Generalın adından istifadə edən “Lombard Mazbura”ya hökm oxunub
M.Əliyeva isə ifadəsində özünü qismən təqsirli bilib: “25 ilə yaxın bu işlə məşğul olmuşam, heç kimin pulunu yeməmişəm. Əgər dələduzluq etmişəmsə, niyə indi evsiz, işsizəm? 2018-ci ildə mənə pul atdılar. 10.04.2017-ci il tarixdə isə bizim maşından qızıl-zinət əşyaları və pul oğurlandı. Bunlara görə həmin vaxt polisə şikayət etmişdik. Türkiyədən qızıl daşımaq məsələsinə qoşuldum, işini başsız buraxdım. Olmamağından istifadə etdilər. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün mənə vaxt vermələrini, şikayət etməmələrini xahiş etmişəm. Əmlakımı satıb onların pulunu qaytarmaq istəmişəm, lakin həbs olundum. İmkansızlıqdan iki anasız nəvəmi Mərdəkanda uşaq evinə verdim. Mənə hansı cəza verilməsindən asılı olmayaraq, azadlığa çıxsam, dəymiş ziyanı ödəyəcəm. Mənə borclu olan şəxslər var. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə imkanım yoxdur”.
Lombardların daha bir dələduzluğu
Bakıda fəaliyyət göstərən lombardların əksəriyyəti vətəndaşlardan faizlə aldıqları pulla fəaliyyət göstərir. Hətta lombardların çoxunun üzərində yüksək faizlə vətəndaşlardan borc pul götürüldüyü qeyd olunur. Lombard fəaliyyəti göstərənlərin özünün faizlə vətəndaşlardan pul toplaması birmənalı qarşılanmır. Ekspertlər belə lombardların əksəriyyətinin dələduzluqla məşğul olduğunu, onlara faizlə pul verən, eləcə də girov qoyaraq pul götürən vətəndaşların pul və qiymətli əşyalarını riskə atdıqlarını söyləyirlər.
Gununsesi.info xəbər verir ki, Sputnik Azərbaycan vətəndaşlara girov müqabilində faizlə pul verən lombardların özünün borca pul götürməsinin nə dərəcədə qanunauyğun olduğunu və bunun yaradacağı problemləri araşdırıb.
“3 faizə versəniz, götürərəm”
Əvvəlcə faktı dəqiqləşdirmək üçün bir neçə lombardla əlaqə saxlayırıq. “Baku lombard”ın Mustafa adlı rəhbəri Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, o, borc pul götürmək istəyir: “Mənim “Xalqlar Dostluğu” ərazisində iki lombardım var. Həmin lombardlarda vətəndaşlara faizə pul vermək üçün özüm faizə pul götürmüşəm. Hazırda 75 min manat borcum var. Ayda 3600 manat pul ödəyirəm. Bank şərtləri ilə pul verən olsa, götürərəm. Amma 3 faizdən yüksək olmasın”.
Həmsöhbətimiz lombardların çoxunun bu yolla işlədiyini bildirib. Onun sözlərinə görə, hazırda öz pulu ilə lombard fəaliyyəti göstərən çox azdır. Amma lombard sahibi alacağı küllü məbləğdə pul müqabilində girov qoymayacağını bildirdi.
Lombardın özü faizə pul alırsa…
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, lombardların öz vəsaiti olmadan lombard fəaliyyəti göstərməsi qanunla düzgün deyil. Ekspert bildirib ki, bu gün lombardlara nəzarətin olmaması, onların fəaliyyətinə qanunla müəyyən qadağaların olmaması bu sahədə özbaşınalığa yol açıb:
“Hazırda Pirallahıda lombardların vətəndaşlardan borca pul yığması halları artıb. Onlar maddi imkanı olan vətəndaşlardan aşağı faizlə pul alıb, yüksək faizlə girov müqabilində pula ehtiyacı olanlara verirlər. Bu isə nəinki həmin lombarddan girov qoyub pul götürən, elə lombarda aşağı faizlə pul verənləri də riskə atır.
