Press "Enter" to skip to content

Fəsil: “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytandan Allaha sığınıram) cümləsinin mənası

Bu gün bu nəzəriyyəni bioenergetiklər öz praktikalarında istifadə edirlər. Onlar iddia edirlər ki, insanın bio sahəsi ilə tez-tez ünsiyyətdə olan əşyalar, sahibinin taleyini, arzularını və emosiyalarını özlərinə çəkib, daha sonra başqalarına ötürə bilərlər.

Şəkər xəstəliyinin səbəbi və asan yolla müalicəsi

Şəkər xəstəliyinin səbəbi və asan yolla müalicəsi
Bu xəstəliyin ümdə səbəbi mədəaltı vəzin yaxşı işlələməsidir, insulini bu vəz hazırlayıb 12 barmaq bağırsağa buraxır, oradan qida ilə birlikdə qana sorulur. İnsulin şəkər molekullarını hüceyrələrə çatdırır. Əgər mədəaltı vəz onu az buraxsa və ya ümumiyyətlə buraxmasa, şəkər molekulları hüceyrəçərə çatdırılmır, qanda qalır, miqdarı çoxalanda deyirlər ki şəkəri qalxıb.
Bu vəzin fəallaşdırılması üçün ilk növbədə:
1. Qan təmizlənməlidir: 40 gündən bir həcəmət etmək, yəni kürəyin ortasından q a n almaq lazımdır.
2. Turp çox yemək.
3. Nanə yemək.
4. İdman etmək lazımdır ki, qan dövranı sürətlənsin, qan çatmayan yerlərə çatsın, çirkli qanlar hərəkət edib süzülərək təmizlənsin.
5. Əgər mədəaltı vəzdə iltihab varsa çörəkotunu əzib qatıqla yesin.
6. At quyruğu otunu sıxıb, əzib suyunu 5 həftə içmək mədəaltı vəzin işləməməsindən yaranan diabetin müalicədində təsirlidir.
7. Şirin biyan bitkisindən istifadə etmək.
******
Bunlardan əlavə, qanda olan artıq miqdarda şəkər böyrəklərdə süzülərək təmizlənməli və ifrazat yolu ilə bədəndən xaric olmalıdır. Əgər böyrəklərdə nasazlıq olsa yenə də şəkərin miqdarı çoxalacaq.
Ona görə şəkər xəstəliyi olanlar həm mədəaltı vəzi, həm də böyrəkləri yoxladıb müalicə etməlidirlər.

Şəkəri tez bir zamanda aşağı salmaq üçün iki yol:
1. 2-3 litr südə yarım stəkan sirkə qatıb qaynadın, çürüyüb dənər-dənər olanda süzüb suyunu soyuducuya qoyun, hər gün 2-3 dəfə için.
2. 1 stəkan arpanı 11 stəkan su ilə qaynadıb arpanın ağzı açılanda götürüb süzün, gündə 3-4 dəfə, hər dəfə bir stəkan için.
Bu iş böyrəkləri işlədir, qanı yaxşı süzüb təmizləyir.

Oxşar mövzular

Xərçəng xəstəliyinin qarşısını al

Orucun orqanizmə faydası barədə.

Diqqət! İftar və obaşdanda bunları bol-bol yeyin.

Yemişin xeyri və zərəri

Əhli-Beytə (ə) niyə təvəssül edirik?

İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Namaz vaxtı

Fəcr 03:34
Gün çıxır 05:15
Zöhr 12:38
Əsr 16:35
Gün batır 20:00
Məğrib (İftar) 20:20
İşa 21:27

Hacı Şahinin ruhuna salavat göndərərsənmi?

Ən çox oxunan Şərhlər

05 avqust 2016

Ayətəl Kürsi ərəbcə və Azərbaycan dilində oxunuşu və yazılışı

08 avqust 2016

İxlas surəsi

30 avqust 2016

Qədr surəsi

09 avqust 2018

Yasin surəsi və tərcüməsi

08 avqust 2016

Nas surəsinin azərbaycanca və ərəbcə oxunuşu və tərcüməsi

Yalançı rəvayət

11 aprel 2017

Şeytan niyə yaradıldı?

