Press "Enter" to skip to content

9 – Cu Sinif Fizika – Nazik Linza Düsturu 28.04.2016Kaspi Online Təhsil Tv SD 15: 38

1. Qabarıq və çökük linzanın oxşar və fərqli cəhətlərini göstərin?
2. Linzanın neçə baş optik oxu və baş fokus nöqtəsi var?
3. Nə üçün toplayıcı linzanın fokusu həqiqi, çökük linzanın fokusu isə mövhumidir?
4. Hansı qabarıq linzanın fokus məsafəsi daha böyükdür: əyrilik radiusu böyük olan linzanın,
yoxsa əyrilik radiusu kiçik olan linzanın? Nə üçün?

Soyad: Salahov Fakültə: Texnologiya və dizayn

Linzalar — heç olmazsa bir tərəfdən sferik səthlə hüdudlanmış şəffaf cisimlərdir. Linzaların qabarıq, çökük, müstəvi-qabarıq, müstəvi-çökük və s. növləri var. Nazik linzalar – qalınlığı ölçülərinə nisbətən çox kiçik olan linzalardır. Linzanın optik mərkəzi – linzanın baş optik oxu ilə linzanın kəsişmə nöqtəsinə deyilir. Sferaların (hansı ki, linzanın üzləri onlarin bir hissəsidir) mərkəzlərini birləşdirən düz xətdir (bu xətt həm də nazik linzanın optik mərkəzindən keçər).

Optik ox – optik mərkəzdən keçən ixtiyari xətdir. Qabarıq linza – ortası kənarlarından qalın olan linzadır və toplayıcı linza adlanır (əgər n>1-dirsə). Çökük linza – ortası kənarlarından nazik olan linzadır və üzərinə düşən paralel işıq dəstəsini səpir. Fokus nöqtəsi – baş optik oxa paralel düşən şüalar linzadan keçdikdən sonra toplandıqları nöqtədir. Həqiqi fokus – şüaların özlərinin kəsişməsindən analnan fokusdur (xəyaldır). Toplayıcı linzanın fokusu həqiqidir. Səpici linzanın fokusu xəyalidir. Fokus məsafəsi – fokus nöqtəsindən linzaya qədər olan məsafədir, F ilə işarə olunur , ölçü vahidi 1 m-dir. Çökük linzanın fokus məsafəsi mənfidir.

Linzanın optik qüvvəsi – fokus məsafəsinin tərs qiymətinə deyilir: D = 1/F-dir. Ölçü vahidi 1/m=1dptr (dioptriya)-dır. 1 dioptriya – fokus məsafəsi 1m olan linzanın optik qüvvəsidir. Çökük linzanın optik qüvvəsi mənfidir. Optik sistemin optik qüvvəsi – ayrı-ayrı linzaların optik qüvvələrinin cəbri cəminə bərabərdir. Fokal müstəvi – linzanın fokusundan keçən və baş optik oxa perpendikulyar olan müstəvidir. Cisim məsafəsi – cisimdən linzanın optik mərkəzinə qədər olan məsafədir, d ilə işarə olunur. Xəyal məsafəsi – xəyalın linzanın optik mərkəzinə qədər olan məsafədir, f hərfi ilə işarə olunur. Nazik linzanın düsturu -cisim məsafəsi, xəyal məsafəsi və fokus məsafəsi arasında əlaqə yaradan düsturdur: 1/d+1/f=1/F. Çökük linzanın düsturu: 1/d-1/f=-1/F. Linzanın fokus məsafəsi onun materialının sındırma əmsalından və səthlərin R1vəR2 əyrilik radiuslarından asılıdır: 1/F=(n-1)(1/R1+1/R2).

Linzanın xətti böyütməsi – xəyalın xətti ölçüsünün cismin ölçüsünə olan nisbətinə deyilir və : Г=f/d-yə bərabərdir. Cisim məsafəsini və fokus məsafəsini bilməklə xəyalın harada və necə alınmasını hesablamaq olar.

Linza vasitəsilə xəyalın qurulması nəzəriyyəsi optik oxla kiçik bucaq təşkil edən həm də paraksial (optik oxa yaxın) nazik şüa dəstəsinə əsaslanır. Həqiqətdə isə xəyal qurularkən bu şərtlərə tam riayət edilmir,ona görə də nöqsanlar alınır ki, buna linzanın nöqsanları yaxud abberrasiya deyilir. Linzanın əsəas aşağıdakı nöqsanları vardır:

Sferik abberasiya . Linzanın optik oxundan uzaqda olan şüalar linzadan keçərkən daha çox sınır, optik oxa yaxın olan şüalar isə az sınır. Müxtəlif əyrilik radiuslarına malik olan iki sferik səthdən təşkil edilmiş sistemlə sferik abberasiyanı azaltmaq olar.

