Lüz sözü azərbaycan dilində
1 i. sluice; lock; ~ü açmaq to open the lock; ~ü bağlamaq to shut* / to close the lock; ~dan keçirmək to lock through (d.); ~ün qapısı sluice-gate, lock-gate; gəmi ~ü shipping lock Azərbaycanca-ingiliscə lüğət
Cümlə üzvləri
Mübtəda cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı bildirir.
Mübtəda kim? nə? bəzəndə hara? sualına cavab verir, ismin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Rövşən (kim?) şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir.
Mübtəda cümlənin ən müstəqil üzvü olur və qramatik cəhətdən heç bir üzvdən aslı deyil.
2. Xəbər
Xəbər cümlənin baş üzvü olub, haqqında danışılanın hərəkət və ya əlamətini bildirir. Məsələn: Traktor yeri şumlayır. Torpaq lay-lay çevrilir. – cümlələrində xəbər (şumlayır, çevrilir) mübtəda ilə ifadə olunan, əşyanın hərəkətini bildirir.
Biz cümlədə söylənilən yeni məlumatıadətən xəbər və xəbərə aid olan üzvlər (tamamlıq, təyin, zərflik) vasitəsilə alırıq.
Xəbər nə edir? (felin bütün şəkil və zamanlarında), kimdir?, neçədir?, haradadır?, necədir? və s. suallara cavab verir.
Mübtəda kimi xəbər də həm nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur.
Başlamaq, bilmək, istəmək, olmaq, etmək felləri əksərən başqa sözlərlə birləşərək xəbər vəzifəsində işlənir.
Xəbər, təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri və s. ilə də ifadə olunur. Məsələn: Dağların səsiyəm! Mən çalxalanan dənizin nəğməsiyəm.
Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb xəbər adlanır.
Felivə ismi xəbər
Xəbər ifadə vasitələrinə görə iki cür olur: 1) feli xəbər; 2) ismi xəbər.
Feli xəbər təsriflənən fellərlə – felin əmr, xəbər, vacib, arzu, lazım və şətr şəkilləri ilə olunur. Məsələn: Ay camaat yol verin. Burada məktəb tikilməlidir. Mən birinci olmaq istəyirəm.
Feli xəbər feli frazeoloji birləşmələrlə də ifadə olunur. Məsələn: İgidlər dərdə düşdü. Səməd köksünü ötürmədi.
İsmi xəbər adlarla – isim, sifət, say, əvəzlik və zərfliklə ifadə olunur. Məsələn: Qayıqlar dənizdədir. Dəniz fırtınalıdır. O, on üçüncü idi. Danışan mən idim.
İsmi birləşmələrlə, məsdər, feli sifət və feli sifət tərkibləri ilə ifadə olunan xəbərlər də ismi xəbərlərdir. Məsələn: məqsədim oxumaqdır. Qonaqların bir qismi şəhərdən təzə gələnlərdir.
Dilimizdə var, yox, lazım, gərək, mümkün, bəs sözləri də müstəqil ismi xəbər kimi işlənə bilir. Məsələn: Evdə heçkim yoxdur.
Feli xəbər cümlədə haqqında danışılanın hərəkətini bildirir və haqında danışılan (mübtəda, ümumi şəxs, qeyri-müəyyən şəxs və s.) hərəkətin törədicisi hesab olunur.
İsmi xəbər isə əlamətini bildirir və əlamətin daşıyıcısı kimi çıxış edir.
Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması
Xəbərlər mübtəda ilə şəxsə görə uzlaşır. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəsxdə olur. Məsələn: Mən bədii kitabları çox oxuyuram. Sən bu günlərdə şəhərə gedəcəksən.
Xəbər mübtəda ilə kəmiyyətcə də uzlaşır – mübtəda tək olduqda xəbər də tək, cəm olduqda xəbərdə cəm olur. Məsələn:
Mən oxuyuram, Biz oxuyuruq.
Sən oxuyursan, Siz oxuyursunuz.
O oxuyur, Onlar oxuyurlar.
