Press "Enter" to skip to content

Əlisa nicat

1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilir.

Əlisa Nicat: “AYB-də mənə qarşı soyuqluq o vaxt Rəsul Rzaya balıq aparmamağıma görədir” – MÜSAHİBƏ

Əlisa Nicat: “AYB-də mənə qarşı soyuqluq o vaxt Rəsul Rzaya balıq aparmamağıma görədir” – MÜSAHİBƏ Ötən gün sosial şəbəkələrdə Azərbaycanlı filosof, yazıçı, tərcüməçi Əlisa Nicatın fotosu müzakirələrə səbəb olub. Filosofun sosial durumunun ürəkaçan olmaması ilə bağlı məlumatlar hər kəsi narahat edib. Yazıçının altdan-üstdən geyindiyi qalın, köhnə, nimd

1 Dekabr , 2022 19:03
https://static.report.az/photo/eac4d71f-9842-3fdd-a028-8f12f1041b61.jpg

Ötən gün sosial şəbəkələrdə azərbaycanlı filosof, yazıçı, tərcüməçi Əlisa Nicatın fotosu müzakirələrə səbəb olub. Filosofun sosial durumunun ürəkaçan olmaması ilə bağlı məlumatlar hər kəsi narahat edib. Yazıçının altdan-üstdən geyindiyi qalın, köhnə, nimdaş paltarları isə vəziyyətin zahiri göstəricisi kimi dəyərləndirilib. Ə.Nicat isə çox pul yazdığına görə təbii qazdan qənaətlə istifadə etdiyini, buna görə də evin soyuq olduğunu əsas gətirərək çoxlu paltar geyindiyini bildirib. Bundan sonra yardım kampaniyasına başlanılıb. Azərbaycanlı filosof, yazıçı, tərcüməçi Əlisa Nicatın “Report”a müsahibəsi

– Əlisa müəllim, necəsiniz? Səhhətiniz necədir? – Səhhətim yaxşıdır, sadəcə ürəyimdə yüngülvari narahatlıqlar var. O da dərmanla keçir. Digər bütün orqanlarım isə əladır. – Bəs dolanışığınız necədir? – Dolanışığım bir az çətindir, çünki 270 manat pensiya alıram. Bundan əlavə, “Qanun” nəşriyyatında tərcümələr edirəm və oradan da ay ərzində 200 manat çıxır. Bu 200 manat isə kommunal xərclərə gedir, hələ də kommunal borclarım var. – Evdə sizdən başqa işləyən yoxdur? – Mənim bir övladım – oğlum var, “Qanun” nəşriyyatında korrektor işləyir. O da azdan-çoxdan qazanır. Onun da bir övladı var. – Əlisa müəllim, sosial şəbəkələrdə paylaşılan fotonuz müzakirələrə səbəb olub. Həyat şəraitiniz, geyim-keciminiz insanlarda narahatlıq yaradıb. – Yox, niyə axı? Mənim üçün o geyim ən yüksək geyimdir. Mən həmişə elə geyinmişəm, burada bir problem də görmürəm. Düzdür, hava bir az soyuqdur deyə üstdən çox geyinmişdim. Amma evdə qaz yanmadığına görə soyuqdan qorunmaq üçün məcbur idim. Sağ olsunlar, dünən qaza pul köçürdülər və artıq yanır, ev də isinir. – Səhv etmirəmsə, eviniz əvvəl şəhərdə olub və sonradan satmısınız? – Hə, əvvəl şəhərdə yaşayırdım. Nərimanovda yerləşən evimi 8 min dollara satdım, dostum da bir az maddi kömək elədi və 10 min dollara buranı (Masazırda – red.) alıb məskunlaşmağa başladım. Doğrusu, şəhər çox səs-küylüdür və orada yaşamaq mənə çətin gəlirdi. Bura sakitlikdir.

– Bəs şəhərə yolunuz düşəndə necə gedib-gəlirsiniz? Yaşlı adamsınız, tıxaclarda gediş-gəliş çətin deyil? – Avtobusla gedirəm. – Avtobusda sizi tanıyırlar? – Yox, heç kim tanımır. Azərbaycan xalqı Əlisa Nicatı tanımır. – Əlisa müəllim, hazırda hansı yazıçı və ya şairlə dostluq münasibətiniz var? – Heç kimlə əlaqə saxlamıram, məni axtaran onsuz da tapır, evimdəyəm. Rastlaşanda görüşdüklərim olur. – Bəs əvvəllər dost münasibətində olduğunuz yazıçı və ya şair olubmu? – Əvvəllər Əkrəm Əylisli ilə münasibətlərimiz olub. Universitetdə bir sinifdə oxumuşuq. Cavanlıqda dostluq etmişik. Məmməd Arazla münasibətlərimiz olub. Filosof Beytulla Şahsoylu və Adil Rəsulla yaxşı dostluq münasibətlərimiz olub. Bundan əlavə, Vaqif Nəsib ən yaxın dostum olub. Bunlarla uzun illər ərzində hər gün görüşər, dərdləşərdik. İndi Adil Rəsul vəfat edib. Digərlərinə isə cansağlığı arzulayıram. Bundan başqa yazıçılarla münasibətimiz olmayıb. – Müasir yazıçılardan kimləri tanıyırsız? – Müasirlərdən heç kimi oxumamışam. Bircə Kəraməti tanıyıram, çıxışlarını görmüşəm.

