Press "Enter" to skip to content

Limərdan bəy Topçubaşov

Müstəqillyin elan edilməsi böyük addım idi, lakin kifayət deyildi. Birincisi, Dövlət Dumasının azərbaycanlı üzvləri bəyannaməni Tbilisidə elan etmişdilər. Onların iddiasında olduqları ərazi nəzarətlərində deyildi. Bakı regionun iqtisadi və mədəni mərkəzi olsa da, şəhərin müsəlman azərbaycanlı əhalisi 1918-ci ilin martında qətliam edilmiş və ya qaçmışdı. Bakısız iddia olunan ərazinin qalan hissəsi ölkə kimi yaşaya bilməzdi.

Əlimərdan bəy topçubaşov

Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti haqqında arxiv materialları

Bu məqalədə mənalı ömür yolunda xalqının xoşbəxt gələcəyi naminə misilsiz işlər görmüş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan, xalqını azad, savadlı görmək istəyən şəxslərdən biri, AXC-nin qurulmağında, onu dünyaya tanıtmaq istiqamətində ömrünün sonuna qədər çalışan dahi şəxsiyyət, aparıcı dövlət xadimi, hüquqşünas Rusiya I dövlət dumasının üzvü, Bakı dumasının sədri, AXC parlamentinin sədri və ilk xarici işlər naziri olan Ə.M.Topçubaşovdan söhbət açacayıq.

O, 1863 cü ildə (bəzi mənbələrdə 1862, 1865– cillər qeyd olunur) Tiflisdə zadəgan bəy ailəsində anadan olmuşdur. Onun 1863-cü ildə doğulduğunu Tiflisdə ona verilən doğum haqda şəhadətnamə və Peterburq universitetindən verilən arayış nəticəsində Tiflis arxivindəki məlumatlar sübut etmişdir. O, Topçubaşovlar nəslinin davamçılarından idi. Bu soyadın tarixi çox keçmişləri əhatə edir. Bu soyad onun ulu babası Əliəkbər bəyə topçuluq peşəsini dərindən bildiyinə görə II Irakli tərəfindən verilmisdir.

İlk təhsini Tiflis gimnaziyasında almış və oranı əla qiymətlərlə bitirib Peterburq İmperator Universitetinin tarix-filologiya fakultəsinə daxil olmusdur. Lakin bu fakultədə təhsilini yarımçıq qoyub 1 ildən sonra hüquqşünaslıq fakultəsinə keçmisdir. Universitetin elmi şurası onun yazdığı dissertasiyanı çox bəyənərək təhsilini bitirdikdən sonra onu mülkü huquq kafedrasında saxlayıb professor vezifəsini vermək istəyirlər. Bu işləri həyata keçirmək üçün onun qabağına şərt qoyulur – xristianlığı qəbul etmək. Topcubasov isə bundan imtina edir və Tiflisə qayıdır. O universitetdə oxuduğu illərdə tələbə ixtişaşlarında iştirak etdiyinə gorə universitetdən qovulmaq və Diplomunun ona verilməməsi təhlükəsi ilə üzləşmişdir. Topçubaşov Təhsil Nazirliyinə müraciət edəndən sonra çox savadlı, fəal olması və dərslərindən əla qiymətlər almasını nəzərə alaraq diplomu ona təqdim edilmişdir. O, universiteti əla qiymətlərlə, fəqlənmə diplomu, elmlər namizədi dərəcəsi ilə bitmişdir. Universitetdən sonra hüquqşünas kimi Tiflisdə vəkil işləmiş, Aleksandrovski adına qızlar gimnaziyasında hüquqdan dərs demişdir. O Tiflisdə kecirilən mübahisəli məhkəmələrdə həmişə oz soydaşlarının hüquqlarını müdafiə etmiş haqq-ədalət naminə çalışmışdır. Dövlət Tarix Arxivinin Topçubaşova aid olan sənədləri içərisində, onun xidməti dəftərçəsində ilk işlədiyi yerlər ətraflı təsvir olunmuşdur: Tiflis Dairə məhkəməsi sədrinin göstərişi ilə 2 sentyabr 1889-cu ildən 8 may 1890-cı ilə qədər Tiflis şəhəri Barışıq məhkəməsinə hakim köməkçi vəzifəsini icraetmək məqsədilə ezam olunur. Həmin sədrin göstərişi ilə 16 may 1899-cu ildən Məhkəmədə Mülkü Kollegiyanın katibi vəzifəsinə təyin olunur. Senatın Məlumat Yayım Departamentinin 20 dekabr 1891- il tarixli göstərişi ilə Kollegiya katibi vəzifəsinə təyin edilmiş və katibliyin rəhbərliyi ona tapşırılmışdır. Senatın 22 iyun 1893-cü il №87 saylı göstərisi ilə stajı nəzərə alınaraq Titulyar müşavir təyin olunur və müşavirliyin rəhbərliyi ona tapşırılır. Senatın Məlumat Yayım Departamentinin № 28 saylı 1895 ci il tarixlı göstərişi ilə Kollegiya Assessoru vəzifəsinə təyin olunur və burada da rəhbərliyik ona həvalə edilir. Həmçinin Kadet partiyasının üzvü olur. Mülki işlərə dair 1895-cil tarixli 17 saylı əmrə əsasən ailə vəziyyəti ilə əlaqədar olaraq işdən azad edilir”. Topçubaşov 1893-cü ildə H.B.Zərdabinin qızı Pəri xanımla ailə həyatı qurur. Pəri xanım Tiflisdə açılan qadın gimnaziyasının ilk azərbaycanlı müsəlman tələbəsi olmuşdur. Bu izdivacdan Topcubasovun 2 oğlu və 3 qızı dünyaya gəlir.

