M.ə.abdullayev yukle
qaydasını əvvəlcədən düzgün olaraq müəyyən etmək lazım gəlir. Əgər
A. X. Mirzəcanzadə, M.Ə.İskəndərov, M.Ə. Abdullayev, R. Q. Ağayev, S. M.Əliyev, Ə. C.Əmirov, Ə. F. Qasımov
illik neft hasilatı 350-400 milyon tona, qaz hasilatı isə 270-320 milyard kub.
Bu əzəmətli və şərəfli vəzifənin yerinə yetirilməsində neft və qaz
sənayesi sahəsində çalışan mühəndis-texniklərin və fəhlələrin texniki
biliyinin durmadan artırılmasının ciddi əhəmiyyəti vardır. Bu
nöqteyinəzərdən müəlliflər, oxucularımıza təqdim edilən həmin “Neft və qaz
yataqlarının işlənməsi və istismarı” kitabının müəyyən əhəmiyyəti olacağı
Bu kitabın I-VI fəsillərində neft və qaz yataqlarının işlənməsinin
əsasları, quyuların və layların tədqiqi, neft və qaz yataqlarında süni təsir
üsulları, neft yataqlarının işlənməsinin layihələndirilməsi, qaz yataqlarının
işlənməsinin əsasları, qaz-kondensat yataqlarının işlənməsi və istismarı və
VII-X fəsillərində neft və qaz yataqlarının açılması, quyuların fontan,
kompressor və dərinlik nasosu ilə istismarı üsullarından bəhs olunur.
Kitabın həcmi məhdud olduğundan neft və qaz yataqlarının işlənməsi
və istismarı proqramını bütünlüklə və hərtərəfli əhatə etmək mümkün
olmamışdır. Buna görə kutabda bəzi məsələlər etüd şəklində verilmişdir.
Hazırda neft sənayesində avtomatlaşdırma işlərinə ciddi fikir verilir.
Avtomatlaşdırma və telemexanikanın ayrıca bir bəhs olduğunu, həmçinin
kitabın həcmini nəzərə alaraq müəlliflər bu məsələləri yalnız yeri gəldikcə
qısaca nəzərdən keçirmişlər.
Kitab həmçinin məhdud olmasından və quyuların yeraltı təmirinə dair
Azərbaycan dilində ayrıca kitab buraxılmış olduğundan həmin bəhs də
kitabda verilməmişdir. Şübhəsiz, bütün bunlar kitabın bitkinliyinə müəyyən
Kitabın I fəslini geologiya-mineralogiya elmləri doktoru professor
M.Ə.İskəndərov və texnika elmləri namizədi R.Q.Ağayev, II və III fəsillərini
texnika elmləri doktoru professor A.X.Mirzəcanzadə və texnika elmləri
namizədi S.M.Əliyev, IV fəslin II paraqrafını prof. M.Ə.İskəndərov, qalan
hissəsini və V, VI fəsilləri texnika elmləri namizədi Ə.C.Əmirov, VIII və IX
fəsilləri texnika elmləri namizədi Ə.F.Qasımov və X fəsli texnika elmləri
namizədi M.Ə.Abdullayev yazmışdır.
1960-cı ildə nəşr olunmuş “Neft və qaz yataqlarının işlənməsi və
istismarının nəzəri əsasları” kitabı kimi, oxuculara təqdim olunan bu kitab da
yeni proqramla və Azərbaycan dilində ilk dəfə buraxıldığı üçün müəlliflər
kitabın qüsursuz olacağı iddiasında deyildirlər. Kitabın nöqsanlarını
göstərəcək oxuculara müəlliflər qabaqcadan öz minnətdarlıqlarını bildirirlər.
I FƏSİL
NEFT YATAQLARININ İŞLƏNMƏSİNİN ƏSASLARI
§1. NEFT YATAQLARININ İŞLƏNMƏSİ HAQQINDA ƏSAS
Neft yataqlarını istismar etdikdə eyni zamanda iki proses gedir:
1) lay qüvvələrinin təsiri altında məsaməli mühitdə maye və qazın
2) maye və qazın quyu dibindən yer üzərinə qaldırılması prosesi.
Həmin proseslər bir-biri ilə qarşılıqlı əlaqədədir və onların idarə
Neft laylarının işlənməsi dedikdə layda quyu dibinə maye (qaz)
hərəkəti prosesinin müxtəlif vasitələrlə idarə edilməsi nəzərdə tutulur.
Layda maye (qaz) hərəkəti prosesini, laya qazılacaq quyuların istismar
edilməsi şəraitindən, nəhayət layın enerji balansına süni olaraq təsir
edilməsindən asılı olaraq idarə etmək olar.
Yuxarıda qeyd etdiyimiz tədbirlər bir-birindən fərqlənir
Quyuların iş rejimi geoloji və texniki şərtlərdən asılı olaraq müəyyən
edilir. Quyuların iş rejiminin dəyişdirilməsi vasitəsilə laydan mayenin
hərəkət prosesinin idarə edilməsi həmişə mümkündür. Ancaq quyuların
sayının dəyişdirilməsi ilə hərəkət prosesinin idarə edilməsi həmişə mümkün
olmur. Ona görə də quyuların sayını, onların yerləşdirilməsi və işə salınma
qaydasını əvvəlcədən düzgün olaraq müəyyən etmək lazım gəlir. Əgər
işlənmə zamanı quyuların sayını dəyişdirmək lazım gələrsə, onda bu əlavə
kapital qoyuluşu, yaxud qoyulmuş əsaslı xərcin yersiz sərf olunması ilə
əlaqədar ola bilər.
Digər tərəfdən quyuların sayını dəyişdirdikdə onların yerləşdirilməsi
qaydasını da dəyişdirmək lazım gələ bilər. Bu isə həmişə mümkün ola
Beləliklə, işlənmənin əsas məsələsi, laya qazılacaq quyular sayının,
onların yerləşdirilməsi və işə salınması qaydasının müəyyən edilməsindən
ibarət olduğunu görürük.
Layın enerji balansını dəyişdirmək məqsədilə ona süni təsir
göstərilməsi də işlənmənin əsas məsələlərindən biridir. Laya süni təsir
göstərməklə (laya su, yaxud qazın vurulması, quyudibi zonasına təsir
edilməsi və i.a.) layda gedən prosesi tamamilə dəyişdirmək olar. Laya
işlənmənin lap başlanğıcında, yaxud müəyyən müddət keçdikdən sonra süni
təsir göstərmək olar.
Laya göstəriləcək süni təsit üsulu və injeksiya quyularının sayı
əvvəlcədən düzgün müəyyən edilməlidir. injeksiya quyularının iş rejimlərini
isə işlənmə zamanı tənzim etmək olar.
