Press "Enter" to skip to content

Xəzərin hüquqi statusu tənzimləndi – TARİXİ RAZILAŞMA

Xəzər dənizinin hüquqi statusunun təsbit edilməsinin zəruriliyini və sahilyanı dövlətlər üçün mühüm əhəmiyyətini nəzərə alaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında (Aşqabad, 11-12 noyabr 1996-cı il) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrup yaradıldı. Xəzəryanı dövlətlər arasında aparılan danışıqlar, məsləhətləşmələr və fikir mübadilələri onu göstərir ki, bu dövlətlərin mövqelərinin tam üst-üstə düşməməsinə baxmayaraq, bütün sahilyanı ölkələr, ümumiyyətlə, Xəzər dənizinin bölünməsi məsələsinə tərəfdardırlar.

M fndiyev siyasi v hüquqi tlimlr tarixi

Azərbaycan tarixinə mart hadisələri kimi düşmüş 1995-c ilin 13-17 martında dövlət çevrilişinə cəhdi o zamanın mürəkkəb məqamlarından biridir. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında müdrik Azərbaycan xalqının tələbi və çağrışı ilə Bakıya siyasi hakimiyyətə ikinci dəfə qayıdanda ölkə demək olar ki, tam siyasi böhran içərisində idi. Şimalda “Sadval” separatizmi, cənubda Talış-Muğan Respublikası xülyası, qərbdə erməni işğalı, mərkəzdə isə müxtəlif siyasi qüvvələr arasında kreslo davası ölkəni çökdürməkdə idi. Vətəndaş müharibəsinin başlanması isə an məsələsi idi , desək də əslində bu proses də lokal şəkildə baş verirdi ,necə deyərlər, məşqlər keçirilirdi. Məhz belə bir çətin şəraitdə Ulu Öndər canı qədər sevdiyi xalqının taleyini fikirləşərək yenidən hakimiyyətə gəlməyə razılıq verdi. Tez bir zamanda ölkədə siyasi stabilliyə nail olmaq üçün tədbirlər görməyə başladı. Paralel olaraq torpaqların müdafiəsi və işğal olunmuş ərazilərin azad olunması üçün ordu quruculuğuna start verdi. Lakin çox təəssüflər olsun ki, dövlətə tabe olmaq istəməyən dəstələr də mövcud idi. Onlar nəinki tabe olmaq istəmir, hətta dövlət çevrilişi etmək üçün müxtəlif xarici qevvələrlə planlar hazırlayırdılar . Mahir və Rövşən Cavadov qardaşları, eləcə də onlarla dəstək verən siyasi müxalifət isə hazırlanan bu çevrilişin başında idi. 1995-ci ilin mart ayının 13-nə keçən gecə OMON-un Ağstafa və Qazax rayonunda yerləşən bölmələri tərəfindən bir sıra dövlət idarələrinə edilən silahlı hücumlar dövlət əleyhinə faktiki qiyam odi. Bu qiyam martın 15-də Azərbaycan ordusunun bölmələri tərəfindən yatırılsa da martın 16-17-də isə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə İndi isə Bakıda çevrilişə cəhd edildi. Bütün sülh çağrıçşarına silah gücü nümayiş etdirən dəstəsyə qarşı ciddi tədbir görüldü.Əks həmlə ilə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və qiyam yatırıldı.
Artıq ordu quruculuğuna başlandığı bir dövrdə “OMON”-a dəfələrlə təklif edilmişdi ki, Daxili İşlər Nazirliyinin daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyində fəaliyyət göstərsin. Amma “OMON”-çu dəstələr bütün cəhdlərə baxmayaraq, hakimiyyətə müqavimət göstərmək qərarına gəldilər. Açıq şəkildə mətbuata verdikləri müsahibələrdə Dövlət Şurası yaradılması, orada Elçibəy və Mütəllibovun ,digər şəxslərin iştirak edəcəklərini bəyan edirdilər. Üstəlik, bəzi vəzifəli şəxslərin istefasını təkidlə tələb edirdilər. Bir sözlə dövlətin himayəsi ilə yaradılmış bir qurum sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrildi.Dövlət başçısının çağırışlarına məhəl qoymayaraq dövlətə tabe olmaqdan boyun qaçırdılar.

Əslində ölkə ərazisində demək olar ki, özbaşınalıq edərək dükan-bazarlara basqınlar edən, insanları döyüb təhqir edən OMONçular xalqın Ulu Öndərə sevgi və inamını görünür ki, nəzərə almırdılar. 15 mart 1995-ci il tarixində Ulu Öndər Heydər Əliyevin XTPD-nin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etməsi ilə az bir zamanda Bakının müxtəlif yerlərində xalq Prezidentin çağrışın asəsə verdi.Qiyamın baş tutmamasının əsas səbəbi Azərbaycan xalqının ulu öndərə və qanuni hakimiyyətə birmənalı dəstəyinin nümayişi idi.

