Press "Enter" to skip to content

Lövst abdullayev orfoqrafiya v orfoepiya

Sözün axırında y səsindən sonra gələn ı səsi ismin yönlük halında iki y səsinin arasında darlaşır və çox zəif tələffüz edilir; məs.: ayıya-ayıya, dayıya- dayıya və s.

Orfoepiya Lüğəti (Azərbaycan dili orfoepiyasının əsas prinsipləri)

Müasir ədəbi tələffüzümüzün əsasını Azərbaycan ziyalılarının danışığı təşkil edir. Bu ziyalılar müxtəlif rayonlardan olmalarına baxmayaraq, yazılı dilin təsiri altında ümumiləşmiş ədəbi dildə danışırlar. Ədəbi tələffüz həmin ziyalıların danışığından qidalanaraq öz qaydalarını süzgəcdən keçirir.

Müasir dilimizin orfoqrafiyası danışıq dili əsasında qurulduğundan bir sıra orfoqrafiya qaydaları eynilə orfoepiya üçüp də qəbul edilə bilər.

Müasir dilimizin orfoqrafiyası ilə orfoepiyası arasında ümumi və ayrılan cəhətlər vardır. Fərqlənən çəhətlər orfoepiyanın xüsusiyyətləri ilə bağlıdır. Bu xüsusiyyətlər, başlıca olaraq, aşağıdakılardan ibarətdir:

1. Ədəbi tələffüzün əsas prinsipi tələffüzdə ağırlıq törədən, kobud səslənən, dilin ahənkini pozan cəhətlərdən qaçmaq, asanlıqla, sürətlə tələffüz edilən və zərif, incə, gözəl səslənən cəhətləri saxlamaqdan ibarət olmalıdır. Orfoqrafiyada morfoloji prinsipin tələbi üzrə felin şərt və arzu formaları keçmiş zamanda iki variantlı şəkilçilərlə (-sa, -sə, -a, -ə) verilirsə; məs.: alsa idi, gəlsə idi, ala idi, gələ idi, orfoepiyada –say 2 , -ay 2 -lə ifadə olunur, alsaydım, alaydım

2. Orfoepiyada ümumxalq danışıq xüsusiyyəti daşıyan cəhətlərə yer verilir, dar dialekt xüsusiyyətləri isə nəzərə alınmır.

Məlum olduğu üzrə, orfoqrafiya morfoloji prinsipdən çıxış edərək assimilyasiya hadisəsinə yol vermir, orfoepiyada isə, bunun əksinə olaraq, assimilyasiyadan geniş surətdə istifadə edilir. Lakin elə assimilyasiya tipləri vardır ki, onlar dar dialekt xüsusiyyəti daşıyır. Əlbəttə, assimilyasiyanın bu tipləri orfoepiyaya daxil ola bilməz. Məsələn, -lar şəkilçisi n səsi ilə bitən sözlərdən sonra gəldikdə ümumxalq danışıq xüsusiyyəti daşıyır və ədəbi tələffüzə daxil olur (danışannar, qalannar, odunnar və s.); lakin bu şəkilçi m səsindən sonra gəldikdə, məs.: adamnar dar dialekt xüsusiyyəti daşıdığı üçün orfoepiyaya daxil ola bilmir və bu söz yazıldığı kimi (adamlar) tələffüz olunur.

3. Orfoepiyada saitlərin uzun və qısa tələffüzü xüsusi əhəmiyyətə malikdir.

4. Şəkilçilərin tələffüzündə də ahəng qanunu əsasən gözlənir; lakin orfoepiyanın prinsipləri ilə əlaqədar olaraq bəzi şəkilçilərin tələffüzündə ahəng qanunundan kənara çıxma halları nəzərə çarpır.

5. Assimilyasiya və səs düşümü hadisəsi şifahi dilin xüsusiyyəti ilə bağlı olduğu üçün bunlar orfoepiyada daha geniş yer tutur.

A səsi arxa sırada, geniş və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və axırında təsadüf edilir; məs.: alma, ata, bağlar, alacağ və s.

Bəzi ərəb və fars mənşəli sözlərdə a səsi uzun tələffüz olunur; məs.: ma:ş, sa:t, da:va, Sa:bir, a:li, şa:gird. a:şiq, a:ram, a:hu və s.

y səsi özündən əvvəl gələn geniş (açıq) saiti dar (qapalı) saitə çevirir; buna görə də şəkilçilərdə y səsindən əvvəl gələn geniş a səsi y səsinin təsiri altıda dar ı səsinə keçir; məs.: anıya, almıyacağ, başdıyar, bağlıyır, danlıyır və s.

Saitlə bitib, digəri isə saitlə başlanan iki sözün birləşməsindən əmələ gəlmiş mürəkkəb sözlərdə iki geniş saitin yanaşı tələffüzü qeyri-mümkün olur və həmin tərkibdə birinci söz öz vurğusunu itirdiyi üçün onun son səsi (a saiti) tələffüz edilmir; məs.: Ağəli, Baləli, xaloğlu və s.

Sözün axırıncı y səsindən sonra gələn a səsi ismin yönlük halında iki y səsinin arasında tamamilə darlaşır və tələffüz edilmir; məs.: qayya (qayaya).

Tələffüzdə orada, burada yer zərflərində r səsindən sonra gələn a səsi deyilmir; məs.: orda, burda.

Ə səsi ön sırada, keniş və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. Ə səsinə tələffüzdə sözün əvvəlində, ortasında və axırında rast kəlmək mümkündür; məs.: əl, nənə, dərələr, dədəmə, kəlmə və s.

Bəzi ərəb və fars mənşəli sözlərdə ə səsi uzun tələffüz edilir; məs.: tə:lim, tə:yin, tə:ziq,. tə:rif, bə:zi, mə:lum. Şəkilçilərdə y səsindən əvvəl gələn geniş ə səsi y səsinin təsiri altında dar i səsinə keçir; məs.: dəv i yə, kəlm i yəcəy, işd i yir, dinl i yir və s.

Saitlə bitən və saitlə başlanan sözlərin birləşməsindən əmələ kəlmiş mürəkkəb sözlərdə iki geniş saitin yanaşı tələffuzü qeyri-mümkün olduğu və tərkibdəki birinci söz öz vurğusunu itirdiyi üçün əvvəlinci sözün ə saiti tələffüz edilmir; məs.: Mirzağa, Mirzəli və s.

E səsi ön sırada, dar və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. Bu səs tələffüzdə də ancaq sözün birinci hecasında özünü göstərir; məs.: yeişy, sel, demə, eşit və s.

Ə səsi ilə bitən və e səsi ilə başlanan sözlər bitişik tələffüz edildikdə ə səsi deyilmir və e səsi uzun tələffüz olunur; məs.: ne:dim (nə edim).

Q e y d. Bəzən ikinci sözün əvvəlində y səsi deyildiyindən e səsi adi şəkildə tələffüz edilir; məs.: neyliyim (nə eləyim).

Ərəb və fars mənşəli sözlərdə e səsi bəzən uzun tələffüz edilir; məs.: e:tibar, e.tiraz, e:lan, e:tina və s.

I səsi arxa sırada, dar və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. Bu səsə tələffüzdə ancaq sözün ortasında və axırında təsadüf edilir; məs.: qırmızı, qış, sarı və s.