Yuxarıda deyilənlərə əsasən layın işlənməsinə belə tərif vermək olar:
laya qazılacaq quyuların sayını, onların yerləşmə və işə salınma qaydasını
müəyyən etmək, quyuların texnoloji rejimlərini tənzim etmək və layın enerji
balansına təsir göstərməklə laydan quyudibinə maye (qaz) hərəkətinin idarə
edilməsinə layın işlənməsi deyilir. Layda maye (qaz) hərəkətinin idarə
edilməsi məqsədilə görülən işlərə birlikdə layın işlənmə sistemi deyilir.
Beləliklə, layın işlənmə sistemi seçildikdə aşağıdakı məsələlər həll
1) lay hansı rejimlə istismar edilməlidir;
2) layı müəyyən edilmiş rejimdə istismar etmək üçün ona süni təsir
göstərmək lazımdır, ya yox;
3) istismar və injeksiya quyuları hansı qayda ilə yerləşdirilməlidir,
onların sayı və işə salınması qaydası necə olmalıdır;
4) istismar və injeksiya quyuları hansı iş rejimində işləməlidir.
Yuxarıdakı tədbirlərin seçilməsindən asılı olaraq işlənmə sistemləri
müxtəlif ola bilər.
İşlənmə sisteminin səmərəli olmasını müəyyən etdikdə aşağıdakı əsas
göstəricilər birlikdə nəzərdən keçirilməlidir:
1) quyuların sayı və onların yerləşdirilməsi sxemi;
2) laya süni təsir üsulu;
3) işlənmənin sonunda ehtiyatdan istifadə etmə əmsalı;
4) işlənmə müddətində hasilatın dəyişməsi;
5) işlənmənin iqtisadi göstəriciləri.
Laya qazılacaq quyuların sayı az götürüldükdə bir quyuya düşən
hasilat daha yüksək olar. Digər tərəfdən, quyuların sayını artırmaqla ümumi
hasilat artır, bu isə işlənmə müddətinin azalmasına səbəb olur. Lakin
quyuların sayının artması neftin maya dəyərinin artmasına cəbəb olur.
Deməli, quyuların sayını müəyyən etdikdə iqtisadi göstəricilər də nəzərə
Işlənmənin sonunda ehtiyatdan istifadə etmə əmsalının qiymətinə
xüsusi fikir verilməlidir.
Lay bircinsli olduqda quyuların sayının, ehtiyatdan istifadə etmə
əmsalına çox az təsiri vardır. Bircinsli layda ehtiyatdan istifadə etmə əmsalı
layın iş rejimindən, hərəkət edən mayelərin özlülüyündən, lay təzyiqinin
dəyişmə xarakterindən və başqa amillərdən asılıdır.
Bircinsli olmayan laylarda isə quyuların sayının, yəni onların
arasındakı məsafənin ehtiyatdan istifadə əmsalına daha çox təsiri vardır.
Belə laylarda quyuların sayını çox götürməklə ehtiyatdan istifadə əmsalını
artırmaq olar. Lakin quyuların sayını artırmaqla ehtiyatdan istifadə əmsalının
artırılması iqtisadi cəhətdən əlverişli olmaya da bilər.
Işlənmə müddəti də əsas göstəricilərdən biridir. Lakin işlənmə
müddətinin əvvəlcədən seçilməsi mümkün deyildir. Işlənmə müddətini
seçərkən, gündəlik hasilatın səviyyəsi, neftin maya dəyəri və digər iqtisadi
göstəricilər nəzərə alınmalıdır. Əlbəttə, bütün işlənmə müddətində gündəlik
hasilatın bir səviyyədə qalması yaxşı olardı, ancaq buna nail olmaq həmişə
mümkün deyildir. Bu, bəzən fiziki cəhətdən mümkün olan hallarda
işlənmənin iqtisadi göstəriciləri pisləşir.
İqtisadi amil işlənmənin əsas göstəricisidir, ancaq bu amil işlənmədə
gedən fiziki proseslərdən və xalq təsərrüfatının tələbatının ödənilməsi
məsələsindən ayrılıqda nəzərdən keçirilə bilməz.
Beləliklə, səmərəli işlənmə sisteminin seçilməsinin kompleks məsələ
olduğunu görürük. Bu məsələni həll edərkən xalq təsərrüfatının neft
məhsullarına olan tələbatının və həmin neftin hasil edilməsinə lazım olan
xərclərin ödənilməsini və işlənmənin sonunda ehtimal olunan itkiləri (yəni
layın neft ehtiyatından istifadə əmsalının) nəzərə almaq lazımdır.
Deməli, ayrılıqda götürülmüş neft yataqlarının səmərəli işlənmə sistemi
minimal xərclə xalq təsərrüfatına tələb olunan gündəlik hasilatı və yatağın
neft ehtiyatından mümkün qədər tam istifadə edilməsini təmin etməlidir.
Neft yataqlarının səmərəli işlənmə sisteminin müəyyən edilməsi
məsələsini həll edərkən aşağıdakı fənlərdən istifadə edilir: 1) regional
geologiya və hidrogeologiya; 2) geofizika; 3) neft-mədən geologiyası; 4)
neft layının fizikası; 5) yeraltı hidravlika; 6) neft və qaz çıxarılmasının
texnologiya və texnikası; 7) sahə iqtisadiyyatı.
Neft və qaz yataqlarının işlənməsi elmi kompleks olması etibarilə
yuxarıda qeyd etdiyimiz fənlərin üzvi birləşməsindən yaradılmışdır.
Bu fənlər vaxtilə işlənmənin xüsusi məsələlərini müstəqil həll etməklə
inkişaf etmişdir. Həmin fənlərin kifayət qədər inkişaf etməsi nəticəsində neft
yataqlarının işlənməsinin elmi cəhətcə əsaslandırılması mümkün olmuşdur.
Ona görə də neft və qaz yataqlarının işlənməsi elmi nisbətən cavandır. Neft
yataqlarının işlənməsi elminin yaradılması, eyni zamanda həmin fənlərin
daha da inkişaf etməsinin rəhnidir.
§ 2. NEFT GEOLOGİYASINA DAİR BƏZİ MƏLUMATLAR
Neft və qaz yataqlarının işlənməsini düzgün layihələndirmək üçün
geologiya elmi ilə əlaqədar olan bir sıra məsələləri aydınlaşdırmaq tələb
edilir. Bu məsələlər sırasına neft və qazın nə kimi məsaməli süxurlarda
toplanmasının öyrənılməsi, neft yataqlarının tipləri və formalarının düzgün
müəyyən edilməsi, yataqların həndəsi formasının təxmini də olsa,
aydınlaşdırılması və s. daxildir. Bunu nəzərə alaraq bu paraqrafda geologiya
elmindən bəzi məlumatları verməyi lazım bilirik.
Neft və qaz üçün kollektor olan süxurlar
Neftin və qazın Yer qabığında hər hansı bir məsaməli mühitdəki
(süxurdakı) təbii yığımına neft və qaz yatağı deyilir. Bu tərifdən göründüyü
kimi, neft və qaz yatağının yaranması üçün süxurların məsaməli olması
mühüm şərtlərdən biridir. Bütün dünyada indiyə kimi müəyyən edilmiş neft
yataqlarının 99,99%-i çökmə süxurlarda yerləşir.