Pirallahıda bir lombard sahibi buna görə intihar etdi. Səbəb aldığı borcu geri qaytara bilməməsi idi. Həmin lombardın sahibinə aşağı faizlə pul verənlərin pulları, girov qoyub pul götürənlərin isə qiymətli əşyaları batdı”.
Risk yaradır
Ə.Həsənov deyir ki, lombardın başqasından faizlə aldığı pulla fəaliyyət göstərməsi ciddi risk yaradır. Onun sözlərinə görə, Azərbaycanda qanuni fəaliyyət göstərən lombard yoxdur. Fəaliyyət göstərənlərin hamısı qanunsuzdur: “Lombard elə bir kommersiya qurumudur ki, öz pulu hesabına vətəndaşlara kredit verir. Kredit təminatının müqabilində vətəndaşlar müəyyən qiymətli əşyasını lombardda saxlanc olaraq girovda saxlayır. Həmin əşyalar adətən qızıl-zinət əşyaları olur. Kredit qayıtmayanda lombard qanuna görə borclunu məhkəməyə verməlidir. Həmin qızıl-zinət əşyaları hərracda satılmalıdır. Lombard da pulunu götürməlidir. Reallıqda Azərbaycanda bu proses necə baş verir? Heç bir lombard öz pulu hesabına kredit vermir. Bunun sübutu kimi Dövlət Vergi Xidmətinə daxil olub lombard sözünü axtarışa versək, orada qeydiyyatdan keçmiş lombardların nizamnamə kapitallarının çox az məbləğdə olduğunu görərik. Bu da o deməkdir ki, lombardların öz pulu budur. Yəni bunlar özləri də borc alırlar”.
“Lombard əmanət qəbul edir”?
Ə.Həsənov bildirdi ki, vətəndaşların lombarda borc verməsi qanunsuzdur: “Bunun adını “lombard əmanət qəbul edir” qoyublar. Əslində isə bu da qanunsuzluqdur. Faktiki olaraq qanunsuz bank fəaliyyətidir. Lombardlar öz pulları ilə yox, başqalarının pulları ilə risk edirlər”.
Ekspert deyir ki, bu qanunsuzluqların səbəbi Milli Məclisə təqdim olunmuş “Lombardlar haqqında” qanun layihəsinin üç ildir ki, qəbul edilməməsidir: “Lombardlara lisenziya verilməli, onların fəaliyyətinə Mərkəzi Bank nəzarət etməlidir. Amma hələ ki, qanunun qəbulu ləngiyir. Bu qanun qəbul olunarsa, ölkədə çox az sayda lombard lisenziya alaraq işləyəcək. Çünki çoxu işini qanunsuz qurub”.
Ə.Həsənov iddia edir ki, lombardların yüksək ranqlı məmurlar tərəfindən himayə olunması qanunun qəbuluna, eləcə də bu sahədə qanunsuzluqların araşdırılmasına mane olur.
Qanunun qəbulu niyə gecikir?
Milli Məclisdə “Lombardlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin 2022-ci il yaz sessiyası üçün iş planına daxil edilib.
Bununla yanaşı, qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, mövcud qanunlarda dəyişikliklərin edilməsi barədə sənədlərin müzakirəsi iş planına daxil edilib. Sessiya ərzində sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələrilə bir sıra görüşlərin, ictimai dinləmələrin keçirilməsi də planlaşdırılıb.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili jurnalistlərə açıqlamasında deyib ki, “Lombardlar haqqında” qanun layihəsi istənilən halda 2022-ci ildə qəbul olunacaq. Onun sözlərinə görə, qanun layihəsində insanların üzləşdikləri bir sıra xoşagəlməz məqamların aradan qaldırılması nəzərdə tutulur.
“Bildiyiniz kimi, lombardda insanların ən çox şikayət etdiyi məsələlərdən biri girovların saxlanması və sonra qaytarılması zamanı insanların müəyyən dərəcədə incidilməsi və şikayətlərlə bağlıdır. Qanunun əsas tənzimləyici məsələsindən biri budur ki, girov qoyulan qiymətli əşyaların təhlükəsiz formada saxlanılması və daha sonra onların geri alınması ilə bağlı insanların bürokratik əngəllərlə rastlaşmamasıdır”, – deyə T.Mirkişili qeyd edib.