III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa bilir, uzlaşmayada bilir. Bu aşağıdakı qayda üzrədir:
1. III şəxsdə insan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də əksərən cəm olur. Məsələn: Şagirdlər gözəl binalara tamaşa edirlər. Bəza hallarda kəmiyyətcə uzlaşmayada bilir. Məsələn: Onlar qonağı qarşılamağa getmişdi. – bu cümləni belə uzlaşdırmaq olar. Onlar qonağı qarşılamağa getmişdilər.
2. Heyvan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də cəm olur, tək də olur. Məsələn: İtlər hürüşürdü. – İtlər hürüşürdülər.
3. Mübtəda ilə cansız varlıqlar ifadə olunduqda xəbər əksərən onunla uzlaşmır. Məsələn: Yarpaqlar tökültü. Evlər tikildi.
Cümlənin ikinci dərəcəli üzvləri
Bildiyimiz kimi cümlənin ikinci dərəcəli üzvləri tamamlıq, təyin və zərflikdir.
İkinci dərəcəli üzvlərdən tamamlıq və zərflik yalnız xəbərə aid olur və xəbəri izah edib aydınlaşdırır. Məsələn: Onlar söhbət vaxtı bizə alma şərbəti verirdilər. – cümləsində söhbət vaxtı zaman zərfliyi, bizə, alma şərbəti tamamlıq, verirdilər feli xəbərini izah edir.
Təyin əşya bildirən bütün üzvlərə (mübtədaya, tamamlığa, zərfliyə və ismi xəbərə) aid ola bilir. Məsələn: Cavan bir leytenant məni içəri dəvət etdi. Mən hələ indiyə kimi bu cür alqışlarla qarşılanan mənzərə görməmişdim. – cümlələrində cavan sözü mübtədanı (leytenent), bu cür alqışlarla qarşılanan birləşməsi tamamlığı (mənzərə) təyin edir.
1. Tamamlıq
Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub, hərəkət və əlamətin obyektini bildirir.
İsmin adlıq və yiyəlik halından başqa, qalan hallarda əşya, obyekt bildirən sözlər və birləşmələr tamamlıq vəzifəsində işlənir. Tamamlıq kimə? nəyə? kimi? nəyi? nə? kimdə? nədə? kimdən? nədən? suallarına cavab verir. Məsələn: Xəyal əlcəyi (nəyi?) mənə (kimə?) verdi.
İşin, hərəkətin, əlamətin obyektini bildirən bəzi qoşmalı sözlər və birləşmələr də cümlədə tamamlıq olur. Məsələn: O, fırça ilə (nə ilə?) şəkil çəkdi.
Tamamlıq da mübtəda kimi isim, əvəzlik və məsdərlərlə daha çox ifadə olunur. Məsələn: Məhəmməd Eldarı səslədi. Onu telefona çağırdılar.
Sifət, say, işarə əvəzlikləri, zərf və feli sifətlər cümlədə isimləşərək tamamlıq vəzifəsində işlənə bilir. Məsələn: Mənim rəfiqəm qırmızını çox sevir. Bunları Adilin atası yollayıb.
Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur.
Tamamlıq ikinci və üçüncü növ təyini söz birləşmələri, feli sifət və məstər tərkibləri ilə ifadə olunur. Məsələn: Bir dağ havasını sevirəm, bir də kövşərin ətrini, çölün ətrini! Bu cür tamamlıqlar quruluşca mürəkkəb olur.
Vasitəsiz və vasitəli tamamlıqlar
- Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar
- Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.
2. Təyin
Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir.
Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarına cavab verir. Məsələn: Çalışqan (necə?) şagirdlə beş (neçə?) maraqlı kitab aldılar.
Təyin əksərən sifət, say, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Bu meşə çox böyük idi.
İsim və zərflərdə sifətləşdikdə təyin vəzifəsində işlənə bilir. Məsələn: Mühəndis Sultanov dəri paltosunu geydi. Yuxarı otaqlar xeyli sərin idi.
Təyin ismi birləşmələr və feli sifət tərkibləri ilə də ifadə olunur. Məsələn: Polis rəisi Kərimov prokurora zəng vurdu.
Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir.
Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələr ilə ifadə olunanlar isə mürəkkəb təyin sayılır.
3. Zərflik
Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir.
Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.
Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur. Məsələn: O, Azəri bazara göndərmişdi.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məsələn: Boz dağın qoynunda bir dəniz vardır.
Zərfliyin məna növləri
- Tərzi-hərəkət zərfliyi –işin, hərəkətin icra tərzini bildirir. Necə? nə cür? nə tərzdə? Nə vəziyyətdə? suallarına cavab verir.
- Zaman zərfliyi – işin, hərəkətin, hadisənin zamanını bildirir. Nə vaxt? nə zaman? haçan? nə zamanadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir.
- Yer zərfliyi –işin, hərəkətin və s. yerini bildirir. Hara? haraya? harada? suallarına cavab verir.
- Kəmiyyət və ya dərəcə zərfliyi – hərəkətin hansı kəmiyyətdə icra olunduğunu bildirir. Nə qədər? sualına cavab verir.
- Səbəb zərfliyi – hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə? nə üçün? nə səbəbə? nədən ötrü? nəyə görə? suallarına cavab verir.
- Məqsəd zərfliyi – hərəkətin məqsədini bildirir. Niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab verir.
Cümlə üzvlərinin əlavəsi
Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən sözə və ya söz birləşməsinə cümlə üzvlərinin əlavəsi deyilir.
Əlavə, əlavəli üzvlə şəxsə, kəmiyyətə və ismin halına görə uzlaşır. Məsələn: uçur qayğılar – o nazlı quşlar.
Bəzən əlavəli üzv I, II, şəxslərə, əlavə isə III şəxsdə olur, əlavə, əlavəli üzvlə ismin halına, kəmiyyətə görə uzlaşır, şəxsə görə uzlaşma pozulur.
Mübtədanın əlavəsi mübtədanın, xəbərin əlavəsi isə xəbərin mənasını konkretləşdirmək, izah edib aydınlaşdırmaq üçün işlənir. Məsələn: Yaşasın səadət, o yaz səhəri.
Cümlədə üçüncü növ təyini söz birləşmələrinin, feli sifət, feli bağlama və məsdər tərkiblərinin asılı tərəfinə xitablara aid əlavələr də olur. Məsələn: Adilin – onuncu sinif şagirdinin fədakarlığı bütün rayona yayıldı.
Əlavələr izah etdiyi sözlərdən tire (–) işarəsi ilə ayrılır. Məsələn: Dünən – mayın 17-də bütün diskləri aparıb təhvil verdik.
Əlavədən əvvəl yəni bağlayıcısı işləndikdə də vergül qoyulur.
- Teqlər:
- cümlə üzvləri
- , sintaksis
- , cümlənin üzvləri
- , Azərbaycan dilinin qrammatikası
şlüz sözü azərbaycan dilində
Sözün tezliyi – sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
Ümumi • 0.09 dəfə / 1 mln.
