Press "Enter" to skip to content

Beynəlxalq sürücülük vəsiqəsini necə əldə etmək olar

Xatırladaq ki, Nazirlər Kabinetinin yeni qərarına görə, C1″ – “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, “D1” – sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, “C1E” – qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, “D1E” – sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün nəzərdə tutulur.

Azərbaycanda yeni sürücülük vəsiqələri veriləcək – Yenidən imtahan verməyə gərək var?

Nazirlər Kabineti nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları və nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnaməyə dəyişiklik edib.

Baş nazirin imzaladığı qərara əsasən sürücülük vəsiqəsi üzrə A1, B1, C1, D1, C1E, D1E altkateqoriyaları yaradılıb.

Sürücülük vəsiqələri “A”, “B” və “C” kateqoriyaları, “B1” və “C1” altkateqoriyaları üzrə – 18 yaşdan, “BE” kateqoriyası və “C1E” altkateqoriyası üzrə – 19 yaşdan, “CE” kateqoriyası üzrə – 21 yaşdan; “D” kateqoriyası, tramvaylar, trolleybuslar və “D1” altkateqoriyası üzrə – 23 yaşdan, “D1E” altkateqoriyası üzrə – 25 yaşdan veriləcək.

Bəs yeni qərar sürücülük vəsiqələrinin verilməsində hansı qaydaları dəyişəcək?

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək qərara əsasən, prosesdə ciddi dəyişiklik olmayacaq:

“Bu qərar prosesdə texniki xarakterli dəyişikliklər edəcək. Əsas məqsəd Azərbaycanda sürücülük vəsiqələri və onların verilməsi qaydalarını, sürücülük vəsiqələrinin məzmununu Yol hərəkəti haqqında Vyana Konvensiyasının son dəyişikliklərinə uyğunlaşdırmaqdır. Həmin dəyişikliklər 2004-cü ildə olmuşdu və 2011-ci ildə qüvvəyə minmişdi. Bu ilin əvvəlində Azərbaycanda “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edildi. Nazirlər Kabinetinin qərarı da indi həmin qanuna uyğunlaşdırılır. Qərara görə, gələn il yanvarın 1-dən Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanacaq. Yeniliklərdən biri odur ki, həmin vəsiqələrdə altkateqoriyalar olacaq”.

Ə.Hüseynov qeyd edib ki, yeni qaydalara görə, sürücülük vəsiqələrinin məzmununda dəyişiklik olacaq: “Azərbaycanda verilən sürücülük vəsiqələrində hərflərlə bağlı texniki problem var idi. Kateqoriya hərfləri arasında latın hərfləri olmayan hərflər var idi. Buna isə bəzi dövlətlərdə irad tutulurdu”.

Ekspert deyib ki, sürücülük vəsiqələrində altkateqoriyaların tətbiqində də xüsusi yenilik yoxdur:

“Dəyişikliyə görə, sürücü əgər avtobus idarə etmək istəyirsə, birdəfəlik “D” kateqoriyalı sürücülük vəsiqəsi ala bilər və ya “D1” kateqoriyası alıb kiçiktutumlu avtobus sürə bilər. Digər yenilik isə sürücülük vəsiqəsinə əlavə edilən “B1” kateqoriyası ilə kvadrosikl nəqliyyat vasitəsini idarə etmək hüququdur. Bu vaxta qədər bu nəqliyyat vasitəsini idarə etmək üçün bizdə heç bir kateqoriya, heç bir anlayış yox idi. Amma indi həmin nəqliyyat vasitəsini idarə etmək üçün sürücünün “B1” kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Bu vaxta qədər kvadrosiklların idarə edilməsi ilə bağlı məsələ qanunvericilikdə nəzərdə tutulmamışdı. Dəyişikliyə görə, “B” kateqoriyası olan sürücü də kvadrosiklları idarə edə bilər”.

Kvadrosikl – yüksüz vəziyyətdə kütləsi 400 kq-dan (yükdaşıma üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kq-dan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorın kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli 4 təkərli mexaniki nəqliyyat vasitələridir.