Xromatik abberasiya . Müxtəlif rəngli şüalar üçün sındırma əmsalı müxtəlif olduğundan (işığın dispersiyası) onlar linzada müxtəlif tərzdə sınırlar. Ən çox sınan bənövşəyi, ən az sınan qırmızı işıq olur. Ona görə də bənövşəyi şüalar linzaya yaxın, qırmızı şüalar linzadan uzaq nöqtələrdə xəyal yaradırlar. Belə nöqsan xromatik (rəng) aberrasiya adlanır. Müxtəlif növ şüşələrdən düzəldilmiş çökük və qabarıq linzaların kombinasiyasından istifadə etməklə bu nöqsan aradan qaldırılır. Sındırma əmsalı işığın daığa uzunluğundan aslıdır ki, bu hadisə işığın dispersiyası adlanır. Toplayıcı və səpici linzalardan birlikdə istifadə etməklə xromatik abberasiyanı aradan qaldırmaq olar.

Astiqmatizm. Bu nöqsan şüalar linzanın optik oxuna maili vəziyyətdə düşdükdə, yaxud nöqtə şəklində mənbə optik oxdan çox uzaqda olduqda alınır. Bu nöqsanı aradan qaldırmaq üçün linzalar elə seçilir ki, bunların hər birinin yaratdığı astiqmatizm digər linza tərəfindən kompensasiya olunur. Sferik səthin üzərinə düşən şüalar iki müxtəlif əyriliyə malik olan dalğa cəbhəsi əmələ gətirdikdə onlar sındıqdan sonra bir-birinə perpendikulyar və müəyyən məsafədə yerləşmiş xətlər şəklində xəyal yaradırlar. Bu nöqsan astiqmatizm adlanır.

Distorsiya (əyilma). Xəyalın müxtəlif yerlərində böyütmənin müxtəlif olmasından irəli gələn nöqsan distorsiya adlanır. Linzanın optik oxundan uzaqlaşdıqda böyütmə artırsa balışa oxşar, böyütmə azalırsa – çəlləyə oxşar distorsiya yaranır

Distorsiya. Cisimdə olan düz xəttin xəyalı əyri xətt şəklində alınır, çünki cismin müxtəlif hissələrinin böyüdülməsi müxtəlif cür olur.

Koma. Şüaların paraksiallığı pozulduqda, yəni şüalar baş optik oxdan kənarda yerləşmiş nöqtələrdən düşdükdə onların linzada sınması optik oxa yaxın nöqtələrdən gələn şüaların sınmasından fərqlənir, yeni əlavə sferik aberrasiya yaranır. Bunun nəticəsində nöqtənin xəyalı ixtiyari formalı ləkə şəklində alınır. Bu nöqsan koma adlanır.

• Linzanın optik qüvvəsi – baş fokus məsafəsinin tərs qiymətinə bərabər kəmiyyətdir. BS-də optik qüvvənin vahidi dioptriyadır (1 dptr.).

1 dioptriya – fokus məsafəsi 1 m olan toplayıcı linzanın optik qüvvəsidir:

Cismin linzada alınan xəyalının xətti ölçüsünü öz ölçüsü ilə müqayisə etmək üçün linzanın xətti böyütməsi adlanan kəmiyyətdən istifadə olunur:

Linzanın xətti böyütməsi – xəyalın xətti ölçüsünün cismin xətti ölçüsünə nisbətinə bərabər fiziki kəmiyyətdir. Linzanın xətti böyütməsi (qamma) Γ hərfi ilə işarə edilir.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

