Press "Enter" to skip to content

Əlövsət quliyev naxçıvanın kəhrizləri

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Əlövsət quliyev naxçıvanın kəhrizləri

Vətən müharibəsi zamanı adını qəlblərə daimi yazdıran şəhidlərimizdən biri də Vəli Quliyevdir.

Unikal.org-un məlumatına görə, o, 44 günlük Vətən müharibəsində böyük şücaiət göstərən igidlərimizdən biridir.

Vəli Quliyev Kamal oğlu 20.07.1997 tarixində Culfa rayon Qazançı kəndində dünyaya gəlib. 2003-cü ildə həmin kəndin 1991-ci il şəhidi Elsəvər Eldar oğlu Aslanov adına tam orta məktəbdə təhsilinə başlamışdır. 2009-cu ildə Naxçıvan Muxtar Respublikası Azər Tağıyev adına 17 nömrəli məktəbində 7-ci sinifdən təhsilini davam etdirmiş və 2011-ci ildə Heydər Əliyev adına hərbi liseyin 1-ci kursuna qəbul olmuşdur. 2014-cü ildə oranı bitirərək, Azərbaycan Ali Hərbi Akedemyasina 1-ci kursuna qəbul olmuş, 2018-ci ildə Akademiyanı başa vurmuşdur. Həmin ildə də N saylı hərbi hissədə işə başlamışdır. Bir neçə aydan sonra ön cəbhəyə göndərilmiş və 1 il orada xidmət etdikdən sonra yenidən “N” saylı hərbi hissəyə qayıtmışdır.
İki ilə yaxın idi ki, sərhəd bölgəsində Beyləqan Korpusunun Ağcabədi “N” saylı hərbi hissəsində əvvəllər taqım komandiri, 5 aya yaxın isə bölük komandiri işləyirdi. Özü sərhəd bölgəsini seçmişdi. Postuna necə dəyər verməsi, evi kimi necə can yandırması hamıya nümunə idi. 5 ay idi ki, kirayə etdiyi mənzildən çıxıb elə postda qalırdı və hər zaman deyirdi:
– Evim buradır. Sərhədçinin evi post olar.

Yaxını Rəşid Quliyev açıqlamasında bildirir ki, Vəli Quliyev bu cür hərbçi olub. Səmimi komandir. Hər kəsə əl tutan, yardımsevər, başçılıq etdiyi əsgərlərinə qardaş münasibəti bəsləyən, qayğılarını çəkən, ehtiyacı olana yardım edən.

27 sentyabr səhəri düşmənin Tovuz istiqamətindəki dinc əhalini artilleriyalardan, iriçaplı pulemyotlardan atəşə tutması xəbəri ilə açılır. Həmin vaxt silahına sarılan Vəli öz bölüyü ilə döyüş bölgələrində idi. Adəti üzrə “Dost dosta tən gərək, tən olmasa, gen gərək”, – deyərək bölüyünü yığır başına. Dilində bir söz vardı: “Ya Qarabağ, ya ölüm!” Bu sözlər ilə əsgərlərini döyüşə ruhlandırır,Vətənin müdafiəsinə bu cür səsləyirdi. 44 günlük müharibənin ilk saatlarından etibarən Vəli və bölüyü dayanmadan vuruşur, irəli gedir. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan istqamətlərində gedən döyüşlərdə işğaldan azad olan torpaqlarımızda naxçıvanlı aslanlar bölüyün imzalarını hər yerə yazır.

Oktyabr ayının 21-i Qubadlı istiqamətinə getmək üçün yola düşürlər. Vəligilin yol getdiyi “Maz” markalı maşına bomba atırlar, Vəli bir qrup heyət ilə birlikdə maşından atılıb, canını güc-bəla ilə qurtarır. Həmin heyətdən 9 nəfər şəhid olur. Çox keçmir, 2-3 saatın içində qızğın döyüş başlayır. Ermənilərlə, təqribən, 30 metr məsafədə. Onlar səngərdə, bizim döyüşçülər isə ortada mühasirəyə düşmüş vəziyyətdə. Topların səsindən qulaq tutulur. Yağış kimi mərmilər yağır hər tərəfdən. Yanında Asim İbrahimovun güllə yarası alıb şəhidlik məqamına yüksəldiyini görən Vəli çox qəzəblənir, dostu Fərmin Əliyevin (Vəlinin ən yaxın dostlarından biri idi) şəhid olması yadına düşür. Başını qaldırıb silahını çəkəndə onu da nişan alırlar. Yanındakı əsgəri Elnur Məmmədli özünü atır komandirinin üzərinə ki, onu qorusun. Çox təlaşlanır:
– Nə edək, komandir? Sizi çıxarım buradan, bəlkə? Hə, çıxarım, qoymaram sizə nə isə olsun.
Vəli qaşlarını çatıb deyir:
– Yox! Dayanmaq, geri getmək olmaz. Çəkilməyin! Bu, bir göstərişdir. İrəli gedin! Bir-birinizdən də muğayat olun!
Elə o anda ikinci güllə ilə gözlərini əbədilik yumur. Elnur onu döyüş meydanından 3-4 metr kənara çəksə də, baxır ki, nəbzi dayanıb. Artıq Vəlidən geriyə qalan silahı, bıçağı bir də cansız bədənidir. Ruhu isə əbədilik vətən səmasında yer alıb.