İqtidarda olan hər bir hakimiyyətin əsas vəzifəsi ölkənin bütövlüyünün qorunmasını təmin etməkdir. Azərbaycanın bütövlüyünün qorunması da Ulu Öndər Heydər Əliyevin tarixi missiyası idi. Qeyd edildiyi kimi Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə Azərbaycan tam böhran vəziyyətində idi. Ona görə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilk öncə vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Bu problemlərin aradan qaldırılması və tam sabitliyə nail olması zaman insanların münasibəti bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir, onları müdafiə etmir və öz liderinin yanındadır.

Hadisələrin gedişi onu göstərirdi ki, dövlət çevrilişinə cəhd edən qeyri – qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-qanuni yolla ələ keçirməkdə tam israrlıdır. Vəziyyət o yerə çatmışdır ki, onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmirdilər. Cəmiyyətdə isə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. Bu proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri də heç bir nəticə vermədi.

Bir sözlə xalq müstəqillik yolunu seçibsə və bu ağır və şərəfli yolda onun layiqli lideri varsa o zaman o xalqın müstəqillik iradəsi dönməz və əbədidir. Heydər Əliyevin ölkəmizin müstəqilliyi yolunda apardığı mübarizə dstemli olmuşdur. 1991-ci il martın 14-də Naxçıvan MR Ali Məclisinin sessiyası SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi haqqında qərar qəbul edilməsi buna baris nümunədi. Bu isə əlbəttə ki, xalqın dəstəyi ilə Heydər Əliyev iradəsinin və uzaqgörən siyasətinin təntənəsi idi. Məhz Ulu Öndərin rəhbərli altında qəbul edilən bu qərar xalqın ona olan inamının əbəs yerə olmadığını sübut etdi.Bu qərar meydanlarda, küçələrdə verilən qərar deyil, düşülnülmüş, gələcəyə hesablanmış bir qərar idi. Bu gün dünya çapında və beynəlxalq aləmdə özünəməxsus yeri və çəkisi olan Azərbaycan həmin gərgin zamanlarda qəbul olunan qəraraların məntiqi nəticəsidir.Bunun bariz nümunəsi o siyasətin davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunu 44 günə öz torpaqlarını düşmən tapdağından azad edib haqq-ədaləti bərpa etməsi təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji hədəflərə zərgər dəqiqiqliyi ilə yanaşmanın məntiqi nəticəsidir.

Bakı şəhəri 138 nömrəli tam orta məktəbin direktoru ,
Riyaziyyat üzrə fəlsəfə doktoru
Mirfaiq Mirheydərli.
aia.az

Məlumatlanmaq üçün Facebook səhifəmizi

Xəzərin hüquqi statusu tənzimləndi – TARİXİ RAZILAŞMA

“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyənləşdirən bu mühüm sənədi bu gün imzaladığımız üçün həmkarlarıma fəal işlərinə görə təşəkkürümü bildirmək istərdim”.

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindhəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev belə dedi.

Onun sözlərinə görə, Konvensiya imzalanana qədər də bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz kimi Xəzər təhlükəsizlik, sabitlik dənizi və Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır.

Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur. Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.

Azərbaycanın dövlət başçısının sözlərinə görə, ölkəmiz Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal və böyük töhfə verir. Hökumətimizin gördüyü tədbirlər xüsusən neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib: “Mən artıq Sammit zamanı bu barədə danışmışam və bir daha demək istəyirəm ki, Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi bütün neft-qaz əməliyyatları İSO beynəlxalq standartlarına uyğundur”.

Gələn il biz Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik, bu da dəniz yataqlarında neftin ilk hasilatı idi. Əlbəttə, əvvəlki illərdə Xəzərin neft-qaz ehtiyatlarının istismarı zamanı Xəzərin ekologiyasına müəyyən dərəcədə ziyan dəyib. Lakin bu gün ölkəmiz mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin.

İ.Əliyev daha sonra vurğuladı ki, Azərbaycan nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığımız layihələr bu gün bizə Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir. Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi – bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir.

“Bu gün mən iclasda qeyd etdim ki, bu il İranla Rusiya arasında Şimal-Cənub dəhlizi üzrə yükdaşımaları 100 dəfədən çox artıb. Azərbaycan ərazisində bu istiqamətdə bütün işlər başa çatıb və biz yük axınının artmasını gözləyirik. Eynilə, Azərbaycan Avropa və Asiya dəmir yollarını birləşdirən layihəni həyata keçirib və bu dəhlizlə də yük axınının xeyli artmasını gözləyirik. Bütün bunlar ölkələrimiz üçün əlavə imkanlardır. Bu, iqtisadi rifahdır, bu, ölkələrimizin dünya miqyaslı mühüm tranzit qovşağa çevrilməsidir.

