Nadġr abdullayev
Sözlərin sonunda gələn b, d, g, c, z cingiltili samitləri bəzən səhv olaraq özlərinin kar qarşılığı kimi (p, t, k, ç, s) yazılır.
Əlövsət abdullayev orfoqrafiya və orfoepiya
Azərbaycan dilinin orfoqrafiya qaydaları
Sözlərin deyilişi və yazılışı
Yazıda orfoqrafiya normalarının pozulması çox zaman deyilişi və yazılışı fərqlənən sözlərdə müşahidə edilir. Bir sıra orfoqrafiya və orfoepiya normaları var ki, onları bilməklə sözlərin orfoqrafiyasında yol verilən tipik xətaların qarşısını almaq mümkündür. Aşağıda həmin qaydalar və bu qaydalarda mövcud olan istisnalar verilir. Bu qaydaların bir çoxu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” sənədində öz əksini tapmışdır.
Sözlərdə saitlərin yazılışı
1.1 “O”, yoxsa “a”
Bir sıra alınma sözlərin tərkibindəki “o” saiti vurğulu hecadan əvvəl işlənəndə bəzən səhv olaraq “a” kimi yazılır:
1.2 “Ü”, yoxsa “yu”
Avropa mənşəli alınma sözlərdə “ü” saiti bəzən səhv olaraq “yu” kimi yazılır:
1.3. “Ü”, yoxsa “u”
Ərəb-fars mənşəli sözlərin birinci hecasındakı “ü” saiti bəzən səhv olaraq “u” kimi yazılır.
1.4. “İ”, yoxsa “ü”
Ərəb-fars mənşəli sözlərin sonuncu hecasındakı “i” saiti bəzən səhv olaraq “ü” kimi yazılır.
1.5. “Ə”, yoxsa “a”
Çoxhecalı ərəb-fars mənşəli sözlərdə bəzən “ə” və “a” hərfləri səhv s alınır.
1.6. Qoşasaitli sözlər
Bəzi qoşasaitli sözlərdə səhv olaraq saitlərdən yalnız biri yazılır:
Bir çox qoşasaitli sözlərin yazılışında bəzən yanaşı gələn saitlər arasına səhv olaraq “y” samiti əlavə olunur:
Bəzi qoşasaitli mürəkkəb sözlərdə bəzən səhv olaraq birinci sözün son saiti yazılmır.
1.7. “Ov”, “öv” hərf birləşmələri
Tərkibində “ov” , “öv” hərf birləşmələri olan çoxhecalı sözlərdə bəzən bu hərf birləşmələri səhv olaraq “o”, “ö” və ya “ou”, “öü” kimi yazılır.
Rus dilində sonu “a” ilə bitən alınma sözlərdən aşağıdakılar “a”-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.
Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir, feil.
“Şeir” və “feil” istisna olmaqla bu sözlər saitlə başlanan hal və mənsubiyyət şəkilçiləri qəbul etdikdə söz kökündəki sonuncu sait düşür: ömür – ömrün, fikir – fikrə və s.
Qeyd : “əsl”, “əsil” sözü paronim sayılır: əsl – xalis, həqiqi, orijinal; əsil – nəsil, nəcabət, soy.
Sözlərdə samitlərin yazılışı
2.1. Cingiltili samitlə bitən sözlərin yazılışı
Sözlərin sonunda gələn b, d, g, c, z cingiltili samitləri bəzən səhv olaraq özlərinin kar qarşılığı kimi (p, t, k, ç, s) yazılır.
2.2. Qoşasamitli sözlərin yazılışı
Yanaşı gələn kar samitlərdən ikincisi bəzən səhv olaraq özünün cingiltili qarşılığı kimi yazılır:
Qoşa “q” ilə yazılan sözlərdə bəzən bu samitlərdən birincisi səhv olaraq özünün kar qarşılığı (k) kimi yazılır:
Qoşa “y” ilə yazılan sözlərin bir çoxu bəzən səhv olaraq bir “y” ilə yazılır:
Bəzən isə, əksinə, bir “y” ilə yazılan sözlər səhv olaraq iki “y” ilə yazılır:
Sözdə “n” samiti “b”, “m” samitlərindən əvvəl gəldikdə bəzən səhv olaraq “m” ilə yazılır:
Kombayn, kombinat, kömbə, pambıq sözlərində “m” samiti deyildiyi kimi yazılır.
2.3. Qoşa samitlə bitən sözlərin yazılışı
Qoşa samitlə bitən təkhecalı sözlərdə bəzən səhv olaraq qoşa samitlər arasında sait səsi bildirən hərf yazılır:
Eynicinsli qoşa samitlə bitən təkhecalı sözlərə samitlə başlayan şəkilçi qoşulduqda söz kökündəki samitlərdən biri düşür:
Bir sıra dillərdə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər Azərbaycan dilində bir samitlə yazılır:
Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı “y” yazılmır:
Rus dilində tərkibində “ц” (ts) olan ümumi isimlər “s” ilə yazılır:
Qeyd: Vitse sözü istisnadır.
Xüsusi isimlərdə sözün əvvəlində “s”, sözün ortasında və axırında “ts” yazılır:
Rus dilində tərkibində “щ” (şş) olan alınma sözlərin əvvəlində və axırında bir “ş”, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan.
Rus dilində “г” (q) ilə yazılan əsli “h” samitli alınma sözlər “h” ilə yazılır: Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel.
D oğru
Rus dilində “г” (q) ilə yazılan bir çox alınma sözlər incə saitli hecalarda “g” ilə yazılır: biologiya, dialektologiya, genezis, agent, general, geologiya, gigiyena, gimnastika, gitara.
Bitişik, ayrı, yoxsa defislə
3.1. Aşağıdakı hallarda mürəkkəb sözlər bitişik yazılır:
1) müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəldikdə və bir vurğu ilə deyildikdə: arabir, balacaboy, beşillik, beşmərtəbə, qalxanabənzər, qanunvericilik, qurultayqabağı, dilucu, günəbaxan, gülərüz, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, hərgecəki, ilbəil, günbəgün, qaçaqaç, Bülbüloğlu, Qənbərqızı, Həsənoğlu, Çərkəzqızı, Əliağa.
2) eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlərdə “ba”, “ha”, “a” bitişdirici hissəciklərdən istifadə olunduqda: addımbaaddım, vurhavur, qaçaqaç.
3.2. Aşağıdakı hallarda mürəkkəb sözlər defislə yazılır:
1) yaxınmənalı və ya əksmənalı sözlərin birləşməsindən əmələ gəldikdə: dost-tanış, qohum-qardaş, adət-ənənə, gec-tez, böyük-kiçik, az-çox, ölüm-itim, kafe-restoran, ölüm-itim, kafe-restoran, az-çox, elə-belə, gec-tez, ağıllı-kamallı, gedər-gəlməz, bitməz-tükənməz, dinməz-söyləməz.
Qeyd: Bu kateqoriyaya –ar, -maz şəkilçiləri ilə düzələn fei bağlamalar da daxildir: yazar-yazmaz, gələr-gəlməz.
2) Sözlərin təkrarından yarandıqda: qaça-qaça, az-az, aşıq-aşıq, top-top.
3) Tərkibindəki sözlərdən biri və ya hər ikisi leksik mənaya malik olmadıqda: tör-töküntü, kağız-kuğuz, kələ-kötür, adda-budda, az-maz, qara-qura, qarma-qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük, sür-sümük,
4) tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober sözləri işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-admiral, kontr-admiral, ober-leytenant.
5) izafət tərkiblərində: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal.
6) eyni leksik kateqoriyaya aid müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəldikdə: kilovat-saat, cənub-qərb, şimal-şərq, ədəbiyyatçı-alim, ədəbi-tənqidi, əfsanəvi-alleqorik.
3.3. Azaltma və çoxaltma dərəcəli sifətlərin yazılışı
1. Azaltma və ya çoxaltma dərəcəsi tünd, ala, açıq sözlərinin köməyi ilə yarandıqda sifətlər defislə yazılır: ala-çiy, tünd-qırmızı, açıq-sarı.
2. Azaltma dərəcəsi düzəldən kəm, təhər sözləri qoşulduğu sifətə bitişik yazılır: kəmşirin, turştəhər.
3. Çoxaltma dərəcəsi düzəldən zil sözü qoşulduğu sifətdən ayrı yazılır: zil qara.
4. Çoxaltma dərəcəsi m, p, r, s samitlərinin köməyi ilə düzələn sifətlər bitişik yazılır: dümdüz, qapqara, tərtəmiz, masmavi.
3.4. Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı
1. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si.
2.Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.
Köməkçi sözlərin yazılışı
İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli imiş, gəlməli ikən, gəlmişdi, gəlmişmiş, gəlirkən, gəlmiş imiş.
Qoşmalar iki cür yazılır:
1) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək;
2) ikihecalı qoşmalar (qədər, kimi, ötrü, təki, təkin, üçün, ilə) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.
Qeyd: İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər.
Mənşəcə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki.
İki sadə bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar və bağlayıcı sözlər bir-birindən ayrı yazılır: belə ki, buna görə də, bununla da, bunun üçün, və ya, və yaxud, daha da, demək ki, yoxsa ki, guya ki, odur ki, ona görə, ona görə də, onun üçün də, tutaq ki, həm də.
Ədatlar sözlərdən ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha gözəl, lap pis, ən yaxşı.
Qeyd: – mı, -mi, -mu, -mü və -sana, -sənə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? A kos-kosa, gəlsənə, torbanı doldursana?
Qeyd: -mı, -mi, -mu, -mü sual ədatı -da, -də ədatından ayrı yazılır: Sən də mi gedirsən? O yenə də mi danışacaq?
Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha.
Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.
Şəkilçilərin yazılışı
“L” samiti ilə başlanan şəkilçilərin (-lı, -lıq, -lar, feil düzəldən -la, -lan, -laş və s.) qoşulduğu sözün son samitindən asılı olaraq şəkilçidəki “l” samiti tələffüzdə “d”, “r” və ya “n” samiti ilə əvəz olunur.
Zərf düzəldən “-la” şəkilçisi, “ilə” bağlayıcısı və qoşması (eləcə də onların ixtisar forması olan -la, -lə) “-nan” kimi tələffüz olunur:
İsmin çıxışlıq hal şəkilçisi (-dan, -dən) “m”, “n” samiti ilə bitən sözlərə qoşulduqda “nan” kimi tələffüz olunur:
“A”, “ə” saiti ilə bitən sözlərə ismin yönlük hal şəkilçisi (-a, -ə, -ya, -yə) həmin saitlər “ı”, “i” kimi tələffüz olunur:
II şəxsdə olan feillərə keçmiş zaman şəkilçisi (-mış) artırıldıqda şəkilçinin son samiti (ş) düşə bilər: qaç-mı(ş)-san, gəl-mi(ş)-siniz.
Keçmiş zaman (-ıb), gələcək zaman (-acaq) şəkilçisi qəbul etmiş feillər III şəxsin təkinə aid olanda çox zaman “–dır” şəkilçisiz işlənir: qaçıb( dır ), gələcək( dir ).
İndiki və gələcək zaman şəkilçiləri qəbul etmiş feillərin sonundakı a, ə saitləri ı, i, u, ü kimi tələffüz olunur:
III şəxsin cəmində işləndikdə -ır4 indiki zaman şəkilçisinin və -ar gələcək zaman şəkilçisinin samiti [l] kimi tələffüz olunur:
II şəxsin cəmində feillərin yazılışı ilə tələffüzü fərqlənir:
-varı şəkilçisi bəzən səhv olaraq “vari” kimi yazılır.
Mürəkkəb adların yazılışı
Xüsusi isimlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani, Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı Qaralar.
Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan.
Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası.
Qeyd: Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.
Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.
Yüksək dövlət vəzifələri ( Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi.
Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı”, “İstisu” mineral suları.
Qeyd: Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası.
Mirzə, hacı, şeyx, seyid, şah, soltan , ağa, bəy, bəyim, xan, xanımvə s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım.
İxtisarlar (abreviaturlar) üç cür yazılır:
a. Tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m.(metr), c. (cild);
- Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAc (Azərbaycan Dövlət Teleqraf Agentliyi);
- sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod):
İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin.