Vurğunun son hecaya düşməsi nəticəsində sözün birinci hecasında ı səsi qısa tələffüz olunur; məs.: qıfıl, qızdırma, tısbağa və s.

Bəzi sözlərə saitlə başlayan şəkilçilər qoşulduqda, vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində, sözün axırıncı hecasındakı ı səsi tələffüz edilmir; məs.: ağız-ağza, ağzı, ağzım, alın-alnı, alnın və s.

Sözün axırında y səsindən sonra gələn ı səsi ismin yönlük halında iki y səsinin arasında darlaşır və çox zəif tələffüz edilir; məs.: ayıya-ayıya, dayıya- dayıya və s.

Saitlə bitən və saitlə başlanan sözlərdən əmələ gəlmiş mürəkkəb sözlərdə birinci söz vurğusunu itirdiyi üçün onun axırında olan ı səsi qısa tələffüz edilir; məs.: dayıoğlu, bacıoğlu və s.

İ səsi ön sırada dar və dodaqlanmayan vəziyyətdə tələffüz olunur. İ səsinə tələffüzdə sözün əvvəlində, ortasında və axırında rast gəlmək mümkündür; məs.: iş, diş, tik, iri, iti və s.

Sözün birinci vurğusuz hecasında i səsi qısa tələffüz olunur; məs.: kiçiy, kişi, dişdəmə, piti, pişiy və s.

Bəzi ərəb mənşəli sözlərdə i uzun tələffüz olunur; məs.: vəsi:qə, ni:zə, vi:ran, Vəsi:lə, Mədi:nə və s.

Bəzi sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində sözün axırıncı hecasındakı i səsi tələffüz edilmir; məs.: şəkil-şəklə, şəkli; sinif-sinfin, sinfə, sinfimiz, Misir-Misrə və s.

O səsi arxa sırada, geniş və dodaqlanan vəziyyətdə tələffüz olunur. Bu səsə, bir neçə söz müstəsna olmaqla, sözün ancaq birinci hecasında təsadüf edilir; məs.: boyun, boğça, dodaq, toyuq, pozmaq və s.

Ö səsi ön sırada, geniş və dodaqlanan vəziyyətdə tələffüz olunur. Bu səsə də bir neçə söz müstəsna olmaqla, sözün ancaq birinci hecasında təsadüf edilir; məs.: öz, döşəy, sökməy, döyməy və s.

Usəsi arxa sırada, dar və dodaqlanan vəziyyətdə tələffüz olunur.

U səsinə sözün əvvəlində, ortasında və axırında təsadüf edilir; məs.: uzun, uduş, quru, quzu və s.

Bəzi ərəb mənşəli sözlərdə söz ortasında u səsi uzun tələffüz olunur; məs.: xüsu:si, Füzu:li, tu:fan və s.

Sözün vurğusuz birinci hecasında u səsi qısa tələffüz olunur; məs.: bulaq, bucaq, budağ, buzov və s.

Bəzi sonor səslərlə bitən ikihecalı sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda sözün axırıncı hecasındakı u səsi vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində tələffüz edilmir; məs.: burun-burnu, oğul-oğlu, oğlum və s.

Ü səsi ön sırada, dar və dodaqlanan vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və axırında rast kəlmək mümkündür; məs.: üzüm, ütü, üzüy, üzməy və s. Sözün vurğusuz birinci hecasında ü səsi qısa tələffüz olunur; məs.: tüfəng, qüzey, düşmən, bütün, bürün, düyün, tüstü və s.

Sonor saitlərlə bitən bəzi sözlərə saitlə başlanan şəkilçi qoşulduqda vurğunun şəkilçi üzərinə keçməsi nəticəsində sözün axırıncı hecasındakı ü səsi deyilmir; məs.: ömür-ömrün, ömrə, ömrü, zülüm- zülmün, zülmə, zülmü və s.

H səsi boğazda sürtünən və kar vəziyyətdə tələffüz olunur. Bu səsə daha çox alınma sezlərdə, sözün əvvəlində, ortasında və axırında təsadüf edilir; məs.: heyva, hörüy, hörümçəy, hürməy, hürkməy, hesab, hərdən, heykəl, həsən, Hüqo, Hekel, yəhər, öhdə, söhbət, töhmət, təshih, iştah, şah, gah və s.

Qsəsi dil arxasında, partlayan və cingnltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində və ortasında rast kəlmək olar; məs.: qazan, qarğa, qar, qoz, qərar, qayda, qanun, ucqar, yəqin, tənqid, intiqam, diqqət, toqqa, saqqal, doqquz, saqqız və s.

Söz ortasında işlənən qoşa q samitindən birinci bir qədər kar tələffüz olunur; məs.: baqqal, naqqa və s.

Sonundakı q samiti x çalarlığında tələffüz olunan sözlərə samitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz qoşulduqda q səsi yenə x çalarlığında tələffüz olunur. Lakin belə sözlərə saitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz qoşulduqda qəvəzinə ğ tələffüz olunur; məsələn papaq — papax — papaxçı. papaxsatan, papax — papağın dərisi, papağ aldım və s.

Q samiti aşağıdakı məqam və şəraitdə adi halda, məxrəcinə müvafiq, aydın tələffüz olunmalıdır:

a) Söz başında:

  1. 1. Saitdən əvvəl: qal, qazan, qeyd, qeyrət, qəlb, qəşəng, qiyam, qiymət, qırmızı, qol, qonaq, qönçə, quş, qucaq, qütb, qüvvə və s.
  2. 2. Samitdən əvvəl: qram, qrip, qrup, qvardiya və s.

b) Söz ortasında:

  1. 1. Saitlər arasında: xaqan, laqeyd, əlaqə, naqis, vaqon, hüquq, həqiqət, füqəra, intiqam, məqam və s.
  2. 2. Saitlə cingiltili samit arasında: İqlim, miqdar, nəqliyyat, təqdim, əqrəb, əqrəba və s.
  3. 3. Cingiltili sonor samitlə sait arasında: manqal, tonqal, ilqar, yonqar, inqilab, manqa, çınqıl və s.
  4. 4. Kar samitlə sait arasında: çaşqın, sısqa, asqırmaq, hıçqırmaq, aşqar, dəhqan, təhqir, təhqiq və s.
  5. 5. Qoşa q-dən ikincisi: hoqqa, toqqa, saqqal, baqqal və s.

Q samiti bir sıra sözlərdə məqam və şəraitdən asılı olaraq aşağıdakı çalarlıqda tələffüz olunmalıdır.

a) karlaşmış halda -q çalarlığında tələffüz olunmalıdır:

  1. 1. Söz ortasında kar samitdən əvvəl yanaşı gələrsə: nöqtə, nəqş, iqtibas, iqtisad, nöqsan, rəqs, iqtidar, məqsəd və s.
  2. 2. Söz ortasında qoşa q-dan birincisi: toqqa, çaqqal, baqqal və s.
  3. 3. Təkhəcalı sözlərin sonunda: irq, şərq, fərq, zövq, şövq, məşq, fövq, dınq, danq və s.
  4. 4. Çoxhecalı alınma sözlərin sonunda: məntiq, ittifaq, natiq, aşiq, şəfəq, məxluq, tədqiq, istintaq, filoloq və s.

b) Çoxhecalı əsil Azərbaycan sözlərinin, eləcə də çoxdan azərbaycancalaşmış bir sıra alınma sözlərin sonundakı q səsi x çalarlığında tələffüz olunmalıdır: qabax (qabaq), uzax (uzaq), papax (papaq), otax (otaq), torpax (torpaq), çırax (çıraq), çanax (çanaq), aşıx (aşıq), çomax (çomaq).