Məlum olduğu kimi, öz mənşəyinə görə süxurlar çökmə, maqmatik və
metamorfik olur. Neft və qaz yataqları əsasən çökmə süxurlarla əlaqədar
olduğundan, bu süxurlar haqqında bir qədər ətraflı məlumat verək. Çökmə
süxurlar Yer qabığının üst hissəsi üçün səciyyəvi olan termodinamik
şəraitdəki süxurlardır. Belə süxurlar çöküntünün sudan kimyəvi, yaxud
mexaniki çökməsi, orqanizmlərin suda və quruda həyat fəaliyyəti, müxtəlif
süxurların fiziki və kimyəvi aşınma məhsullarının yenidən çökdürülməsi və
s. nəticəsində əmələ gəlir.
Çökmə süxurlar ən çox dənizlərdə yaranır. Belə ki, dağları, təpələri əmələ
gətirən süxurlar külək, su və digər amillərin təsiri nəticəsində dağılıb,
müxtəlif ölçülü parçalar və qırpıntılar əmələ gəlir. Çaylar bu süxur
parçalarını və qırıntılarını gətirib dənizlərə tökür. Yüz min və milyon illər
keçdikcə dənizdə bir neçə on və yüz metrlərlə qalınlığı olan çöküntülər
əmələ gəlir. Bu çöküntülər bərkidikdən sonra çökmə süxurlar yaranır.
Çökmə süxurlar sırasına qum, qumdaşı, əhəngdaşı, dolomit, mergel, gil və s.
Çökmə süxurlar ilk dəfə su hövzlərinin (dənizlərin və s.) dibində əsasən
üfüqi vəziyyətdə yatmış laylar əmələ gətirir. Istər çöküntülərin əmələ
gəlməsi vaxtı, istərsə də sonra Yer qabığında baş verən gərginlik (tektonik
proseslər) nəticəsində laylar üfüqi vəziyyətdən çıxıb, müxtəlif yatım
formaları əmələ gətirir.
Dənizin dibi uzun geoloji dövrlər ərzində çökərsə, əmələ gəlmiş süxurlar
bir neçə kilometr dərinliyə qədər gömülə bilər. Dəniz dibində əmələ gələn bu
çökmə süxurlar böyük dərinliklərə daxil olduqda sıxlaşıb, yüksək
temperatura məruz qalır. Bunun nəticəsində çökmə süxurlar öz tərkiblərini
və quruluşlarını dəyişir. Uzun geoloji vaxt keçdikdən sonra temperaturun və
təzyiqin təsirindən çökmə süxurlardan tamamilə yeni tipli süxur-metamorfik
süxur əmələ gəlir. Metamorfik süxurlar maqmatik süxurlardan da yarana
bilər. Böyük Qafqaz dağlarının mərkəzi hissəsində intişar edən kristallik
şistlər metamorfik süxurlara misal ola bilər.
Metamorfos – latınca dəyişmə deməkdir.
Maqmatik (püskürmə) süxurlar yerin dərinliklərində yerləşən maqma adlı
mürəkkəb kimyəvi odlu kütlənin ocağından ayrılıb soyuması nəticəsində
əmələ gəlir. Yer səthinə çıxmayıb Yer qabığının içərisində soyuyan maqma
intruziv süxurlar əmələ gətirir. Maqmanın Yer səthinə çıxıb, atmosfer və ya
hidrosfer altında soyuması nəticəsində effuziv süxurlar əmələ gəlir.
Təbiətdə rast gələn neft yataqları əsas etibarilə çökmə mənşəli süxurlarla
əlaqədardır. Məsələn, SSRİ-də (Azərbaycan, Dağıstan, Şimali Qafqazda),
ABŞ-da və digər ölkələrin bir çox rayonlarında rast gələn zəngin neft
yataqları çökmə mənşəli olan qum və qumdaşılarla əlaqədardır. “İkinci
Bakı” adı ilə şöhrət tapmış və Ural sıra dağları ilə Volqa çayı arasında
yerləşən zəngin neft-qaz yataqları əsas etibarilə çökmə mənşəli, əhəngdaşı,
dolomit adlanan süxurlarla əlaqədardır. Yaxın və Orta Şərq ölkələrində (İran,
Küveyt, İraq, İordaniya və s-də) rast gələn bir sıra zəngin neft yataqları da
əhəngdaşı və dolomitlərlə əlaqədardır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ, Kanada, Meksika və başqa
ölkələrdə nadir hallarda, bəzi cüzi neft yığımları maqmatik və metamorfik
süxurlarla əlaqədardır. Məsələ ondadır ki, maqmatik və metamorfik süxurlar
aşınmaya (pozulmaya), tektonik gərginliyə və s. məruz qaldıqda, onlarda
çatlar əmələ gəlir. Qonşuluqda yerləşən çökmə süxurlardakı neft bu
süxurların çatlarına və məsamələrinə toplaşıb, kiçik miqyaslı neft yataqları
Beləliklə, neft və qaz, əsas etibarilə, çökmə süxurların-qumların,
qumdaşıların, əһəngdaşıların, dolomitlərin məsamə və çatlarında toplanaraq
yataqlar əmələ gətirir. Onu qeyd etmək lazımdır ki, aparılan tədqiqat
nəticəsində һər bir çökmə və məsaməli süxurda neftin toplana bilməyəcəyi
müəyyən edilmişdir. Belə ki, bütün çökmə süxurlar məsaməli olmalarına
baxmayaraq, onların һamısında neft toplana bilmir. Məsələn, çökmə mənşəli
gil süxurlarının məsaməlilik əmsalı bəzən qum süxurlarındakından çox olub,
40-50%-ə çatır. Gillərdə məsaməliliyin kifayət qədər çox olmasına
baxmayaraq, onlar neftin yığılıb, yataq əmələ gətirməsi üçün münasib süxur
һesab edilmir. Bunun səbəbi gil süxurlarındakı məsamələrin bir-birilə
birləşib, neftin һərəkət etməsi üçün əlverişli kanallar əmələ gətirmə-
məsindədir. Gil süxurlarında yaranan kanallar o qədər dar olur ki, bu
kanalların içərisində neft һərəkət edə bilmir. Qum, qumdaşı, əһəngdaşı və
digər süxurlarda isə kanalları əmələ gətirən dənələr arasında yerləşən
boşluqlardan bir-birinə yol vardır. Bu boşluqlar bir-birinə birləşib, neftin
keçməsi (һərəkəti) üçün imkan yaradır. Daxilində neft və qaz toplana bilən
və yatağın istismarına başlandığı zaman һəmin nefti özündən buraxa bilən
hər һansı bir süxura kollektor deyilir. Neft və qaz kollektor süxurların
məsamələrinə toplanaraq yığımlar əmələ gətirir. Onu da qeyd etmək lazımdır
ki, neftin toplanıb yığımlar yaratması üçün əlverişli olmayan bəzi süxurlar,
qazın yataqlar əmələ gətirməsi üçün münasib olur. Məsələn, incə təbəqəli
gilli süxurlar (şistlər) neftin deyil, yalnız qazın toplanıb yataqlar əmələ
gətirməsi üçün əlverişli һesab edilir.
