Press "Enter" to skip to content

Azad iqtisadi zona nədir

Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub.

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı

Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub.

Oxu.Az-ın xəbərinə görə, əvvəlcə Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş qanun layihəsi barədə ətraflı məlumat verib.

O, bildirib ki, bu sənəd Prezidentin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən hazırlanıb. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini dövlətimizin başçısının “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli Sərəncamına əsasən təşkil edilmiş İşçi Qrup hazırlayıb. V. Ələsgərov bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.

Məlumat dinlənildikdən sonra müzakirələr başlayıb. Deputatlar sənədin əhəmiyyətini yüksək dəyərləndiriblər. “Ələt azad iqtisadi zonası haqqında” mükəmməl qanun layihəsi hazırladığına görə İşçi qrupun rəhbərinə və qrup üzvlərinə təşəkkürlərini bildiriblər.

MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə qeyd edib ki, sənəddə dövlət maraqları ilə investorların maraqları uzlaşdırılıb. Layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq.

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə öz növbəsində son illər Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin ölkəmizdə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülmüş işləri önə çəkib. Hazırkı şəraitdə belə bir qanunun qəbulunun vacibliyini vurğulayıb.

MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov da azad iqtisadi zonaların səmərəli fəaliyyəti üçün qeyri-standart yanaşmanın vacib olduğunu söyləyib.

Geniş müzakirələrdə qanun layihəsi barədə rəy və təkliflərini bildirən deputatlar Vahid Əhmədov, Əli Məsimli, Qüdrət Həsənquliyev, Kamran Nəbizadə, Cavid Qurbanov, Tahir Kərimli, İlham Əliyev, Çingiz Qənizadə, Şəmsəddin Hacıyev, Rafael Cəbrayılov, Əsabil Qasımov dünya praktikasına istinadən azad iqtisadi zonaların fəaliyyətindən söz açıblar, onların uğurlarını və gəlirlərini şərtləndirən amilləri diqqətə çatdırıblar. Belə zonalarda sahibkarların gömrük və vergi rüsumlarından azad olunmasının vacibliyini qeyd ediblər. Ölkəmizdə yaradılan azad iqtisadi zonaların idarə edilməsi və inkişafı, həmin zonalarda səlahiyyətli qurumların hüquq və vəzifələri, xarici investorların hüquqları ilə yanaşı, Azərbaycan vətəndaşlarının da hüquqlarının qorunması və digər mühüm məsələlər barədə danışıblar. Deputatlar qeyd ediblər ki, azad zonaların fəaliyyəti iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artmasına təkan verəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək. Son 20 ildə transmilli enerji infrastrukturunun, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi və s. kimi beynəlxalq layihələrin reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Azad iqtisadi zonaların fəaliyyəti əhalinin məşğulluğuna da böyük töhfə verə bilər.

Müzakirələrdən sonra “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi yekdilliklə MM-in müzakirəsinə tövsiyə olunub.

Azad iqtisadi zona nədir?

Azərbaycan Respublikası Prezidentinin 22 may 2020-ci il tarixli, “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanının icrası istiqamətində bu gün Ələtdə sözügedən iqtisadi zonanın təməli qoyulub.
Yeniavaz.com
açıq internet resursları əsasında Azad İqtisadi Zona (AİZ) haqqında məlumatı təqdim edir:

