Press "Enter" to skip to content

Lüğətlərin növləri kitab

Kitab oxumağın həzzini bir dəfə dadmış olanlar bu həzzdən asanlıqla imtina edə bilmirlər. Lakin hər gün onlarla, yüzlərlə yeni kitabın yazıldığı, çap olunduğu bir dövrdə oxucuların düzgün seçim etməsi və mütaliə zövqünü oxşayacaq kitab tapması da bir o qədər çətinləşmişdir.

Ölmədən öncə oxumalı olduğunuz 50 kitab

Kitab oxumağın həzzini bir dəfə dadmış olanlar bu həzzdən asanlıqla imtina edə bilmirlər. Lakin hər gün onlarla, yüzlərlə yeni kitabın yazıldığı, çap olunduğu bir dövrdə oxucuların düzgün seçim etməsi və mütaliə zövqünü oxşayacaq kitab tapması da bir o qədər çətinləşmişdir.

Sürətli keçən zamanda hər saniyəsi dəyərli olan oxucu mütaliəyə ayırdıəğı zamanın bir dəqiqəsini belə faydasız keçirməmək, ona zövq verən, sənət dəyəri yüksək kitablar oxumaq niyyətindədir.

Dünyada minlərlə, milyonlarla kitab olsa da bütün zamanlara öz damğasını vurmuş, əhatə elədiyi ümumbəşəri mövzu və ideyaları baxımından həl də aktuallığını qoruyub saxlayan kitabların sayı o qədər çox deyil.

Zamanının hər saniyəsinə dəyər verən mütaliə həvəskarları!

Sizin üçün əsl sənətin və ədəbiyyatın dəyərini, ağırlığını öz çiynində şərəflə daşıyan, ölmədənöncə mütləq oxumalı olduğunuz 50 ən maraqlı kitab siyahısını hazırladıq.

Gecikmədən, elə indi bu kitabları öz kitabxananıza əlavə edin və oxumağa başlayın!

Ətraflı məlumat və sifariş üçün fotoya tıklayın

1.Sidd­hart­ha – Herman Hesse

Hind möv­zu­sun­da olan “Sidd­hart­ha” po­ves­ti Hes­se­nin il­kin ya­ra­dı­cı­lı­ğı­nın ümu­mi­ləş­di­ri­ci­si ro­lun­da çı­xış edir. Əsə­rin güc­lü psi­xo­sim­vo­lik möv­zu­su isə onu ya­zı­çı­nın son­ra­kı iş­lə­ri­lə doğ­ma­laş­dı­rır. Po­ves­tin qəh­rə­ma­nı mü­qəd­dəs Hau­ta­ma Bud­­da­nın ada­şı­dır.

2.Siçanlar və adamlar – John Steinbeck

“Siçanlar və adamlar” povestindəki obrazlar – bir parça torpaq həsrəti ilə yaşayan, bu həsrətlə də ömrünü başa vuran kəslər, yazıçının çox yaxından tanıdığı, dərdlərinə şərik olduğu insanlardır. Sonradan, dünyada böyük şöhrət qazanmasına baxmayaraq, elə bil Con Steynbek bu povestdə heç vaxt ondan ayrı düşməyən öz duyğularını, onun həyatının unudulmaz bir parçası saydığı həmin günləri yazırdı.

3.Balaca Şahzadə – Antuan de Sent-Ekzüperi

Balaca şahzadə — Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayə. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub.

Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırırlar.

4. Hərb və sülh – Lev Tolstoy

Dünya ədəbiyyatında özünəməxsus yeri olan məşhur rus yazıçısı L.N.Tolstoyun 1804-1807 və 1812-1813-cü illər rus-fransız müharibələrinə həsr olunmuş “Hərb və sülh” romanında ədibin bədii dühasının xəlqiliyi tam vüsətlə öz əksini tapmışdır. Bu roman vətənpərvərlik pafosu, xalqın tarixdə həlledici rolunu təsdiqləyən sosial-fəlsəfi məzmunu, yüksək bədii dili, epik-təhkiyə üslubu, kompozisiyanın çoxplanlılığı, psixoloji təhlilin dərinliyi, insan xarakterlərinin dolğunluğu və s. keyfiyyətləri ilə XIX əsr dünya realist nəsrinin zirvələrindən sayılır.

5. Anna Karenina – Lev Tolstoy

Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailə­nin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxu­nur.
Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə bax­madan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.
Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxu­cunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.

6.Cinayət və cəza – Fyodor Dostoyevski

Fyodor Mixayloviç Dostoyevskinin XIX əsrin 60-cı illərində (1866) meydana gələn “Cinayət və cəza” romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O, Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi? Bu sualların dəqiq və birmənalı cavabı yox idi və 60-cı illər rus ədəbiyyatı bu məsələ haqqında dərindən düşünürdü. Dostoyevski Çernışevskidən fərqli olaraq Rusiyanın gələcək nicatını inqilabda və ədalətli sosial quruluşda, yəni sosializmdə deyil, xalqın, millətin rus pravoslav dininə tapınaraq mənəvi kamilləşmə yolunu seçməsində görürdü. O dövr üçün Çernışevskinin fikirləri daha aktual, daha real görünürdü. Rusiya nəhayət ki, müəyyən müddətdən sonar sosializm deyilən məqsədə nail oldu. Lakin geniş tarixi kontekstdə Dostoyevski fikirləri həqiqətə daha yaxın idi, çünki onlar rus milli ruhunun, milli xarakterinin, milli mədəniyyətinin əsaslarını və dərin təmayüllərini daha dürüst ifadə edirdi. Bugünkü nöqteyi-nəzərindən diqqət yetiriləndə Dostoyevskinin fikirlərinin özünü doğrulduğunu görürük.

7.Corc Oruell – 1984

Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) ya­ra­­dıcılığı dünya miqyasında məş­hur­dur. Xüsusilə onun “1984” romanı və “Hey­va­nıstan” povesti ötən yü­z­illikdə sözün, ədəbiy­yatın totalitar təfəkkürə və des­­­potik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diq­­qətəlayiq nümunələrindən sayılır. Hər iki əsər ya­ran­­dığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mər­kə­zin­də olmuş…

8.Şahmat – Ştefan Sveyq

Psixoloji janrda şedevrlərdən hesab olunan “Şahmat” (alm. Schachnovelle )əsərialman yazıçı Stefan Sveyqin qələminin məhsuludur. Sveyqin, Braziliyada sürgündə olarkən qələmə aldığı və 1942-ci il fevral ayında etdiyi intahardan bir neçə ay öncə tamamladığı “Şahmat”, Avropa mədəniyyətinin Nasyonal Sosializm ideyaları altında məhv edilməsinə bir işarədir. İlk öncə 1942-ci ildə Argentinanın Paytaxtı Buenos–Ayresdə 250 nüsxə ilə buraxılan əsər, daha sonra 1944-cü ildə ingilis dilinə tərcümə olunan əsər Nyu-Yorkda nəşr olumuşdur. Bu günə qədər Almaniyada əsərin 1.200.000-dən çox nüsxəsi satılmışdır.

Avropa mədəniyyətinə vida edərkən həyata da vida etməyi seçən Sveyq, həyata vida etmədən öncə dünya ədəbiyyatına “Şahmat” kimi bir miras bəxş elədi. Psixoloji janrda qələmə alınan, qəhrəmanın ruhi pozuntularının əks olunması ilə qısa, amma hər baxımdan insanda dərin hissləri yerindən oynadan bir əsər təsiri bağışlayan “Şahmat” eyni zamanda da fərqli dünyaların qapısını üzümüzə açır.

9.Yad – Alber Kamü

Camus deyincə, ədəbiyyat sahəsində ilk ağlagələn, onun 1942-ci ildə nəşr olunmuş «Yad» əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir Ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını belə öyrənə bilmirik (burada Kafkanı xatırlamaq yerinə düşər).

10. Çovdarlıqda uçurumdan qoruyan – Cerom Devid Selincer

Romanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müəllif öz dövrünün Amrrikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə, insanlardakı mənfi təsirinə görə əsər uzun müddət qadağan edilməsinə baxmayaraq, dünyada ən çox oxunan kitablardan biri ola bilmişdir. Roman nəşr edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilmişdir. Hətta əsərin təsirindən intihar edən bir neçə gəncə belə rast gəlinmişdir. ABŞ Prezidenti Ronald Reyqana sui-qəsd etmiş Con Hinklin sui-qəsddən əvvəl bu romanı oxumuşdur. Con Lennonun qatili Mark Çepmenin də üzərindən Devid Selincerin bu romanı tapılmışdır.