Yer qabığının əsas struktur vaһidləri
Neft və qaz yataqları yer qabığında rast gələn ayrı-ayrı elementar
struktur formalar (antiklinal, monoklinal və s.) ilə əlaqədar olur. Bir çox
һallarda neft və qaz yığımlarının (yataqlarının) əmələ gəlməsində dizyunktiv
(qırılma) pozulmalar da müһüm rol oynayır. Məһz buna görə də yer
qabığında təsadüf edilən struktur formalar və qırılma pozulmaları xüsusi
olaraq aşağıda nəzərdən keçirilir. Yer qabığında müşaһidə olunan elementar
struktur formaların və qırılma pozulmalarının tam və düzgün dərk edilməsi
üçün, onların yarandığı geoloji müһiti, yəni yer qabığının əsas struktur
vaһidlərini ümumi şəkildə də olsa nəzərdən keçirmək lazımdır.
Yer qabığı tektonik һərəkətlərin xarakterinə və strukturların formalarına
görə müxtəlif xüsusiyyətlərə malikdir. Belə ki, onun quruluşunda
geosinklinal və platforma
kimi iki əsas struktur vaһidlər ayrılır. Bu vaһidlər
özlərinə məxsus elementar struktur formalar və pozulmalarla xarakterizə
Yer qabığının böyük şaquli mütəһərrikliyə malik olan və çoxlu miqdarda
struktur zonalara bölünmüş saһələrinə geosinklinal deyilir. Belə saһələrdə
uzun geoloji zaman ərzində baş verən fəal enmə nəticəsində dəniz mənşəli
qalın çöküntü qatları əmələ gəlir. Geosinklinal saһələrinin yuxarıda qeyd
edilən xüsusiyyətlərindən başqa bir neçə səciyyəvi cəһətləri də vardır. Bu
səciyyəvi cəһətlərdən saһələrin kəskin diferensiasiyasını, çöküntulərin xeyli
qalınlığa malik olmasını, depressiyaların uzanmasına perpendikulyar
istiqamətdə çökuntülərin litoloji tərkibinin və qalınlıqlarının tez-tez
dəyişmələrini və əksinə, uzanma istiqaməti üzrə sabit qalmalarını, platforma
zonalarında məlum olmayan xüsusi çöküntü tiplərinin (fliş, mollas və s.) bu
saһələrdə olmasını, intensiv maqmatizmi, əksər һallarda üstəgəlmə tipli
pozulmalarla mürəkkəbləşən şiddətli qırışıqlığı və regional metamorfizmi
Azərbaycan, Dağıstan, Krasnodar, Türkmənistan, Özbəkistan, Ukrayna,
Saxalin və bir çox digər saһələrdəki neft və qaz yataqları geosinklinal tipli
һövzələrlə əlaqədardır. Bu saһələrdə neft yataqları az-çox kəskin ifadə
olunmuş struktur formalarla əlaqədardır. Geosinklinal saһələrindəki neft
yataqlarının kəsilişində adətən bir neçə neftli-qazlı lay olur.
Yer qabığının digər böyük struktur vaһidi platforma hesab edilir. Yer
qabığının az mütəһərrikliyə malik olan, az miqdarda struktur zonalara
bölünmüş və zaman etibarilə sabit qalan saһələrinə platforma deyilir.
Platformanın bu xüsusiyyətlərindən doğan bir neçə səciyyəvi cəһətləri
vardır. Bu səciyyəvi cəһətlərdən geosinklinal saһələrinə nisbətən plat-
formalarda qravitasiya və maqnit saһələrinin monotonluğunu, saһə üzrə
çöküntülərin litoloji tərkibi və qalınlıqlarının sabitliyini, burada kontinental
və karbonatlı çöküntülərin çox intişar etməsini, qalınlıqların mütləq
qiymətinin az olmasını, qırışıqlığın məһdud inkişaf etməsini (üstəgəlmə
һadisəsi, demək olar ki, baş verir), qırışıqların az meyilli olmasını,
metamorfizmin baş verməməsini və s. göstərmək olar.
Platforma ikimərtəbəli quruluşa malik olması ilə səciyyələnir. Alt
mərtəbə Paleozoydan qədim kristallik süxurlardan, üst mərtəbə isə Paleozoy-
Dördüncü dövr yaşlı çökmə süxurlardan təşkil olur. Üst mərtəbənin qalınlığı
adətən iki-üç kilometr olub, bəzi һallarda isə üç-beş kilometrə çatır.
Platforma saһələrində neft-qaz yataqları çökmə
süxurlardan təşkil edilmiş üst
mərtəbəyə aid edilir.
Platforma tipli neft-qaz yataqlarına „İkinci Bakı”nın yataqlarını misal
göstərmək olar. Bu yataqların kəsilişində neftli-qazlı layların miqdarı
geosinklinal saһələrində yataqların kəsilişindəki neft-qazlı layların
miqdarına nisbətən xeyli az olur. Lakin platforma saһələrindəki neft-qaz
yataqları öz ölçülərinin böyük olması ilə fərqlənir. Belə ki, eni 10-15 km və
daһa çox olan bu yataqlar yüz kilometrlərlə məsafədə uzanır.
Qırılma pozulmaları və onların növləri
Neft və qaz yataqlarının aid olduqları struktur formalarının
һüdudlarında tez-tez qırılma pozulmaları təsadüf edilir. Bu pozulmalar bir
çox һallarda ekran rolunu oynayaraq neft-qaz yığımlarının əmələ gəlməsi
üçün əlverişli şərait yaradır.
Süxur laylarının bütövlüyünün qırılması ilə xarakterizə olunan
yatımlardakı pozulmaya qırılma pozulması deyilir. Qırılma pozulmalarının
bir neçə növü vardır: qırılıb-düşmə, qırılıb-qalxma, üstəgəlmə, üfüqi
yerdəyişmə və s.
Layların qırılması müəyyən sətһ üzrə baş verir ki, һəmin sətһə də
qırılma səthi deyilir. Lay sətһinə bənzəyən qırılma sətһi yatım elementləri ilə
xarakterizə olunur, yəni laylarda olduğu kimi onun da uzanma, yatım
istiqamətləri və yatım bucağı vardır.
Qırılma nəticəsində yerlərini dəyişən laylar, qırılma sətһinə söykənərək
onun tərəflərini və ya qanadlarını təşkil edir. Yuxarı qalxmış qanada qalxan
qanad, yaxud asılı tərəf, enən qanada isə alt qanad və ya bəzən yatıq tərəf
Qırılıb-düşmə. Qırılma sətһi enən qanada tərəf meyl edərsə, belə
pozğunluğa qırılıb-düşmə deyilir. Qırılıb-düşmənin qanadlarının biri
digərinə bitişik olarsa, qapalı qırılıb-düşmə meydana çıxır; qanadlar arasında
müəyyən qədər boşluq olarsa, açıq qırılıb-düşmə yaranır.
