Press "Enter" to skip to content

Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub

Atası bu əsnada deyir: Öz oğlumdur deyə demirəm Vəli həqiqi mənada igidlik göstərib. Oğluyla olan danışığından öz fikirlərini belə qələmə alır. Vəli deyirdi ki, Ata, onlar çox qorxaq millətdirlər. Biz vuruşduqsa onlar qaçırdılar. Vəligilin bölüyü Cəbrayıl, Zəngilan uğrunda mərdliklə vuruşmuşdular. Oktyabrın 20- də Cəbrayıldan Qubadlıya doğru getdikləri bir vaxtda Vəli yaralanır. Atası Kamal Quliyev onda olan vətən sevgisinin, vətən ruhunun çox fərqli olduğunu bildirir. Deyir ki, qələbə xəbərini Vəlidən eşitməyi çox istərdi: “Torpaqlarımızı azad etmək üçün irəli getdikdə, mənfur düşmənlərimizlə 30 metr üz-üzə çıxırlar. Onlar havaya işıqlandırma fişəngləri atır, bu zaman Vəli orda şəhid olur. Vəlinin yoldaşları deyir ki, o yaralandı, dedi, mən vurdular. Dedik, komandir nə edək. Dedi ki, uşaqlara deyin bir-birindən muğayat olsunlar, ancaq irəli. Deyiblər, səni burdan çıxaraq, deyib ki, olmaz “.

SON DƏQİQƏ

Bu gün zəfər günüdür. Xalqımız bu günü bayram edir. Tam 28 il xalqımızın başında qara buludlar olub. Artıq o qara buludlar çəkildi. Yurdumuza gün doğdu. Həm də elə bir gün doğdu ki, dünya o günəşdən danışdı. Biz bu zəfəri Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, güclü ordumuza və şəhid olmuş hərbi qulluqçularımıza borcluyuq. Şəhidlərin haqqını isə heç bir zaman ödəyə bilmərik.

Bu gün şəhid olmuş Vəli Quliyevin ailəsi ilə həmsöhbət olduq.

Ilk həmsöhbətimiz şəhidin anası Həqiqət xanım oldu.

1.Vəli Quliyev haqqında məlumatla söhbətimizə başlayaq.

-Vəli Quliyev Kamal oğlu 1997 ci il iyulun 20- də Culfa rayonunun Qazançı kəndində anadan olub. 2002 ci ildə atasının əmisinə rəsmi şəkildə övladlıq verilən Vəli 2003-cü ildə həmin kəndin 1991-ci il şəhidi Elsəvər Eldar oğlu Aslanov adına tam orta məktəbdə təhsilinə başlamışdır. 2009-cu ildə Naxçıvan Muxtar Respublikası Azər Tağıyev adına 17 nömrəli məktəbində VII sinifdən təhsilini davam etdirmişdir. 2011- ci ildə Heydər Əliyev adına Hərbi Liseyə sənəd vermişdir. Hər zaman başqalarından fərqlənməsi ilə nümunəvi davranış sərgiləmişdir.

2. Vəlinin hərbiyə gəlişi haqda atasına sual ünvanlayırıq.

2011-ci ildə Heydər Əliyev adına hərbi liseyin 1-ci kursuna qəbul olmuşdur. 2014-cü ildə oranı bitirərək, Azərbaycan Ali Hərbi Akedemyasina 1-ci kursuna qəbul olmuş, 2018-ci ildə Akademiyanı başa vurmuşdur. Həmin ildə də N saylı hərbi hissədə xidmətə başlamışdır. Bir neçə aydan sonra ön cəbhəyə göndərilmiş və 1 il orada xidmət etdikdən sonra yenidən “N” saylı hərbi hissəyə qayıtmışdır. İki ilə yaxın idi ki, sərhəd bölgəsində Beyləqan Korpusunun Ağcabədi “N” saylı hərbi hissəsində əvvəllər taqım komandiri, 5 aya yaxın isə bölük komandiri vəzifəsində xidmət etmişdir. Öz xahişi ilə döyüş bölgəsinə yollanıb. Hərbidə olduğu müddətdə nümunəvi zabit kimi dəyərləndirilib. Xatirələri yada saldıqca adamın canı ağrıyır. Amma qürurlu bir kədərdir. Torpaqlarımızın azadlığı uğrunda vətən müharibəsi başlayanda “Aslanlar bölüyü” adlanan bölüyü Hadrutun qorunmasında, Füzulinin azaad olunması uğrunda misilsiz rəşadət göstərmişdir.

