Press "Enter" to skip to content

7 AYA YAZILAN DOKTORLUQ DİSSERTASİYASI VƏ. Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır

Bütün bunlar Ali Attestasiya Komissiyasında baş verən özbaşınalıqların kiçik bir hissəsidir. Görəsən nə zaman Dövlətin mühüm strateji bir sahəsini elmdən kənar, ekspert rəylərinə, kollegial qərarlara məhəl qoymayan, vaxtilə çox böyük nüfuza malik olan bir qurumu öz ambisiyalarına qurban verən Vəli Hüseynovun əməllərinə qiymət verilməsinin vaxtı çatacaq? Burada hər gün baş verənlər Azərbaycan elminə həqarətdir.

Ləzgi folkloru dissertasiya

Peşə yoldaşlarımdan – jurnalist­lərdən söz düşəndə gözlərim önünə gələnlərdən biri Əli Şamil olur. Bu, təsadüfi deyil. Onunla eyni fakültədə oxumuşuq. Tələbə yoldaşlığı ailəvi dostluğa çevrilib – 50 illik dostluğa.

1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olanda ilk dəfə onu görüb elə bilmişdim müəllimdir. Yaşda bizdən böyük idi. Fakültəmizdə tələbələrin sayı az olduğundan əlaçıları, ictimai işlərdə fəallıq göstərənləri, mətbuatda çıxış edənləri hamı yaxşı tanıyırdı. Mən onun 1948-ci ildə qədim Göyçə mahalının (indiki Ermənistan Respublikasının) Basarkeçər rayonunun İnəkdağ kəndində anadan olduğunu, gecələr Sumqayıtda fəhlə işlədiyini bilirdim.

Aramızda fikir mübadiləsinə müəllimlərimiz də qatılırdı. 1920-30-cu illərdən söhbət düşəndə Əli daha fəal olurdu. Bəzən mənə elə gəlirdi ki, repressiya illəri haqqında müəllimlərimizin bir çoxundan Əlinin məlumatı çoxdur. Həm də mövzunu bilmək hələ hər şey deyildi, onu dilə gətirməyin özü bir cəsarət tələb edirdi. Əli bizdən bir kurs yuxarıda oxuduğundan kitabxanaları, arxiv­ləri yaxşı tanıyırdı. Bəzən seminara hazırlaşmaq üçün kitabxanaya gedəndə orada lazım gələn kitabın bəzi səhifələrinin cırılıb aparıldığını görüb qanımız qaralırdı. Axtardığımız kitabın sağlam nüsxəsini harada tapıb oxumağı ondan xəbər alırdıq. O, səbirlə bizə məsləhətlər verirdi.

Mətbuat tarixinə maraq göstərdiyinə, bu yöndə tədqiqatlara önəm verdiyinə görə o, fakültə tələbə elmi cəmiyyətinə rəhbər seçilmişdi. Buna görə də onu çox vaxt zarafatla “TEC Əli” deyə çağırırdıq. O illərdə bizim fakültədə tez-tez tələbələrin elmi konfransları keçirilir, məruzələri bəyənilən gənclər Moskvanın, Leninqradın, Lvovun, Kiyevin, Novosibirskin və başqa şəhərlərin universitetlərində keçirilən elmi konfranslara göndərilirdi. Əlinin Nəriman Nərimanovun Krımda çap olunan “Tərcuman” qəzetindəki fəaliyyəti, Məhəmmədağa Şahtaxtlının jurnalistlik fəaliyyəti, 40 yaşı tamam olmamış güllələnən şair, ədəbiyyatşünas, folklorçu Əmin Abid Mütəllim oğlu Əhmədov haqqındakı məruzələri yalnız tələbələrin deyil, müləllimlərimizin də marağına səbəb olurdu.

İlk dəfə Əlidən eşitmişdim ki, Əmin Abid 1928-ci ildə tamamladığı “Türk xalq ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti (Beş bin bayatı-mani üzərində yapilmış bir tətəbnamə)” əsəri üçün Qusardan olan tələbə Mustafa Əzəmətzadədən ləzgi bayatıları toplayıb. Bunu bilən Əli bir neçə il Mustafa Əzəmətzadənin axtarışında olmuş, lakin onu tapmaq cəhdləri baş tutmamışdı.