– Anarla münasibətiniz necədir? – Yazıçı kimi işim yoxdur. Amma münasibətlərimiz isti deyil. Bunun da səbəbi var. Mənim bir səhvim üzündən Rəsul Rza məni çox incitdi, 10 il Yazıçılar İttifaqına üzv olmağa qoymadı, nəhayət 1973-cü ildə Mirzə İbrahimovun göstərişi ilə üzv ola bildim. Bundan əlavə, Rəsul Rza “Qızılbaşlar” romanımın çapına uzun illər mane oldu. Roman nə zaman çapa gedirdisə, rəy yazmağa qoymurdu. – Hansı səhvdən söhbət gedir? – Rəsul Rza məndən balıq istəmişdi, mən də axmaq kimi onun bu istəyini qulaqardına vurmuşdum. Xahiş etmişdi ki, cənub bölgəsində yaxşı balıqlar olur, mənə də bir dənə gətirərsən. Mən də elə bil tilsimə düşdüm, balıq aparmadım. Sanki kimsə qarşımı kəsib balıq aparmağa qoymadı. O vaxta qədər mənimlə münasibəti yaxşı idi və hətta poemamı oxuyub, ön söz yazacağını və məhz özünün çapa verəcəyini demişdi. Amma bir ədəd balıq mənim bütün həyatımı, həyat yolumu dəyişdi. Düşünürəm ki, AYB-də mənə qarşı bugünkü soyuqluq da məhz onun davamıdır. Mövcud situasiya onu göstərir ki, Anar da soyuq münasibətlə, laqeydsizliklə balıq ədavətini davam etdirir. – Bəs son illər Anar sizlə maraqlanırmı? – Yox, qətiyyən. Nə yubileylərimdə, nə doğum günlərində – heç bir zaman yada salmayıb. 7-8 il əvvəl Prezident təqaüdü üçün Prezident Administrasiyasına müraciət etmişdim. Çünki Azərbaycanın sırf fəlsəfi yazıçısı mənəm, bu qədər romanlarım, əsərlərim, məqalələrim var. Amma Fatma Abdullazadə Prezident təqaüdü almağımın qarşısını aldı. O zaman Prezident Administrasiyasına ünvanladığım müraciətin mətnini mənim necə yazıçı olduğumu müəyyənləşdirmək üçün Azərbaycan Yazıçılar Birliyinə göndərmişdilər. İnsafən deyim, Anar da cavabında yazmışdı ki, AYB Əlisa Nicatın Prezident təqaüdü almasına etiraz etmir. Anar onun surətini mənə də göndərmişdi. Çox sağ olsun, Anarın mənə pisliyi keçməyib, amma eyni zamanda yaxşılığı da dəyməyib. – Əlisa müəllim, AYB-nin son qurultayından xəbəriniz oldumu? Dəvət olunmamışdınız, deyəsən. – Xəbərim var, biabırçılıq idi. Dəvət etməmişdilər, heç çağırsaydılar da getməzdim. Anarın ətrafına yığdıqları kimlərdir? Həmişə onun haqqında yaxşı tərif yağdıranlar. Rəsul Rzanı və Anarı kim tərifləyirdisə, dərhal yanına çəkirdi. Amma onu tərifləməyənləri yanına buraxmır. Heç kimi tərifləməyən Əlisa Nicatı kim sevər? Mənim üçün həqiqət hər şeydən önəmlidir. Mənim üçün həqiqət Allahdır.

– Biabırçılıq dediyiniz nə idi? – Çingiz Abdullayevin davranışları, Azərbaycan dilində danışa bilməməsi. – Sizcə, Çingiz Abdullayevin əsərləri necədir? – O, özü yazmır, ona-buna pul verib yazdırır. Onun yazdığı detektiv ədəbiyyat deyil, xüsusən bədii ədəbiyyat deyil. – Bəs onu məşhurlaşdıran nə oldu? – Bilirsiniz, onun yazdıqları xaricdə çıxır. Detektiv janrı aşağı səviyyəli beyin tələb etdiyinə görə maraq daha yüksək olur. Çünki bu janrı cəmiyyətlərdə uzaqgörən olmayan, intellekt səviyyəsi aşağı olan, istedadlı olmayan hər kəs oxuyub başa düşə bilir. Bu cür adamların oxuması üçün yaxşı kitablardır. Buna görə də dedektiv heç bir zaman ədəbiyyata daxil edilməyib. Amma buna baxmayaraq, çap olunur, çünki alırlar, alıcıları çoxdur. – Əlisa müəllim, siz yaradıcılığınızda daha çox fəlsəfi əsərlərə, pritçalara yer ayırmısınız. – Azərbaycanda pritçanın əsasını mən qoymuşam. Sırf fəlsəfə, fəlsəfi tarix yazmışam. Bundan əlavə, Azərbaycanda pantürkçülüyün bünövrəsini mən qoymuşam. Sovet dövründə türkçülük haqqında heç kimin yaza bilmədiklərini yazmışam. Bütün bu yazıları sovet dövründə qadağaların hökm sürdüyü bir anda ərsəyə gətirmişəm. Həmin vaxtı təhlükəsizlik orqanları məni izləyirdi, hara gedirdimsə, gəlirdilər. Amma bir ondan razıyam ki, heç vaxt mənə toxunmadılar və məni KQB-yə dəvət etmədilər. Amma mənim sovet rejiminin qatı əleyhdarı olduğumu bilirdilər. Buna baxmayaraq, məni heç vaxt incitmədilər. Əsərlərim, romanların çap olundu. Sovet dövründə məndən türkçü, millətçi olduğuma görə çəkinirdilər. – Əlisa Nicatın külliyatında vəziyyət nə yerdədir? – Azərbaycanda 15 cilddən yuxarı kitabı çap olunan yoxdur. Məndə 29 cild çap olunub, bu, Asiyada bir ilk deməkdir. Hələ 25 cildim də qalıb. Maddi imkanım olmadığından çap etdirə bilmirəm. 30-cu cild tam hazırdır, 400 manat düzəldən kimi çapa verəcəm. – Bəs yarıda buraxdığınız hansısa yazı olub? – Yox, yazmağa başladığım yazıları bitirmişəm. – Hazırda nə yazırsınız? – Hazırda çap olunmayan yazılarım var. Fraqmentləri əlyazmalara köçürürəm.

Bu zaman Əlisa Nicat qələmlə yazdığı əlyazmaları axtarır və hansısa birini tapıb üzündən oxumağa başlayır. 87 yaşlı yazıçının eynəksiz qələmlə xırda-xırda yazılmış yazıları oxuması məni bir qədər təəccübləndirir. – Əlisa müəllim, maşallah olsun, bu yaşda eynəksiz yaxşı oxuyursunuz. – Gözlərimdə heç bir problem yoxdur, yaxşı görürəm. Ən xırda yazını belə oxuya bilirəm. Yaşlanmağıma baxmayın, hətta yazıları da özüm qələm tutub yazıram. – Örnək kimi daha çox kimin əsərlərini oxumusunuz və kumiriniz varmı? – Mənim üç müəllimim, kumirim var: Frans Kafka, Firdrix Nitşe və Artur Şopenhauer. Bunlar mənim yüksəkdə tutduğum dahilərdir. Mən sovet dövründə Kafkanı oxuduğum zamanlar hamı onu söyür və uydurma, mənasız və yalanlar yazmaqda ittiham edirdilər. Mən Kafkanı oxuyanda ədəbiyyatın nə olduğunu görmüşəm. Ay Əkrəm Əylisli, özünü çox dağa-daşa vurma, atlanıb-düşmə, sənin yazdıqların ədəbiyyat deyil. Ədəbiyyat budur: Kafkadır. Həyat isə Nitşedir. Həqiqət birdir. Ona görə də həqiqət mənim Allahımdır. Mən Allahı uzun zaman yaxşı tanımamışam, amma son vaxtlar daha yaxından kəşf etmişəm. – Son vaxtlar deyəndə nə zaman nəzərdə tutursunuz? – Əvvəllər də Allaha inancım olub, amma şübhəli. Son 4 ildə isə Allahın varlığı mənim üçün sübut olunub və bütün şübhələrim tam aradan qaldırılıb. Elm sübut edib ki, O var. Dünyada enerji var, başqa heç nə yoxdur: boşluqdur, zülmətdir. Bu enerji passiv olur, yatır və trilyon illər bu cür qalır. Kainatda heç nə olmasa belə enerji var. Onu kimsə oyadıb, elm də sübut edir ki, bunu Allah edib. Çünki enerjini fövqəlgüc olmadan oyatmaq mümkün deyil. Bu, elmin son nailiyyətidir. – Bəlkə, qocalmısınız və yaşlaşmısınız deyə artıq Allahı kəşf etmisiniz? – Yox, qətiyyən belə deyil. Mən sadəcə Onu kəşf etmişəm. – Bəs Allahsız necə yaşamısınız? – Allahsız yaşamamışam, Onu tanımadığım dövr olmayıb. Sadəcə O, mənə tam aydın deyildi. Onun necəliyi, varlığı mənə tam aydın deyildi. Artıq son 4 ildə bütün şübhələrim tam gedib. Bununla bağlı yazılarım da mövcuddur. Hüceyrədən roman yazmışam.