Mahiyyəti və yaradılması məqsədləri
1973-cü il mayın 18-də Kiotoda (Yaponiyada şəhər) keçirilən gömrük prosedurlarının sadələşdirilməsi və harmonikləşdirilməsi üzrə beynəlxalq konvensiyada göstərilir ki, azad zona (franko zona) dedikdə, ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda (gömrük eksteritoriallığı prinsipi) olan bir obyekt kimi baxılır və buna görə də onlar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmirlər. Başqa sözlə desək, Azad İqtisadi Zona – xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Azad iqtisadi zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericiliyi özündə əks etdirən rejim altında fəaliyyət göstərirlər və onların bu fəaliyyəti tənzimlənir. Bu da özündə aşağıdakı vacib məsələləri əhatə edir: gömrük tənzimlənməsi; vergiyə cəlbetmə; lisenziyalaşdırma; viza rəsmiləşdirilməsi; bank fəaliyyəti; mülkiyyət və girov münasibətləri (o cümlədən, torpağa sahiblik hüququna dair məsələlər); konsessiyanın (imtiyazın) verilməsi; azad zonanın idarə edilməsi. Azad iqtisadi zonaların müəyyənedici xüsusiyyətlərindən biri də əmək və sosial qanunvericilik aktlarının belə ərazilərdə tətbiq olunmasıdır. Azad zonaların problemlərinə həsr edilmiş müasir nəzəri işlərdə onların mahiyyəti daha geniş izah olunur: onlar, dövlətin iqtisadi proseslərə müdaxilə etməsinin həcminin azaldılması aləti kimi göstərilir. “Azad zona” anlayışına bu cür izahat verilməsi, onun təsərrüfatlaşdırmanın preferensial rejiminin fəaliyyəti ilə əlaqədar bütün prosesləri əhatə etməsi deməkdir. Bu cür yanaşmaya görə “azad zona – təkcə ayrılmış, xüsusi bir coğrafi ərazi deyil, əksinə, milli iqtisadi məkanın bir hissəsi olmaqla, burada ölkənin digər yerlərində istifadə olunmayan müəyyən güzəşt və stimullar sistemi tətbiq edilir”. Azad iqtisadi zonaların aşağıdakı xarakterik cəhədlərinə baxaq:
müxtəlif növ güzəşt və stimulların tətbiqi, o cümlədən;
xarici ticarətdə güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi);
fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılmasını nəzərdə tutur. Bu güzəştlər vergi bazası (mənfəət və ya gəlir, əmlakın dəyəri və s.) və onun ayrı-ayrı komponentlərini (amortizasiya ayırmaları, əmək haqqına, elmi-texni tərəqqiyə və nəqliyyata çəkilən xərclər), vergi dərəcələrinin səviyyəsini, vergilərdən daimi və ya müvəqqəti azadolmalar kimi məsələləri əhatə edə bilər;
maliyyə güzəştləri – subsidiyaların müxtəlif formalarını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri hesabına – birbaşa və kommunal xidmətlərə aşağı qiymət qoymaqla, torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması yolu ilə – dolayı formalarda verilə bilər.
administrativ (inzibati) güzəştlər – müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici vətəndaşların ölkəyə girişi və çıxışı prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.
Azad iqtisadi zonalarda güzəştlərin tətbiqi nəticəsində mənfəət norması 30-35%, bəzən isə daha çox olur: misal üçün, Asiyanın azad iqtisadi zonalarında fəaliyyət göstərən transmilli şirkətlər orta hesabla ildə 40% mənfəət əldə edirlər. Qoyulan sərmayələrin özünü ödəməsi müddəti isə əhəmiyyətli dərəcədə qısalır (2-3 dəfəyədək). Azad iqtisadi zonalar üçün bu müddət 3-3,5 ili keçməyənədək normal hal kimi sayılır.
Azad iqtisadi zonaların yaradılması bir qayda olaraq – ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafına, konkret prioritet iqtisadi məsələlərin həllinə, strateji proqram və layihələrin reallaşdırılmasına yönəldilmiş ciddi bir işdir. Belə ki, təcrübə onu göstərir ki, azad iqtisadi zonalarda yaradılmış güzəştlər sistemi bu ərazidə reallaşdırılan proqramlarla birbaşa və sıx əlaqəyə malikdir. Dünya təsərrüfatındakı təcrübəyə əsaslanaraq onu da qeyd edək ki, AİZ-in yaradılması zamanı bəyan edilən ilkin məqsəd və vəzifələr demək olar ki heç vaxt faktiki inkişafın nəticələri ilə üst-üstə gəlmir. Azad iqtisadi zonaların yaradılmasında iki yanaşma mövcuddur. Azad iqtisadi zonaların yaradılmasının ərazi konsepsiyası özündə tətbiq edilən ölkənin digər ərazilərindən ayrılmış elə bir ərazisini əks etdirir ki, burada yerləşən müəssisələr üçün xüsusi güzəştli rejim tətbiq edilir. Nöqtəvi konsepsiyaya görə isə yaradılan azad iqtisadi zonalarda güzəştli rejimlər yalnız sahibkarlıq fəaliyyətinin müəyyən bir növünə şamil edilir. Bu zaman təsərrüfat subyektlərinin coğrafi yerləşməsi heç bir əhəmiyyət daşımır. Misal kimi nöqtəvi zonalara Meksikadakı “Makiladoras” ərazisini göstərmək olar. Bu konsepsiya firmalara öz fəaliyyətlərini həyata keçirmək üçün istədikləri optimal rayonu seçməyə imkan yaradır. Azad iqtisadi zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır. Söhbət ixrac üçün rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi və bu yolla da valyuta daxilolmalarının artımının təmin edilməsindən gedir. Bu məntiq tam başadüşüləndir. Əgər ölkə hər hansı səbəblər üzündən birbaşa xarici kapital üçün açıq iqtisadiyyatı təmin edə bilmirsə, onda bunu azad iqtisadi zonalar çərçivəsində həyata keçirə bilər. Azad iqtisadi zonalar həmçinin bunda maraqlı olan ölkənin daxili bazarının yüksək keyfiyyətli məhsullarla, ilk növbədə isə idxaləvəzedici məhsullarla doldurulması üçün çox vacibdir. Bu məqsədə çatmaq üçün ayrılmış ərazidə xarici kapitalın iştirakı ilə idxaləvəzedici istehsal yaradılır. Göründüyü kimi AİZ-in yaradılmasında müxtəlif məqsədlərin olduğunu sübut etmək üçün bir neçə misal gətirmək mümkündür. Bütün bunlara baxmayaraq, bu məqsədlərin hamısını birləşdirən ümumi xarakterik cəhətlər vardır. Bütün məqsədləri iqtisadi, sosial, elmi və texniki olmaqla aşağıdakı kimi izah etmək olar.
İqtisadi məqsədlər:
Milli bazarın dünya iqtisadiyyatı sisteminə dərindən daxil olması;
Yüksək rentabelliyə malik istehsalın inkişafı üçün xarici və daxili investisiyaların cəlb edilməsi;
İxrac məhsullarının genişləndirilməsi üçün BƏB-in üstünlüklərindən istifadə edilməsi;
Ölkə büdcəsində valyuta daxilolmalarının artırılması.
Sosial məqsədlər:
İqtisadi cəhətdən geridə qalmış regionların kompleks inkişafı;
İş yerlərinin sayının çoxaldılması və əhalinin məşğulluğunun təmin edilmə-si;
Yerli ixtisaslı fəhlələrin, mühəndislərin, iqtisadi və idarəetmə personalının təhsil və peşə təcrübələrinin artırılması;
Milli bazarın yüksək keyfiyyətli məhsullarla doldurulması.
Elmi-texniki məqsədlər:
Ən yeni xarici və yerli texnologiyadan istifadə;
İdarəetmənin yeni formalarının həyata keçirilməsi;
Mühəndis-texniki mərkəzlərin təcrübi və elmi nailiyyətlərinin cəlb edilməsi;
İstehsal gücünün, infrastrukturun keyfiyyətinin artırılması.