Əli Azərbaycandan kənardakı elmi konfranslara getməklə qətiyyən qürurlanmırdı, tələbə yoldaşlarımızı da həvəsləndirib göndərir, maddi sıxıntı çəkməsin deyə rəhbərliklə danışıb ezamiyyə alır, bəzən сiblərinə xərclik də təşkil edirdi.

Birinci kursda oxuyanda aramızda mübahisə düşdü. Rus dilini daha yaxşı öyrənməyə çalışıdığımı görən Əli bir dəfə məndən ləzgi dilinin qrammatikasını mükəmməl bilib bilmədiyimi xəbər aldı. Mənim cavabım onu qane etmədi. “Öz ana dilinin incəliklərini bilməyən birisi dünyanın məşhur dillərində yazıb oxumağı bacarsa belə mən onu yüksək dəyərli insan saymaram” dedi. O, bu sözləri deyəndə ətrafımızda Azərbaycanda yaşayan müxtəlif xalqların övladları vardı. Onları deyə bilmərəm, amma şəxsən mənə Əlinin bu sözləri çox təsir etdi, sanki məni silkələdi, dünyagörüşümdə bir dəyişiklik etdi.

Tələbələrin əksəriyyəti adətən təcrübəni doğulduqları rayonun qəzet redaksiyasında keçirəndə Əli Azərbaycanın bölgələrinə yollanmağa üstünlük verirdi. 1970-ci ildə o, Qusar rayonundakı “Qızıl Qusar” qəzetinin redaksiyasında təcürbə keçmişdi. Bir il sonra mən də həmin redaksiyaya təcrübəyə gedəndə onun haqqında o qədər maraqlı söhbətlər eşitmişdim ki, Bakıya qayıdanda bunları qürurla tələbə yoldaşlarıma çatdırmışdım. Növbəti illər Zaqatala və Astara qəzetlərinə o, qrup yoldaşlarını da həvəsləndirib aparmışdı. Onun Azərbaycanın bölgələrini gəzib folklor materiallarını topladığını hamımız bilir, ondakı bu həvəsə qibtə edirdik.

Sovet repressiyasının qurbanları Əlinin ən çox diqqət yetirdiyi mövzu idi. Onların mübarizələr və məhrumiyyətlər içində keçən həyatından bizə maraqlı hadisələr danışardı. O dövrün ictimai-siyasi vəziyyəti belə adamları tanıtdırmaqda maneələr yaratsa da, insanlarda onların həyatını öyrənməyə mənəvi aclıq var idi. Bunu bildiklərindən Əli kimi insanlar vətən sevgisi, vətəndaş yanğısı ilə, inadla öz maarifçilik ideyalarını cəmiyyət arasında yayırdılar. Hamımız bilirdik ki, o, bu mövzuda dissertasiya müdafiə etməyə hazırlaşır.

Bizə elə gəlirdi ki, əla qiymətlərlə oxu­yan Əli Şamilovu fakültədə müəllim kimi saxlayacaqlar. Əslində belə də olmalı idi. Gələcək jurnalistlər ondan çox şey öyrənə bilərdilər. 1973-cü ildə universiteti bitirəndə onu məqsədli aspiranturaya deyil, təyinatla Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan “Şərq qapısı” qəzetinə işləməyə göndərdilər. 5-6 ay sonra ailə qurduğu tələbə yoldaşı Əzizə Hüseynova da Naxçıvana gedərək radioda işləməyə başladı.

Təhsilimi başa vurandan sonra mən “Sovet kəndi” qəzetində işə başladım. Ayrı-ayrı şəhərlərdə yaşasaq da əlaqələrimiz kəsilmədi. Əli muxtar respublikada folklor nümunələrini toplamağa, onları çap etdirməyə həvəs göstərirdi. Lakin qəzetimizin Naxçıvanda zona müxbiri olmadığına görə ehtiyac duyanda ondan qəzetimizin müxbiri kimi istifadə edirdik. Naxçıvana ezamiyyətə gedən jurnalistlər mehmanxanaya deyil, onların evinə yollanardı. Burada maraqlı söhbətlər gecə yarısına kimi davam edərdi. Bu söhbətlər yazacağımız mövzunu dərindən öyrənməkdə yardımçımız olurdu.

“Şərq qapısı” partiya qəzeti olsa da, Əli partiya-sovet mövzusunda yazmağa o qədər meyilli deyildi. Onun böyük həvəslə yazdıqlarını qəzetlər nəşr etmək istəmirdi, qəzetlərin istədiyi mövzular isə onu cəlb etmirdi. Bizim qəzetə də gah bölgədəki göllər və su anbarları, gah kəhrizələr haqqında yazardı. Bir dəfə ona üzüm yığımı haqqında reportaj yazmağı tapşırmışdıq. Reportajın üç səhifəsi Naxçıvanda üzümçülüyün tarixindən bəhs edirdi.