– Əlisa müəllim, uzun illər erməni işğalı altında olan torpaqlarımız da azad olundu. Rayonların azad olunma xəbərini haradan oxuyurdunuz? – Hər gün Prezidentin çıxışını səbrsizliklə gözləyirdik. Həyəcanla televizora baxırdıq ki, görən bu gün hansı ərazilər azad olunub? Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi Prezident İlham Əliyevin üstünlüyünün göstəricisidir. – Prezident təqaüdünə layiq görülməyinizlə bağlı ölkə rəhbərliyinə müraciət etməyi düşünürsünüz? – Bəli, düşünürəm. Ona görə düşünürəm ki, səsimin Prezident İlham Əliyevə çatmasının qarşısını kəsənlər var idi. Əvvəllər qarşımı kəsən Fatma Abdullazadə idi, artıq o, yoxdur deyə, düşünürəm ki, müraciət etməyin zamanıdır. Nə olaydı, Prezident məni qəbul edəydi, mənim də ona deyəcəklərim var. Uzun illər işğal altında olan torpaqları azad etdiyinə görə təbrik edərdim. – Siz Azərbaycanın müxtəlif dövrlərinin şahidi olmusunuz. Sovet Azərbaycanının, 90-cı illərin Azərbaycanının və müasir Azərbaycanın bir-biri ilə hansı fərqləri var? – Bilirsiniz, fərq ondadır ki, indi heç kim acından ölmür. Hamı qarnını doldura bilir. Çətinliklə yaşamaq hər dövrdə olub. Mən acından ölən görmürəm, tanımıram. Əvvəllər insanlar çörək tapa bilmirdilər, çörək növbəsinə düzülürdülər. İndi şükür Allaha, belə deyil. Ölkəmizin taxılı var, çörəyi var. – Sonda oxucularınıza nə demək istəyərsiniz? – Kitab oxusunlar, oxumaq, oxumaq, oxumaq. Kitab oxumaqdan daha gözəl ləzzət yoxdur.

Əlisa Nicat

Hüseynov Əlisa Qulam oğlu ( 10 avqust 1936 ( 1936-08-10 ) , Zuvand rayonu ) — Azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi.

Mündəricat

Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub. 1955-ci ildə Lənkəran şəhərində 3 saylı orta məktəbi bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı bitirib. 1955-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində “Bircə söz” adlı ilk şeiri çap olunub. 1959-cu ildə yazmağa başladığı “Qızılbaşlar” romanını [1] dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə “Yazıçı” nəşriyyatında çap etdirə bilib. 1961-ci ildə “Gecəniz xeyrə qalsın, ulduzlar” adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə “Bir qız, üç çinar” adlı ilk hekayələr kitabı nəşr edilib. 1967-1969-cu illərdə Azərbaycan radiosunun “Gənclik” və “İncəsənət” redaksiyalarında, ardınca “Ekran” telefilm birliyində fəaliyyət göstərib. 1973-1983-cü illərdə “Elm və həyat” jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb. 1983-1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz” povestlərini qələmə alıb, Plutarxın “Makedoniyalı İskəndər” (1982), Məhəmməd Tahirin “Şeyx Şamil” (1983) kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı “Qəbilə başçısı” kitabı, 1990-cı ildə “Gəncəli müdrik” romanı çap edilib. SSRİ-nin süqutundan və müstəqilliyin əldə edilməsindən sonra 1993-1994-cü illərdə “Turan” jurnalını nəşr etdirib. Müstəqillik dövründə “Nağıllara dönən tarix” (1993), “Ruhların söhbəti” (1994), “Dünya sərkərdələri” (1995), “Dünya filosofları” (1995), “Kədər şərabı” (1997), “Dünya tarixçiləri” (1998), “Yüz böyük Azərbaycanlı” (1999), “Karvan” (2000), “Tarixin qürubu” (2009) kitabları çap edilib. Eyni zamanda bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb.

1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilib.

Bütün külliyyatı 50 cilddən ibarətdir. Bundan başqa çox sayda tərcümələri, şeirləri, esseləri, povestləri var.

  1. Gəncəli müdrik (1990)
  2. Nağıllara dönən tarix (1993)
  3. Ruhların söhbəti (1994)
  4. Dünya sərkərdələri (1995)
  5. Dünya filosofları (1996)
  6. Kədər şərabı (1997)
  7. Dünya tarixçiləri (1998)
  8. 100 böyük azərbaycanlı (1999)
  9. Karvan (2000)
  10. Tarixin qürubu (2009)
  11. Sasanilərin sonu
  12. Ehram (roman)
  13. Sarsılmaz Mir Cəfər
  14. Mələklər və İblislər
  15. Rza xan
  16. Qızılbaşlar
  17. Fenomen
  18. Satrap və demokrat
  19. Artakserks və Midya türkləri
  20. Əsrin mənzərəsi
  21. Sirli xəzinə
  22. Müdriklik məbədi (2018)
  23. Bülbül və gül (povest)
  24. 101 Dahi
  25. Qızıl fəlsəfə
  26. Tiranlar və kölələr
  27. Dünya sərkərdələri
  28. Vətənpərvər
  29. 2012-2019 -cu illərdə 55 cildlik əsərlərinin indiyə qədər 26 cildi çapdan çıxmışdır.

İstinadlar

  1. ↑ “Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi”. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. – səh. 125.