Əlbəttə, bugünkü imzalanma mərasimi qarşımızda yeni perspektivlər açır. Biz əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir. Bütün Azərbaycan xalqı adından gələcəkdə ölkələrimizin hamısının uğurlu inkişafında böyük rol oynayacaq bu mühüm sənədi, nəhayət, imzaladığımız üçün böyük məmnunluğumu ifadə etmək istərdim”, – Azərbaycan Prezidenti bəyan etdi.

İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının əhəmiyyətinə toxunaraq onun ölkələrimiz arasında gələcək əməkdaşlığa daha mühüm töhfələr verəcəyini bildirdilər.

Xəzərin hüquqi statusu ilə bağlı tarixi anlaşma

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.

Dövlət başçıları mətbuat üçün bəyanatlarında müzakirə edilən əsas məsələlər arasında Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, bölgədə və qlobal miqyasda təhlükəsizlik kimi məsələləri qeyd ediblər.

Xəzər Konvensiyanın imzalanması avqustun 12-ə təsadüf edən Beynəlxalq Xəzər Günü ilə üst-üstə düşüb.

1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yaxınlaşdı, çünki indiyədək Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb.

Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağalı razılaşma əldə edilməsinə vermirdi.

Sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb.

Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.

Bu il martın sonunda İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu bugünkü konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd olmuşdur.

Konvensiyaya əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir.

Xəzər sabitlik və əməkdaşlıq dənizinə çevrildi

Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir.

Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək.

“Xəzər beşliyi” dövlət başçılarının imzaladığı sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşib.

Xarici ekspertlər qeyd edirlər ki, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması 5 sahil ölkə üçün dönüş nöqtəsidir .

Bütün ölkələr xüsusən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək, Xəzərin karobohidrogen ehtiyatalarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq.

Azərbaycan hüquqi statusla bağlı danışıqlar getdiyi bütün dövr ərzində beynəlxalq hüquqa v qaşlıqlı etimada söykənən milli mənafelərini müdafiə etmiş və digər qonşu ölkələr də xoş məram nümayiş etdirərərək Azərbaycanın milli maraqlarını müdafiəsi qarşısında müəyyən güzəştlərə gediblər.

Müzakirələr getdiyi bütün dövr ərzində, xüsusən Konvensiya imzalanması ərəfəsində xaricdəki anti-Azərbaycan qüvvələr, erməni lobbisinə yaxın dairələr həm digər Xəzəryanı paytaxtlarda, həm də Qərb paytaxtlarında “Xəzər Beşliyi” ölkələri arasında ziddiyyətləri qabartmağa çalışır, anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərirdilər.

Yalnız “Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusən Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verib.

Xəzərin hüquqi statusu: mövqelər, iradlar, tələblər

Xəzərin hüquqi statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapıb. Lakin həmin sənədlərdə də hüquqi baxımdan “status” anlayışı olmayıb. Bu müqavilələrlə Rusiya imperiyasına Xəzərdə böyük imtiyazlar verilirdi. Xəzərin hüquqi statusuna daha çox diqqət 1921-ci il fevralın 26-da Moskvada imzalanmış Rusiya-İran (Qacarlar) müqaviləsində verilib. Bu müqavilənin 3-cü maddəsində deyilir: “1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xəttini hər iki yüksək səviyyədə danışıq aparan tərəflər İran və Rusiya arasında su sərhədi kimi qəbul etməyə razılaşır. Bu sərhəd qorunmalı və toxunulmazdır”. 26 maddədən ibarət olan bu müqavilə Rusiya tərəfindən Georqi Çiçerin və İran tərəfindən P. Qaraxan-Məmlük tərəfindən imzalanmışdır. 1935-ci ildə İran-SSRİ arasında imzalanmış “Ticarət, dənizçilik və məskunlaşma haqqında”, 1940-cı ildə “Ticarət və dənizçilik haqqında” imzalanmış müqavilələr də Xəzərin Sovet-İran dənizi olması bir daha vurğulanıb.

1970-ci ildə isə ilk dəfə olaraq Xəzər dənizinin SSRİ-yə məxsus hissəsinin sektorlara bölünməsi məsələsi müzakirə edilməyə başlanmışdı və SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən həyata keçirilib. Bu bölgüyə əsasən Xəzər dənizi müvafiq olaraq Rusiya SFSR, Qazaxıstan SSR, Azərbaycan SSR, Türkmənistan SSR habelə SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran sektoruna bölünmüşdü. Bu bölgü zamanı Xəzərin hüquqi, coğrafi vəziyyətindən irəli gələn, beynəlxalq-hüquqi təcrübədə hamı tərəfindən qəbul edilmiş orta xətt prinsipi əsas götürülmüşdü.