16 oktyabr 2016

Tövbə namazının qılınma qaydası

15 oktyabr 2016

Tövbə namazının qılınma qaydası

15 oktyabr 2016

Zina haqqında

15 oktyabr 2016

  • Ateistlərə cavablar
  • Mübahisəli məsələlərə cavab
  • Hz. Imam Əli (ə)
  • Şiəlik əhli sunnə kitablarından

Naviqasiya

  • Ətraflı axtarış
  • Bizimlə əlaqə
  • Saytın qaydaları
  • Mağazamız

Dini söhbətlər

  • Hacı Şahin – Allah İnsanı Hər An Görür
  • Cənnətə kimlər gedəcək
  • Hacı Şahin – Namaz
  • Hacı Şahin – Hədis
  • Hacı Ramil – “İki alimin görüşü”
  • Ömər ibn əl-Xəttab şücaətli idi? | Həqiqət yoxsa yalan?
  • Bəşir Mənsurov – Cin tayfası (İslami məlumatlar 1)
  • İşləmək istəməyən kişi

Fəsil: “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytandan Allaha sığınıram) cümləsinin mənası

İstiazə[1]:
Allah U buyurur:
“Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir” (əl-Əraf, 199-200).

“Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik. De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” (əl-Muminun, 96-98).

“Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir”. (Fussilət, 34-36).
Bu üç ayədir və Quranda mənaca bu üç ayəyə oxşar dördüncü bir ayə yoxdur. Allah U bu üç ayədə insanlardan olan düşmənin rəğbətini qazanıb, ona yaxşılıq etməyi əmr edir ki, insanın əsl xisləti olan bu gözəl təbiəti sayəsində pis əməldən daşınıb səmimilik və dostluğa meyl etmiş olsun. Şeytanlardan olan düşmənindən isə mütləq Ona (Allaha) sığınmağı əmr edir. Çünki, bu düşmən insanın rəğbətini və yaxşılığını qəbul etmir və əvvəllər onunla Adəm arasında baş vermiş düşmənçilik səbəbindən yalnız Adəm övladının həlak olmasını istəyir. Allah U buyurur: “Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın” (əl-Əraf, 27), başqa bir ayədə: “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır” (Fatir, 6), başqa bir ayədə isə: “Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!” (əl-Kəhf, 50). Şeytan bir zamanlar atamız Adəmə “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”– deyə yalandan and içmişdi. Şeytan (Allaha): “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam. Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!” (Sad, 82-83) dediyi halda və Allahın U da onun barəsində bizə: “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın! Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur” (ən-Nəhl, 98-99) dediyi halda ondan bizə qarşı hansı münasibəti gözləmək olar?
Əksər alimlərin rəylərindən məşhur olan budur ki, şeytanın vəsvəsəsini dəf etmək üçün istiazə (“Əuzu billəhi minəş-şeytanir-racim” – Lənətlənmiş şeytanın şərindən Allaha sığınıram – demək) Quran oxunuşundan əvvəl olmalıdır. Allahın U: “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!”(ən-Nəhl, 98) ayəsinin mənası, yəni “Quran oxumaq istədikdə” deməkdir. Necə ki, (dəstəmaz ayəsində) “Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun. ” (əl-Maidə, 6) deyilir, yəni “namaza durmaq istədikdə”. Peyğəmbərdən r bu mövzuda gələn hədislər də buna dəlalət edir. İmam Əhməd Əbu Səid əl-Xudridən rəvayət etdiyi hədisdə deyir: “Peyğəmbər r gecə yuxudan oyanıb namaz qılarkən təkbir edib (“Allahu Əkbər” deyib) açılış duasını deyərdi: “Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa haqq məbud yoxdur”, sonra üç dəfə “Lə iləhə illəllah” (Allahdan başqa haqq məbud yoxdur) deyər, sonra isə “Əuzu billəhi minəş-şeytanir-racim, min həmzihi və nəfxihi və nəfsihi” (Lənətlənmiş şeytandan, (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən və (təlqin etdiyi batil) şerlərindən Allaha sığınıram) – deyərdi”.[2] Bu hədisi “Dörd Sünnə”[3] kitablarının müəllifləri rəvayət etmişlər. ət-Tirmizi bu hədis barədə: “O, bu mövzuda gələn ən məşhur hədisdir”- demiş və hədisdəki “həmz” sözünü “mutə”[4], yəni, boğulma xəstəliyi kimi, “nəfx” sözünü təkəbbürlük kimi, “nəfs” sözünü isə batil şer kimi izah etmişdir.