11. Qızılgülün adı – Umberto Eko

Bu o romanlardandır ki, ədəbiyyatı sevməyənlər belə, ümumi dün­yagörüşün inkişafı naminə onu oxumalıdırlar. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mə­də­niyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 il­dən ar­tıq vaxt ke­çir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mər­kəzindədir…

12.Yüz ilin tənhalığı – Qabriel Markez

“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, hə­qi­qətən, mifik xarakter daşıyır. Buendia ailəsinin bir neçə nəs­li­nin ta­rix­çəsinin özü və bununla yanaşı onun xarakterik xüsu­siy­yətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların tale­lə­rinin qabaq­cadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır. Ro­manda o, Makon­do­nun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəs­lin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qur­ma­larda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aş­kar fan­tas­tik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gü­lüşü parodiya vasitəsidir. Latınamerikan nəsrinin mifyaradıcı “mö­cü­zə­nin reallığı”, “magik realizm” romanda Amerikanın tək­rarsız sima­sının yaradılmasının va­cib vasitəsi və eyni zamanda özünə bir pa­ro­diya kimi çıxış edir.

13. Şantaram – Gregory David Roberts

“Şantaram” – XXI əsrin ən möhtəşəm romanlarından biri oxuculara təqdim olunur.
Uçurumun dibindən qayıdıb sağ qalmağı bacarmış insanın bədii mətnə çevrilmiş etirafları möhtəşəm hekayəsi ilə ən çox satılan əsərlər siyahısına düşərək, müasir dövrün Melvilldən tutmuş, Heminqueyə qədər – seçilmiş yazıçıların əsərləriylə eyni sırada öz yerini tutub. “Şantaram”ın qəhrəmanı, müəllifin özü kimi uzun illər qanundan gizlənməli olmuş, boşandıqdan sonra atalıq hüququndan məhrum edilmiş, narkotik maddələr aludəçisinə çevrilmiş, bir sıra qarətlər törətmiş və Avstraliya məhkəməsinin hökmü ilə on doqquz il həbs cəzasına məhkum edilmişdi. O, həbsinin ikinci ilində ciddi rejimli cəzaçəkmə müəssisəsindən qaçaraq, bir müddət gizləndikdən sonra Bombeyə yollanır, orada fırıldaqçılarla, qaçaqmalçılarla, silah alverçiləriylə tanış olur, onlarla dostlaşır. Qısa müddət ərzində Hindistan mafiyasının aktiv iştirakçısına çevrilən Lin həm də bu ölkənin sadə və müdrik həyatını bütün çalarlarıyla sevir, onun ürək döyüntülərini hiss edib yaşadığı cəmiyyətin gizlinlərinə nüfuz etməyə çalışır. O, bütün varlığıyla bu həyatın bir parçasına çevrilərək, bütün çirkinliklər içində mənəvi təmizliyin, düşüncənin və insan olmanın simvoluna çevrilə bilir.
“Şantaram” kəskin süjeti və eyni zamanda ikinci alt qatda gizlənən fəlsəfəsiylə, xəyanəti, qətli, dostluğu, məhəbbəti, ölümü və “həyat nədir” sualının cavabını özündə ehtiva edən şedevrdir.

14.Kimyagər – Paulo Coelho

Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir.

Oxuculara «Kimyagər» kitabının simvolik olduğunu və bu baxımdan da uydurmaya bir kəlmə də yol verilməyən «Maqın gündəliyi»ndən fərqləndiyini əvvəlcədən deməyi özümə borc bilirəm. Ömrümün on bir ilini əlkimyanı öyrənməyə həsr etmişəm. Magiyada ilk addımını atan hər kəs üçün dəmiri qızıla çevirmək, yaxud Əbədi Həyat İksirini tapmaq çox cəzbedicidir. Allahın varlığını dərk və hiss etməyənə qədər hər şeyin nə vaxtsa həmişəlik olaraq bitəcəyi fikri mənim üçün dözülməz olduğundan, etiraf edim ki, iksir məndə çox güclü təəssürat yaratdı. Ona görə də yer üzündəki ömrümüzü illərlə uzada biləcək hansısa məhlulu yaratmağın mümkünlüyü haqqında eşitdikdən sonra özümü bu iksirin hazırlanmasına həsr etməyi qərara aldım.

Bu zaman yetmişinci illərin əvvəli, böyük sosial dəyişikliklər dövrü idi, hələ əlkimya sahəsində ciddi işlər yox idi. Mən bu kitabın qəhrəmanlarından biri kimi, qəpik-quruşumu xarici kitablar almağa, zamanımı isə – onların mürəkkəb simvolik dilini öyrənməyə xərclədim.

15. Varlığın dözülməz yüngüllüyü – Milan Kundera

Roman bəşəri mövzu olan qadın-kişi münasibətlərinin bəzən mürəkkəb, bəzən də olduqca sadə görünən məqamlarından bəhs edir. İnsanın həyatında rastlaşdığı hər bir halın onun üçün ilk və təkrarsız olduğunu, qərarını sınamaq şansının olmadığını, yaşamaq təcrübəsinin yaşadıqca yarandığını deyən yazıçı, əslində, bütün bunların olmamaq ehtimalının varlığını da inkar etmir. İnsan daim seçim qarşısındadır, bu seçimin yüngüllüyü və ağırlığı onun gələcək həyatının trayektoriyasını cızır.

16. Səfillər – Viktor Hüqo

Yalnız fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən gör- kəmli sima- la-
rın- dan sayılan Viktor Hüqo özünün parlaq istedadının məhsulu olan əsərləri ilə

bə-şər bədii fikri tarixini zənginləşdirmişdir. XIX əsrin bu korifey sənətkarının ya-
radıcılığı ümumbəşər mənəvi sərvətləri xəzinəsində özünəməxsus yer tutur.

Hüqo dühası, Hüqo irsi yer üzünün bütün xalqları üçün doğma və əzizdir.

Hüqonun tükənməz yaradıcılıq aləmində “Səfıllər” romanının xüsusi çəkisi

var. Dahi rus yazıçısı Lev Tolstoyun “fransız ədəbiyyatının ən yaxşı romanı”

adlandırdığı bu ölməz əsər, demək olar, bütün dünya dillərinə tərcümə olunaraq

müəllifinə əbədi şöhrət qa-zan-dırmışdır.

Hamı üçün yazılmış “Səfillər” bu gün də qapıları döyür: “Açın, biz sizə gəlmişik”

de-yir. Ölməz ədibin sahilsiz kədərinin ayrılmaz parçası olan bu şah əsəri hər bir

insana mənəvi cəhətdən zənginlik qazandıracaq qüdrətə sahib romandır. Əgər

“Səfillər” olmasaydı, dünya ədəbiyyatı həqiqətən də bir xeyli yoxsul görünərdi.

17.Əcəl zəngi – Ernst Hemenquey

Ernest Hemingwayin romanları hər zaman bütün dünyanın diqqət mərkəzində olub. “Əcəl zəngi” İspan vətəndaş müharibəsi zamanı dağlarda mübarizə edən bir qrup partizandan bəhs edir.

Əvvəllər kilsə zəngləri, toy, xaç suyuna salınma və dəfn mərasimlərilə yanaşı döyüşdə qalibiyyət kimi əhəmiyyətli hadisələri elan etmək üçün istifadə edildi.

əsərdə həmçinin, Heminqueyin öz həyatından müxtəlif elementlərə də rast gəlinir.

18. İnsan nə ilə yaşayır? – Lev Tolstoy

Lev Tolstoy bu əsəri İncildən götürülmüş sitatlar əsasında yazıb. Burada günah işlətmiş mələyin “İnsan nə ilə yaşayır?” sualına cavab tapmalı olmasından danışılır. O, sualın cavabını tapmasa, səmaya qayıda bilməyəcək. İnsanlar arasında yaşayıb, insan həyatının həqiqi mənasını anlamağa çalışacaq. Sualın cavabı isə çoх sadədir: Sevgi! İnsan sevgi ilə yaşayır.