Ə.Hüseynov bildirib ki, yeni qərar köhnə sürücülük vəsiqələrinin qüvvədən düşməsi və ya etibarsız sayılması demək deyil: “Köhnə vəsiqələr olduğu kimi qüvvədə qalacaq. Amma kimsə istəsə, gələn ildən sürücülük vəsiqəsini dəyişib yeni vəsiqə ala bilər. Yaxud əgər kiminsə sürücülük vəsiqəsinin vaxtı bitirsə, dəyişəndə yeni sürücülük vəsiqəsi ala biləcək. Buna görə sürücülərin yenidən imtahan verməsi lazım deyil. Həmçinin altkateqoriyalara görə imtahan verməyə ehtiyac yoxdur. Yəni, məsələn, “B” kateqoriyalı vəsiqəyə malik şəxslər “B1″ altkateqoriyalı sürücülük vəsiqəsi əldə etmək üçün imtahan verməyəcəklər”.

Xatırladaq ki, Nazirlər Kabinetinin yeni qərarına görə, C1″ – “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, “D1” – sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, “C1E” – qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, “D1E” – sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün nəzərdə tutulur.

Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:

1) velosipedi və ya arabanı idarəetmə hüququ – 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 16 yaşdan;
3) “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 18 yaşdan;
4) “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən, “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);
5) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
6) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);
7) “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);
8) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə).

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Beynəlxalq sürücülük vəsiqəsini necə əldə etmək olar?

Ölkə xaricində səyahətlər zamanı tanımadığımız sürücü ilə ünsiyyətdən yaranan psixoloji gərginlik hissi, klassik turizm məkanlarından daha fərqli yerlərə getmək, bir qədər sərbəst, asudə olmaq arzusu, yəqin ki, bir çoxlarımıza tanışdır. Bunun üçün ya avtomobil icarəyə götürmək və ya almaq lazımdır. Lakin bu istəyimizi gerçəkləşdirmək üçün əvvəlcədən tədbirli olmalıyıq. Beynəlxalq sürücülük vəsiqəsinə malik olmağımız isə bu işdə bizə kömək edə bilər.

Milli.Az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevin oxu.az-a verdiyi məlumata görə, beynəlxalq sürücülük vəsiqəsinin verilməsi 1968-ci il Vyana Konvensiyası ilə tənzimlənir:

“Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində geniş yayılan Beynəlxalq Sürücülük Vəsiqəsi xarici dövlətlərdə avtomobil icarəyə götürərkən, avtomobillə Konvensiyaya üzv dövlətlərin ərazisindən keçərkən, birbaşa və ya tranzit yük və ya sərnişin daşımaları zamanı istifadə olunur və sahibinə müstəqil olaraq ölkədən kənarda avtomobil idarə etməyə icazə verir”.

R.Quliyev onu da bildirib ki, respublikamızın 1968-ci il Vyana Konvensiyasına üzv olması milli sürücülük vəsiqəsinə malik vətəndaşlarımızın Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmələrinə imkan verir:

“Dilimizdəki ə,ö,ü,ğ və sair hərflərin xarici dövlətlərdə çətin oxunması problemini həll edən beynəlxalq sürücülük vəsiqəsi latın qrafikası ilə, eyni zamanda, ayrı-ayrı səhifələrdə alman, fransız, italyan, ingilis, çin və sair, ümumilikdə səkkiz dildə çap olunur. Vəsiqə sahibi barəsində məlumatlar isə vəsiqənin son səhifəsində ingilis dilində tərtib olunur. Beynəlxalq sürücülük vəsiqəsi milli sürücülük vəsiqəsi təqdim edildikdə etibarlıdır.

Beynəlxalq sürücülük vəsiqəsi əldə etmək istəyən vətəndaşlar Bakı şəhərində Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə, habelə Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə şəxsiyyət vəsiqəsi, milli sürücülük vəsiqəsi, iki ədəd 3×4 ölçüdə rəngli fotoşəkil təqdim etməklə müraciət edə və qısa müddətdə ona yiyələnə bilərlər”.