Topçubasov 1896-ci ildə ailəsi ilə birgə Bakıya köçür. Bütün Rusiya imperiyasının neft sənaye mərkəzi olan Bakı şəhərində baş verən siyasi prosesləri kənardan izləyə bilmir. Elə bu ildən də onun siyasi fəaliyyətinin təməli qoyulur. Bakıya gədikdən sonra H.Z.Tağıyevin maliyyə dəstəyi ilə 1897-1917 illərə qədər “Kaspi” qəzetini (rus dilində) təsis edir və redaktoru olur. Kaspidən basqa rus dilində “Bakı” qəzetinin, daha sonra isə ana dilində “Həyat” qəzetini reaktoru, “Nicat” xeyriyyə cəmiyyətinin sədri vəzifəsində çalışıb.

Kaspi qəzetində Rusiya Dumasında, Bakı Dumasında müzakirə olunan məsələlər, Bakının, bütün Qafqazın, və Orta Asiyanın müsəlman əhalisinin həyatı, adət-ənənələri, şair, yazıçı, dramaturq, görkəmli ziyalıları haqqında, Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrıseçkilik siyasətini pisləyən publisistik məqalələri və bir çox başqa məlumatlar da çap olunurdu. Onunla birlikdə bu qəzetlə H.B.Zərdabi, Ə.B.Hüseynzadə, Ə.Ağayev və basqa yazarlar təhsil və mədəniyyət sahəsində çıxışlar etmişlər. Ömrü boyu tutduğu vəzifədən asılı olmayaq ədalətçililik naminə mübarizə aparan Topçubaşovun məsuliyyətə cəlb olunmasına dair bəzi sənədlərdə məlumatlar əks olunmuşdur. Tarix Arxivinin Kaspi qəzetinin 187 saylı 25 avqust və 256 saylı 25 noyabr 1901-ci ildə dərc olunmuş buraxılışlarına aid sənədlərində da senzuradan çixarılmış bəzi cümlələri həmçinin Paraxod şirkətlərində çalışan əməkdaşların məvaciblərini tam vaxtlı-vaxtında ödənilməməsi haqda məlumatı qadağaya zidd olaraq dərc etdiyinə görə qubernator yanında xüsusi tapşırıqlar üzrə zabitin Topçubaşovun məsuliyyətə cəlb edilməsini tələb edən protokolu vardır.

Digər bir sənəddə “Bakı şəhər dumasına keçirilən seçkilər barədə materallar”dan məlum olur ki, 14 oktyabr 1897-ci ildə Bakı şəhər Dumasına 4 ildən bir keçirilən (1898-1901) seçkilərdə seçilən seçicilər arasında Topçubasovun da adı qeyd olunur. O, səs çoxluğu ilə 154 səs yığaraq Dumaya üzv seçilir.

Topçubaşov xalqın maariflənməyi və gənclərin elmə yiyələnməyi sayəsində çox işlər görmüşdür. 9 iyun 1898 ci ildə Mariya qadın gimnaziyasının qəyyumluq şurasına üzv seçilməsi haqda Bakı şəhər dumasının qərarı açıqlanmışdır. H.Z.A.Tağıyevin hər il 600 rubl dəyərində maddi yardımı sayəsində fəaliyyət göstərən gimnaziyasına qəyyum seçilənlər arasında Topçubaşovun, F.Vəzirovun, H.B.Zərdabinin də adı qeyd ounmuşdur.