O dövrdə yerli qəzetlər bölgədən kənar yazıları əsasən SİTA və XMA vasitəsilə alırdı. 1986-cı ildən sonra Sovet rejimində yumşalma başlayan kimi, Əli işlədiyi “Sovet Naxçıvanı” qəzetinin SSRİ-dəki muxtar res­publikalarda çap olunan qəzetlərlə birbaşa əlaqəsini qura bildi. Səhifə mübadiləsi etməyə başladı. Lakin bu, nə qəzetdə işləyən mühafizəkar jurnalistlər, nə də bürokrat partiya-sovet məmurları tərəfindən yaxşı qarşılanmırdı. Əli köhnə qəliblərdən çıxmağa can atdığına görə tez-tez cəza alsa da, inadla başladığı işi davam etdirirdi. Deyirdi: “Nədən yaxın qonşumuz olan Dağıstan haqqında bölgəni o qədər də yaxşı tanımayan Rusiya jurnalistlərinin yazdıqlarını çap etməliyik? Bundansa Dağıstanla birbaşa əlaqə qurub oradakı jurnalistlərin hazırladığı məqalələri, səhifələri çap etmək lazımdır”.

1988-ci ildən Əli fəaliyyətini meydanlara, mitinqlərə, sonralar isə döyüş bölgələrinə yönəldir. Bakıda “Odlar yurdu” qəzeti nəşrə başlayanda Əli Şamilovun imzası bu qəzetdə daha çox görünməyə başladı. 1990-cı ildən sonra isə onun təşəbbüsü ilə Naxçıvanda leqal və qeyri leqal “Ağrıdağ”, “Varlıq”, “İstiqlal”, “Güney”, “Oyanış” və başqa qəzetlər nəşr olunmağa başladı. 1991-1993-cü illərdə o, “Azadlıq” qəzetinin zona müxbiri işləyir..

1992-ci ildə Əli Türkiyəyə gedib gələndən sonra mənə bir hadisə danışdı. Dedi ki, Kayseri şəhəri yaxınlığındakı Zilə kəndində olarkən orada dörd ailə ilə tanış olub. İkinci Dünya Savaşında almanlara əsir düşmüş dörd azərbaycanlı müharibədən sonra çox çətinliklə Türkiyəyə gəlib. Sovet təqibindən qurtulmaq üçün soyadlarını dəyişiblər. Zilə kəndində yerləşib orada ailə qurublar. Onlardan biri vəfat etdikdən sonra onun oğlu atalarının Azərbaycanın hansı bölgəsindən olduğunu öyrənmək fikrinə düşür. Atasının Zilədə doğulan ilk övladına Ləzgiyə adını qoymasından bu qənaətə gəlir ki, o, milliyətcə ləzgi ola bilər. Əli Bakıya döndükdən sonra yazdığı “Ziləli azərbaycanlılar” məqaləsini mətbuatda çap etdirir. Məndən də xahiş edir ki, bu mövzuda ləzgicə bir məqalə yazıb “Samur” qəzetində çap etdirim. Elə də etdim. Məqaləm çap olunandan sonra həmin adamın qohumları Qusardan səsimizə hay verdilər. Biz qohumlar arasında körpü yaratdıq. Onların Ziləyə getməsinə şərait yaratdıq. Həmin hadisələrin təsiri altında tezliklə “Soyuq günəş” adlı pyesimi yazdım. Bu əsər oxucular tərəfindən böyük maraqla qarşılandı.

İllər boyu türk dünyasının məşhur insanları, türk xalqlarının folkloru haqqında sanballı tədqiqatlar aparan, 17 kitabı, 200-dən çox elmi məqaləsi işıq üzü görmüş Əlini səciy­yələndirən keyfiyyətlərdən biri onun insanlara olan sevgisidir. Tələbəlik illərindən onun sıx ünsiyyətdə olduğu dostları arasında ləzgi, avar, tat, ingiloy və başqa xalqların övladları var. Onların dostluqları bu gün də davam edir.