Həmçinin, Əbu Davud və İbni Məcənin rəvayət etdikləri hədisdə Cubeyr ibn Mutim t deyir: “Allah Elçisinin r namaza daxil olarkən üç dəfə: “Allahu Əkbər Kəbiiran” (Allah Ən Böyükdür), üç dəfə: “Əlhəmdulilləhi Kəsiiran” (Allaha çox həmd olsun), üç dəfə: “Subhən-Allahi bukratən və asiylən” (Səhər-axşam Allahın şəninə tərif olsun!), sonra isə: “Allahummə inni əuzu bikə minəş-şeytan, min həmzihi və nəfxihi və nəfsihi” (Allahım şeytandan, (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən və (təlqin etdiyi batil) şerlərindən Sənə sığınıram) – deyərdi. Amr ibn Murra deyir: “Həmzihi” – “mutə” (epilepsiya) xəstəliyi, “nəfxihi” – şeytanın insanın köksümə üfürdüyü təkəbbürlük, “nəfsihi” isə – batil şer deməkdir”.[5]
İbn Məcə Abdullah ibn Məsuddan t rəvayət etdiyi hədisdə Allah Elçisi r: “Allahummə inni əuzu bikə minəş-şeytanir-racim va həmzihi və nəfxihi və nəfsihi” (Allahım, lənətlənmiş şeytandan, (ağlıma) xətər yetirməsindən, (köksümə üfürdüyü) təkəbbürlükdən və (təlqin etdiyi batil) şerlərindən Sənə sığınıram!) – deyərdi. Abdullah ibn Məsud t deyir: “Həmzihi” – “mutə” (epilepsiya) xəstəliyi, “nəfsihi” – batil şer, “nəfxihi” isə – şeytanın insanın köksümə üfürdüyü təkəbbürlük deməkdir”.[6]
Əbu Yəalə əl-Mouvsuli Ubeyy ibn Kəabdan t rəvayət edir ki, iki kişi Allah Elçisinin r yanında bir-birilərini söydülər, hətta iş o yerə gəlib çatdı ki, qəzəbdən birinin burnundan qan açıldı. Allah Elçisi r (onların bu halını görüncə) dedi: “Mən elə bir şey bilirəm ki, kim onu desə qəzəbi soyuyacaq. Bu, “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytandan Allaha sığınıram) zikridir”.[7] ən-Nəsai “Əməlul-Yəumi vəl-Leylə” kitabında da belə rəvayət etmişdir.
Həmçinin, İmam Əhməd, Əbu Davud, ət-Tirmizi və ən-Nəsai “Əməlul-Yəumi vəl-Leylə” kitabında Muaz ibn Cəbəldən t rəvayət etdikləri hədisdə deyilir: “İki kişi Allah Elçisinin r yanında bir-birilərini söydülər. Onlardan biri çox qəzəbləndi, hətta mənə elə gəldi ki, onlardan birinin burnundan qəzəbdən qan açılıb. Allah Elçisi r dedi: “Mən elə bir zikr bilirəm ki, kim onu desə qəzəbi soyuyacaq”. (Səhabələrdən biri) dedi: “O, hansı zikrdir elə, ey Allahın Elçisi?” Peyğəmbər r: “Qoy (həmin adam) Allahummə inni əuzu bilkə minəş-şeytanir-racim” (Allahım, lənətlənmiş şeytandan Sənə sığınıram!) – desin”. Muaz qəzəblənən kişiyə bu zikri deməyi əmr etməyə başladı. Kişi isə imtina etdi və qəzəbi daha da şiddətləndi”.[8] Hədisin mətni Əbu Davudun rəvayətidir. ət-Tirmizi isə hədisin “mursəl”[9] olduğunu bildirmişdir. Yəni, Abdur-Rahmən ibn Leylə Muaz ibn Cəbəli t görməmişdir, çünki o (Muaz ibn Cəbəl t) hicri iyirminci ildən əvvəl vəfat etmişdir.
Mən deyirəm: “Ola bilsin ki, Abdur-Rahmən ibn Leylə bu hədisi əvvəlki rəvayət kimi Ubey ibn Kəabdan eşitmiş, o da onu Muaz ibn Cəbəldən rəvayət etmişdir, çünki bir çox səhabə bu hadisənin şahidi olmuşdur.
İmam əl-Buxari Suleyman ibn Suraddan t rəvayət etdiyi hədisdə demişdir: “(Bir dəfə) mən Peyğəm­bə­rin r yanında ikən iki nəfər bir-birilə söyüşməyə başladı. (Qəzəbdən) on­lar­­dan birinin üzü qızardı. Pey­ğəmbər r (ona ba­xıb) dedi: “Mən elə bir kəlmə bilirəm ki, əgər o hə­min kəlməni desə, qəzəb his­­si on­dan gedər! Əgər o: “Əuzu billəhi minəş-şeytanir-racim!” (Lənətlənmiş şeytandan Allaha sığınıram) desə, qəzəbi soyu­yar”. Əsha­bələr həmin adama dedilər: “Pey­ğəmbərin r (sənə) nə dediyini eşitmirsən?” Adam dedi: “Mən dəli deyiləm?!”[10] Həmçinin, hədisi Muslim, Əbu Dəvud və ən-Nəsai də rəvayət etmişlər.