O, həmçinin əlavə edib ki, bununla yanaşı, lombardların qeydiyyat sisteminin yaradılması da nəzərdə tutulur, bu da rəsmi fəaliyyətdə olanlar barədə məlumat toplamağa imkan yaradacaq. “Bu, elə bir sahədir ki, burada ciddi tənzimləmənin əleyhinəyik. Çünki lombardlar kifayət qədər iqtisadi və eyni zamanda, maliyyə təhlükəsizliyinə o qədər də ciddi təsir etməyən bir sahədir. Bizim əsas məqsədimiz burada sadəcə vətəndaşları qorumaqdır”, – deyə T.Mirkişili qeyd edib.
Generalın adından istifadə edən “Lombard Mazbura”ya hökm oxunub
“Qafqazinfo”nun məlumatına görə, 1960-cı il təvəllüdlü M.Əliyeva Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin dələduzluq maddəsinin 4 bəndi (178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4) ilə ittiham edilib. Məhkəmənin hökmü ilə ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
İş üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Həmin şəxslər müxtəlif vaxtlarda M.Əliyeva və oğluna onların işlətdikləri lombardlarda qızıl-zinət əşyaları verib faizlə pul götürdüklərini, lakin daha sonra bütün pulları faizləri ilə birgə geri qaytarsalar da, qızıllarını ala bilmədiklərini deyiblər. Şikayətçilər həmçinin qeyd ediblər ki, M.Əliyeva tanınmış generallardan birinin adını çəkərək vətəndaşların etibarını qazanıb və daha sonra ortadan itib, aldığı qızılları geri qaytarmaqdan yayınmağa başlayıb.
O da məlum olub ki, Mazbura Əliyeva bir çox şəxslərə özünü Nəzakət adı ilə təqdim edib.
Zərərçəkmişlərdən bəziləri işin rayon məhkəməsində deyil, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını, onlara ümumilikdə külli miqdarda ziyanın dəydiyini, cinayət işinin qanunla müyyən edilmiş maddəyə uyğun, yəni 178.3.2-ci maddəsi ilə açılmadığını deyiblər.
M.Əliyeva isə ifadəsində özünü qismən təqsirli bilib: “25 ilə yaxın bu işlə məşğul olmuşam, heç kimin pulunu yeməmişəm. Əgər dələduzluq etmişəmsə, niyə indi evsiz, işsizəm? 2018-ci ildə mənə pul atdılar. 10.04.2017-ci il tarixdə isə bizim maşından qızıl-zinət əşyaları və pul oğurlandı. Bunlara görə həmin vaxt polisə şikayət etmişdik. Türkiyədən qızıl daşımaq məsələsinə qoşuldum, işini başsız buraxdım. Olmamağından istifadə etdilər. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün mənə vaxt vermələrini, şikayət etməmələrini xahiş etmişəm. Əmlakımı satıb onların pulunu qaytarmaq istəmişəm, lakin həbs olundum. İmkansızlıqdan iki anasız nəvəmi Mərdəkanda uşaq evinə verdim. Mənə hansı cəza verilməsindən asılı olmayaraq, azadlığa çıxsam, dəymiş ziyanı ödəyəcəm. Mənə borclu olan şəxslər var. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə imkanım yoxdur”.
Qeyd edək ki, bir müddət əvvəl iş adamı Vüqar Bəkirov da M.Əliyevanın ona qarşı dələduzluq etdiyini, 500 min manat dəyəri olan brilyantlarını ələ keçirdiyini bildirmişdi. O, həmçinin iddia etmişdi ki, M.Əliyevanın arxasında Bakı şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov dayanır.
Onu da əlavə edək ki, Müşfiq Abbasov barəsində Səbail rayon Məhkəməsinin hökmü ilə 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib. Belə ki, Müşfiq Abbasov İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın ona qarşı hazırladığı sui-qəsdlə bağlı cinayət işini araşdırıb. Bu işdə bir çox saxtakarlığa yol verdiyi müəyyən edilib. Bundan sonra Müşfiq Abbasov prokurorluq orqanlarından xaric olunub.