19. Kafka sahildə – Haruki Murakami

Yaponiyalı yazıçı Haruki Murakaminin ” Kafka sahildə ” romanı 2005-ci ildə New York Time tərəfindən ilin ən yaxşı on romanı siyahısına salınıb. 2006-cı ildə isə World Fantasy və Franz Kafka mükafatlarını qazanıb. Elə əsərin adı da yazıçının Kafka romanlarına sevgisindən meydana çıxıb.

20. Parfümer – Patrik Züskind

Patrik Züskind (1949) İsveçrə yazıçısıdır. “Ətriyyatçı” dünyada ən çox oxunan romanlardandır. Dünyanın 35-dən çox dilinə tərcümə edilib, yüksək tirajla satılıb. Əsər Azərbaycan dilinə 2003-cü ildə tərcümə edilib və “Azərbaycan” jurnalında ixtisarla çap edilib. Qəhrəmanın fizioloji şikəstliyi fonunda XVIII əsr Fransasının, eləcə də Avropanın sirlərindən danışan roman insan cildli əcaib Jan-Batist Qrenuyun bütün dünyanı və onun qanunlarını alt-üst etməsinin səbəbini qoyur ortaya.

21.Kosmos – Karl Saqan

Məşhur amerikan astrofiziki Carl Saganın kitabı Kainatın təkamülü, qalaktikaların formalaşması, həyat və şüurun meydana gəlməsindən bəhs edir. Müəllif qədim müdriklərin fikirlərindən, Kepler, Newton və Einstein-nın kəşflərindən, müasir kosmik missiyalara qədər Kainatın dərkinə aparan yolda oxucuya bələdçilik edir.
Elmin bütün cəmiyyətlərdə yayılması, astronomiya, astrobiologiya və astrofizika kimi mövzularda ümumi bir dünyagörüşün formalaşması məqsədilə yazılmış bu kitab eyni zamanda kosmos və astronomiyaya dair biliklərdən bəhs edərkən, bəşəriyyətin tarix boyunca Kainat haqqındakı qavrayışlarına da yer verir. Müəllif kitabda klassik Yunan düşüncəsindən bu günə qədər insanın Kainata dair yanlış və doğru fikirləri üzərində elmi müzakirə açaraq, kosmosun gələcəyi haqqında öz fərziyyələrini də irəli sürür. Kitab sadəcə elmi cəhətdən deyil, fəlsəfi olaraq da Kainat ilə İnsanın əlaqəsini araşdırır.
Yerdənkənar sivilizasiyaların varlığına inanan Sagan, Drake tənliyi kimi formulların və Qiyamət fərziyyəsinin Kainatda başqa varlıqlar olduğunu riyazi olaraq təsdiq etdiyini, ancaq bəşər övladının buna dair aşkar dəlillər əldə etməsinin bir az uzun sürəcəyini deyir. Sagan Kainatda tənha olmadığımızı düşünərək, kosmik dünyaların varlığına dair öz fərziyyələrini irəli sürür.
Elmi və tarixi məlumatlarla zəngin olan, maraqlı bir dildə yazılmış bu kitab sizi Yerdəki gündəlik qayğılardan ayırıb, sirlərlə dolu Kainata aparır.

22. Kolleksiyaçı – John Fowles

İngilis yazıçısı, romanlar və esselər müəllifi, ədəbiyyatda postmodernizmin görkəmli nümayəndələrindən olan Con Faulzun “Kolleksiyaçı” romanı onun ilk əsəridir. Qısa müddətdə bestsellerə çevrilən əsər bələdiyyə idarəsində adi klerk olan, rəssamlıq məktəbinin şagirdini qaçırmış bivec bir gəncin həyatından bəhs edir.
Romanın hər bir obrazı konkret-həyati və fəlsəfi-simvolik səviyyədə təqdim olunub. Birinci səviyyənin kontekstində biz cinayətkarla onun qurbanının konfliktini – sosial ziddiyyətlərin doğurduğu münaqişəni görürük. Müəllif bu romanında, həmçinin sosial-sinfi konflikti də təsvir edir. Qəhrəmanların sosial mövqeyini dəyişməklə baş verənlərin mahiyyətini bütün çılpaqlığı ilə açıb göstərir, onları daha da gücləndirir. Həmçinin “seçilmişlərin və çoxlarının” qarşıdurmasını özündə təcəssüm etdirir.

23. Qürur və qərəz – Ceyn Ostin

Roman sevgi evliliyinin önəmi ətrafında dövr edir, hansi ki, o dövrdə var-dövlət uğrunda evlənmək aktual məsələ idi və sözsüz ki, böyük hissəsi cəmiyyətin təzyiqi ilə baş tuturdu.

“Qürur və Qərəz” qısa bir zamanda bütün oxucuları özünə heyran qoydu , nəinki yalnız ictimaiyyət arasında hətta ədəbi alimlər arasında məhşurlaşaraq “ən çox sevilən kitablar” siyahısında özünə məxsus ilk sıraları tutdu.
İngils ədəbiyyatında ən sevilən roman seçilərək 20 milliondan çox nüsxəsinin satışına nail olunmuşdur. Belə bir məşhur romanı yaşatmaq üçün əsrlər boyu eyni adlı çoxlu filmlər çəkilmiş, həvəskar və peşəkar dramatik uyğunlaşmalar çap edilmişdir.

Ceyn Ostinin “Qürur və qərəz“ romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

24. Yeni cəsur dünya – Oldos Haksli

Hakslinin «Yeni cəsur dünya» əsəri utopik gələcəyə satirik baxış nümunəsidir. Satirik əsər hesab oluna biləcək bu romanda insanlar genetik çoxalma ilə nəsil artırır. Burda kastalara ayrılma doğumdan əvvəl baş verir. İnsanların yetiş­dirilməsi ilə inkubatoriya məşğul olur. Təhsil pro­se­sində insanlara öz kastalarına məhəbbət, yüksək kastalara hörmət, aşağı kastalara isə laqeydlik aşılanır.

25. Martin İden – Cek London

Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O bir gün Artura sataşan avaralarla dalaşıb, onları yaxşıca əziş­dirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə na­ha­ra çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailə­sinin üzvüdü. Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir. Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır. Martin öyrənir ki, jurnallar yazıçılara on­ların əməyi müqabilində yaxşı qonorar verir. Ona görə də qəti qərara gə­­lir ki, yazıçı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamları sı­rasına qatılsın.

26. Billi Milliqanın sirli hekayəsi – Daniel Keyes

Real hadisələrə əsaslanan və insan təfəkkürünü alt-üst edən bu əhvalat, çoxsaylı şəxsiyyətə malik olan Billi Milliqanın parçalanmış düşüncə aləmini açır. Qarşımızda düşüncə tərzinə və məqsədinə görə müxtəlif olan 24 nəfər ayrı-ayrı şəxs: böyüklər və uşaqlar, kişilər və qadınlar, kriminala meyilli şəxslər – öz hərəkətinə nəzarət etməyə imkan vermədən onun cisminə sahib olmaq uğrunda mübarizə aparır. Parçalanmış şəxsiyyət təbiətin insan üzərində özünəməxsus təcrübəsidir. Şüurun belə naməlum vəziyyətinin öyrənilməsi, özümüz haqqında bizə çox şey söyləyə bilər, ağlın vücud üzərində nəzarət baxımından vacib olan hansısa bir şeyi dərk et­məsinə imkan verər.

27. Karamazov qardaşları – Fyodor Dostoyevski

“Karamazov qardaşları” Fyodor Dostoyevskinin ən iri həcmli əsəri və məşhur romanlarından biridir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları – İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər.
Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan «Karamazov qardaşları» XX yüzilin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.

28. Amerika faciəsi – Teodor Drayzer

Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzerin 1925-ci ildə yazdığı “Amerika faciəsi” onun şah əsəri hesab olunur.