Ə.Topcubasov 1901-ci ildə H.Z.Tağiyevin maliyyə dəstəyi ilə açılan Kommersiya məktəbinin də 3 qəyyumundan biri olur. Arxiv sənədlərində “Bakı şəhər dumasının 23 yanvar 1901-ci ildə keçirilən iclas protokolundakı çixarışda Topçubasov və daha 2 nəfərin (A.N.Saparovun) Bakı şəhər kommersiya məktəbinin qəyyumluq şurasına seçilmələri haqda və dövlətin nə indiki nə də sonraki illərdə Kommersiya məktəbinin təmin etməyəcəkləri barədə məlumat yer almışdır. Bu məktəbin də bütün maliyyə xərclərini H.Z.Tağıyev öz öhtəsinə götürmüşdür. Sonrakı aylarda Topçubasov həmin məktəbdə sagirdlər üçün kitabxana və oxu zalının açılmasına üçün Bakı qubernatorluğina etdiyi xahışı və Bakı qubernatorluğununda Bakı şəhəri üzrə kitabxanalar və kitab mağazaları müdürünə verdiyi göstərişi barədə icazə sənədi vardır.

Topçubasov 1905-1917-ci illərdə Rusiya dumasının üzvü olmuşdur. O, Dumada fəaliyyət göstərdiyi illərdə hər zaman xalqımızın maraqları, mənafeyini, hüquqlarını müdafiə etmişdir. 1905-ci 15 avqustda Nijni Novqorod şəhərində Oka cayında gəmidə Topçubaşov, İ. Qaspıralı, Y.Akçoralı, İ. Ziyadxanov, Ə.Xasməmmədov, Ş.Əsədullayevin, Ə. Ağayevin, N. Vəzirovun H. İbrahimovun, Topçubaşovunda iştirakları ilə Ümumrusiya müsəlmanları qurultayı keçirilir. Həmin qurultayda Bütün Qafqaz, Krım, Kazan, Türküstan, Sibirdən və başqa yerlərdən nümayəndə heyyəti iştirak edirdi. Həmin qurultayda bütün Rusiyada yaşayan müsəlmanların mənafeyini müdafiə edən “İttifaq-əl-müslimin” təşkilatı yaradılır və Topçubasov ona sədr təyin olunur. Nijni-Novqorodda, Sankt-Peterburqda, Moskvada keçirilmiş I-IV qurultaylar demək olar ki onun sədrliyi ilə keçmişdir.

Topçubasov 25 yanvar 1905-ci ildə Dumada keçirilən iclaslarda müsəlmanlarin digər sakinlərlə şəhər özünü idarə etmə idarələrində eyni hüquqa malik olmalarına dair Bakı şəhər Dumasında çıxış etmişdir. 1 906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Sankt-Peterburqda Birinci Dövlət Duması fəaliyyət göstərmişdir. Ə.Topçubaşov Dumanın gündəminə çıxarılan bir çox məsələlərin müzakirəsində fəal iştirak etmiş, Rusiyadakı azsaylı xalqlara, əsasən müsəlmanlara muxtariyyət verilməsi tələbi ilə çıxış etmişdir. Arxiv sənədlərində nəzər salanda onun belə bir çıxışı gözdən qaçmamışdır : “Bakıda baş verən sonuncu hadisəLər bütün əhalini həyəcanlandırır. Qəzetlərdə bu məlumatları oxuyarkən adam vahimələnir. Ticarət-sənaye şəhəri olan Bakıda oğurluq, zorakılıq, qətl səhnələri baş alıb gedir. Hökumət milliyətindən və dinindən asili olmayaraq əhalini bir olmağa çağırır”. 8 mart 1905-ci il Bakı şəhər idarəsində 6-9 fevral hadisələrində erməni-müsəlman qirğınında ziyan çəkmis əhaliyə yardım komitəsi yaranır və ümumilikdə ayrılan 50 000 rubl məbləğində milliyətindən və dinindən asılı olmayaraq hamıya yardım göstərilməsini qeyd olunur. Həmin Komitənin tərkib üzvləri arasında Topçubaşovunda adı qeyd olunmusdur.

Dövlət Dumasında Rusiyanın müsəlman əyalətlərinin deputatları bilavasitə Ə.Topçubaşovun başçılığı ilə Müsəlman fraksiyası yaratmışlar. Topcubasov Krımdan Orta Asiyaya qədər butun Rusiya iperiyasında yaşayan müsəlmanların lideri seçilir. Lakin bu fraksiya çox şəkmir. Bu fraksiyada da Çar hökumətinin fəaliyyətini tənqid edildiyinə çar bir çox bəhanələri əsas gətirilərək Dumanı 72 gündən sonra qovur. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9-10-da Vıborqda iclas keçirdilər və “Vıborq müraciətnaməsi”ni qəbul etdilər. Müraciətnamə də hökümət verdiyi vədləri pozduğuna görə sərt tənqid olunur. Bu müraciətnaməni imzalayanlardan biri də Ə.Topçubaşov olmuşdur. Çar höküməti bu ittihamlardan qəzəblənərək iştirakcilara qarsı ittiham qaldırır və bir cox deputatlarla yanaşı Topcubasov da həbs edilir.