1992-ci illərdən başlayaraq Xəzərsahili dövlətlərin ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlanmışdı. Bununla da Xəzərin hüquqi statusunun həllində fərqli mövqelərinin ortaya çıxması ilə günümüzə qədər davam edən status məsələsinin müzakirəsinin startı verildi. Hüquqi status məsələsinin sonrakı müzakirələri də göstərdi ki, Xəzərin hüquqi statusu məsələsinə hər bir dövlət fərqli yanaşır və bu zaman daha çox beynəlxalq-hüquqi normalara deyil, milli maraqlara söykənirlər.

İranın Xəzərin beş bərabər hissəyə bölünməsini nəzərdə tutan prinsipi əldə bayraq tutması etirazla qarşılanır. İran Azərbaycan ilə Xəzərdəki sərhədin qeyri-müəyyən olmasından faydalanaraq müəyyən vaxtlarda Azərbaycan ilə əldə etdiyi razılaşmalar çərçivəsində fəaliyyət göstərən Exxon və BP kimi Qərb şirkətlərin gözünü qorxutmaq üçün hərbi təlimlər keçirib.

1998-ci ilin yanvarında Rusiya ilə Qazaxıstan prezidentlərinin Xəzərin statusu ilə bağlı qəbul etdiyi “Birgə Bəyanat” iki ölkənin orta xətt üzrə Xəzərin dibinin sektorlara bölünməsinə dair razılığa gəldiyini göstərirdi. Həmin ilin iyulunda isə Moskvada Rusiya ilə Qazaxıstan arasında “Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş” imzalandı. Bundan bir qədər sonra Rusiya Azərbaycanla da Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi haqqında danışıqlara başlayır və müvafiq şazişlərin hazırlanması tapşırığını verir ki, bu da faktiki olaraq “Xəzərin hüquqi statusu” məsələsini bölgə ölkələrinin və beynəlxalq aləmin geosiyasi gündəmindən çıxarır.

8-9 yanvar 2001-ci ildə Azərbaycan və Rusiya arasında imzalanmış “Xəzər dənizində birgə fəaliyyət” haqqında Bəyanatda “Xəzərin orta xətt üzrə milli sektorlara bölünməsi” prinsipi cüzi dəyişikliklərlə öz əksini tapdı. Üçüncü mərhələdə Rusiyanın mövqeyində müşahidə olunan konstruktivlik faktiki olaraq “Xəzərin statusu” problemini üç ölkə- Rusiya, Qazaxıstan və Azərbaycan üçün həll etdi. Az keçməmiş, 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin ora xətt üzrə milli sektrlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalandı və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atdılar. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi isə Qazaxıstanın nəzarətində qaldı.

Xəzər dənizinin hüquqi statusunun təsbit edilməsinin zəruriliyini və sahilyanı dövlətlər üçün mühüm əhəmiyyətini nəzərə alaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında (Aşqabad, 11-12 noyabr 1996-cı il) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrup yaradıldı. Xəzəryanı dövlətlər arasında aparılan danışıqlar, məsləhətləşmələr və fikir mübadilələri onu göstərir ki, bu dövlətlərin mövqelərinin tam üst-üstə düşməməsinə baxmayaraq, bütün sahilyanı ölkələr, ümumiyyətlə, Xəzər dənizinin bölünməsi məsələsinə tərəfdardırlar.

Dünyada enerji ehtiyatlarına tələbatın artması, eləcə də Rusiya ilə Qərb arasında davam edən qarşıdurma fonunda Moskvanın Xəzər hövzəsi ölkələrini Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın razılaşdırılması istiqamətində danışıqlar prosesini sürətləndirməyə və yekun qərarın əldə olunmasına sövq edir.

Xəzərin yekun hüquqi statusunu müəyyən edəcək Konvensiyanın razılaşdırılması məqsədi ilə işçi qrupların görüşü davam etdirilirdi.

2015-cü il martın 5-də işçi qrupunun toplantısında tərəflər Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə tam razılıq əldə ediblər.

Azərbaycan mübahisəli məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır və Xəzər dənizində demilitarizasiyanın tərəfdarı kimi çıxış edirdi. Türkmənistan sahilyanı ölkələr arasında dənizin dibinin konkret hissələrində onların hüquqlarını müəyyənləşdirən razılaşma imzalanmadan birtərəfli şəkildə işlərin görülməsinə qarşı idi. Xəzər dənizinin statusuna dair Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeyi ilə razılaşmayan digər Xəzəryanı ölkə isə İrandı. İran Xəzərin statusu ilə bağlı Sovet İttifaqı ilə İran arasında imzalanmış müqavilələri bir kənara qoymağı təklif edirdi.