Təsnifatı
Dünya praktikasında AİZ-in müxtəlif formaları mövcuddur. Lakin hazırda azad zonaların hamı tərəfindən qəbul edilən ümumi tipologiyası mövcud deyil. İndi isə onların mümkün təsnifatına, tipik ölçülərinə, tətbiq edilən güzəştlər sisteminə və yayılma regionlarına nəzər salaq. Adətən AİZ-in bu və ya digər növünü birmənalı şəkildə təsnifləşdirmək çox çətin olur. Belə ki, o, özündə bir çox zonaların xüsusiyyətlərini birləşdirir. Dünyada daha geniş yayılmış AİZ-ə aşağıdakıları misal göstərmək olar:

Azad ticarət zonaları
Azad ticarət zonaları daha çox ABŞ-da geniş yayılmışdır. Onların yaradılması 1934-cü ildə ABŞ-da qüvvəyə minən xüsusi qanunla başlanmışdır. Bunun da məqsədi ticarətin həvəsləndirilməsi, ticarət əməliyyatlarının sürətlənməsi, ticarət xərclərinin azaldılması olmuşdur. Qanunda göstərilir ki, hər bir rəsmi limanda heç olmazsa bir azad xarici ticarət zonası yaradıla bilər. Azad ticarət zonalarına misal olaraq nəhəng beynəlxalq aeroportlarda yaradılmış “Duty free” adlanan xüsusi mağazaları göstərmək olar. Maliyyə rejimi nöqteyi nəzərindən azad ticarət zonalarına dövlət sərhəddindən kənarda yerləşən bir zona kimi baxılır. Azad ticarət zonalarına həmçinin güzəştli ticarət rejiminə malik ənənəvi azad limanları da aid etmək olar. Hazırda dünyada 600-dən çox azad liman və 4000-ə qədər azad ticarət zonası mövcuddur.