Nadġr abdullayev
TERMĠNLƏR LÜĞƏTĠ
bəlağət – gözəl, aydın danışma qabiliyyəti, natiqlik haqqında elm,
danışıq etikası – insanların bir-biri ilə münasibətlərini
tənzim edən danışıq normaları.
daxili nitq – səslənməyən, danışanın özü ilə əlaqələnən, səssiz, lal nitq.
dialoq – (yunanca dialoqos) – iki adamın nitqi.
diskussiya – latın mənşəli “diskussiya” (diskussio) sözü olub
“araşdırmaq”, “təhlil etmək”, “tədqiqat aparmaq”
deməkdir.
evfemizm – yaxşı danışmaq, hər hansı bir sərt mənanı yumşaltmaq,
münasib olmayan söz və ifadə əvəzinə yumşaq, nəzakətli
söz və ifadələr işlətmək. Məs.: “Məni başa düşmədiniz”
əvəzinə “Deyəsən, fikrimi sizə çatdıra bilmədim” və s.
“yox” əvəzinə “xeyr”, “düz deyil” əvəzinə “həqiqətə
uyğun deyildir” işlətmək və s.
evfuizm – həddindən artıq dəbdəbəli, təmtəraqlı nitq.
emosional rəng – danışanın hissləri və iradəsi ilə bağlı olub sözlərə,
ifadələrə əlavə olunan məna çaları, incə məna fərqi.
etiket – ritual (fransız) (etiquette) nitq etikası – qəbul olunmuş
danışıq formaları.
elmi-bəlağət-natiqlik – fikri gözəl, səlis ifadə etmək haqqında elm
elmi-bəyan – ritorika, bəlağər elmi; elmi nitq mədəniyyəti – elmi
əsərlərin, mətnin, danışığın dinləyici və oxucuya zehni
və estetik təsiri.
genetik nitq – əl və bədən hərəkəti vasitəsilə yaranan ünsiyyət,
kommunikativ aktın bir hissəsi.
fəsahət – gözəl, aydın danışıq qabiliyyəti
xitabət – natiqlik sənətindən bəhs edən bir şöbə
260
nitq aktı – müəyyən məqsədlə danışan və dinləyənin ünsiyyəti
şəklində nitq parçası
nitqin emosionallığı – nitqin dinləyicinin emosiyalarına təsir etməklə
onda müəyyən hisslər oyada bilməsi qabiliyyəti
nitq parçası – daxili formaya malik olan, struktur-semantik cəhətdən
vəhdət təşkil edən nitq parçası. Məsələn, cümlə, abzas
nitqin sürəti – müəyyən zaman ərzində nitqin sürəti. Yavaş, adi, sürətli
nitq. Bütün hallarda sözlərin tam və aydın tələffüzü
başlıca göstəricidir.
nitq texnikası – üç cəhət nəzərdə tutulur: tənəffüs, səs və tələffüz.
nitq təqtisi – ifadənin ritmik – intonasiya vasitəsilə ayrıla bilən ən
kiçik mənalı hissəsi.
intellektual nitq – informasiyanın verilməsi məqsədilə məntiqə əsaslanan
nitq.
interpretasiya – izahetmə
inversiya – ifadəliliyi yaratmaq, üslubi effekti artırmaq məqsədilə
cümlənin qəbul olunmuş işlək sırasının pozulması
iyerarxiya – nitq etiketində yaş və vəzifə üstünlüyü. Məs.: yaş və
vəzifəcə özündən böyüklərə “sən” əvəzinə “siz” deyə
mürqaciət olunması
jarqon – hər hansı bir məqsədlə fikrin başqalarından gizlədilməsi
üçün adamların yaratdıqları uydurma süni dil
kommunikasiya – ünsiyyət, ümumi, şərikli ünsiyyət
məam – məna, üslubiyyat, ritorika.
orfoepiya – dilçiliyin ədəbi tələffüzü öyrənən və müəyyənləşdirən
bölməsi
polemika – yunan mənşəli söz (polemikos) olub hər hansı bir
sahədə (siyasət, din, fəlsəfə, incəsənət və s.) söz və
fikir çəkişməsi
261
poliloq – (yunanca polu – çox, loqos – nitq) – söhbətdə iştirak
edən çox adamın nitqi, mükaliməsi
replika – dialoq iştirakçılarının hər birinin qısa nitqi
ritor – (yunanca thetor), orator, Qədim Yunanıstan və Romada
natiq mənasını verən söz
ritorika – natiqlik elmi, sənəti haqqında nəzəriyyə, fəsahətli və
bəlağətli nitq, bəyan
ritorik fiqurlar – anafora, antiteza, inversiya, ritorik sual, təkrar, ritorik
xitab, epifora və s.
spontan – təbii nitq, təşkil olunmamış, bədahətən
süxəndan – söz ustası, gözəl danışan
suxənvər – dil vahidlərinin köməyi ilə müəyyən məlumatı bildirmə,
xəbər vermə
ziyalı nitqi – yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya
işçiləri, jurnalistlər və bədii qiraət ustalarının nitqi,
danışığı
Ģəhri-bəyan – izah, aydınlaşdırma, anlaşma, açıq söyləmə
tavtologiya – (uyunanca tavto – həmin, özü, loqos – soz) cümlədə
eyni və mənaca yaxın olan sözlərin təkrarlanmasından
yaranan artıqlıq. Məs.: atəşkəsi kəsmək, geyimi geymək,
tamaşaya tamaşa etmək, başlamağa başlamaq və s.
262
Söz haqqında atalar sözləri
Abır istəsən çox demə, sağlamlıq istəsən çox yemə.
Adam var ki, dindirərsən can deyər.
Adam var ki, dindirməsən yaxşıdır.
Allaha doğru sözdən qiymətli bir qədəqə yoxdur.
Ayaq büdrəməsi dil büdrəməsindən yaxşıdır.
Bir ağızdan çıxan söz yüz ağıza yayılır.
Dadlı söz dost qazandırar, acı söz düşmən.
Dadlı söz can arzusu, dadsiz söz baş ağrısı.
Damcı daşa dəyər, söz başa.
Danışmaq gümüş olsa, danışmamaq qızıldır.
Danışan dağı aşar, danışmayan yolu çaşar.
Doğru söz acı olar.