Romanda küçə vaizlərinin oğlu olan, sıravi amerikalı Klayd Qriffitsin taleyindən danışılır. Müəllif göstərir ki, saxta idealların hökm sürdüyü bir quruluşda ruhu xilas etmək mümkün deyil. Vaizlərin oğlu valideynlərinin yolu ilə deyil, nəfs yolu ilə gedir. Əxlaqı pozulur, namuslu həyat sürən məsum Robertanı yoldan çıxarır. Cəmiyyətdəki “yüksək təbəqənin” üzvlüyünü qazanmaq istəyi səbəbindən Robertanı öldürməklə nəticədə özünü də məhv edir. Yazıçı bu əsəri ilə Amerikanın sosial həyatının, kapitalizmin eybəcər və dəhşətli üzünü göstərmişdir

29. Dünyaların müharibəsi – Herbert George Wells

Yaradıcılığı elmi fantastika janrının inkişafında yeni mərhələ açmış ingilis yazıçı-fantastın ən məşhur romanı.

Bir dəfə Birləşmiş Krallığın ərazisinə dalbadal bir neçə mərmi-kapsul düşür, bunlar Marsdan çox böyük toplardan buraxılmışdı. Yer sakinlərinin onları açmaq cəhdi əsl dəhşətə çevrilir. Və dünyaların müharibəsi başlanır. Qırmızı Planetin əslində necə olduğunu ilk dəfə Yer sakinlərinə Herbert Uellsin kitabı danışmışdı və ingilis yazıçısının ardınca Dünyaların müharibəsi mövzusu milyonlarla
insanın beyninə hakim olmuşdu.

30 . Master və Marqarita – M. Bulqakov

Əsərdə hadisələr, əsasən, Moskvada cərəyan edir. Burada detallar doğru-dürüst təsvir olunur: ziyalı elitasından ta vətəndaş kütləsinə, qulluqçulara, evdar qadınlara, küçədən keçənlərə, Varyete tamaşaçılarına qədər bütün şəhər əhalisi təqdim edilir. Onlar nə qədər müxtəlif olsalar da, ancaq bir cəhət ümumidir: əslində, onlar nə adamdırlar, nə də “canlıdırlar”, proqramlaşdırılmış varlıqlardır. Bulqakov Moskvasının hər bir sakini müəyyənləşdirilmiş istiqamət üzrə hərəkət edir, hər bir sosial statusun daşıyıcısı üçün nəzərdə tutulmuş hüdudlarda düşünə bilir. İnsanlar arasında əlaqələr, münasibətlər forması və strukturu dəyişməz qalır. Bu proqramlaşdırılmış çevrədən çıxmağa kimsənin gücü çatmaz. Onların varlığı elə-belə, sanki, riyazi minus işarəsi ilə, “tərsinə” mövcudluqdur. Bu məntiqlə yanaşılsa, Bulqakovun Marqaritası nə Madonnadır, nə də ifritə. Onun cinə-şeytana uyması nə günah, nə də tənəzzüldür, sağlamlıq və uçuşdur, özü də simvolik mənada deyil, nağıl fəlsəfəsində süpürgəyə minib uçmaq gerçək uçuşdur: şeytan onu sehrli avtomobilə mindirir. Burada hər şey əksinədir: Marqarita uşağı öldürmür, amma panikaya düşmüş evdə balaca oğlanı sakitləşdirir, onu oxşayır, anası Fridanı lənətdən xilas edir.

31. Qara kitab – Orxan Pamuk

“Qara kitab” romanı ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamukun şah əsəridir.
Qalib uşaqlıq sevgisi, dostu, əmisi qızı, sevgilisi və itkin arvadı Röyanı qarlı bir qış günü İstanbulda axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu, qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq edəcəkdir.
Oxucu bir yandan hər bacası, hər küçəsi, hər adamı başqa sirli aləmin əlamətlərinə çevrilən İstanbulda Qalibin axtarışlarını, rast gəldiyi adamları təqib edərkən, bir yandan da bu araşdırmaları ayrı-ayrı əlamətlərlə, qəribə əhvalatlarla tamamlayan Cəlalın köşə yazıları ilə qarşılaşır.

32.Sapiens – Y.N. Harari

Yüz min il əvvəl Homo sapiens Yer kürəsində yaşayan ən azı altı insan növündən biri idi və ekosistemdə qorilla, yaxud meduza qədər rol oynayan əhəmiyyətsiz bir heyvan idi. Lakin təxminən 70 min il əvvəl Homo sapiens-in təfəkkür qabiliyyətində baş verən müəmmalı dəyişiklik onu yer kürəsinin ağasına və ekosistemin bəlasına çevirdi. Şüurlu insan dünyanı necə fəth edə bildi? Başqa insan növlərinin başına nə gəldi? Pul, dövlət və din nə vaxt və nə üçün meydana çıxdı? İmperiyalar necə yarandı və süqut etdi? Nə üçün, demək olar ki, bütün cəmiyyətlərdə kişi qadından üstün tutuldu? Elm və kapitalizm müasir dövrün hakim etiqadlarına necə çevrildi? Zaman keçdikcə insanlar daha xoşbəxt oldularmı? Gələcəkdə bizi nə gözləyir?

Yuval Harari tarixin gedişatının insan cəmiyyətini necə forma­laşdırdığını izah edir. Onun əsəri keçmişdəki hadisələrlə müasir problemlər arasındakı əlaqəyə işıq salır və oxucunu ətraf dünya haqqındakı bütün təsəvvürləri yenidən gözdən keçirməyə məcbur edir.

33. Ağ zanbaqlar ölkəsi – Qriqori Petrov

“Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun (1866-1925) ən tanınmış publisist əsəridir. Rusiyada baş verən qanlı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirmişdi. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanmış, təkrar-təkrar nəşr edilərək yayılmışdı. Kitabda Finlandiyanın Ru­siyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir, Q.Petrov Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoyur. Lakin Q.Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Fin­landiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur. 1928-ci ildə türk dilinə çevrilən kitabla tanış olan Atatürk kitabı çox bəyənmiş, onun Türkiyənin məktəblərində, xüsusilə də, hərbi liseylərdə dərs vəsaiti kimi öyrədilməsi barədə əmr vermişdi.

34. Momo – Michael Ende

Momonun hekayəsi, yeri bəlli olmayan xəyallar ölkəsində və bilinməyən indiki zamanda baş tutmaqdadır. Lakin hekayədə şahzadələrdən, tilsimlərdən, pərilərdən deyil, tamamilə müasir həyatımızın hadisələrindən bəhs edilir. Momonun köməyi ilə insan münasibətlərinin necə cılızlaşdığının, insanların sevgi, dostluq və qardaşlıq dəyərlərinin necə zəiflədiyinin şahidi olacaqsınız. Yazıçı sürü psixologiyası halında yaşayan, həyatına, zamanına, gələcəyinə kobud şəkildə müdaxilə olunan insanın faciəsini nağıl edir. Bu bir nağıldırmı? Əgər bu romantiklərin yanaşması ilə qəbul olunarsa, bəli. Çünki əsərdə reallıq ilə təxəyyül poetik formada təqdim olunmaqdadır. Əsər, həmçinin insanın hazırda yaşadığı və gələcəkdə yaşaya biləcəyi çətinlikləri də diqqət mərkəzinə çəkir. Belə olan halda biz bu əsəri roman kimi qəbul edə bilərikmi? Yaxşısı budur, biz onu nağıl-roman adlandıraq.

35.İçimizdəki şeytan – Sabahaddin Ali

Türk yazıçısı Səbahəddin Əli Azərbaycan oxucusuna yaxşı tanışdır. Onun “Xəz paltolu madonna”, “Quyucuqlu Yusuf” əsərləri dilimizə çevrilmişdir. Yazıçının “İçimizdəki şeytan” romanı nakam məhəbbət macərasını xatırladır. Əslində isə əsər Türkiyədəki ziyalıların bütöv bir nəslinin həyat faciəsidir. Qəhrəmanların xarakter və psixologiyası İkinci Dünya müharibəsi ərəfəsində Türkiyədə gedən ictimai-siyasi mübarizə işığında açılır.