Xüsusi gömrük zonaları
İqtisadi zonaların sadə formalarından biri olmaqla, xüsusi gömrük zonaları özlərində ixrac üçün nəzərdə tutulmuş xarici malların qorunması, qablaşdırılması və emalı üçün yaradılmış tranzit və ya konsiqnasiya anbarlarını əks etdirir. Belə zonaları tez-tez azad gömrük əraziləri kimi də adlandırırlar. Xüsusi gömrük zonalarında malların idxalı və ixracına gömrük rüsumları tətbiq edilmir. Belə zonalar dünyanın bir çox ölkələrində mövcud olur.

Xüsusi ticarət-sənaye zonaları
Güzəştli ticarət rejiminə malik əraziləri özündə əks etdirir. Belə zonalarda sərmayə qoyuluşu, sənaye istehsalının inkişafı, məhsulların ixracı üçün çoxsaylı güzəştlər tətbiq edilir. Xüsusi ticarət-sənaye zonalarının istehsal və ticarət fəaliyyəti zonalar içərisində daha geniş yayılmış formalardan biridir. İxracın həvəsləndirilməsi xüsusi zonaları və ya ixarcyönümlü sənaye zonaları UNCTAD-ın materiallarına görə, belə zonalar milli gömrük ərazisi çərçivəsində anklav kimi xarakterizə edilir və adətən beynəlxalq limanların yaxınlığında yerləşir ki, buraya quraşdırılmaq üçün gətirilən avadanlıq və komponentlər, həmçinin materiallar gömrük nəzarətindən keçirilmir. İxracyönümlü sənaye zonalarında idxal edilən məhsullar emala məruz qalaraq, sonradan qəbul edən ölkənin gömrük orqanlarının maneəsi olmadan ixrac edilirlər. Bu zaman heç bir gömrük rüsumları ödənilmir. Lakin bu hal, həmin məhsullara, onların qəbul edən ölkənin milli gömrük ərazisinə daxil olduğu zaman şamil edilmir. Bu cür zonalara daha çox sənayeləşmənin idxaləvəzedici tipindən ixracyönümlü tipinə keçid strategiyasını həyata keçirən inkişaf etməkdə olan ölkələrdə rast gəlmək olar. Belə zonaların müsbət effektlərinə əksər hallarda Yeni Sənaye Ölkələrində nail olunur. Hazırda dünyada belə zonaların sayı 350-ni ötmüşdür. İxracyönümlü sənaye zonaları əsasən valyuta sərvətləri qazanmaq məqsədilə xarici bazara çıxış yönümündə yaradılır.

Texniki-iqtisadi inkişaf zonaları
Texniki-iqtisadi inkişaf zonaları milli iqtisadiyyatda effektli, yüksək texnologiyaya malik istehsalın təşkili məqsədilə yaradılır. Texniki-iqtisadi inkişaf zonalarında yerləşən müəssisələrdə istehsalın idarə edilməsinin müsir metodlarından, təşkilatçılığın və marketinqin proqressiv metodlarından geniş istifadə olunur və qabaqcıl sənaye texnologiyası işlənib hazırlanır, tətbiq edilir. Texniki-iqtisadi inkişaf zonaları da daha çox inkişaf etməkdə olan ölkələrdə geniş yayılmışdır. Təşkilati və fəaliyyət göstərmə xüsusiyyətlərinə görə texniki-iqtisadi inkişaf zonalarına yaxın olan AİZ formalarından biri də Yeni və Yüksək Texnologiyanın İnkişafı Zonalarıdır.

Yeni və yüksək texnologiyanın inkişafı zonaları
Belə zonalar əsasən ABŞ, Yaponiya və Çin kimi ölkələrdə geniş yayılmışdır. ABŞ-da onları “texnoparklar”, Yaponiyada – “texnopolislər”, digər ölkələrdə isə – biznes-innovasiya mərkəzləri və “inkubatorlar” kimi adlandırırlar. Texniki-iqtisadi inkişaf zonalarından fərqli olaraq, texnoparkların fəaliyyəti yeni və yüksək texnologiyanın inkişafı, elmtutumlu məhsullar istehsalına yönəlir. Belə zonalarda cari və perspektiv elmi-təcrübi məsələlərin həlli ilə, yeni növ məhsul və material istehsalı ilə məşğul olan güclü kadr və mühəndis potensialı cəmləşmişdir.