فَصْلٌ: مَعْنَى “أَعُوذُ بِاللهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ”

Fəsil: “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytandan Allaha sığınıram) cümləsinin mənası

“Əuzu billəhi minəş-şeytanir-racim” cümləsinin mənası; yəni, “lənətlənmiş şeytanın dinimə və dünyama zərər verməsindən, əmr olunanları yerinə yetirməkdən yayındırmasından və qadağan olunan əməllərə sövq etməsindən Allahın məni himayə etməsini istəyirəm”- deməkdir. Həqiqətən, insanı şeytandan yalnız Allah mühafizə edə bilər. Bu səbəbdən (əvvəlki üç ayədə) Uca Allah insanlardan olan şeytanların rəğbətini qazanıb, onlara yaxşılıq etməklə könüllərini ələ almağı əmr edir ki, bu əməl onların əsl təbiətinin (kökslərində olan) pisliyi dəf etməsinə səbəb olsun. Cinlərdən olan şeytanlardan isə Allaha sığınmağı əmr edir, çünki onu ələ almaq və yaxşılıq etməklə ona təsir etmək olmur. Onun təbiətinin əsli şərdir və səni ondan yalnız onu yaradan Allah mühafizə edə bilər. Bu da Quranda üç ayənin mənasıdır və bu üç ayəyə oxşar dördüncü bir ayə olduğunu bilmirəm[11].
“Şeytan” sözü ərəb dilində شَطَنَ “şətana”, yəni, “uzaq olmaq” felindən düzəlmişdir. Təbiətinin insan təbiətindən və hər bir xeyirdən uzaq olmasına görə belə adlanmışdır. Başqa bir rəyə görə شَاطَ “yanmaq” felindən düzəlib, oddan yarandığına görə belə adlandırılmışdır. Bəzi alimlər məna baxımından hər iki rəyin doğru olduğunu söyləyirlər. Lakin birinci rəy[12] daha doğrudur. Ərəblərin danışığı da buna dəlalət edir. Sibaveyh[13] S deyir: “Ərəblər danışıqda bir kəs şeytana xas olan əməl etdikdə تَشَيْطَنَ فُلاَنٌ “təşəytana fulən” (filankəs şeytanlıq etdi) deyirlər. Əgər bu söz شَاطَ “yanmaq” felindən düzəlmiş olsaydı, bu zaman (nun hərfini pozaraq) تَشَيَّطَ “təşəyyata” deyərdilər.
Beləliklə, doğru rəy budur ki, “şeytan” sözü “uzaq olmaq” felindən düzəlmişdir. Bu səbəbdən (ərəblər) üsyankar cin, insan və heyvanları “şeytan” adlandırırlar. Uca Allah buyurur: Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər”. (əl-Ənam, 112).
İmam Əhmədin “Musnəd” kitabında Əbu Zərdən y rəvayət olunan hədisdə deyilir: “Pey­ğəmbər r dedi: “Ey Əbu Zərr, insan və cinlərdən olan şeytanlardan Allaha sığın!” Mən dedim: “(Ey Allahın Elçisi) İnsanlardan da şeytanlar olurmu?” Pey­ğəmbər r dedi: “Bəli”.[14] Səhih Muslimdə yenə Əbu Zərdən rəvayət olunan hədisdə Pey­ğəmbər r demişdir: “(Namaz qılanın qarşısından) qadın, eşşək və qara itin keçməsi namazı batil edər” Mən dedim: “Qara itin qırmızı və ya sarı itdən fərqi nədir?” Pey­ğəmbər r dedi: “Qara it şeytandır”.[15] ət-Təbəri S rəvayət edir ki, bir dəfə Ömər ibn əl-Xəttab y yük atına mindi. At sağa-sola meyl edib əyilərək getməyə başladı. Ömər atı vurmağa başladı. Vurduqca at daha da əyilməyə başladı. Ömər atdan endi və dedi: “Siz məni şeytana mindirdiniz. Atdan düşdükdən sonra özüm-özümü tanımadım”. Rəvayətin sənədi səhihdir.[16]
“Racim” “lənətlənmiş” sözü “fail” formasında olub “məful” (keçmiş zaman feli sifət) mənasını verir. Yəni, o xeyirdən təmamilə uzaqlaşdırılmış, qovulmuşdur. Belə ki, Uca Allah buyurur: “Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq” (əl-Mulk, 5). Həmçinin buyurur: “Biz dünya səmasını parlaq ulduzlarla bəzədik və onu hər bir asi şeytandan mühafizə etdik. Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir. Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər” (əs-Saffət, 6-10). Başqa bir ayədə: “Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik. Onları qovulmuş hər bir şeytandan qoruduq. Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər” (əl-Hicr, 16-18) və s. bu mənada ayələr var.