Beləliklə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın Xəzərin bölünməsi ilə bağlı mövqeləri belə idi:

AZƏRBAYCAN – Rəsmi Bakı hamılıqla qəbul edilmiş beynəlxalq-hüquqi orta xətt və onun əsasında Xəzərin milli sektorlara bölünməsi prinsipindən çıxış edir və bəyan edir ki, hər dövlət öz milli sektoru üzərində müstəsna suverenliyə malikdir. Azərbaycanın xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutduğu yataqlar dənizin ona məxsus sektorunda yerləşir. Xəzər dənizinin qərb sahilində yerləşən Xəzər dənizinin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektorlar bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili məsafədə daxili milli sektorların yaradılmasını istəyir. Azərbaycan bu yanaşmada Rusiya və Qazaxıstanla ortaq mövqe sərgiləyir. Azərbaycanla Qazaxıstan arasında 2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Azərbaycan və Qazaxıstanın Xəzər dənizində sərhədlərinin müəyyən olunması barədə müqavilə imzalanıb. 2003-cü il mayın 14-də isə Azərbaycan, Qazaxıstan və Rusiya Xəzər dənizindəki milli sektorlarının sərhədlərini müəyyən edən razılaşma imzalamışdılar. Bu razılaşma 3 dövlətin su sərhədlərinin ortaq xətt boyunca müəyyənləşdirilməsini nəzərdə tutur. Həmin ölkələrə neft-qaz və mineral resursların öz milli sektorları daxilində istismar etməsinə şərait yaradır.

Azərbaycanın əsas mübahisəsi İran və Türkmənistanla mövcuddu. Dənizin dibinin orta xətt boyunca bölünməsini son illərdə dəstəkləməyə başlayan Türkmənistan bununla belə Azərbaycanla “Kəpəz” yatağına görə mübahisə edirdi. Azərbaycan Xəzər dənizinin 21 faizi Azərbaycana məxsusdur.

RUSİYA – Xəzər dənizində sərhədləri müəyyən olunmuş yeganə ölkədir. Xəzər dənizi boyu həmsərhəd olduğu Azərbaycan və Qazaxıstanla imzalanmış müqavilələr Rusiyanın dəniz sərhədlərini müəyyən edib. Xəzər sahillərinin 16 faizi Rusiyaya məxsusdur.

İRAN – Xəzərin cənub və bir qədər də cənub-qərb sahillərini əhatələyir. Xəzər dənizinin İran sahili 900 kilometrdir. Xəzəryanı ölkələr arasında ən radikal mövqe İrana məxsusdur. Bu ölkə Xəzər dənizində sərhədlərin yalnız bütün tərəflərin razılığı əsasında müəyyən olunmasını istəyirdi. Eyni vaxtda 90-cı illərin əvvəllərində Xəzər dənizinin dibinin və səthinin, o cümlədən mineral resurslarının birgə istifadə olunmasını təklif edirdi.

İran 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edirdi. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xaric ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir. Xəzər sahillərinin 14 faizi İrana məxsusdur.

QAZAXISTAN – Xəzər dənizinin quru sərhədindən başlayaraq orta xətt boyunca müəyyən olunmasının tərəfdarı idi. Qazaxıstan 2003-cü ilin mayında Azərbaycan və Rusiya ilə imzaladığı müqavilələr əsasında Xəzər dənizinin 64 faiz sərhədini müəyyən edib. Rusiya ilə mübahisəli mövzusu olan “Xvalınoe”, “Mərkəzi” və “Qurmanqazı” neft yataqları iki ölkə tərəfindən birgə istismar olunur. Xəzər dənizinin 29 faizi Qazaxıstana məxsusdur.

TÜRKMƏNİSTAN – Xəzər dənizinin şərq istiqamətində yerləşir. Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib. Türkmənistan tərəfi iddia edirdi ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Dünya təcrübəsində orta xəttin “xüsusi vəziyyətlər” nəzərə alınmaqla müəyyənləşdirilməsi təcrübəsi də var. Məhz bu “xüsusi vəziyyətlər” 1982-ci ildə qəbul olunmuş BMT-nin dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı Konvensiyasının tətbiqinə bəzi əngəllər yaradır. Bu amili nəzərə alan Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır. Xəzər sahillərinin 20 faizi Türkmənistana aiddir.

5 Xəzəryanı dövlətdən üçü Xəzər dənizinin orta xəttinin müəyyənləşdirilməsinin və onun sektorlara bölünməsinin bir metodunu, iki dövlət isə başqa metodunu təklif edirdi. Formal baxımdan yanaşdıqda, Azərbaycanın çoxluqda olan cinahda qərar tutmasının ona müəyyən üstünlüklər yaratdığını demək olar. Enerji daşıyıcılarının müxtəlif nəql marşrutlarının təklif olunması, mübahisəli yataqlar üzrə tərəflərdən bəzilərinin qeyri-konstruktiv mövqeyi Xəzərin statusu ilə bağlı müzakirələrin yaxın perspektivdə Konvensiyanın imzalanması ilə nəticələnəcəyini deməyi çətinləşdirir. Amma bütün bunlara baxmayaraq, Xəzərin dostcasına bölünməsinin vaxtı çatmışdı.