Xarici keçidlər

  • 80 yaşlı Əlisa Nicat: “İnsanlar min illərlə gerçəkdən uçublar, indi ancaq yuxularda uçurlar”
  • “Müdriklik məbədi”nin sakinləri olaq
  • Facebook: Əlisa Nicat
  • WordPress: Əlisa Nicat

Avqust 04, 2021
Ən son məqalələr

Məcəlis

Məaf

Məarrat ən-Numan

Məbud Məhərrəmov

Məbud İsmayılzadə

Məbəd

Məbəd adı

Məbəd cəngavərləri

Məbəd dağı

Mədaxil Cavadlı

Ən çox oxunan

Oruc Vəliyev

Oruc Zalov

Oruc bəy Bayat

Orucov Qardaşları Mətbəə Nəşriyyatı

Oruclu bələdiyyəsi

əlisa, nicat, məqalənin, bəzi, məlumatlarının, mənbəsi, göstərilməmişdir, daha, ətraflı, məlumat, üçün, məqalənin, müzakirə, səhifəsinə, baxa, məqaləyə, uyğun, formada, mənbələr, əlavə, edib, vikipediyanı, zənginləşdirə, bilərsiniz, avqust, 2021, hüseynov, əli. Bu meqalenin bezi melumatlarinin menbesi gosterilmemisdir Daha etrafli melumat ucun meqalenin muzakire sehifesine baxa ve meqaleye uygun formada menbeler elave edib Vikipediyani zenginlesdire bilersiniz avqust 2021 Huseynov Elisa Qulam oglu 10 avqust 1936 1936 08 10 Zuvand rayonu Azerbaycanli yazici tercumeci ve tarixci Elisa NicatElisa Qulam oglu HuseynovIlk adi Elisa HuseynovTexellusu Elisa NicatDogum tarixi 10 avqust 1936 84 yas Dogum yeri Yuxari Gedik Zuvand mahali Lerik rayonu Azerbaycan SSR SSRIVetendasligi SSRI AzerbaycanMilliyyeti azerbaycanliTehsili ADU nun Filologiya fakultesinin Kitabxanasunasliq sobesiFealiyyeti yaziciEserlerinin dili azerbaycancaIlk eseri Birce soz seir Taninmis eserleri Qizilbaslar alisoynizami wordpress com Vikianbarda elaqeli mediafayllar Mundericat 1 Heyati 2 Eserleri 3 Istinadlar 4 Xarici kecidlerHeyati RedakteElisa Nicat 1936 ci il avqustun 10 da Lerik rayonunun Zuvand mahalinin Yuxari Gedik kendinde anadan olub 1955 ci ilde Lenkeran seherinde 3 sayli orta mektebi bitirib 1957 ci ilde Azerbaycan Dovlet Universitetinin Filologiya fakultesinin Kitabxanasunasliq sobesine daxil olub 1963 cu ilde orani bitirib 1955 ci ilde Edebiyyat ve incesenet qezetinde Birce soz adli ilk seiri cap olunub 1959 cu ilde yazmaga basladigi Qizilbaslar romanini 1 dovrun yaratdigi engeller ucbatindan yalniz 1983 cu ilde Yazici nesriyyatinda cap etdire bilib 1961 ci ilde Geceniz xeyre qalsin ulduzlar adli ilk hekayesi 1964 de ilk seirler kitabi olan Yay axsami 1970 ci ilde ise Bir qiz uc cinar adli ilk hekayeler kitabi nesr edilib 1967 1969 cu illerde Azerbaycan radiosunun Genclik ve Incesenet redaksiyalarinda ardinca Ekran telefilm birliyinde fealiyyet gosterib 1973 1983 cu illerde Elm ve heyat jurnalinda redaktor ve sobe mudiri vezifesinde calisib 1983 1990 ci illerde Lenkeranda yasayib ve bu dovrde Zerdust Esaret bayrami Gereksiz povestlerini qeleme alib Plutarxin Makedoniyali Iskender 1982 Mehemmed Tahirin Seyx Samil 1983 kitablarini tercume edib 1987 ci ilde povest ve hekayelerin toplandigi Qebile bascisi kitabi 1990 ci ilde Genceli mudrik romani cap edilib SSRI nin suqutundan ve musteqilliyin elde edilmesinden sonra 1993 1994 cu illerde Turan jurnalini nesr etdirib Musteqillik dovrunde Nagillara donen tarix 1993 Ruhlarin sohbeti 1994 Dunya serkerdeleri 1995 Dunya filosoflari 1995 Keder serabi 1997 Dunya tarixcileri 1998 Yuz boyuk Azerbaycanli 1999 Karvan 2000 Tarixin qurubu 2009 kitablari cap edilib Eyni zamanda bu dovr erzinde olkenin taninmis metbu orqanlarinda calisib 1999 cu il aprelin 28 de AMEA nin Behmenyar adina Felsefe ve Huquq institutunun elmi surasinin qerari ile Elisa Nicata semereli elmi ve elmi maarif fealiyyetine gore Felsefe elmleri uzre Fexri Doktor adi verilib Butun kulliyyati 50 cildden ibaretdir Bundan basqa cox sayda tercumeleri seirleri esseleri povestleri var Eserleri RedakteGenceli mudrik 1990 Nagillara donen tarix 1993 Ruhlarin sohbeti 1994 Dunya serkerdeleri 1995 Dunya filosoflari 1996 Keder serabi 1997 Dunya tarixcileri 1998 100 boyuk azerbaycanli 1999 Karvan 2000 Tarixin qurubu 2009 Sasanilerin sonu Ehram roman Sarsilmaz Mir Cefer Melekler ve Iblisler Rza xan Qizilbaslar Fenomen Satrap ve demokrat Artakserks ve Midya turkleri Esrin menzeresi Sirli xezine Mudriklik mebedi 2018 Bulbul ve gul povest 101 Dahi Qizil felsefe Tiranlar ve koleler Dunya serkerdeleri Vetenperver 2012 2019 cu illerde 55 cildlik eserlerinin indiye qeder 26 cildi capdan cixmisdir Istinadlar Redakte Sinifdenxaric tedbirler zamani tarixi sexsiyyetlere dair materiallarin oyrenilmesi Afaq Qasimova Yeniyetmelerin tarixi sexsiyyetlerin numunesinde terbiye edilmesi Baki Nurlan 2006 seh 125 Xarici kecidler Redakte80 yasli Elisa Nicat Insanlar min illerle gercekden ucublar indi ancaq yuxularda ucurlar Mudriklik mebedi nin sakinleri olaq Facebook Elisa Nicat WordPress Elisa Nicat Vikianbarda Elisa Nicat ile elaqeli mediafayllar var Menbe https az wikipedia org w index php title Elisa Nicat amp oldid 5530788, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Əlisa Nicat

Əlisa Qulam oğlu Hüseynov Azərbaycanda yazıçı, şair, filosof, pritça ustadı, tərcüməçi, tarixçi, yüksək intellektual biliyə malik dahi kimi tanınır. Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində 1936-cı il avqustun 10-da doğulub.