Qeyd: Sonundakı q samiti karlaşmış halda tələffüz olunan sözlərə samitlə başlanan şəkilçi bitişdirildikdə və ya söz qoşulduqda q-nin tələffüzü eynən qalır, lakin saitlə başlanan şəkilçi bitişdirildikdə, söz qoşulduqda sondakı q səsi əslinə uyğun cingiltili tələffüz olunur, məsələn: ittifaq — ittifaqdan, ittifaqda, ittifaqın, dəqiqdəqiq deyil, dəqiq olmalı və s.

Xsəsi dil arxasında, kar vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və təkhecalı sözlərin axırında təsadüf edilir; məs.: xal, xalça, xalis, yaxa, yuxu, taxça, ilxı, yox, çox, tox, bax, tax və s.

Ğ səsi dil arxasında, sürtünən və çingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün ortasında və axırında rast gəlmək mümkündür; məs.: qarğı, yorğa, yağ, bağ, buğ, sağ, sağlam, torpağ, yarpağ, yazmağ, oxumağ və s.

Məlum olduğu üzrə, yazıda q ilə bitən çoxhecalı sözlərin axırında bəzən x, bəzən də ğ eşidilir, lakin ğ səsi nisbətən çox işlədilir, belə sözlərin axırındakı x səsinin saitlə başlanan şəkilçidən əvvəl ğ səsinə çevrildiyini də nəzərə alaraq, orfoepiyada, həmin sözlərə sonu ğ ilə tələffüz edilən sözlər kimi baxmaq daha məqsədəuyğundur; məs.: torpağ-torpağa, torpağı, torpağımız, torpağda, torpağdan, yazmağ-yazmağa, yazmağda və s.

Ke səsi dil ortasında, partlayan və kar vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və təkhecalı sözlərin axırında təsadüf edilir; məs.: kök, tikməy, tülkü, kələm, sök, tük, mülk, kitab və s.

Çoxhecalı sözlərin axırında da, yazıdan fərqli olaraq, yax(ih), ya g, ya da y tələffüz olunur. Lakin aparılan müşahidələr köstərir ki, həmin sözlərin y ilə tələffüzünə üstünlük verilir. Bundan əlavə, iki sait arasında da y səsi deyildiyindən çoxhecalı sözlərin axırında y səsinin tələffüzü məqsədə daha uyğundur; mə.s.: inəy-inəyə, inəyi, inəysiz, inəydə, inəydən; gəlməyə-gəlməyi, gəlməydə* və s.

* Q e y d: Yazıda «q» səsilə bitən çoxhecalı sözlərin axırında bəzən «x», bəzən «ğ»; «k» səsi ilə bitənlərin axırında isə ya «x» (ih). ya da «y» şəklində tələffüz müşahidə edilir. Bu variantların hər ikisini doğru hesab etmək olar. Lakin saitlə başlanan şəkilçidən əvvəl «q» səsinin «ğ» səsinə, «k» səsinin «y» səsinə keçməsini nəzərə alaraq orfoepiya sözlüyündə də «ğ»«y» variantının saxlanılmasını məsləhət bildik.

Ka səsi dil arxasında, partlayan və kar vəziyyətdə tələffüz olunur. Bu səsə rus dilindən alınan sözlərdə sözün əvvəlində, ortasında və sözün axırıpcı hecasında təsadüf olunur; məs.: traktor, kabinet, leksika, fonetika, texnika, mexanika və s.

Ərəb mənşəli bəzi sözlərin axırında k səsi tələffüz edilir; mos.: hak, təsdik, ittifak, aşik, üfük, şəfək və s.

G səsi dil ortasında, partlayan və cingiltili vəziyyətdə tələffüz olunur. Bu sözə sözün əvvəlində, ortasında, sonunda və sözün axırıncı hecasında rast gəlmək mümkündür. Söz axırında n səsi ilə birlikdə gələn g səsi bir qədər kar (k səsinə yaxın) tələffüz olunur; məs.:zəng, pələng, tüfəng, fişəng və s.

Y səsi dil ortasında, sürtünən və cingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və axırında rast kəlmək mümkündür; məs.: yük, yağ, iynə, düymə, yay, ay, küləy, dirəy, getməy və s.

T səsi dil önündə, partlayan və kar vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və təkhecalı sözlərin axırında təsadüf edilir; məs.: tor, tər, tir, ton, tütün, sütül, titrəmə, iti, ot, it, at, yat və s.

Bəzi alınma sözlərin axırında gələn t səsi samitlə başlanan şəkilçidən və ya sözdən əvvəl tələffüz edilmir; məs.: doslar (dostlar), sərbəs (sərbəst), nefçi (neftçi) və s.

D səsi dil önündə, partlayan və cingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və axırında rast gəlmək olar; məs.: diş, darı, diz, deməy, Qədir, dad, yad və s.

Sonu d ilə bitən sözlərdən sonra samitlə başlanan şəkilçi və ya söz gəldikdə həmin d səsi karlaşmış şəkildə (t səsi kimi) tələffüz olunur; məs.: kənddən, kənd müəllimi, qənddir, bulud kəlir, qəndsiz və s.

İrəli assimilyasiya nəticəsində şəkilçinin birinci səsi olan d səsi n səsi ilə əvəz olunur; məs.: mənnən, sənnən, yerinnən, gedənnən, axşamnan, qolumnan, dilinnən, dilimnən və s.

S səsi dil önündə, sürtünən və kar vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və təkhecalı sözlərin axırında təsadüf edilir; məs.: sən, siz, Solmaz, Sevil, sarı, susmaq, dəsmal, Yasəmən, yasdığ, kasa, isti, tas, yas, bas və s.

Ərəb mənşəli çoxhecalı sözlərin axırında s səsi özünü göstərir; məs.:iclas, təsis, ixtisas, mütəxəssis və s.

Z səsi dil önündə, sürtünən və cingiltili vəziyyətdə tələffüz olunur. Z səsinə sözün önündə, ortasında və axırında rast gəlirik; məs.: zəli, zəfəran, zökəm, zəlzələ, azad, azar, əzməy, əziz, saz, köz, qaz və s.

Çoxhecalı sözlərin axırında z səsi samitlə başlayan şəkilçidən və sözdən əvvəl bir qədər kar tələffüz olunur; məs.: almazdan, almaz mədəni, Araz çayı, dayazdır, xoruz səsi və s.

Ş səsi dil önündə, sürtünən və kar vəziyyətdə tələffüz olunur. Ş səsi sözun əvvəlində, ortasında və axırında işlənir; məs.: şal, şalvar, qaşıq, yaşıd, işığ, baş, daş, qaş, qarış, barış, yarış. və s.