Doğru söz qılıncdan itidir.
Doğru danışanın atı yüyürək olar.
Dil var bal gətirir, dil var bəla.
Dil gətirəni el gətirər.
Insan ölər, söz qalar.
Iki dinlə bir söylə.
Dil ürəyin açarıdır.
Kişi sözü üzə deyər.
Sözü ağzında bişir, sonra çıxar.
Qaba söz, qaba hərəkətdən pisdir.
Sözü at, yiyəsi götürər.
Sözü bişir, sonra düşür.
Söz bir olsa dağ yerindən oynayar.
Söz böyüyün, su kiçiyin.
Sözün doğrusunu zarafatda deyərlər.
Sözünü bilməyən ağız başa toxmaq vurdurar.
263
Sözünü bilməyənə aşağı başda da yer yoxdur.
Söz danışıqdan keçər.
Söz həyatın bəzəyidir.
Söz çeynəyən çox, söz deyən az.
Söz götürənin, yer oturanındır.
Söz insanın vuran əlidir.
Söz qılıncdan da itidir.
Söz var gələr keçər, söz var dələr keçər.
Söz var ki, dağa çıxarar, söz var ki, dağdan endirər.
Söz həyatın bəzəyidir.
Söz odur ki, haqqa vara.
Söz sözün dayağıdır.
Sözü məqamında deyərlər.
Söz vaxtına çəkər.
Söz sözü çəkər, arşın bezi.
Sözü bişir, sonra düşür.
Sözün zahiri zərif, batini lətif olmalıdır.
Sözün yaxşısı baldan şirindir.
Söyləyən olma, dinləyən ol.
Yer var danışarlar, yer var sözü udarlar.
Sözü sğöylə alana, qulağında qalana.
Söz var iş bitirər, söz var baş itirər.
Söz var el içində, söz var ev içində.
Sözü sözdən alarlar.
Sözün qədəmi yeyin olar.
Söz həm məlhəmdir, həm də yara.
Ürəkdən çıxan söz ürəyə gedər.
264
Dil, nitq, söz haqqında görkəmli Ģəxsiyyətlərin
fikirlərindən seçmələr
Müxtəlif səciyyəli insanların ürəyinə nüfuz etməyi bacarmayan, onları
həyəcana gətirən və ya sakitləşdirməyin səbəblərini bilməyənlər öz nitqləri ilə
arzu etdikləri məqsədə çata bilməzlər (Siseron).
Ədibin əsası sözdür. Gözəl söz söyləməsini bilən şərəfə çatar (Ədib
Əhməd Yüknəki).
Ürək bulud, sözüm inci, könülsə bir dərya
Dilim bu gövhərə çarçı, zəmanə isə bəha
Əbül-Üla Gəncəvi
Dilim qılınc, oxum isə səhər vaxtı çəkdiyim ah,
Sındıraram səflərini olsa da yüz eylə ləşkər.
Mücirəddin Beyləqani
Sözün kəsər və kəskinliyi qılıncA sirayət edərək onu itiləşdirmiş,
materialını saflaşdırmışdır (Xətib Təbrizi).
İztirab çəkən könüllər sözdən aram tutur.
Qətran Təbrizi
Bəzən dil sıyrılmış qılınca bənzər,
Ayıq ol, başını bədəndən üzər.
Xəqani
Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə?
Nizami
265
Artıq söz danışma, başı ağrıdar,
Hər deyilən sözə çıxma özündən,
Ötən bülbül olma məclisdə gəl sən.
Marağalı Əvhədi
Bu babda gərçi paz çoxdur,
Söz qapusu xatirə açuqdur.
Liykən qüləlüm muna qənaət,
Ta rəf olə işvəyi-şəfaət.
Məsihi
Bənd olmuşam şirin-şirin sözünə,
Sözləri qənd, ağızları piyalə,
Tutilər lal olur şirin dilindən.
Vaqif
Acı sözdən öz dilini dişlərsən.
Saib Təbrizi
Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möhkəm bilin ki, bu
qanunlar sizin üçün müqəddəsdir (Bialo).
Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir. O, eyni zamanda
ana dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir. Ana dili, təbiəti ona heç
bir təbiətçinin izah edə bilmədiyi bir şəkildə izah edir; o, uşağı onu əhatə edən
adamların xarakteri ilə, içərisində yaşadığı cəmiyyətlə, onun tarixi ilə heç bir
tarixçinin tanış edə bilməyəcəyi bir tərzdə tanış edir; o, uşağı xalq poeziyasına heç
bir bədiiyyatçının edə bilməyəcəyi bir tərzdə daxil edir; nəhayət, o, elə məntiqi
anlayışlar və fəlsəfi görüşlər verir ki, əlbəttə, bunu heç bir filosof uşağa verə
bilməz (K.D.Uşinski).
266
İnsanlar nəyi hiss edir və başa düşürlərsə, onu ifadə edirlər, onlar yalnız
özləri yaxşı başa düşmədiklərini ifadə etməkdə söz tapa bilmirlər (V.Q.Belinski).
Nəyi dumanlı təsəvvür edirsənsə, onu dumanlı da ifadə edirsən. İfadələrin
qeyri-dəqiqliyi və dolaşıqlığı yalnız fuikirlərin dolaşıqlığını tədsiq edir
(N.Q.Çernışevski).
İnsanın şərəfinin bir dəlili də nitqidir (H.B.Zərdabi).
Danışdığı sözün qiymətini bilə,
Məcazi danışa, məcazi gülə
Kəlməsindən ləl, lövhər süzülə
Tamam sözü müəmmalı gərəkdir.
Aşıq Ələsgər
Cəbhədə qılınca, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır
(M.S.Ordubadi).
Gəlib gedər yaxşılar da, yaman da
Qu tükündə, saman üstə yatan da
Aşıq Alı, nə qazandın cahanda,
Səndən qalan qatar-qatar söz oldu.
Aşıq Alı
Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan
Ucuz söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan.
S.Vurğun
Dil könüllər fəth edən
Böyük insan gücüdür.
267
Dili qiymətdən salar
Ucuz söz, hiylə, böhtan,
Elə saxla dilini,
Nə dil səndən utansın,
Nə sən dildən utan.