Ə.Topçubaşovun siyasi fəaliyyəti 1917-ci illər çevrilişindən sonra genişlənmiş və o, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə bütün quvvəsi ilə qoşulmuşdur. Fevral və Oktyabr inqilablarından sonra Topçubaşov Sankt-Peterburqdan Qafqaza qayıtdı. Bakıda erməni və bolşeviklər tərəfindən kütləvi qırğinların törədilməsi müstəqil dövlətin yaradılmasına çağırışları gücləndirir.

Bununla əlaqədar Dövlət Dumasının Qafqazdan olan üzvləri Tiflisdə bir araya gələrək Zaqafqaziya Seymini yaratdılar. Cənubi Qafqazın bu ilk parlamentinin ömrü cəmi bir ay oldu. 1918-ci ilin martında Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və Məmmədəmin Rəsulzadə ilə birlikdə həmin il mayın 28-də Azərbaycan Respublikasının bəyannaməsini elan etdilər. Bundan sona hökümətin qarşısında növbəti böyük çətinlik respublikanın başqa ölkələr tərəfindən tanınması idi. Növbəti iki il ərzində Topçubaşovun yeni yaranan respublika qarsısında əsas məqsədi elə bundan ibarət idi. O, ilk növbədə İstanbulda Osmanlı hökuməti ilə danışıqlara başladı. Azərbaycan nümayəndə heyəti Türkiyə ilə etnik və dini bağlılığı tanıdı və Osmanlının hərbi dəstəyinə görə təşəkkürünü bildirdi.

1918-ci ild ə Azərbaycan nümayəndə heyyəti Paris sülh konfransında iştirak etmək üçün İstanbula gəlir. Topçubaçovun oğlanları da katib qismində onu müşayət edirdilər. Azərbaycan nümayəndə heyyəti ilə birgə Ermənistan və Gürcüstan heyyəti də öz ölkərini tanıtmaq məqsədilə bu konfransda iştirak etmək üçün Parisə gəlmişdilər. 1919-cul ildə Gürcüstan və Ermənistan nümayəndə heyyəti Fransaya viza ala bilir. Onlar ora gedir və təblığat işinə başlayırlar. Azərbaycanın isə Turkiyəyə nəzarət edən B.Britaniya və Fransa tərəfində vizaları ləngidilirdi. Topçubasov nümayəndə heyyəti ilə birgə 1919-cu ildə Parisə gəlib çıxa bilirlər. Onlar Azərbaycanın bütövlüyünün tanınması üçün danışıqlara başlayırlar. Lakin artıq gec idi. Növbəti illərdə də Topcubaşov müstəqilliyimiz tanınması üçün Fransada danışıqlar aparırdı. Müttəfiqlər 8 aya yaxın müstəqil respublikamızı tanımaq istəmir və Azərbaycanda tezliklə yenidən bolseviklərin hakimiyyətə gələcəyinə inanırdılar. Nəhayət 1920-ci ildə Topçubaşov və onun komandası şərqdə ilk demokratik cümhüriyyət Azərbaycanın müstəqilliyini tanıda bildilər və bu çətin mübarizədə onlar qələbə qazandılar.

Lakin çox keçmədiki 1920-ci ildə Azərbaycan bolçeviklər tərəfindən yenidən tutulur. Bu vəziyyət Topçubaçovun bütün əməyini, səylərini məhv edir və cəmi 23 ay yasayan gənc Azərbaycan Respublikasının müstəqilliyinə son qoyulur. Milli hökümət azərbaycanı tərk etməyə məcbur olur. Şəhərdə kommunist reğimi qurulduqdan sonra M. Ə. Rəsulzadə Turkiyidə, Topçubasov Fransada yaşamalı olurlar. Onlar bir daha vətənə qayıda bilməyərək mühacir həyatı yaşayırlar.. M.Rəsulzadə Avropada və Turkiyədə Azərbaycan Milli Mərkəzi adı altında mühacir təşkilatı yaradır. Topcubaşovda bu təşkilata qoşularaq ömrünün sonuna qədər vətəninin müstəqilliyi uğrunda, bolsevik rusiyasının onun xalqına qarsı yürütdüyü siyasəti haqda mübarizəsini davam etdirir. O. 1934-cü ildə Parisdə vəfat edir və ora da dəfn olunur.

Z.A.Əhmədova

Dövlət Tarix Arxivinin aparıcı arxeoqrafı

Əlimərdan bəy Topçubaşov

Əlimərdan bəy Topçubaşov ( азербайджанский Əlimərdan bəy Ələkbər огл Topçubaşov * 4 мая 1863 года в Тбилиси , правительства Тбилиси , Российская империя , † 8 ноября 1934 в Париже ) был азербайджанский государственный деятель , юрист, журналист, член Первой Государственной Думы в Российской империи , Министр иностранных дел и председатель парламента Азербайджанской Демократической Республики (АДР).