[1] “İstiazə” sözünün hərfi mənası “sığınacaq istəmək” deməkdir. Şəriətdə isə “Əuzu billəhi minəş-şeytanir-racim” (Lənətlənmiş şeytanın şərindən Allaha sığınıram) deməklə şeytanın şərindən Allaha sığınmaq deməkdir.

[2] Əbu Davud, 775; ət-Tirmizi, 242; İbn Macə, 804. Hədis səhihdir. Bax; “Mişkətul-Məsabih” 1217.

[3] “Dörd Sünnə”- dedikdə, Sünən Əbu Davud, Sünən ət-Tirmizi, Sünən ən-Nəsai və Sünən İbni Məcə nəzərdə tutulur.

[4] Mutə xəstəliyi – insanda çırpınma və silkələnmə ilə müşahidə olunan epilepsiya və ya özündən getmənin bir növüdür. İnsan özünə gəldikdə isə normal hala qayıdır, yatmış və ya sərxoş kimi.

[5] Əbu Davud, 775; ət-Tirmizi, 242; İbn Macə, 804. Hədis səhihdir. Bax; “Mişkətul-Məsabih” 1217.

[6] İbn Məcə, 808. əl-Busiri “əz-Zəvaid” kitabında deyir: “Bu hədislərdən birincisini Əbu Davud, ət-Tirmizi və ən-Nəsai Əbu Səid əl-Xudridən t, digərini isə İbn Hibbən Cubeyr ibn Mutimdən t rəvayət etmişdir”. Yəni bu hədisdən əvvəlki iki hədisi nəzərdə tutur. (Əhməd Şakir). əl-Beyhəqi “Sunənul-Kubra” 2186, 2452; əl-Hakim, 749; Səhih İbn Məcə, 658. Hədis səhihdir. Bax; “İrvaul-Ğalil” 2/55.

[7] əd-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 1236. Hədis səhihdir. Bax; “Səhih əl-Cəmi” 2491.
[8] Əbu Davud, 4780. Hədis zəifdir. Bax; “Daif Tərğib vət-Tərhib” 1646.

[9] Mursəl: Bu kəlmə ( مُرْسَلٌ ) ərəbcə “ərsələ” ( أرْسَلَ ) felinin məchul nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu söz gön­də­rilmiş, yollanmış və s. mənaları ifa­də edir (“Mu­cəmul-Vəsit”, səh. 344).
İstilahi mənada isə – bu, o hədisdir ki, isnadının so­nun­da ta­biindən sonra gələn (Peyğəm­bərlə r tabiin ara­sında olan) ravi buraxılmışdır (“Tədrib ər-Ravi”, 1/167; “Təysir Mustələh əl-Hədis”, səh. 71).

[10] əl-Buxari, 3282, 3040;

[11] İbn Kəsir burada əvvəl qeyd etdiyimiz üç ayəni təkrar gətirmişdir. Bu üç ayə əvvəlki səhifədə qeyd olunmuşdur.

[12] Yəni, شَطَنَ “şətana” “uzaq olmaq” felindən düzəlməsi.

[13] Sibaveyh – Əbu Bişr (Əbul-Həsən) Amr ibn Osman ibn Qanbər, Bəsrə dilçilərinin ərəb dili qrammatikasında şəksiz imamıdır. Əslən farsdır, Bəsrədə boya-başa çatmışdır. Yaraşıqlı, mülayim bir gənc idi. Dilində nasazlıq var idi. Ərəb dilinin qrammatikasını ən böyük ərəb dili alimlərindən əl-Xalil ibn Əhməd əl-Fərahidi, İsa ibn Ömər və Yunusdan öyrənmişdir. Ərəb dilinin qrammatikasına aid yazdığı “əl-Kitəb” kitabı bu sahədə ən gözəl kitab sayılır. Hicri 180-ci ildə Şirazda vəfat etmişdir.

[14] ən-Nəsəi, 2/319. Bu formada müxtəsər rəvayət etmişdir. Hədis İmam Əhmədin “Musnəd”ində iki uzun rəvayətin tərkibində gəlib (5/178, 179, Hələb çapı). İmam Əhməd hədisin bu hissəsini (5/265) həmçinin Əbu Uməmədən y gələn uzun hədisin tərkibində də rəvayət etmişdir. (Əhməd Şakir). İmam Əhməd, 21552, 21885.