| 2005 | •••••••••••••••••••• | 1.35 |
| 2006 | ••••••• | 0.45 |
| 2010 | ••• | 0.18 |
| 2011 | ••• | 0.17 |
| 2015 | •••••• | 0.34 |
şlüz sözünün leksik mənası və izahı
1 [alm.] 1. tex. Gəmilərin suyu müxtəlif səviyyədə olan çay və kanallardan keçməsi üçün xüsusi hidrotexniki qurğu. Gəmimiz birinci şlüz ə daxil oldu. M.İbrahimov. Biz birinci darvazadan keçdik, kanalın ilk şlüz ündə dayandıq. Mir Cəlal. 2. tex. Çayda, kanalda suyu saxlamaq və lazım gəldikdə açıb buraxmaq üçün xüsusi qapı. Kür çayında müxtəlif şlüz lər düzəldiləcək ki, bu da su daşqınının qarşısını alacaqdır. M.Qaşqay. 3. məd. İçərisində qızıl olan qumu və ya xırda süxuru yumaq üçün təknəyə və ya çalovaoxşar qurğu. Azərbaycan dilinin izahlı lüğəti
şlüz sözünün etimologiyası
1 holl. sluis – kənarlaşdırıram Azərbaycan dilinin etimologiya lüğəti
şlüz sözünün rus dilinə tərcüməsi
2 I сущ. шлюз: 1. гидр. сооружение между водоёмами с различными уровнями воды, позволяющее переводить суда из одного водоёма в другой. Kanal şlüz ü шлюз канала 2. отверстие с затвором в плотине для выпуска воды. Şlüzü qaldırmaq поднимать шлюз, şlüz ü endirmək опускать шлюз 3. горн. приспособление для промывки золотоносного песка или измельчённой руды 4. мед. специальное помещение для лечения декомпрессионных заболеваний 5. герметический отсек в космическом корабле, подводной лодке и т.п., позволяющий переходить из среды одного давления в среду другого давления II прил. шлюзовой: 1. относящийся к шлюзу; шлюзный. Şlüz siyirmə qapısı шлюзовой щит, шлюзовые ворота; şlüz kamerası шлюзная камера 2. обслуживающий шлюз. Şlüz fəhlələri шлюзовые рабочие Azərbaycanca-rusca lüğət
şlüz sözünün inglis dilinə tərcüməsi
1 i. sluice; lock; ~ü açmaq to open the lock; ~ü bağlamaq to shut* / to close the lock; ~dan keçirmək to lock through (d.); ~ün qapısı sluice-gate, lock-gate; gəmi ~ü shipping lock Azərbaycanca-ingiliscə lüğət
şlüz sözünün fransız dilinə tərcüməsi
1 is. écluse f ; bée f (dəyirmanda) ; ~ləri açmaq ouvrir les écluses ; ~ kamerası sas m Azərbaycanca-fransızca lüğət
şlüz sözünün ləzgi dilinə tərcüməsi
1 [alm.] шлюз (1. тех. вацӀун, къаналдин даяз чкайрай гимияр ракъурун патал, акьализ-ахъайдай рак хьиз раснавай банд, яд акъвазриз виниз хкаждай чка; // вацӀун, къаналдин яд кӀевун ва лазим атайла ахъаюн патал рак; 2. къизил квай къум чуьхуьн патал раснавай чанахъ хьтин чка). Azərbaycanca-ləzgicə lüğəti
“şlüz” sözü ilə başlayan sözlər
Oxşar sözlər
#şlüz nədir? #şlüz sözünün mənası #şlüz nə deməkdir? #şlüz sözünün izahı #şlüz sözünün yazılışı #şlüz necə yazılır? #şlüz sözünün düzgün yazılışı #şlüz leksik mənası #şlüz sözünün sinonimi #şlüz sözünün yaxın mənalı sözlər #şlüz sözünün əks mənası #şlüz sözünün etimologiyası #şlüz sözünün orfoqrafiyası #şlüz rusca #şlüz inglisça #şlüz fransızca #şlüz sözünün istifadəsi #sözlük
Obastan-ın layihəsi
Sözlük © 2020
Перевод “şlüz” на русский
шлюз — это перевод «şlüz» на русский. Пример переведенного предложения: Məhs bu şlüz hündürlüyün düşməsi problemini və çay suyunun şorlaşmasının qarşısını almışdır. ↔ Следствием этого стала оживлённая контрабанда и появление фальсификатов чая.
“şlüz” в словаре азербайджанский – русский
шлюз
noun masculine
MicrosoftLanguagePortal
Показать алгоритмически созданные переводы
Автоматический перевод ” şlüz ” в русский
Glosbe Translate
Google Translate
Переводы «şlüz» на русский в контексте, память переводов
Məhs bu şlüz hündürlüyün düşməsi problemini və çay suyunun şorlaşmasının qarşısını almışdır.
Следствием этого стала оживлённая контрабанда и появление фальсификатов чая.
WikiMatrix
Kanal 29 şlüz, 4 akveduk və 10 körpüdən ibarətdir.
Канал пересекают 29 шлюзов, 4 акведука и 10 мостов.
Comments are closed, but trackbacks and pingbacks are open.