биография

Когда Топчубашову было 5 лет, он потерял обоих родителей и его воспитывала бабушка. В 1884 году он окончил 1-ю городскую среднюю школу в Тбилиси и поступил на историко-филологический факультет Императорского Санкт-Петербургского университета (ныне Санкт-Петербургский государственный университет ) и получил за это Кавказскую стипендию. Через год он отказался от финансовой поддержки и перешел на юридический факультет. В 1888 году он получил ученую степень кандидата юридических наук. Топчубашов некоторое время работал секретарем районного суда в Тбилиси и преподавал в Государственной геодезической школе в Тбилиси, а затем в том же году переехал в Баку и работал присяжным поверенным.

В Баку на первый план вышли журналистские способности Топчубашова. С 1888 года он был редактором ежедневной газеты «Bakuer Handels- und Industrieblatt». В июне 1898 года он стал редактором газеты «Каспи». Одновременно какое-то время он был редактором газет «Баку» и «Хəят» («Жизнь»). Вплоть до первой русской революции 1905–1907 годов Топчубашов работал спикером Государственной Думы Баку, состоял в приюте Маринской женской средней школы , членом Бакинской коммерческой академии и мусульманской женской школы.

Во время русской революции Топчубашов принимал активное участие в работе Первого Всероссийского мусульманского съезда в августе 1905 года в Нижнем Новгороде . На II и III собраниях он был избран председателем Центрального комитета партии Иттифак аль-Муслим (первая политическая партия российских мусульман ). Кроме того, Топчубашов был избран депутатом Первой Государственной Думы от Бакинской губернии . Политически он был близок к левой «Партии народной свободы». После роспуска Первой Государственной Думы он подписал Выборгский манифест , за который царское правительство арестовало Топчубашова на три месяца, а затем лишило права быть переизбранным в Думу.

На встрече кавказских народов в Тбилиси в 1916 году Топчубашов впервые представил идею создания кавказской конфедерации.

После Февральской революции 1917 года Топчубашов высказался за сохранение Российской империи и создание учредительного собрания . Сам он не принадлежал ни к какой партии. С марта 1917 года он возглавлял Азербайджанский национальный комитет, а также определял деятельность Кавказского мусульманского конгресса (апрель 1917 года в Баку) и Первого Всероссийского мусульманского конгресса (май 1917 года в Москве ).

Limərdan bəy Topçubaşov вместе с членами азербайджанской делегации на Парижской мирной конференции 1919 года

После провозглашения 28 мая 1918 года Азербайджанской Демократической Республики Топчубашов был назначен Чрезвычайным и Полномочным Послом Азербайджана в Грузии , Армении и Османской империи . Во время пребывания в Стамбуле правительство Азербайджана назначило его министром иностранных дел страны. Топчбашов занимал этот пост всего два месяца. 7 декабря 1918 года он был заочно назначен председателем парламента Азербайджана.

Мемориальная доска на фасаде здания в Париже, где жил limərdan bəy Topçubaşov.

Топчубашов возглавлял азербайджанскую делегацию на Парижской мирной конференции 1919 года . Здесь он смог лично встретиться с президентом США Вудро Вильсоном и добиться фактического признания АДР государствами Антанты и союзными державами 12 января 1920 года. Это был величайший дипломатический успех молодой АДР на международной арене.

После установления Советской власти в Азербайджане в апреле 1920 года отцы-основатели АДР подверглись преследованиям, арестам и убийствам. Поскольку Топчубашова и других членов азербайджанской делегации постигла та же участь, они не смогли вернуться домой.

Топчубашов принимал участие в конференциях в Генуе и Лозанне и пытался привлечь внимание мировой общественности к незаконной оккупации Азербайджана Красной Армией .

Топчубашов умер 8 ноября 1934 года в Париже и был похоронен там на кладбище в Сен-Клу .

Индивидуальные доказательства

  1. ↑ Джамиль Гасанлы: Алимардан бухта Топчубашов.Журнал «Ирс» («Наследие»), 22 апреля 2013 г., по состоянию на 22 сентября 2018 г. (на английском языке).
  2. Топчибашев Али-Мардан бек Аликпер оглы – общественный деятель, председатель парламента АДР.Наш Баку. История Баку и бакинцев, 25 мая 2018 г., по состоянию на 22 сентября 2018 г. (на русском языке).
  3. Топчибашев Алимардан-бек – Биография. Проверено 22 сентября 2018 года .

Ömürdən uzun mühacirət: Əlimərdan bəy Topçubaşov

Azərbaycan ziyalılarının mütərəqqi dəstəsinə aid olan Topşubaşov Rusiyanın imperiya administrasiyasının içərisində öz xaqının hüquqlarını qızğın müdafiə edirdi.

O həmçinin 1918-1920-ci illərdə bir dövlət xadimi kimi Azərbaycanı beynəlxalq arenada təmsil edib.