Atası bu əsnada deyir: Öz oğlumdur deyə demirəm Vəli həqiqi mənada igidlik göstərib. Oğluyla olan danışığından öz fikirlərini belə qələmə alır. Vəli deyirdi ki, Ata, onlar çox qorxaq millətdirlər. Biz vuruşduqsa onlar qaçırdılar. Vəligilin bölüyü Cəbrayıl, Zəngilan uğrunda mərdliklə vuruşmuşdular. Oktyabrın 20- də Cəbrayıldan Qubadlıya doğru getdikləri bir vaxtda Vəli yaralanır. Atası Kamal Quliyev onda olan vətən sevgisinin, vətən ruhunun çox fərqli olduğunu bildirir. Deyir ki, qələbə xəbərini Vəlidən eşitməyi çox istərdi: “Torpaqlarımızı azad etmək üçün irəli getdikdə, mənfur düşmənlərimizlə 30 metr üz-üzə çıxırlar. Onlar havaya işıqlandırma fişəngləri atır, bu zaman Vəli orda şəhid olur. Vəlinin yoldaşları deyir ki, o yaralandı, dedi, mən vurdular. Dedik, komandir nə edək. Dedi ki, uşaqlara deyin bir-birindən muğayat olsunlar, ancaq irəli. Deyiblər, səni burdan çıxaraq, deyib ki, olmaz “.

2.Vəli Quliyevin uşaqlığı da oxucularımız üçün çox maraqlı olardı.

– Vəli hər zaman davranışı ilə seçilən uşaq olub. Həddindən çox dostcanlı idi. Ətrafında olan insanlar da bu dediklərimiz təsdiqləyər. O, heç vaxt xəyal qurmazdı. Bir çoxları kimi maşınım olsun, evlənim belə şeylər düşünməzdi. Onun bir xəyalı var idi ki, böyüyüb əsgər olsun (gülür) ancaq deyirdi ki mən əsgər olacam vuruşacam. Başqa heçnə düşünməzdi sanki başqa xəyal qura bilmirdi. Balıq tutmağı da çox xoşlayardı. Allaha, dinə bağlı biri idi. Bu da məni çox sevindirirdi.

3. Şəhidimizin anasına müraciət edirik. Həqiqət xanım, heç düşünmüşdünüz ki, oğlum hərbi sahəyə meyl etməzdi. Kaş daha asan peşə seçərdi?

-Qətiyyən düşünməmişəm. Düzdür, çətin peşədir hərbçilik. Amma, bugün Vəli kimi neçə- neçə oğullar sayəsində xalqımız zəfər qazanıb. Bu gün onların sayəsində xalq bayram edir. O uşaqlıqdan bu yolu seçib mənə çətində olsa onun seçiminin tərəfində olmuşam heç vaxt etiraz etməmişəm. Illərlə onun yolunu səbrlə, təmkinlə gözləmişəm. O hər dəfə bizimlə əlaqə saxlayanda deyirdi ki əgər mənə nəsə olsa ağlama ana, sən başını dik tut. Sən mənimlə fəxr et. Mən Vəli ilə hər zaman fəxr etmişəm və ömrümün sonuna kimi də fəxr edəcəyəm də.

Daha sonra şəhidin atasına belə bir sualımız var. Kamal bəy, Vəli daha çox kimə bağlı idi, kiminlə dərdləşər, dərdini bölüşərdi?

-Belə deyim ki, Vəli ümumiyyətlə pozitiv biri idi. Ona yad olan insanlar elə bilərdi ki onun heç dərdi yoxdu. əgər bir problemi olardısa da çalışardı ki bunu kiməsə bildirməsin özü həll etsin. Nə olursa- olsun Vəli özü hər problemdən baş çıxara bilərdi. Bunu da qeyd edim ki oğlan uşaqları ümumiyyətlə analarına bağlı olurlar. Vəli də ən çox anası ilə danışar onunla dərdini bölüşərdi.

5. Maqsud bəy, siz Vəlinin əkiz qardaşısınız. Siz neçə müddət qardaşınızdan xəbər ala bilmədiniz. Həmin vaxtda nələr hiss edirdiniz?

– Oktyabr ayının 20 –də qardaşım mənlə danışmaq üçün zəng etmişdi, lakin mən onunla əlaqə saxlaya bilmədim. Zəngini aça bilmədiyim üçün narahatlıq keçirdim. Biraz gözlədim. Bir neçə saat sonra yenidən zəng etdi, amma bu səfər onunla əlaqə saxlaya bildim. Hər şeyin yaxşı olduğunu dedi. Erməni vəhşilərini necə qırıldıqlarını zövqlə danışdı. Daha sonra “Məndən narahat olmayın, tez tez sizinlə əlaqə saxlayacam” – dedi və dəstəyi yerə qoydu.