1993-cü ilin qarışıqlığından sonra Bakıya köçən Əli SSRİ-nin müxtəlif respublikalarından Azərbaycan Dövlət Universitetində oxumağa gəlmiş tələbələrin bir sıra problemlərini həll etməyi üzərinə götürdü. Əli həmin tələbələri bayramlarda jurnalist qonşularım olan qrup yoldaşları Akif Cabbarın, Əlipənah Bayramovun evlərinə də gətirirdi.

Tələbə yoldaşımız İsmayıl Vəliyev Əli Şamilovu Azərbaycan Enskilopediyasında işə götürmüşdü. O, maaşının azlığından şi­ka­yət etmədən yarımçıq qalmış “Uşaq Enskilopediyası”nın üçüncü cildi üzərində işə başladı, onun yeni sözlüyünü hazırlayıb çox çətinliklə qəbul etdirə bildi. Onun təklifi ilə uşaq ensiklopediyasına Azərbaycanda yaşayan xalqlar, tarixi şəxsiyyətlər haqqında, din və başqa mövzularda məqalələr salındı. Ona görə də son cild əvvəlkilərdən kəskin fərqləndi.

Əli AMEA Folklor İnstitunda işləməyə baş­layanda orada Azərbaycanda yaşayan xalqların folklorunu toplayıb nəşr edəcək şöbənin açılmasına çox can atırdı. Bu mövzuda mənimlə də dəfələrlə məsləhətləşmişdi. Nə­hayət, 2012-ci ildə belə bir şöbə açıldı. Mə­lum oldu ki, ləzgi, avar, talış, saxur və başqa dil­ləri bilən folklorçular yoxdur. Kənar müəllif­ləri bu işə cəlb etməyə başladılar. Məndən də on­lara kömək etməyi xahiş etdilər. Mən də öz növ­bəmdə ləzgi folkloru, etnoqrafiyası, musi­qi­si ilə bağlı illərlə topladığım materialları ki­tab halına saldım. 2017-ci ildə Folklor İnsti­tutu Elmi Şurasının qərarı ilə “Mənim şair xal­qım” adlı 316 səhifəlik kitabım çap olundu.

Əli həmin kitabın tanıdılmasına, təbliğinə də çox can atdı. Qusar, Quba, Xaçmaz və başqa rayonların İcra hakimiyyətlərinə, müxtəlif təşkilatlara AMEA Folklor İnstitunun adından rəsmi məktublar göndərtdirərək kitabın təqdimatını keçirməkdə onlara icazə verilməsini xahiş etdi. Heyf ki, istədiyinə nail ola bilmədi. Lakin bu, onu ruhdan salmadı. Folklor İnstitutundakı “Azsaylı xalqların folkloru” şöbəsində işləməsə də dostlarını, tanışlarını, həmin xalqların ziyalılarını folklor toplamağa həvəsləndirməkdə davam edir.

Özünün yubiley tədbirlərinin keçirilməsi ürəyincə olmasa da, dostlarının təkidi ilə bu ilin mayın 24-də Bakının Beynəlxalq Mətbuat Mərkəzində Ahıl Jurnalistlər Təşkilatı onun üçün bir toplantı keçirdi. Əli Şamil oraya dəvət olunanların stolunun üstünə qoyduğu mətndə yazılmışdı: “Xahiş edirik yubilyar haqqında deyil, “Dissident sorağında” kitabı haqqında danışasınız”.

Bu kitabın hazırlanmasından xəbərim vardı. 1998-1999-cu illərdə Əli Şamil xanımı Əzizə ilə Polşada çap olunacaq “Dissident sözlüyü” Ensiklopediyasına məqalələr hazırlayırdı. Onda Əli məndən də xahiş etmişdi ki, ləzgi dissidentləri haqqında material topla­maqda onlara kömək edim. Milliyyətcə ləzgi olan siyasi məhbus, yazıçı, ictimai xadim, filosof və riyaziyyatçı Vazif Meylanov haqqında ilk dəfə ondan eşitmişəm. Bu barədə geniş məqaləm qəzetimizin növbəti sayında işıq üzü görəcək.