Lənətlənmiş əşyalar, ölən adamın fotosu və heykəl önündə şəkil çəkdirmək – ÖZÜNÜZÜ QORUYUN – -FOTOLAR

Cansız əşya insana necə ziyan verə bilər? Onların nə şüuru, nə də əli-ayağı var, onlar insan kürəyinə bıçaq sanca, yeməyinə zəhər qata və yaxud da insanı infarkt dərəcəsinə çatdira bilməz. Bəzi əşyaların həyatımıza təhlükə yarada biləcəyinə çox zaman uydurma kimi baxırıq. Amma çox nahaq!

İstənilən əşyanın öz energetikası var, daha doğrusu energetik informasiya daşıyıcısıdır. Bu hazırlandığı materialdan, onu yaradandan və sahibindən asılıdır. Əşyalar üzərində ən çox onu yaradıcısı energetik informasiya izi qoyur. Əgər müəllif əşyanı yaradarkən sağalmayan xəstəliyi olubsa, yaxını ölübsə və ya sadəcə əhvalı bərbad olubsa onda bu əşya mənfi enerji ilə yüklənəcək. Bu enerjini isə çox zaman təmizləmək olmur.

Sevgi ilə hazırlanan əşyalar isə özündə güclü müsbət enerji toplayır və sahiblərinə uğur gətirir. Siz onu əlinizə götürən kimi dərhal əhvalınız yaxşılaşır. Kütləvi istehsal zamanı əşyanın energetikası neytral olur. Həmin əşyaya yalnız ilk sahibi və sonrakı sahibləri təsir edə bilər.

1939-cu ildə alim ailəsi Semen və Valentina Kirlian nəinki canlı, hətta cansız əşyalarında enerji sahələrinin olduğunu sübut edən cihaz ixtira edirlər. Bu cihazın sayəsində sahələr kontakta keçən zaman bir-birində energetik izlərin qoyduqları aşkarlanıb.

Bu gün bu nəzəriyyəni bioenergetiklər öz praktikalarında istifadə edirlər. Onlar iddia edirlər ki, insanın bio sahəsi ilə tez-tez ünsiyyətdə olan əşyalar, sahibinin taleyini, arzularını və emosiyalarını özlərinə çəkib, daha sonra başqalarına ötürə bilərlər.

Ölü insanın əşyaları təhlükə saçır.

Bioenergetiklər ölən insanların və nəsildən-nəslə keçən əşyalarla xüsusi davranmaq lazım olduğunu bildirir.

Mərhumun bədəni ilə kontakta olmuş və ya ölümünə şahid olmuş əşya, xüsusən də saat və bəzək əşyası başqası üçün təhlükədir. Və əgər əvvəlki əşyanın sahibi ölərkən əziyyət çəkibsə bu əşyanı evinizdən təcili uzaqlaşdırın.

Yəhudilərin ölülərdən qalan əşyalarla bağlı sərt qaydaları var. Onlar iddia edirlər ki, insan öləndən 30 gün ərzində onu əşyasına əl dəymək olmaz. Çünki insanın ruhu bu vaxt ərzində canlılar arasında gəzişir və onun əşyalarına toxunmağı o, neqativ hadisə kimi qəbul edə bilər.

Xristianlar düşünürlər ki, ölünün ruhu ilk 3 gün ərzində bədənin yanında olur, daha sonra isə o, biri dünyaya keçir. İslamda isə ölünün ruhu bədən dəfn olunana kimi canlılar arasında olur.

Bütün dinlər insanın ölümündən sonra dərhal əşyalara toxunmağın düzgün olmadığı deyir. Bir müddət sonra mərhumun əşyalarını qohumlara, imkansız ailələr paylamaq olar. Ancaq yəhudilərdə belə deyil. Onlar düşünürlər ki, hər şeyi paylamaq olar, ayaqqabıdan başqa. Ayaqqabını mütləq atmaq lazımdır.

Bionergetiklər bunu belə izah edirlər: İnsanın bütün mənfi enerjisi daban vasitəsilə çıxır və ayaqqabıda yığışıb qalır. Bu ayaqqabını bir başqası geyinərsə, öncəki sahibinin həyatından baş verən uğursuzluqları, xəstəlikləri həmin adama keçir. Buna görə canlı insanın ayaqqabısını belə geyinməkdən çəkinin.

Ölmüş insana aid talisman və dini kitabları saxlamaq da təhlükəlidir. Bundan imtina etsəniz daha yaxşıdır.