J səsi dil önündə, sürtünən və cingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə bir sıra alınma sözlərin əvvəlində və ortasında rast gəlmək olar; məs.: jaket, jilet, jandarma, jarqon, əjdaha, Əjdər, jüri, jurnal və s.

Ç səsi dil önündə, partlayan və kar vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və təkhecalı sözlərin axırında təsadüf edilir.; məs.: çadır, çay, çeşmə, çaşmaq, açar, saçağ, parça, iç, üç, ölçü, açmağ, qaçmağ, keçməy, keçid və s.

Dissimilyasiya nəticəsində sözün axırında gələn ç səsi d səsi qarşısında ş səsinə keçir; məs.: qaşdı, keşdi, aşdı, işdi və s.

C səsi dil önündə, partlayan və cinkiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və axırında təsadüf edilir; məs.: cavan, can, calamaq, qoca, yonca, uca, ac, sac, güc, tac və s.

Çoxhecalı sözlərin axırında c səsi bir qədər kar (ç səsinə oxşar) tələffüz olunur; məs.: ağac, yalavac, çəkic, kərpic, qılınc və s.

Dissimilyasiya nəticəsində sözün axırında gələn c səsi d səsi qarşısında j səsi ilə əvəz olunur; məs.: ağajdar, ağajda, bijdiy (bic), güjdü, kərpijdən və s.

N səsi dil önündə, burunda və cingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və axırında rast gəlmək mümkündür; məs.: nənə, naziy, Nazlı, nanə, qonşu, yan, don, yon, yun və s.

Geri assimilyasiya nəticəsində sözün ortasında və axırında gələp n səsi m səsi ilə əvəz olunur; məs.: zəmbil, sümbül, şəmbə, Qəmbər, kümbəz, təmbəki, ombir, ombeş, dimməz, bəyəmmir, dimmə və s.

L səsi dişdə, süzgüp və cingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və axırında rast kəlmək mümkündür; məs.: lil, limon, lif, lalə, yoldaş, yalnız, dil, bilməy, il və s.

Tələffüzdə dəyişikliyə daha çox məruz qalan səslərdən biri də L səsidir. Bu səs assimilyasiya nəticəsində t, d, s, z, ş, n, m, r səslərindən sonra həmin səslərə, ya da məxrəccə bunlara yaxın olan səslərə keçir.

1) t, d, s, z, ş səsləri ilə bitən sözlərə L səsi ilə başlanan şəkilçilər qoşulduqda, L səsi d səsi ilə əvəz olunur; məs.:atdar, otdar, otduğ, rahatdığ, dö:lətdi, addı, daddı, süddü, səsdər, hirsdəndi, qızdar, bizdər, təmizdiy, duzdu, gözdədim, işdə, başda, qaşdar, daşdar, qışdağ, yoldaşdar və s.

2) n səsi ilə bitən sözlərə L səsi ilə başlanan şəkilçilər qoşulduqda L səsi n səsi ilə əvəz olunur; məs.: oğlannar, gəlinnər, xannar, odunnar, insannar, aydınnığ, sinni, vijdannı, bulannığ, yamannığ və s.

3) r səsi ilə bitən sözlərə L səsi ilə başlanan şəkilçilər qoşulduqda L səsi r səsi ilə əvəz olunur; məs.:qarrı, varrı, narrar, fərri, azarrı, şəhərri, ağırrığ, hünərri və s.

R səsi yuvaqda, süzgün və cingiltili vəziyyətdə tələffüz olunur. R səsinə sözün əvvəlində, ortasında və axırında rast gəlmək olar; məs.: rica, rayon, Rəhim, radio, ruh, arx, Araz, arzu, darısqal, yar, darı, nar, tar və s.

İndiki və qeyri-qəti kələcək zamanın III şəxs cəmində -lar şəkilçisindən əvvəl gələn r səsi assimilyasiya nəticəsində L səsinə keçir; məs.: alıllar, oturallar, gəlillər, bilillər və s.

F səsi diş və dodaqda, sürtünən və kar vəziyyətdə tələffüz olunur. Bu səsə alınma sözlərdə sözün əvvəlində, ortasında və axırında rast gəlmək olar; məs.: fərə, fəhlə, fason, fanar, təftiş, dəftər, səfər, torf, tərif, saf və s.

V səsi diş və dodaqda, sürtünən və cinkiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözlərin əvvəlində, ortasında və təkhecalı sözlərin axırında rast gəlmək mümkündür; məs.: var, ver, vur, vəlvələ, talvar, ov, qov və s.

P səsi qoşa dodaqda, partlayan və kar vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və təkhecalı sözlərin axırında təsadüf edilir; məs.: papağ, yarpağ, paltar, palçığ, qarpız, pul, sap, ip, top və s.

B səsi qoşa dodaqda, partlayan və cingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və axırında rast gəlmək mümkündür; məs.: bal, bala, yaba, çoban, daban, qab, boşqab və s.

Çoxhecalı sözlərin və şəkilçilərin axırında b səsi bir qədər karlaşır (p səsinə oxşar); məs.: kabab, qutab, corab, kitab, hesab, alıb, gəlib və s.

M səsi qoşa dodaqda, burunda və cingiltili vəziyyətdə tələffüz olunur. Bu səsə sözün əvvəlində, ortasında və axırında rast gəlirik; məs.: mən, min; Mirzə, pambığ, saman, şam, dam, adam və s.

Tələffüzdə şəkilçilər əsasən ahəng qanununa tabe olur. Bununla yanaşı, bəzi hallarda söz əsasının son samitinin təsiri altında şəkilçinin əvvəlinci samiti assimilyasiya hadisəsinə uğrayır (bu hal xüsusən L səsi ilə başlanan şəkilçilərə aiddir).

SÖZDÜZƏLDİCİ ŞƏKİLÇİLƏRİN TƏLƏFFÜZÜ

1. -çı, -çi, -çu, -çü: çayçı, əməyçi, quşçu, döyüşçü və s.

2. -lı, -li, -lu, -lü, -dı, -di, -du, -dü, -rı, -ri, -ru, -rü, -nı, -ni, -nu, -nü: yağlı, irəli, yuvalı, yüklü, gilli, qollu, atdı, ətdi, duzdu, süddü, narrı, tərri, nurru, ömürrü, qannı, sinni, enni, yunnu, yönnü və s.

3. -lığ, -liy, -luğ, -lüy, -dığ, -diy, -duğ, -duy, -rığ, -riy, -ruğ, -rüy, -nığ, -niy, -nuğ, -nüy:atalığ, meşəliy, qumluğ, üzümlüy, ağajdığ, tərsdiy, otduğ, döşdüy, narrığ, tərriy, zorruğ, ömürrüy, aydınnığ, dənniy, odunnuğ, gönnüy və s.

4. -cığ, -ciy, -cuğ, -cüy: uşaqcığ, evciy, quzucuğ, gözcüy və s.

5. -cığaz, -ciyəz, -cuğaz, -cüyəz: uşaqcığaz, gəlinciyəz, quşcuğaz, gözcüyəz və s.

6. -ça, -çə: meydança, bağça, dəftərçə və s.

7. -lağ, -dağ: çaylağ, yaylağ, qışdağ və s.

8. -daş: yoldaş, sirdaş, əməkdaş və s.