6. Torpaqlarımızın mənfur düşmən tapdağından azad olması uğrunda döyüşən Vəli Quliyev harada həlak oldu?

Azərbaycan Ordusunun leytenantı olan Vəli Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının alınması əməliyyatlarında iştirak etmişdir. 22 oktyabr-da Qubadlı rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub. Vəli şəhid olmamışdan qabaq bir dəfə də yaralanmışdı. Lakin o dayanmadan yaralı halda əmrə tabe olaraq irəli getmişdi. Komanda yoldaşlarına qulaq asmadan mübarizəsini davam etdirmişdi. Axırıncı dəfə isə şah damarından vurularaq şəhid olmuşdu.

7. Bu faciəvi xəbəri sizə kim dedi?

-Vəlinin şəhid olmasını əmim və xalamın yoldaşı bizdən qabaq bilirdi. Əmim 12 gün bizdən gizlətdi. Vəlinin nəşi Naxçıvana gələnə yaxın artıq anamgil bilirdilər.

8. Üzümü şəhidin valideynlərinə tutub deyirəm. Vəli haqqında xatirinizdə qalan bir məqamı danışa bilərsinizmi?

-Vəli haqqında o qədər gözəl əhvalatlar danışa bilərəm ki. Bir gün mən eşitdim ki bir çox tanışlar bizim ailədən danışır ki Vəligilin maddi vəziyyətin çox yaxşıdır. Bu söhbət məni çox maraqlandırdı ki, nədir bu söhbətə səbəb olan? Sonra bildim ki Vəli aldığı maaşının bir çox hissəsini iş yoldaşının uşağının xəstəliyi üçün ayırıb. Daha sonra mənimlə əlaqə saxladıqda bunu mənə də danışdı. Mən dedim ki, oğlum, yaxşı etmisən, bəs bu qədər pul çox deyilmi? Cavab olaraq mənə dedi ki, yox ana, o uşaq sağalsın hər birimizin istəyi budur. Ümumiyyətlə Vəli qazandığı pulu boş yerlərə xərcləmirdi. Düşünüb sonra hərəkət edərdi.

Son olaraq bizə nə demək istərdiniz?

-Təşəkkürlər ki, Vəli Quliyev haqqında yazırsınız. Xalqımız heç bir şəhidimizi unutmasın unutdurmasın. Onlar bizim igid balalarımızdır. Son olaraq onu da qeyd edim ki, sağ olsun Ali Baş Komandanımız ki, şəhidlərimizin xatirəsini hər zaman əziz tutur. Oğlumuz Vəli Quliyev də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bizdə öz növbəmizdə bizə zaman ayırdığınız üçün sizə təşəkkür edirik. Çox şad olduq ki, belə bir qəhrəmanı tanıdıq. Onlar əbədi olaraq bizim qəlbimizdə olacaqlar. Allahdan sizə səbr şəhidlərimizə isə rəhmət diləyirik.

Nailə Bağırova

“Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi

Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub

Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

18 Mart , 2023 19:14

https://static.report.az/photo/85a934ef-3cc8-3502-a574-e3ec5ce9b6b1.jpg

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. “Report” xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məhəllə barədə məlumat verib. Bildirildi ki, ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa ediləcək. Məhəllədə, həmçinin futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Burada, həmçinin geniş yaşıllıq zolaqları da salınacaq. Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoyub.

Lövst quliyev naxçıvanın khrizlri

Vətən müharibəsi zamanı adını qəlblərə daimi yazdıran şəhidlərimizdən biri də Vəli Quliyevdir.

Unikal.org-un məlumatına görə, o, 44 günlük Vətən müharibəsində böyük şücaiət göstərən igidlərimizdən biridir.

Vəli Quliyev Kamal oğlu 20.07.1997 tarixində Culfa rayon Qazançı kəndində dünyaya gəlib. 2003-cü ildə həmin kəndin 1991-ci il şəhidi Elsəvər Eldar oğlu Aslanov adına tam orta məktəbdə təhsilinə başlamışdır. 2009-cu ildə Naxçıvan Muxtar Respublikası Azər Tağıyev adına 17 nömrəli məktəbində 7-ci sinifdən təhsilini davam etdirmiş və 2011-ci ildə Heydər Əliyev adına hərbi liseyin 1-ci kursuna qəbul olmuşdur. 2014-cü ildə oranı bitirərək, Azərbaycan Ali Hərbi Akedemyasina 1-ci kursuna qəbul olmuş, 2018-ci ildə Akademiyanı başa vurmuşdur. Həmin ildə də N saylı hərbi hissədə işə başlamışdır. Bir neçə aydan sonra ön cəbhəyə göndərilmiş və 1 il orada xidmət etdikdən sonra yenidən “N” saylı hərbi hissəyə qayıtmışdır.
İki ilə yaxın idi ki, sərhəd bölgəsində Beyləqan Korpusunun Ağcabədi “N” saylı hərbi hissəsində əvvəllər taqım komandiri, 5 aya yaxın isə bölük komandiri işləyirdi. Özü sərhəd bölgəsini seçmişdi. Postuna necə dəyər verməsi, evi kimi necə can yandırması hamıya nümunə idi. 5 ay idi ki, kirayə etdiyi mənzildən çıxıb elə postda qalırdı və hər zaman deyirdi:
– Evim buradır. Sərhədçinin evi post olar.