Lombard dələduzluğu hökm
https://sputnik.az/20220218/lombardlarin-daha-bir-deleduzlugu-439242277.html
Lombardların daha bir dələduzluğu
Lombardların daha bir dələduzluğu
Pirallahıda bir lombard sahibi buna görə intihar etdi. Səbəb aldığı borcu geri qaytara bilməməsi idi. 18.02.2022, Sputnik Azərbaycan
2022-02-18T09:33+0400
2022-02-18T09:33+0400
2022-02-18T09:33+0400
/html/head/meta[@name=’og:title’]/@content
/html/head/meta[@name=’og:description’]/@content
BAKI, 18 fevral — Sputnik. Bakıda fəaliyyət göstərən lombardların əksəriyyəti vətəndaşlardan faizlə aldıqları pulla fəaliyyət göstərir. Hətta lombardların çoxunun üzərində yüksək faizlə vətəndaşlardan borc pul götürüldüyü qeyd olunur. Lombard fəaliyyəti göstərənlərin özünün faizlə vətəndaşlardan pul toplaması birmənalı qarşılanmır. Ekspertlər belə lombardların əksəriyyətinin dələduzluqla məşğul olduğunu, onlara faizlə pul verən, eləcə də girov qoyaraq pul götürən vətəndaşların pul və qiymətli əşyalarını riskə atdıqlarını söyləyirlər.Sputnik Azərbaycan vətəndaşlara girov müqabilində faizlə pul verən lombardların özünün borca pul götürməsinin nə dərəcədə qanunauyğun olduğunu və bunun yaradacağı problemləri araşdırıb.”3 faizə versəniz, götürərəm”Əvvəlcə faktı dəqiqləşdirmək üçün bir neçə lombardla əlaqə saxlayırıq. “Baku lombard”ın Mustafa adlı rəhbəri Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, o, borc pul götürmək istəyir: “Mənim “Xalqlar Dostluğu” ərazisində iki lombardım var. Həmin lombardlarda vətəndaşlara faizə pul vermək üçün özüm faizə pul götürmüşəm. Hazırda 75 min manat borcum var. Ayda 3600 manat pul ödəyirəm. Bank şərtləri ilə pul verən olsa, götürərəm. Amma 3 faizdən yüksək olmasın”.Həmsöhbətimiz lombardların çoxunun bu yolla işlədiyini bildirib. Onun sözlərinə görə, hazırda öz pulu ilə lombard fəaliyyəti göstərən çox azdır. Amma lombard sahibi alacağı küllü məbləğdə pul müqabilində girov qoymayacağını bildirdi.Lombardın özü faizə pul alırsa. Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, lombardların öz vəsaiti olmadan lombard fəaliyyəti göstərməsi qanunla düzgün deyil. Ekspert bildirib ki, bu gün lombardlara nəzarətin olmaması, onların fəaliyyətinə qanunla müəyyən qadağaların olmaması bu sahədə özbaşınalığa yol açıb: “Hazırda Pirallahıda lombardların vətəndaşlardan borca pul yığması halları artıb. Onlar maddi imkanı olan vətəndaşlardan aşağı faizlə pul alıb, yüksək faizlə girov müqabilində pula ehtiyacı olanlara verirlər. Bu isə nəinki həmin lombarddan girov qoyub pul götürən, elə lombarda aşağı faizlə pul verənləri də riskə atır.Pirallahıda bir lombard sahibi buna görə intihar etdi. Səbəb aldığı borcu geri qaytara bilməməsi idi. Həmin lombardın sahibinə aşağı faizlə pul verənlərin pulları, girov qoyub pul götürənlərin isə qiymətli əşyaları batdı”.Risk yaradırƏ.Həsənov deyir ki, lombardın başqasından faizlə aldığı pulla fəaliyyət göstərməsi ciddi risk yaradır. Onun sözlərinə görə, Azərbaycanda qanuni fəaliyyət göstərən lombard yoxdur. Fəaliyyət göstərənlərin hamısı qanunsuzdur: “Lombard elə bir kommersiya qurumudur ki, öz pulu hesabına vətəndaşlara kredit verir. Kredit təminatının müqabilində vətəndaşlar müəyyən qiymətli əşyasını lombardda saxlanc olaraq girovda saxlayır. Həmin