Əlimərdan bəy Topçubaşov Tbilisidə anadan olmuşdu. Onun babaları hərbçi olmuşdular və Topşubaşov soyadı da onların birindən başlanırdı.

Bununla belə, Əlimərdan bəyin babası Mirzə Cəfər Topçubaşov dilçi-alim olmaq istəmişdi. O, Sankt-Peterburq Universitetində təhsil almış, sonralar bu universitetinin şərqşünaslıq məktəbinin banisi olmuşdu. O fars filologiyası bölümündə çalışırdı və bu kafedraya 19-cu əsrin birinci yarısında rəhbərlik etmişdi.

Əlimərdan bəy Topçubaşov atasını uşaqkən itirmiş və onu nənəsi böyütmüşdü. O çalışqan bir tələbə idi və Tbilisi gimnaziyasını əla qiymətlərlə bitirmişdi. Bundan sonra, 1888-ci ildə Əlimərdan bəy yenə də əla qiymətlərlə Sankt-Peterburq Universitetinin hüquq fakültəsindən məzun olmuşdu.

O, universitet diplomunu aldıqdan sonra Qafqaza qayıtmış, vəkil və hakim kimi fəaliyyət göstərmişdi. Topçubaşov həmçinin Tbilisi Aqrar Məktəbində mühazirə oxuyurdu.

Əlimərdan bəy elə həmin vaxtlarda, dəqiq deyilərsə, 1893-cü ildə Həsən bəy Zərdabinin (Məlikov) (1873-1947) qızı Pəri xanımla evlənmişdi. Zərdabi çox mütərəqqi ziyalı olmasına baxmayaraq, qızı üçün Topçubaşovdan 10 min rubl başlıq pulu istəmişdi. Amma onun bu qədər pulu yox idi. Elə buna görə də Əlimərdan və Pəri toy mərasimi keçirməməyi və qənaət olunan pulu Həsən bəyə verməyi qərara almışdılar. Sonrakı illərdə onların üç oğlu və iki qızları oldu.

Vətəndaş haqlarının müdafiəçisi və islahatçı

1905-ci ildə baş vermiş Birinci Rus İnqilabına qədər siyasi partiya və təşkilatların yaradılması, milli və ya dini azlıqların hüquqlarının tələb edilməsi qadağan idi. Lakin bu məhdudiyyətlər Əlimərdan bəyə öz xalqının hüquqlarını müdafiə etməsində mane ola bilmirdi.

Bir vəkil kimi o, Qafqazın məhkəmələrində öz soydaşlarının hüquqlarını müdafiə edirdi. 1894-cü ildə Əlimərdan bəy ailəsi ilə birlikdə Bakıya köçdü və dörd il sonra “Kaspi” qəzetinin baş redaktoru oldu.

Onu bu vəzifəyə qəzetin sahibliyini yenicə almış xeyriyyəçi-milyonçu Hacı Zeynalabdın Tağıyev dəvət etmişdi. Topçubaşov bu vəzifəsindən istifadə edərək qəzetdə yazdığı məqalələrlə “Kaspi”ni vətənpərvərlik, vətəndaş və milli hüquqlar tribunasına çevirmiş, mədəniyyət və təhsil sahələrində islahatlar tələbi ilə çıxış etmişdi.

Azərbaycan ziyalılarının aparıcı nümayəndələri – Həsən bəy Zərdabi, Əli bəy Hüseyn oğlu Hüseyzadə, və Əhməd bəy Ağayev də “Kaspi” qəzeti üçün yazırdılar. Növbəti illərdə bu adlar türk və Azərbaycan milli hərəkatlarının bünövrəsini qoymaqla əbədiləşdilər.

Rusiya parlamentinin üzvü

Birinci Rus İnqilabından sonrakı illərdə Topçubaşov Azərbaycan xalqının kimliyi məsələsini qaldırmışdı. O öz xalqının maraq və hüquqlarını fəaliyyətinin müxtəlif sahələrində təbliğ edirdi. Eyni zamanda o, həm də Ümumrusiya Müsəlman Hərəkatının üzvü idi. O bu təşkilatın konfranslarının, proqram və bəyannamələrinin hazırlanmasında həlledici rol oynamış və çox vaxt da hərəkata başçılıq etmişdi.

Əlimərdan bəy Toopşubaşov həm də Rusiya Dövlət Dumasının (1905-1917-ci illərdə Rusiya imperiyasında məhdud səlahiyyətlərə malik parlament) üzvü idi.

