M.çəmənli
Mübariz hələ uşaq olanda ermənilər əvvəl Xocalını, daha sonra Şuşa qalasını, Kəlbəcəri, Laçını, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı işğal etmişdilər.
M.çəmənli
Oxucu Musta Çəmənlini çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi kimi tanıyır və əsərlərini sevə-sevə oxuyur. XX əsrin 70-ci illərindən ədəbiyyata gələn Mustafa Çəmənlinin hekayələri, povest və romanları, eləcə də bədii publisistik əsərləri zaman-zaman Azərbaycan ədəbiyyatı xəzinəsinə daxil olmuş və olmaqdadır.
Bu gün biz Mustafa Çəmənli yaradıcılığını tamam başqa tərəfdən – redaktorluq sahəsindən təftiş edəcək, maraqlı faktları üzə çıxarmağa çalışacağıq.
Mustafa Çəmənli 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra 1978-ci ildə “Yazıçı” nəşriyyatına böyük korrektor vəzifəsinə təyin edilir. Az keçmir 1981-ci ildə “Yazıçı” nəşriyyatında redaktor vəzifəsi ona həvalə edilir. Məlumdur ki, redaktor əməyi – ədəbi əməkdir. Onu yalnız gözəl savadı olan, ədəbi dil normalarını mükəmməl bilən və inkişaf meyllərini duyan, müəlliflərin əsərlərini daha məzmunlu, daha oxunaqlı etməkdə müəlliflərə köməklik göstərmək üçün dilin və məntiqin bütün üsul və vasitələrindən məharətlə istifadə etməyi bacaran şəxs daha uğurla apara bilər. Sovetlər dönəmində də istər korrektor olsun, istərsə də redaktor və ya nəşriyyatda çalışan digər vəzifə sahiblərinin səriştəsi, şəxsi keyfiyyətləri xüsusilə nəzərə alınırdı. Demək olar ki, nəşriyyatlarda redaktə işləri ancaq bu işi bacaran insanlara həvalə edirdi.
Mustafa Çəmənlinin bu illərdə redaktorluğu ilə A.Tuqanov “Teatr xatirələri: fraqmentlər” (“Yazıçı”, 1980); C.Quliyev “Böyük humanist”: Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından səhifələr (“Yazıçı”, 1981); “Unudulmaz səhnə ustaları” (“Yazıçı”, 1981); A.Hacıbabayev “Səhnə andı”: Hüseyn Ərəblinski haqqında xatirələr (“Yazıçı”, 1982), H.Sarabski “Köhnə Bakı” (“Yazıçı”,1982); M.Süleyman “Xeyirxahlığa tələsin”: oçerk (“Yazıçı”, 1982) adlı maraqlı kitablar nəşr olunmuşdur.
M.Çəmənlinin ilk müstəqil redaktə işlərindən biri Azərbaycan teatrı tarixində müstəsna xidmətləti olan A.A.Tuqanovun “Teatr xatirələri” olmuşdu. Mahnur Muradova kitabda görkəmli rejissorun xatirələrindən ayrı-ayrı hissələri dilimizə çevirmişdi. Bu xatirələrdə A.A.Tuqanov Azərbaycana gəlişindən, böyük dramaturqumuz Cəfər Cabbarlı ilə dostluğundan, onun pyeslərinin səhnə təcəssümündən və başqa hadisə və əhvalatlardan söhbət açır.
Redaktor olduğu digər kitablardan biri də görkəmli opera müğənnisi Hüseynqulu Sarablinskinin “Köhnə Bakı” kitabıdır. Müğənninin kitabının əlyazmasını “Yazıçı” nəşriyyatına onun oğlu Azər Sarabski atasının anadan olmasının 100 illiyi münasibəti ilə təqdim edir. Lakin o zamankı qayda-qanuna görə gərək əsər oxunaydı, kənar müəlliflərə rəyə veriləydi, eyni zamanda nəşriyyat redaktorunun rəyi olaydı, bundan sonra nəşriyyatın tematik planına salınaydı. Tematik plan isə nəşriyyatdan sonra çoxlu mərhələlərdən keçirdi. Mətbuat Komitəsindən sonra Mərkəzi Komitədə baxılırdı. Bundan sonra nəşr olunacaq kitabların planı təsdiq olunub çap edilirdi. Bu tematik planın çap olunmuş nüsxələri kitab ticarəti təşkilatlarına – “Azərkitab”a və “Kəndkitab”a, Kitabxana kollektoruna göndərilirdi. Çünki tirajı bu təşkilatlar müəyyənləşdirirdi. İkinci bir çətinlik də orasındaydı ki, o dövrdə kompüter yox idi, əlyazmalarını linatipçi yığırdı (buna mətbəə dilində “qaryaçiynabor” deyilirdi) Bu isə çox uzun bir proses idi. Ona görə də redaktə edilib mətbəəyə göndərilən əlyazmalar kitab halında, bu günlə müqayisədə, həddən artıq gec işıq üzü görürdü.