əşyalar adətən qızıl-zinət əşyaları olur. Kredit qayıtmayanda lombard qanuna görə borclunu məhkəməyə verməlidir. Həmin qızıl-zinət əşyaları hərracda satılmalıdır. Lombard da pulunu götürməlidir. Reallıqda Azərbaycanda bu proses necə baş verir? Heç bir lombard öz pulu hesabına kredit vermir. Bunun sübutu kimi Dövlət Vergi Xidmətinə daxil olub lombard sözünü axtarışa versək, orada qeydiyyatdan keçmiş lombardların nizamnamə kapitallarının çox az məbləğdə olduğunu görərik. Bu da o deməkdir ki, lombardların öz pulu budur. Yəni bunlar özləri də borc alırlar”.”Lombard əmanət qəbul edir”?Ə.Həsənov bildirdi ki, vətəndaşların lombarda borc verməsi qanunsuzdur: “Bunun adını “lombard əmanət qəbul edir” qoyublar. Əslində isə bu da qanunsuzluqdur. Faktiki olaraq qanunsuz bank fəaliyyətidir. Lombardlar öz pulları ilə yox, başqalarının pulları ilə risk edirlər”.Ekspert deyir ki, bu qanunsuzluqların səbəbi Milli Məclisə təqdim olunmuş “Lombardlar haqqında” qanun layihəsinin üç ildir ki, qəbul edilməməsidir: “Lombardlara lisenziya verilməli, onların fəaliyyətinə Mərkəzi Bank nəzarət etməlidir. Amma hələ ki, qanunun qəbulu ləngiyir. Bu qanun qəbul olunarsa, ölkədə çox az sayda lombard lisenziya alaraq işləyəcək. Çünki çoxu işini qanunsuz qurub”.Ə.Həsənov iddia edir ki, lombardların yüksək ranqlı məmurlar tərəfindən himayə olunması qanunun qəbuluna, eləcə də bu sahədə qanunsuzluqların araşdırılmasına mane olur.Qanunun qəbulu niyə gecikir?Milli Məclisdə “Lombardlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin 2022-ci il yaz sessiyası üçün iş planına daxil edilib.Bununla yanaşı, qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, mövcud qanunlarda dəyişikliklərin edilməsi barədə sənədlərin müzakirəsi iş planına daxil edilib. Sessiya ərzində sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələrilə bir sıra görüşlərin, ictimai dinləmələrin keçirilməsi də planlaşdırılıb.Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili jurnalistlərə açıqlamasında deyib ki, “Lombardlar haqqında” qanun layihəsi istənilən halda 2022-ci ildə qəbul olunacaq. Onun sözlərinə görə, qanun layihəsində insanların üzləşdikləri bir sıra xoşagəlməz məqamların aradan qaldırılması nəzərdə tutulur.”Bildiyiniz kimi, lombardda insanların ən çox şikayət etdiyi məsələlərdən biri girovların saxlanması və sonra qaytarılması zamanı insanların müəyyən dərəcədə incidilməsi və şikayətlərlə bağlıdır. Qanunun əsas tənzimləyici məsələsindən biri budur ki, girov qoyulan qiymətli əşyaların təhlükəsiz formada saxlanılması və daha sonra onların geri alınması ilə bağlı insanların bürokratik əngəllərlə rastlaşmamasıdır”, – deyə T.Mirkişili qeyd edib.O, həmçinin əlavə edib ki, bununla yanaşı, lombardların qeydiyyat sisteminin yaradılması da nəzərdə tutulur, bu da rəsmi fəaliyyətdə olanlar barədə məlumat toplamağa imkan yaradacaq. “Bu, elə bir sahədir ki, burada ciddi tənzimləmənin əleyhinəyik. Çünki lombardlar kifayət qədər iqtisadi və eyni zamanda, maliyyə təhlükəsizliyinə o qədər də ciddi təsir etməyən bir sahədir. Bizim əsas məqsədimiz burada sadəcə vətəndaşları qorumaqdır”, – deyə T.Mirkişili qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Comments are closed, but trackbacks and pingbacks are open.