1-ci şəkildən göründüyü kimi, qırılıb-düşmə aşağıdakı һəndəsi
elementlərlə xarakterizə olunur:
AB-qırılıb-düşmədə yerdəyişmənin tam amplitudu; BV-qırılıbdüşmədə
yerdəyişmənin şaquli amplitudu; AV–qırılıb-düşmədə yerdəyişmənin üfüqi
amplitudu; BQ qırılıb-düşmədə yerdəyişmənin stratiqrafik amplitudu; α-
layın yatım bucağı; β-qırılma sətһinin yatım bucağıdır.
Qırılıb-düşmənin bir neçə növü olur: uzununa, eninə, diaqonal və
yaxud çəp qırılıb-düşmə. Qırılma sətһinin uzanma istiqaməti layların
uzanma istiqamətinə uyğun gəlirsə, buna uzununa qırılıb-düşmə deyilir.
Qırılma sətһinin uzanma istiqaməti layların uzanma istiqamətinə
perpendikulyar keçirsə, eninə qırılıb-düşmə meydana çıxır.
Qırılma sətһinin uzanma istiqaməti, layların һəm uzanma, һəm də
yatım istiqamətlərinə uyğun gəlməzsə, diaqonal qırılıb-düşmə alınır.
Bundan başqa, qırılma sətһinin vəziyyətindən asılı olaraq uyğun və
qeyri-uyğun yatan qırılıb-düşmələr meydana çıxır. Qırılma sətһi və laylar
eyni istiqamətdə meyl edirsə, uyğun yatan qırılıb-düşmə, əks istiqamətdə
meyl edirsə, qeyri-uyğun yatan qırılıb-
düşmə meydana çıxır.
Lay pilləyə oxşar formada bir
neçə qırılıb-duşmə ilə parçalanarsa, be-
lə pozulmaya pilləli qırılıb-
düşmə deyilir (2-ci şəkil).
Qraben, һorst və bunlara oxşar pozulmalar da pilləli qırılıb-düşmələrə
aid edilir. İki və ya bir neçə
qırılıb-düşmə arasındakı һissə-
lərin enməsindən yaranan for-
maya qraben deyilir. Qrabenlər
sadə və mürəkkəb olur. Sadə
qraben iki qırılıb-düşmə ilə
məһdudlanmış olur (3-cü a
şəkli). Mürəkkəb qrabendə isə
enmə1ər qırılıb-düşmələr sis-
temi üzrə baş verir (3-cü b
İki qırılıb-düşmə arasın-
dakı һissənin qalxmasından
1-ci şəkil. Qarılıb-düşmə
2-ci şəkil. Pilləli qarılıb-düşmə
3-cü şəkil. Qraben
alınan formaya horst deyilir (4-cü şəkil). Horstlar sadə və mürəkkəb olur.
Sadə horstlar iki qırılıb-duşmə ilə, mürəkkəb (pilləli) horstlar isə bir neçə
qırılıb – düşmələrlə məһdudlanmış olur.
Qırılıb-qalxma. Qırılma sətһi qalxan qanada tərəf meyl edərsə, belə
pozğunluğa qırılıb-qalxma deyilir (5-ci şəkil). Qırılıb-qalxmanın һəndəsi
elementləri qırılıb-duşməninki kimi olduğundan biz onları burada təkrar
Üstəgəlmə. Qırılma sətһi çox kiçik bucaq altında yatarsa, pozulma
qırılıb-qalxma tipindən çıxıb, üstəgəlmə tipinə
keçir. Bu һalda һəm şaquli, һəm də üfüqi
yerdəyişmə baş verir. Nəticədə qırılıb-
qalxmanın bir qanadı digər qanadının uzərinə
һərəkət edib, üstəgəlmə adlanan qırılma
pozulmasını yaradır (6-cı şəkil). Üstəgəlmə
müstəvisi adətən 45°-dən kiçik bucaq əmələ
Neft-qaz yataqları yerləşən süxurların yatım
Qeyd etmək lazımdır ki, neftli vilayətlərin dərinliklərində yatan məsaməli
süxurların һamısı neftlə dolmuş olmur. Məsələn, Abşeron yarımadasının
bəzi saһələrində məsaməli süxur laylarında neft toplanmış, qonşu saһələrdə
isə һəmin laylarda neft yoxdur. Bunun səbəbini neftin yer qabığının yalnız
müəyyən һissələrində toplana bilməsi ilə izaһ etmək olar. Neftin toplanması
üçün ən əlverişli forma antiklinal tipli struktur formalar һesab edilir.
Sinklinal tipli struktur formalar isə neftin toplanması üçün əlverişli deyildir.
Laylar əyildikdə onların qabarıq һissəsi yuxarıya olarsa, antiklinal (7-ci a
4-cü şəkil. Horst 5-cü şəkil. Qırılıb-qalxma
şəkli), aşağıya olarsa, sinklinal (7-ci b şəkli) qırışıq alınır. Qırışıqın yan
һissələrinə onun qanadlari deyilir. Antiklinal qırışıqlarda qanadlar yuxarıda,
onun nüvəsi de-
xurlar, qanadlara tərəf getdikcə cavan süxurlar, sinklinal qırışıqlarda isə
əksinə, nüvədə cavan süxurlar, qanadlara tərəf isə qədim süxurlar yerləşir.
Antiklinal qırışıq formasında yatan məsaməli süxurlar neftin
toplanması üçün əlverişli yer һesab edilir. Məsaməli süxurlardan təşkil
edilmiş laylar keçirici olmayan süxurlarla əһatə olunduqda, neftin
toplanması üçün şərait yaranır. Qeyd etmək lazımdır ki, neft laylarının
һamısında neftlə bərabər qaz və su da olur. Neft laylarında suya nadir
һallarda təsadüf edilmir. Antiklinal tipli qırışıqlarda neft, qaz və su xüsusi
çəkilərinə görə yerləşir. Neftin xüsusi çəkisi suya nisbətən az olduğundan
sudan yuxarıda yatır. Qa-
zın xüsusi çəkisi su və
neftin xüsusi çəkisindən
xeyli az olduğundan, o,
layın ən һündür, qabarıq
şəkildə yuxarı əyilmiş
tağ һissəsində topla-
nacaqdır (8-ci şəkil).
məsaməli süxur lay-
larının һər yerində deyil,
müvafiq əlverişli forma-
larda toplandığı məlum
olur. Məsaməli süxur laylarının neftin toplanması üçün əlverişli olan
һissələrinə tələ deyilir. Neft bu tələlərə, yəni һər tərəfdən qeyri-keçirici
müһitlə əһatə olunan yerə düşdükdə, yataqlar əmələ gəlir.