36. Balaca qara balıq – Səməd Behrəngi

Balaca Qara Balığın dünyaya göz açdığı mühit Səməd Behrənginin yaşadığı cəmiyyətin oxşarıdır. Burada cəhalət hökm sürür. Ətrafdakı balıqlar heç nə ilə maraqlanmır, yeknəsək həyat yaşayırlar. Onların düşüncəsinə görə həyat yalnız yeməkdən, yatmaqdan, arxda mənasız vaxt keçirməkdən ibarətdir.
Lakin gəncliyin təmsilçisi olan Balaca Qara Balıq belə həyat tərzi ilə barışmır. O, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq istəyir. Ətrafdakı mühafizəkar balıqlar isə onun bu istəyini əsla anlamır və bir ağızdan deyirlər: – Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir.
Balaca Qara Balıq nə anasının yalvarışlarına, nə də qonşularının tənələrinə məhəl qoymayaraq, ətalət mühitini tərk etməyə özündə cəsarət tapır. Onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir. Onlar Balaca Qara Balığın arxasınca deyirlər: «Sən bizi qəflət yuxusundan oyatdın».

37. Çevrilmə – Frans Kafka

«Çevrilmə» novellası da metafora baxımından zəngin və çoxmənalı əsərdir: burada az qala, hər cümləni yüz yerə yozub yüz nəticə çıxarmaq mümkündür. Ancaq bir məsələ tam şübhəsizdir: itaətkar oğulu – üzüyola qulluqçunu əcaib hə­şərata çevirib onu doğma ailə mühitinə atmaqla Kafka biganəliyin, fərdin faciəvi və sonsuz tənhalığının gerçək surətini yaratmışdır.

38. Tutunamayanlar – Oğuz Atay

Səlim İşığın intihar etdiyini öyrənən Turqut Özmən, hər şeyə və hamıya laqeyd olduğunu düşündüyü dostunun keçmişini araşdırmaq və Səlimin sağkən hansısa yolla münasibət qurduğu insanlar vasitəsilə onu tanımaq fikrinə düşüb. Bu insanlardan hər biri Səlimin fərqli bir cəhətinə bələd olmaqla, nəql etdikləri hekayələrlə onun tamamlanmış obrazını işığa çıxardır. Turqut obrazı oxucunu addım-addım öz ardıyca apararaq eyni maraq, heyrət və səbirsizliklə dünyanın ən dəyərli və dərin, çoxlaylı əsərinin onu hara aparacağını başa düşmək cəhdiylə sınağa çəkir və özünün də yoxa çıxdığı dibsizlikdə azdırır. Səlim İşıq düşünən və sorğu-suala çəkən insanın simvoludur. Onun suallarının arxasında dünyanın istənilən nöqtəsində həyatı və baş verənləri aydın gözlərlə izləyən işıqlı insanın nigarançılığı və qorxuları dayanır.

Oğuz Atay özünəməxsus təhkiyəsiylə sağlığında və hətta ölümündən sonra da qəbul olunmamış, şübhəylə qarşılanmış, yaxına buraxılmamış, sonra isə böyük heyrət və sevgi qazanmış bu inanılmaz əsəriylə dərketmənin yüksəkliyində və bayağılığın ortasında əzab çəkən insanın nəyə görə həyatdan dörd əllə yapışmaq yerinə ondan imtina yolunu seçdiyini bütün amansızlığıyla ən incə xırdalıqlarına qədər açıb göstərir.

39.Dəmiryolu uşaqları – Edit Nesbit

Ataları gözlənilmədən həbs olunandan sonra Roberta, Piter və Fillis anaları ilə birlikdə Londondakı rahat mənzillərindən çıxaraq şəhər kənarındakı bir daxmada yaşamalı olurlar. Uşaqlar yaxınlıqdakı dəmiryolu vağzalının yanında yaşayır, stansiyadakı yükdaşıyanla və stansiya rəisi ilə dostlaşırlar. Roberta, Piter və Fillis hər gün dəmiryolu boyunca qaçır, ötən qatarlara əl eləyir, atalarına salam göndərirlər. Ağıllarına da gəlmir ki, qatardan onlara əl eləyən atalarının yox olmasına bais olan şəxsdir. “Dəmiryolu uşaqları” bütün dövrlərin ən yaxşı klassik əsərlərindəndir.

40. Çərpələng uçuran – Xalid Hüseyni

Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. ‘Çərpaləng uçuran’ bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür. Haçansa gec olurmu?

41.Ceyn Eyr – şarlotta Bronte

Avropa ədəbiyyatında və dünya kinosunda ən məşhur romantik əhvalatlardan biri.
Kitab həqiqi hisslər və ideallara sədaqət, aldanmış ümidlər və nəciblik haqqında, dramatizmlə dolu təsirli bir əhvalatdan bəhs edir. Nə zamana, nə şəraitə, nə də taleyin zərbələrinə sığan sevgi haqqındadır. Həyat üzünə gülmürsə, dayanıb onu gözləməkmi lazımdır? Bu təsirli əhvalat xoşbəxt sonluqla bitəcəkmi? Nə baş versə də, sevgiyə və şəfqətə, insanlığa və ədalətə, insan ləyaqətinə və ruhun gücünə olan inamı əsərin qəhrəmanına bütün sınaqlardan alnıaçıq çıxmağa kömək edir.

42.Otello – Uilyam Şekspir

“Otello”nu Şekspirin digər tragediyalarından fərqləndirən əsas xüsusiyyət odur ki, Otello nə kral, nə şahzadə, nə də kral olmaq ehtirası və bu ehtirası reallaşdırmaq arzusu olan biridir. Otello, sadəcə, Venesiya dövlətinə xidmət edən adi kapitandır.
Şübhəyə əsaslanaraq qərar qəbul etmək, insanların taleyinə hökm etmək istəyi, hisslərin ən qarışığı olan sevgi və şübhəylə qarşı-qarşıya qalmaq əsərin əsas ideyasıdır. Faciə təkcə Otellonun yox, bütün insanlığın faciəsidir.

43.Qoca və dəniz – Ernst Hemenquey

“Qoca və dəniz” Ernest Heminqueyin dünya şöhrətli əsəridir.
Əsərdə ucsuz-bucaqsız okeana xırdaca bir qayıqla ova çıxan tənha qocadan bəhs edilir. Öncəki bütün ovları uğursuz nəticələnən qoca bu dəfə nəhəng bir balıq ovlayır. Bu zaman isə o, öz şikarını köpəkbalıqlarının hücumundan qorumaq üçün gərgin mübarizə aparır.
Baş qəhrəman prototipi müəllifin yaxından tanıdığı kubalı qoca balıqçıdır.

44. Hərb sənəti – Sun Tzu

İki min ildən artıq bir müddətdə Sun Tzunun “Hərb sənəti” liderlərə döyüş taktikası və idarəetmə strategiyaları haqqında tövsiyələr verib. Bu kitab Çin mədəniyyətinin üzvi hissəsi olmaqla bərabər, həm də Qərbin həm hərbi işlərdə, həm biznesdə, həm də adi insan münasibətlərində yaşayış uğrunda mübarizəsinin və uğurlarının məhək daşı rolunu oynayıb.
Qədim dünyanın müharibə texnikasına, hiylə­gər­lik­lərinə və texnologiyalarına istinad etməklə əsər məhz öz zamanının məhsuludur. Lakin onun çox yeri müasir ssenarilərə də yaxşı uyğun gəlir və bu, indiki zamanda belə onun niyə populyar klassik oxu kimi qəbul olunmasını göstərən səbəbdir. Əslində bu günkü oxucu bu kitabdakıları məhz müharibə şəraiti üçün deyil, daha çox biznes və siyasət kontekstində tətbiq edir.

45. Bülbülü öldürmək – Harper Li

Çox təsirli, dramatik romandır. “Bülbülü öldürmək” oxucuları mərhəmət və qəddarlıq, sevgi və nifrətlə qarşı-qarşıya qoyur. Alabamadan olan balaca bir qızın söylədiyi həyat hekayəsi bu vaxtacan 18 milyon nüsxədən çox nəşr olunub, dünyanın 40 dilinə tərcümə edilib. Harper Lee həmişə öz kitabını sadə sevgi hekayəsi adlandırıb. Kitab Amerika ədəbiyyatının şah əsəri hesab olunur.

“Bülbülü öldürmək” romanında müəllif uşaqlıq illəri ilə bağlı unudulmaz xatirələrini qələmə alıb. Roman ilk dəfə 1960-cı ildə nəşr olunub, elə həmin ildə də bestsellerə çevrilib, tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. 1961-ci ildə Pulitzer mükafatına layiq görülüb, daha sonra kitab əsasında film çəkilib.