Azər Sarabski M.Çəmənliyə deyir ki, bəs, 40-cı illərin əvvəllərində atamı qlavlitə çağırırlar. Atam gedir qlavlitin rəhbərinin yanına. Görür ki, Səməd Vurğun da burdadır. Qış ayları imiş. Qlavlitin rəhbəri Sarabskiyə irad tutur ki, kitabınızda varlılardan, qoçulardan, milyoçulardan çox danışmısınız, bu cür səhifələri ixtisar edin. Getdikcə mubahisə artır. Sarabski hirslənib kabineti tərk edir. Mübahisənin bu mərhələyə çatdığını görən Səməd Vurğun “Köhnə Bakı”nın yeganə korrektura nüsxəsini götürüb paltosunun altında gizlədir. Belə bir təsadüf nəticəsində bu dəyərli kitab qorunub saxlanılır. Azər Sarabski onu da M.Çəmənliyə söyləyir ki, bu kitaba görkəmli rəssam Əzim Əzimzadə rəsmlər çəkibmiş. Söhbət əsnasında Azər Sarabskidən Mustafa Çəmənli məlumat alır ki, Əzim Əzimzadənin çəkdiyi rəsmlər İncəsənət muzeyində qorunub saxlanılır.
M.Çəmənli fikirləşir ki, bu rəsmləri əldə edib kitabda verilsə çox yaxşı nəticə verər. Gec də olsa, haqq öz yerini tutar. Bu niyyətlə də o, Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinə gedir. O zaman muzeyin direktoru Xalq rəssamı Kazım Kazımzadə imiş. M.Çəmənli muzeyə yazılı şəkildə müraciət edir. Muzeydə çalışan sənətşünas Ziyadxan Əliyev Əzim Əzimzadənin köhnə Bakının etnoqrafik həyatını əks etdirən illüstrasiyalarını Mustafa Çəmənliyə göstərir.
Ümumiyyətlə, kitabın növü, dili kimi tərtibatı da nəzərdə tutduğu oxucu kütləsinin bilik səviyyəsinə, dünyagörüşünə, maraq dairəsinə uyğunlaşdırılmalı, əlverişli istifadə üçün yararlı olmalıdır. Bunu çox gözəl dərk edən M.Çəmənli nəşriyyata gəlir (o zaman “Yazıçı” nəşriyyatının direktoru Əjdər Xanbabayev olmuşdur) Ə.Xanbabayevə muzeydə tamaşa etdiyi “Köhnə Bakı”nın rəsmləri barədə məlumat verir. Beləliklə, Muzeydən Əzim Əzimzadənin vaxtilə “Köhnə Bakı” üçün çəkdiyi on iki illüstrasiyasının surətini pul köçürərək “Yazıçı” nəşriyyatı alır və nəşr olunan kitaba daxil edir. M.Çəmənli “Köhnə Bakı”ya həm də Hüseynqulu Sarabskinin “Bir aktyorun xatirələri”, “Hüseyn Ərəblinskinin tərcümeyi-halı” xatirəsini də daxil edir.
Əlyazma üzərində redaktə aparılması yaradıcılıq işidir. İşin bu tərəfi mətnə tənqidi yanaşma, ona dair faydalı tövsiyələr verilməsi, müstəqil qərar çıxarılması və mətni bəzən dəyişdirərək təkmilləşdirmək zərurəti ilə bağlıdır. Ümumiyyətlə, əsər üzərində redaktor əməliyyatları çoxçeşidli və mürəkkəb bir işdir. Hər bir konkret əlyazma üzərindəki işin özünəməxsusluğu əsərin özündən, gələcək kitabın tipindən və başqa səbəblərdən də aslıdır. Bütün bunlar isə redaktor təcrübəsinin ümumiləşdirilməsi üçün qaçılmaz amillərdir.