R.Rza
Söz qiymətli daşlar kimidir. Bu daşları yaxşı yonub cilalandırıb ən şərəfli
sarayların mərmər divarlarını bəzəmək üçün işlədirlər (M.İbrahimov).
268
ƏDƏBĠYYAT
Azərbaycan dilində
1.
Abdullayev
A.S.
Azərbaycan
dilinin
tədrisi
tarixinə
dair.
“Azərtədrisnəşr”, Bakı, 1958.
2. Abdullayev A.S. Müəllimin nitq mədəniyyəti. Bakı, “Maarif”, 1960.
3. Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik sənəti. Bakı, “Maarif”,
1981.
4. Abdullayev N.Ə. Ədəbi tələffüz təliminin metodikası. Bakı, “Maarif”,
1966.
5. Abdullayev N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri. Bakı, 1985.
6. Abdullayev N.Ə., Məmmədov Z.T. Nitq mədəniyyəti məsələləri. Bakı,
1998.
7. Abdullayev N.Ə., Məmmədov Z.T. Müəllimin nitq mədəniyyəti. Bakı,
2002.
8. Abdullayev N.Ə., Məmmədov Z.T. Orfoqrafiya- orfoepiya lüğəti. Bakı,
2004.
9. Azərbaycan dilinin müxtəsər orfoepiya lüğəti. Bakı, 2012.
10. Abdullayev N.Ə., Tahirov Q.İ. Düzgün yazı təliminin bəzi məsələləri.
Bakı, 2004.
11. Abdullazadə N., Xalıqov F. Azərbaycan dili. Bakı, 2006.
12. Adilov M.N. və b. İzahlı dilçilik terminləri. Bakı, “Maarif”, 1989.
13. Axundov A. Ümumi dilçilik. Bakı, 1973.
14. Ağayev F. Azərbaycan dilinin intonasiyası. Bakı, 1978.
15. Azərbaycan dilinin orfoepiya sözlüyü. Bakı, “Elm”, 1982.
16. Azərbaycan dilinin izahlı lüğəti, III cild, Bakı, “Elm”, 1983.
17. Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı, 1988.
18. Dəmirçizadə Ə.A. Azərbaycan dili orfoepiyasının əsasları. Bakı, 1969.
19. Dəmirçizadə Ə.A. Müasir Azərbaycan dili. Bakı, “Maarif”, 1984.
269
20. Əfəndizadə Ə.R. Azərbaycan ədəbi tələffüzü haqqında. “Azərbaycan
dili və ədəbiyyat tədrisi” (metodik məqalələr toplusu), IV buraxılış,
Bakı, 1955.
21. Əfəndizadə Ə. Azərbaycan dili orfoqrafiyası təliminin elmi əsasları.
“Maarif”, 1968.
22. Əfəndizadə Ə.R. Tələffüzün müxtəlif üslubları haqqında. “Azərbaycan
dili və ədəbiyyat tədrisi” (metodik məqalələr toplusu), II buraxılış, Bakı,
1966.
23. Əfəndizadə Ə. Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti. Bakı, 1983.
24. Əfəndiyeva T. Azərbaycan dilinin bədii ifadə vasitələri. Bakı, “Elm”,
1973.
25. Əhmədov Ş. Mühazirəçilik məharəti, natiqlik sənəti. Bakı, “Gənclik”,
1985.
26. Əhmədov Ş. Mühqazirəçinin nitqi. Bakı, 1975.
27. Əhmədov B. Sadə cümlənin tədrisi prosesində nitq inkiçafı üzrə
aparılan işlər. Bakı, “Azərtədrisnəşr”, 1964.
28. Əhmədov Ə. Azərbaycan dili tədrisinin bəzi məsələləri. Bakı, 2007.
29. Əliyev V. Heydər Əliyevin dil siyasəti. Bakı, 2003.
30. Əliyev K. Natiqlik sənəti. Bakı, 1994.
31. Əliyev K. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2001.
32. Əliyeva S. Azərbaycanda məhkəmə sənədlərinin dili (avtoreferat), Bakı,
2002.
33. Əsgərov M. Bədii qiraət, Bakı, 1973.
34.Xəlilov H. Diplomatiya mədəniyyəti və natiqlik sənətinin kateqoriyaları.
Bakı, 1994.
35. Xudiyev N. Zamanın axarı ilə. Bakı, 2004.
36.Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili. Bakı, “Elm”, 1998.
37. Həsənov H. Nitq mədədəniyyəti və üslibiyyatın əsasları. Bakı, 1999.
38. Hüseynov R. Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və
pedaqoji fikrin inkişafı (avtoreferat), Bakı, 2007.
270
39. Kəlbəliyev Ə. Azərbaycan dili dərslərində şagirdlərin nitq etiketlərin-
dən düzgün istifadə bacarığının aşılanması imkanları. Bakı, 2002.
40. Quliyev S., Hüseynov T. Gəncliyin davranış və nəzarət dəyərləri. Bakı,
1997.
41. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. Bakı, “Maarif”, 1985.ğ
42. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. Bakı, 2003.
43. Məmmədov İ. Ekran, efir və dilimiz. Bakı, 1989.
44. Məmmədov N., Axundov A. Dilçiliyə giriş. Bakı, 1966.
45. Məhərrəmli Q. Televiziya dili (avtoreferat), Bakı, 2004.
46. Müasir Azərbaycan dili, II hissə, Bakı, 1980.
47. Muradov B. Nitq mədənityyəti. Bakı, 2007.
48. Mustafayeva Q. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 2010.
49. Nəsrəddin T. “Əxlaqi-Nasiri”. Bakı, 1989.
50. Nitq mədəniyyəti məsələləri. Bakı, 1969
51. Şirəliyev M.Ş. Müasir Azərbaycan dili orfoepiyasının əsasları. “Elm”,
1970.
52. Stanislavski. Mənim səhnə həyatım. Bakı, 1963.
53. Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı,
“Maarif”, 1966.
54. Səməd Vurğun. Əsərləri, V cild, Bakı, 1972.
55. Rüstəmov F. Pedaqogika tarixi., Bakı, 2010.
Rus dilində
56. Актульные проблемы культуры речи. М., «Hаука», 1970.
57. Артумов В.А. Kультура рeчи. М., «Знание», 1966.