9 – Cu Sinif Fizika – Nazik Linza Düsturu 28.04.2016

“ Milli Təhsil Televiziyası ” adlı “youtube” kanalı “Kaspi” təhsil şirkəti
tərəfindən yaradılmışdır. Bu kanalın yaradılmasında məqsəd ölkəmizin 1-11-ci sinif şagirdlərinə rahat, evdən çıxmadan, orta məktəb tədris
proqramını əhatə edən bütün fənlərə dair məlumatlar vermək, onları
bilgiləndirməkdir. Bu kanal abunəçilərə istənilən dərsə yüksək keyfiyyətli
video formatında baxmaq imkanını verir.
Dərsləri tədris və təqdim edən şəxslər “Kaspi” təhsil mərkəzlərində və
“Kaspi” liseylərində çalışan, “əməkdar müəllim”, “ilin ən yaxşı müəllimi”
adını almış peşəkar pedaqoqlar, ali və orta məktəb dərsliklərinin müəllifləri
Elmlər Akademiyasının və nüfuzlu universitetlərin əməkdaşlarıdırlar.
Qeyd — “ Milli Təhsil Televiziyası ” adlı “youtube” kanalında yerləşdirilən
videoların müəllif hüquqları “Kaspi” təhsil şirkətinə məxsusdur və bütün
müəllif hüquqları qorunur.
Azərbaycan dili
İngilis dili
Tarix
Cəbr
Riyaziyyat
Həndəsə
Fizika
Kimya
Biologiya
Həyat bilgisi office depot, homedepot, school, depor, importance of education, education perfect, education quotes, school education, #EdChat #EdLeaders #Edu #Education #Educhat #Parents #Principals #Student(s) #Teacher(s) #Curriculum #DeeperLearning #PBL #PBLChat #PersonalizedLearning #PLearning #ClassroomDesign #CharterSchools #CommunityEngagement #LearnerExperience #Makerspace #PublicSchools #SchoolCulture #StudentCentered #StudentChoice #StudentEngagement #StudentLed #StudentVoice #GlobalEd #GlobalEdChat #ELearning #AchievementGap #EdGap #EdEquity #Educolor #engchat #historyteacher #Langchat #Literacy #Math #Mathchat #MusEdchat #PhysEd #SocialStudies #SSchat #Scichat #STEM #STEMchat #CollaborativePD #LifelongLearning #NTChat #OnlineLearning #PersonalizedPD #ElemSchool #HigherEd #HighSchool #MiddleSchool #PreSchool

Most recent Kaspi Online Təhsil Tv channel videos

  • Kaspi Kids Sumqayıt 3 Məzun 2022
  • Kaspi Kids Sumqayıt 2 Məzun 2022
  • Kaspi Kids Sumqayıt 1 Məzun 2022

Subscribe to our Telegram channel! @thewikihow_en subscribe Stay tuned on round-the-clock video trends selection!

Explore more videos from Kaspi Online Təhsil Tv

Video Views Date
567 18.06.2022
Kaspi Masazır Məzun 2022 – Kids, Kaspi Masazır
1 152 17.07.2021
Kaspi Bayıl – Məzun 2021
346 03.07.2021
Kaspi Əhmədli – Məzun 2021

Aaf9aztitul1-7

• III fəsil •
İşıq hadisələri

Beləliklə, toplayıcı və səpici linzaların elementləri nazik linzada müvafiq surətdə
sxematik olaraq şəkildəki kimi göstərilir (
k
).

Yaradıcı tətbiqetmə

Linzanın baş fokus nöqtəsini təyin edək.
Təchizat: optik disk, toplayıcı və səpici şüşə
linzalar.
İşin gedişi:
1. Toplayıcı linzanı optik diskin mər-
kəzinə bərkidin, mənbədən çıxan
paralel işıq şüasını baş optik ox
boyunca linzanın üzərinə yönəldin
və şüaların sındıqdan sonrakı yolu-
nu müşahidə edin (
m
).
2. Toplayıcı linzanı səpici linza ilə
əvəz edib təcrübəni təkrarlayın.
3. Toplayıcı və səpici linzalarda şüa-
ların sxemini iş vərəqinə çəkin.
Nəticəni müzakirə edin:
 Toplayıcı linzanın baş fokus nöqtə-
sini necə təyin etdiniz?
 Səpici linzanın baş fokus nöqtəsini
təyin edə bildinizmi? O, linzadan
hansı tərəfdə alındı?

1. Qabarıq və çökük linzanın oxşar və fərqli cəhətlərini göstərin?
2. Linzanın neçə baş optik oxu və baş fokus nöqtəsi var?
3. Nə üçün toplayıcı linzanın fokusu həqiqi, çökük linzanın fokusu isə mövhumidir?
4. Hansı qabarıq linzanın fokus məsafəsi daha böyükdür: əyrilik radiusu böyük olan linzanın,
yoxsa əyrilik radiusu kiçik olan linzanın? Nə üçün?

N
AZİK LİNZADA CİSMİN XƏYALININ QURULMASI

Öyrəndiklərinizi yoxlayın

3.13
Nə üçün eyni zərrəbində cisimlər fərqli görünür?
Zərrəbində bu cisimlərdən hansının görüntüsü
həqiqi, hansınınkı mövhumidir? Nə üçün?
Zərrəbinlə bir qədər uzaqdakı
böyük cismə, məsələn, tikilməkdə
olan binaya baxdıqda o, tərsinə
çevrilmiş və kiçildilmiş görünür.
Lakin həmin zərrəbinə kiçik cismi,
məsələn, markanı yaxınlaşdırdıqda
o, düzünə və böyüdülmüş görünür.