9. -ca, -cə: düşüncə, əyləncə və s.

10. -ciy: körpəciy, kiçiciy və s.

11. -ımtıl, -umtul: sarımtıl, bozumtul və s.

12. -rağ, -rəy: yaxşırağ, gödərəy və s.

13. -sız, -siz, -suz, -suz: başsız, dilsiz, duzsuz, sözsüz və s.

14. -ı, -i, -u, -ü: yazı, çəki, qorxu, sürü.

15. -ıcı, -ici, -ucu, -ücü: atıcı, bilici, qurucu, sürücü və s.

16. -ğı, -ğu, -gi, -kü, -ki: çalğı, asğı, silgi, duyğu, pusğu, itki, içki, seçki və s.

17. -ım, -im, -um, -üm: atım, geyim, udum, bölüm və s.

18. -ığ,-iy, -uğ, -üy, -ağ, -əy: qalığ, biliy, buruğ, hörüy, yatağ, kəsəy və s.

19. -ış, -iş, -uş, -üş: yarış, gediş, gəliş, duruş, görüş və s.

20. -ın, -in: axın, sağın, biçin, əkin və s.

21. -ıntı, -inti, -untu, -üntü: axıntı, tikinti, ovuntu, töküntü və s.

22. -ınc, -inc, -unc, -ünc: qaxınc, qorxunc, sevinc, gülünc və s.

23. -ma, -mə: qazma, süzmə və s.

24. -ğın, -gin: yanğın, gərgin və s.

25. -acağ, -əcəy: çapaçağ, siləcəy və s.

26. -anağ, -ənəy: tozanağ, döyənəy və s.

27. -ır, -ir: yatır (dövlət),gəlir (mədaxil) və s.

28. -ğan: yapışğan, qudurğan və s.

29. -mağ: qazmağ, cırmağ və s.

30. -gə: supürgə, döngə və s.

31. -gəc: süzgəc, üzgəc və s.

SÖZDƏYİŞDİRİCİ ŞƏKİLÇİLƏRİN TƏLƏFFÜZÜCəm şəkilçisi

Cəmlik bildirən -lar, -lər şəkilçisi tələffüzdə müxtəlif şəkildə özünü göstərir; belə ki, t, d, s, z, ş, r, n səsləri ilə bitən sözlərdən sonra assimilyasiya nəticəsində dəyişilir və aşağıdakı şəkildə tələffüz edilir: -lar, -lər, -dar, -dər, -rar, -rər, -nar, -nər: uşağlar, adamlar, atdar, kolxozdar, itdər, daşdar, dərsdər, narrar, yerrər, qadınnar, gəlinnər və s.

Hal şəkilçiləri yazıda olduğu kimi, tələffüzdə də, əsasən, eyni şəkildə işlənir. Lakin fərq sonu m, n səsləri ilə bitən sözlərə ismin çıxışlıq halında

-nan, -nən şəkilçilərinin qoşulması ilə meydapa çıxır.

Yiyəlik hal. -ın, -in, -un, -un (samitlə bitənlərdə): kitabın, ətin, unun, bütün və s.: -nın, -nin, -nun, -nün (saitlə bitənlərdə): atanın, Əlinin, qutunun, ütünün və s.

Yönlük hal. -a, -ə (samitlə bitənlərdə), -ya, -yə (sait lə bitənlərdə): kitaba, quşa, evə, çölə, quzuya, körpüyə və s.

Təsirlik hal. -ı, -i, -u, -ü (samitlə bitənlərdə), -nı, -ni, -nu, -nü (saitlə bitənlərdə): atı, iti, otu, südü və s.; qapını, əlini, qutunu, düyünü və s.

Yerlik hal. -da, -də: otağda, dəftərdə və s.

Çıxışlıq hal. -dan, -dən, -nan, -nən: anadan, işdən, sürüdən, nənəmnən, nənənnən, işimnən, işinnən, bostannan, meydannan və s.

Tələffüzdə də mənsubiyyət şəkilçiləri yazıda olduğu kimidir. Lakin saitlə bitən əsaslardan sonra gələn I və II şəxs cəmin mənsubiyyət şəkilçilərinin ilk saiti qısa tələffüz edilir.

I şəxs təkdə: -ım, -im, -um, -üm (samitlə bitənlərdə), -m (saitlə bitənlərdə); məs.: kitabım, qələmim, quşum, gözüm, anam, nənəm və s.

I şəxs cəmdə: -ımız, -imiz, -umuz, -ümüz (samitlə bitənlərdə), -mız, -miz, -muz, -müz (saitlə bitənlərdə); məs.: atımız, işimiz, qolumuz, sözümüz, atamız, nənəmiz və s.

II şəxs təkdə: -ın, -in, -un, -ün (samitlə bitənlərdə), -n (saitlə bətənlərdə), məs.: başın, əlin, qollun, gözün, atan, məqalən və s.

II şəxs cəmdə: -ınız, -iniz, -unuz, -ünüz (samitlə bitənlərdə), -nız, -niz, -nuz, -nüz (saitlə bitənlərdə); məs.: ayağınız, beliniz, yurdunuz, sözünüz, yazınız, nənəniz, yuxunuz, sürünüz və s.

III şəxs tək və cəmdə: -ı, -i, -u, -ü (samitlə bitənlərdə), -sı, -si, -su, -sü (saitlə bitənlərdə); məs.: papağı, işi, qolu, gözü, yazısı, nəvəsi, quzusu, ütüsü.

Xəbər şəkilçilərinin işlənməsində yazıdan fərqli olaraq tələffüzdə gözə çarpan xüsusiyyət II şəxs cəmdə -sınız, -siniz, -sunuz, -sünüz şəkilçilərnin əvəzinə -sız, -siz, -suz, -süz şəkilçilərinin işlənməsidir.

I şəxs təkdə: -am, -əm (samitlə bitənlərdə), -yam, -yəm (saitlə bitənlərdə); məs.: qardaşam, ma:vinəm, yaxşıyam, mənəm, işçiyəm, tələbəyəm, tələbeyəm*, yazıram, kələcəyəm.

* Q e y d: Geniş damaq saitləri ilə (a, ə) bitən sözlərə I şəxs xəbərlik şəkilçiləri qoşulduqda sözün axırında olan a, ə səsləri y səsinin təsiri altında dar e səsinə keçir.

I şəxs cəmdə: -ığ, -iy, -uğ, -üy (samitlə bitənlərdə), -yığ, -yiy, -yuğ, -yüy (saitlə bitənlərdə); məs.: qardaşığ, ma:viniy, yaxşıyığ, ovçuyuğ, qaçırığ, görəriy, oxuyuruğ və s.

II şəxs təkdə: -san, -sən; məs.: qardaşsan, işçisən, yaxşısan, sənsən, tələbəsən və s.

II şəxs cəmdə: -sız, -siz, -suz, -süz; məs.: qardaşsız, almısız, tələbəsiz, ovçusuz, yorğunsuz, görmüsüz, qurursuz və s.

III şəxs tək və cəmdə: -dır, -dir, -dur, -dür; məs.: qardaşdır, tələbədir, qulluğçudur, alacaqdır, almışdır və s.