Antiklinal qırışıqlarla əlaqədar olan neft-qaz yataqları iki növ olur:
tektonik qırılmalarla pozulmamış və tektonik qırılmalarla pozulmuş geo-
sinklinal saһələrdə (Azərbaycan, Dağıstan, Turkmənistan və s.) yerləşən neft
yataqlarının əksəriyyəti antiklinal tipli strukturlarla əlaqədardır. Bu
yataqların tipik numayəndələri özünün neftliliyi ilə şöһrət tapmış Məһsuldar
7-ci şəkil. a – antiklinal; b – sinklinal.
8-ci şəkil. Antiklinalın tağında yaranan
neft yatağı
qatda (Suraxanı, Qala, Gürgandəniz, Bibiһeybət, Qaradağ, Qaradağ,
Mişovdağ və s.) təsadüf edilir.
Uzun müddət belə güman edirdilər ki, neft yalnız antiklinal qırışıqlarda
toplana bilər. Sonralar müəyyən edildi
ki, antiklinal qırışıqlardan başqa,
digər struktur formalar da neftin
toplanması üçün tələ ola bilər. Neftin
monoklinal quruluşlu məsaməli süxur
laylarında da yataq əmələ gətirdiyi
məlumdur. Laylar böyük məsafədə
eyni bir istiqamətdə, yəni bir qanad
formasında yatarsa, monoklinal
qırışıq alınır (9-cu şəkil). Belə
laylarda xüsusilə onların üstü qeyri-
uyğun yatan çöküntülərlə örtüldükdə,
orada neftin toplanması üçün şərait yaranır. Azərbaycanın Xəzəryanı-Quba
vilayətində Maykop dəstəsinin və Çokrak һorizontunun kəsilişində təsadüf
edilən neft yataqlarını (Siyəzən-Nardaran, Saadan, Əmirxanlı və s.)
monoklinal yataqlara misal göstərmək olar.
Neft yataqlarının bir
qrupu tektonik ekranlanmış
yataqlar tipinə aid edilir.
Məlumdur ki, təbiətdə
layların qırılıb aşağıya
düşməsi, yaxud yuxarıya
qalxması һallarına təsadüf
edilir. Məsaməli süxur-
lardan təşkil edilmiş lay,
qırılıb aşağı düşdükdə,
yaxud yuxarı qalxdıqda,
çox vaxt qeyrikeçirici gil
layları ilə təmas edir. Bu gil layları, keçirici lay boyunca neftin һərəkətinə
mane olur. Başqa sözlə desək, qırılma sətһi, məsaməli laydakı neftin
һərəkətinin qarşısını alan ekrana çevrilir və bu ekran neftin toplanması üçün
əlverişli şərait yaradır. Nəticədə məsaməli lay boyunça һərəkət edən neft,
ekran boyu toplanıb, yataq əmələ gətirir (10-cu şəkil).
Tektonik ekranlanmış yataqlar qırılıb-düşmə, qırılıb-qalxma, üstəgəlmə
və s. tipli pozulmalarla əlaqədar olur. Dəlici nüvə və palçıq vulkanlarının
boğazı ilə ekranlanmış yataqlar da tektonik ekranlanmış yataqlar tipinə aid
Yuxarıda nəzərdən keçirdiyimiz neft yataqlarının һamısı ayrı-ayrı
struktur yataqlarına aid edilir.
9-cu şəkil. Monoklinal formada
yatan laylarda neft yatağı
10-cu şəkil. Neftin pozulma səthi
boyunca yığılıb,
yataq əmələ gətirməsi
Dünyanın müxtəlif geoloji saһələrində aparılan neft axtarışı və
kəşfiyyatı, eləcə də istismarı işlərində müəyyən edilmişdir ki, bəzi keçirici
layların yuxarı һissəsinin qalınlığı get-gedə azalaraq tamamailə yoxa çıxır.
Belə layın üst һissəsi (iti ucu) yuxarı çevrilmiş paza oxşayır. Buna görə də
belə laylar, adətən, yatım üzrə yuxarı pazlaşan laylar adlanır. Çöküntülərin
toplama şəraiti ilə əlaqədar olaraq əmələ gələn yatım üzrə yuxarı pazlaşan
laylar neftin toplanması üçün əlverişli tələ sayılır. Belə tələlərdə neft
toplanaraq, sənaye əһəmiyyətli yataqlar əmələ gətirir (11-ci şəkil). Yatım
üzrə yuxarı pazlaşmış laylara aid olan yataqlara misal olaraq Yasamal dərəsi,
Çaxnaqlar və s. rayonlarda Məһsuldar qat çöküntülərinin kəsilişindəki neft
yataqlarını göstərmək olar. Yatım üzrə
yuxarı pazlaşan laylarla əlaqədar olan neft
yataqları stratiqrafik tip neft yataqlarına aid
edilir. Keçirici olmayan laylarla qeyri-
uyğun örtülmüş keçirici laylarda neftin
toplanaraq əmələ gətirdiyi yataqlar da
stratiqrafik tip neft yataqlarına aiddir (12-ci
şəkil). Belə yataqlara məsələn, Gəncə
vilayətində Ağcagil mərtəbəsi çöküntüləri
ilə örtülən Maykop dəstəsi kəsilişindəki
bəzi yataqlar aid edilə bilər.
Ayrı-ayrı stratiqrafik vaһidlərin (dəs-
dəyişməsi və müəyyən һissələrdə yüksək
keçirici saһələrin meydana çıxması ilə
yaranan tələlərlə əlaqədar olan yataqlar
litoloji tip neft yataqlarına aid edilir.
Məsələn, bəzi gil qatlarının içərisində
kifayət qədər böyük ölçüdə qum linzaları
rast gəlir. Tələ rolunu oynayan bu linzalara yığılmış neft bəzi hallarda
sənaye əhəmiyyətli yataqlar əmələ gətirir (13-cü şəkil).
11-ci şəkil. Yatım üzrə yuxarı 12-ci şəkil. Qeyri-uyğun örtülmüş
pazlaşan laylarda neft yatağı keçirici laylarda neft yatağı
13-cü şəkil. Neftin qum
linzalarında yığılıb yataq
əmələ gətirməsi
Qolvarı neft yataqları, litoloji tip neft yataqlarına aid edilir. Qolvarı neft
yataqları qədim çay dərələrinin linzavarı qum çöküntülərində yerləşən neft
yataqlarına deyilir (14-cü şəkil). Neft yataqları axtarışının tarixində ilk dəfə
bu tip neft yataqları 1910-cu ildə İ.M.Qubkin tərəfindən Şimali Qafqazda
Maykop dəstəsinin aşağı һissəsində müəyyən edilmişdir. Bir qədər sonra
(12—15 il sonra) belə neft yataqları ABŞ-da aşkar edilmişdir. Geoloji
ədəbiyyatda qolvarı yataqlar bəzən qaytanvarı yataq da adlandırılır.
Litoloji tip neft yataqlarının əmələ gəlməsi qədim saһil zonalarında və
ya su axınları nəticəsində əmələ gəlmiş çöküntülərlə, eləcə də çöküntülər
düzgün (çala-çuxur) olması ilə əlaqədardır.