Naxçıvan torpağı onu döyüş bölgəsinə bir hərbçi leytenant kimi göndərsə də, əsl generala layiq iftixar, qürur və fəxarətlə qarşıladı. Vəli Quliyev nəinki qəhrəman bir hərbçi oldu. O, həm də Qarabağ əfsanəsinə çevrildi. “Naxçıvan Canavarı” simvolunun daşıyıcısı, igid qəhrəmanı Vətən torpağının qoynuna şəhid kimi köçdü, sevdiyi Vətən naminə.

Gülayə Mecid

Əlövsət quliyev naxçıvanın kəhrizləri

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Naxçıvan kəhrizləri

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Əlövsət quliyev naxçıvanın kəhrizləri

Aqrar elmlər sahəsində tanınmış alim, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin 75 yaşı tamam olur.

Əlövsət Gülüş oğlu Quliyev 1947-ci il avqust ayının 10-da Sisyan rayonunun Sofulu kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsini, 1980-ci ildə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspiranturasını bitirmişdir. O, 1984-cü ildə ildə namizədlik, 2008-ci ildə ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2011-ci ildə professor elmi adını almış, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Əlövsət Quliyev 1973-2015-ci illərdə Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, Ümumi texniki fənlər, Ekologiya, Meliorasiya kafedralarının müdiri, 2015-2021-ci illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifələrində çalışmışdır. 2021-ci ildən institutun baş direktorudur.

Əlövsət Quliyevin elmi fəaliyyəti əsasən Naxçıvan MR-in suvarılan torpaqlarında təkrar şorlaşma və irriqasiya eroziyasına qarşı mübarizə yollarına həsr olunmuşdur. O, ilk dəfə olaraq Babək, Kəngərli, Şərur rayonları ərazilərində təkrar şorlaşmaya məruz qalmış torpaqların qisa müddət ərzində zərərli duzlardan təmizlənməsi və yenidən əkin dövriyyəsinə qaytarılması üsullarını işləyib hazırlamış, Azərbaycanda qədim su mənbələri sayılan kəhriz sistemlərini araşdırmış, onların iş prinsipi, sərflərinin artırılması və GİS əsasında xəritələşdirilməsi işlərini yerinə yetirmişdir. Alimin məsləhətçiliyi ilə keçmiş Yod-Brom zavodu və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazilərində antropogen təsirlərdən çirklənmiş göllərin qurudulması, torpaqların təmizlənərək ərazinin yaşıllaşdırılması fəaliyyəti həyata keçirilmişdir.

Əlövsət Quliyev 179 elmi əsərin (58-i xaricdə), o cümlədən 14 kitab, 2 dərslik və 4 qısametrajlı elmi-publisistik film senarisinin müəllifidir. Alim hazırda 10-dan artıq magistr və fəlsəfə doktorluğu işinə elmi rəhbərlik edir.

Əlövsət Quliyev Beynəlxalq Ekologiya, İnsan və Təbiətin Təhlükəsizliyi Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədri, UNESCO-nun Qədim hidravlik sistemlər – kəhrizlər üzrə dövlətlərarası idarə heyətinin, Biologiya və Tibb Elmləri Bölməsi Elmi şurasının, bir neçə beynəlxalq jurnalın redaksiya heyətinin, Azərbaycan, Rusiya və Beynəlxalq Torpaqşünaslar cəmiyyətlərinin üzvüdür.

Əlövsət Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri fərmanları, AR Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Əlövsət Quliyevi yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Comments are closed, but trackbacks and pingbacks are open.