Xəbərlik kateqoriyasının inkarı deyil zərfi ilə ifadə olunur; məs.: tələbə deyiləm, deyilsən, deyildir, deyilik, deyilsiz.

Xəbərlik kateqoriyasının keçmişi tələffüzdə samitlə bitənlərdə -dı, -di, -du, -dü, -mış, -miş, -muş, -müş, saitlə bitənlərdə isə -ydı, -ydi, -ydu, -ydü, -ymış, -ymiş, -ymuş, -ymüş şəkilçiləri ilə ifadə olunur; məs.: adamdı, məllimdi, turşudu, ateydı, nəveydi, qoruqçuydu, gözətçiydi, döyüşçüydü, qurtmuş, tələbeymiş, planmış, dəcəlmiş, savadlıymış, işgüzarmış, odunçuymuş, döyüşçüymüş və s.

Sıra say şəkilçiləri

Sıra say şəkilçiləri də tələffüzdə yazıda olduqu kimi -ıncı, -inci, -uncu, -üncü (samitlə bitənlərdə), -ncı, -nci (saitlə bitənlərdə) şəkilçiləri ilə ifadə olunur; məs.: qırxıncı, birinci, onunçu, üçüncü, yeddinci.

Felin inkar şəkilçiləri

Ədəbi tələffüzdə də felin inkar şəkilçiləri yazıda olduqu kimi -m, -ma, -mə şəkilçiləri ilə ifadə olunur. Lakin bu şəkilçilərdən sonra y səsi ilə başlanan şəkilçilər gəldikdə y səsinin təsiri altında şəkilçinin a səsi ı səsi ilə, ə səsi isə i səsi ilə əvəz olunur; məs.: almır, gəlmir, yazmamış, gəlməmiş, yazmıyacağ, gəlmiyəcəy və s.

Felin zaman şəkilçiləri

Şühudi keçmiş: -dı, -di, -du, -dü: aldı, gəldi, oxudu, gördü.

Nəqli keçmiş: -mış, -miş, -muş, -müş; almış, gəlmiş, durmuş, döymüş və s.

Nəqli keçmişin II şəxs tək və cəmində tələffüzdə zaman şəkilçisinin sonunda gələn ş səsi düşür və zaman şəkilçiləri -mı, -mi, -mu, -mü ilə ifadə olunur; məs.: dözmüsən, yazmısız, demisiz, durmusuz, düşmüsüz və s.

Bundan əlavə, nəqli keçmiş (birinci şəxsdən başqa) -ıb, -ib, -ub, -üb şəkilçiləri ilə də ifadə olunur; məs.: alıbsan, gəlibsən, alıbsız, gəlibsiz, alıb, gəlib və s.

İndiki zaman: ır,-ir,-ur, -ür (samitlə bitənlərdə); -yır, -yir, -yur, -yür (saitlə bitənlərdə); məs.: atır, deyir, durur, görür, oynuyur, gözdüyür, quruyur, durulur.

Qəti gələcək zaman: -acağ, -əcəy (samitlə bitənlərdə), -yacağ, -yəcəy (saitlə bitənlərdə); məs.: danışacağ, gəzəcəy, oxuyacağ, gözdiyəcəy, deyəcəy və s.

Qeyri-qəti gələcək zaman: -ar, -ər (samitlə bitənlərdə), -yar, -yər (saitlə bitənlərdə); məs.: yıxar, tikər, axar, içər, başdıyar, işdiyər, bürüyər, gözdiyər.

Xəbər formasının hekayəsinin şəkilçiləri

Xəbər formasının hekayəsi -dı, -di, -du, -dü şəkilçiləri ilə ifadə olunur; məs.: danışırdı, almışdı, gedəcəydi, oxuyardı, görərdi və s.

Xəbər formasının rəvayəti -mış, -miş, -muş, -müş şəkilçiləri ilə ifadə olunur; məs.: yazırmış, getmişmiş, deyəcəymşi, oxuyarmış və s.

Felin forma şəkilçiləri

Əmr formasının şəkilçiləri

I şəxs təkdə: -ım, -im, -um, -üm (samitlə,bitənlərdə), -yım, -yim, -yum, -yüm (saitlə bitənlərdə); məs.: alım, gedim, qurum, görüm, başyım, işdiyim, oxuyum, bürünüm və s.

I şəxs cəmdə: -ağ, -əy (samitlə bitənlərdə), -yağ, -yəy (saitlə bitənlərdə); məs.: yayağ, gedəy, başyağ, işdiyəy və s.

II şəxs cəmdə: -ın, -in, -un, -ün (samitlə bitənlərdə) -yın, -yin, -yun, -yün (saitlə bitənlərdə); məs.: açın, tikin, durun, hörün, bağlıyın, işdiyin, qoruyun, bürüyün və s.

III şəxs tək və cəmdə: -sın, -sin, -sun, -sün; məs.: qalsın, getsin, uçsun, görsün, oxusun, düşünsün, başdasın, işsin və s.

Arzu formasının şəkilçiləri

Tələffüzdə arzu formasının keçmişinin işlənməsində gözə çarpan xüsusiyyət bupdan ibarətdir ki, burada yazıdan fərqli olaraq, forma şəkilçisi bir cür, yəni sözün ahənginə tabe olmayaraq -ey şəklində işlənir.

İndiki zamanda: -a, -ə (samitlə bitənlərdə), -ya, -yə (saitlə bitənlərdə); məs.: yaza, gələ, oxuya, sürüyə və s.

Keçmiş zamanda: -əydi, -aydı, -əymiş, -aymış, -yəydi, -yaydı; məs.: alaydı, gedəydi, yeriyəydi, oxuyaydı, görəydi, sürəydi, qaçaymış və s.

Şərt formasının şəkilçiləri

Tələffüzdə şərt formasının keçmişi –səy şəklində ifadə olunur.

İndiki zamanda: -sa, -sə; məs.: başdasa, görsə, oxusa, bürüsə və s.

Keçmiş zamanda: -səydi, -saydı, -səymiş, -saymış; məs.: alsaydı, getsəydi, oxusaydı, versəymiş, yazsaymış və s.

İndiki zamanda: -malı, -məli; məs.: almalı, gəlməli, oxumalı, görməli və s.

Keçmiş zamanda: -malıydı, -məliydi, -malıymış, -məliymiş; məs.: yazmalıydı, getməliydi, görməliymiş, qaçmalıymış və s.

Lazım formasının şəkilçiləri

İndiki zamanda: -ası, -əsi (samitlə bitənlərdə), -yası, -yəsi (saitlə bitənlərdə); məs.: qazası, verəsi, oxuyası, bürüyəsi və s.

Keçmiş zamanda: -asıydı, -əsiydi, -asıymış, -əsiymiş (samitlə bitənlərdə), -yasıydı, -yəsiydi, -yasıymış, -yəsiymiş (saitlə bitənlərdə); məs.: uçasıydı, gedəsiydi, oxuyasıydı, yeyəsiydi, oxuyasıymış, görəsiymiş və s.

Davam formasının şəkilçiləri

İndiki zamanda: -mağda, -məydə; məs.: yazmağda, getməydə və s.

Keçmiş zamanda: -mağdaydı,-məydəydi, -mağdaymış, -məydəymiş; məs.: qaçmağdaydı, görməydəydi, qalmağdaymış, kəzməydəymiş və s.