Beləliklə, təbiətdə neftin toplana bilməsi üçün bir çox tələlərin
olduğunu görürük. Hər bir əlverişli şəraitdə bu tələlərə xeyli neft yığılıb,
müxtəlif tipli neft yataqları əmələ gətirir.
14-cü şəkil. Qolvarı neft yatağı
Mikayıl Abdullayev
Rəssamların ağrı və əzabları, sevinci və ilıq təbəssümü daha şirin olur. Dünyanın nəhəngləri — Salvador Dali, Pablo Pikasso qürbət ellərdə fırça və boyalarla, kətan və iç dünyaları ilə Vətən, bəşəriyyət anlamını insanlığa doğmalaşdırdılar. Günlərin birində general Franko həsəd və paxıllıqdan yaxa qurtarmaq üçün Pikassoya məktub göndərdi: «Əzizim Pikasso, Madridə qayıt və mənim portretimi işlə». Bu zaman Pikasso artıq dünyanın övladı idi. Bircə cümlə ilə cavab göndərdi o cəllada: «Kəllənizi göndərin, məmnuniyyətlə işləyərəm». Hiddətlənən general onu ömürlük İspan vətəndaşlığından məhrum etdi. İndi dünyada nə həmin general var, nə də Pikasso. Yox…yox. Pikasso Parisin küçələrində uşaqların arenasındadır. Muzeylərdə insanlarla söhbət edir. Sevincək, ilıq təbəssümlə.
O da bütün dünyanı gəzmiş, bəzəmişdi. Fırçanın və boyanın dili ilə dünyanın dərdlərini və dəhşətlərini sənətdə yaşadıb. Əsərləri bizi dünənimizə, bu günümüzə və sabahkı ömür yolumuza iti nəzər yetirməyə səsləyib.
SSRİ-nin xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü, beynəlxalq Cəvahirləl Hehru mükafatı laureatı, respublikanın xalq rəssamı, professor Mikayıl Abdullayev bizim Pikassomuz idi.
O, Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin II kursunda oxuyanda təhsilini başa vurub Moskvadan təzəcə qayıtmışdı. Sergey Gerasimov kimi dünya səviyyəli rəssamın əlindən su içən Mikayıl Abdullayev bildiklərini tələbələrindən əsirgəmirdi. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü, daha sonra katibi idi.
Mikayıl Abdullayevin əsərlərində təbiət müxtəlif şəkillərdə qarşımıza çıxır. O, təbiət aləmindən, kosmik ünsürlərindən həm təsvirlərdə, həm də rəmzi mənada faydalanırdı. Təbiətdən çox istifadə edirdi. Emalatxanada işləməkdən daha çox təbiətin qoynunu sevirdi. Masallıda uzun müddət ezamiyyətdə olan Mikayıl müəllim səfərdən əliboş qayıtmır, qiymətli tablolar yaradırdı. Mingəçevir seriyası onun gözəl işlərinin nəticəsi idi. Təbiəti olduğu kimi ağ kətana köçürür, ondan aldığı həzzi fırçanın dili ilə tamaşaçısına çatdırırdı.
O, kağız və fırça ilə təkcə təbiəti yox, insan deyilən varlığın zəngin dünyasını kəşf etmiş, insanı zəiflik və zərifliyi ilə tanıda bilmişdi.
Həqiqi obraz yaradıcısı
Qeyri-adi üslub, duyulası bədii ümumiləşdirmə, ümumi fikrin, başlıca ideyanın rəmz və şərtiliklərlə ifadəsi hər bir rəssamın əsərlərini səciyyələndirən, eyni zamanda fərqləndirən xüsusiyyətdir. Sadaladığımız xüsusiyyətlər Mikayıl Abdullayevdə də vardı. Necə düşünürsünüz, böyük rəssam, bunlarsız keçinə bilərmi? Hindistan, Mingəçevir və Qarabağa həsr etdiyi əsərlər silsiləsi işləyirdi. Mikayıl müəllim onları mexaniki götürüb işləmir, onların həqiqi obrazını yaradırdı. Bu dəyərlər ona həmişə başucalığı gətirirdi.
Onun əsərlərinin mövzu dairəsinə özündə sevinc notları ilə yanaşı, kədər, nisgil əhval-ruhiyyəsi, daşıyan kompozisiyalar da daxil edilib. 1941-ci il Böyük Vətən müharibəsi onun işlərinin, bəlkə də ana xəttidir. İstər bu dövrdə işlənmiş, istərsə də Masallı qadınlarının kənddəki ağır yaşayışı, əzab-əziyyətini əks etdirən tablolar monumental əsərlər seriyasındadır.
Onları yaradarkən daxilən həyəcanlanır, iç dünyasını ağ kətana köçürürdü…
Cıdır düzü, Topxana meşəsi ilə bağlı əsərləri onun yaradıcılığının leytmotivini təşkil edir. Müharibədən çox-çox qabaq Şuşaya gəlmişdi. Qarabağ mənzərələri, Şuşa camaatının güzəranı da uğurlu işlərindəndir.
İndira Qandinin portretini naturadan çəkib
Hind xalqının həyatı, azadlığı onun əsərlərində təfərrüatı ilə canlandırılıb. Beynəlxalq mükafatın ona verilməsi də hind xalqının, hind dövlətinin sənətkara qiyməti deyildimi? Hindistanla Mikayıl Abdullayevi sıx tellər bağlayırdı. Dövlət başçısı İndira Qandi ilə görüşləri çox olub. Onun portretini naturadan işləyib, üz-üzə oturub. Rəssamlıqda ən çətin işdir bu üsul. Əziyyəti çox olsa da portret İ.Qandinin xoşuna gəlmişdi. Bu işinə görə də 1966-cı ildə Mikayıl müəllim beynəlxalq Cəvahirləl Hehru mükafatının laureatı adını aldı.