46. Qədim Yunanıstanın mifləri və əfsanələri – Nikolay Kun

Qədim Yunanıstanın mifləri və əfsanələri belə demək mümkünsə, bütün dünya mədəniyyətinin mayasını təşkil edir. Dünya ədəbiyyatının bütün inkişaf mərhələlərində Yunan mifləri öz izlərini göstərmiş, müxtəlif əsərlərin süjetlərində öz əksini tapmışdır.

Əsrlər öncə yaranmış olan Qədim Yunanıstanın mifləri və əfsanələri daha sonra Hind mifləri – “Vedalar”ın və “Mahabharata”nın, german mifləri – “Eddalar”ın, fin mifləri – “Kalevala”nın, bizim miflər “Dədə Qorqud”un və başqa oğuznamələrin mayasına hoparaq günümüzə qədər gəlib çıxmış və hələ də hər kəsi heyrətdə qoymağa davam edir.

47. Zərdüşt belə söyl­ədi – Fridrix Nitsşe

Böyük alman filosofu Fridrix Niçenin (1844-1900) yaradıcılığı 3 dövrü əhatə edir. Üçüncü dövrdə o, (1883-1888) “Zərdüşt belə söyl­ədi”, “Xeyir və şərin o tərəfində” və s. əsərlərini yazır. “Zərdüşt belə söylədi” əsəri filosofun ən mühüm əsəri sayılır. Formasına və məzmununa görə bu əsər fəlsəfi əsərə oxşamır. Adə­tən ədəbiyyatı peşə və fiksiya növlərinə böləndə fəlsəfi əsər­lə­ri peşə ədəbiyyatına daxil edirlər. Fəlsəfə fiksiya olmaq istəmir. Pla­ton fiksiya olan mifik ədəbiyyata qarşı məntiqi ədəbiyyatı qo­yur­du. Məntiqi düşüncə həqiqətə gedən yolu müəyyənləşdirir. F.Niçenin “Zərdüşt belə söylədi” əsərini fiktiv ədəbiyyata aid etmək olar. Zərdüşt düşünülmüş obrazdır. Onun adı Şərqdə müdriklik təlimilə bağlıdır, onun fəlsəfəsində məntiqi arqumentdən çox müdriklik var və bu müdrikliyi o, aforistik yolla elan edir. Bəs F. Niçe niyə ona əl atır? İki minillik tarixi olan Qərb fəlsəfəsini qoyub F.Niçe niyə məhz Sokratdan əvvəlki dövrə gedib çıxır. F.Niçe həqiqəti bu yolla vaxtın və zamanın fövqündə duran bir şey kimi götürür. Ancaq bu yolla onu tapmaq olar. Məsələn, ədalətlik ideyası dildən kənara çıxmaqla həqiqətə qovuşur.

48. Yevgeni Onegin – Aleksandr Puşkin

“Yevgeni Onegin” Puşkinin ən sevimli əsəridir. Burada şairin bütün həyatı, gözəl hissləri, fikir və idealı ifadə olunub. Onegin obrazı böyük ümumiləşdirici qüvvəyə malikdir. Oneginin xarakterində Puşkin zəmanəsinin zadəgan-mülkədar gənclərinin keçdiyi yolu böyük sənətkarlıqla göstərə bilib. Tatyana obrazı dərin və mənalıdır. O, öz zövqü, əxlaqi görüşlərində möhkəmdir, yenilməzdir. Lakin bu mühit sağlam ruhlu gəncləri mənən şikəst edir, onları həyatın qaranlıq guşələrinə atır. Tatyana müstəqilliyə can atsa da, mənsub olduğu zümrənin kobud qanunları ilə üz-üzə gəlməli olur. Bu mühit gənc nəsil üçün qaranlıq bir zindan idi.

49. Küləyin kölgəsi – Karlos Ruis Safon

Bir gün atası Daniel Sampereni Barselonanın ən sirli yerinə – Unudulmuş Kitablar Qəbiristanlığına aparır. Balaca oğlanın oradan tapdığı lənətlənmiş kitab onun bütün həyatını dəyişir, onu sirli və fitnə-fəsadlarla dolu bir labirintin içinə salır.

50. Heyvanıstan – Corc Oruell

“Malikanə” fermasının tənbəl və əyyaş sahibi Mr. Cons bir gün fermanın heyvanlarını

yemləməyi unudur. Heyvanların fermanı ələ keçirmək üçün qaldırdığı növbəti üsyana donuz

Napoleon və Uillinqton rəhbərlik edirdilər. Ferma haqsızlığı aradan qaldırmaq və dördayaqlıların

mənafeyinə xidmət etmək məqsədi ilə yenidən quruldu. Ancaq zaman keçdikcə üsyanın

prinsipləri təhrif olundu və unuduldu. Yeni və gözlənilməz hallar baş qaldırdı…

“Heyvanıstan” – yanlış istiqamətlənmiş bir inqilabın tarixi – Corc Orueldən gücün azdırıcı

təsirinə satirik baxış.

Müəllif: Lalə Rəhmanova

Lüğətlərin növləri kitab

Təxminən 20 ilin söhbətidir. Orta məktəb dərsliklərinin birində ilanı Seyid Əhməd əli ilə tutmaq istəyən bir müəllif dərsliyin lüğətlərdən bəhs edən yerində uşaqlardan (9-cu sinif şagirdlərindən) soruşurdu ki,”evinizdə Azərbaycan dilinin izahlı lüğəti varmi?”. Və bundan sonra öz hökmünü (qəti və təntənəli sözünü) bildirirdi: “Azərbaycan dilinin izahlı lüğəti hər bir mədəni ailədə olmalıdır. Yoxunuzdursa, xahiş edin, valideynləriniz tapsınlar”.
Dərslikdən bu sözləri oxuyan uşaq, təbii ki, mədəni ailədə yaşamaq istəyi ilə atasını qəflət yuxusundan oyadıb, deyəcəkdi:

Ata,ata, get,mənə bir kitab al –
Dilimizin izahatlı lüğəti.
Müəllim tapşırıbdır,
Etiraza yox kimsənin cürəti.

Ata da,yəqin ki,ürəyində müəllimi danlaya -danlaya düşürmüş mağazaların canına.
O vaxtlar bu kitabları mağazalarda axtarmaq qızların arzusunda olduqları “Evdarlıq” kitabını axtarmağa bərabər idi.

Qısa bir dilçilik arayışı

Lüğətlərin əsasən 2 növü var:
1) filoloji lüğətlər (bunlara linqvistik lüğətlər də deyirlər. Dilçilik lüğəti deyənlər də var)
2) ensiklopedik lüğətlər

Filoloji lüğətlərin növləri: orfoqrafiya lüğətləri, orfoepiya lüğətləri, tərcümə lüğətləri, omonimlər lüğəti, sinonimlər lüğəti, antonimlər lüğəti, çətin sözlər lüğətləri, alınma sözlər lüğətləri, İZAHLI LÜĞƏTLƏR və s. (Mövzumuza aid olduğu üçün axırıncını fərqli şriftlə yazdım-N.N.)

Ensiklopedik lüğətlərdə və ya ensiklopediyalarda əşya, hadisə, yaxud anlayış hərtərəfli aydınlaşdırılır. Burada müxtəlif şəkillərdən, xəritə ,diaqram, sxem və düsturlardan da istifadə edilir. Tarixi qədimdir. Çoxlarının “Qırmızı kitab” kimi tanıdığı 10 cilddən ibarət olan “Azərbaycan sovet ensiklopediyası”nın ilk cildi 1976-cı ildə çap olunun. İlk cild Rəsul Rzanın rəhbərliyi altında nəşrə hazırlansa da, kitabda Rəsul Rzanın bu işdəki fəaliyyəti öz əksini tapmayıb.

Kitab çapa gedən vaxtlarda P.Rza “yersiz danışığa görə” işdən çıxarılmışdı. Bu cəzadan bir neçə il sonra ona “Sosialist Əməyi Qəhrəmanı” adı verildi.

Azərbaycan Sovet Ensiklopediyasınnin 10 cildində 50 mindən artıq məqalə verilib.