Çünki Xəzər dənizi münaqişə məkanı yox, sülh, dostluq, əmin-amanlıq dənizi olmalıdır.

Orxan Hun/milli.az/

Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi milli həmrəyliyin daha da güclənməsində mühüm rol oynadı

Otuz il əvvəl – Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etdi. Lakin ölkəmiz Ermənistanın əsassız ərazi iddiaları, eləcə də hərbi təcavüzü ilə qarşılaşdı və nəticədə torpaqlarımız işğal altına düşdü. Həmin dövrdə ölkə çətin vəziyyətdə idi, ordu formalaşmamışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Ölkədə sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm sürürdü. Bu baxımdan, Ermənistanın hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi baxımdan inteqrasiya olunmaq zərurəti düşünülmüş, ardıcıl və milli maraqların qorunmasına əsaslanan xarici siyasət tələb edirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Ulu Öndər məhz xalqımızın milli dəyərlərinə, adət-ənənələrinə, tarixi soykökünə, xüsusilə, dövlətçilik prinsiplərinə sadiq qalaraq Azərbaycanın ideoloji fəaliyyət strategiyasını da məhz bu amillər üzərində qurdu. Ümummilli Lider son dərəcə təcrübəli dövlət başçısı və görkəmli siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, həmin dövrdə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ilk səsləndirdiyi “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”, yaxud “Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!” çağırışı bu sahədəki fəaliyyətin əsas göstəricisi hesab oluna bilər.

Azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə, ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atıldı. Bu baxımdan, Ulu Öndərin 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlarının I Qurultayının keçirilməsi haqqında 23 may 2001-ci il tarixli Sərəncamı diaspor quruculuğu sahəsində həlledici mərhələ oldu. Bu fəaliyyətin nə qədər ciddi və genişmiqyaslı olduğunu “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi bir daha təsbit etdi. Müdrik şəxsiyyətin 2002-ci il dekabrın 27-də imzaladığı Fərman diaspor siyasətinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Qanunda Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin səmərəliliyinin artırılması, diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması, dövlətimizin bu sahədə apardığı siyasətin təbliğinə nail olmaq kimi konkret məqsəd və vəzifələr yer alır. Bir qədər əvvəl isə – 2002-ci il iyulun 5-də ümummilli lider Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” imzaladığı Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. 2008-ci il noyabrın 19-da isə Prezident İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Bu baxımdan, diaspor quruculuğu işində yaxından köməklik göstərən və xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlər, milli həmrəylik və azərbaycançılıq ideyası prinsipləri kontekstində formalaşmasına çalışan ümummilli lider Heydər Əliyevin diaspor məsələlərinə xüsusi diqqət yetirməsi və bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesini sürətləndirdi.

Bu gün ideoloji dəyərlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasının rəhbər tutduğu əsas prinsiplər Prezident İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 2016-cı il iyunun 3-də Bakıda dövlət başçısının təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan, xüsusilə, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məsələsinə diqqəti daha çox cəlb edərək IV Qurultaydakı çıxışında diqqətə çatdırdı ki, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalı, proqram tərtib edilməlidir: “Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə, biz bunu Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük”.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət həyata keçirir. Xocalı soyqırımının tanıdılması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verir və bu proses genişlənməkdə davam edir.

Azərbaycanın dünya birliyində təbliğ edilməsi, xüsusilə Qarabağ həqiqətlərinin tam təfərrüatı ilə dünya birliyinə obyektiv şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolu çox yüksək qiymətləndirilir. Fondun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya miqyasında təbliği məqsədilə müxtəlif dillərdə nəşr etdirdiyi kitabların əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Son 17 ildə beynəlxalq ictimaiyyətə ünvanlanan “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Real faktlara, tutarlı sübutlara, fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırdı.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edildi, fəaliyyətinə isə 2009-cu ilin fevralından start verildi. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş və dünyanın müxtəlif ölkələrində yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. 2009-cu ilin iyulunda isə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə ICESCO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İƏT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edildi.

Son illərdə Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər daha ciddi nəticələr verməkdədir. Artıq ABŞ-ın 25-dən çox ştatı və 15-ə qədər ölkənin qanunverici orqanları Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması barədə qətnamə qəbul etmişdir. Hazırda Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır.