Bəzilərinin millətçi kimi qələmə vermək istədikləri Azərbaycan sevdalı, demokratik fikirli ziyalı həmkarımız Əli Şamilovun nə cür mütərəqqi düşüncəli ziyalı olduğunu onu tanıyanlar yaxşı bilirlər. Respublikamızın azsaylı xalqlarının dillərinin, mədəniyyətlərinin qorunmasına və inkişafına hörmətlə yanaşması, şəxsi nümunəsi ilə bu sahədə müəyyən addımlar atması onun yüksək mədəniyyətini və fəal vətəndaş möyqeyini göstərir. Rüşvətxorluğa, ikiüzlülüyə, saxtakarlığa qarşı çıxan bu saf qəlbli qələm sahibi nə deputat olub, nə də yüksək vəzifə sahibi. Amma 1992-ci ildə imzalanmış “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında” fərmanın onu necə fərəhləndirdiyi indiyə kimi xatirimdədir. Onun 2002-ci ildə İsveçrədə çap etdirdiyi “Azərbaycan və azərbaycanlılar” məqaləsi də Azərbaycanda yaşayan xalqlara ba­xışını çox gözəl əks etdirir.

Toplantıda mənə də söz verildi. Vaxt darlığından düşündüklərimin hamısını dinləyicilərə çatdıra bilmədim. Ona görə də fikirlərimi oxucularla bölüşməyi qərara aldım.

7 AYA YAZILAN DOKTORLUQ DİSSERTASİYASI VƏ. – “Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır”

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında yol verilən özbaşınalıqlar, qanunları saymamazlıq haqda neçə müddətdir ki, yazılır, danışılır. “AzPolitikaşinfo”nun məlumatına görə, vəziyyət o həddə çatıb ki, iqtisadiyat üzrə Ekspert Şurasının 5 üzvü ölkə başçısı İlham Əliyevə məktubla müraciət edib.

“Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz işlərə müsbət rəy yazdırır”

Onlar yazırlar: “Biz AAK-ın iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvləriyik. Vəli Hüseynov sədr vəzifəsini müvəqqəti icra edəndən bu quruma elm ictimaiyyəti tərəfindən nifrət dözülməz həddə çatıb. M üəyyən qədər müqavimət göstərməyimizə baxmayaraq, onun özünü elm adamı deyil, “bazar adamı” kimi aparması bizi bu addımı atmağa məcbur etdi. Vəli Hüseynov davamlı olaraq Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz, savadsız işlərə müsbət rəy yazdırır . Konfliktə getməmək, abır-həyamızı gözləmək naminə dözürdük. Son iclaslarda isə ekspert üzvləri olaraq təzyiqlərə dözməyərək ardı-arası kəsilmədən, açıq şəkildə öz etirazlarımızı bildirirdik.

Diqqət edin: 2 iyul 2018-ci il tarixdə Ekspert Şurasının iclasında iddiaçı Əliyev Ruslan Yusif oğlunun (SOCAR-ın “Azəriqaz” İB Baş direktorunun satış üzrə müavini) “Azərbaycanda mənzil sferasının inkişafının təşkilatı-iqtisadi problemləri” mövzusunda elmlər doktoru elmi dərəcəsi alması üçün təqdim edilmiş dissertasiya işi müzakirəyə çıxarılıb. Bu dissertasiya işinə Ekspert Şurasının 25 iyun 2018-ci il tarixli iclasında rəy yazmaq, ekspert, professor Ədalət Əliyevə tapşırılmışdı.

Lakin sonradan Vəli Hüseynovun təkidi ilə dissertasiya işinə rəy vermək hansı səbəbdənsə ekspert Şəfa Əliyevə tapşırıldı və bu da iclasda verilən kollegial qərara hörmətsizlik və qanun pozuntusu idi. Dissertasiya işinin 2017-ci ilin son aylarında təsdiq olunması ilə yazılmasının arasında isə cəmi 7 ay vaxt çəkib”.

7 aya yazılan doktorluq dissertasiyası müzakirəyə çıxarılıb!

Ekspert Şurasının üzvləri haqlı olaraq qeyd edirlər ki, elm və təhsil idarələrində çalışanlar elmlər doktoru dissertasiyasını 10 ilə güclə başa çatdırırlar. Vəli Hüseynov isə 7 aya yazılan işi müzakirəyə çıxarır. Bundan başqa Əsasnaməyə görə doktorluq işləri üçün iddiaçının AAK-ın tələb etdiyi nəşrlərdə 20 məqaləsi çap olunmalıdır. Ruslan Əliyevin isə cəmi 15 məqaləsi olub.