Açıq rayonlar
Belə zonalar əsasən xarici kapitalın cəlb edilməsi məqsədilə güzəştli investisiya rejiminin yaradıldığı əraziləri əhatə edir. “Açıq rayonlar” daha çox Çində inkişaf etmişdir və demək olar ki, ölkənin bütün sahilboyu ərazilərini əhatə etməklə, ölkənin daxilinə doğru genişlənirlər. Belə rayonlarda texniki-iqtisadi inkişaf zonaları, ixracyönümlü istehsalı həyata keçirən texnoparklar yerləşir.

Offşor zonaları
Bəzən “vergi limanları” kimi də adlandırılan offşor zonalar 70-ci illərdən etibarən yaranmağa başlanmışdır. Offşor zonaları səmərəli valyuta-maliyyə rejiminə, yüksək səviyyəli bank və kommersiya sirrinin təminatlılığına, dövlət tənzimlənməsinin loyallığına görə müştəriləri daha çox cəlb edir. Onlar daha çox Böyük Britaniyanın keçmiş müstəmləkələri sayılan Birlik ölkələrində geniş yayılmışdır. Dünyada daimi, sabit fəaliyyət göstərən 30-a yaxın offşor zonalar vardır. Panama, Norman adaları, İrlandiya, İsveçrə və s. kimi ölkələrdə offşor zonalarının fəaliyyəti daha əvvələ gedib çıxır. Son onilliklərdə offşor zonaları İsrail, Malta, Malayziya kimi ölkələrdə də yaranmağa başlamışdır.

“Ələt azad iqtisadi zonası haqqında” qanun dəyişib

“Ələt azad iqtisadi zonası haqqında” qanun dəyişib Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

16 İyul , 2022 17:25

https://static.report.az/photo/7aa3bc1a-0180-3998-8d44-7aec72672ef0.jpg

İlham Əliyev

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. “Report” xəbər verir ki, dəyişikliyə əsasən, Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda müəyyən edilən hallarda Azad Zonada fəaliyyət göstərən Azad Zona hüquqi şəxsləri Azad Zonadakı fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. Əsas iqtisadiyyatdan Azad Zonaya və Azad Zonadan əsas iqtisadiyyata malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma məqsədləri üçün malların, işlərin və xidmətlərin idxalına və ixracına bərabər tutulur. Azad Zona rezidentlərinin, Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin və Azad Zona hüquqi şəxslərinin işçilərinin gəlirlərinə vergilərin tətbiqi və tutulması qaydası Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarla və həmin qaydalarda nəzərdə tutulan hallarda əsas iqtisadiyyatın qanunvericiliyi ilə tənzimlənir. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri əsas iqtisadiyyatın vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, yaxud əsas iqtisadiyyatın vergi ödəyicisi Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə, Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər və xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir. Əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı aparılan ödəmələrdən ödəmə mənbəyində vergilərin tutulması həyata keçirilmir. Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən maliyyə bazarlarında xidmətlər göstərildikdə, belə xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicilərinə Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalar nəzərə alınmaqla, əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri tərəfindən Azad Zonaya gətirilən və Azad Zonadan aparılan mallara və nəqliyyat vasitələrinə görə gömrük rəsmiləşdirilməsi üçün ödənilən yığımlardan başqa digər gömrük ödənişləri, o cümlədən gömrük rüsumu və vergilər tətbiq edilmir. Mallar və nəqliyyat vasitələri əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zonadan əsas iqtisadiyyata gətirildikdə və əsas iqtisadiyyatdan Azad Zonaya aparıldıqda, belə mallara və nəqliyyat vasitələrinə gömrük rəsmiləşdirilməsi zamanı əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir. “Azad Zona səlahiyyətli qurumu bu Qanunun 16.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan subyektlərin fəaliyyəti üçün təminedici xarakter daşıyan əsas iqtisadiyyatın vergi ödəyicilərinin fəaliyyət göstərməsi üçün Azad Zona ərazisinin bir hissəsini Azad Zonanın gömrük ərazisi sayılmayan və əsas iqtisadiyyat qanunvericiliyinin Azad Zonanın maraq və mənafelərinə xələl gətirməmək şərtilə tətbiq edildiyi ərazi kimi ayıra bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.