Təhsili:
1955-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini bitirir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq şöbəsinə daxil olur, 1963-cü ildə oranı tamamlayır.

1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilir.

Yaradıcılığı:
1955-ci ildə “Ədəbiyyat və incəsənət” jurnalında Əlisa Nicatın “Bircə söz” adlı ilk şeiri çap olunur. 1959-cu ildə yazmağa başladığı “Qızılbaşlar” romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə “Yazıçı” nəşriyyatında çap etdirə bilir. 1961-ci ildə yazıçının “Gecəniz xeyrə qalsın, ulduzlar” adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə “Bir qız, üç çinar” adlı ilk hekayələr kitabı nəşr edilir.
1967-69-cu illərdə Əlisa Nicat Azərbaycan radiosunun “Gənclik” və “İncəsənət” redaksiyalarında, ardınca “Ekran” telefilm birliyində fəaliyyət göstərir. 1973-83-cü illərdə “Elm və həyat” jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışır. 1983-90-cı illərdə Lənkəranda yaşayan Əlisa Nicat bu dövrdə “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz” povestlərini qələmə alır, Plutarxın “Makedoniyalı İskəndər” (1982), Məhəmməd Tahirin “Şeyx Şamil” (1983) kitablarını tərcümə edir. 1987-ci ildə povest və hekayələrin toplandığı “Qəbilə başçısı” kitabı, 1990-cı ildə “Gəncəli müdrik” romanı çap edilir. SSRİ-nin süqutundan və bağımsızlığın əldə edilməsindən sonra Əlisa Nicat 1993-94-cü illərdə “Turan” jurnalını nəşr etdirir.
Sonralar isə aktiv şəkildə yaradıcığına davam edir və dalbadal kitablar nəşr etdirir və ölkənin tanınmış mətbu orqanlarında çalışır.Müstəqillik dövründən sonra Əlisa Nicatın kitabları çap edilir.

Əsərləri:

Qocaman fəlsəfə doktorunun bütün külliyyatı 30 cilddən ibarətdir və indiyə qədər 5 cild işıq üzü görüb.

  • “Nağıllara dönən tarix” (1993),
  • “Ruhların söhbəti” (1994),
  • “Dünya sərkərdələri” (1995),
  • “Dünya filosofları” (1996),
  • “Kədər şərabı” (1997),
  • “Dünya tarixçiləri” (1998),
  • “Yüz böyük Azərbaycanlı” (1999),
  • “Karvan” (2000),
  • “Tarixin qürubu” (2009)
  • “Sasanilərin sonu”,
  • “Ehramlar”,
  • “Sarsılmaz Mir Cəfər”,
  • “Mələklər və İblislər”,
  • “Rza xan”,
  • “Qızılbaşlar”,
  • “Fenomen”,
  • “Satrap və demokrat”,
  • “Artakserks və Midya türkləri”
  • «Əsrin mənzərəsi»,
  • «Gilan», «Şirvan»,
  • «Təbriz»,
  • «Çaldıran»
  • «100 böyük azərbaycanlı»
  • «Sirli xəzinə»

Saysız tərcümələr, şeirlər, esselər, povestlər və s.

Əlisa Nicat ilə müsahibə

– Əlisa müəllim, gəncliyiniz Sovet dönəmində keçib, Sovet gənci hansı kitabları oxuyurdu?
-Hökumət məktəblərində təbliğ olunan ədəbiyyat klassik ədəbiyyat idi. Onları əldə etmək də, təbliğ eləmək də mümkün idi. Amma əsl ədəbiyyat, əsl həyat tərcümə olunmurdu, heç onların adları çəkilmirdi. Bir dəfə bir dostum fransız mütəfəkkiri Qobinonun Azərbaycanın işğalından bəhs edən “Şamaxı rəqqasəsi” əsəri haqqında danışarkən akademik Sumbatzadə qayıdıb demişdi ki: Olmaz!
Geniş tənqid etmək də qadağan idi. Kafka 1924-də ölüb, amma o, SSRİ-də 60-cı illərə qədər qadağan idi. Rusiya gördü ki, qadağan etmək daha dünyadan ayıbdır, başladılar tənqid eləməyə. Yazdılar ki, Kafka xəstədir, əsərləri cəfəngiyyatdır. Amma mahiyyətinə getmirdilər ki, bu cəfəngiyyat nədir axı? Yalnız bir şey bilirdilər: Olmaz. Çünki oxuyanlar biləcəkdilər ki, bu cəfəngiyyat deyil. Axırı gördülər ki, cidanı çuvalda gizlətmək olmaz, xaricdə bunların tənqidinə gülürlər, məcbur qaldılar 1964, ya da 1968-də Kafkanın bir cildliyini nəşr elədilər.
O gənclərə ki, əsl ədəbiyyat lazım idi, onu axtarıb əldə edirdilər. Təbii ki, bazarda işləyən gənc üçün nə Kafkanın, nə də Tolstoyun heç bir əhəmiyyəti yox idi.

-Kafka sizə nə vəd elədi ki?
Kafkanın çapından sonra mənim bayramım gəldi. Çünki mənim kimi həmin yazarları bilən yox idi. O vaxtı yapon yazıçısı Kobe Abe gəlmişdi. Mən onun əsəri oxumuşdum, tanıyırdım. Onunla görüşəndə heyran qaldı ki, əsərləri haqqında necə yaxşı bilirəm. Mən hansı rus jurnalında xarici yazıçı tənqid olunurdusa, gedib onun əsərini axtarıb tapırdım. Kobenin o qədər xoşuna gəldim ki, mənə öz romanının verdi və üzərinə yazdı: “Əziz Əlisa Nicata ürəkdən gələn rəğbətlə”.
Özünə gələcəyi seçən, gələcəkdə öz xalqının tarixində qalmaq istəyən, ədəbiyyat, tarix, fəlsəfə sahəsində iz buraxmaq istəyən, bu mövzularda əsərlər yazmaq istəyən eşqi ilə dəli kimi yaşayan mənim üçün kitabdan dünyada qiymətli bir şey yoxdur, ağlasığmazdır. Dünya qədər sevdiyi qız da gözləsə. Məsələn, mənə desəydilər ki, Kafkanın filan əsəri təzə çıxıb satılır, tez qızı birtəhər dilə tutub gedib o kitabı alardım.