Linzada hansı xəyal alındı?
Təchizat: fokus məsafəsi məlum olan toplayıcı linza, şam, kibrit,
ekran.
İşin gedişi: 1. Masa üzərində bir düz xətt boyunca ekran, toplayıcı
linza və yanan şam yerləşdirin. Şamı linzanın ikiqat fokus
məsafəsindən uzaqda yerləşdirin (
a
). 2. Ekranda şam alovunun dəqiq
xəyalı alınana qədər onu linzaya yaxınlaşdırıb uzaqlaşdırın. 3. Şamı
linzanın fokusu ilə ikiqat fokusu arasında yerləşdirin. Ekranda şam
alovunun dəqiq xəyalı alınana qədər onu linzadan uzaqlaşdırın.
Nəticəni müzakirə edin:
 Ekranda alınan xəyallarla şam alovunun özünün müqayisəsindən hansı fərqləri
müşahidə etdiniz?
 Ekranda alınan xəyalların həqiqi və ya mövhumi ola bilməsi haqqında nə kimi mülahizəniz var?

Araşdırma
1
(a)

Verilən sxemi iş vərəqində çəkin və nöqtələrin yerinə açar
sözlərdəki uyğun sözü yazın.

Açar sözlər:
toplayıcı linzasəpici linzabaş optik ox
baş fokus nöqtəsifokal müstəvifokus məsafəsioptik
mərkəz
əyrilik radiusu
Nə öyrəndiniz

3
149

• III fəsil •
İşıq hadisələri

Linzada sınan ixtiyari şüanın yolunu bilməklə istənilən cismin xəyalını qurmaq
mümkündür. Bu məqsədlə cismin kənar nöqtələrinin xəyalı qurulur. Kənar nöqtələr-
dən çıxan şüalar elə seçilir ki, onların linzada sındıqdan sonrakı yollarını qurmaq
asan olsun. Bu baxımdan cismin B kənar nöqtəsinin xəyalını qurmaq üçün aşağıdakı
şüaların seçilməsi əlverişlidir (
b
):
1. Linzanın baş optik oxuna paralel olan 1 şüası. Toplayıcı linzada sınan şüa
linzanın fokusundan keçir (1
 şüası).
2. Linzanın fokusundan keçən 2 şüası. Bu şüa toplayıcı linzada sındıqdan sonra
baş optik oxa paralel istiqamətdə yayılır (2
 şüası).
3. Linzanın optik mərkəzindən keşən 3 şüası. Optik mərkəzdən keçən bu şüa sın-
maya məruz qalmadan yayılır (3
 şüası). Beləliklə, cismin B nöqtəsinin xəyalı 1, 2
və 3
 şüalarının kəsişdiyi B nöqtəsində alınır.

Toplayıcı nazik linzada xəyalın qurulması. Cisim məsafəsi ilə toplayıcı linza-
nın fokus məsafəsi arasında münasibətin d
 F olduğu bütün hallarda toplayıcı linza
cismin həqiqi xəyalını verir, çünki xəyal sınan şüaların kəsişməsindən alınır. Həqiqi
xəyal həmişə tərsinə çevrilmiş olur. Cisim məsafəsi linzanın fokus məsafəsindən
kiçik olduğu (d
 F) halda isə toplayıcı linzada cismin mövhumi xəyalı alınır. Xəyal
sınan şüaların özlərinin deyil, uzantılarının kəsişməsindən alınır. Mövhumi xəyal
həmişə düzünə olur.
Toplayıcı linza cismin beş halda həqiqi, bir halda mövhumi xəyalını verir:
1. Cisim linzadan sonsuz uzaq məsafədə olduqda: d

. Həqiqi xəyal linzanın
fokusunda nöqtə şəklində alınır (linzada sınan şüalar onun fokusunda toplanır): f = F.
2. Cisim linzanın ikiqat fokusundan uzaqda olduqda: d

2F. Cismin xəyalı hə-
qiqi, kiçildilmiş və tərsinə çevrilmiş alınır. Xəyal linzanın fokusu ilə ikiqat fokusu
arasında yerləşir: 2F
 f  F.
3. Cisim linzanın ikiqat fokusunda olduqda: d = 2F. Onun xəyalı linzanın ikiqat
fokusunda yerləşməklə (f = 2F) həqiqi, özü boyda və tərsinə çevrilmiş alınır.
(b)

Diqqət! Xəyalqurma sxeminin sadəliyi üçün yuxarıda qeyd edilən şüalardan ixtiyari iki-
sindən istifadə etmək kifayətdir. Qeyd edək ki, cismin baş optik ox üzərində olan kənar
A nöqtəsinin xəyalı (A
 – nöqtəsi) baş optik oxun üzərində alınır. Burada dcisim mə-
safəsi (cisimdən linzaya qədər məsafə), fxəyal məsafəsidir (xəyaldan linzaya qədər
məsafə) (bax:
b
).

Comments are closed, but trackbacks and pingbacks are open.