Nəsildən-nəsilə keçən kitablar da özün də müəyyən informasiya daşıyır. Nəsilə yad bir kəs belə kitabı əlinə götürdükdə, o, həmin nəslin yolunu davam etdirir. Yəni nəsildə baş vermiş yaxşı və pis hadisələrin onun da başına gələ biləcəyi ehtimalı var. Əgər yeni sahib buna razılıq verirsə, o, mütləq qəbiristanlığa gedib, mərhumdan kitaba sahiblənmək üçün icazə almalıdır.

Əntiqçilərin sirli ölümü..

Orijinal və gözəl əşyalar bəzən insanda xoşa gəlməz hisslər yaradır. Onlara baxarkən nədənsə insanı kədər boğur. Belə əşyaları ələ götürən insan soyuqluq və özgəlik hiss edir. Bax bu cür əşyalardan qurtulmaq lazımdır. Ən yaxşı variant isə, onları tullayın.

Köhnə və əntiq əşyaları sevənlər xüsusi ilə ehtiyatlı olmalıdırlar. Çünki əntiq əşyalar çox zaman müharibələr, inqilablar, ailə faciələrinin, qanlı cinayətlərin şahidi olur, bəzən isə bu hadisələrlə bir başa əlaqədə olurlar. Qaranlıq keçmişi olan əşyalar yeni sahiblərinə çox vaxt uğursuzluq gətirir, ailədə və biznesdə problem yaradır. Sağlamlığın pisləşməsinə, hətta ölümə belə yol açır.

1991-95-ci illərdə qərb mətbuatı əntiqçilər arasında 20-dən çox insanın dəli olduğunu və 50-dən çox naməlum ölüm hadisələri qeydə alıb. Bu siyahı 1991-ci ildə San-Fransisko şəhərindən olan əntiqçi Malkolm Ceffersonun özünü asması ilə başlayır. Ondan sonra ABŞ-da 7 əntiqçi naməlum şəkildə vəfat edir.

Sirli intihar epidemiyası və qəribə ölümlər Avropanı bürüyür. İngiltərədə 1992-1994-ci illərdə 17 əntiqçi, İspaniyada 4 il ərzində 10, Fransada 16, Almaniyada isə 10 əntiqçi həyatı ilə vidalaşıb. Jurnalistlər bunu “Cefferson virusu” adlandırıblar.

Ola bilsin ki, belə kütləvi intihar arxeoloqlar tərəfindən tapılan, güclü lənətlənmiş əşya ilə bağlıdır. Fərziyyələrə görə bu tapıntı bir neçə əşyadan ibarət idi. Və əldən ələ keçərək, sahibini ölümünə aparırdı.

Bir neçə sahib dəyişmiş, ikinci əl paltarlar

Heç vaxt xərçəng, şəkər və başqa ciddi xəstəliklərə tutulmuş insanın əşyalarını istifadə etməyin. Bəzi ekstrasenslər deyir ki, onların əşyalar üzərində qoyduğu mənfi energetikanı təmizləmək mümkündür, ancaq riskə getməsəniz daha yaxşı olar.

İkinci əl mağazalardan aldığınız geyim və əşyalar ölmüş insanlara məxsus ola bilər. Əgər sizin energetik sahəniz zəifdirsə, o zaman ölmüş şəxslərin əşyalarından istifadə etməyin. Siz bunu etdiyiniz halda həmin xəstəliklə bağlı informasiyanı öz energetikanıza köçürə bilərsiniz.

Sizə neqativ hisslərlə yanaşan insanlardan aldığınız hədiyyələri evdə saxlamaq məsləhət deyil. Onları ya atmaq ya da başqa mağaza təhvil vermək lazımdır. Ancaq qətiyyən onları doğmalarınıza verməyin.

Qırıq çatlamış əşyalar.. Ən sevimli fincanınız olsa belə ondan dərhal qurtulun!

Yəqin çoxlarınız eşidib, evdə sınmış və ya çatlamış əşya saxlamaq olmaz. Ola bilər ki, həmin əşya çox bahalıdır və ya sizin üçün mənəvi dəyəri vardır, yenə də bioenergetiklər həmin əşyanı atmağı məsləhət görür. Niyə?

Əşya üzərində olan çat və ya yamaq insanın həyatından olan yaxşı enerjini, həyat sevincini tozsoran kimi sovuraraq, yerində boşluq və sıxıntı buraxır. Uğursuzluqlar isə elə buradan başlayır.

Məsələ ondadır ki, deşik, çat, qırıqlar özündə xoşagəlməz energetikanı saxlayır. Məsələn, insanlar lap keçmişdə şeytan olduğunu düşünərək quyu və yarğanlardan həmişə yan keçərdilər. Bu əşyalara da aid idi. Əgər evdə sınıq, sökük, yamaqlı əşya varsa bu evin mühitinə da təsir edəcək və evin sakinlərinin sağlıq və psixikasını mənfilərlə yükləyəcək.