Ömür-gün yoldaşı Leyla xanım xatirələrində Mikayıl Abdullayevlə bağlı belə söyləyirdi:
— «Mikayıl müəllim mənə bir həyat yoldaşı yox, dost, sirdaş idi. Çox mehriban yaşayırdıq. 81 illik ömrünün son 3 ilinədək o özünü yaxşı hiss edirdi. 2000-ci ilin 25 noyabr axşamı məlum zəlzələdən stress vəziyyətə düşənlərdən biri də o oldu. Evdə həmişə deyirdi ki, zəlzələ baş verəndə zirzəmiyə girib qorunmaq lazımdır. İlk təkandan sonra ikinci də güclü oldu. Biz mənzilimizdən eyvan vasitəsilə zirzəmiyə endik. Bir qədər sonra Mikayıl müəllim mənzilə keçəndə oğlumuzun içəridə siqaret çəkdiyini gördü. O, əhval-ruhiyyəmizlə maraqlandı, təkanların davamlı olacağını bildirdi. Dedi ki, təkan olsa, düşün aşağı maşının yanına. Bir neçə dəqiqə sonra yenə təkan oldu, həyətə düşüb bir neçə saat orada qaldıq. Qonşular da həyətdə idilər…
8-ci mərtəbədə yaşayan MEA-nın işçisi Arifə Aydınbəyova zəlzələdən sonra keçirdiyi infarktdan öldü. Bu hadisədən az sonra-dekabrda Mikayıl müəllim də ilk dəfə infarkt keçirdi. Poliklinikanın müalicə komissiyası ürəyinin kardioqram vərəqini çıxardıb diaqnozla müalicəyə başladı. Mikayıl müəllim çoxlu dərman qəbul etməyi sevmir, çox vaxt isə bunlardan imtina edirdi. Həkimlərin səyi ilə onun səhhəti normallaşdı. Tezliklə işini bərpa etdi. Emalatxanaya və dərs dediyi Rəssamlıq Akademiyasına gedirdi. Və birdən yanvar ayında yenidən özünü pis hiss etməyə başladı və yenidən poliklinikaya müraciət etdi. Xəbər gəldi ki, onu poliklinikadan xəstəxanaya göndərmək istəyirlər, tez özünü çatdır. Təcili tibbi yardım maşınının yanına özümü güclə çatdırdım. Xəstəxanada həkimlər də, özüm də onun sağlamlığı üçün əlimizdən gələni etdik. 3 il sərasər, gecə-gündüz onun qulluğunda dayandım. Lakin 2002-ci ildə o…
İnfarkt xəstəliyi ona bütun gücü ilə işləməyə imkan vermirdi. Gözləri də zəifləmişdi. 7 illik irsi diabeti vardı. Anası da, bacısı da bu xəstəlikdən rəhmətə getmişdilər.
Bildiyiniz kimi, onun çoxlu mükafatları, təltifləri var. Sovetlər vaxtında maaşını SSRİ Rəssamlıq Akademiyasının akademiki kimi oradan alırdı. 1992-ci ildə köhnə İttifaqın süqutundan sonra Rusiya prezidenti B.Yeltsin belə qərar çıxartdı: kim ki, əvvəlki müttəfiq respublikaların, ayrı dövlətlərin ərazisində yaşayır, o, maaşını özlərinin Akademiyasından almalıdır. Ona görə də bir neçə dəfə Respublika EA-nın prezidentinin qəbulunda olduq. Heç bir fayda görmədik. M.Kərimovun prezident seçilməsindən sonra Mikayıl müəllim dedi ki, bəlkə yeni prezidentin qəbuluna gedək? Görüş zamanı hər şeyi ona təfsilatı ilə danışdıq. Soruşdu ki, akademikliyə lazımi sənədləri niyə təqdim etməmisiniz? Onun əvəzinə başqalarının sənədlərinin verildiyini bildirdi. Mikayıl müəllim də qeyd etdi ki, ona bu barədə heç kim heç nə deməyib. Yoxsa çoxdan hazırlayıb təqdim edərdi. 43 illik təcrübəyə malik Mikayıl Abdullayev MEA-ya akademik seçilmədiyindən incimişdi. Deyirdi ki, belə sənətkar ermənilərdə olsaydı, onu çoxdan özlərinin milli qəhrəmanı edərdilər.
Rusiya səfirliyinə köhnə SSRİ Rəssamlıq Akademiyasının akademiki kimi müraciəti də alınmamışdı. Demişdilər ki, özünüzün EA-nız var, ora gedin…
Mikayıl müəllim görkəmli sənətkar, böyük zəhmətkeş insan idi. O, Lenin ordeni, «Oktyabr inqilabı», «Xalqlar dostluğu… «İstiqlal» ordenlərinə, müxtəlif medal və fəxri fərmanlara layiq görülmüşdü. «İstiqlal» ordenini mərhum eks-prezident Heydər Əliyevdən şəxsən özü alan Mikayıl müəllim ondan razılıq edirdi. Məhz onun sərəncamı ilə M.Abdullayev Fəxri Xiyabanda dəfn olunub. Onun abidəsinin qoyulması, yaşadığı binanın önünə memorial lövhənin vurulmasını qərara almışdı. Abidə qoyulub, lövhəni isə məşhur heykəltaraş Zeynalabdin İsgəndərov hazırlayıb. Onun dəfnini yüksək səviyyədə təşkil edən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov həmişə bizim ailəmizlə maraqlanıb».
… Dünyanın özü boyda ağrıları var. Dünyanın özü boyda əzabları var və bu ağrılar, əzablar insan ruhuna işgəncələr verirsə, qovrula-qovrula kədərlə yaşamaqdan savayı özgə çarə qalmır. Yalnız güc-qüvvət tapanlar qurtuluş yolunu araya bilirlər. Yurdumuzun Pikassosu Mikayıl Abdullayev kimi.
Müəllif: Nisə Rafiqqızı
Mənbə: Olaylar.- 2010.- 12 noyabr.- S. 12.
- Teqlər:
- Mikayıl Abdullayev
- , rəssam
Suleyman Abdullayev – Бесплатно скачать Mp3
Здесь Вы можете прослушать и скачать песни по запросу Suleyman Abdullayev в высоком качестве. Для того чтобы прослушать песню нажмите на кнопку «Слушать», если Вы хотите скачать песню или посмотреть клип нажмите на кнопку «Скачать» и Вы попадете на страницу с возможностью скачать песню, прослушать ее и посмотреть клип. Рекомендуем прослушать первую композицию Suleyman Abdullayev Qadan Men Alim длительностью 11.03 MB, размер файла 8 мин и 23 сек.
Все песни были найдены в свободном доступе сети интернет, а файлы с произведениями не хранятся и не загружаются на наш сервер. Если Вы являетесь правообладателем или лицом, представляющим правообладателя, и не хотите чтобы страница с произведением, нарушающие Ваши права, присутствовала на сайте, воспользуйтесь данной формой DMCA.
Сейчас слушают песни
Мы Матрешки Вот Такие Крошки Танец
Меме Гача Лайф Зубная Щетка
Learn To Meow Meow Learn To Meow
Быстрые Песни С Текстом
Rb Battles Roblox
Ислам Итляшев На Нервах
Frate Frate Valentin Uzun
Thomas Anders New 2021 Modern Talking Connect The Nation Album Cosmic Euodisco
Песня Чтож Вы Улыбаетесь Вот Бы Вас Позвали
Ирина Кузнецова Настрои
Fever Enhypen Speed Up
Рекорд Клаб 2022
Концерт Группы Банд Одесса
Musofir Green 71
Песня Анджела Блестящая Девочка Том
My Singing Monsters The Lost Landscape
Песня Э Вил Вайт
La La Li La La La
Copyright ©Gtxmusic.com 2023
All Rights Reserved
Почта для жалоб и предложений: [email protected]
Слушайте и скачивайте бесплатно mp3 музыку. Популярная и свежая музыка всегда доступна для скачивания бесплатно!
Comments are closed, but trackbacks and pingbacks are open.