İndi keçək əsas məsələyə. Sualı təkrar edirik:

Evinizdə Azərbaycan dilinin izahlı lüğəti varmı?

Bu söhbət başlayanda bizim evdə Azərbaycan, inğilis və rus dillərində 5000 mindən artıq bədii, filoloji və tibbi kitablar, lüğətlər, müxtəlif sahə ensiklopediyaları olsa da, “Azərbaycan dilinin izahlı lüğəti”nin cəmi 2 cildi vardı (deməli, mədənilik əlamətinin faizi 50% idi). Sonralar əlim əsə-əsə III cildi də aldım. IV cildi almağa cəsarət etmədim: evdə uşaqlqrın kitablarına yer yox idi.
Azərbaycan dilinə daİr izahlı lüğət tərtibinə 1945-1946-cı illərdə başlanıb. İzahlı lüğətin materiallarının nəşrinə isə 1949-cu ildən başlanıb.
Azərbaycan dilinin izahlı lüğətinin rus qrafikası ilə mükəmməl nəşrinin I cildi 1964-cü ildə (üz qabığında 1965) çap olunub.
II cild – 1980, III cild -1983-cü ildə, son cild 1987-ci ildə nəşr olunub. Dörd cilddə 57 min söz aydınlaşdırılıb.
Latın qrafikalı son nəşrlərdə sözlərin sayı daha çoxdur.

****
İzahlı lüğətlərərdə sözün bütün mənaları aydınlaşdırılır. Sözün hansı mənada, hansı sahədə və nə məqsədlə işləndiyi göstərilir. Professor Afad Qurbanov dünya dilçilərinin fikrinə şərik olaraq yazır ki, “izahlı lüğətin əsas məqsədi dilinin lüğət tərkibindəki hər bir sözün mövcud mənasını, məna variantlarını, müxtəlif məna incəliklərini izah etmək, onun zəngin, nə kimi lüğəti imkanlara malik olduğunu aydınlaşdırmaqdır, yazılı və şifahi dildə leksik vahidlərin yerinə görə düzgün işlədilməsinə və bunun da əsasında ədəbi dilin hərtərəfli inkişaf etdirilməsinə, zənginləşdirilməsinə xidmət etməkdir”.

V sinin Azərbaycan dili dərsliyində (Əziz Əfəndizadə, Bəşir Əhmədov. “Azərbaycan dili ” dərsliyi , V sinif, Bakı, 1994, səh . 54) linqvistik (dilçilik,filoloji)i lüğətlərdən məlumat verilən səhifədə bu fikir daha aydın izah olunur:

“İzahlı lüğətlərdə sözlərün leksik mənaları izah olunur”.

Biz hansı sözlərin mənasını bilmirik? Şəxsən mən “intellektual” sözünün mənasını 1972-ci ildə öyrənmişəm. Səhv eləmirəsə, bu sözü Ağamusa Axundovun “Kommunist” qəzetindəki bir yazısından oxumuşdum. “Diletant” sözünü hətərən-pətərən danışan bir alimə deyiləndə öyrənmişdim. “Mentalitet” sözünü də çox gec oyrənmişəm. Mən oxuyan kənd müəllimləri inciməsinlər, onlar biz oxuyan illərdə lüğətlərdən çox nadir hallarda istifadə edirdılər.

90-cı illərin əvvələri idi. Bakıda bir rus dili müəllimi var idi. Rus dilindən dərs desə də, rus dilini yaxşı bilmirdi. Direktor onu yola verirdi. Çətin vaxtlar idi: başını ağrıtmaq istəmirdi. Rus dili müəllimi yaxın dostum idi. Bir dəfə yavaşca başa saldım ki, qardaş, oxumaq heç vaxt gec deyil. Qırx yaş nədir ki. hər gün həm rus dilinin, həm də Azərbaycan dilinin izahlı lüğətindən 5-6 söz öyrənsin. İncəvara, sözümü yerə salmadı. Uşaqlarını da bu öyrənmə prosesinə qoşdu. İndi qızı da, oğlu da məsul vəzifə sahibləridir.

“İncəvara” sözünün mənasını bilmirsiniz? Narahat olmayın. Lüğətə baxmışam: nitq hissəsinə görə modal söz, sintaksisdə-ara sözdür, məhəlli sözdür. “Yaxşı ki”, “xoşbəxtlikdən” mənasına uyğundur. Başqa məna da incələyib tapmaq olar. Şamaxı tərəflərdə çox işlənən sözlərdəndir.

Mübahisə etməyin. Mübahisə etməyin ki, “təfəkkür” sözünü hamı bilir. Şəxsən mən bu sözü 1991-92-ci illərdə öyrənmişəm.

Çapayev (indiki Təbriz) küçəsi ilə qırmızı tramvayların şütüyən vaxtları idi. Dəmir yolu işçiləri hazırlayan texniki-peşə məktəbinin ikimərtəbəli binasında bir universitet açmışdılar. Yaxşı bir ad da tapmışdılar – TƏFƏKKÜR UNİVERSİTETİ. Bu sözü qoca da öyrənməyə başladı, cavan da. (Tramvay “Təfəkkür”ə gedir? “”Təfəkkür”də saxla, ay bala”). Deməli, “təfəkkür” sözü hamı tətəfindən elə o vaxtlardan başlayaraq işlədilir.

Bəlkə də, cavan jurnalistlərdən biri bu yazını oxuyandan sonra əlində mikrofon “təfəkkür” sözünün mənasını Təbriz küçəsi 19-un qənşərində kimlərdənsə soruşacaq. 100% əminəm ki, 10 adamdan beşi bu sözü bilməyəcək. İzahlı lüğətə baxanların isə, təbii ki,problemləri olmayacaq.

“Əhmədin qoyunlarının ağılı da var, tövləsi də”. Yox, çaşmadım. Bizim başımızla bağlı “ağıl” sözümüz bizim deyil, ərəbdən gəlmədir, artıq çoxdan milliləşib, “əql”, “aqil” sözləri ilə eyniköklüdür. O ki qaldı o biri “ağıl”a, hə, o bizim öz sözümüzdür, türk mənşəlidir. Məsələn: Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb, mələşirdilər (İ.Əfəndiyev).

Türk mənşəli “ağıl” sözü “Dədə Qorqud”da işlənən yaxşı sözlərdəndir. “Dədə Qorqud”a ortaq çıxan qardaşlarımız, hətta “Dədə Qorqud”un Bakıda keçirilən 1300 illik yubileyində Dədə Qorqud haqqında rus dilində odlu-alovlu çıxış edən Nazarbayev də o vaxtlar bu sözün mənasını bildiyinə inanmıram, şübhə edirəm. Bəlkə elə bizim çoxumuz bilmir ki, “Dədə Qorqud”dakı “ağıl” – “içərisində mal-qara, qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstüaçüq yer” mənasındadır. İnanmıram ki, “Dədə Qorqud”a iddiası olan qardaşlarımız
“Qaraca Çoban qara qayğılı yuxu görəndən sonra diksinib, ayağa qalxdı, qoyunların ağılını bərkitdi” cümləsini rus dilinə tərcümə edə bılələr.

Rus leksikoqrafları hər il rus dilinə daxil olan sözlərin lüğətini hazırlayıb, nəşr edirlər. Azərbaycan dilinə də ildə yüzlərlə söz daxil olur. Ruslara baxıb, gərək biz də dilimizə daxil olan sözlərin sanballı üğətini hazırlayaq.

Biz bildiyimiz hansı sözlərin mənasını bilmirik?

Sözümün canı var. Bəzən bizə elə gəlir ki, nitqimizdə işlətdiyimiz bütün sözlərin mənasını bilirik. Bir az fikirləşəndən sonra görürük, yox, bilmədiyimiz hələ çoxdur. Gərək belə məqamda cığallıq etməyək, bir bəhanə ilə izahlı lüğətə baxaq.

. Bahalı bir maşının yanında iki qadın və imtahandan təzəcə çıxdığı hiss olunan iki oğlan hamının eişdə biləcəyi tərzdə mübahisə edirdi. Sən demə, rusdilli bu analardan birinin oğlu imtahanda “ecazkar ” sözündə çaşıb qalıbmış.
Sözün mənasını bilməyəndə onun sinonimini, başqa dildə olan qarşılığını, dubletini axtarın, onu hissələrə ayırmağa çalışın,cümlədə işlədin.