Köhnə əşyanı bərpa etmək olar və heç kəs bunu görməyəcək. Ancaq heç kəsin gözünə görünməyən pis enerji yamaqlanmış çatın altında qalacaq. Siz nəyisə təmir etməklə ondan gələn pis enerjidən qurtulmursunuz.

Yeri gəlmişkən, sonuncu rus İmperatoru Nikolay II yamaqlı paltar geyinməyi adət halına gətirmişdi. O, bununla heç kəsdən fərqlənmədiyini göstərmək istəyirdi. Bildiyimiz kimi onun həyat yolu faciə ilə bitdi. Ailəsi ilə birlikdə yaşadıqları evin zirzəmisində güllələndi.

Çanta və pul kisəsinin açılıb bağlanan hissəsi xarab olduqda onu dərhal zibil qutusuna atın. Əks halda çantanıza qoyduğunuz bütün pullar uçub gedəcək, gəliriniz isə azalacaq.

Çatlamış güzgünü isə ümumiyyətlə evdə saxlamaq olmaz? Qorxulu filmlərdəki güzgü ilə bağlı hadisələri yada salın. Hər halda siz qara qüvvələrin əsirinə çevrilmək istəməzsiniz?!

Bəzi əşyalardan istifadə etməyi unuduruq. Hətta vaxtı ikən ən sevdiyimiz əşya olsa belə. Əgər biz bir əşyanı bir ildən artıq istifadə etmiriksə, həmin əşya bizdən küsərək mənfi enerji toplayır. Bu halda ancaq bir məsləhət vermək olar. Ya əşyalarınızı vaxtında istifadə edin, onları küsdürməyin, ya da o əşyalardan bir dəfəlik uzaq durun. Çünki bir zaman sevdiyiniz əşya sizə zərər verə bilər. İnsanlar kimi.

Siyahı davam edir.

Qış və payız fəsilləri, müharibə, vəhşi heyvan və ya acıqlı bir insanın üz ifadəsi əks olunan şəkilləri evdə saxlamamağınız məsləhətdir. Bunlar evin sakinlərinə aqressiya ötürərək, dava-dalaşa səbəb olur.

Yuxarıda ölən şəxslərin əşyalarından danışdıq. Bəs siz bilirdiniz ki, onların rəsmlərini canlı insanların rəsmləri ilə birlikdə saxlamaq olmaz? Divardan asmaq isə sizin üçün lap təhlükəli ola bilər. Odur ki, mümkün dərəcə həmin şəkilləri evin ən qaranlıq yerində saxlayasınız. Çünki, onlar evinizə ölüm gətirə bilər.

Heykəl və büstlərin önündə şəkil çəkdirməyiniz məsləhət deyil. Yox əgər belə bir hadisə baş veribsə, o zaman bu şəkilləri yandırmağınız daha yaxşı olar. Çünki heykəlləri və büstləri çox vaxt söyür və qarğışlayırlar. Bu qarğışların sizə keçməsini istəmirsinizsə, bu tip məkanlarda şəkil çəkdirməkdən imtina edin. Əzik, qüsuru olan şəkilləri də evdə saxlamaq məsləhət deyil.

Evinizi bəzədiyiniz heyvan kəllələri və müqəvvalar sizə və doğmalarınıza bədbəxtlik gətirə bilər. Hətta dənizdən gətirdiyiniz balaca balıq qulağı da sizə ziyan verə bilər.

Gördüyünüz hər yaşıl bitkini evinizdə saxlamaq düzgün deyil. Məsələn sarmaşıq, ala bəzək bənövşə, palma. Bunlar evə söz-söhbət sala biləcək bitkilərdi.

Süpürgələri isə tez-tez dəyişmək lazımdır. Çünki onların üzərində evin bütün mənfi enerjisi toplanıb. Onu saxlayaraq siz evdən ruzi bərəkəti qaçırırsınız.

Bioenergetiklər evimizdə hətta köhnə qəzet və butulkaları da saxlamağı məsləhət görmür. Bunun kasıblığın əlaməti olduğunu düşünürlər.

Ümumiyyətlə evinizdə nə qədər az əşya olarsa, həyatınız bir o qədər uğurlu olacaq. Çalışın yaşadığınız evi əşya və enerji ilə yükləməyəsiniz. Ən əsası isə evinizi və üst-başınızı həmişə təmiz saxlayın.

Mələk Heydərova

Comments are closed, but trackbacks and pingbacks are open.