“Özbaşınalığın dərəcəsinə fikir verin: Vəli Hüseynov 4 iyul 2018-ci il tarixdə AAK-ın Rəyasət Heyətinin iclasında bu qanunsuzluğa etiraz edən ekspertləri cəzalandırmaq məqsədilə Rəyasət Heyətinin üzvlərinə onları tərkibdən kənarlaşdırmaq təklifini vermişdir. Bu təklifə ciddi müqavimət olsa da, Vəli Hüseynov Rəyasət Heyətinin üzvlərinə yalan informasiya verərək, guya bütün bunları ekspert şurasının sədri ilə razılaşdırdığını bildirmişdir. Ekspert Şurasının sədri isə bildirib ki, heç bir üzvün tərkibdən çıxarılması haqda nə yazılı, nə də şifahi razılıq verməyib”.

Prezidentə şikayət edənlər daha sonra konkret faktlar göstərirlər. Məsələn:

Vəli Hüseynovun idarəçiliyi dövründə yazılan müsbət rəylərin çoxu qeyri-qanuni olaraq gizli rəylərə göndərilib və mənfi rəy alınıb, ya da mənfi rəy yazılanlar müsbət həll olunub . Bu, kütləvi hal alıb və növbəti mərhələlərdəki proseslərdən Ekspert Şurasının üzvlərinin xəbəri olmayıb.

– Mərhum akademik Arif Mehdiyevin sədr olduğu dövrdə 2 dəfə Ekspert Şurasında imtina olunmuş işlər Vəli Hüseynov tərəfindən yenidən müzakirəyə çıxarılıb (halbuki 2 dəfə imtina olunmuş işlərə baxmaq olmaz). Bu faktın araşdırılması xeyli neqativ halların ortaya çıxmasına səbəb ola bilər.

Kənd təsərrüfatı sahəsində olan müdafiə şurasında ayda bir neçə dissertasiya işi müdafiə edilir (yəni normadan artıq). Hansı ki, 2 fəlsəfə doktorundan və ya bir elmlər doktorundan artıq müdafiə təşkil etmək «Əsasnamə»yə ziddir.

Bu şurada hətta profilə uyğun olmayan, məsələn, turizm, neft-qaz sənayesi, maliyyə və s. sahələrdə müdafiələr təşkil olunub. Bu şuradan Ali Attestasiya Komissiyasına gələn bütün işlər Vəli Hüseynovun müxtəlif istiqamətli təkidləri ilə qısa bir zamanda təsdiq olunub. Bu şurada müdafiə edənlərin əksəriyyəti isə elm və təhsildə çalışmırlar, özəl sektorda işləyirlər.

Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır, amma.

“Ali Attestasiya Komissiyasının əsasnaməsinə görə, doktorluq dissertasiyaları 6 ay ərzində müsbət, yaxud mənfi şəkildə həllini tapmalıdır. Bir neçə alimin Vəli Hüseynovun rəhbərliyi dövründə dissertasiyalarının müdafiə və təsdiq tarixlərinə nəzər salaq:

1. ADNSU-nun dosenti Gülgəzli Ələsgər Səməd oğlu 07.02.2014 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 01.12 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 46 ay).

2. Texniki Universitetin dosenti Əmirov Fariz Qaçay oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 22.09 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay).

3. İqtsad Universitetinin dosenti Aslanov Zabit Yunus oğlu 10.02.2016 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 23.02.2018 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay).

4. AMEA Kibernetika İnstitutunun elmi işcisi Rüstəmov Yasin İsmayıl oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 17.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 17 ay).

5. Aviasiya Akademiyasının dosenti İsmayılov Balaəmi Qasım oğlu 27.11.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 10.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 15 ay).

Təhsil müəssisələrində və akademiyada işləyən bu alimlər Ali Attestasiya Komissiyasınin Ekspert Şurasına dəfələrlə cağırılıb və müsbət qərarlar alsalar da, Vəli Hüseynovun doktorluq dissertasiyasından fərqli olaraq, doktorluq dissertasiyasına qoyulan tələblərdən 10 məqalə az yox, çox çap etsələr də, dissertasiyalarının təsdiqı 10-40 ay yubadılıb.

Lakin bəzi “vacib” adamların doktorluq dissertasiyalarının təsdiq tarixlərinə diqqət edək:

1. SOCAR-in Elmi Tədqiqat İnstitutunun direktoru İsmayilov Fəxrəddin Səttar oğlu 28.03.2018 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib və 2 ay ərzində təsdiq olunub. Qeyd edək ki, İsmayılov Fəxrəddin Səttar oğlu İnstitut direktoru olduqdan sonra qısa vaxt ərzində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib və təsdiqini alıb.