– Nitşe Kafkadan daha üstün insan deyilmi? Nitşe bəşəriyyətə nə buyura bildi?
– Nitşenin birinci cildi heç yanda olmayanda, bir yəhudidən almışdım, həmin sevinc hələ də yadımdadır. Yəhudi köçüb gedirdi, zəng vurdu ki, Əlisa, gəl kitabı satıram. Getdim 150 manata aldım. Çiskinli hava idi, kitabı bağrıma basmışdım, uça-uça gedirdim. Şəxsiyyət olmaq istəyən bir cavan üçün kitabdan qiymətli bir şey olmamalıdır. Mən heç bir obraz kimi həyatımı qurmaq istəməmişəm. Mənim beynimdə təyinatım Əlisa Nicat olmaq idi. Nəyə gedirəm, nəyə can atıram o cür fikirləşmişəm. Mənim üçün əvvəl Nitşedir, sonra Kafka. Çünki əvvəl Nitşeni tanımışdım. Amma onlar kimi yazmaq, onlar kimi olmaq istəməmişəm. Düzdür, mənim üçün Şərqin Kafkası yazılıb. Amma mən Şərqin Kafkası olmaq istəməzdim. Şərqin elə Əlisa Nicatı olmaq istəyərdim. Yəni öz dünyagörüşümlə öz sərvətimi yaratmaq istəmişəm və nəyə nail olmuşam onu oxucularım bilir.

– Kafkanın Milenaya məktubları var, sizin necə gəncliyinizdə əsər həsr edəcəyiniz milenalar oldumu?
– Gecə onu fikirləşdim ki, Allah elə bil ki, həqiqətən sevgidə xoşbəxtlik görən insan üçün düşmən kəsilib, qətiyyən qoymur ki heç birinə nail olsun. İspan yazıçısı Unamunonun “Duman” adlı bir əsəri var. Zəngin, varlı bir oğlan dəhşətli dərəcədə bir qızı sevir. Qız isə bunun başına elə oyunlar açır ki. Qız bir “julik”i seçir, amma həmin oğlan kimi ləyaqətli birinə yox deyir. Hətta həmin oğlanın iti də ölür, amma o qıza təsir etmir. Qadınlar belədir.

– Sovet dönəmində Azərbaycana tanınmış yazıçılardan kimlər gəlirdi?
Mən Sovet dövründə kimi söyürdülər, gedib onların əsərlərini tapırdım. Dünya ədəbiyyatını bilirdim, ölkədə kim necədir onu da. Kobo Abe gələndə heç kim əhəmiyyət verməmişdi. Bilmirdilər axı. Eltenberqer Almaniyadan gəlmişdi. O dəqiqə görüşdüm, cavan oğlan idi, xoşu gəldi məndən. Almanca kitabını da göndərdi mənə. Dedi hətta səni dəvət edəcəyəm. Dünya ədəbiyyatını uşaqlıqdan bilirdim, Lənkəranda kitabxanada oxumadığım kitab qalmamışdı. Atam mənə beş manat çay pulu verirdi, uşaqlarla yığışıb çay içərdik. Hesabı başqası verərdi, mən isə o pula gedib kitab alardım. Klassik ədəbiyyatı mənimsəmişdim, Sovetdən kənarda kimlər var idi, onları da əzbər bilirdim. Ona görə Mövlud Süleymanlı deyirdi ki, “Sən danışanda ağzına baxırdıq ki, bu yenə də nə danışacaq”.
Bir dəfə gördüm ki, alman mütəfəkkiri və şairi Rilkenin rus dilində şeirləri çap olunub. Kim idi onu tanıyan? Ələkbər Salahzadə və İsa İsmayılzadə ilə rastlaşdım, dedim Rilkenin 30 qəpiyə balaca kitabı satılır. Mənə baxıb güldülər ki, Rilke kimdir?
Məndən ayrılandan sonra Anara rast gəliblər. Anar soruşub ki nəyə gülürsünüz, deyiblər ki, Əlisa bir Rilke tapıb, bizə deyir ki, gedin onun kitabını alın. Anar təəccüblənərək soruşub ki, Rilke çıxıb, almayıbsınız? İkisi də quruyub qalıb, çünki Anar bilirdi. Geri qayıdıblar, amma kitab nə gəzir. Çünki Sovet mağazalarına belə kitablar az gələrdi, iki-üç ədəd.

Məsələn mən o vaxtı bütün Moskvanın tematik planlarını alırdım. Yəni Moskva nəşriyyatları nə çap edəcəklərsə, onları əvvəlcədən bildirirdilər. Artıq bilirdik ki, gələn il nə çıxacaq. Belə planların birində oxudum ki, “Hunlar haqqında Çin mənbələri” adlı kitab çıxacaq. Dəhşətə gəldim ki, bu, artıq unikal mənbədir, xəzinədir. Birbaşa hunlar haqqında deyilən fikirlər orada olacaq. Mən onu gözlədim-gözlədim, nəhayət, Azərbaycanda bir yerə gəldi. Bəlkə də bir dənə idi. Çünki SSRİ üçün bu min nüsxə demək idi. SSRİ də yüzlərlə Bakı böyüklükdə şəhər vardı. Üstəlik bizə pis baxırdılar, yaxşı kitabları göndərmirdilər. Yadımda deyil, ya Axundova, ya Elmlər Akademiyasına həmin kitab gəlmişdi. O zaman kitabxanaçı qadınlarla dost idim. Şokolad verib kitab alırdım. İndiyə qədər o kitab məndə qalır, nə qədər istifadə eləmişəm. Hun tarixindən yazanda o kitaba əsaslanmışam.

-Xanımlar təkcə şokoladlamı kitabları verirdi?
Bir dəfə dəli vaxtımda bir günah işlətdim. Pul verib kitabxanaların öz işçilərinə kitabı oğurlatdırırdım. Beş ədəd belə qiymətli kitab aldım, amma vicdanım sızlayırdı. Daha eləmədim ki, xalqın kitabxanasıdır. Birini on manata alırdım. O vaxtlar kitab 40-60 qəpik idi, ən bahalı kitab bir manat olurdu. Amma mən 10 manat verib alırdım.

– Kitabxananız zəngindir, amma həmçinin bir neçə dəfə satıbsınız?
Kitabxanamı 3 dəfə satmışam. Hamıda olan kitabları almırdım. Bir dənə bukinist mağaza var idi, sahibi yəhudi idi. Məni buraxmırdılar, ancaq yəhudilər və ermənilər gəlirdi. Axırı bir dəfə getdim şikayət elədim, lap düşmən kəsildilər. “Azərkitab”ın direktoruna bu yəhudidən məktub yazdım ki, bəs məni buraxmırlar. Həmin yəhudi qurd idi, hələ sovet dövründə dollar alveri edirdi. Bir dəfə yolda dayananda bunun maşını vıyıltı ilə keçdi, sürtündü mənə. Mən istəyirdim ki, bir də ondan şikayət edəm, çünki yenə buraxmırdı içəri. Sonra fikirləşdim ki, bu mənə işarə vurur ki, bax öldürərəm səni, əl çək. Ondan sonra əl çəkdim. Düşündüm ki, yolda vurdu məni, öldürdü. Pullu adam idi, kim bilir tapacaqdılar-tapmayacaqdılar. Sonra onu çıxarıb bir azərbaycanlı qoydular, amma savadsızın biri idi. Ondan sonra içəri girə bildim.