Şöbə rəisi sonda qeyd edib ki, beynəlxalq sürücülük vəsiqəsi əldə etmək istəyən şəxslərdən sürücülük bacarıqlarını yoxlamaq üçün əlavə imtahandan keçmək tələb olunmur. Xarici dövlətlərə səfərlər zamanı beynəlxalq sürücülük vəsiqəsinin imkanlarından yararlanmış soydaşlarımızın məmnunluq ifadə etməsi sahibinə rahatlıq verən bu vəsiqənin sınaqdan uğurla çıxdığını deməyə əsas verir.

Milli.Az

Ciddi dəyişiklik: Sürücülük vəsiqəsi alan hər adam avtomobil idarə edə bilməyəcək

Publika.az xəbər verir ki, bu sözləri “Operativ Media”ya açıqlamasında yol nəqiliyyat eksperti Elməddin Muradlı deyib.

O qeyd edib ki, sürücü üçün bir çox tələblər ortaya qoyulacaq, psixoloji müayinələrə göndəriləcək:

“Azərbaycan Respublikasının qanunvericiliyində təcrübəsiz sürücülər üçün “Yol Hərəkəti Haqqında” qanunda “təcrübəsiz sürücu” nişanı var, təssüflər olsun ki, bir çox sürücünün bu nişandan xəbəri yoxdur. Belədir ki, sürücü olmaq istəyən şəxs təlim mərkəzinə getməlidir və nəzəri təcrübə biliklərini artırdıqdan sonra imtahan verməlidir.

Bu proseslər bitdikdən sonra sürücü qanunvericiliyə əsasən sürücülük vəsiqəsi əldə edir və idarə etmə qabiliyyətinə malik olur.

Məndə olan məlumata görə, təcrübəsiz sürücülərin sınaq mərhələsi layihəsi təşkil olunacaq. “Yəni sürücülük vəsiqəsini aldım, artıq istədiyim formada avtomobil idarə edə bilərəm” fikiri olmayacaq. Sürücülük vəsiqələri sınaq müddəti çərçivəsində veriləcək və sürücü bu mərhələdən uğurla keçməsə, qısa müddət ərzində kobud qayda pozuntusuna yol versə, onun idarə etmə hüququ məhdudlaşdırılacaq. Sürücü üçün bir çox tələblər ortaya qoyulacaq, psixoloji müayinələrə göndəriləcək.

Qeyd etmək istəyirəm ki, bu vəsiqə adi kağız parçası deyil, onu qorumaq lazımdır. Sürücü o zaman idarə etmə hüququndan uzaqlaşdırıla bilər ki, dəfələrlə yol qəzası törətsin, bir neçə şəxsin ölümünə səbəb olsun, 10 ildən çox məhkumluq həyatı yaşasın. Buna da təbii ki, məhkəmə qərar verə bilər.

Yol hərəkəti qaydalarına əsasən, yeni sürücülərin idarə etmə bacarıqları olmadığı tədqirdə müəyən məhdudiyyətlər tətbiq olunacaq.

Əks halda bir il idarəetmədən uzaqlaşdırılacaq, bir neçə proses keçdikdən sonra yenidən imtahan verəcək. Bu, sürücüləri bir növ daha diqqətli olmağa məcbur edir. Almaniya təcrübəsində gözəl bir qayda var, bəzi ölkələrdə bu qaydanı tətbiq edir.

Qırmızı işıqdan 2 dəfə keçən insanı pisxoloq yanına göndərirlər ki, o insan normal deyil, amma bizdə hər kəs qırmızı işıqdan asanlıqla keçə bilir, bu taksi olsun istər motosiklet, velosiped sürücüsü qırmızı işığı saymırlar. İrad bildirəndə də deyirlər “nə olsun qırmızı işıqdır da, sağı, solu gözlədim, keçdim”.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.