Sual şəkilçiləri: -mı, -mi, -mu, -mü; məs.: aldımı, getdimi, oxudumu, gördümü və s.

Feli bağlama şəkilçiləri

1. -ıb, -ib, -ub, -üb (samitlə bitənlərdə), -yıb, -yib, •yub, -yüb (saitlə bitənlərdə); feli bağlama şəkilçilərinin axırdakı b səsi bir qədər kar tələffüz edi- lir; mə s.: alıb, gəlib, oxuyub, bürüyüb, işdiyib və s.

2. -arağ, -ərəy (samitlə bitənlərdə), -yarağ, -yərəy (saitlə bitənlərdə); məs.: qaçarağ, deyərəy, başyarağ, işdiyərəy və s.

3. -anda, -əndə (samitlə bitənlərdə), -yanda, -yəndə (saitlə bitənlərdə); məs.: alanda, gələndə, oxuyanda, sürüyəndə və s.

4. -ınca, -incə, -unca, -üncə (samitlə bitənlərdə), -yınca, -yincə, -yunca, -yüncə (saitlə bitənlərdə); məs.: çıxınca, girincə, uçunca, üzüncə, oxuyunca, görüncə, bilincə, bürüyüncə və s.

5. -dığca, -diycə, -duğca, -düycə; məs.: danışdığca,

dediycə, oxuduğca, gördüycə və s.

6. -dığda, -diydə, -duğda, -düydə; məs.: axtardığda, bildiydə, qurduğda, sökdüydə və s.

7. -dığdan, -diydən, -duğdan, -duydən; məs.: axtardığdan, oxuduğdan, kördüydən və s.

8. -annan, -ənnən sonra; məs.: yazannan sonra, görənnən sonra və s.

9. -madan, -mədən; məs.: almadan, görmədən və s.

10. -mamış, -məmiş; məs.: almamış, getməmiş və s.

11. -arkan, -ərkən (samitlə bitənlərdə), -yarkən, yərkən (saitlə bitənlərdə); məs.: bağlıyarkan, birləşərkən, qaçarkən, yeyərkən və s.

12. -mışkən, -mişkən; məs.: aparmışkən, gətirmişkən və s.

13. -ar, -maz, -ər, -məz; məs.: yazar, yazmaz, kələr, kəlməz və s.

14. -alı, -əli (samitlə bitənlərdə), -yalı, -yəli (saitlə bitənlərdə); məs.: yazalı, gedəli, oxuyalı və s.

15. -anı, -əni; məs.: yazanı, gələni və s.

-mağ, -məy; məs.: yazmağ, görməy, oxumağ və s.

1. -ca, -cə; məs.: məncə, qabağca, rahatca və s.

2. -casına, -cəsinə; məs.: qəhrəmancasına, kommunistcəsinə və s.

3. -cadan, -cədən; məs.: yavaşcadan, öncədən və s.

4. -nən, -nan; məs.: tədricnən, asannığnan və s.

5. -dan, -dən; məs.: çoxdan, tezdən, bərkdən və s.

1. İlə -la, -lə qoşması yazılışından fərqli olaraq tələffüzdə -nan, -nən (samitlə bitənlərdə), -ynan, -ynən (saitlə bitənlərdə) şəklində işlənir. Sonu geniş damaq saitləri ilə bitən sözlərin axırıncı saiti -nan, -nən qoşmasından əvvəl ey kimi tələffüz olunur; məs.: nə ağılnan, kimnən, atnan, nəneynən, quzuynan, ütüynən və s.

2. Üçün qoşması tələffüzdə ahəngə tabe olaraq. -çın, -çin, -çun, -çün şəklində sözə bitişik halda işlənir; məs.: oxumağçın, işdəməyçin, onunçun, özümçün, səninçin və s.

Nə sual əvəzliyi üçün qoşması ilə bitişik deyildikdə ney şəklində tələffüz olunur; məs.: neyçün.

3. -can, -cən; məs.: otağacan, evəcən və s.

4. -dəy; məs.: alanadəy, səhərədəy, indiyədəy və s.

ALINMA SÖZLƏRİN TƏLƏFFÜZÜƏRƏB VƏ FARS MƏNŞƏLİ SÖZLƏRİN TƏLƏFFÜZÜ

1. Ərəbcə və farscada ğ ilə deyilən sözlər tələffüzdə q səsi ilə ifadə olunur; məs.: qalib, qeyrət, qərb, qüssə, qəflət, qəribə və s.

2. Təkhecalı sözlərin sonunda gələn qoşa samitlərdən biri tələffüz olunmur; məs.: zən, zid, rəd sir, tib, fən, xət, həd, həl, his və s.

Belə sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda sözün axırındakı qoşa səslər qalır; məs.: haqqında, ziddinə, xəttin və s.

3. Ərəbcədə sözlərin ortasında i ilə yazılan sözlər tələffüzdə yi ilə ifadə olunur; məs.: ayilə, bayis, dayim, dayirə, mayil, fayiz, xayin və s.

4. Bir qisim ərəbcə və farsca sözlər dilimizin ahənginə tabe edilərək tələffüz olunur, lakin bir qisim sözlər də vardır ki, əslində olduğu kimi, yəni ahənginə tabe edilməyərək tələffüz olunur.

a) ahənkə tabe olanlar; məs.: nahar, zaman, nağıl, naxış, rahat, davam, qadağan, babat, qala, xata, xırman, fağır, farağat, bəxt, bəxtəvər, vərəq, dənə, təqsir, tərəzi, xəmir, xətir və s.

b) ahəngə tabe olmayanlar; məs.: bərabər, qəbul, qərar, zəmanə, xatirə, istirahət, iştaha, səfa, kənar, macəra, güzəran, məhsul və s.

5. Ərəbcə və farsca sözlərin əsasən birinci hecasında gələn ə, i, ü səslərinin tələffüzü.

a) ə səsi ilə tələffüz olunur; məs.: qənaət, əmtəə, nəhayət, rəyasət, səyahət, cəhət və s.

b) i səsi ilə tələffüz olunur; məs.: Vidadi, qiraət, nicat, rica, siyasət və s.

v) ü səsi ilə tələffüz olunur; məs.: Füzuli, fürsət, hücum, şüar və s.

6. Sonu saitlə bitən sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda iki sait arasında n, ys səsləri tələffüz olunur; məs.: sənayenin, sənayeyə, sənayesi, mənbəyi, mənşəyi, taleyi, ixtirası, misrası və s.

7. Əslində sifət şəkilçisi iyyə, məsdər şəkilçisi iyyət və bunların cəmi olan iyyat bir y ilə tələffüz olunur; məs.: maliyə, səviyə, əhəmiyət, cəmiyət, ziddiyət, kəmiyət, müvəffəqiyət, ictimaiyət, ədəbiyat, külliyat və s.

8. Farsca bi, na, həm kimi ön şəkilçilər sözlərə bitişərək olduğu kimi tələffüz edilir; məs.: bisavad, naxoş, namərd, həmcins və s.

9. Farsca sözün axırında gələn sifət şəkilçisi tələffüzdə də i (samitlə bitənlərdə), vi (saitlə bitənlərdə) ilə ifdə olunur; lazımi, təsadüfi, iqtisadi, Gəncəvi, kimyəvi və s.