M.Çəmənli qeyd edir ki, 1926-cı ildə “Maarif və mədəniyyət” jurnalında, 1930-cu ildə kitabça halında çap olunmuş “Bir aktyorun xatirələri” və 1938-ci ildə yazılmış “Hüseyn Ərəblinskinin tərcümeyi-halı”nda bir-birini təkrar edən məqamlar vardı. Bu təkrarları aradan götürmək lazım idi. Redaktorun borcudur ki, bu cür nəşrlərdə apardığı redaktə işləri haqqında “Redaktordan” başlığıı altında oxucuları məlumatlandırsın. M.Çəmənli “Redaktordan” adlı bələdçi yazısında bu ixtisar məsələsinə toxunaraq yazır:
“Kitabın redaktəsi zamanı mümkün qədər müəllifin dil və üslubuna toxunulmamışdır. Ancaq əsərlər bir kitabda toplandığı üçün təkrar görünən müəyyən cümlə və fikirlər, hadisə və əhvalatlar ixtisar edilmişdir”. Beləliklə Hüseynqulu Sarabskinin “Köhnə Bakı” kitabı 1982-ci ildə 50000 tirajla işıq üzü görür.
Mustafa Çəmənli 1983-1985-ci illərdə “Yazıçı” nəşriyyatında Klassik ədəbiyyat və folklor redaksiyasının müdiri vəzifəsində çalışmışdır. Elə bu illərdə onun redaktorluğu ilə bir çox kitablar işıq üzü görür: A.Abbas “Evləri köndələn yar. povestlər və hekayələr” (“Yazıçı”, 1983), M.Səməd “Nağıllar yalan olmur”: hekayələr və oçerklər (“Yazıçı”, 1983), B.Talıblı “Seçilmiş əsərləri” (“Yazıçı”, 1983), A.Bakıxanov “Seçilmiş əsərləri” (“Yazıçı”, 1984), Cabbarlı “Əsərləri”: 3 cild (“Yazıçı”, 1984), M.Oruc “İkinci ad”: Hekayələr və povestlər (“Yazıçı”, 1984), N.Veysəlli “Sehrkar səslər, əfsanəvi rənglər”: oçerklər və bədii portretlər (“Yazıçı”, 1984).
Çox keçmir Mustafa Çəmənli 1986-1988-ci illərdə “Yazıçı” nəşriyyatında “Nəsr” şöbəsində böyük redaktor vəzifəsinə təyin edilir.
Mustafa Çəmənli 1987-1988-ci illərdə də bir çox əhəmiyyətli kitabların redaktoru olmuşdur. Məsələn, T.Abbasov “Ətirli bir gün: hekayələr” (“Yazıçı”, 1987), Y.V.Çəmənzəminli “Qızlar bulağı. Qan içində” (“Yazıçı”, 1987), Elçin “Bülbül” (“Yazıçı”, 1987), Ş.Kərimov “Ala buludlar: roman” (“Yazıçı”, 1987), M.Şəkilli “Bir yay günü: povestlər” (1987), A.Abdullayev “Gərək belə görüşməyəydik: povest və hekayələr” (“Yazıçı”, 1988), Ş.Qurbanov “Sənsiz: Pyeslər, liberettolar, hekayələr və şeirlər” (“Yazıçı”, 1988), M.Süleymanlı “Səs: povestlər və roman” (“Yazıçı”, 1988), C.Zeynal “Şəhərə qay yağdı: povestlər və hekayələr” (“Yazıçı”, 1988), Ə.Nicat “Gəncəli müdrik”: roman (Yazıçı, 1990).
Ümumiyyətlə, 1980-ci illərdə Respublikamızda fəaliyyət göstərən nəşriyyatlar sırasında “Yazıçı” nəşriyyatı öndə gedən nəşriyyatlardan biri idi. 1989-1990-cı illərdə Mustafa Çəmənli “Nəsr” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. “Yazıçı” nəşriyyatında faəliyyəti 1991-ci ildə bitir və 1992-ci ildən 2006-cı ilə kimi “Gənclik” nəşriyyatında baş redaktor kimi səmərəli fəaliyyət göstərir. Mustafa Çəmənli hazırda (2006-cı ildən) “Təhsil” nəşriyyatında “Bədii-ədəbiyyat” şöbəsinin müdiri vəzifəsində çalışır. Lakin onu da xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan kitabının bədii tərtibat işlərində də Mustafa Çəmənlinin xüsusi xidmətləri olmuşdur. Gələcək yazımızda məhz bu məsələləri də dəyərli oxucularımıza çatdıracağıq.
M.çəmənli
Proqnozlaşdırma nə üçün lazımdır?
İstənilən mətni oxumazdan əvvəl proqnozlaşdırma aparmaq lazımdır. Proqnozlaşdırma əsəri daha dərindən dərk etməyə kömək edir. Proqnozlaşdırma mətnin oxusuna başlayarkən ümumi şəkildə aparılır: «Bu əsərdə nədən bəhs ediləcək?» Oxu davam etdikcə «Bu abzasda nədən danışılacaq?», «Bu hadisədən sonra nə baş verəcək?», «Bu sözdən sonra qarşı tərəf nə cavab verəcək?» kimi ayrı-ayrı məqamları proqnozlaşdırmaq olar.