O Kadet partiyasının üzvü idi və 1-ci Dumaya 1905-ci ildə Bakı dairəsindən seçilmişdi. Kadetlər – konstitusiyalı demokratlar Rusiyada da Britaniyadakına bənzər konstitusiyalı monarxiyanın bərqərar edilməsinə çalışırdılar. Topçubaşov Dumada müsəlman fraksiyasının üzvü idi. Beləliklə o, təkcə azərbaycanlıların deyil, Krım tatarlarından tutmuş Orta Asiyanın türkmənlərinədək bütün Rusiya müsəlmanlarının lideri olmuşdu.

Müstəqllik yollarında

1917-ci ilin Fevral və Oktyabr inqilablarından sonra Topçubaşov Sankt-Peterburqdan Qafqaza qayıtdı. Bakıda erməni daşnaklar və bolşeviklər tərəfindən törədilmiş müsəlman qırğını müstəqil dövlətin yaradılmasına çağırışları gücləndirmişdi.

Bununla əlaqədar Dövlət Dumasının Qafqazdan olan üzvləri Tbilisidə bir araya gələrək Zaqafqaziya Seymini yaratdılar. Cənubi Qafqazın bu ilk parlamentinin ömrü cəmi bir ay oldu. 1918-ci ilin martında Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və Məmmədəmin Rəsulzadə ilə birlikdə işlədilər və həmin il mayın 28-də Azərbaycan Respublikasının bəyannaməsini elan etdilər.

Müstəqillyin elan edilməsi böyük addım idi, lakin kifayət deyildi. Birincisi, Dövlət Dumasının azərbaycanlı üzvləri bəyannaməni Tbilisidə elan etmişdilər. Onların iddiasında olduqları ərazi nəzarətlərində deyildi. Bakı regionun iqtisadi və mədəni mərkəzi olsa da, şəhərin müsəlman azərbaycanlı əhalisi 1918-ci ilin martında qətliam edilmiş və ya qaçmışdı. Bakısız iddia olunan ərazinin qalan hissəsi ölkə kimi yaşaya bilməzdi.

Bu məsələlər Osmanlı ordusu tərəfindən həll edilə bilərdi. Artıq sentyabr ayınadək respublika iddiasında olduğu ərazinin əksər hissəsi üzərində nəzarətə malik idi.

Bacarıqlı diplomat öz xalqını necə müdafiə etdi

Yeni gənc hökumətin qarşısında növbəti böyük çətinlik respublikanın başqa ölkələr tərəfindən tanınması idi. Növbəti iki il ərzində Topçubaşov məhz bu məqsəd yolunda fəaliyyət göstərdi. O ilk növbədə İstanbulda Osmanlı hökuməti ilə danışıqlara başladı. Azərbaycan nümayəndə heyəti Türkiyə ilə etnik və dini bağlılığı tanıdı və Osmanlının hərbi dəstəyinə görə təşəkkürünü bildirdi.

Həmin vaxt Osmanlı imperiyasını Ənvər paşanın İttihad və Tərəqqi Partiyası idarə edirdi və ölkənin yüksək elitasında Osmanlı-Azərbaycan münasibətlərinin gələcək perspektivi barədə yekdil qərar yox idi. Ənvər və hakim elitanın bir çox nümayəndələri pantürkist ideyaların daşıyıcıları idilər və bu ideyalar müstəqil Azərbaycan dövlətinin varlığı ilə ziddiyyət təşkil edirdi.

1918-ci ilin sentyabrında Əlimərdan bəy Topçubaşov Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün İstanbula gələrək buradakı Azərbaycan nümayəndə heyətinə qoşuldu. Birinci Dünya Müharibəsindəki uğursuzluqlara görə İttihad və Tərəqqi Partiyası artıq ölkəni idarə edə bilmirdi və yeni Osmanlı hökuməti 1918-ci ilin oktyabrında Müttəfiqlərlə sülh müqaviləsi imzaladı. Türkiyə artıq Müttəfiqlər tərəfindən məğlub edilmiş tərəf sayılırdı və Osmanlı ordusu Qafqazdan çıxarılmalı idi. İnnən belə İstanbuldakı yeni hökumətin əsas qayəsi Müttəfiqlərlə ortaq dil tapmaq idi.

Azərbaycan nümayəndə heyəti və Topçubaşov da yaranmış yeni vəziyyətdə diqqətlərini başqa istiqamətə yönəldərək Paris Sülh Konfransında iştirak etmək təşəbbüsündə bulundular. Bu konfrans düşmənçiliklərə son qoymalı, Böyük Müharribədən sonra Avropanın və Yaxın Şərqin yeni siyasi sərhədlərini cizgiləməliydi.

Paris sülh konfransında iştirak üçün İstanbula Azərbaycan hökumətinin yeni nümayəndələri gəldilər və Topçubaşov ümumilikdə 15 diplomata rəhbərlik etməli idi. Topçubaşovun iki oğlu da katib qismində nümayəndə heyətinə qoşulmuşdular və Azərbaycan xalqının maraqlarının müdafiəsində atalarına kömək etməli idilər.