2. Vəli Hüseynovun himayəçiliyi ilə AAK-da texnika sahəsinin kuratoru olan Kələntərli Nailə Merac qızı mexanika üzrə doktorluq dissertasiyasını 13.05.2016 tarixdə müdafiə edib, 22.09.2016 tarixdə təsdiqini alıb (1 ay müddətinə). Yuxarıda qeyd edildiyi kimi, 01 iyuldan-14 sentyabr tarixinə qədər Ali Attestasiya Komissiyası işləmir.

Bütün bunlar Ali Attestasiya Komissiyasında baş verən özbaşınalıqların kiçik bir hissəsidir. Görəsən nə zaman Dövlətin mühüm strateji bir sahəsini elmdən kənar, ekspert rəylərinə, kollegial qərarlara məhəl qoymayan, vaxtilə çox böyük nüfuza malik olan bir qurumu öz ambisiyalarına qurban verən Vəli Hüseynovun əməllərinə qiymət verilməsinin vaxtı çatacaq? Burada hər gün baş verənlər Azərbaycan elminə həqarətdir.

M.Rüstəmov

Şərhlər

Abdulrzayev 2022-03-11 17:58:15

Vıli Hüseynov rüsvətlə təyin edildiyindən indi də verdiyini geri qaytarır.Plaqiat işlər bəs necə keçər? Ölkə rüşvətlə idarə olunur.

Elmi işçi 2018-09-03 14:23:58

Azərbaycanda son 40-50 ildə bir dənə də oldsa fundamental elmi iş,ixtira, açılış edə bilməyən Azərbaycan Elmlər Akademiyasına hər il büdcə ayırmaları,əlavə məsrəflər ayrılır, səviyyəsiz,köçürülmə,lazımsız mövzulardan ibarət işlərə veilən saxta elmi adlar ( işin harasısır ki, S.Novruzov da doktor diplomuna sahibdir) verilir,buna isə heç bir qurum nəzarət etmir və ya bütün yaramazlıqlar bağışlanılır.Səbəb?

Fazail Hasanli Goycay 2018-09-03 14:23:58

Qaz magistralina qanunsuz qosulmalara gore rayonlarda yigilan pullar Azerqazda Ruslana verilir o da hemen pullarnan sellenir ozucun. Istese srazi akademek diplomu da alar hele Ludmila da saxliyar. Eslinde bele memura hec Babayaqa da palojnu doyul. Gedib daglarda qoyununu otarsa daha yaxsi olar. Eybi yox onun da medesinin yuylan gunu geler.

Oil Engineer 2018-09-03 14:23:58

V.Huseynovun xaricde Azerbaycan elmini nece teqdim etdiyini onun xarici dovletlerden aldigi mukafatlardan gormek olar.En azi MQU-nu bitiren tek Azeri ziyalilarindan biridir.Ishindeki noqsanlara etrafindaki kohne ishciler gerek imkan vermeyerdi.

Agdamlı balasından nabranlı Əmrullaya 2018-09-03 14:23:58

Can qardaş, yamanca az dedin, amma tam saz dedin. elmlər doktoru ordusuna qatılmaq iddiasında olan, bütün həyat yolu plagiatlıqdan keçən bu Ruslan Əliyev Azəriqaz İB-də özünün gizli mənimsəmə mexanizmini qurub. İşə qəbul, təyinat, yerdəyişmə və sair kadr məsələlərini özcaynağına keçirən Ruslan heç Əkbər Hacıyevi də vecinə almır. Belə olmasaydı o, qaçqın kimi Mingəçevirdə yaşayan, Neft Akademiyasını bitirmiş qardaşım Həsənov Orxan Sabir oğlunu heç olmasa adi çilingər kimi işə pulsuz götürərdi. Lənət

Emrulla nabran 2018-09-03 14:23:58

Ay bunun yemiw kellesine quzu kesim ele. Bes nice bilmiwdiz siz. Ele bilirdiz bu Ruslan Mingecevirden olan Ludmilasina Nabranda bagiwladigi villani halal maawiynan alibdi. Ay hay daniwanda duzlukdan dem vuran bu dahi elm fedaisi magistiral xetden ogurruyub castni abyektdere satdigi qaza gore heray 100 minnen artiq pul qazanir helede. Iki kelmeni sparkalkasiz danwa bilmiyen bu weyx Nesrulah yeqin ziyat semezadenin acigna akademik olmax istiyir. Istiyibse olacax ozude cox tez. Cunki haram parasi lap coxdu.