1. Verilən əsərin oxusuna başlamazdan əvvəl oxuya hazırlıq işləri aparmağı unutma.
2. Oxuya başlayarkən proqnozlaşdırma apardığın kimi, oxu zamanı da proqnozlaşdırmalar aparmaqda davam et. Proqnozlarını qeyd et.
3. Oxudan sonra sinifdə proqnozlarınızı qarşılaşdırın. Həqiqətə ən yaxın proqnozu müəyyən edin.
İGİD MÜBARİZ
(«Mübariz» povestindən parça)
Mübariz hələ uşaq olanda ermənilər əvvəl Xocalını, daha sonra Şuşa qalasını, Kəlbəcəri, Laçını, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı işğal etmişdilər.
Bir dəfə tarix dərsi idi. Müəllimi Şuşa qalasından, onun tarixi keçmişindən, alınmaz olmağından danışırdı. Müəllim danışdıqca Mübariz düşünürdü ki, bəs ermənilər Şuşanı necə alıblar? Deməli, işğalçıları torpağımızdan vaxtında qovub çıxarmasaq, heç vaxt Şuşanı görməyəcək, Cıdır düzündə at çapmayacaq, İsa bulağından su içməyəcək, Daşaltı çayında çimməyəcəyik.
M. Çəmənli “Yaddaşlarda yaşamaq haqqı”
M.Çemenli “Yaddaşlarda yaşamaq haqqı”. Чтобы посмотреть мои объявления,нажмите под номером телефона на “Объявления пользователя”.
Bakı 2 Oktyabr 2019 262 dəfə Mənbə: tap.az
П
Продавец
Elanın vaxtı bitmişdir
Seçilmişlərə əlavə et
Oxşar Elanlar
2-otaqlı mənzil kirayə verilir, Elmlər m., 45 m²
500 8 saat əvvəl
Clopos Restoran Sistemi
Clopos Reklam
2-otaqlı yeni tikili kirayə verilir, Yeni Yasamal r., 70 m²
450 Bu həftə
Obyekt, Əhmədli m.
265 000 11 Mart
Kirayə verilir Yeni tikili, 130m², 3-Otaqlı
1 100 18 Dekabr 2018
2-otaqlı yeni tikili, H.Aslanov m., 55 m²
113 000 9 saat əvvəl
Obyekt icarəyə verilir, Sahil m.
300 Bu həftə
5-otaqlı yeni tikili kirayə verilir, Gənclik m., 265 m²
1 700 Bu həftə
4-otaqlı yeni tikili, H.Aslanov m., 135 m²
245 000 12 Mart
Bağ evi kirayə verilir, Şüvəlan qəs.
1 000 Bu həftə
2-otaqlı mənzil kirayə verilir, 28 May m., 60 m²
700 11 Mart
2-otaqlı mənzil kirayə verilir, Gənclik m., 65 m²
600 9 Mart
3-otaqlı mənzil kirayə verilir, Neftçilər m., 90 m²
550 Bu həftə
3-otaqlı mənzil, Q.Qarayev m., 80 m²
175 000 Bu həftə
2-otaqlı yeni tikili, Q.Qarayev m., 63 m²
137 000 Bu həftə
2-otaqlı mənzil, Neftçilər m., 45 m²
82 900 Bu həftə
3-otaqlı mənzil kirayə verilir, 28 May m., 72 m²
1 000 11 Mart
2-otaqlı yeni tikili kirayə verilir, Nəsimi rayonu, 70 m²
1 000 9 Mart
Həyət evi, X.Dostluğu m.
70 000 Bu həftə
Kirayə verilir Yeni tikili, 66m², 2-Otaqlı
550 6 Mart
Kirayə verilir Yeni tikili, 145m², 3-Otaqlı
800 20 Fevral
2-otaqlı mənzil kirayə verilir, Gənclik m., 65 m²
550 11 Mart
2-otaqlı yeni tikili kirayə verilir, Memar Əcəmi m., 93 m²
450 12 Mart
2-otaqlı yeni tikili kirayə verilir, 20 Yanvar m., 52 m²
500 Bu həftə
Ödənişli xidmətlər
Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!
Ödənişli xidmətlər
Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!
Elanı sil
Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim
Telefon: (012) 566-74-58
Haqqımızda
Yardımçı linklər
Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır
© UcuzTap bir şirkət məhsuludur
Comments are closed, but trackbacks and pingbacks are open.