. D vitamini, kalsium əskikliyi yaranır.

İkinci səbəb isə gənc yaşlarda aldıqları, lakin əhəmiyyət vermədikləri travmalar, idmanda aldıqları zədələr, yol qəzalarında aldıqları yüngül əzilmələrdir. Elə bilirlər, sağaldı, heç bir problem qalmadı. Halbuki qığırdaqlarımız, oynaqlarımız aldığı travmanı unutmur, onu yaşadır. Sonra da yaşlanırlar və gecikmiş formada oynaq xəstəikləri ilə gəlib həkimdən möcüzə gözləyirlər.

Valideynlər xüsusilə diqqətli olmalıdırlar. Gənc övladları tez-tez dizim ağrıyır, oynaqlarım ağrıyır deyirsə, “uşaqdı, keçəcək” deyə, düşünməsinlər.
Gənclərdə oynaqları sıradan çıxaran bir səbəb də revmatizmdir. Revmatizm bəzən aşkarlanır, bəzən heç xəbərləri olmur, ya da müalicə alırlar, ağrıkəsici, iltihab əleyhinə dərmanlar qəbul edirlər. Revmatizmin ən sevdiyi yer oynaqlardır. Revmatizmi olan gənclər mütəmadi oynaqları yoxlatmalıdır. Oynaqlarda göynəmə, ağrı, pilləkənləri çıxdıqda problem, qaçanda dizlərdə xırçıltı səsi gələrsə, mütləq ağrı müalicə həkiminə müraciət etmək lazımdır.

– Soyuq olanda, yağış yağanda bir çox gənclərdə oynaq, diz ağrıları, sümük sızıldamaları başlayır. Oynaqlarımız niyə yağış yağanda ağrıyır və bu ağrılardan qurtulmaq üçün nə etməliyik?

– Bu problem də boşuna yaranmır. Bu, birinci növbədə gizli gedən revmatizmadan qaynaqlana bilər. Çünki soyuq havalar revmatizmin sevdiyi havadır. İsti aylarda oynaqlarda yumşalma getdiyi üçün elə də büruzə vermir. Yağışlar başlayanda revmatizm aktivləşir.

Bu problemlərdə biz nə edə bilərik? Hemoterapiya metodu – xəstənin öz qanını alaraq, ozonlaşdırıb venadaxili yenidən özünə qaytarırıq. Həftədə 2 dəfə olunur. Ozon hemoterapiya bədənin antioksidant sistemini oyadır. Antioksidant sistem orqanizmi gizli xəstəliklərdən qoruyan bir sistemdir. Bütün dünyada profilaktika məqsədilə hemoterapiya ildə 2 dəfə edilir. Heç bir yaş həddi də yoxdur.

Kök hüceyrə qərarı bütün digər metodlar effektiv olmayanda, son mərhələ olaraq verilir. Çünki müalicə deyiriksə, kök hüceyrədən sonrası yoxdur. Son artıq əməliyyatla protezlənmədir. Kök hüceyrə dünyada yeganə metoddur ki, yeyilmiş qığırdağı və ya nekrozlaşmış sümük toxumasını, oynaq hissələrini bərpa edə bilir.

– 8 ay öncə kök hüceyrə köçürdüyünüz xəstələrdə artıq nəticələr olmalıdır. Nə müşahidə edirsiz, hansı nəticələri almısız?

– Sözsüz ki, nəticələr var. Kök hüceyrə bilirsiz ki, 8-10 ay ərzində təsirini tam göstərir. O xəstələri çağırıb, müayinə edirik, rentgen çəkilir, 1 il öncəki rentgenlə yanaşı qoyduqda möcüzələr görürük. Bəzən xəstələri çağırırıq, deyir, ağrılarım yoxdur, həkim, niyə gəlim? Amma mən bütün işlərimin nəticələrini təhlil edirəm. Xəstə üçün maraqlı olan ağrının olmamasıdır, gəzə bilməsidir. Bəzən heç maraqlanmır ki, oynağında nə dəyişiklik olub, kök hüceyrə orda nə yetişdirib. Əldə etdiyim nəticələr mənə imkan verir ki, kök hüceyrə terapiyası barədə daha ürəklə danışım, daha əmin olum və təbliğ edim. İnsan reallığı görəndən sonra düzgün yolda irəlilədiyinə bir daha əmin olur.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.