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində davamlı olaraq mühüm addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı il fevralın 18-də Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuş və abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva 2017-ci ilin fevral ayında Belçikaya işgüzar səfəri çərçivəsində Xurşidbanu Natəvanın abidəsini ziyarət etmişlər. Qeyd etmək lazımdır ki, 2020-ci ilin mart ayında ermənilər tərəfindən vandalizmə məruz qalmış Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir. 2020-ci ildə Belçikanın Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi, Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın tam bərpa edilmiş abidəsinin yenidən açılışı oldu.

Xüsusilə qeyd etmək lazımdır ki, son illərdə Heydər Əliyev Fondunun dəstəyi və Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə artıq bir sıra ölkələrdə Azərbaycan evləri və “Qarabağ” adlı Azərbaycan məktəbləri fəaliyyətə başlayıb.

Hazırda xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri, dövlət siyasətinin prinsipləri, Azərbaycanın milli maraqları rəhbər tutulmuş, bu prosesi keyfiyyətcə yeni müstəviyə çıxarmaq məqsədilə diaspor quruculuğu sahəsində nailiyyətləri ilə tanınmış digər xalqların təcrübəsindən faydalanmaqla, tarixi və regional faktorlarla yanaşı, mövcud siyasi reallıqlar, eyni zamanda, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almaqla Diasporla İş üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət göstərir. Heç şübhəsiz ki, komitənin təşkilatlandırma, təbliğat və maarifçilik meyarlarına söykənən ümumi strategiyası dünya azərbaycanlılarını yeni platformalarda birləşdirir. Bu baxımdan, hər bir diaspor təşkilatının qarşısına qoyduğu əsas məqsəd ölkəmizin milli maraqlarını beynəlxalq münasibətlər sistemində uca tutmaq, ictimai, siyasi və mədəni sahələrdə təbliğ etmək, geniş əlaqələr yaratmaqla düşünülmüş ideoloji fəaliyyət strategiyasını reallaşdırmaq və konkret nəticələr qazanmaqdır. Dövlət Komitəsinin nəzdində yaradılmış Azərbaycan Diasporuna Dəstək Fondunun məqsədi dünyadakı diaspor təşkilatlarımıza maliyyə dəstəyi göstərməkdir. Bununla yanaşı, xarici ölkələrdə diasporun təşkilatlanmasına xidmət edən 12 Koordinasiya Şurası yaradılmışdır ki, bunlar da ümumilikdə, 26 ölkəni əhatə edir. ABŞ və Türkiyədə şuraların təsis edilməsi məqsədilə işçi qrupu yaradılmış və bu istiqamətində fəaliyyət “Strateji Yol Xəritəsi”nə uyğun şəkildə davam etdirilir.

Qeyd etmək vacibdir ki, son illərdə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bir sıra mühüm tədbirlər görülmüş, Azərbaycan icmalarına türk diasporunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirak etmək tövsiyə olunub. Keçirilən tədbirlərin daha da uğurlu alınmasında və diasporlar arasında münasibətlərin uzunmüddətli qurulmasında Azərbaycan və Türkiyənin dövlət başçılarının da bu istiqamətdə ictimai-siyasi fəaliyyətləri ilə hər zaman vahid platformadan çıxış etməsi diqqəti cəlb edir. “Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsi, diasporlarımız arasında əlaqələrin get-gedə möhkəmlənməsi, xüsusilə, vahid platformadan çıxış etməsi hər iki dövlətin daim bir-birinin yanında olmasının bariz nümunəsidir. Biz buna Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq ölkə Prezidentinin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları zamanı, xüsusilə, 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətlərində, həmçinin dünya informasiya məkanına operativ və obyektiv məlumatların çatdırılmasında da şahid olduq.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdiyi günlərdə, xalqımız bütünlüklə, Müzəffər Ali Baş Komandanın ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də bir sıra mühüm əhəmiyyətli şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda, o cümlədən dünyada yaşayan bütün azərbaycanlılarda böyük inam və ruh yüksəkliyi yaratdı.

Nəticədə, rəşadətli Azərbaycan Ordusu 28 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Bununla yanaşı, dövlətimizin başçısının xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq, tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Prezident İlham Əliyevin Vətən müharibəsinin gedişində xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri və xalqa müraciətləri bütün dünyada yaşayan azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevrildi. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə soydaşımız 44 gün ərzində Azərbaycan Ordusunun qələbələri və işğal olunmuş torpaqlarımızın azad edilməsi münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanladıqları məktublarda Azərbaycan dövlətinə, xalqına və Prezidentinə dəstək ifadə olunmuş, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı işğalçı Ermənistan ordusuna qarşı bu haqq mübarizəmizdə ölkəmizin yanında olduğunu və ordumuzun qazandığı qələbələrdən qürur hissi keçirdiyini, ehtiyac yaranarsa, həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazır olduqlarını bildirdilər.

Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərilərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışıblar.

Eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət göstərən koordinasiya şuraları tərəfindən müxtəlif ölkələrin prezidentləri, parlament üzvləri, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, dünyada tanınmış siyasətçilər, beynəlxalq media nümayəndələri, ayrı-ayrı ölkələrin parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə ətraflı məlumatları özündə əks etdirən beş minə yaxın məktub elektron poçt vasitəsilə göndərilmişdir. Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan Ordusuna və şəhid ailələrinə dəstəklə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq maarifləndirmə, təşkilati və təbliğat işləri görülüb.

Bununla yanaşı, azərbaycanlıların yaşadığı ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə müvafiq tədbirlərin görülməsi, habelə bu prosesin ideoloji əsaslarını müəyyənləşdirən sənədlərin hazırlanması və təbliğat sahəsində istifadə edilərək Azərbaycan xalqına qarşı törədilmiş terror və soyqırımı aktları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını təmin etmək məqsədilə etiraz aksiyalarının, foto və rəsm sərgilərinin, elmi-praktik konfransların təşkili işinin davam etdirilməsi, bu barədə filmlərin xarici televiziyalarda nümayişinə nail olunması dövlətimizin bu istiqamətdə apardığı siyasətə mühüm töhfədir. Bu baxımdan, ümumavropa Qarabağ mitinqlərinin keçirilməsi xaricdə yaşayan azərbaycanlıları ölkəmizin milli maraqlarının qorunması, xüsusilə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birləşdirməsi mühüm addımlardır.

Xüsusilə Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə, 44 gün ərzində reallığa çevrildi və xalqımıza böyük sevinc yaşatdı. Xaricdə yaşayan azərbaycanlılar da rəşadətli Azərbaycan Ordusunun əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlığı haqqında dünya mediasında, eləcə də Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, maddi-mədəniyyət nümunələrimizin dağıdılması haqqında yaşadıqları ölkələrin ictimaiyyətinə dəqiq məlumatlarla çatdırılması istiqamətində fəaliyyətini genişləndirməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da Xocalı soyqırımının 29-cu anım günündə 30-dan çox yerli və xarici media nümayəndələri üçün tarixi mətbuat konfransında 4 saatdan artıq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün 50-yə yaxın suala konkret faktlarla cavabları informasiya savaşında da əhəmiyyətli rol oynadı. Bu baxımdan, bir sıra aparıcı beynəlxalq KİV-lərə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırıb, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin zəfər çaldığını göstərdi. Prezident İlham Əliyevin həm Vətən müharibəsinin gedişi dövründə, həm də fevralın 26-da keçirilən geniş mətbuat konfransında tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan məntiqli fikirləri dünyanın aparıcı KİV-lərinin gündəmində, əsas xəbər başlıqlarında yayılaraq Azərbaycan həqiqətləri bütün dünyaya çatdırıldı.

Azərbaycanın Vətən müharibəsinin gedişində olduğu kimi sonrakı dövrdə də, o cümlədən 2021-ci ildə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bütün dünyada yaşayan azərbaycanlıların müxtəlif formatlarda anım tədbirləri daha geniş miqyas aldı. Xüsusilə, ABŞ, Türkiyə, Böyük Britaniya, Bolqarıstan, Yaponiya, Pakistan, Niderland, Finlandiya, Avstraliya, İsveçrə, Polşa, Belçika, İsveç, Ukrayna, İspaniya, Almaniya, Gürcüstan, Macarıstan, Estoniya, Avstriyanın bir sıra şəhərlərində aksiya, sərgi və s. təbliğat xarakterli tədbirlər, eləcə də xarici ölkələrin KİV-lərində müxtəlif dillərdə çoxsaylı müsahibə və məqalələri qeyd etmək vacibdir.

Azərbaycançılıq ideyası ətrafında milli həmrəyliyin daha da güclənməsində, xüsusilə, Qarabağ həqiqətlərinin və Vətən müharibəsində düşmən üzərində əldə etdiyimiz qələbəmizin qazanılması istiqamətində fəaliyyətlərinə görə bir qrup soydaşımız təltif olunmuşdur ki, bu da dövlətimizin Azərbaycan diasporuna diqqət və qayğısının bariz nümunəsidir. Dövlət başçımız bildirmişdir: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.

Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında rəşadətli ordumuzun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Prezident İlham Əliyevin erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində fəaliyyəti informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Bu, Azərbaycan diasporunun ziyalıları və ən əsası isə qəlbi daim Vətənlə döyünən soydaşlarımızı informasiya müharibəsi istiqamətində düşmən üzərində əldə etdiyimiz qələbənin qazanılmasında daha da ruhlandırdı və azərbaycançılıq ideyası ətrafında milli həmrəyliyin daha da güclənməsində müstəsna rol oynadı.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də qələbə qazandıq. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

Comments are closed, but trackbacks and pingbacks are open.