10. Farsca yer bildirən -stan, -ıstan, -istən, -ustan, -üstan şəkilçiləri yazıldığı kimi də tələffüz edilir; məs.: Gürcüstan, Ermənistan, Dağıstan, Hindistan, Monqolustan, Kürdüstan və s.

11. Sözlərin axırına qoşulan farsca namə, xana sözləri yazıldığı kimi də tələffüz olunur; məs.: kitabxana, çayxana, şəhadətnamə, bəyannamə və s.

RUS VƏ AVROPL MƏNŞƏLİ SÖZLƏRİN TƏLƏFFÜZÜ

1. Ruscada sözün tərkibindəki q səsindən sonra ei səsləri kələrsə, q səsi g səsi kimi tələffüz olunur; məs.: geologiya, biologiya, gimnastika, gitara, general, geodeziya, gerb və s.

2. Əslində h, ruscada isə bəzən q və bəzən də x ilə deyilən sözlər h səsi ilə tələffüz olunur; məs.: humanizm, himn, Hekel, harmoniya, hektar, Bethoven və-s.

3. Əslində c, rusçada isə dj ilə deyilən sözlər c ilə tələffüz olunur; məs.: caz, cemper, Caparidze, Cek London və s.

4. Sözlərin tərkibindəki ts səsi s ilə tələffüz olunur; məs.: sirk, sex, resept, dasent, kansert və s.

Q e y d: Xüsusi isimlərdə kələn ts səsi ts kimi tələffüz olunur; məs.: Tsetkin, Zaytsev, Kuznetsov, Motsart, Titse və s.

5. Sözlərib əvvəlində kələn səsi ş səsi ilə tələffüz olunur; məs.: Şerba, Şedrin, şotka və s.

6. Ruscada o səsi ilə yazılıb, a səsi ilə deyilən sözlər a səsi ilə də tələffüz olunur; məs.: praqram, prablem, Maskva, Adessa, Qançarov, Talstoy, mator, paravoz, samavar və s.

7. Sözlərin tərkibində ia səsləri iya kimi tələffüz olunur; məs.: diyalektika, imperiyalizm, materiya, materiyalizm sosiyalizm və s.

8. Sözün müxtəlif yerlərində gələn eynicinsli qoşa samitlərdən biri tələffüz olunmur; məs.: antena, aparat, masaj, pasaj, tunel, rejisor, sesiya, teleqram və s.

Qeyd: Bəzi sözlərdə isə qoşa səslər tələffüz olunur; məs.; kassa, vassal və s.

9. Ruscada sonu a ilə bitən sözlər tələffüzdə a-sız deyilir; məs.: qəzet, qrup, dram, pyes, planet, prablem və s.

Qeyd: Aşağıdakı sözlərdə sözün axırında a tələffüz edilir; məs.: forma, kassa, fabula, norma, diktatura, qrammatika, palata, respublika, taktika və s.

10. Ruscada sonu ik ilə bitən və sözün vurğusu bu şəkilçidən əvvəlki hecanın üzərinə düşən ixtisas və məşğuliyyət bildirən sözlər ruscada olduğu kimi tələffüz olunur; məs.: fizik, botanik, akademik, texnik.

Qeyd: Akademik sözü sifət bildirdikdə (akademiçeskiy) vurğu sözün axırıncı hecasına keçir; məs.: akademik saat, akademik borc və s.

  • Teqlər:
  • orfoepiya
  • , tələffüz qaydası
  • , necə oxunur
  • , hərfin oxunuşu
  • , Azərbaycan dili orfoepiyasının əsas prinsipləri

Lövst abdullayev orfoqrafiya v orfoepiya

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Yeni orfoepiya lüğəti niyə ləngiyir? – Dilçilik İnstitutunun CAVABI

Azərbaycanın yeni orfoqrafiya lüğəti hazırlandıqdan sonra sözlərin düzgün tələffüz formasını göstərən yeni orfoepiya lüğətinin tərtib olunması da nəzərdə tutulur.

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanın yeni orfoqrafiya lüğəti hazırlandıqdan sonra sözlərin düzgün tələffüz formasını göstərən yeni orfoepiya lüğətinin tərtib olunması da nəzərdə tutulur.

Bunu Trend-ə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli deyib.

Onun sözlərinə görə, orfoepiya lüğətinin hazırlanması üçün ilk olaraq prinsiplər müəyyənləşdirilməlidir.

İ.Məmmədli əlavə edib ki, yeni orfoepiya lüğətinin hazırlanması ilə bağlı əsas mübahisəli məsələlərdən biri bəzi sözlərin düzgün tələffüz formasının iki variantlı olmasıdır: “Bəzi sözlərin iki variantlı tələffüz olunması mübahisə doğurur. Yəni sözün sonunda gələn “k” səsi “ x’ ”, yoxsa “y” kimi deyilməlidir? Məsələn, “gözəllik” sözü “gözəllix’ ” kimi tələffüz edildikdə oradakı “x’” səsi deyil, “y”-ya yaxın olandır. Bəzi şivələrdə həmin səs “y”, bəzi şivələrdə isə “x’ ” kimi səslənir. “Mələk”, “külək”, “ürək”, “çörək” sözlərindəki sonuncu “k” səsi Bakıda, eləcə də şimal zonasında “y” kimi, amma Qarabağ zonasında “mələx’”, “ürəx’”, “çörəx’” və s. kimi tələffüz edilir. Yeni lüğətin ləngimə səbəbi də elə bu iki variantlıqdır. Ona görə də bu məsələ mübahisəlidir. Bir qrup deyir ki, bu variant, başqa bir qrup deyir ki, digər variant düzgündür. Mütəxəssislər bunu razılaşdırmalıdırlar. Akademik Məmmədağa Şirəliyev “kömək”, “ürək”, “fələk” və s. kimi sözlərdə sonda “y” olmasını irəli sürüb. Amma akademik Əbdüləzəl Dəmirçizadə isə “x’ -yə üstünlük verirdi”.

İ.Məmmədli qeyd edib ki, sonuncu “Orfoepiya sözlüyü” 1983-cü ildə ümumxalq Azərbaycan dilinə əsaslanaraq hazırlanıb: “Həmin lüğətdə belə iki variantlı sözlərin hər iki tələffüz forması düzgün forma kimi göstərilib. İndi çap edilən məktəbli lüğətlərində də bu sözlər iki variantlı göstərilməli idi. Lakin hazırda məktəblərdə istifadə edilən belə lüğətlər kommersiya məqsədilə hazırlanıb və burada iki variantlılıq prinsipi gözlənilməyib”.

Professor əlavə edib ki, düzgün tələffüz forması iki variantlı göstərilən sözlərdən hansı variantın seçilməsi zamanı Azərbaycan xalqının daha çox hansı varianta üstünlük verdiyi, ziyalıların nitqində necə işlənildiyi müəyyənləşdirilməlidir.

Onun sözlərinə görə, yeni orfoepiya lüğəti hazırlanarkən bu fərqliliklər mütləq nəzərə alınacaq.

  • lüğət
  • AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu

Comments are closed, but trackbacks and pingbacks are open.