58. Бенджамен Спок. Разговор с матерью. Изд-во «Политическая
литература», М., 1991.
59. Дейл Карнеги. Как завоевать друзей и оказывать влияние на
людей. Баку, «Ишыг», 1992
271
60. Мунсик. Способы передачи логического ударения в письменном
речи. Русский язык в школе. М., 1972, № 4.
61. Об ораторском искусстве. М., 1958.
62. Проблемы культуры речи. М., 1970.
63. Пустовалов П.С., Санкевич М.Р. Устная речь. М., 1987.
64. Цицерон. Три такта об ораторском искаусстве. М., 1972.
65. Щерба Л.И. Избранные работы по русскому языку. М., 1957.
272
MÜNDƏRĠCAT
GiriĢ
I fəsil. NĠTQ MƏDƏNĠYYƏTĠNĠN TƏDQĠQĠ,
ĠNKĠġAFI VƏ TƏBLĠĞĠ HAQQINDA
II fəsil. MƏDƏNĠ NĠTQƏ VERĠLƏN BAġLICA
TƏLƏBLƏR
Nitqin aydınlığı
Nitqin yığcamlığı
Nitqin təmizliyi
Nitqin düzgünlüyü
Nitqin zənginliyi
Nitqin sadəliyi
Nitqin orijinallığı
Nitqin münasibliyi
Nitqin rabitəliliyi
III fəsil. NĠTQĠN ĠFADƏLĠLĠYĠ
Nitqin intonasiyası
Vurğu. Söz vurğusu
Məntiqi vurğu
Nitq fasiləsi
Nitqin melodikliyi
Sintaktik quruluşların tələffüz qaydaları
IV fəsil. NĠTQĠN NÖVLƏRĠ VƏ FORMALARI
1.
Dil və nitq
2.
Dialoji nitq
3.
Monoloji nitq
4.
Mühazirə
5.
Məruzə
6.
Çıxış
7.
İctimai-siyasi nitq
8.
Məhkəmə natiqliyi
9.
Akademik natiqlik
10.
İctimai-məişət natiqliyi
273
V fəsil. ƏDƏBĠ DĠL, ONUN NORMALARI
1. Fonetik normalar
2. Leksik normalar
3. Qrammatik normalar
4. Orfoqrafiya qaydaları
5. Orfoepik qaydalar
VI fəsil. NĠTQĠN ÜSLUBLARI
1. Fonetikanin üslubla bağlı məsələləri
2. Morfologiyanın üslubla bağlı məsələləri
3. Sintaksisin üslubla bağlı məsələləri
4 Funksional üslublar
VII fəsil. NĠTQĠN ETĠK MƏSƏLƏLƏRĠ
Müraciət formalarından düzgün istifadə olunması
Sualetmə. Söhbətəqoşulma
Cavabvermə
Nitqi dinləmək. Nitqdinləmə bacarığına yiyələnmək
Şad və ya bəd xəbərin çatdırılması
Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək,
mühakimə yürütmək tərzi
Nitqin etik qaydalarına əməl etmək
Təvazökarlıq mədəni nitqin başlıca şərtlərindəndir
Diskussiya mədəniyyəti
Mədəni nitqin etiketləri
VIII fəsil. NATĠQĠN NĠTQ MƏDƏNĠYYƏTĠ
BARƏDƏ BƏZĠ TÖVSĠYƏLƏR
Terminlər lüğəti
Ədəbiyyat
274
Nadir Əziz oğlu Abdullayev. 1935-ci ildə Göyçay rayonunun Qazaman
kəndində anadan olmuşdur. Göyçay Pedaqoji Texnikumunu (1950-54), Azərbay-
can Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix-filologiya fakültəsini
(1954-59) bitirmişdir. 1965-ci ildə institutun Azərbaycan dili və onun tədrisi
metodikası kafedrasında müəllimlik fəaliyyətinə başlamış, hal-hazırda həmin
kafedrada professor vəzifəsində çalışır. “Əməkdar müəllim”dir.
N.Abdullayev ictimai fəaliyyətlə də məşğuldur. Azərbaycanda Miqrant və
Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, “Голос
Карабаха” qəzetinin (rus və ingilis dilində) təsisçisidir.
N.Abdullayev Azərbaycan dili, onun tədrisinə dair yazmış olduğu elmi-
metodik və publisistik məqalənin, bir çox dərslik, dərs vəsaitinin müəllifidir.
Onun nəşr etdirdiyi dərslik və dərs vəsaiti aşağıdakılardır:
1. Orfoepiya təliminin metodikasına dair göstəriĢlər (1974);
Morfologiya tədrisində ədəbi tələffüz üzrə aparılan iĢlər (1974); Ədəbi
tələffüz və informasiyanın mənimsədilməsində texniki vasitələrdən istifadə
(1977); Orfoepik çalıĢmalar (1980); Ədəbi tələffüz təliminin metodikası
(1986); Mühazirəçinin nitq mədəniyyəti (1988); Azərbaycan dili və ədəbiyyat
tədrisində texniki vasitələrdən istifadə (H.Balıyevlı birgə) (1988); Azərbaycan
dili təlimində ifadəli nitq üzrə aparılan iĢlər (Z.Məmmədovla birgə) (1996);
Ədəbi tələffüz üzrə çalıĢmalar (1998); Linqvistik təhlil nümunələri
(C.Cəfərovla birlikdə) (1999); Qrammatik təhlil nümunələri (C.Cəfərovla
birlikdə) (2000); Azərbaycan dili fənni üzrə testlər (2000); Düzgün yazı
təliminin bəzi məsələləri (2003); Müəllimin nitq mədəniyyəti (Z.Məmmədovla
birgə) (2003); Orfoqrafiya-orfoepiya lüğəti (Z.Məmmədovla birgə) (2003);
Azərbaycan dilinin morfologiyası (C.Cəfərovla birgə) (2004); Orfoqrafiya və
orfoepiya təlimi məsələləri (2008); Азербайджанские язык (A.Abdullayev və
M.Əsgərovla birgə) (2008); Nitq mədəniyyətinin əsasları (Z.Məmmədovla
birgə) (2008); Azərbaycan dili, IX sinif, dərslik (V.Qurbanovla birgə) (2009);
Butalı xalça (hekayələr toplusu) (2011); Azərbaycan dilinin müxtəsər
orfoepiya lüğəti (2013).