BURA SADECE 2018-09-03 14:23:58

AKADEMIKLER ISE PUL YIGAN MAKLERLER

helime 2018-09-03 14:23:58

azerbaycanda neche elmler doktoru-cerrah var ki, neinki,emeliyyat etmek,hetta emeliyyat kesiyi bele apara bilmirler.Hele gunde gobelek kimi biten, televiziyadan ozunu reklam eden,hechne bacarmayan felsefe doktorlarini demirem.Eger sehiyye(sohbet insan heyatindan) bu gundedirse ve gelecek hekime ders deyen muellim ozu hechne bacarmirsa,gorun bashqa saheler ne gundedor?Hamimiz qocalacagiq,amma bu gun kafedralarin ekser pedaqoqlari insult kechirmish,chox qocalmish,ayaq uste gucle duran,xeste insanlardi

Asif 2018-09-03 14:23:58

salam, hörmətli azpolitika. Bu müraciət tezadlar.az-da dərc olunub, müraciətin originalı bizdədir. İlkin mənbəyə istinad etsəydiniz, Vəli müəllimin xətrinə dəyərdi?

Ramiz Nasirov 2018-09-03 14:23:58

Vəli müəllimi şəxsən tanıyan biri kimi bu yazının tam iftira olduğunu bildirirəm.

Azərbaycanlı 2018-09-03 14:23:58

Azərbaycanda elm tənəzzül edib. üçün elmi ad almaq roblem deyil.Çünki aşağıdan yuxarıya qədər Azərbaycan . Kim buna nəzar t edəcək ki?

Fəxrəddin 2018-09-03 14:23:58

Vəli Hüseynov həm böyük alim, həm də görkəmli elm təşkilatçısıdır. O, AAK-nın nüfuzunu qaldırmaq üçün çox böyük işlər görür. Bu materialı yazanlar əvvəlki dövrün qayıtmasını istəyənlərdir, amma bu mümkün deyil. V.Hüseynovun AAK-da gördüyü işlər, sağlam elmi mühit yaratmaq səyləri belələrinə sərf etmir.Ona görə də onu uzaqlaşdırmaq üçün hər vasitəyə əl atırlar.Amma bu nömrə də keçməyəcək

Aslan 2018-09-03 14:23:58

Dünya şöhrətli alim Azad Mirzəcanzadəni VAK-dan uzaqlaşdırandan bilmirdiniz axırı belə olacaq?

elcin-jurnalist 2018-09-03 14:23:58

ruslan eliyev istedadli gencdir-elmi ve dunyagorusu yuksek olan kadrdir. Onu taniyan biri kimi deye bilerem ki o daim o uzerinde calisan-muasir elm ve texnikani mukemmel bilen ziyalidir.

Həbibə 2018-09-03 14:23:58

Yəqin Vəli Hüseynovu devirmək istəyən qrupun .

Shahin 2018-09-03 14:23:58

“Konyukturshik” VAKa qarshi pozuculuq fealyyetine start verdi.

məmmədqulu 2018-09-03 14:23:58

Adabəda müəllim pul qazanır da bə.

EWDER 2018-09-03 14:23:58

AZERBAYCANIN NEYI VAR KI,ELMIDE OLSUN. ALIM,MALIM BOW WEYDI. NAZPERIDEN SORUWUN,INANMIRSINIZSA,EWDER OL CANI. ESAS INKIWAFDU. KEYF ELEYIN

Tosun paşa 2018-09-03 14:23:58

Siyaquşun, Ruslanın, Hadının və bunlarabənzərlərin doktorluğuna niyə belə aqressivlik edir bu millət mən anlaya bilmirəm. İnsafən deyin görək öz sahələrində onlardan daha yüksək zirvə fəth edən kadrımız varmı? Yox, əsla Siyaquşdan yaxşı kulinar olmadığından ona kotlretşünaslıq doktoru, Ruslana qanunsuz qoşulma doktoru, Hadıya hasartikmə doktoru, Zahidə sabunbişirmə doktoru və s. fəxri adlar vermək məgər ən doğru seçim deyilmi? Ruslandakı fırasət tam fısqırıqdır. 7-cə aya alimi-üləma ola bilib talant yiyəsi

Həbibə 2018-09-03 14:23:58

Yəqin Vəli Hüseynovu devirmək istəyən qrupun nümayəndələrinin fəaliyyətinə start verilib.

Comments are closed, but trackbacks and pingbacks are open.