– Orada nələr var idi ki, ancaq yəhudi və erməniləri buraxırdılar?
– Orada gördüm ki, Herodot, Strabon var. Strabonun kitabını bir dəfə gördüm. 150 il əvvəlin çapı idi. Qiymətini 30 manat dedi. Tez çıxarıb pulu verib aldım, halbuki mütəxəssislər min manata alırdılar. Çünki bu kitablar ya Axundovda, ya da Elmlər Akademiyasında olurdu. Sonralar kitabxanamı satanda o kitabı da satdım.

– Satmadıqlarınız hansılar oldu?
– Kitabxanamı satanda Nitşenin bütün külliyyatını, Şopenhaueri, yəni fəlsəfənin lap qaynaqlarını saxladım, çünki onlarsız mənim həyatım heç nə idi.

– Əlisa müəllim, siz həmçinin tərcüməçi kimi də tanınırsınız. İlk tərcüməniz hansı əsər olub?
– İlk tərcüməm İsveçrə yazıçısı Dürrenmattdan oldu. Almandilli yazıçı idi. Onun “Tunel” adlı hekayəsini çevirdim. Hekayə belədir ki, İsveçrədə tunellər çoxdur, bunun qəhrəmanı gəlir, hamı kimi vaqonda oturur. Tunel qurtarmır, getdikcə də qatarın sürəti fəlakət dərəcədə artır. Yəni dünyanın taleyini verir ki, dünya da tunel kimi fəlakətlidir. Sonra Ceyms Coysun hekayələrini tərcümə elədim. İkisi o vaxt “Ulduz” jurnalında çıxmışdı. Zəhmət itmir, axırı keçən il “Dublinlilər” çap olundu.
Kamyunu “Ulduz” jurnalından Cabir Novruz sifariş etdi, lakin sonra o işdən çıxdığı üçün qaldı. “Yad”ın üzrərində üç dəfə işləmişəm. Sonra Əkrəm Əylisli “Azərbaycan” jurnalında redaktor olanda Natiq Səfərov oxumaq üçün ona verir. O da deyib ki, əla tərcümədir, çap edib. Birinci dəfə oradan yaxşı pul aldım. 500 manat.

– Sovet dövrü Azərbaycan ədəbiyyatı anlayışı nə qədər realdır?
– Yox, elə bir ədəbiyyat yoxdur. Ədəbiyyata aid olmayan makulaturadır. Cəfər Cabbarlı, Ordubadi millilik üçün önəmlidir. Amma qalan xalq yazıçılarının, şairlərinin yazdıqlarının 90 faizi makulaturadır. Məsələn belə bir kitab çap etmək olar: “Azərbaycan Sovet dövrü müntəxəbatı”. Oxunmalı, müəyyən dəyəri olan beş cild düzəltmək olar.

– Kimləri salarsınız ora?
– Məsələn, Səməd Vurğunun beş-on şeirini, Süleyman Rüstəmin cənub şeirlərini, Rəsul Rzanın “Buruqlar”ını, Müşfiqin qoşmalarını, Cəfər Cabbarlını. Qalanlarının ədəbiyyata dəxli yoxdur.

– Bəs İsa Hüseynov fenomeni?
– Əgər İsa Hüseynov bütün əsərlərini “İdeal” kimi odər söhbətləri ilə korlamayıbsa, böyük yazıçı hesab etmək olar. Sovet dövründə həyatı bir qədər olduğu kimi verməyə çalışan yazıçı idi. İndi 6 cildliyi çıxıb. Axırıncı dəfə 6-7 il qabaq görmüşəm.

– “Yay axşamı”ndan danışaq. İlk kitabın həyəcanı necə olur? Sovet dönəmində hər halda daha fərqli idi.
– Yadımdadır, üz qabığı necə gözəl idi. Sınmış qamış və durna var idi. Necə uça-uça gəldim. O vaxt Politexnik universitetinin yanında kirayədə olurduq. Orada dükanda bir qız var idi, xoşum gəlirdi, qəşəng qız idi. Ona birini bağışladım. Birinci kitabın sevinci unudulmur. Sonra artıq bir-birinə qarışır, sevinclər yaddan çıxır. İndi cildlər çıxanda birinci gün xoş gəlir.

– Dünya ədəbiyyatı deyəndə üç nəfərin adını çəkirlər: Şekspir, Balzak, Tosltoy. Sizcə doğru ardıcıllıqdırmı?
– Mənə görə iki üslubda ədəbiyyat var. Bir var görünənləri təsvir eləmək, bir də görünməzləri, yəni insanların daxilləri, sevincləri, faciələri təsvir edilən.
Dantedən bəri gələn klassik ədəbiyyat birincilərə aiddir. Bunların içində çox gözəl şedevrlər var. Xüsusən, Şekspirin “Hamlet” əsəri. Tolstoyun “Anna Karenina”sı Floberin “Madam Bovari”sinin eynisidir. Orada da aşnası var, ərindən ayrılır, özünü öldürür. Həddindən artıq qeyri-obyektiv və millətçiliklə yazılmış əsərdir. Amma “Hacı Murad” və bir çox povest və hekayələri misilsizdir. Balzak realist Fransa həyatının güzgüsüdür. Amma mənim üçün artıq bunlar ötüb keçmiş mərhələlərdir, indi oxuya bilmirəm.
Kafka, Marsel Prust, Muzil, Kamyu, Sartr, Samuel Batler, Coys kimi yazıçılar var ki, bunlar artıq ikinci tipə aiddirlər. Onların yaratdıqları həyatın astar qatını görən nümunələrdir. Bu ədəbiyyat Kafkanın lupayla gördüyü dünyanı təsvir edir. Mənim üçün ədəbiyyat budur. “Ehram”, “Artakserks” romanlarında ikinci tip olmağa çalışmışam. Kafkanın orta məktəbdə keçilməsi üçün yaxşı müəllim olmalıdır, müəllim özü dərk eləməlidir ki, öyrətsin. Avropa ədəbiyyatının XX əsrdə üç sütunu var Kafka, Prust, Coys. Coysun bir əsərinin son fəsli 65 səhifədən, amma bir cümlədən ibarətdir. Bir cümlədə qadının daxili aləmi, nələr fikirləşdiyi, kimləri xatırladığı qeyd olunub. Bunun təkrarı mümkünsüzdür. Mənim bir vərəqdən ibarət cümləm olub, amma 65 vərəq üçün qüdrət lazımdır.