Yaxını Rəşid Quliyev açıqlamasında bildirir ki, Vəli Quliyev bu cür hərbçi olub. Səmimi komandir. Hər kəsə əl tutan, yardımsevər, başçılıq etdiyi əsgərlərinə qardaş münasibəti bəsləyən, qayğılarını çəkən, ehtiyacı olana yardım edən.

27 sentyabr səhəri düşmənin Tovuz istiqamətindəki dinc əhalini artilleriyalardan, iriçaplı pulemyotlardan atəşə tutması xəbəri ilə açılır. Həmin vaxt silahına sarılan Vəli öz bölüyü ilə döyüş bölgələrində idi. Adəti üzrə “Dost dosta tən gərək, tən olmasa, gen gərək”, – deyərək bölüyünü yığır başına. Dilində bir söz vardı: “Ya Qarabağ, ya ölüm!” Bu sözlər ilə əsgərlərini döyüşə ruhlandırır,Vətənin müdafiəsinə bu cür səsləyirdi. 44 günlük müharibənin ilk saatlarından etibarən Vəli və bölüyü dayanmadan vuruşur, irəli gedir. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan istqamətlərində gedən döyüşlərdə işğaldan azad olan torpaqlarımızda naxçıvanlı aslanlar bölüyün imzalarını hər yerə yazır.

Oktyabr ayının 21-i Qubadlı istiqamətinə getmək üçün yola düşürlər. Vəligilin yol getdiyi “Maz” markalı maşına bomba atırlar, Vəli bir qrup heyət ilə birlikdə maşından atılıb, canını güc-bəla ilə qurtarır. Həmin heyətdən 9 nəfər şəhid olur. Çox keçmir, 2-3 saatın içində qızğın döyüş başlayır. Ermənilərlə, təqribən, 30 metr məsafədə. Onlar səngərdə, bizim döyüşçülər isə ortada mühasirəyə düşmüş vəziyyətdə. Topların səsindən qulaq tutulur. Yağış kimi mərmilər yağır hər tərəfdən. Yanında Asim İbrahimovun güllə yarası alıb şəhidlik məqamına yüksəldiyini görən Vəli çox qəzəblənir, dostu Fərmin Əliyevin (Vəlinin ən yaxın dostlarından biri idi) şəhid olması yadına düşür. Başını qaldırıb silahını çəkəndə onu da nişan alırlar. Yanındakı əsgəri Elnur Məmmədli özünü atır komandirinin üzərinə ki, onu qorusun. Çox təlaşlanır:
– Nə edək, komandir? Sizi çıxarım buradan, bəlkə? Hə, çıxarım, qoymaram sizə nə isə olsun.
Vəli qaşlarını çatıb deyir:
– Yox! Dayanmaq, geri getmək olmaz. Çəkilməyin! Bu, bir göstərişdir. İrəli gedin! Bir-birinizdən də muğayat olun!
Elə o anda ikinci güllə ilə gözlərini əbədilik yumur. Elnur onu döyüş meydanından 3-4 metr kənara çəksə də, baxır ki, nəbzi dayanıb. Artıq Vəlidən geriyə qalan silahı, bıçağı bir də cansız bədənidir. Ruhu isə əbədilik vətən səmasında yer alıb.

Naxçıvan torpağı onu döyüş bölgəsinə bir hərbçi leytenant kimi göndərsə də, əsl generala layiq iftixar, qürur və fəxarətlə qarşıladı. Vəli Quliyev nəinki qəhrəman bir hərbçi oldu. O, həm də Qarabağ əfsanəsinə çevrildi. “Naxçıvan Canavarı” simvolunun daşıyıcısı, igid qəhrəmanı Vətən torpağının qoynuna şəhid kimi köçdü, sevdiyi Vətən naminə.

Gülayə Mecid

Comments are closed, but trackbacks and pingbacks are open.