Əlövsət abdullayev orfoqrafiya və orfoepiya
Abdullayev Əlövsət Zakir oğlu. Müasir Azərbaycan dili [Mətn] Sintaksis: [dərslik] /Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov; red. E.Həsənova, İ.Əhmədzadə, [burax. məs. Ə.Güləliyev] dördüncu hissə.- Bakı: Şərq-Qərb, 2007.- 422, [2] s.
Alman ədəbiyyatı antologiyası [Mətn]: İki cilddə /Tərc. edən. H. Arzulu, Ə. Nəcəfov, A. Mollayeva, V. Hacıyev, A. Abbasova. – I cild. – Bakı: Şərq-Qərb, 2006. – 440 s.
Alman ədəbiyyatı antologiyası [Mətn]: İki cilddə /Tərc. edən. G. Həsənzadə, S. Hüseynova, T. Elçin. – II cild. – Bakı: Şərq-Qərb, 2006. – 376 s.
Almanca-Azərbaycanca lüğət [Mətn]: lüğətə təxminən 40000 söz və söz birləşməsi daxil edilmişdir: A-Z /red. Ç. Qurbanlı; [tərt. ed. R. Babayeva və b. ] [burax. məs. Ə. Güləliyev]Bakı: Şərq-Qərb, 2007. – 647, [1] s.
Azərbaycan dilinin antonimlər lüğət i A-Z /Tərtib edəni. H. Həsənov. – Bakı: Şərq-Qərb, 2007. – 144 s.
Azərbaycan ədəbi dili tarixi [Mətn]: dörd cilddə XIX əsr /S.Mehdiyeva və b.; red. S.Mehdiyeva; AMEA Nəsimi ad. Dilçilik İnstitutu III cild Bakı: Şərq-Qərb, 2007.- 334, [2] s.
Azərbaycan dili izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz. , təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu. – B. : Şərq-Qərb, 2006. – 744 s.
Azərbaycan dilinin dialektoloji lüğəti [Mətn]: A-Z /Red. A.A.Axundov; Q.Ş.Kazımov, S.M.Behbudov; AzMEA Nəsimi Adına Dilçilik İnstitutu.- Bakı: Şərq-Qərb, 2007.- 568 s.
Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz. , təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu. – B. : Şərq-Qərb, 2006. 792 s
Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz. , təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu. – B. : Şərq-Qərb, 2006. – 672 s.
Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə. Orucov; Tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; Nəşrə haz. , təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. – B. : Şərq-Qərb, 2006. – 712 s.
Azərbaycan dilinin orfoqrafiya lüğəti. [Mətn] /red. A. Axundov; Azərb. Respub. Döv. Dil Komissiyası, AMEA, Nəsimi ad. Dilçilik İn-tu. – B. : Lider, 2004. – 728 s.
Azərbaycan dilinin omonimlər lüğəti [Mətn]: A-Z /Omonimlər haqqında məqalələrin müəllifi və lüğətin tərtibçisi. H. Həsənov. – Bakı: Şərq-Qərb, 2007. – 168 s.
Azərbaycan dilinin sinonimlər lüğəti [Mətn]: A-Z /Tərtib edəni. N. Seyidəliyev; Red. İ. Məmmədov. – Bakı: Şərq-Qərb, 2007. – 424 s.
Azərbaycan ədəbi dili tarixi dörd cilddə /V.Aslanov, S.Mehdiyeva, S.Əlizadə, A.Əlizadə; red. və ön sözün müəl. S.Mehdiyeva; AMEA Nəsimi ad. Dilçilik İnstitutu I Cild.- Bakı: Şərq-Qərb, 2007.- 478, [2] s.
Azərbaycan ədəbi dili tarixi dörd cilddə /R.Məhərrəmova, F.Parənci; red. S.Mehdiyeva; AMEA Nəsimi ad. Dilçilik İnstitutu II Cild.- Bakı: Şərq-Qərb, 2007.- 327, [1] s
Azərbaycan ədəbi dili tarixi [Mətn]: dörd cilddə XIX əsr /S.Mehdiyeva və b.; red. S.Mehdiyeva; AMEA Nəsimi ad. Dilçilik İnstitutu III cild Bakı: Şərq-Qərb, 2007.- 334, [2] s.
Azərbaycan ədəbi dili tarixi dörd cilddə /tərt. ed. A.Axundov [və b.]; red. S.Mehdiyeva; AMEA Nəsimi ad. Dilçilik İn-tu IV cild.- Bakı: Şərq-Qərb, 2007.- 421, [3] s.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası [Mətn]: 2 cilddə /Baş red. Yaqub Mahmudov; Red. heyəti. İ. Ağayev, T. Babayev (məsul katib), A. Bağırov və b. I cild. – B. : Lider, 2004. – 440 s.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası [Mətn]: 2 cilddə /Baş red. Yaqub Mahmudov; Red. heyəti. İ. Ağayev, T. Babayev (məsul katib), A. Bağırov və b. II cild. – B. : Lider, 2005. – 472 s.
Azərbaycan toponimlərinin ensiklopedik lüğət i [Mətn]: iki cilddə /AMEA Nəsimi ad. Dilçilik İn-tu; tərt. R. Əliyeva və b. ; red. R. Əliyeva I cild. – Bakı: Şərq-Qərb, 2007. – 299, [5] s.
Azərbaycanca-Fransızca lüğət [Mətn]: A- Z: lüğətə 25000- dən artıq söz daxil edilmişdir /red. R. Cabbarov. – Bakı: Şərq -Qərb, 2007. – 619, [5] s.
Azərbaycanca-ingiliscə lüğət A-Z [Mətn]: Lüğətə təxminən 55. 000 söz, söz birləşməsi və cümlə daxil edilmişdir /Red. : E. İ. Hacıyev. – Bakı: Şərq-Qərb, 2005. – 896 s.
A zərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca lüğət A-Z [Mətn]: 22000 söz və söz birləşməs /Tərtib edənləri. İ. Rəhimov, S. Mir Cəfərova, Z. Rəhimova, Y. Rəhimov; Red. S. Mir Cəfərova. – Bakı: Şərq-Qərb, 2006. – 288 s.