– Elə isə Nobel hansı ədəbiyyata verilir, hadisələri təsvir edənlərə, yoxsa insanın daxili aləmini açanlara?
– Nobel bədii əsərin böyüklüyünə, gözəlliyinə görə verilir. Amma eyni zamanda İsveç akademikləri də böyük ədəbiyyat mütəxəssisləri deyillər axı. Ona görə də hədsiz dərəcədə layiq olmayan yazıçılara da veriblər. Bəlkə də yarısı layiq deyil. Latın Amerikasından, İslandiyadan, İsraildən xeyli yazıçılar var ki, onlara verilməməli idi. Ötən il alanı da heç kim tanımırdı. Yəni belələri çoxdur. Amma Kafka, Coys, Muzil, Prust layiq görülməyib.

– İkincilərə Sartrı da əlavə etdiniz, amma o da mükafatdan imtina etdi
Sartra uzun illər mükafat vermədilər. Bir dəfə Kamyu ilə ikisi təqdim olundu, ölçüb-biçib Kamyuya verdilər. Araları yox idi onların. 40-50-ci illərdə dost idilər. Sonra yolları ayrıldı, bir-birilərinin əleyhinə yazıları çıxdı. Təsəvvür elə, özünü layiq biləsən, amma sənə verməyələr. Ona görə Sartrın ürəyi nifrətlə dolu idi. On il uzatdılar, sonra gördülər ki, səs-küy qalxır, verdilər. Təsəvvür elə ki, bir qızı sevirsən. Bu qız sən görə-görə onunla-bununla gəzir, sonra gəlir ki, əzizim, mən səni sevirəm. Necə olar (gülür). Sartr imtina elədi ki, guya bunlar obyektiv deyil, ləyaqəti imkan vermir. Açıq aşkar acığından imtina elədi, çünki pula ehtiyacı yox idi. Məşhur adam idi, xanımı Simone de Bovuar yazıçı idi. Sartr açıq şəkildə deyirdi ki, Rusiyadakı rejim Fransadakından daha demokratdır. Belə axmaqlıqları var idi. Mən onun əleyhinə hətta bir şeir də yazmışdım. Əlbəttə ki, böyük insan, böyük filosofdur. Ruslar yazır ki, guya ki, Tolstoya vermək istəyiblər, amma yazıçı xəbər göndərir ki, belə şey eləməsinlər. Belə hadisənin olduğuna inanmıram.

– “Əli və Nino” mükafat alardımı?
– Sözsüz, sağ qalsaydı. Yiyəsi yoxdur deyə, bu günə qalıb. Təsəvvür elə, dünyanın 33 dilinə tərcümə olunub. Hətta keçən il Moskvada çıxan rus nəşrində rus tənqidçi də yazır ki, “eto velikiy roman”. Dünyada 10-15 romana böyük roman deyirlər. Amma biz bunu da pis günə qoyuruq, Yusif Vəzirə, ona-buna aid edirik, hörmətdən nüfuzdan salırıq. Mütləq Avropaya gedilməli, milyonlar xərcləyib “Əli və Nino”ya film çəkilməlidir.

– Bu gün Azərbaycanda Nazim Hikmət çox sevilir. Onunla bağlı fikirləriniz necədir?
– Nazim Hikmət Türkiyədə doğulmuş ən böyük şair, daramaturqdur. Amma cavanlıqda Moskvada oxuyub deyə, yoxsa gözləri kor olduğundanmı kommunizmə, sosializmə inanırdı, ürəkdən bağlı idi. Bəlkə də, ələ almışdılar. Gedib orada kommunizmi təbliğ eləməyə başladı. Kommunizm Türkiyəyə nifrət edirdi. Nazim bunu anlamırdı, Rusiyaya pərəstiş edirdi. Ona görə ağzını yummaq üçün həbs elədilər. Uzun müddət həbsxanada qaldı, yenə ağlı başına gəlmədi. Çıxandan sonra Rusiyanı vətən seçdi, gəlib görəndən sonra isə gözləri açıldı. Gördü ki, riyakar bir sistemdir, ideallar ayrıdır, sistem ayrı. Artıq ayıldı. Fransız qəzetinə müsahibə verdi ki, dram əsərlərini səhnədə məhv ediblər. Rusiya da bunu gördü. KQB bir qadın vermişdi buna. Nazim həbsxanada qalanda ürəyi xəstə düşmüşdü. Buna bir həkim tapşırmışdılar, bu həkim də KQB-nin adamı idi. Gördülər ki, artıq Nazim bunları biabır edəcək, o dəqiqə bir iynə vurub öldürdülər. Orada da basdırdılar. Rəsul Rza başını ağaca vururmuş, çünki təzə tanış olmuşdu.

– Yazıçılar Martin İden ömrü yaşayırmı?
– Mən “Martin İden” romanını az qala əzbər bilirdim. Əsərlərim çap olunmurdu, amma içim dolu idi. Ona görə də İdenin çəkdiyi əzabı anlayırdım. Martin Cek Londonun öz həyatıdır. Gəncliyində qapı-qapı nəşriyyatları gəzirdi, əsərləri çap olunmur, rədd olunurdu. Amma sonra birdən-birə qapılar açılır, qəfil milyonçu olur, kimə nə lazımdırsa verir, kim buna nə yaxşılıq etmişdisə əvəzini qaytarır. Hətta sevdiyi qız da bunu yoxsulluq illərində atıb gedir. Elə ki bu hər şeyə nail olandan sonra həyatının mənası itir. Görür ki, dünən bunu saymayanlar qarşısında əyilib. Ürəyi ağrıyır ki, nə cür riyakar dünyadır, ona görə gedib özünü dənizə atır.

– Yəni yazıçı ömrünün sonu mütləq fəlakətlimi olur?
– Mən fikirləşirəm ki, dünyada insan üçün deyilən ən yaxşı təşbeh Virciniya Vulf “Dalğa”larıdır. Orada bir neçə dost təsvir olunub. Dalğa dənizdə yaranır, bəzən dağ boyda olur, vahimə yaradır. Sonda isə sahildə yenə əriyib itir. Doğrudan da insan da dalğa kimidir, varlığın bir qabarması kimi yaranır, qabarması kimi də gedir.

– Kafka ilə görüşsəydiniz.
– Çexiyada hər il Kafka adına bir çox mükafat verilir. İndi oradakılar mənim yazdıqlarımdan xəbərsizdirlər. Kafka haqqında yazılarım bir yerdə olsa, ora yolum düşsəydi, mütləq mükafatı alardım. Görərdilər ki, Çexiyada heç kimi Kafkanı mən qədər sevə bilmir, mən qədər anlamır.
Bir şeirimin axırı belə idi: “Mən dünyadan xəbərdaram, dünya məndən xəbərsiz”.

Müsahibəni aparan: Dilqəm Əhməd
Mənbə: publika.az saytı

Comments are closed, but trackbacks and pingbacks are open.