Ciyərparası “Ecaz” sözündə karıxan, o bahalı maşın sahibi övladı hələ V sinifdə oxuyanda 50-60 manat verib ona izahı lüğət alsaydı, o uşaq indi anasının üstünə çımxırmazdı. “Ecazkar ” kimi deyəndə sözü o dəqiqə, bəlkə də o saniyə başa düşürük, anlayırıq. Elə ki sözü kökə və şəkilçiyə ayırırıq, həmin sözün quruluşca düzəltmə olub, olmamasını yoxlayırıq, deyəsən, iş bir balaca çətinləşir. Çətindirsə, yenə də izahlı lüğətə baxaq. Baxaq da.

“Azərbaycan dilinin izahlı lüğətinin latın qrafikalı yeni nəşrinin (Bakı,”Şərq-Qərb”, 2006 ) “E” hərfi ilə başlayan dördüncü sözü “ecaz”dır. (cildin 4-cü səhifəsi. Sol tərəfdəki səhifədə leksikoqrafiya (lüğətçilik) sahəsində adı-sanı olan 4 alimin adından sonra dilçilik mübahisələrini həll etməyə qadir olan , dünyanın tanıdığı bir alimin adına rast gəlirik:

“Nəşrə hazırlayanı, təkmilləşdirəni və redaktoru: Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (indi AMEM-in həqiqi üzvüdür, akademikdir-N.N.) filologiya elmləri doktoru, professor Ağamusa Axundov.

Lüğətin kimə tapşırıldığı məlumdur. İndi keçirik əsas məsələyə.

Ecaz – isimdir. Ərəb mənşəlidir. Möcüzə, misli görünməmiş şey, xariqə mənasını verir. Məsələn: Onun işi ecazdır, ecaz. (Ə.Haqverdiyev).
Dünyada sənətin yeddi ecazından biri olan “Tac-Mahal” məqbərəsi buradadır. (M.İbrahimov).
Ecazlar yaradır, hünər göstərir.(M.Rahim).

Dilimizi yaşatmaq üçün hər gün ana dilində danışmaq lazımdır. Ana dilini yaxşı bilən Biləcəriyə də gedər, Biləcəridən o yana da.

Bilmədiyimiz bir neçə bildiyimiz söz

Tüllab – tələbə oğlanlar
Təfəkkür – fikir sözündəndir
Təxəyyül – xəyal sözü ilə eyni kökdəndir
Məntiq – nitq ilə ilgilidir
Mədrəsə – dərs prosesi ilə əlaqəlidir
Nazim – nəzm
Mənsur – nəsr
Ovdan – su qabı
Nigah – fars mənşəlidir; baxış, nəzər
Nikah – ərəb mənşəlidir; evlənmə,izdivac
Zükur – “zəkər” sözünün cəmidir. !) erkəklər “2) kişilər
Ünas – “ünsa”nın cəmidir, qadınlar, qızlar
Əyyam – “yövm”in cəmi – 1) günlər 2) zaman ,dövr
Sözün sonu. Bu izahlı lüğət ki var, çətin məsələdir. ..Amma oxumalıyıq. Dilimizi yaxşı öyrənməliyik.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi

Rus dilinin lüğət müəllifidir. lüğətlərin növləri

Vladimir İvanoviç Dal kimdir? Hər bir tələbə ki, sizə xəbər verəcəkdir, bu adam – Rus dilinin lüğət müəllifidir. Amma hər kəs belə məlumat kitablar yalnız şagird və tələbələr üçün deyil ki, bilir. müəllimlər, dilçilər, tərcüməçilər və digər mütəxəssislər: Lüğətlər təcrübəli öz sahəsində mütəxəssislər var. Və onların növlərinin böyük müxtəlif var. Bu yazı əsas olanları müzakirə edəcək.

hekayə

Bu, daim dəyişir. Və dil, dörd və ya beş yüz il əvvəl əhəmiyyətli dərəcədə fərqli qrammatik və leksik tərkibi müasir Rusiya ərazisində məskunlaşmış insanlar tərəfindən danışılır. Lavrentiy Zizany – XVI əsrin sonunda nəşr lüğət müəllifi. Növbəti 1627-ci ildə çıxdı. Onun müəllifi Pamvo Berynda idi və bu kitabın məqsədi kitab şərh etdi Old Slavyan sözlər və ifadələr. Rus, latın, yunan: 1704 Polikarpov-Orlov üç dildə leksik vahidləri daxildir ilk tərcümə lüğət idi.

söz adı Vladimira Dalya ilə bağlı “rus dilinin lüğət müəllifi”, bu adam iş rus dilçiliyi tarixində ən vacibdir, çünki. Onun kitab daha iki yüz min söz var. Lakin ilk izahlı lüğət, lakin etimoloji daha çox Rusiya Akademiyasının Dictionary çağırıb.

Vladimira Dalya bu sahədə də Grotto, Ushakov, Ozhegov kimi görkəmli dilçilər daxil sonra. Bu adlar bütün tanışdır. Və onun fəaliyyəti azı mətnlərin yazı ilə bir şey idi Ozhegova lüğət kurort hər kəs kömək edir.

imla

Bu lüğətlərin məqsədi müxtəlif leksik vahidlərin yazım aydınlaşdırmaqdır. Onlar söz və ya frazeologiya sabit ifadələri izahat yoxdur. School, ümumi və ya sənaye rus dilinin orfoqrafiya lüğət ola bilər. Müəlliflər – Ushakov, Ozhegov. Bu sened kitablar da nəşr və O. E. Ivanova və V. V. Lopatin kimi müəlliflər tərəfindən redaktə olunur.

lüğətlər

lüğətlərin Bu versiya artıq bir neçə söz bildirib edilmişdir. Belə bir arayış ədəbiyyat xüsusi söz və ya söz mənasını izah, həm də üslub və qrammatik xüsusiyyətləri, istifadə nümunələri, və digər məlumat daxildir yalnız nəzərdə tutulur ki, əlavə edilməlidir.

Rus dili müəllifləri lüğətlər:

  • Lavrentiy Zizany.
  • Pamvo Berynda.
  • Vladimir Dal.
  • Dmitri Ushakov.
  • Sergey Ozhegov.

Yuxarıda siyahısı xronoloji qaydada deyil.

thesaurus

dil stil Yaxşı bilik – ilk növbədə düzgün oxşar məna sözləri seçmək imkanı var. Yüngül connotation xüsusi kontekstində yersiz leksik vahid edə bilərsiniz. Belə çətinliklər və xüsusi sened kitapları qarşısını almaq üçün. XVIII əsrdə nəşr eş rus dilinin lüğət müəllifi, – DI Fonvizin edir. Lakin yazıçı və dramaturqu çətinlik istifadə etməməlidir müasir mətn üzərində işləmək üçün. O dabbağ kimi rus dilinin lüğət müəllifi üzərində işləyir, dərc müraciət etmək daha yaxşıdır.

lüğətlərin növləri

Lüğətlər də qrammatik, frazeoloji, terminoloji ola bilər. Bu arayış materiallar yalnız neologisms və xarici sözlərin ibarət ola bilər. çox yüksək ixtisaslaşdırılmış lüğətlərdə var. Məsələn, onların iş Dostoevsky əsərləri həsr olunmuş tədqiqatçılar, yazıçı dilinin lüğət tərtib. Bu kitab ən çox müəllifi istifadə olunur leksik vahidlərin ibarət söz və deyim daxildir “Cinayət və cəza”.

Qədər tərcümə lüğətlərin kimi, sonra bir xarici dil öyrənir hər bir şəxs, bir fond bir neçə variantları saxlamaq lazımdır. kifayət bilik leksik bazası var zaman müəyyən bir səviyyədə, üstünlük daha tez-tez tərcümə lüğətlərin köməyi müraciət.

Hansı nəşrləri sizin bookshelf üçün vacib deyil? Rus dilinin lüğət yaxşı müəllifi kimdir? hər kəs özü üçün fəaliyyət növü əsasında lazımi arayış kitab seçir, çünki bu sual cavab çətindir. Lakin Ozhegov Ushakov və əlbəttə şagird, tələbə, və ya rus dilində danışır, hər kəs iştirakı ilə olmalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.