Əslində üç Qafqaz respublikasının nümayəndələrinin hamısı İstanbulda idi və Parisə yollanmaq üçün Fransa vizasını burada almalıydı.

Bununla belə, müzəffər Müttəfiqlər hələ də Rusiyadakı vətəndaş müharibəsində Ağ qvardiyanın qalib gələcəyinə ümid edir, Rusiya imperiyasının ərazisində yaranmış heç bir ölkə ilə danışıq aparmaq istəmirdilər.

1919-cu ilin qışında Gürcüstan və Ermənistan nümayəndələri Fransaya viza ala bildilər və Parisə yollandılar. Onlar orada, Parisin diplomatik çevrələrində güclü təbliğat işinə başlamışdılar. Hər iki ölkə iddia etdikləri ərazilərin xəritəsini hazırlamışdılar və Böyük Gücləri müstəqlliklərinin tanınmasına sövq etmək istəyirdilər.

Azərbaycan nümayəndələri isə İstanbula nəzarət edən Britaniya və Fransa qüvvələri tərəfindən ləngidilirdilər. Onlardan bəziləri həbs edilmiş və onlara viza verilməsindən imtina olunmuşdu. Topçubaşov və komandası yalnız 1919-cu ilin aprelində Parisə yollana bildi və orada Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınması üçün gecikmiş danışqılara başladı.

Növbəti il ərzində də Topçubaşov Azərbaycanın tanınması uğrunda Parisdə mübarizə aparmalı oldu. O Amerika prezidenti Wilson da daxil olmaqla, Müttəfiqlərin rəhbərləri ilə görüşdü.

Əvvəlcə Müttfəqilər tanınmaq məsələsini yaxına buraxmırdılar, çünki hələ də Rusiyada Ağ ordunun bolşeviklərə qalib gələcəyinə ümid edirdilər. Müttəfiqlər Avropa və Yaxın Şərqin müxtəlif ərazi məsələlərinin müzakirə və həll olunduğu səkkiz ay ərzində Azərbaycan nümayəndələrinə ölkələrinin tanınması üçün heç bir ümid vermədilər. Yalnız 1920-ci ilin yanvarında Müttəfiqlər başa düşdülər ki, bolşeviklər vətəndaş müharibəsindən qalib çıxacaqlar. Onlar həmin andan mövqelərini dəyişərək, Azərbaycan və Gürcüstanı de facto tanıdılar. Bu tanınmada 1919-cu ilin mayından bəri Parisdə olan Topçubaşov və onun komandasının həlledici rolu olmuşdu və bu, əslində Əlimərdan bəyin qələbəsi hesab olunmalıdır.

Dövlət xadimi sürgündə

Lakin 1920-ci ilin aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğalı tam beynəlxalq tanınma uğrunda bütün səylərə və Azərbaycanın müstəqil ölkə kimi varlığına son qoydu. Bir gecənin işində Topçubaşov müstəqilliyini itirmiş ölkənin nümayəndəsinə çevrilmişdi.

Bakıdakı milli hökumət Azərbaycanı tərk etməyə məcbur edildi. Sonrakı illərdə Məhəmməd Əmin Rəsulzadə Avropada və Türkiyədə Azərbaycan Milli Mərkəzi adı altında mühacir təşkilatı yaratmışdı. Əlimərdan bəy Topçubaşov da bu təşkilata qoşularaq Rəsulzadə ilə birlikdə öz ölkəsinin müstəqilliyi uğrunda mübarizəni davam eidirdi.

Lakin eyni zamanda onlar ana vətəndən kənarda yaşayırdılar və daim maliyyə və hüquqi çətinliklərlə çarpışmalı olurdular. Bu çətinliklərdən bəzilərini həll etmək üçün hətta Sovet idarəsi altında olan başqa ölkələrin nümayəndələrinin yardımına üz tutmaq lazım gəlirdi.

Bu qruplara Ukrayna, Gürcüstan, Ermənistanın mühacirətdəki hökumətləri, habelə Şimali Qafqaz xalqlarının nümayəndələri daxil idilər. Onlardan bir çoxu Parisdə yerləşmişdilər və Əlimərdan bəy Topçubaşova mühacir qruplarının ağsaqqalı kimi yaşına və təcrübəsinə görə hörmət edirdilər.

Topçubaşov 1934-cü ildə iki il davam edən xəstəlikdən sonra Parisdə vəfat etdi. Bütün respublikaların sürgündə olan hökumətlərinin nümayəndələri onun yas mərasiminə gəlmişdilər və Topçubaşovun həyat və fəaliyyəti barədə çıxış edirdilər.

Topçubaşov, Rəsulzadə və başqaları Azərbaycanı daim yadelli işğalı altında gördülər, lakin inanırdılar ki, bir gün Azərbaycan azad və müstəqil bir ölkə olacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.