Azərbaycanca-rusca lüğət: 4 cilddə A-D [Mətn] I cild /müəl. M. T. Tağıyev, İ. M. Aydınov, İ. M. Kərimov və b. ; red. M. T. Tağıyev və b. ; Bakı Slavyan Un-ti. – B. : Şərq-Qərb, 2006. – 896 s.
Azərbaycanca-rusca lüğət [Mətn]: 4 cilddə E-K /müəl. M. T. Tağıyev, İ. M. Aydınov, İ. M. Kərimov və b. ; red. M. T. Tağıyev və b. ; Bakı Slavyan Un-ti II cild. – B. : Şərq-Qərb, 2006. – 848 s.
Azərbaycanca – rusca lüğət: 4 cilddə Q-R [Mətn] III cild /Müəlliflər. M. T. Tağıyev, İ. M. Aydınov, İ. M. Kərimov və b. ; Red. M. T. Tağıyev və b. ; Bakı Slavyan Universiteti B. : Şərq-Qərb, 2006. – 840 s.
Azərbaycanca – rusca lüğət: 4 cilddə S-Z [Mətn] IV cild /Müəlliflər. M. T. Tağıyev, İ. M. Aydınov, İ. M. Kərimov və b. ; Red. M. T. Tağıyev və b. ; Bakı Slavyan Universiteti B. : Şərq-Qərb, 2006. – 984 s.
Bünyadov Ziya Musa oğlu. Dinlər, təriqətlər, məzhəblər [Mətn]: [ensiklopedik soraq kitabı] /Ziya Bünyadov. – Bakı: Şərq-Qərb, 2007. – 336 s.
Cəfərov Səlim Əbdüllətif oğlu. Müasir Azərbaycan dili [Mətn] Leksika /S. Cəfərov; red. B. Əhmədov; [burax. məsul. Ə. Güləliyev] II hissə. – Bakı: Şərq-Qərb, 2007. – 191, [1] s.
Cəlil Məmmədquluzadə ensiklopediyası [Mətn] /red. hey. Anar [və b. ]Bakı: Şərq-Qərb, 2008. – 318, [2] s.
Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu. Müasir Azərbaycan dili [Mətn] Fonetika, orfoepiya, orfoqrafiya: [dərslik]/Ə. M. Dəmirçizadə; red. A. Axundov; [buraxılışa məsul Ə. Güləliyev] birinci hissə. – Bakı: Şərq-Qərb, 2007. – 253, [3] s.
Ərəbcə-azərbaycanca lüğə t [Mətn]: İki cilddə: Təxminən 45000 söz və ifadə /R. Əliyev I cild. – Bakı: Şərq-Qərb, 2007. – 440 s.
Farsca-Azərbaycanca lüğət lüğətə təxminən 35000 söz və söz birləçməsi daxil edilmişdi r /tərt. ed. M. Nağısoylu, Ə. Bağırov, A. Ramazanov, Ş. Abdullayeva; red. və ön söz. M. Nağısoylu. – Bakı: Şərq-Qərb, 2007. – 636, [4] s.
Fransızca-azərbaycanca lüğət [Mətn]: A-Z. Lüğətə təxminən 30000 söz və söz birləşmələri daxil edilmişdir /Red. R. Cabbarov. – Bakı: Şərq-Qərb, 2007. – 464 s.
İngiliscə-Azərbaycanca lüğət [Mətn]: A-Z /Tərt. O. İ. Türksevər (Musayev), T. İ. Əliyev, Q. Q. Məmmədov və b. ; Red. Q. Q. Məmmədov. – B. : Şərq-Qərb, 2004. – 1320 s.
Novruz bayramı ensiklopediyası [Mətn]: xalq bayramı /tərt. ed. B. Abdulla, T. Babayev; elmi red. M. Qasımlı. – Bakı: Şərq-Qərb, 2008. – 207, [1] s.
Politologiya izahlı lüğət /baş red. və ön söz. R. Mehdiyev; elmi red. S. Qəndilov; müəl. kol. R. Mehdiyev [və b. ]; Azərb. Resp. Prezidenti Yanında Dövlət İdarəçilik Akad. – Bakı: Şərq-Qərb, 2007. – 352 s.
Rusca-azərbaycanca lüğət [Mətn]: Üç cilddə А-К /Red. Ə. Orucov; AMEA Nəsimi adına Dilçilik İnstitutu I cild. – B. : Şərq-Qərb, 2005. – 728 s.
Rusca-azərbaycanca lüğət [Mətn]: Üç cilddə Л-П /Red. Ə. Orucov; AMEA Nəsimi adına Dilçilik İnstitutu II cild. – B. : Şərq-Qərb, 2005. – 848 s.
Rusca-azərbaycanca lüğət [Mətn]: Üç cilddə Р-Я /Red. Ə. Ə. Orucov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu III cild. – B. : Şərq-Qərb, 2005. – 672 s.
Uşaqlar üçün ensiklopediya. Geologiya [Mətn] /Azərb. nəşri üzərində işləyənlər. A. Əlizadə və b. [tərc. AMEA-nın Geologiya və Coğrafiya İnsitutları; ADNA; BDU]Bakı: Şərq-Qərb, 2008. – 711, [1] s.
Uşaqlar üçün ensiklopediya. İnformatika [Mətn] /Azərb. nəşri üzərində işləyənlər. Ə. Abbasov, R. Əliquliyev, Ə. Əliyev. – Bakı: Şərq-Qərb, 2008. – 615, [1] s.
Uşaqlar üçün ensiklopediya. Kimya [Mətn] /Azərb. nəşri üzərində işləyənlər E. Məmmədov, N. Abışov, R. Süleymanov, E.Allahyarov. – Bakı: Şərq-Qərb, 2008. – 638, [2] s.
Üzeyir Hacıbəyli ensiklopediyas ı [Mətn] /E. Abbasova [və b. ]; red. hey. E. Abbasova [və b. ]; red. S. Ağababayeva, T. Dadaşova; burax. məs. Ə. Güləliyev; Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu. – Bakı: [Şərq-Qərb], 2008. 239, [1]s.
Comments are closed, but trackbacks and pingbacks are open.